Məhkəmə qərarları › İş №1(099)-663/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-663/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-663/2023 26.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi olan – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X5 tərəfindən yekunlaşdırılmış və tərtib edilmiş ittiham aktı Sabirabad rayon prokuroru, baş ədliyyə müşaviri Fəxrəddin Pənahov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 12,489 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edib, üzərində daşıyaraq, yaşadığı ünvan 1 ünvanındakı evinə gətirib qanunsuz saxlamış, 29 mart 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən təmiz çəkisi 12,489 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında verdiyi şifahi vəsatətində cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 01 (bir) ay uzadılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmuşdur. Belə ki, X2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi materialları ilə tanış olarkən müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Bəxtiyar Bağırov 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində və 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən sonuncunun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X6 iştirak etmiş və müvafiq protokolu imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs da müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə eyni tarixlərdə və saatlarda şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmişdir. Belə olan halda bir müdafiəçinin iki ayrı cinayət işi üzrə ayrı-ayrı təqsirləndirilən şəxslə eyni vaxtda aparılan istintaq hərəkətlərində iştirakı real görünmür və mümkün də deyildir. Buna görə də hesab edir ki, Təqsirləndirilən şəxsla müvafiq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirakı formal təmin edildiyindən onun müdafiə hüquqları pozulmuşdur. Göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir, buna görə də vəsatətinin təmin edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da yazılı vəsatət verərək, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasını əsas gətirərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş, həmçinin Dövlət ittihamçısı2 vəsatəti ilə razı olduğunu bildirmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan sonuncunun nə vaxt, yəni saat neçədə saxlanması, üzərinə hansı vaxt şəxsi axtarış keçirilməsi görünmür. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə hansı vaxtda saxlanılması ilə bağlı hər hansı məlumat yoxdur. Bu isə Azərbaycan Respublikası CPM-in 223.3.2-ci maddəsinin tələbinin pozuntusudur. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılan vaxt Sabirabad RPŞ tərəfindən 3 nəfər eyni vaxtda saxlanılmış və həmin rayonda bir müdafiəçinin fəaliyyət göstərməsi səbəbindən saxlanılan şəxslərlə aparılan istintaq hərkətlərində müdafiəçinin formal iştirakı təmin edilmişdir. Bunları nəzərə alaraq vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında videokonfrans əlaqə vasitəsi ilə iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi ilə razı olduğunu və verilmiş vəsatətlərin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hazırlıq iclasında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısının və müdafiəçinin vəsatətləri əsaslıdır və bundan başqa istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı digər kobud qanun pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, Sabirabd RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, Sabirabad şəhəri İ.Qayıbov küçəsi döngə 1, ev 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. (i.v. 7) Həmçinin xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs təxirəsalınmadan Sabirabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdri. (i.v. 3) Göründüyü kimi həmin raportda Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə hansı vaxt, yəni saat neçədə saxlanılması qeyd edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı vaxtın müəyyən edilməsi üçün məhkəmə iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokolu tədqiq edərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “xx.xx.2023-cü il tarixdə saat 19:30-da” Sabirabad RPŞ-də tutulması qeyd edilmişdir. (i.v. 19) Göründüyü kimi qeyd edilən protokol əsasında da Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı müəyyən etmək mümkün deyidir. Çünki həmin protokolda Təqsirləndirilən şəxs saxlanıldığı vaxtın onun barəsində əməliyyat orqanına məlumat daxil olmasından 40 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 31 mart 2023cü il tarixli qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, yaşadığı evdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən təmiz çəkisi 12,489 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. (i.v. 47) Yuxarıda qeyd edilən qərarda da Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxt müstəntiq tərəfindən qeyd edilməmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsin əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 223.3.2 və 289.3.1-ci maddələrinin tələbləri pozulmaqla təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının təsviri-əsaslandırıcı, elcə də nəticə hissəsində cinayətin törədilmə vaxtı dəqiq gösətrilməmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, eləcə də ittiham aktında ittihamın mahiyyəti aydın əks olunmamaqla və həmin ittiham işin faktiki hallarına uyğun olmamaqla Azərbaycan Respublikası CPM-in 223.3.2 və 289-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuş, ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Beləliklə, təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi, əhəmiyyətli olan bütün halların ittihamda təsvir edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, habelə cinayət-prosessual qanunvericiliyi ilə bilavasitə hüquqlarını müdafiə etməsi üçün nəzərdə tutulmuş imkanlardan vaxtında və səmərəli istifadə etməməsi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, nəticə etibarı ilə bu da onun müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən vəkil X6 xx.xx.2023-cü il tarixdə dəvət edilmişdir. (i.v. 11) Müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 2115-dən 2230-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2023-cü il tarixdə isə sonuncu 1010-dan 1130-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 42-44; 56-58) Məhkmə iclasında dövlət ittihamçısı tərəfindən təqdim edilmiş X2 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokollardan görünür ki, müdafiəçi X3 iştirakı ilə Bəxtiyar Bağırov xx.xx.2023-cü il tarixdə saat 2120-dən 2140-dək şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə sonuncu 1040-dan 1120-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin protokollardan görünür ki, müdafiəçi Səxavət Məmmədlinin eyni saatlarda müxtəlif təqsirləndirilən şəxslərlə aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Bu halın qeyri mümkün olması nəzərə alındıqdan Təqsirləndirilən şəxsla aparılan istintaq hərkətlərində müdafiəçinin formal iştirakının təmin edilməsi qənaətinə gəlinir ki, bu hal da Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-in 232.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda o, öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. Həmin Məcəllənin 232.2-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Həmin Məcəllənin 232.2-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən tələbləri təqsirləndirilən şəxsin dindirilməsinə də aid edilir və həmin Məcəllənin 224-cü maddəsində bu hallar qeyd edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçidən imtina etmədiyi halda şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi iştirak etməmiş, həmin protokollarda müdafiəçi Səxavət Məmmədlinin iştirakı formal olaraq göstərilmişdir. Bundan əlavə Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkili Şahid1 29 mart 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir: 1. Sabirabad şəhəri İ.Qayıbov küçəsi döngə 1, ev 2-də yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə onun ətrafında təxirəsalınmadan müvafiq əməliyyat axtarış tədbirlər keçirilsin; 2. Əməliyyat axtarış tədbirlərinin nəticəsi barədə 48 saat müddətində nəzarət qaydasında Sabirabad rayon məhkəməsinə və prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna məlumat verilsin. Göründüyü kimi həmin qərarda konkret olaraq hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmin tədbirlərin hansı müddətdə davam etdirilməsi, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının dəqiq və qərəzsiz mənbədən daxil olub-olmaması göstərilməmişdir. Cinayət işinin materiallarında olan məktubdan görünür ki, göstərilən tədbirlərin keçirilməsi barədə qəbul edilmiş qərarın surəti xx.xx.2023-cü il tarixli məkubla Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin qərarın məhkəməyə çatması barədə hər hansı təsdiqedici sənəd cinayət işinə əlavə edilməmiş və qərarda göstərildiyi kimi “müvafiq” tədbirlərin qanuniliyinin yoxlanması barədə Sabirabad Rayon Məhkəməsinin hər hansı qərarı da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin edilməklə tələr edilə bilər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi ibtidai istintaqı aparan müstəntiq tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş sübutların qanuniliyinin yoxlanılması barədə hər hansı qərar olmadığı halda həmin tədbirlərin keçirilməsi nəticəsində əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını təşkil etmişdir ki, bu da öz növbəsində sonuncunun müdafiə hüquqlarını pozmuşdur. Bundan əlava 29 mart 2023-cü il tarixdə saat 19:45-dən 19:52-dək Sabirabad RPŞnin müstəntiqi X11 tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 85.4.2 və 242-247-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Lakin, şəxsi axtarış keçirilməsi barədə hər hansı qərar cinayət işinin materiallarında yoxdur, həm də yuxarıda göstərilən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə 29 mart 2023-cü il tarixli qərarda da şəxsi axtarış keçirilməsi göstərilməmişdir. Həmçinin cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə tərtib edilmiş istintaq hərəkəti protokolları hər hansı formada qeydə alınmamış, həmin protokollarda hər hansı qeydiyyat nömrəsi göstərilməmişdir. Lakin Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Həmçinin həmin Məcəllənin 134.4-cü maddəsində qeyd edilir ki, qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktında cinayətin törədilmə vaxtını göstərməməklə Azərbaycan Respublikası CPM-in 223.3.2 və 289.3.1-cü maddələrinin tələblərini pozmuşdur. Nəticədə isə iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin göstərilən tələbləri pozulmaqla tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 232.2-1, 232.2-2, 233.5- 1, 233.5-2-ci maddələrində nəzərdə tutulmuş vəkilin iştirakı olmadan dindirilməmək hüququ, beləliklə də müdafiə hüququ pozulmuşdur. Məhkəmə cinayət işinin materiallarını, dövlət ittihamçısı və müdafiəçinin vəsatətlərini nəzərdən keçirib yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Dövlət ittihamçısı2 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməli, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan ********* nömrəli cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in: -303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. -303.3.1 və 303.3.6-cı maddələrinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulması və cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntuya yol verildikdə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntulara yol verilməsi ilə nəticələnmişdir. Həmin pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinin məzmunundan aydın olur ki, məhkəmənin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmaq səlahiyyəti təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin göstərilən qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtarması halı ilə məhdudlaşır. Sabirabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(056)43/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 29 iyul 2023-cü il tarixədək seçilmişdir (i.v 67-70) Sabirabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 4(056)124/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 15 gün, yəni 13 avqust 2023-cü il tarixədək uzadılmışdır. (i.v 142-144) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(099)-663/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçiriləndək dəyişdirilmədən saxlanılmışdır. (İİ cild, i.v. 7) Məhkəmə hesab edir ki, iş üzrə hazırki qərarın çıxarıldığı gündən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti bitir, buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məsələyə baxması Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən zəruridir. Azərbaycan Respublikası CPM-in 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Beləliklə məhkəmə şərh olunan normalara əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin həbsdən azad olunması üçün maddi və prosessual əsasların olmadığını, həmçinin həbs qətimkan tədbirinin müddətinin bitməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Dövlət ittihamçısı2 və Müdafiəçi tərəfindən verilmiş vəsatətlər təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin bir ay müddətə uzadılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 51-2, 155, 299.3.2, 300.1.5, 303.1 , 303.3.1, 303.3.6 və 306.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ:

1. Dövlət ittihamçısı2 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətləri təmin olunsun.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilsin və cinayət iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 1(bir) ay müddətinədək uzadılsın.

4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar