Məhkəmə qərarları › İş №1(099)-663/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-663/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-663/2024 30.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İİR-də olan şəxsin satış məqsədi ilə göndərdikləri qanunsuz olaraq xüsusilə külli miqdarda 86855 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib satışını həyata keçirmək məqsədi ilə həmin narkotik vasitənin külli miqdarda 1000 qram çəkidə hissəsini öz üzərində, qalan xüsusilə külli miqdarda 85855 qram çəkidə hissəsini isə Neftçala rayonu, Kürkənd kəndində yerləşən yaşadığı evin yaxınlığındakı sahibsiz yarımtikiliyə daşımaqla orada gizlədərək saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 03:20-də Neftçala rayonu, Kürkənd kəndində piyada hərəkət edən zaman saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 06:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı onun sol əlində saxlayaraq daşıdığı 01 ədəd sellofan torbanın içərisindən külli miqdarda 1000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 01 may 2024-cü il tarixdə saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə yaşadığı Neftçala rayonu, Kürkənd kəndində yerləşən yaşayış evinin yaxınlığındakı dörd tərəfi bağlı olan sahibsiz yarımtikiliyə baxış keçirilən zaman həmin yarımtikilinin içərisindən 09 ədəd polietilen torbada olan 112 ədəd bağlamadan xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 1005 qram, 995 qram, 1000 qram, 990 qram, 1005 qram, 990 qram, 1100 qram, 1075 qram, 1055 qram, 1090 qram, 1020 qram, 1035 qram, 1085 qram, 1100 qram, 1045 qram, 1065 qram, 1085 qram, 2100 qram, 2025 qram, 1005 qram, 2050 qram, 2060 qram, 1000 qram, 1000 qram, 990 qram, 995 qram, 1000 qram, 100 qram, 1005 qram, 995 qram, 995 qram, 995 qram, 995 qram, 1065 qram,1080 qram, 1095 qram, 1020 qram, 1080 qram, 1065 qram, 1105 qram, 1080 qram, 1755 qram, 1665 qram, 2010 qram, 2035 qram, 1995 qram, 2010 qram, 420 qram, 435 qram, 510 qram, 595 qram, 460 qram, 280 qram, 530 qram, 510 qram, 460 qram, 515 qram, 430 qram, 395 qram, 515 qram, 560 qram, 580 qram, 530 qram, 490 qram, 515 qram, 455 qram, 500 qram və 510 qram, 405 qram, 330 qram, 435 qram, 490 qram, 310 qram, 340 qram, 515 qram, 460 qram, 570 qram, 475 qram, 385 qram, 330 qram, 580 qram, 375 qram, 490 qram, 330 qram, 375 qram, 500 qram, 290 qram, 445 qram, 545 qram, 545 qram, 510 qram, 460 qram, 490 qram, 190 qram, 320 qram, 460 qram, 330 qram, 330 qram, 400 qram, 390 qram, 355 qram, 405 qram, 355 qram, 325 qram, 340 qram, 525 qram, 345 qram, 455 qram, 340 qram, 390 qram və 325 qram olmaqla ümumi təmiz çəkisi 85855 qram olan həm öz aralarında, həm də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrlə tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, onu xx.xx.2024-cü ildə saat 03:20-də polis əməkdaşları gəlib evində tutmuşlar. Ondan sonra onu aparmaq istəyərkən demişdir ki, “tapdığım narkotiki gizlətmişəm”. Həmin vaxt üstündə də bir kq narkotik “nəşə” olmuşdur. Sonra özü öz xoşuyla yarımtikilinin içində olan narkotiki təhvil vermişdir. Təhvil veridiyi narkotiklər də “nəşə” olmuşdur. Üstündəki ilə biryerdə 86 kq “nəşə” olmuşdur. Həmin narkotikləri yolun qırağından tapmışdır. Tapdığı narkotiklərdən bir kq hissəsini götürmüş evə qoymuşdur. Qalan hissəsini isə yarımtikiliyə qoymuşdur. Ondan bir kq narkotiki tutandan sonra peşman olub qalanın da könüllü vermişdir. Polis gəlib onu saxlamasaymış, aparıb özü polisə təhvil verəcəkmiş. Narkotik satmamış, özü də heç vaxt istifadə etməmişdir. Narkotiki həmin gün tapmış, baxmış görmüş ki, “otdu”. Demişdir ki, “aparım təhvil verərəm”. Narkotiki tapdığı yerdən götürməkdə məqsədi o olmuşdur ki, səhər açılanda aparıb polisə təhvil versin. Ona qarşı isə heç bir təsir təzyiq olmayıb. Bir kq narkotiki 87 kq narkotikin üstündən götürüb polisə gedəndə onu tutublar. Özü balıqçılıqla məşğul olduğundan, balıqçılıqdan gələndə gec olduğundan, narkotiki götürmüş ki, sabah aparıb verər polisə. Özü narkotik paylayan və çəkən deyil, elə olsa heç dəməzmiş öz xoşuyla narkotikin yerin, bu maddəylə razı deyil. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Bir müddət əvvəl İranla dəniz sərhəddində balıqçılıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt orada İİR vətəndaşı Səfa adlı şəxslə tanış olmuşdur. Səfa adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri Səfa adlı şəxsin dediyi ünvanlara qoyub qazanc əldə edə biləcəyini bildirmişdir. Maddi imkanı zəif olduğu üçün Səfa adlı şəxslə danışmış, danışıq əsnasında Səfa adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Buna görə də ona narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni onun dediyi ünvanlara qoya biləcəyini bildirmişdir. İranlı Səfa adlı şəxs isə narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona 20000 manat pul verəcəyini bildirmişdir. Onunla razılaşmışdır. Bundan sonra Səfa adlı şəxs Neftçala rayonunun girişinə narkotik vasitə qoydurduğunu və həmin narkotik vasitəni götürüb özündə saxlamağını və dediyi vaxtlarda dediyi ünvanlara qoymağını bildirmişdir. Bundan sonra onun atdığı konum vasitəsi ilə təxminən 4-5 gün bundan əvvəl gedib onun qoydurduğu narkotik vasitəni götürüb yaşadığı ünvanın yaxınlığındakı yarımtikiliyə gətirmişdir. Həmin yarımtikilinin dörd tərəfi bağlıdır və buna görə də iranlı Səfa adlı şəxsin göndərdiyi narkotik vasitələri orada gizlətmişdir. Həmin yarımtikili heç kimə məxsus deyildir. Sadəcə olaraq evinin yanındadır deyə istifadə etmişdir. 01 may 2024-cü il tarixdə Səfa adlı şəxs ona göndərdiyi narkotik vasitələrin içərisindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürməyini və onun dediyi ünvana çatdırmağını bildirmişdir. Yarımtikilidə gizlətdiyi narkotik vasitədən bir bükümü bir ədəd sellofan torbada götürüb Neftçala rayonu, Kürkənd kəndində piyada hərəkət etməyə başlamışdır. Həmin vaxt tək olmuşdur və yanında heç kim olmamışdır. Həmin gün saat 03:20 radələrində Neftçala rayonu, Kürkənd kəndində piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Neftçala Rayon Polis Şöbəsinə dəvət etmişdir. Polis şöbəsində üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Özü də sol əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən bir ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 267 manat pul, içində siqaret dənələri olan siqaret qutusu, sol yan cibindən Redmi və İnoi markalı mobil telefonlar və bir ədəd “Nar” GSM nömrəsi aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Bundan başqa təhqiqatçı mobil telefonlar və mobil nömrəni də götürmüşdür, digər əşyaları və pulu isə ona qaytarmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı “Səfa” adlı şəxsin vasitəsi ilə Neftçala rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, Səfanın ona narkotiklərin dövriyyəsini təşkil etdikdən sonra 20.000 manat pul verəcəyini, əlavə olaraq Neftçala rayonunda yerləşən yaşadığı evin yaxınlığındaki sahibsiz yarımtikilidə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Bundan sonra yaşadığı evin yaxınlığındakı yarımtikiliyə baxış keçirilməsinə etiraz etmədiyi üçün həmin ünvana vəkili və polis işçiləri ilə birlikdə yollanmışdır. Həmin ünvana çatdıqdan sonra videoçəkiliş başlamış və həmin ünvanda narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra su çəni yerləşdirmək üçün nəzərdə tutulmuş dörd tərəfi bağlı olan sahibsiz yarımtikilinin içində gizlətdiyi doqquz ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbalar yarımtikilidən çıxarılmışdır. Həmin torbaların içərisindən 52 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Həmin yerdən əlavə olaraq əşyalar aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı “Səfa” adlı şəxsin vasitəsi ilə Neftçala rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, Səfanın ona narkotiklərin dövriyyəsini təşkil etdikdən sonra 20.000 manat pul verəcəyini, Səfa ilə İranla dəniz sərhəddində balıqçılıq fəaliyyəti ilə məşğul olan zaman tanış olduğunu, aralarında etibarlı münasibət olduğu üçün ona ilk dəfədən külli miqdarda narkotik vasitə göndərdiyini bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imza etdiyini, Səfa adlı şəxsi tanımadığını, onun heç bir şəxs tərəfindən ifadə verməyə məcbur edilmədiyini, ona belə ifadə verməyini demələrini, özünün də başı çıxmadığından elə ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə, eləcədə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 30 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Neftçala rayonu, Kürkənd kəndində olduğunu öyrəndikləri üçün 01 may 2024-cü il tarixdə həmin ünvana gəlmişdir. Həmin gün saat 03:20-də əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanda olduğu zaman Təqsirləndirilən şəxs əlində olan torba ilə piyada hərəkət edərkən saxlanılmış və Neftçala Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içində bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Səfa” adlı şəxsin vasitəsi ilə Neftçala rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, “Səfanın” ona narkotiklərin dövriyyəsini təşkil etdikdən sonra pul verəcəyini, əlavə olaraq Neftçala rayonunda yerləşən yaşadığı evin yaxınlığındaki sahibsiz yarımtikilidə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd etdiyi yarımtikiliyə videoçəkilişlə baxış keçirilmişdir. Həmin yarımtikilidən Təqsirləndirilən şəxs gizlətdiyi 09 ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbalar yarımtikilidən çıxarılmışdır. Həmin torbaların içərisindən 52 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Onlarda narkotikin çəkisi ilə bağlı məlumat olmamış, digər ünvanda da narkotik vasitənin olmasından məlumatları olmamış, bu barədə Ələkbərovun özü demişdir. Səfa adlı şəxslə isə balıqçılıqla məşğul olarkən tanış olmuş, bu işi 20 000 manat görəcəyi barədə razılaşmışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Neftçala rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat marağı kəsb edən məlumat daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 6) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 7-8) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 23) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 03:20-də Neftçla rayonu, Kürkənd kəndində piyada hərəkət edən zaman saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 06:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində saxlayaraq daşıdığı 01 ədəd sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı Səfa adlı şəxsin vasitəsi ilə Neftçala rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, Səfanın ona narkotiklərin dövriyyəsini təşkil etdikdən sonra 20 000 manat pul verəcəyini, əlavə olaraq Neftçala rayonunda yerləşən yaşadığı evin yaxınlığındaki sahibsiz yarımtikilidə narkotik vasitə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin yerə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (c İ, i.v 32-35) İşdə olan, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Neftçala rayonu, Kürkənd kəndində yerləşən ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı yoxdur. (c İ, i.v 36) İşdə olan, baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əməliyyat axtarış tədbirinin davamı olaraq 01 may 2024-cü il tarixdə saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə yaşadığı Neftçala rayonu, Kürkənd kəndində yerləşən yaşayış evinin yaxınlığındakı dörd tərəfi bağlı olan yarımtikiliyə baxış keçirilən zaman həmin yarımtikilinin içərisindən 09 ədəd polietilen torbada olan 112 ədəd bağlamadan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 38-40) İşdə olan, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/671 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan 1 ədəd göy rəngli polietilen bağlamada təmiz çəkis 1000 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim. olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar olunan kütlələr” yazılar və imzalar olan 1 №-li ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 11 ədəd polietilen bağlamalarda (7 ədəd qara, 4 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-990qram; 1005 qram; 995 qram; 1000 qram; 990 qram; 1005 qram; 990 qram; 1100 qram; 1075 qram; 1055 qram; 1090 qram, ümumi çəkisi – 11295 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2 №-li ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 7 ədəd ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1020 qram, 1035 qram, 1085 qram, 1100 qram, 1045 qram, 1065 qram, 1085 qram ümumi çəkisi – 7435 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 3 №-li ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 6 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 2100 qram; 2025 qram; 1005 qram; 2050 qram; 2060 qram; 1000 qram, ümumi çəkisi- 10240 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 4 №-li ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 10 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1000 qram; 990 qram; 995 qram; 1000 qram; 100 qram; 1005 qram; 995 qram; 995 qram; 99 5qram; 995 qram, ümumi çəkisi-9070 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 5 №-li narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 8 ədəd ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1065 qram; 1080 qram; 1095 qram; 1020 qram; 1080 qram; 1065 qram; 1105 qram; 1080 qram, ümumi çəkisi-8590 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 6 №-li narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 6 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1755 qram; 1665 qram; 2010 qram; 2035 qram; 1995 qram; 2010 qram, ümumi çəkisi- 11470 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 7 №-li narıncı rəngli sintetik torbada üzəri streçlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamadakı ağız hissələri bağlanan 21 ədəd polietilen paketlərdə ayrı-yrılıqda təmiz çəkiləri-420 qram; 435 qram; 510 qram; 595 qram; 460 qram; 280 qram; 530 qram; 510 qram; 460qram; 515 qram; 430 qram; 395 qram; 515 qram; 560 qram; 580 qram; 530 qram; 490 qram; 515 qram; 455 qram; 500 qram; 510 qram, ümumi çəkisi-10195 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 8 №-li narıncı rəngli sintetik torbada üzəri streçlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamadakı ağız hissələri bağlanan 11 ədəd polietilen paketlərdə ayrı-yrılıqda təmiz çəkiləri-405 qram; 330 qram; 435 qram; 490 qram; 310 qram; 340 qram; 515 qram; 460 qram; 570 qram; 475 qram; 385 qram, ümumi çəkisi- 4715 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzəri streçlə bağlanmış qara rəngli polietilen bağlamada ağız hissələri bağlanan 17 ədəd polietilen paketlərdə ayrı-yrılıqda təmiz çəkiləri-330 qram; 580 qram; 375 qram; 490 qram; 330 qram; 375 qram; 500 qram; 290 qram; 445 qram; 545 qram; 545 qram; 510 qram; 460 qram; 490 qram; 190 qram; 320 qram; 460 qram, ümumi çəkisi-7235 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzəri streçlə bağlanmış qara rəngli polietilen bağlamada ağız hissələri bağlanan 15 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-330 qram, 330 qram, 400 qram, 390 qram, 355 qram, 405 qram, 355 qram, 325 qram, 340 qram, 525 qram, 345 qram, 455 qram, 340 qram, 390 qram, 325 qram ümumi çəkisi- 5610 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi – 86855,0 qramdır. Tədqiqata təqdim olunmuş 1 ədəd göy rəngli polietilen bağlamada, 8 ədəd sintetik torbalarda və 2 ədəd polietilen bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi çəkisi – 86855,0 qram (1-113 N-li ob.), tədqiqata sərf edildi cəmi – 5,65 qram (hər obyektdən 0,05 qram) qalıq – 86849,35 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. (c İ, i.v 52-56) İşdə olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-591/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 116-121) İşdə olan, 02 may 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Neftçala rayonu, Kürkənd kəndində yerləşən yaşayış evinin yaxınlığındakı dörd tərəfi bağlı olan yarımtikilidən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 86849,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış, saxlanılması üçün BMCMİ-yə verilmişdir. (c İ, i.v 127-129) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 241 A, 242 A maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1999-cu ildə AR Milli Məclisin xx.xx.1999-cu il Aministiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir. (c İ, i.v 137-138) İşdə olan, Neftçala RİHB-nın Kürkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Kürkənd kəndində yaşayır, ailə tərkibi arvadı, xx.xx.2005-ci il və xx.xx.2010-cu il təvəllüdlü uşaqlarından ibarətdir, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (c İ, i.v 149-151) İşdə olan, 20 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Neftçala rayonu, Kürkənd kəndində yerləşən yaşayış evinin yaxınlığındakı dörd tərəfi bağlı olan yarımtikilidən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində tanışı İran İslam Respublikasının vətəndaşı olan Səfa adlı şəxslə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Səfa” adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, sonuncunun narkotik vasitələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin onların qaçaqmalçılıq yolu ilə narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə gətirmələri, “Səfa” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. (c İ, i.v 154) İşdə olan, Neftçala Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (c İ, i.v 157-159) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 iyun 2024-cü il tarixli 4115 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 173-174) İşdə olan, 18 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, videogörüntüləri özündə əks etdirən ümumilikdə 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 175-184) İşdə olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə 18 iyul 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (c İ, i.v 186-187) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: aşkar edilmiş narkotik vasitəni tapmış, polisə təhvil vermək məqsədilə üzərində və yaşadığı evin yaxınlığında sahibsiz yarımtikilidə saxlamış, narkotik vasitəni polis əməkdaşlarına könüllü təhvil vermişdir. Narkotik vasitəni satmaq məqsədi olmamış, Səfa adlı şəxsi ümumiyyətlə tanımamış, onunla aralarında heç bir razılıq olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 82-86), xx.xx.2024-cü il, xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 97-100, 211-214) qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 116-121) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs İİR vətəndaşı olan Səfa adlı şəxs tərəfindən narkotik vasitənin Neftçala rayonunun girişinə qoyulduğunu, həmin narkotik vasitəni götürdüyünü, sonuncunun dediyi ünvanlara aparıb qoyub, qarşılığında 20 000 manat pul alacağı barədə aralarında razılaşma olduğunu, bu məqsədlə götürdüyü narkotik vasitəni yaşadığı ünvanın yaxınlığındakı yarımtikiliyə gətirib gizlətdiyini, yarımtikilidə gizlətdiyi narkotik vasitədən bir bükümü bir ədəd sellofan torbada götürüb Neftçala rayonu, Kürkənd kəndində piyada hərəkət etməyə başlayarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Təqsirləndirilən şəxs bu ifadələri iş üzrə dindirilmiş, şahid ifadələri, maddi sübutlar, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla da tam təsdiqini tapmışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Səfa adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Səfa adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Neftçala rayonunun girişində narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin xeyli miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olması Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 01 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86849,35 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan şəxsi axtarış, baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 86849,35 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış, baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar