Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-664/2022 29.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi Nümayəndə iştirakı ilə, xx xxxx 1985-ci ildə Yardımlı rayonunun Ostair kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 07 iyul 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş və həmin quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci ildə Yardımlı rayonunun Ostair kəndində yaşadığı evdə günorta saatlarında həmkəndliləri Şahid4, Şahid3 və Orxan Əhmədovla yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmin şəxslərlə birlikdə sərxoş vəziyyətdə toy məclisi keçirən digər həmkəndlisi Ramil Sadıqovun evinə getmiş, toy məclisində qısa müddət olduqdan sonra yaşadığı evə qayıdarkən həmkəndlisi X2 ərzaq dükanında tək olduğunu görüb sonuncunun ailə üzvlərinin evdə olmadıqlarına əmin olaraq yaranmış münasib fürsətdən istifadə edib həmin dükandan siqaret və pulları quldurluq yolu ilə, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla ona basqın edərək qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə qonşusu Qəribxan Əhmədovun həyətinə daxil olaraq əvvəlcədən yerini bildiyi yardımçı tikilidən sonuncuya məxsus məişət təyinatlı taxta tutacaqlı baltanı götürüb gecə saat 22 radələrində Gülxar Məmmədovanın evinə yollanmış, evin arxa tərəfindən yaşayış sahəsi olan həyətə qanunsuz daxil olub sonuncunun olduğu dükana yaxınlaşaraq yarımörtülü qapını aralayıb anidən Gülxar Məmmədovanın həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib əlindəki silah qismində istifadə etdiyi balta ilə sonuncunun başına qəsdən 3 dəfə ardıcıl zərbələr endirməklə ona X8 travması, sol təpə, sol gicgah, sol almacıq və sol çənə sümüklərinin açıq qəlpəli sınıqları, həmin nahiyələrin çapılmış yaraları /cəmi üç ədəd/, baş-beynin əzilməsi, baş beyin toxumalarına və qişalarına qansızmalarla müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək onu qəsdən öldürmüş, sonra cinayətkar əməlini davam etdirərək Gülxar Məmmədovaya məxsus dükandan hər birinin dəyəri 2 ( iki) manat 20 (iyirmi) qəpik olmaqla ümumi dəyəri 13 (on üç) manat 20 qəpik olan 6 qutu “Viceroy” markalı siqareti, ümumi dəyəri 110,00 (yüz on) manat olan 01 ədəd qara rəngli “Samsung” markalı, “SM-J600F/DS” (Galaxy J6) modelli mobil telefon aparatını, dükandan çıxandan sonra isə evə daxil olaraq otaqlardan birində şkafın üzərində olan 2 ədəd 20 manatlıq və 6 ədəd bir manatlıq pul əskinazlarını götürməklə özgənin cəmi 169,2 (yüz altmış doqquz) manat 20 (iyirmi) qəpik dəyərində əmlakını ələ keçirmiş, bununla da Gülxar Məmmədovanı quldurluqla əlaqədar öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.2.11-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi, mərhum Gülxar Məmmədova yaşadığı evin həyətyanı sahəsində olan kiçik həcmli dükanda ərzaq məhsulları satmış, ara-bir həmin dükandan siqaret, ərzaq və s. almış, hadisədən təxminən 2-3 ay əvvəl Gülxarın dükanına gedərək ondan pulunu pensiya alan kimi nisyə siqaret istəyərkən sonuncu ona nisyə siqaret verməkdən imtina etmiş, sonuncunun bu hərəkəti onda nifrət hissi yaratmış və pis təsir etmişdir. 06 iyul 2022-ci ildə saat 18 radələrində həmkəndliləri Şahid4, Şahid3 və Orxan Əhmədovla birlikdə yaşadığı evdə yemək yeyərkən Vaqif və Orxanla birlikdə 1 litr spirtli içdikdən sonra saat 21 radələrində onlarla birlikdə həmkəndlisi Ramil Sadıqovun qızının toy məclisinə getmiş, toyda təxminən 5-10 dəqiqə oturduqdan sonra oradan çıxıb evinə qayıdarkən Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən dükanda olduğunu görüb dükana girmiş, Gülxarla danışarkən sonuncu onu nəlayiq sözlərlə təhqir etdiyindən onu öldürmək qərarına gəlmiş, dükanın yanında odun doğranılan yerdə olan baltanı götürüb dükana girərək balta ilə Gülxar Məmmədovanın baş nahiyəsinə 3 ardıcıl zərbə vurmuş, Gülxar yerə yıxılmış, sonuncunun öldüyünə əmin olduqdan sonra baltanı yerə ataraq dükandan çıxıb yaşadığı evə tərəf gedərkən yolda qonşusu Şahid2 görüb cinayət hadisəsi törətdiyini ona demişdir. Zərər çəkmiş şəxsə qarşı quldurluq etməmiş, məqsədi yalnız onu öldürmək olmuş, törətmiş olduğu cinayətə görə peşmanlıq hissləri keçirmir, əksinə hesab edir ki, zərərçəkmiş şəxsi öldürməklə düz etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilmiş və törədilmiş cinayət haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, hadisədən 2-3 ay əvvəl su üstündə zərər çəkmiş şəxslə arasında mübahisə olmuş, mübahisə zamanı Gülxar Məmmədova ona nəlayiq sözlər deyərək onu təhqir etdiyindən onu öldürmək qərarına gəlmiş, bu məqsədlə qonşusu Qəribxan Əhmədova məxsus yardımçı tikilidən baltanı götürüb Gülxar Məmmədovanın dükanına getmiş, sonuncunun dükanda tək olduğunu görüb içəri daxil olaraq əlində olan balta ilə Gülxar Məmmədovaya ardıcıl 3 zərbə vurmuş, onu öldürdükdən sonra dükanda pul axtarmış, pul olmadığından 6 qutu “Viceroy” markalı siqareti və zərər çəkmiş şəxsə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu götürüb dükandan çıxarkən sonuncunun yaşadığı evin qapısının açıq olduğunu görüb evə daxil olmuş, otaqlardan birində şkafın üzərində olan 46 manat pulu götürüb evdən getmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum anası Gülxar Məmmədova yaşadığı evin həyətində kiçik həcmli dükanda müxtəlif ərzaq məhsulları satmaqla məşğul olmuşdur. 06 iyul 2022-ci ildə Sumqayıt şəhərində evində olarkən gecə saat 23 radələrində qardaşının arvadı Vüsalə ona zəng edərək anası Gülxar Məmmədovanın ərzaq dükanında qətlə yetirildiyini bildirmiş, hadisəni eşidib Yardımlı rayonuna anasının yaşadığı kəndə getmiş, kənddə olarkən ona hadisənin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən törətdildiyi, dükandan bir neçə qutu siqaretin və anasına məxsus “SAMSUNG” markalı mobil telefonun, eləcə də evdən 46 manat pulun götürüldüyü bildirilmişdir. Təqsirləndirilən şəxs anasını öldürdüyünə görə onu bağışlamadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza, yəni ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxsin hüquqi varisi Nümayəndə ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisə günü evin darvazasından içəri daxil olub darvazanı bağladıqda Təqsirləndirilən şəxs darvazasının yanından keçdiyini görmüş, sonuncuya orada nə gəzdiyini, hamının toyda olduğunu demiş, sonuncu toydan gəldiyini, susadığını bildirib, ondan sərin su istəmiş, evə daxil olub bir stəkan su gətirib darvazanın digər tərəfində duran Firqətə vermiş, həmin vaxt sonuncudan kəskin spirtli içki qoxusu gəlmiş, suyu içdikdən sonra bir daha Firqətə nə üçün toyda olmadığını, kənd camaatının toyda olduğunu, Firqət isə ona toydan gəldiyini, adam vurduğunu demiş, Firqət sərxoş vəziyyətdə olduğundan qolundan tutub itələyib “çıx get, sən kimsənki adam vurursan” demiş, sonuncu isə çıxıb getmişdir. Firqətin dediyinə inanmayaraq əhəmiyyət verməmiş, sonuncu tüfeyli həyat tərzi yaşadığından onu qeyriciddi adam kimi tanımış, yemək yeyib yatmağa hazırlaşan vaxt qardaşı Şahid4 ona zəng edərək həmkəndliləri Gülxar Məmmədovanın naməlum şəxs tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki ərzaq dükanında qətlə yetirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci ildə saat 16-17 radələrində həmkəndlisi Şahid4 və Orxan Əhmədovla birgə həmkəndlisi Təqsirləndirilən şəxs evində olmuş, evdə olarkən Firqət, Vaqif və Orxan bir litirlik arağı içmiş, yeyib-içdikdən sonra onlar kənd sakini Ramil Sadıqovun qızının toy məcsinə getmiş, toyda oturmağa yer olmadığından o evin arxa tərəfinə keçib toya baxmış, Firqət isə həyətin girəcəyində dayanmış, həmin vaxt Firqət ağır sərxoş vəziyyətdə olmuş, onun nə vaxt toydan çıxıb getdiyini görməmiş, saat 22:30 radələrində toyda iştirak kənd sakinlərindən Gülxarın öldürüldüyünü eşitmiş, hadisədən sonra evə getmiş, Orxan ona zəng edərək polis əməkdşlarının Firqəti polis şöbəsinə apardıqlarını demiş, sonra Firqətin qonşusu Qəribxan Əhmədova məxsus evdən götürdüyü balta ilə kənd sakini Gülxarı öldürdüyünü, Gülxarın evindən və dükanından pul, siqaret və mobil telefon götürdüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Gülxar Məmmədova qudası olmuş, 06 iyul 2022-ci ildə evdə saat 22 radələrində Gülxarın oğlu Elgün həyətə gələrək onu səsləmiş, ona anasının dükanda yıxıldığını bildirmiş, sonuncu ilə birlikdə dükana getmiş, dükana girərkən hər yerin qan olduğunu, Gülxarın isə başı açıq çapıq şəklində yerdə uzandığını görmüş, sonuncunun öldüyünü başa düşmüş, həmin gün gecə saatlarında mərhumu həmkəndlisi Təqsirləndirilən şəxs qətlə yetirdiyini, Firqətin qudası Gülxarın evindən və dükanından pul, siqaret və mobil telefon götürdüyünü bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci ildə saat 22 radələrində həmkəndlisi Ramil Sadıqovun həyətində keçirilən toyda olarkən oğlu Abdullah ora gələdək ona Fərasətin dükanın yanında kiminsə öldüyünü demiş, həmin xəbəri eşidib hadisə yerinə getmiş, Gülxar Məmmədovanın yaşadığı evin həyətində olan dükana daxil olarkən Gülxarın başından xəsarət aldığını və paltarının qanlı vəziyyətdə olduğunu görüb çölə çıxaraq DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, kənd sakinləridən Gülxar Məmmədovanı həmkəndliləri Təqsirləndirilən şəxs qətlə yetirdiyini bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Yardımlı rayonunun Ostair kəndində yaşayan X4 məxsus evin həyətyanı sahəsindəki ərzaq dükanında baş vermişdir. Hadisə yerinə baxış zamanı oradan pambıqda və tamponda qanabənzər nümunələr, 1 (bir) ədəd balta, 1 (bir) cüt çəkələk, 1 (bir) ədəd qulpu qırılmış eynək, 1 (bir) ədəd eynək qulpu, 1 (bir) ədəd qara rəngli baş örtüyü rəsmiləşdirilərək götürülmüşdür. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, mərhum Gülxar Məmmədovanın meyitinə baxış keçirilərkən meyitin əynində bir ədəd busqalter, bir ədəd don, bir ədəd alt paltarı (mayka), bir ədəd trusi və mərhumun sağ və sol əl dırnaq nümunələri qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “götürmə aparılması haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci ildə həmkənlisi Gülxar Məmmədovanı balta ilə öldürdüyü vaxt əynində göy rəngli cins şalvar və qara rəngli qısaqol köynək olmuş, həmin paltarları, eyni zamanda Gülxar Məmmədovaya məxsus dükandan götürdüyü 6 ədəd “Viceroy” markal siqaretləri, bir ədəd mobil telefonu və sonuncunun evindən götürdüyü 46 (qırx altı) manat pulu istintaq orqanına təqdim etmiş, sonuncunun təqdim etdiyi göy rəngli cins şalvar və qara rəngli qısaqol köynək, 6 ədəd “Viceroy” marakalı siqaret, bir ədəd mobil telefon və 46 manat pul rəsmiləşdirilərək götürülmüşdür. Şalvarda və köynəkdə heç bir dartılma, cırılma, sökülməyə rast gəlinməmiş, şalvarda qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan Yardımlı RMX PHŞ-dən daxil olmuş 07 iyul 2022-ci il tarixli 7- 260/1 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müayinə olunarkən onda “0,710” promilli sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd taxta tutacaqlı balta digər 2 ədəd əlamətlərinə və ölçülərinə görə oxşar baltalar sırasında tanımaya təqdim edilmiş və sonununcu cinayəti törətdiyi baltanı tanımışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli, 768 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN- nin yanında DSMF-nin göndərdiyi **********8 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının 27 iyul 2022-ci il tarixli 348-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum X4 məxsus bir ədəd köynək fraqmenti, bir ədəd don fraqmenti, bir ədəd tuman və bir ədəd büstqalterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertiyaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin, bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədəd aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş balta işçi metallik hissəsi zavod üsulu və dəstəyi kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Balta üzərində sonradan heç bir düzəliş edilməmişdir. Ekspertiya təqdim edilmiş fraqmentlər ( eynək və eynəyin sol qulaqlıq qövsü) vahid bir tamın, yəni tam bir eynəyin hissələridir və əvvəllər vahid bütövlük təşkil etmişdir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 28 iyul 2022-ci il tarixli 437/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/ -dir. (qərarda qeyd olunub). X2 ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş balta, eynək, 02 ədəd pul əskinazı, 02 ədəd çubuqlu pambıq topası, 03 ədəd pambıq topası, mobil telefon, hadisə yerindən götürülmüş baş örtüyü, bir cüt çəkələk, X5ma məxsus don, bustqalter, tuman, mayka və Təqsirləndirilən şəxs məxsus şalvar (kəmər ilə) üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X4 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 ədəd pul əskinazı “B39842489” seriası olan və Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərində qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 avqust 2022-ci il tarixli, 19/837 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 123,20 manat müəyyən olunur. O cümlədən: 01 ədəd qara rəngli “Samsung” markalı, “SM-J600F/DS” (Galaxy J6) model, 32 GB yaddaş tutumlu, **********83459 və **********83457 İMEİ kodlu, sensor dizaynlı mobil telefon - 110,00 manat, 6 qutu “Viceroy N-Series Silver” markalı, ştirix koduna görə(nazik) (ilk üç rəqəmi 476) Azərbaycan Respublikasında istehsalı olan filtrli siqaretlər – 13,20 manat ( altı x 2.20m). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 avqust 2022-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, mərhum G.Ə. Məmmədovanın ölümünə səbəb baş beynin əzilməsi, baş beyin toxumalarına və qişalarına qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum G.Ə.Məmmədovanın meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: X8 travması: Sol təpə, sol gicgah,sol almacıq və sol çənə sümüklərinin açıq qəlpəli sınıqları, həmin nahiyələrin çapılmış yaraları /cəmi üç ədəd/. Baş beynin əzilməsi. Baş beyin toxumalarına və qişalarına qansızmalar. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl çapıcı alətin /alətlərin/ təsindən törənmişlər. Qeyd olunan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum G.Ə.Məmmədovanın meyitinin üzərində aşkar edilmiş xəsarətlər çapıcı alətin/alətlərin/, ola bilər ki, baltanın təsirindən törənmişdir. Mərhum G.Ə. Məmmədovanın meyitinin üzərində yuxarıda qeyd edilənlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət əlaməti aşkar edilmədi. Mərhum G.Ə.Məmmədovaya xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə /o cümlədən ayaq üstə, oturmuş, uzanmış və s./ ola bilərdi və ona qəsd edənin müxtəlif qarşılıqlı vəziyyətlərdə, o cümlədən zərərçəkmişin ön, arxa, sağ və sol yan və s. tərəflərində ola bilməsi mümkündür. Mərhum G.Ə.Məmmədovanın meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı zamanı qanda metil, etil, butil və amil spirtləri və hər hansı bir narkotik-psixotrop maddə aşkar edilməmişdir. Mərhum G.Ə. Məmmədovanın uşaqlıq yolu və arxa keçəcəyi möhtəviyyatı olan tamponların məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Mərhum G.Ə. Məmmədovada hamiləlik aşkar olunmadı. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatriya və məhkəməpsixoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli, 2190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s,), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda (hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik) situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-lifli ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 6/4173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X4 və Təqsirləndirilən şəxs məxus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində və X4 məxsus əl dırnaq nümunələrinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X4 məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. X4 məxsus əl dırnaq nümunələrinin üzərindən aşkar olunmuş tünd qırmızı rəngli triasetat kimyəvi lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol maykanın və şalvarın üzərindən aşkar edilmiş tünd qırmzı rəngli triasetat kimyəvi lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol maykanın və şalvarın üzərindən aşkar edilmiş tünd qırmızı rəngli triasetat kimyəvi lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd balta, bir ədəd qara rəngli, üzərində qanabənzər ləkələr müşahidə edilən baş örtüyü, bir ədəd qara rəngli eynək, bir ədəd qara rəngli eynək qulpu, pambıqda və tamponda götürülmüş qanabənzər nümunələr, bir cüt çəhrayı rəngli çəkələk, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins materialdan olan şalvar, bir ədəd qara rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmişə məxsus dükandan götürdüyü bir ədəd üzərində göy rəngli üzlüyü olan qara rəngli “Samsung” markalı mobil telefon, 6 (altı) ədəd “Viceroy” markalı siqaret və evdən götürdüyü 2 (iki) ədəd iyirmi manatlıq, 6 (altı) ədəd bir manatlıq pul əskinazları, meyitin xarici müayinəsi zamanı götürülmüş X2 hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr müşahidə olunan bir ədəd ağımtıl rəngli busqalter, bir ədəd qırmızı rəngli don, bir ədəd qara rəngli alt paltarı (mayka), bir ədəd ağ rəngli, naxışlı trusi və mərhumun əl dırnaq nümunələri Yardımlı rayon prokurorluğunda saxlanılır, 3 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq edilən (təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici, məhkəmə istintaqı zamanı qismən etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPMin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsi baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs ittiham verildiyi maddələrdə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin təsdiqedici ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutlar, eləcə də iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin “zərərçəkmiş şəxsə qarşı quldurluq etməmiş, məqsədi zərər çəkmiş şəxsi öldürmək olmuşdur” hissəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07 iyul 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Yardımlı rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 07 iyul 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi hər cinayətinə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin həmin cəzanın hər hansı bir hissəsini həbsxanada çəkməsini zəruri hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məstiyev X3 rayonunun Ostair kəndində kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı rayon prokurorluğunda saxlanılan və hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd balta, bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr müşahidə edilən baş örtüsü, bir ədəd qara rəngli eynək, bir ədəd qara rəngli eynək qulpu, pambıqda və tamponda götürülmüş qanabənzər nümunələr, bir cüt çəhrayı rəngli çəkələk, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins materialdan olan şalvar, bir ədəd qara rəngli qısaqol kofta, meyitin xarici müayinəsi zamanı götürülmüş, zərər çəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr müşahidə olunan bir ədəd ağımtıl rəngli busqalter, bir ədəd qırmızı rəngli don, bir ədəd qara rəngli alt paltarı(mayka), bir ədəd ağ rəngli, naxışlı trusi və mərhumənin əl dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmişə məxsus dükandan götürdüyü bir ədəd üzərində göy rəngli üzlüyü olan qara rəngli “Samsung” markalı mobil telefon, 6 (altı) ədəd “Viceroy” markalı siqaret və evdən götürdüyü 2 (iki) ədəd iyirmi manatlıq, 6 (altı) ədəd bir manatlıq pul əskinazları zərər çəkmiş şəxsin hüquqi varisi Nümayəndə qaytarılmalı, 3 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 139 (yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 120.2.11-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 07 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 139 (yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı rayon prokurorluğunda saxlanılan və hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd balta, bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr müşahidə edilən baş örtüsü, bir ədəd qara rəngli eynək, bir ədəd qara rəngli eynək qulpu, pambıqda və tamponda götürülmüş qanabənzər nümunələr, bir cüt çəhrayı rəngli çəkələk, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins materialdan olan şalvar, bir ədəd qara rəngli qısaqol kofta, meyitin xarici müayinəsi zamanı götürülmüş, zərər çəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş və üzərində qanabənzər ləkələr müşahidə olunan bir ədəd ağımtıl rəngli busqalter, bir ədəd qırmızı rəngli don, bir ədəd qara rəngli alt paltarı (mayka), bir ədəd ağ rəngli, naxışlı trusi və mərhumənin əl dırnaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmişə məxsus dükandan götürdüyü bir ədəd üzərində göy rəngli üzlüyü olan qara rəngli “Samsung” markalı mobil telefon, 6 (altı) ədəd “Viceroy” markalı siqaret və evdən götürdüyü 2 (iki) ədəd iyirmi manatlıq, 6 (altı) ədəd bir manatlıq pul əskinazları zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə qaytarılsın, 3 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-664/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-664/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver