Məhkəmə qərarları › İş №1(099)-664/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-664/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-664/2023 21.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1957-ci ildə Astara rayonu Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2189,147 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 113,053 qram çəkidə narkotik vasitə olan tiryək əldə edib daşımaqla özündə saxlayaraq narkotik vasitə qurudulmuş marixuananın 6,438 qramını 50 manata 16 aprel 2023-cü il tarixdə saat 18 radələrində Astara rayonu Kolatan kəndində Şahid3 qanunsuz olaraq satıb qalan 2182,709 qram qurudulmuş marixuanadan 2,709 qramını və 8,866 qram çəkidə tiryəki özündə saxlamış, qalan hissələrini isə yaşadığı Astara rayonu Kolatan kəndində yerləşən evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan tikilidəki dolabın altında gizlətmiş, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, 17 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Astara rayonu Kolatan kəndində küçədə saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 20:35 radələrində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 10 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,907 qram, 0,854 qram, 0,884 qram, 1,014 qram, 0,895 qram, 0,857 qram, 0,909 qram, 0,879 qram, 0,833 qram və 0,834 qram olmaqla ümumi təmiz çəkisi 8,866 qram olan narkotik vasitə tiryək və 10 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,334 qram, 0,293 qram, 0,309 qram, 0,358 qram, 0,303 qram, 0,291 qram, 0,263 qram, 0,124 qram, 0,142 qram, 0,292 qram olmaqla, ümumi təmiz çəkisi 2,709 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 21:45 radələrində yaşadığı Astara rayonu Kolatan kəndində yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan tikilidəki dolabın altından 01 ədəd sellofan bağlamada təmiz çəkisi 2180 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 104,187 qram olan narkotik vasitə tiryək aşkar edilib götürülmüş, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid3 20 aprel 2023-cü il taorixdə saat 17:30 radələrində Astara rayonu Kakalos kəndində saxlaınlaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 20:35 radələrində şəxsi axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,438 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə, axşam saatlarında Astara rayonu, Kolatan kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərində bir kibrit qutusunda qurudulmuş marixuana olmuş, marixuananı bir neçə gün əvvəl əldə etmişdir. Həmin narkotik vasitəsindən tanışı Şahid3 istifadə etmək üçün 1 büküm pay vermişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparanda üzərində həmin bir çibrit qutusunda marixuana olmuşdur. Lakin polis şöbəsində olan zaman polis əməkdaşları onun üzərinə əlavə olaraq tiryək bükümləri qoymuşlar. Etiraf etmədiyi halda onun oğlunu həbs edəcəkləri ilə hədələdilərinə görə məcbur qalıb etirafedici ifadə vermiş və sənədləri imzalamışdır. Bundan sonra polis əməkdaşları onu yaşadığı Kolatan kəndində yerləşən evə aparıb orada həyətdə olan tikilidəki dolabın altında 2kq.dan artıq marixuana, 104 qr.dan artıq tiryək yerləşdirib, bir daha oğlu ilə hədələdiklərinə görə məcbur qalıb həmin narkotik maddələrində ona məxsus olmasını bildirmişdir. Üzərində cəmi bir qutuda marixuana olmuş, digər maddələr ona məxsus olmamış, nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə Lənkəran rayon sakini Əhməd adlı şəxsdən 5000 manat pul müqabilində 2 kq.dan bir qədər artıq qurudulmuş marixuana və 100 qr.dan bir qədər artıq tiryək almışdır. Hər biri ayrı-ayrılıqda yapışqan lentlə bağlanmış və sellofan torbada olmuşdur. Həmin narkotik vasiətələri alıb yaşadığı evinə getmişdir. Həmin narkotik vasitələri Astara rayonunda narkotik istifadəçilərinə satacaqmış. Aldığı narkotik vasitələri yaşadığı evin həyətində olan tikilidə dolabın aşağı hissəsində gizlətmiş, qurudulmuş marixuanadan isə 01 ədəd kibrit qutusuna doldurub götürmüşdür ki, istəyən olsa satar. Özü ilə götürdüyü bir ədəd kibrit qutusundakı marixunanı həmin gün saat 18 radələrində Kakalos kənd sakini Şahid3 50 manata satmışdır. Ertəsi gün, yəni 17 aprel 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitələri gizlətdiyi həyətdəki həmin tikiliyə getmişdir. Narkotik vasitələrin hər birindən gözəyarı 10 büküm hazırlayıb gödəkcənin cibinə qoymuşdur ki, istəyən olsa satar. Qalan narkotik vasitələri isə eyni formada qablaşdırıb dolabın altında gizlətmişdir. Həmin gün saat 20 radələrində yaşadığı Kolatan kəndində özünə məxsus “BMW” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yanında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Astara rayon polis şöbəsinin işçiləri oluduğunu bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və daha sonra onu rayon polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı gödəkcəsinin sol yan cibində gizlətdiyi 10 bükümdə qurudulmuş marixuana və 10 bükümdə tiryək aşkar olunaraq götürülmüşdür. Həmin büküm ondan götürülərək qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmişdir. Daha sonra ona məxsus “BMW” markalı, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilsə də, oradan narkotik vasitə, o cümlədən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra o, yaşadığı evin həyətindəki tikilidə narkotik vasitələr saxladığını bildirmişdir. Daha sonra yaşadığı evinə baxış keçirilmişdir. Evin həyətindəki tikiliyə baxış keçirilən zamanı o, gizlətdiyi narkotik vasitənin yerini göstərmişdir. Bundan sonra həmin narkotik vasitələr olan 01 ədəd bağlamada qurudulmuş marixuana və 01 ədəd bükümdə olan tiryək aşkar olunaraq oradan götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr təhqiqatçı tərəfindən qablaşdırılıb bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “polis əməkdaşlarının üzərinə və yaşadığı evə narkotik vasitələr qoyması, polis əməkdaşları tərəfindən onu oğlu ilə hədələməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon Polis Şöbəsinin əməkdaşı X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Kolatan kəndində özünə məxsus “BMW” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, Astara rayonundan olduğuna və küçədə gediş-gəliş çox olduğuna görə üzərində şəxsi axtarışı küçədə deyil, polis şöbəsində keçirilməyi istəmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi üçün onu və avtomobilini rayon polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt ona üzərində narkotik vasitə, habelə daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxıldıqda orada 20 ədəd kiçik ölçülü sellofan büküm olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin bükümlərə də baxdıqda onlardan 10 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər 10 ədədinin içərisində isə narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs da həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Astara RPŞ-nin duracağında saxlanılan “BMW” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Avtomobilə baxış zamanı oradan qanunla qadağan olunmuş hər hansı bir əşya, o cümlədən narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Astara rayonu Kolatan kəndində yerləşən evinə baxış keçirmək üçün həmin ünvana getmişlər. Müdafiəçinin də iştirakı ilə və video çəkiliş vasitəsi ilə evə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən mişar daşlarından tikilmiş saxlanc yeri kimi istifadə olan şkafın altında saxladığı 2 ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim etmişdir. Həmin bağlamalardan biri böyük, digəri isə balaca olmuşdur. Həmin bağlamaları açıb içərinə baxdıqda böyük bağlamanın içərisində narkoitik vasitə qurudulmuş marixuana, digərinin içərisində isə narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən o, yaşadığı evin həyətyanı sahəsindəki saxlanc evindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuanaya və tiryək olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin bağlamalar çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16 aprel 2023cü il tarixdə saat 18 radələrində Astara rayonu Kakalos kəndində yerləşən yaşadığı evdən çıxaraq piyada Kolatan kəndinə gedib orada həmin kənd sakini Təqsirləndirilən şəxsla görüşüb ondan 50 manat müqbilində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almışdır. 20 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Kakalos kəndində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən bir neçə gün əvvəl Vaqifdən aldığı narkotik vasitəni əynində olan cins şalvarının cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 18 aprel 2023-cü il tarixli 19/470 saylı rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi tiryəkə bənzər kütlə ekspertizaya təqdim olunmaq üçün...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -104,187 qram olun maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi tiryəkə bənzər kütlələr ekspertizaya təqdim olunmaq üçün...” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda, 10 ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi: -0,907 qr; -0,854 qr; -0,884 qr4 -1,014 qr; -0,895 qr; -0,857 qr; -0,909 qr; 0,879 qr; -0,833 qr; - 0,834 qram: ümumi təmiz çəkisi -8,866 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər. -Tədqiqata təqdim etdiyi “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, təmiz çəkisi: - 2180,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim etdiyi “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi -0,334 qr; -0,293 qr; -0,309 qr; -0,358 qr; -0,303 qr; -0,291 qr; -0,263 qr; -0,124 qr; -0,142 qr; -0,292 qram: ümumi təmiz çəkisi: -2,709 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi tiryəkə bənzər kütlə ekspertizaya təqdim olunmaq üçün...” və “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi tiryəkə bənzər kütlələr ekspertizaya təqdim olunmaq üçün...” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 11 ədəd olmaqla ümumi təmiz çəkisi: 113,053 qram olan tiryəklər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. - Tədqiqata təqdim etdiyi “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi marixuanaya bənzər kütlə...” və Tədqiqata təqdim etdiyi “Təqsirləndirilən şəxs Yadulla oğlunun təqdim etdiyi marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı, ümumilikdə 11 ədəd olmaqla ümumi təmiz çəkisi: -2182,709 qram olan marixuanalar, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 112,503 qram, qurudulmuş marixuanna 2182,409 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli 458 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 21 aprel 2023-cü il tarixli 19/479 saylı rəyin surətinin nəticə hissəində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda kütlə....” sözlə və imzalar olan bir ədəd zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi: -6,438 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 01 iyun 2023-cü il tarixli 19/553 saylı rəyin surətinin nəticə hissəində göstərilmişdir ki, , tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən aşkar edilmiş 1 büküm marixuana....” və “Təqsirləndirilən şəxs üzərindən və saxlanc yerindən aşkar edilmiş ümumilikdə 11 ədəd tiryək və 11 ədəd marixuana....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd paketdəki ümumilikdə 12 ədəd olmaqla qurudulmuş marixuanalar bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 2182,359 qram qurudulmuş marixuanna. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli 138 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli videoçəilişlə aparılmışq «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli qırmızı-naxışlı godəkcəsinin sol yan cibindən 08 ədəd göy rəngli, 02 ədəd sarı rəngli salofanda qurudulmuş marixuanaya, bənzər kütlə 10 ədəd şəffaf salofanda tiryəkə bənzər kütlə və bir ədəd “MO” markalı mobil telefon aşkar olunaraq götürüldü. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli videoçəilişlə aparılmışq «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Kolatan kəndində yerləşən evin həyətyanı sahəsində yerləşən mişar daşlarından tikilmiş saxlanc evi kimi istifadə olan şkafın altından 2 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya və tiryəkə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmü surətindən görünüor ki, Məmmədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.4, 28.2, 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 06 gün vaxından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Astara rayonu, Kakalos kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və yetkinlik yaşına çatmış oğlundan ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilməsi barədə və yaşadığı evə baxış keçirilməsi barədə çəkilmiş videogörüntünün yazıldığı 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əməlini qismən etiraf etməsini, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəmstəliyi aşkar olunmadığından məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Astara Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 112,503 qram narkotik vasitə tiryək və 2182,359 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə və baxış keçirilməsi protokolunun görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Astara Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 112,503 qram narkotik vasitə tiryək və 2182,359 qram narkotik vasitə qurudulmuş marixuanna məhv edilsin. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar