Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-667/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, ümumi çəkisi 3,252 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, metamfetaminin 2,643 qramını bir ədəd polietilen kəsiyi bükümündə əynindəki gödəkçənin sol yan cibində, 0,609 qramını isə idarə etdiyi “VAZ-2107” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qoltuqaltı hissədə saxlayaraq daşımış, 24 noyabr 2023-cü il tarixdə saat 18:40 dəqiqədə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri E.Nadirov küçəsində idarə etdiyi “VAZ-2107” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 19:26 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,643 qram, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Sabirabad rayon polis şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ-2107” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə həmin tarixdə saat 19:50 dəqiqədə baxış keçirilən zaman, avtomobilin salonunun qoltuqaltı hissəsində bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə arvadını xəstəxanadan götürmək üçün idarə etdiyi Vaz 2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xəstəxanaya gedən zaman yolda avtomobilinin sükanında problem yaranmış, buna görə də əvvəllər tanıdığı, maşın ustası Ramin adlı şəxsin yanına getmiş, Ramin ilə söhbət zamanı bir avtomobil gələrək Ramingilin qapısının qarşısında dayanmış, həmin avtomobildən 4 nəfər mülki geyimli şəxs düşərək Raminin atası ilə söhbət etdikdən sonra, Taleh adlı polis əməkdaşı digər polis əməkdaşına onu polis şöbəsinə aparmasını bildirmişlər. Həmin polis əməkdaşı da onun yanına gələrək onu gəldikləri avtomobil ilə Sabirabad rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə cibinə 01 ədəd bükümdə psixotrop maddə metamfetamin qoyaraq boynuna almasını demişlər, əgər boynuna almazsa avtomobilinə də narkotik vasitə yerləşdirəcəkləri ilə hədələmişlər. Bundan sonra vəkillə təmin olunmuş və üzərində şəxsi axtarış keçirilərək bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra onun Sabirabad RPŞ-nin həyətində avtomobilinə baxış keçirmişlər, orada əməliyyatçılar ona avtomobilin qoltuqaltlığında narkotik vasitə olduğunu, həmin narkotik vasitəni çıxardıb təqdim etməsini tələb etmişlər. O da vəkilin iştirakı ilə video çəkilişlə avtomobilin qoltuqaltlığında olan 01 ədəd bükümdəki narkotik vasitəni çıxardıb təqdim etmişdir. Polislər tərəfindən saxlanılarkən onun üzərində və avtomobilində narkotik vasitə və psixotrop maddə olmamış, üzərinə və avtombilinə psixotrop maddəni polislər qoymuşlar. Polislər tərəfindən döyüldüyü üçün məcbur qalıb üzərindən və avtomobilindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Günahı olmadığı üçü barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Lakin ibtidai istintaq zamanı 25 noyabr 2023-cü il tarixli şübhəli və 26 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, tutulmamışdan bir neçə gün əvvəl yaşadığı Sabirabad şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olarkən yerdə bir ədəd siqaret qutusu görmüşdür. Həmin siqaret qutusunu götürüb içərisinə baxarkən içərisində iki ədəd sellofan bükümdə “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Daha sonra həmin kütləni götürüb əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra həmin kütləni üzərində gəzdirib az-az istifadə etmişdir. Bunun üçün əvvəlcə bir ədəd balaca lampanı götürüb üst tərəfini çıxarmış, istifadə etmək üçün metamfetamini götürüb həmin lampanın içərisinə ataraq alışqanla lampanı aşağı hissəsindən yandırmışdır. xx.xx.2023-cü il tarixdə həmin siqaret qutusunun içərisində olan iki ədəd sellofan bükümü götürmüşdür. Onlardan bir ədədini əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə, digərini isə istifadə etmək üçün hazırladığı süşə qabla birlikdə ona məxsus olan “Vaz 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön oturacaqlarının arasındakı saxlanc yeri hesab edilən, qoltuqlatı hissəyə qoymuşdur. Həmin gün saat 19 radələrində avtomobilini Sabirabad şəhəri Eynulla Nadirov küçəsində saxlamış, avtomobildə oturan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Mülki geyimli şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmiş və onu Sabirabad rayon polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı o əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə “patı” yəni psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra “Vaz 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. O, cibində olan avtomobilinin açarlarını götürüb qapılarını açdıqdan sonra avtomobilin sürücü qapısını açmış və ön iki oturacağın arasındakı saxlanc yerindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin və bir ədəd həmin maddəni istifadə etməyi üçün düzəltdiyi şüşə qab və üzərindəki kağızı götürüb təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində “polislər tərfindən saxlanılarkən onun üzərində və avtomobilində psixotrop maddə olmaması, üzərinə və avtombilinə psixotrop maddəni polislərin qoyması, polislər tərəfindən döyüldüyü üçün məcbur qalıb üzərindən və avtomobilindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmasını bildirməs.” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə saxlamaqda, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Sabirabad şəhəri E.Nadirov küçəsində idarə etdiyi avtomobillə yolun kənarında dayanarkən saxlanılmışdır. Bu zaman küçə qapılarının qarşısında dayandıqları adını sonradan bildiyi Ramin Fərzəliyev və atası İltifat Fərzəliyev də küçəyə çıxmışdır. İltifat Fərzəliyev onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Onlar da İltifada “sənə aid deyil, içəri gir” demişdirlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs özünə məxsus avtomobili ilə rayon polis şöbəsinə getmişlər. O isə hadisə baş verən yerə getdikləri avtomobili idarə edərək onların arxasınca gəlmişdir. Sabirabad rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellafon bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Aşkar olunmuş kütləyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşduqda, o, həmin kütləni gələcəkdə özü istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zaman idarə etdiyi avtomobilin ön iki oturacağının arasındakı saxlanc yerindən 01 ədəd sellafon bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə və bir ədəd həmin maddəni istifadə etməsi üçün düzəltdiyi şüşə qab, eləcə də üzərindəki kağızı təqdim etmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşları Şahid3 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 həm məhkəmə baxışı, həmdə ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, avtomobil ustasıdır. Təqsirləndirilən şəxs 3-4 ildir ki, tanıyır, belə ki, o, bir neçə dəfə sonuncunun ağ rəngli VAZ-2107 markalı avtomobilini düzəltmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğu barədə məlumatı olmuşdur. 24 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq avtomobilinin sükanında problem olduğunu, ona görə də avtomobilinə baxmaq lazım olduğunu bildirmişdir. O da Rəhmana evdə olduğunu, küçəyə gəlməsini demişdir. 10-15 dəqiqədən sonra yaşadığı evin həyət darvazasının qarşısında avtomobilin gəlməsi səsini eşitmiş və Rəhmanın gəlməsini bildiyindən evdən küçəyə çıxmışdır. O, küçəyə çıxanda Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının Rəhmana yaxınlaşdıqlarını, polis olduqlarını bildirib və avtomobili ilə birlikdə apardıqlarını görmüşdür. Polis əməkdaşları Rəhmana yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə aparmışlar. Həmin vaxt polis əməkdaşları Rəhmanın üst-başını yoxlamamışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli 19/405 saylı rəyindən görünür ki, 1)tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,643 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2)Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs avtomobilindən ..” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 0,609 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”da psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından onun miqdarı və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 bükümdə, onun avtomobilindən aşkar olunmuş 01 bükümdə, cəmi 02 ədəd bükümdə ümumi çəkisi-3,252 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 3,152 qram.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli 184 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Əliyev X1 rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,643 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan” aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli «baxış keçirmə və götürmə haqqında» protokoldan və videogörüntüdən görünür ki,Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,609 qram olan psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 3,152 qram qalmış psixotrop maddə metamfetamin, eləcə də üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan” maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işinin ayrıca icraata ayrılması haqqında» qərarla Təqsirləndirilən şəxs üzərindən və avtombilindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işinin materialarından ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Sabirabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Əliyev X1 şəhəri, S.Vurğun küçəsi ev 8 mənzil 7-də yaşayır, ailə tərkibi arvadı və 2019-cu il təvəllüdlü qızından ibarətdir, yaşadığı müddət ərzində Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, himayəsində yaşlı anasının olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,152 qram qalmış psixotrop maddə metamfetamin, eləcə də üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan” məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 24 noyabr 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,152 qram qalmış psixotrop maddə metamfetamin, eləcə də üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan” məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-667/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-667/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver