Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-668/2023 25.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə 18 avqust 1980-ci ildə Saatlı rayonunun Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, avtomobil təmiri ustası işləmiş və hazırda işləməyən, Saatlı rayonunun Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsi, ev 17-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən, usta işlədiyi avtomobil təmiri sexində nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsi olmadan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq yüngül dərəcəli alkoqol sərxoşluğu halında təmir üçün ona etibar edilmiş X3 məxsus VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir sexinin binasına salmaq üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin istismara buraxılmasına dair yol hərəkəti haqqında qanunun 1ci əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli, qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin 13-cü bəndinin tələblərinə əsasən tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatlarının müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır” tələbinə zidd olaraq, avtomobilin texniki cəhətdən sazlığını yoxlamadan tormoz sisteminin istismara yararsız vəziyyətdə hərəkət etdirərək, qeyd olunan qaydalara riayət etdiyi təqdirdə hadisənin qarşını almağa texniki imkanı olduğu halda və qaydalara riayət etməyib və avtomobili binaya daxil edərkən tormoz etdiyi halda avtomobil dayanmamış və orada olan X6 və Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun sol mil və sol incik sümüklərinin aşağı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan, üst çənədə sağ və sol 3-4-5-ci dişlərin travmatik sınıqları, sol qalç tini proyeksiyasında çapıq-sağalmış yaranın izi, qarnın küt travması əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər almasına, X1 isə qarnın qapalı küt travması, dalağın cırılması, qarın boşluğunda maye və laxtalı qan, sol qalça tini proyeksiyasında, sol budun ön iç səthində, sol budun orta 1/3-də arxa səthdə qançırlar, sol budun yuxarı 1/3-də ön səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan X1 qarnın qapalı küt travmasından, dalağın cırılması nəticəsində baş vermiş daxili qanaxma nəticəsində ölümünə səbəb olmuş, yəni nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Saatlı rayonunun Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsi ev 17-də yaşayır. Əvvəllər, yəni bu hadisə baş verən vaxtadək tanışı Zərərçəkmiş şəxs məxsus, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən təmir sexini icarəyə götürüb avtomobil rəngsazı işləmiş, hazırda isə işsizdir. X11 və Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, onlarla bir yerdə işləmiş və hər ikisi ilə münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir narazılıq olmamışdır. Bu hadisədən təxminən bir ay əvvəl Saatlı rayonun Potubəyli kənd sakini İmanverdi Mayılov avtomobilini (VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili) təmir üçün dəmirçi İnqilaba vermişdir. İnqilabın təmir sexi onun işlədiyi yerdə yolun əks tərəfindən yerləşir. 21 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində İmanverdi onun yanına gəlib İnqilabın avtomobilin təmirini başa çatdırdığını, ona aid rəngləmə işi qaldığını demiş, sonra o, İnqilabın sexinə gedib avtomobilə baxdıqdan sonra İmanverdiyə avtomobilin dörd gün onun işlədiyi sexdə qalacağını, həmin müddətdə avtomobili rəngləyib ona təhvil verəcəyini bildirmiş, o da razılaşmışdır. 22 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində o, İnqilabın işlədiyi sexə gedib İmanverdiyə məxsus avtomobili (VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili) sürüb özünün işlədiyi sexə gətirib təmirə başlamışdır. Həmin gün Möhübbət və Mircəfər də orada olmuş və öz sexlərində avtomobil təmir işləri ilə məşğul olmuşlar. Günorta vaxtı saat 13 radələrində o, Möhübbətlə danışıb bir yerdə nahar etmiş, Mircəfər isə əlində işi olduğu üçün nahara gəlməmişdir. Sonra o, Möhübbətlə birlikdə yaxınlıqda olan kafedə oturub yemək yemiş və hər ikisi 2 rumka araq içmişlər. Sonra o, Möhübbətlə birlikdə iş yerinə qayıdıb öz işləri ilə məşğul olmağa başlamışlar. Saat 15-dək o, avtomobilin təmiri ilə məşğul olmuş, sonra yaşadığı evin həyətində olan heyvanlara ot və su vermək üçün hazırlaşmağa başlamışdır.Həmin vaxt işlədiyi sexdə başqa avtomobil olduğu üçün sexin qarşısında saxladığı İmanverdinin avtomobili sexə sala bilməmiş, bu səbəbdən Möhübbətlə danışıb avtomobili onun və Mircəfərin işlədiyi sexdə saxlayıb evə getmək istədiyi demiş o da etiraz etməmişdir.Sonra o, avtomobilin sükanı arxasına keçib avtomobili idarə edib Mircəfərə məxsus sexə tərəf sürmüş, həmin vaxt Mircəfər və Möhübbət sexdə olmuşdür. Onun Mircəfər və Möhübbətlə zarafatı olduğundan hərdən onların işlədiyi sexdə təmir etdiyi avtomobilləri sürərkən zarafatyana sürətini artırıb sonra dərhal tormoz etmə halları olmuşdur. O, avtomobili idarə edib sexə yaxınlaşıb zarafat etmək məqsədilə avtomobili təxminən 40 km/saat sürətlə idarə edib sonra tormoz vermiş, lakin avtomobilin tormozu (əyləci) işləməmiş, təkrarən yenə də ayağını əyləcə basıb tormoz vermək istəsə də, tormoz (əyləc) işləməmiş və avtomobilin həmin sürətlə hərəkət edib sexə daxil olmuş, bu zaman avtomobilin qabaq sağ qanadı Möhübbətin ayağına dəyib onu sexin içərisindəki paltar dəyişilən otağın turbasına sıxmış, avtomobilin qabaq sol qanadı isə Mircəfərə dəyib onu qabağa tullamış, sonra avtomobil dayanmışdır. O, dərhal avtomobildən düşüb əli ilə avtomobili arxaya itələyib Möhübbəti sıxılmış yerdən aralamış və Möhübbət yerə yıxılmışdır. O, dərhal Möhübbəti yerdən qaldırıb paltar dəyişilən otağa gətirib divanda əyləşdirib Möhübbətdən vəziyyətini soruşmuş, o da heç bir problem olmadığını, yaxşı olduğunu demişdir. Mircəfər də özü yerdən qalxıb onların yanına gəlmiş və o, Mircəfərdən səhhətinin necə olduğunu soruşmuş, o da heç bir şey olmadığını, bir az əzildiyini və bir qədər ağrıdığını demişdir. Sonra o, Möhübbətin corablarını çıxarıb ayaqlarına su vurub yardım etmiş və Möhübbətə təcili tibbi yardıma zəng etmək istədiyini demiş, lakin Möhübbət ona heç bir problem olmadığını, yaxşı olduğunu dediyindən o, Möhübbətin vəziyyətinin yaxşı olduğuna düşünüb təcili tibbi yardıma zəng etməmişdir. Bundan sonra o, avtomobili sürüb İnqilabın sexinə aparıb İnqilabla görüşüb ona avtomobilin qabaq sol qanadının əzildiyini və düzəltməsini xahiş etmiş və avtomobili orada qoyub geri qayıdıb Möhübbətlə Mircəfərin yanına gəlmişdir.O, sexə çatanda Möhübbətin qardaşı Kamranın və təcili tibbi yardım avtomobilinin də orada olduğunu görmüşdür. Kamranla görüşüb Möhübbətin vəziyyətini soruşmuş, Kamran da Möhübbətin vəziyyətinin pis olduğunu demişdir.Sonra təcili tibbi yardım avtomobili ilə Möhübbət və Mircəfər Saatlı rayon xəstəxanasına aparılmışdır. Bundan sonra sexdən çıxıb piyada dəmir yolunun kənarı ilə polis şöbəsinə tərəf getmiş və “Kapital bank”ın qarşısına çatanda mobil telefonuna zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxsdən ondan harada olduğunu soruşmuş, o da polis şöbəsinə tərəf getdiyini demiş, həmin şəxs ona geri sexə qayıtmağı tapşırmış və o, dərhal yoldan keçən tanımadığı şəxsin avtomobilinə minib işlədiyi sexin yaxınlığına gəlmiş, hadisə olan yerdə xeyli sayda adam və polis əməkdaşları olduğunu görmüş, həmin vaxt orada olan polis əməkdaşlarına yaxınlaşmış və polislər onu post-patrul avtomobili ilə sexin qarşısına gətirmişlər. Bundan sonra onun iştirakı ilə polis əməkdaşları hadisə yerinə baxış keçirib sənədləşmə aparılmışdır.O, avtomobili idarə etməyi bilsə də, onun sürücülük vəsiqəsi yoxdur. Hadisədən əvvəl o, nahar vaxtı 2 rumka araq içsə də, sərxoşluğu olmamış, özünü tam idarə edə bilmişdir.Həmçinin hadisə zamanı avtomobili 40 km/saat sürətlə idarə etmiş və avtomobilin tormoz sisteminin işlək vəziyyət olub-olmamasını bilməmiş, idarə etdiyi avtomobilin Mircəfər və Möhübbətə çatmasına təxminən 5 metr qalmış o, təhlükə yarandığını hiss edib hadisənin qarşısını almaq üçün dərhal tormoz vermiş, lakin əyləc işləmədiyindən hadisənin qarşısını ala bilməmişdir.Sonradan başa düşmüşdür ki, idarə etdiyi avtomobilin tormozunda texniki nasazlıq olmuşdur. Bu hadisə 22 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Saatlı şəhəri, M.F.Axundov küçəsində avtomobil təmiri sexində baş vermişdir.Həmin hadisə zamanı özü xəsarət almamış, lakin Mircəfər və Möhübbət xəsarət almış, həm də Möhübbət aldığı xəsarətlərdən vəfat etmişdir. İdarə etdiyi avtomobillə bu hadisənin baş verməsinə, yəni bir yerdə işlədikləri şəxslər olan Mircəfərin xəsarət almasına və Möhübbətin xəsarətlər alaraq ölməsinə görə özünü təqsirli bilir və əməlindən çox peşmandır. O, mərhum Möhübbətin hüzr mərasimində iştirak edib üzrxaqlıq etmiş və mərhumun ailəsinə maddi köməklik göstərmiş, həmçinin xəsarət almış Mircəfərə də maddi yardım göstərmişdir. Hadisədən sonra onunla mərhumun ailəsizərərçəkmiş şəxsin hüquqi varisi Mürvət Qənbərov və Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Bir daha o, zərərçəkmiş tərəflərə üzrxaqlıq edib bu hadisənin ehtiyatsızlığı nəticəsində baş verdiyini və hazırda belə bir hadisinin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Törətdiyi cinayətə görə ona cəza verilərkən hazırda ailəli olmaqla, özünün mədə qanaxması diaqnozu ilə xəstə olması, arvadının Xosavəndən məcburi köçkün olmağı və oğlunun müddətli həqiqi hərbi xidmətdə olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmasi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum Möhübbət Qənbərov atasıdır. Atası Mürvət 20 ildən artıq müddət Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri ustası işləmişdir.Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşıdır. Həmçinin hadisə olan vaxtadək xeyli müddət atası Mürvət Seyranla birlikdə işləmiş və onların da münasibətləri yaxşı olmuşdur. 22 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində kimsə ona zəng edib məlumat vermişdir ki, atasının işlədiyi sexdə hadisə baş vermişdir. Sonra o, atasının işlədiyi sexə getmiş, sexin qarşısında xeyli sayda insanların toplaşdığını və təcili tibbi yardım avtomobilinin orada olduğunu görmüşdür. O, dərhal sexə daxil olmuş və atası Möhübbətin vəfat etdiyini bilmişdir. Sonra mərhum atası Möhübbəti təcili tibbi yardım avtomobili ilə Saatlı RMX-na aparmışlar. Elə həmin gün ona məlum olmuşdur ki, atası Möhübbət avtomobil sexində Mircəfərlə birlikdə işləyərkən Təqsirləndirilən şəxs təmir etdiyi “VAZ-2107” markalı avtomobillə onların işlədiyi sexə daxil olarkən avtomobili saxlaya bilməmiş və atası Möhübbət orada olan dəmir turba ilə avtomobilin arasında qalaraq xəsarət almış və bu xəsarətdən vəfat etmiş, həmçinin avtomobilin Mircəfəri vurması nəticəsində o da xəsarətlər almışdır.Bu hadisəni Təqsirləndirilən şəxs qəsdən törətməmiş, hadisə onun avtomobili idarə edərkən ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs mərhum atası Möhübbətin yas mərasimində iştirak edib baş vermiş hadisə ilə bağlı üzrxahlıq etmiş, yas mərasiminin təşkilində iştirak etməklə onlara maddi köməklik də etmişdir. O, bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də Təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Mürvət Qənbərovun istintaq orqanına və məhkəməyə ünvanlandığı 20 iyul və 28 avqust 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, X11 və Təqsirləndirilən şəxs tanımış və hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Onun Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən avtomobil sexləri vardır və həmin sexin birində o və mərhum Möhübbət avtomobil təmiri ilə məşğul olmuş, digər sexi isə Seyran icarəyə götürüb orada avtomobil rəngsazı işləmişdir.22 yanvar 2023-cü il tarixdə, o, Möhübbətlə birlikdə sexdə avtomobil təmiri ilə məşğul olmuşdur. Həmin gün Seyranın işlədiyi sexin qarşısında “VAZ-2107” markalı avtomobilin dayandığını görmüş, avtomobilin kimə məxsus olmasını bilməsə də, avtomobilin təmiri ilə Seyranın məşğul olduğunu bilmişdir.Saat 15 radələrində Möhübbət ona Seyranın evə getmək istədiyini və təmir etdiyi avtomobili onların sexində saxlamaq üçün gətirəcəyini bildirib sexdə olan təmir alətlərini yerdən götürməyini demiş, o da özünün də toya gedəcəyini deyib yerdəki təmir alətlərini yığışdırmağa başlamışdır.O, sexdəki təmir alətlərini yerdən götürərkən Möhübbət yanında dayanmış, elə həmin anda qəflətən içəri Seyranın idarə etdiyi avtomobil daxil olmuşdur. Seyranın idarə etdiyi avtomobilin qabaq sağ qanadı Möhübbətin sol ayağını sexin içərisindəki paltar dəyişilən otağın turbasına sıxmış, avtomobilin qabaq sol qanadı isə ona dəyib onu qabağa tullamış və avtomobil dayanmışdır. Seyran dərhal avtomobildən düşüb avtomobili arxaya tərəf itələdikdən sonra Möhübbət yerə yıxılmışdır.Seyran Möhübbəti yerdən qaldırıb paltar dəyişilən otağa aparmış, sonra özü də yerdən qalxıb onların yanına getmişdir. Seyran ondan səhhəti barədə soruşmuş, o da elə bir şey olmadığını, bir az əzildiyini və bir qədər ağrıdığını demişdir.X13 corablarını çıxarıb ayaqlarına su vurub yardım etmiş, həm də ona təcili tibbi yardıma zəng etməyini demiş, lakin Möhübbət razı olmayıb heç bir problem olmadığını, yaxşı olduğunu demişdir.Bundan sonra Seyran “VAZ- 2107” markalı avtomobili sürüb sexdən çıxarıb aparmışdır.Seyran gedəndən sonra Möhübbətin vəziyyəti pisləşdiyindən həmin vaxt sexdə olan şəxslərdən kimsə Möhübbətin qardaşı Kamrana zəng edib məlumat vermiş, az sonra Kamran da sexə gəlib Möhübbətin vəziyyətinin pis olduğunu görüb təcili tibbi yardıma zəng edərək hadisə yerinə həkim çağırmışdır. Az sonra Seyran yenidən Möhübbətlə onun yanına gəlmiş, elə həmin vaxt təcili tibbi yardım avtomobili də gəlib Möhübbəti və onu Saatlı RMX-na aparmış, orada Möhübbətin artıq vəfat etdiyi məlum olmuş, özünə isə ilkin tibbi yardım göstərilmişdir.O, aldığı xəsarətlərlə bağlı bir müddət xəstəxana müalicə olunub evə buraxılmış, hazırda səhhəti yaxşıdır sağalmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı ona üzrxahlıq etmiş və müalicəsi ilə bağlı ona maddi köməklik də etmişdir.O, bu hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini başa düşür, ona görə də Təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı 05 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, o, Saatlı RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyir.22 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində xidmətdə olarkən Saatlı RPŞ-nin Növbətçi hissəsindən Saatlı şəhəri, M.F.Axundov küçəsində avtobillə qəza törədilməsi və bir nəfər şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında o, digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir.Orada məlum olmuşdur ki, həmin yerdə avtomobil təmiri sexində avtomobil təmiri ustası işləyən Təqsirləndirilən şəxs təmir üçün götürdüyü VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə edib avtomobili təmir sexinə salarkən sexdə usta işləyən iki nəfər şəxsi avtomobillə vurmuş, həmin şəxslərdən biri Möhübbət Qənbərov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər xəsarətlər almış şəxs Zərərçəkmiş şəxs isə Saatlı RMX-na aparılmışdır.Sonra hadisə yerinə gəlmiş müstəntiq hadisəni törətmiş Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs deməsinə görə o, təmirə qəbul etdiyi VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün işlədiyi təmir sexinin qarşısından olmaqla idarə edib avtomobili Möhübbət Qənbərovun işlədiyi təmir sexinin içərisinə daxil edərkən avtomobilə tormoz versə də, tormoz tutmadığı üçün avtomobilin qabaq hissəsi ilə Möhübbət Qənbərov və Zərərçəkmiş şəxs vurmuşdur. Baxış keçirildikdən sonra protokol tərtib olunmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokol, protokola əlavə edilmiş “yol nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri, M.F.Axundov küçəsindən keçən hissəsində Hacıqabul-Bəhrəmtəpə istiqamətində yolun sağ kənarında yerləşir. Həmin yerdə yolun sol kənarında avtomobil təmiri sexlərin binası yerləşir. Hadisə baş verən avtomobil yolundan təmir sexləri olan hissəyə daxil olduqda sağda birmərtəbəli avtomobil təmiri sexinin binası yerləşir, ondan bir az aralıqda eyni həyətdə başqa bir bina yerləşir, həmin bina üç otağa bölünmüş, birinci yeməkxana, ikinci “malyar”, üçüncü isə “elektrik” yazısı olan otaqlardan ibarətdir.Baxışda iştirak edən Təqsirləndirilən şəxs VAZ- 2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün işlədiyi təmir sexinin binasının giriş hissəsində “malyar” sözü yazılmış otağının qarşısından avtomobilin sükanı arxasında əyləşib avtomobili Möhübbət Qənbərovun işlədiyi təmir sexinin binanın otağında saxlamaq üçün idarə etdiyini və binanın otağına avtomobillə daxil olarkən tormoz versə də, tormoz tutmadığı üçün avtomobilin qabaq hissəsi ilə otağının içərisində olan Möhübbət Qənbərovu və Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşib Möhübbət Qənbərovun və Zərərçəkmiş şəxs olduğu təmir otağına daxil olana qədər avtomobillə 38 metr məsafə qət etdiyi müəyyən edilir.Binanın həmin otağının giriş hissəsinin eni 7 metrdir. Binaya daxil olduqda nisbətən sol hissədə avtomobilin alt hissəsinə baxmaq üçün süni çuxur vardır və həmin çuxurun sağ tərəfi ilə otağa daxil etmiş otağın içərisində çuxurdan sağ tərəfdə 3,5 metr məsafə vardır. Baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar müşahidə olunmamış və fotoşəkillər çəkilib protkola əlavə edilmişdir. İşdə olan, 22 yanvar 2023-cü il tarixli, 12 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu” ilə müəyyən olunur ki, 22 yanvar 2023cü il tarixdə sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının verdiyi 22 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, X1 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinələrin nəticəsinə əsasən aşağıdakılar aşkar edilmişdir: a) Müayinə zamanı aşkar edilmiş xəsarətlər-qarnın qapalı küt travması, dalağın cırılması, qarın boşluğunda maye və laxtalı qan, sol qalça tini proyeksiyasında, sol budun ön iç səthində, sol budun orta 1/3-də arxa səthdə qançırlar, sol budun yuxarı 1/3-də ön səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 22 yanvar 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. b) Möhübbət Qənbərov ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. c) Möhübbət Qənbərovun ölümünə səbəb qarnın qapalı küt travmasından, dalağın cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının verdiyi 25 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol mil və sol incik sümüklərinin aşağı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan, üst çənədə sağ və sol 3-4-5-ci dişlərin travmatik sınıqları, sol qalç tini proyeksiyasında çapıq-sağalmış yaranın izi, qarnın küt travması küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 22 yanvar 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili tormoz sisteminin istismara yararsız vəziyyətdə idarə etmişdir.VAZ-2107 markalı avtomobilin tormoz sisteminin istismara yararsız vəziyyətdə avtomobilin idarə olunması hərəkətin təhlükəsizliyini təmin etmir.Ona görə də göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili tormoz sisteminin istismara yararsız vəziyyətdə hərəkət etdirməməli və avtomobildə olan həmin nasazlıq aradan qaldırdıqdan sonra hərəkət etdirməli idi. Lakin aparılmış tədqiqatdan məlum olduğu kimi, sürücü Təqsirləndirilən şəxs qeyd olunan yol şəraitində VAZ-2107 markalı avtomobili tormoz sisteminin istismara yararsız vəziyyətdə hərəkət etdirməsi onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitəsinin istismaraburaxılmasına dail yol hərəkəti haqqında qanunun 1-ci əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli, qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin 13-cü bəndinin tələblərinə əsasən tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatlarının müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. Təqsirləndirilən şəxs həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Saat RPŞ-nin DYPB-nin 07 mart 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Saatlı rayonun Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və adına hər hansı nəqliyyat vasitəsi yoxdur, habelə VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə almamışdır. İşdə olan, AD 940797 №-li “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surəti ilə müəyyən edilir ki, VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Saatlı rayonunun Potubəyli kəndində yaşayan X4r. İşdə olan, 24 may 2023-cü il tarixli “Qəbz”lə müəyyən edilir ki, istintaq orqanı tərəfindən VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanının 12 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayonu, Nərimankənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Nərimankənd kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.Ağayev küçəsi, ev 17-də yaşayır və yaşayış yerindən müsbət (sakit təbiətli insan olmaqla ictimai işlərində iştirak edir və yaşadığı ərazi əhalisi arasında böyük hörmət qazanmışdır) xarakterizə olunur. İşdə olan, Saatlı RMX PHŞ-in 05 yanvar 2023-cü il tarixli və 17 oktyabr 2023-cü il tarixli xəstəlik tarixlərindən çıxarışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs “mədə qanaxması” diaqnozu ilə 28 noyabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək və 10 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək xəstəxanada stasionar müalicədə olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.Habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır.Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), eləcə də işin faktiki halları, o cümlədən zərərçəkmiş şəxslərlə birgə işlədiyi avtomobil təmiri sexində təmir üçün qəbul etdiyi avtomobili idarə edərkən nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində hadisənin baş verməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər) məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan VAZ-2107 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-230 (iki yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağir Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-668/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-668/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver