Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-668/2024 25.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, məhkum olunmamış, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 34, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda-2,420 qram narkotik vasitə olan heroin və külli miqdarda-2,811 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 02 may 2024-cü il tarixdə, saat 10 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunun içərisindən altı ədəd bükümdə, ayrı-ayrılıqda 0,199 qram, 0,115 qram, 0,111 qram, 0,117 qram, 0,152 qram və 726 qram olmaqla cəmi, külli miqdarda-2,420 qram narkotik vasitə olan heroin və üç ədəd bükümdə, ayrı-ayrılıqda 0,185 qram, 0,175 qram və 2,451 qram olmaqla cəmi, külli miqdarda-2,811 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 34, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada xırda ticarətlə məşğul olmuşdur. Təxminən 2-3 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən “nəşə” (marixuanadan) istifadə etmişdir. 02 may 2024-cü il tarixdə, səhər saat 10-11 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində avtomobili saxlayıb anası ilə birlikdə həmin yerdə yerləşən dükanına gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılacağı izah edilmiş, həmin vaxt polis əməkdaşlarından dükanı açmasını və anasının dükanda olmasını xahiş etmiş, sonra polis əməkdaşlarının müşayiəti ilə dükanın qapısını açmış, bundan sonra polis əməkdaşları onu özünün (Təqsirləndirilən şəxs) maşınına mindirib polis şöbəsinə aparmışlar. Tutulub polis şöbəsinə aparılarkən onun üzərində narkotik maddələr olmamışdır. Polis bölməsində polislər ona qarşı təzyiq etmiş, sonra İntiqam adlı polis əməkdaşı cibinə bir ədəd kibrit qutusunda narkotik maddə qoyub onun CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilmiş, o da narkotikdən istifadə etdiyi üçün polislərin dediklərinə aldanıb razılaşmış, lakin sonradan ona məlum olmuşdur ki, ona başqa maddə ilə, yəni CM-nin 234.1-1-ci maddəsi ilə ittiham verilmişdir. Cibinə qoyulmuş kibrit qutusunun içərisində hansı növ narkotik maddə olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və özü cibinə qoyulmuş bir ədəd kibrit qutusunu cibindən çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində bir neçə bükümlərdə narkotik maddələr (heroin və metamfetamin) aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, polislərin dedikləri kimi izahat verib üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik maddələri (heroin və metametamini) tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Əslində isə tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış, aşkar olunan narkotik maddələri (heroin və metamfetamini) üzərinə İntiqam adlı polis əməkdaşı qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. Üzərində aşkar olunmuş narkotik maddələrlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2022-ci ildən müxtəlif növ narkotiklərdən istifadə etməyə başlamışdır. 30 aprel 2024cü il tarixdə Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerdən bir ədəd kibrit qutusunun içərisində heroin və metamfetamin tapmış və istifadə etməsi üçün kibrit qutusunu cibinə qoymuşdur. 02 may 2024-cü il tarixdə, saat 10 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində idarə etdiyi avtomobilin yanında olarkən polis əməkdaşları onu saxlayıb üzərində və avtomobildə narkotik maddələr saxlamaqda şübhəli olduğu bildiririb avtomobili iilə polis şöbəsinə aparılmışdır. Polis bölməsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edib içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində olan bükümlərdə heroin və metamfetamin kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş kibrit qutusunda olan heroin və metamfetamini Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra özünün və vəkilin iştirakı ilə avtomobilinə baxış keçirilmiş və avtomobildən heç bir qanunsuz əşya və ya predment aşkar olunmamışdır. O, polis əməkdaşları tərəfindən tutulub polis bölməsinə gətirilərkən və bundan sonra ona qarşı heç bir fiziki zor və ya təzyiqlər tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuş, döyülmüş, lakin polislərin onu döyməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, izahat və ifadə verərkən, sonra məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən üzərində aşkar olunmuş heroin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində həmin heroin və metamfetamini üzərinə İntiqam adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 fadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 02 may 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 10 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılıb ona üzərində və avtomobilində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib avtomobillə birlikdə Hacıqabul RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Natiq Ağayev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusunun içərisində çoxsaylı bükümlər və həmin bükümlərin içərisində heroinə və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin və metamfetamin kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirində İntiqam adlı polis əməkdaşı iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş, şahid X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Bildiyinə görə oğlu Təqsirləndirilən şəxs heç vaxt narkotik maddələrdən istifadə etməmişdir. 02 may 2024-cü il tarixdə, səhər saatlarında oğlu Nicatla birlikdə işlətdikləri dükanın yanında olarkən bir neçə polis əməkdaşı heç bir səbəb olmadan Nicatı tutub polis şöbəsinə aparmışlar. Sonradan ona məlumat verilmişdir ki, Nicat narkotiklə bağlı tutulmuşdur, lakin o, oğlu Nicatla danışarkən oğlu tutulan vaxt üzərində narkotik maddə olmadığını, üzərinə narkotik maddənin polis əməkdaşları tərəfindən qoyulduğu və ona qarşı polislərin təzyiqləri olduğunu bildirmişdir. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 02 may 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən 02 may 2024-ci il tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, Həmidov küçəsində saxlanılıb avtomobillə birlikdə Hacıqabul RPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 03 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 02 may 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibində olan bir ədəd kibrit qutusunda altı ədəd bükümlərdə narkotik maddə olan heroinə oxşar və üç ədəd bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik və psixotrop maddələri Hacıqabul şəhəri, Həmidov küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 02 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: 5 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri-0,199 qram, 0,115 qram, 0,111qram, 0,117qram, 0,152 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,726 qram, ümumi çəkisi-2,420 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə-heroindir. 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,185 qram, 0,175 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkısı- 2,451 qram ümumi çəkisi-2,811qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddəmetamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,120 qram və qalıq metamfetamin 2,661 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 03 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,120 qram narkotik vasitə olan heroin və qalıq 2,661 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idraki prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik və psixotrop maddələrin alınma mənbəyi ilə bağlı CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin (heroin və metamfetaminin) olmaması, üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması və həmin maddələri cibinə polis əməkdaşının qoyması, polis əməkdaşlarının onu döyməsi, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin (heroin və metamfetaminin) olmaması, üzərində aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olmaması və həmin maddələri cibinə polis əməkdaşının qoyması, polis əməkdaşlarının onu döyməsi, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri (o cümlədən 03 may 2024-cü il tarixli məhkəmə-tibbi eksperitzasının rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir) və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin və metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olmasını, həmin maddələri yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid Sudabə Maxsudovanın ifadəsində göstərdiyi xüsusatlar, yəni Təqsirləndirilən şəxs heç vaxt narkotik maddələrdən istifadə etməməsi, polis əməkdaşları tərəfindən heç bir səbəb olmadan Nicatın tutulması, polis əməkdaşları tərəfindən Nicatın üzərinə narkotik maddə qoyulması və Nicata qarşı polislərin təzyiqlərinin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunduğundan məhkəmə şahid Sudabə Maxsudovanın ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik və psixotrop maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, iki ildir ki, narkotik vasitələrdən istifadə edir, əsasən də marixuana və metamfetamindən istifadə etmişdir. Üzərində aşkar olunmuş maddələr özünə məxsusdur, həmin maddələri yaşadığı evin yaxınlığında yerdən tapmış və özünün istifadsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrini məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək və metamfetamin 2 qramdan 400 qramadək külli miqdar, heroinin 800 qramı və metamfetamin 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur Təqsirləndirilən şəxs götürülmüş 2,420 qram narkotik vasitə olan heroin və 2,811 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Hacıqabul rayon İH MİS-dən verilmiş 08 may 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 34, mənzil 3-də qeydiyyatda yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (MİS-nə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,120 qram heroin və 2,661 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,120 qram narkotik vasitə olan heroin və 2,661 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-668/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-668/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver