Məhkəmə qərarları › İş №1(099)-669/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-669/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-669/2024 22.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, evli, əvvələr məhkum olunmmamış, Füzuli rayonunun Şükürbəyli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonunun Şükürbəyli kəndində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Mohsen” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitəni “Mohsen” tərəfindən Yardımlı rayonunun Alar kəndi ilə həmsərhəd, Lerik rayonunun Xanagah kəndinin ərazisində gizlətdiyi yerdən götürərək satış məqsədi ilə sonuncunun dediyi yerə çatdırdıqdan sonra «İphone 15 pro max» markalı mobil telefon cihazını qazanc alacağı vədi ilə razılaşaraq 13 may 2024-cü il tarixdə Bakı şəhərində fəaliyyət göstərən «Star Rentacar»-dan kirayələdiyi Hyundai Elentra» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomaşında tanışı Şahid4 ilə birlikdə 14 may 2024-cü il tarixdə Lerik rayonunun ərazisinə daxil olduqdan sonra avtomobili idarə etmək üçün yanında olan və onun narkotik vasitə götürmək üçün getməsindən məlumatı olmayan Şahid4 vermiş, sonuncu avtomobili sürərək həmin gün saat 20 radələrində Lerik rayonunun Xanəgəh kəndinin ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs avtomobili yolda dayandıraraq fizoloji təminatını ödəmək istədiyini deməklə avtomobildən düşüb yamaca doğru hərəkət edərək avtomobil yolundan yuxarıda, təxminən 200 metr aralıda daşın yanında gizlədilən 01 ədəd qara rəngdə sellofan bağlamada içərisində 1005,0 qram çəkidə külli miqdarda narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2024-cü il tarixdə, saat 20:00-da Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində daşıdığı bağlama ilə saxlanılaraq göstərilən sahədə həmin tarixdə, saat 21:50-dən saat 22:08-dək üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi üzərində daşadığı qara rəngdə sellofan bağlamada çəntənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 ədəd bükülüdə təmiz çəkisi -1005,0 qr narkotik vasitə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus «İphone 14» markalı mobil telefonu olmuş, həmin telefonu 01 may 2024-cü il tarixdə Yardımlı rayonunda Cənlibel restoranda itirmişdir. Həmin telefonun tapılmasından ötrü Yardımlı polis şöbəsinə getmək üçün 14 may 2024-cü il tarixdə Bakı şəhərində icarəyə avtobil götürərək yola düşmüş. Dostu Şahid4la telefonla əlaqə saxlayarkən ona telefonunun itməsi ilə əlaqədar Yardımlı polis şöbəsinə gedəcəyini demiş, Nurlan da onunla gələcəyini bildirib onu Lənkəran rayonundan götürməsini demişdir. O Lənkəran rayonunda Şağlaser kəndi ərzisindən dostu Nurlanı götürdükdən sonra telefonunda olan «Waze» tətbiqində Yardımlı rayonunu vuraraq yola düşmüşlər. «Waze» proqramı onları Lerik rayonu ərazisiylə aparmışdır. Saat 14:00-da Lerik rayonu Xanəgah kəndi ərazisində Yardımlı rayonu Alar yolu ərazisində çatdıqda onları polis əməkdaşları saxlayaraq hara getmələrini, bu ərazilərdə nə gəzdiklərini deyib onları saxlamışlar. Onlar da Yardımlı rayonu gedəcəklərini demişlər. Lerik polis şöbəsində polis əməkdaşları onun üzərinə bir bağlama qoyaraq ona məxsus olmasını deyərək onu döymüş və təziqlər etmişlər, o da məcbur qalıb videoçəkiliş zamanı narkotik vasitəsinin ona məxsus olmasını demişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Mohsen adlı İran vətəndaşı ilə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğunu, ondan 1000 manat muqabilində şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə marixuana alacağını, həmin narkotik vasitəsini Mohsenin dediyi Lerik və Yardımlı rayonları arasında olan Xanəgah kəndi Alar yolu ərazisində götürəcəyini, Mohsenin ona 1 kq narkotik vasitə qurudulmuş marixuanna qoymasını deməməsini bildirmişdir. Lakin ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadələrində göstərmişdir ki, 13 may 2024-cü il tarixdə Mohsen adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin istifadə etdiyi +98 935 8755879 saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsilə zəng edib əlaqə saxlamış, həmin şəxs ona “Lerik rayonunun Xanagah kəndi ərazisində Yardımlı rayonunun Alar kəndi ilə həmsərhəd ərazidə mənə məxsus 1 kq narkotik vasitə olan marixuana var onu götür Bakı şəhərinə apar dediyim yerə qoyduqdan sonra mənə məlumat verərsən, bu işi görmək üçün sənə «iphone 15 pro max» mobil telefon verərəm” demişdir. O Mohsen adlı şəxslə razılaşmış və ona “narkotik vasitənin yerini mənə dəqiq de mən gedib götürərəm hara desən apararam” demişdir. Mohsen adlı şəxs ona “sən Lerik rayonunun ərazisindən maşın yolu ilə get Yardımlı rayonunun Alar kəndinin ərazisinə çatanda mənə xəbər ver, telefon danışığı ilə ərazini mənə təsvir edərsən məndə narkotik vasitənin yerini sənə dəqiq deyərəm” demişdir. 13 may 2024-cü il tarixdə, saat 10 radələrində dostu X3 “bir neçə gün bundan əvvəl gəzmək üçün Yardlımlı rayonuna getmişdim, mobil telefon cihazımı itirmişəm ərizə yazmaq üçün Yardımlı rayon polis şöbəsinə gedirəm mənimlə gəl” demiş, Nurlan onunla birlikdə Yardımlı rayonuna getməyə razılaşmış və həmin gün Bakı şəhərində yerləşən «Star Rentacar» dan Hyundai Elentra markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili bir gün üçün 50 manat ödəməklə kirayələyib həmin gün Masallı rayonuna gəlmiş və «Masallı» hoteldə gecə qalıb, səhərisi günü yəni 14 may 2024-cü ildə Lənkəran rayonundan Lənkəran-Lerik avtomobil yolu ilə hərəkət edib Lerik rayonuna gəlmişlər. Üzərində bir dəfə istifadə etmək üçün narkotik vasitə marixuana var imiş, həmin marixuananı yolda dostu Nurlandan gizli istifadə etmiş, bundan sonra halı pisləşmiş başağrıları yaranmış, avtomobili idarə edə bilmədiyinə görə sürmək üçün Nurlana vermişdir. Nurlan avtomobili sürürmüş Lerik rayonunun ərazisində Xanagah kəndinə doğru hərəkətdə olduğu zaman Mohsen adı ilə özünü təqdim edən şəxslə onun istifadə etdiyi +98 935 8755879 saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsilə zəng edib əlaqə saxlamaqla bir neçə dəfə danışmışdır. Danışığı Nurlan başa düşməsin deyə həmin şəxslə pərdələnmiş formada ona lazım olan sözlərlə danışırmış, buna görə də Nurlan danışığını başa düşməmiş və hansı mövzuda danışdığı bilməmişdir. Mohsenlə danışdığı zaman Lerik rayonunun Xanagəh kəndinin ərazisində olduğunu ona demiş, həmin şəxs narkotik vasitənin olduğu yeri ona təsvir etmiş yol ilə gedə-gedə ərazinin quruluşunu ona bildirmiş və Xanagəh kəndinin ərazisində maşın yolunda dayanmağını demişdir. O, Lerik rayonunun Xanagəh kəndi ərazisində Yardımlı rayonunun Alar kəndi ilə həmsərhəd ərazidə Nurlana “avtomobili dayandır fizoloji tələbimi ödəmək istəyirəm” demişdir. Nurlan yolda avtomobili dayandırmış, o avtomobildən düşüb kol-kosla örtülü yamacla yuxarı dikə tərəf təxminən 200 metr hərəkət etmişdir. Mohsen adlı şəxsin telefon vasitəsi ilə ona təsvir etdiyi yerə yəni açıq talaya gəlmiş talada daş var imiş, daşın yanında 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə olan marixuanı götürüb avtomobilə yaxınlaşanda polis əməkdaşları onu yaxlamışdır. Sonra bağlamaya videoçəkilişlə baxış keçirilmiş, içərisində marixuana olması müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələrində “şəxsi istifadəsi üçün Mohsen adlı İran vətəndaşından 1000 manat muqabilində şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə marixuanna alacağını, həmin narkotik vasitəsini Mohsenin dediyi Yardımlı rayonu, Xanəgah- Alar ərazisində götürəcəyini, Mohsenin ona 1 kq narkotik vasitə qurudulmuş marixuanna göndərmədiyini, polis əməkdaşları tərəfindən ona təziqlər olunaraq üzərinə 1 kq narkotik vasitə qurudulmuş marixuana qoymaları” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lerik rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdə günün ikinci yarısında mötəbər mənbədən ona məlumat daxil olmuş, həmin məlumatda Bakı şəhəri Nərimanov rayonunda yaşayan Təqsirləndirilən şəxs «Hyundai elantra» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Xanagah kəndi ərazisində narkotik vasitə əldə edib Bakı şəhərinə aparmaları bildirilmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Sonra Təqsirləndirilən şəxs və Şahid4 onlara məlum olmayan şəxslə Lerik rayonunun Xanagah kəndi ərazisində, Yardımlı rayonunun Alar kəndi ilə həmsərhəd ərazidə görüşmələri və narkotik vasitəni həmin ərazidə əldə etmələri barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini nəzarətə götürmüşlər və «Hyundai» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin əraziyə gəlməsini gözləmişlər. Həmin gün, saat 20 radələrində «Hyundai elantra» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Lerik rayonunun Xanagah kəndi ərazisində yolun kənarında avtomobili saxlamasını, həmin avtomobildən sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi bir nəfərin düşüb həmin ərazidə dağlıq əraziyə çıxmasını görmüşlər. Daşlıq ərazidə 01 ədəd qara rəngli bağlamada kisəyə oxşar əşya götürüb yamacla avtomobilin dayandığı istiqamətə hərəkət etməyə başlamış, onlar Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşarkən əhatəyə alıb əlində qara rəngli bağlama ilə birlikdə yaxalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli bağlamada içərisində kəskin iyi olan qurudulmuş və yaşıl rəngdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş Mohsen adlı şəxs onunla telefon üzərində əlaqə yaratmış və həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparması ilə bağlı onunla söhbət apardıqdan sonra yerini bildirmək üçün telefonla bildirmiş, buna görə də gəlib həmin kütlələri yerindən götürüb onun deyəcəyi ünvana aparmaq istəmişdir. Şəxi axtarış keçirilməsi barədə protkol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 analoji ifadə verərək Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 15 may 2024-cü il tarixli 19/421 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində 01 ədəd bağlamada təmiz çəkisi 1005,0 qram olan bitki mənşəli kütlə tərkiində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: -Marixuananın ümumi təmiz çəkisi:- 1005,0 qram, cəmi tədqiqata sərf edilmişdir-0,1 qram, qalıq- 1004.9 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli 536 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 may 2024-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin nahiyyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həmin xəsarətlər şəxsin özünün göstərdiyi şəraitdə əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 14 may 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində daşıdığı 01 ədəd qara rəngli sellofan torbada yaşıl rəngdə olan narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan çox funksiyalı «iPhone X» markalı mobil telefon cihazında narkotik vasitənin yerini bildirən şəkillər və telefon danışması ilə bağlı zənglər olduğuna görə həmin telefon cihazı götürülüb maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik rayon polis şöbəsinin əşyaları saxlama kamerasına verilmişdir. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni götürdüyü yer Alar-Xanagah kəndarası avtomobil yolunun yuxarı tərəfində yoldan təxminən 200 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs narkotik vasitə üçün həmin əraziyə gəldiyini Şahid4 demədiyini və məlumatının olmamasını bildirmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli «telefon danışıqların baxış keçirilməsinə dair bir ədəd diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən İran vətəndaşı kimi özünü təqdim edən Mohsen adlı şəxsin istifadə etdiyi **********79 mobil nömrədən 14 may 2024-cü il tarixdə saat 16:23-dən saat 19:22-yə dək olan müddətdə bir neçə dəfə zənglər daxil olmuş, danışıqlar aparılmışdır. İş materiallarında olan 14 may 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lerik rayon məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə , Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 14 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Mənzil-X1 22 iyul 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 24 ünvanında yaşayır, ailə tərkibi anasından ibarətdir, nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 20 may 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 1004,9 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və Lerik RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «iPhone X» markalı mobil telefon maddi sübut kimi tanınmış Lerik RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Həmin tarixli qərarla cinayət işindən Moshen adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, gənc olmasını cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Lerik Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1004,9 qram qurudulmuş marixuanna məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «İphone X» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, onun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müəlicə olunsun, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. -İş üzrə maddi sübut kimi tanınmış – Lerik Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1004,9 qram qurudulmuş marixuanna məhv edilsin. -Lerik Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «İphone X» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Cavid Səfərli Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar