Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-67/2022 12.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Ələsgər oğlu və X2 iştirakları ilə,
1. xx xxxxx 1997-ci ildə Rusiya Federasiyası Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Ş.Xiyabani küçəsi ev 46/4, mənzil 8-də qeydiyyatda olan və yaşayan, iş üzrə 26 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə;
2. xx xxxxx 1973-cü ildə Lerik rayonu Siyov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonu Siyov kəndində qeydiyyatda olan, Lerik rayonu Piran kəndində yaşayan, iş üzrə 26 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏNETDİ:
Təqsirləndirilən şəxs1 İran İslam Respublikası sakini olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin, metadon həblərinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə 2021-ci ilin iyul ayında qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən ümumi niyyətlə qanunsuz olaraq əldə etdikləri 1 ədəd bağlamada külli miqdarda, 1315 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram olan, narkotik vasitə hesab edilən 19 ədəd metadon həblərini (dərmanlarını) və 1 ədəd bağlamada, 3 ədəd bükümdə ayrı-ayrılıqda 1,363 qram, 2,494 qram, 1,015 qram və 256,643 qram-ümumi təmiz çəkisi 261,515 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetaminləri əldə edərək istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla, qaçaqmalçılıqla keçirməklə yeni Astara-Bakı magistral yolunun Astara rayonu ərazisindən keçən hissəsinə, yolun sağ kənarında üzərində 12 rəqəmi əks olunmuş məsafəni nəzərdə tutan dəmir lövhənin yanına gətirib, orada gizlədərək həmin narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi yer barədə Təqsirləndirilən şəxs1 məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini, metadon həblərini və külli miqdarda psixotrop maddə metamfetaminləri Astara rayonu ərazisində magistral yolun kənarında gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla, daşıyaraq Lənkəran rayonuna gətirmiş, satışını realizə etmək üçün elektron tərəzidə çəkərək psixotrop maddə metamfetaminin kiçik bükümlərdəki 1,363 qram, 2,494 qram, 1,015 qram-cəmi 4,872 qram çəkidə külli miqdar təşkil edən hissəsini 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhərində yerləşən “Lerik dörd yolu” adlandırılan ərazidə psixotrop maddə metamfetamin almaq üçün ona müraciət etmiş tanışı Təqsirləndirilən şəxs2 30 manat pul müqabilində satmış, qalan metamfetamini, həmçinin heroin və metadon həblərini satış məqsədi ilə iki ədəd elektron tərəzi ilə birlikdə üzərində saxlayaraq daşımışdır. Bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 26 iyul 2021-ci il tarixdə saat 22 radələrində Lənkəran rayonu Şilavar kəndində yerləşən “Woodpecker” mebel mağazasının yaxınlığında, onun cinayətkar niyyətindən xəbərsiz olan taksi sürücüsü X3 idarə etdiyi “VAZ 21099” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkət edərkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən çiyninə keçirdiyi kiçik ölçülü qara rəngli çantanın içərisindən 1 ədəd sellofan bağlamada 1315 qram, külli miqdarda narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram olan, list kəsiklərində narkotik vasitə hesab edilən 19 ədəd metadon həbləri və 1 ədəd sellofan bağlamada 256,643 qram olub, külli miqdar təşkil edən psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan, işlək vəziyyətdə 2 ədəd elektron tərəzi ilə birlikdə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhərində yerləşən “Lerik dörd yolu” adlandırılan ərazidə tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 1,363 qram, 2,494 qram və 1,015 qram-ümumilikdə 4,872 qram, külli miqdarla psixotrop maddə metamfetamini 30 manat məbləğində pul ödəməklə əldə edib üzərində saxlayaraq yaşadığı Lerik rayonu, Piran kəndinə daşımış, bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin gün saat 19 radələrində Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən “Zaur” adlı kafenin yaxınlığında piyada gedərkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 aldığı 3 ədəd bükümdə 4,782 qram psixotrop maddə metamfetamin kağız kəsiklərinə bükülmüş halda, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi ilə birlikdə əynində olmuş cins şalvarın sağ yan cibindən aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 26 iyul 2021-ci il tarixdə saat 8 radələrində uşağı ilə birlikdə olduğu zaman Qədir ona telefonla zəng etmişdir. Bundan sonra o, yola çıxmışdır. Polislər maşından düşüb ona yaxınlaşmışlar. Onu maşından güclə çıxarıb regional şöbəyə aparmışlar. Orada onu döymüşlər. Polisdə saxlamışlar. Səhəri gün qara torba qoymuşlar, hədələmişlər, demişlər ki, boynuna almalısan. O da məcbur olub boynuna almışdır. O, iranlının vasitəsi ilə mal gətirməmişdir. İranlı ilə sosial şəbəkə vasitəsi ilə əlaqəsi olmamışdır. Onda narkotik vasitə aşkar olunmamışdır. Polisin onunla nə üçün qərəzçilik etməsi barədə məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri, Ş.Xiyabanı 46/4 mənzil 8-də valideynləri ilə birlikdə yaşayır. Subaydır. Əvvəllər 2016-cı ildə CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə həbsdən azad olmuşdur. O təxminən 3-4 ildir ki, narktoik vasitə heroin və metamfetamini qatışdırıb tüstüsünü çəkməklə qəbul edir. Heç yerdə işləmir. Təqsirləndirilən şəxs2 təxminən 4-5 aydır ki, tanıyır. Onunla Lənkəran şəhəri ərazisində tanış olmuşdur. Onun narkoman olduğunu bilir. Əvvəllər birlikdə narkotik vasitə qəbul etmişlər. Bildirir ki, 6-7 ay bundan öncə o, instaqram sosial şəbəkəsində Ceyhun adlı İran vətəndaşı ilə tanış olmuşdur. Ondan özü üçün narkotik vasitə istəmişdir. Çünki bildiyinə görə İrandan ucuz qiymətə narkotik vasitə əldə etmək olur. Ceyhunun da ona bir neçə növ narkotik vasitə göndərəcəyini, onların bir qismini özü götürməsini, qalanını onun üçün satıb pulunu sonradan ona göndərməsini demişdir. O da onunla razılaşmışdır. Onun üçün ümumi qiyməti 9300 manat olan, heroin, metamfetamin və metodon həbləri göndərmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə axşam saat 21 radələrində tanımadığı bir yol maşını ilə Ələt-Astara avtomobil yolunun Astara rayonu əraizisində Ələt İstiqamətində yolun sağ kənarında yerləşən yolun 12-ci kilometliyində yerini dəqiq xatırlamadığı lövhənin yanından sellofan torbanı götürüb evinə gəlmişdir. O ailə üzvlərindən xəbərsiz həmin sellofanı evdə açıb içərisinə baxdıqda orada 4 bükümdə metamfetemin, bir ədəd bağlamda heroin, 19 ədəd metodon həbləri və iki ədəd elektron tərəzi görmüşdür. Onları özünə məxsus çantasına qoyub saxlamışdır, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Qədirlə Lənkəran şəhər Lerik dörd yolu deyilən ərazidə görüşmüşdür. Qədir ona bədənində ağrılar olduğunu deyərək ona ya heroin, yada metamfetamin verməsini, sonra pulu olanda verəcəyəni demişdir. O əldə etdiyi 4 büküm metamfetamindən 3 ədəd kiçik bükümlərdə olan metafetamini Qədirə vermişdir. Qədirdən pul almamışdır. Qədir özü ona pulu olanda 30 manat verməli olmuşdur. Sonra həmin gün Şilavar kəndində yaşayan dostu Yasərin evinə qonaq getmişdir. Yasər üzərində narkotik vasitə olduğundan xəbərsiz olmuşdur. O, onlarda bir az qalıb çay içib söhbət etmişdir. Saat 21 radələrində taksi fəaliyyəti ilə məşqul olan tanışı Turala zəng edib onu olduğu yerə çağırmışdır. Tural həmin yerə gəldikdən sonra Yasərlə sağollaşıb Turalın avtomobilinə əyləşmişdir. Avtomobil ara yoldan asfalt yola çıxarkən polis əməkdaşları sərnişin olduğu avtomobili saxlamışlar. Polis əməkdaşları tərəfindən ona narkotik vasitələrin satışı ilə məşqul olmaqda şübhəli olduğu deyilərək onu regional polis şöbəsinə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulmuşdur. Vəkil ilə təmin edildikdən sonra polis əməkdaşları üzərinə videoçəkiliş altında baxış keçirmişlər. Baxış zamanı təhqiqatçı ona üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa, təqdim etsin. O da üzərində olan çantasını polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən çantasının içərisinə baxıldıqda, orada bir ədəd bağlamada heroin, bir bükümdə metamfetamin, 19 ədəd metodon həbləri vıə iki ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra üzərinə keçirlən axtarış zamanı şalvarının cibində özünə məxsus mobil telefon aşkar edilərək götürlmüşdür. Çantadan aşkar olunan heroinin 1kq 360 qram, metamfetaminin 270 qram, 19 ədəd metadon həblərinin çəkisə isə 11,32 qram olması elektron tərəzi ilə çəkilərkən müəyyən edilmişdir. Təqdim etdiyi narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənmiş və o, iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Bildirir ki, etdiyi əməldən çox peşman olmuşdur. Ailə üzvləri narkotik vaistə qəbul etdiyini bilsələrdə evində külli miqdarda narkotik vasitələr saxlamağından nəinki, ailəsinin, heç kəsin xəbəri olmamışdır. O, Turalı təxminən 1 aya yaxın müddət ərzində tanımışdır. Belə ki, 16-35 taksi xidmətinə taksi sifariş verəndə Tural gəlmişdir. Sonra onun mobil nömrəsini götürmüşdür. O və ailə üzvlərinə taksi sifariş etmək lazım olanda ona zəng edərmiş. O, Astara rayonundan narkotik vasitələri tanımadığı taksi ilə götürüb getmişdir. Turalın bundan xəbəri olmamışdır. Üzərinə baxış keçirilməzdən öncə polis əməkdaşlarından biri ona həmin narkotik vastələri götürməyə Tural ilə getdiyini deməyi onun üçün yaxşı olacağını bildiridiyi üçün o da baxışda belə demişdir. Ondan başqa Turala da belə demişlər. O yenə bildirir ki, həmin vaxt Tural onunla olmamışdır. O, Astaraya tanımadığı taksi ilə getmişdir. Həmin sürücünün də yol kənarında nə götürməyi barədə xəbəri olmamışdır. O Yasərin evindən çıxarkən Tural onun üzərində narkotik vasitə olduğundan xəbəri olmamışdır. O Turala bu barədə bir söz deməmişdir. O ilk dəfə idi ki, həmin İranlıdan narkotik vasitə almışdır. O iranlı ilə əlaqə saxladığı mobil telefonu tutulduğu günün səhəri xatırlamadığı yerdə itirmişdir. Bütün nömrələr də onda olmuşdur. Həmin şəxs hərə dəfə danışdıqdan sonra measjları silirmiş. Pulu onun göndərdiyi kart hesabına göndəməli olsada həmin hesabda itmiş telefonunda qalmışdır. İranlının mobil nömrəsini, instaqram hesabını və ona göndərdiyi kart hesabının nömrələrini bilmir. O Təqsirləndirilən şəxs2 başqa heç kəsə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik istifadəçisi kimi qismən təqsirli bilərək göstərdi ki, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1lə görüşüb Eduarda pul vermişdir ki, istifadə etmələri üçün narkotik alsın. O, küçədə gözləmişdir. Eduard isə gedib kimdənsə metamfetamin alaraq gətirmiş, birlikdə istifadə etmişlər. Lakin Eduarddan narkotik vasitə almamışdır. 26 iyul 2021-ci il tarixdə Lerik rayonu Piran kəndi ərazisində piyada olaraq yolla gedərkən regional şöbənin əməkdaşları Xəyal və Mehdi onu saxlayaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir metamfetamin olmamışdır. Ona işgəncə vermişlər. Ondan tələb etmişlər ki, Eduarda zəng edib onu evdən çıxarsın, sonra onu buraxacaqlar. O da Eduarda zəng etmiş, gedib kimdənsə narkotik alıb çəkmələrini təklif etmişdir. Lakin polis işçiləri Eduardı da tutmuşlar və onu buraxmamışlar. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə heroin və metamfetamini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. Qəbul etdiyi narkotik vasitələri Lənkəran şəhər ərazisində tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs1 3-4 aydır tanıyr. Onunla münasibəti yaxşıdır. Əvvəllər birlikdə narkotik vasitə qəbul etmişlər. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhərinə gəlmişdir. O, Lənkəran şəhərində Lerik dörd yolu deyilən yerdə Eduardla görüşmüşdür. Ondan 30 manata 3 bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin metamfetmini qəbul etmək üçün üzərində saxlamışdır. Bir qədər orada yol ilə keçən Lerikə gedən sürücüsünün tanımadığı avtomobil ilə yaşadığı kəndə gəlmişdir. Həmin gün saat 19:00-da yaşadığı kənddə yerləşən Zaur adlı kafenin qarşında piyada evinə tərəf gedəndə mülki geyimdə bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Onlardan biri ona üzərində narkotik vasitələrin gəzdirməkdə və satışı ilə məşqul olmaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə getməyini bildirmişlər. O da razılaşıb polis əməkdaşları ilə regional polis şöbəsinə gəlmişdir. Orada şübhəli şəxs qismində tutulmuşdur. Vəkil ilə təmin edildikdən sonra polis əməkdaşları onun üzərinə video çəkiliş ilə baxış keçirilmişlər. Baxış zamanı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa, təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində 3 ədəd büküm və bir ədəd elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin bükümlərinə içərisində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bükümlər elektron tərəzidə çəkildikdə onların çəkisi 6,33 qram olmuşdu. Onunla bu barədə sorğu-sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş özünə məxsus olan psixotrop maddə metamfetamini həmin gün tanışı Eduard adlı şəxsdən 30 manata aldığını, elektron tərəzini özünə narkotik vasitə alarkən çəkisini bilməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi metamfetamin və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənmiş və o iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Etdiyi əməldən çox peşman olmuşdur. O, Təqsirləndirilən şəxs1 bir dəfə narkotik vasitə almışdır. O, həmin metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi metmfetamindən heç kəsə satmamışdır. Heç kəsə də istiafdə etmək üçün verməmişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrəsi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, şahid X6 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Lerik rayonu Piran kəndinə yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri ədlə etməsi, üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs2 həmin gün yaşadığı Lerik rayonun Piran kəndində saxanılmış və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu bildirilməklə polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutalaraq vəkillə təmin edilmişdir. Videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmasından əvvəl ona üzərində narkotik vasitə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibində 3 ədəd kağız büküm və bir ədəd elektron tərəzini, sol yan cibindən isə bir ədəd Nokia markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Onunla keçirilən şifahi sorğu zamanı, təqdim etdiyi bükümlərin içərisində özünə məxsus psixotrop maddə metamfetamin olduğunu və onları 3-4 ay öncə tanış olduğu Eduard adlı şəxsdən həmin gün 30 manat pula aldığını, elektron tərəzini özünə narkotik vasitə alarkən çəkisini bilməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Bükümlər və eletron tərəzi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirləri keçirməklə həmin gün saat 22.00 da Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Şilavar kəndində küçədə avtomaşında getdiyini görüb saxlamışlar. Həmin vaxt Eduardın üzərində qara çanta olmuşdur. Onu polis şöbəsinə gətirmişlər. Şübhəli şəxs kimi tutulmuşdur. Üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli çanta təqdim etmiş, çantada özünə məxsus kakos, şüşə və dərman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi çantanın içərisində baxış keçirildikdə bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümdə psioxotrop maddə olan metamfetaminə bənzər kütlə, list kəsiklərindən 19 ədəd metadon həblərinə bənzər həblər və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1lə bu barədə keçirilən şifahi sorğu zamanı o, narkotik vasitələri İnstaqram sosoial şəbəkəsində tanış olduğu Ceyhun adlı iran vətəndaşı onun üçün Astara-Ələt avtomobil yolunun 12-ci kilometrliyində yol kənarında qoyduqdan sonra onu götürdüyünü, narkotik vasitələrə görə iranlıya 9300 manat borclu qaldığını bildirmişdir. Sonra o şalvarının cibindən bir ədəd nokia markalı mobil telefon çıxardıb təqdim etmişdir. Eduarda Rəfiyevin təqdim etdiyi çantadan aşkar olunan heroin 1 kq 360 qram metamfetamin 270 qram, 19 ədəd metadon həbləri isə 11,32 qram çəkidə olması elektron tərəzi ilə çəkilərkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələrə və elektron tərəzilər zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənmiş və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq göstərməmişlər. Şahid3da da məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan şəxsi axtıraş və götürmə aparılması barədə 26 iyul 2021-ci il tarixli protokoldan və şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən o, əynindəki şalvarın sağ yan cibindən üç ədəd kağız büküm və bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində «şüşə» olduğunu, özünə məxsus olduğunu, tanışı Təqsirləndirilən şəxs1 özü qəbul etmək üçün 30 manata aldığını bildirmişdir. Həmin maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması barədə 26 iyul 2021-ci il tarixli protokoldan və çəkiliş zamanı aparılmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdə saat 22.00-da Lənkəran rayonu Şilavar kəndində saxlanılaraq regional polis şöbəsinə gətirilməklə şübhəli şəxs kimi tutulmuş, Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli çantanı təqdim edərək çantada narkotik vasitə kokos, şüşə və dərman olduğunu, həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi çantanın içərisinə baxış keçirildikdə içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroinəbənzər kütlə, list kəsiklərdə cəmi 19 ədəd metadon tabletlərinə bənzər tabletlər və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs1 təxminən 8-9 ay əvvəl «intqram» sosial şəbəkədə Ceyhun adlı iranlı ilə tanış olduğunu, narkotik vasitələri Ceyhunun onun üçün Astara-Ələt avtomobil yolunun 12-ci kilometrliyində dəmir lövhəsinin yanına qoymaqla onu bu barədə məlumalandırdığını, maddələri gedib həmin yerdən götürdüyünü, həmin maddələrə görə iranlıya 9300 manat borclu olduğunu bildirmişdir. Tanışı Qədirə 1-2 bükümdə «şüşə» verdiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 27 iyul 2021-ci il tarixli, 19/694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 03 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,363 qram; 2,494 qram və 1,015 qram - ümumi təmiz çəkisi-4,872 qram olan ağ rəngli kristal formada olan maddalər metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqdim olunan 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Materialların məhkəmə ekspertizasının 27 iyul 2021-ci il tarixli, 19/695 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş çantada olan 1 ədəd bükümdə təmiz çəkisi 1315,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 256,643 qram olan ağ rəngli, toz şəkilli formada olan maddə metamfetamindir, 19 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsir edici maddəsinin ümumi miqdarı 0,76 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metafetaminlərlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 882 saylı rəyində göstərilmişdir ki, Edurad Rəfiyevdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 773 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 Lənkəran Rayonlararası Psixatiriya Xəstəxanasında xx.xx.2015-ci il tarixdən «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativkonversion pozuntu, səthi özünü kəsmələr, hər iki saidin ön və yan səthlərinin kəsilmiş yaraları» diqanozu ilə qeydiyyatdadır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2278 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgilər məüyyən edilir. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və anlaqlı hesab edilir. Hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəlsinin təsiri altına düşmür. Lənkəran rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin BNMİ-nini baş əməliyyat müvəkkili, Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 26 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 2015-ci ildən 2-ci dərəcəli əlildir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Əzizbəyov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə 07 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəzanı xx.xx.2015-ci ildə çəkib qurtarmışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 259.1-ci maddələri ilə təqsirli bilinməklə ona 01 il 02 ay 18 gün müddətə islah işləri cəzası təyin edilmişdir. Lerik rayon icra və probasiya şöbəsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə «8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qanununa əsasən həmin cəzadan azad olunmuşdur. İşdə olan 04 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə heroini, metadon həblərini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 satması; Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində 30 manat pul müqabilində alaraq əldə etməsi, hər iksinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsmirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarda müvafiq olaraq narkotik vasitə və psixotrop maddə metamfetamin olmaması, polis işçiləri tərəfindən onlara təzyiq göstərilməsi və üzərlərinə həmin maddələrin qoyulması barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs1 narkotik vasitənin, metadon həblərinin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmişdir. Həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişdir. Odur ki, onun əməli qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əldə etdiyi psixotrop maddə metamfetaminin miqdarını, xırda bükümlərdə olmasını və üzərində həmin maddələri ölçmək üçün elektron tərəzi gəzdirməsini nəzərə alarq hesab edir ki, onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələlərinin həyat şəraitinə təsirini nəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs1 Lənkəran Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda olmasını və 2-ci dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61-cimaddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, 2-ci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 2-ci dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddi on iki il müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 təyin olunan cəzanın müddəti səkkiz ildən az ola bilməz. Təqsirləndirilən şəxs2 2-ci dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1314,95 qram narkotik vasitə heroin, 261,315 qram psixotrop maddə metamfetamin,16 ədəd metadon həbləri və 3 ədəd elektron tərəzi məhv edilməlidir. Ekspertiza xərci 100 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 50 manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə proftlaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1314,95 qram narkotik vasitə heroin, 261,315 qram psixotrop maddə metamfetamin, 16 ədəd metadon həbləri və 3 ədəd elektron tərəzi məhv edilsin. Ekspertiza xərci 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev