Məhkəmə qərarları › İş №1(099)-67/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-67/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-67/2024 27.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işi üzrə icraata xitam verilməsi haqqında) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X7 oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi – 2,694 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib daşıyaraq saxlamış, 18 fevral 2023-cü il tarixdə saat 17 radələrində 01 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini yaşadığı evin qarşısında – Şirvan şəhəri, Neftçilər küçəsində tanışı Şahid4 60 (altmış) manat məbləğində pula satmış, həmin çəkidə olan 01 (bir) ədəd polietilen kəsiyi bükümündə eyni tərkibli təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 23 fevral 2023-cü il tarixdə sonuncunun üzərində həmin tarixdə Şirvan ŞPŞ-də saat 11:55-dən 12:00-dək müddətdə şəxsi-axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş, 21 fevral 2023-cü il tarixdə saat 13:32 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Neftçilər küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 14:25-dan 14:45-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində satış məqsədilə daşıyaraq saxladığı qalan 01 (bir) ədəd polietilen kəsiyi bükümündə külli miqdarda, eyni tərkibli təmiz çəkisi - 2,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynindəki şalvarının sol yan cibindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə cinayət işinə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 07 yanvar 2024-cü il tarixli 20-04/05 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüş, klinik, laboratar, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Rentgenoloji müayinə zamanı sol ağciyərdə törəmə izlənilmiş, xəstəyə onkoloq tərəfindən baxış keçirilmiş, diaqnozun dəqiqləşdirilməsi üçün Milli Onkologiya Mərkəzində döş qəfəsi orqanlarının Kt müayinəsi məsləhət görülmüş, onun vəziyyəti həmin vaxt ağır kimi qiymətləndirilmiş, döş qəfəsində olan daimi ağrı, təngənəfəslik, boğulmadan, iştahsızlıqdan şikayət etmişdir. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş 23 yanvar 2024-cü il tarixli, 3-16-17/35/2-101/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından etapla "xxxx" diaqnozu ilə X2 şöbəsinə daxil olmuş, aparılan müalicə tədbirləri nəticəsində onun səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, 23 yanvar 2024-cü il tarixdə təxminən saat 09:50 radələrində müəssisənin Cərrahiyyə şöbəsində «Sol ağciyərin xərçəngi.Xərçəng intoksikasiyası» diaqnozu ilə ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanuni ilə nəzərdə tutulmuş cinayət əməli törətdikdən sonra öldükdə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələbinə əsasən ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarına (arvadına) cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsin hüquq və vəzifələrini həyata keçirmək məqsədilə onun hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə 20 gündən artıq müddətdə, yəni 24 yanvar 2024-cü il tarixli 1 (099)-67/2024 nömrəli məktubla yazılı bildiriş göndərilmiş, eyni zamanda həmin bildirişdə Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsaslardan hesab edilmədiyi barədə müvafiq izah da verilmişdir. Lakin ölmüş təqsirləndirilən şəxsin arvadı X4 teleqramma ilə məhkəməyə müraciət edərək ölmüş şəxsin yaxın qohumu kimi əri Rahid Nəhmədovun barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə heç bir etirazının olmadığını bildirmiş, məhkəmə iclasına gəlməmişdir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otğında saxlanılan Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,064 qram narkotik vasitə olan heroinin Şahid4 barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhv edilməsinə dair qərar qəbul edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk cinayət işinin icraat materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaitindən 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaitinin Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şahid4 tutulması nəzərə alınsın və qalıq qalmış ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilsin. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmə iclasında cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar çıxarılmasına razı olduğunu bildirmişdir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,064 qram narkotik vasitə olan heroinin Şahid4 barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhv edilməsinə dair qərar qəbul edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 2,430 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk cinayət işinin icraat materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaitindən 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaitinin Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şahid4 tutulması nəzərə alınmalı və qalıq qalmış ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 39.1.5, 43.3-1, 106-1, 321, 344-348 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(099)-67/2024 nömrəli cinayət işi üzrə icraata şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə xitam verilsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 2,430 qram narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,064 qram narkotik vasitə olan heroinin Şahid4 barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən məhv edilməsinə dair qərar qəbul edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk cinayət işinin icraat materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaitindən 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaitinin Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şahid4 tutulması nəzərə alınsın və qalıq qalmış ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar