Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-67/2025 27.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri - Bakı şəhəri 2 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi2 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sisteçindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və X3 onunla ittiham olunurlar ki, onlar şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası ərazisində olan Mustafa adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyətə uyğun olaraq, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələri Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqda gizlədildikdən sonra bu barədə Təqsirləndirilən şəxs1 məlumat verilmiş, sonuncu 15 mart 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Saipa” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşib, həmin yerə gələrək, narıncı rəngli kisədə külli miqdarda narkotik vasitələri gizlədildiyi Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqdan götürərək qanunsuz olaraq əldə edib saxlayaraq, gəldikləri avtomobilə tərəf daşımış, bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan xeyli miqdarda, yəni, təmiz çəkisi 7.640 qram narkotik vasitə olan qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən xeyli miqdarda yəni, 6,150 qram təmiz çəkidə qurudulmuş marixuananı satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2024-cü il tarixdə saat 23:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2lə ilə birlikdə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq “Saipa” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə daşıdığı zaman Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqda saxlanılaraq Füzuli rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və əlində olan narıncı rəngli kisəyə baxış keçirilən zaman sonuncunun əlindəki narıncı rəngli kisədə olan 07 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış polietilen bağlamada və 1 ədəd ağ rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005.0 qram, 960.0 qram, 635.0 qram, 1070.0 qram, 945.0 qram, 975.0 qram, 995.0 qram, 1635.0 qram olmaqla, ümumi çəkisi 8220.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, tərkibində külli miqdarda yəni, ümumi təmiz çəkisi 4 qram narkotik vasitə metadon olan 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri, Təqsirləndirilən şəxs1 üzərində olan qış gödəkcəsinin sol cibindən bir ədəd sellofan bükümündə 7,640 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana, eləcə də Təqsirləndirilən şəxs2 üzərində olan qış gödəkcəsinin sağ cibindən bir ədəd sellofan bükümündə 6,150 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü Füzuli rayonuna 400 qram marixuana götürmək üçün getmişdir. Həmin yerə onu taksi sürücüsü olan Təqsirləndirilən şəxs2 100 manat qarşılığında aparmış, onun narkotik vasitədən xəbəri olmamışdır. Ona narkotik vasitə olan çanta, Mustafanın səsi və pul şəkilləri olan mesajları səhvən göndərib. Məkanı göndərərkən səhvən kisənin və pulların şəklini, iranlının səslərini göndərmişdir. Narkotik vasitə olan ünvana çatmağa təxmini bir kilometr qalmış maşından düşmüş, piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışlar, narkotik vasitəni götürərək onu şöbəyə aparmışlar. Şöbədə olarkən narkotik vasitəni onun önünə qoyaraq üzərinə götürməyə məcbur etmişlər. Saat 11-də saxlanılmış, səhər 4-ün yarısı təzyiqlər səbəbindən narkotik vasitənin guya ona aid olduğunu etiraf etmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitəni götürəcəyi ünvana çatmamış saxlanılmışdır. Üzərinə baxış keçirilən vaxt müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşlarının ona təzyiq göstərməsini deməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, 17 mart 2024-cü il tarixli etirafedici ifadəsində göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə səhər saatlarında özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma proqramında danışan zaman Füzuli rayonu ərazisində yarım kilo narkotik vasitə olan nəşə olmasını və onu həmin yerdən götürərək Sabirabad rayonunda deyəcəyi ünvana çatdırmağını istəmiş və qarşılığında 7000-7500 manat aralığında pul olacağını, həmin pulun yarı hissəsini ona göndərməsini demişdir. Bu zaman onun təklifi ilə razılaşmış və özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı axşam saatlarında həmin narkotik vasitəni göndərəciyi ünvandan götürməli olduğunu bildirmişdir. Özünə məxsus avtomobili olmadığına görə Füzuli rayonuna getmək üçün tanışı Təqsirləndirilən şəxs2lə danışaraq onunla həmin ünvana getməyi qərara almış, çünki Təqsirləndirilən şəxs2 özünə məxsus olan “Saipa” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Təqsirləndirilən şəxs2 zəng üçün istifadə olunan mobil nömrəsi 055 *** ** ** saylı nömrədir, lakin “Whatsapp” ani mesajlaşma proqramında isə 055 *** ** ** saylı mobil nömrədən istifadə edir. Bundan sonra həmin gün günorta saatlarında özünə məxsus 055 *** ** ** nömrəli mobil telefonunla Təqsirləndirilən şəxs2 məxsus 055 *** ** ** nömrəli mobil telefona zəng edərək ona Füzuli rayonuna getmək lazım olduğunu bildirmiş və qarşılığında ona 100 (yüz) manat pul verəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Füzuliyə nə üçün gedəcəyini soruşduqda ona tanışının olmasını və həmin şəxsdən pul götürəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 razılaşmışdır...Təqsirləndirilən şəxs2lə danışdıqdan sonra yenidən özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma proqramında əlaqə saxlamış və ondan istifadə üçün nəşə adı ilə tanıdığı qurudulmuş marixuana istəmiş, sonuncu Şirvan şəhərində “Severin kruqu” deyilən yerdən bir ədəd sellofan bükümündə narkotik vasitə olan qurudulmuş marixuana götürməsi üçün koordinatlar göndərmiş və qarşılığında “M10” ödəmə sistemindən 40 manat pul göndərmiş, narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdən götürən zaman təxminən saat 16 radələri olmuşdur. Bundan sonra, yaşadığı məhləyə gəlmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir az hissəsini siqaretə dolduraraq çəkmiş, qalanın isə sonradan özü istifadə etməsi üçün əynində olan qış gödəkcəsinin sol cibinə qoyaraq orada saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng edərək gəlib məhlədən götürməsini bildirmiş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 özünə məxsus olan “Saipa” markalı, ağ rəngli, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı məhləyə gəlmiş və onu avtomobilinə götürərək təxminən saat 18 radələrində Füzuli rayonu istiqamətində hərəkətə başlamışdır. Təqsirləndirilən şəxs2 avtomobilində nasazlıq olduğu üçün Füzuli rayonuna yavaş-yavaş gəlmiş, yol boyu gedərkən özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma proqramında mütəmadi olaraq görüntülü və mesajlaşma vasitəsilə əlaqə saxlamışdır. Beyləqan rayonu ərazisində olarkən Mustafa ilə “Whatsapp” ani mesajlaşma proqramında zəng edərək nəşə adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuanın yarım kilo olmamasını, daha çox olmasını demiş, bu zaman ona narkotik vasitəni götürməyəcəyini bildirsə də sonuncu pulun həmin narkotik vasitə olan torbanın içərisində olmasını bildirmiş və pula görə onun təklifini qəbul etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 nəyə görə getdiklərini soruşduqda narkotik vasitə gətirmək üçün getdiklərini demiş və həmçinin sonuncuya narkotiki gətirmək üçün narkotik kisəsinin içərisində olan pulu da götürəcəklərini demişdir. Təqsirləndirilən şəxs2 bununla razılaşmış və bundan sonra yollarına davam etmişlər. Daha sonra Mustafa narkotik vasitənin qoyulduğu yerin şəklini, daha sonra isə həmin yerin koordinatlarını məkanını telefonda xəritə vasitəsilə göndərdikdə həmin narkotik vasitənin qəbiristanlıqda olmasını bildirmişdir. Həmin narkotik vasitənin və pulun şəkillərini Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 *** ** ** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma proqramına göndərmiş, təxminən saat 22 radələrində Mustafanın göndərdiyi məkanın yanına çatmış və Təqsirləndirilən şəxs2 avtomobili saxlamasını bildirmiş və avtomobili saxladıqdan sonra avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 avtomobili biraz qarşıda olan restoranın yanında saxlamasını, narkotik vasitəni və pulu götürdükdən sonra ona məlumat verəcəyini demiş, bu sözdən sonra Təqsirləndirilən şəxs2 oradan kənarlaşmış və qəbiristanlığa girmişdir. Qəbiristanlığa girdikdən sonra Mustafanın dediyi yerə gedib çatdıqda tanımadığı şəxsə məxsus olan qəbir daşının dəmir hasarının içərisinin sağ künc tərəfində narıncı rəngli torbada narkotik vasitə olmasını görmüş və həmin torbanı götürüb oradan kənarlaşmaq istədikdə əvvəldən tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və daha sonra həmin torba ilə birlikdə onu Füzuli rayon polis şöbəsinə gətirmişlər... Füzuli rayonu, Mahmudlu 1 kəndinə gəlməkdə məqsədi Mustafanın qəbiristanlıqda qoyduğu narkotik vasitəni götürüb Sabirabad rayonu ərazisində sonuncunun dediyi ünvana aparıb qarşılığında pul almaq və həmçinin həmin narkotik vasitədən özü üçün bir azını götürmək olmuşdur. Əldə edəcəyi narkotik vasitəni aparıb satmaq niyəti olmamış və həmin narkotik vasitədən Təqsirləndirilən şəxs2 vermək barədə fikri olmamışdır. Kisəni qəbiristanlıqda götürdükdə çəkisi ağır olmuş, lakin vaxt edib içərisinə baxa bilməmişdir. Saxlanılaraq polis şöbəsinə gətirilərkən hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. (İ cild i.v. 142-146) İş üzrə aralarında 17 mart 2024-cü il tarixdə müdafiəçilərin iştirakı ilə videoçəkilişlə keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. (İ cild i.v. 123-126) Bundan başqa, Təqsirləndirilən şəxs1 müqavilə üzrə müdafiəçisinin vəsatəti əsasında 01 iyun 2024-cü il tarixdə təkrar dindirilən zaman ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin yerə gəlməkdə əsl məqsədi kisənin içərisində qoyulduğu deyilən pulu götürüb dərhal geri qayıtmaq olmuşdur... 15 mart 2024-cü il tarixdə səhər saatlarında Mustafa ilə “Whatsapp” ani mesajlaşma proqramında danışan zaman Füzuli rayonu ərazisində yarım kilo narkotik vasitə olan nəşə olmasını və onu həmin yerdən götürərək Sabirabad rayonunda deyəcəyi ünvana çatdırmağını istəmiş və qarşılığında 7000-7500 manat aralığında pul olacağını, həmin pulun yarı hissəsini ona göndərməsini demişdir. Bu zaman onun təklifi ilə razılaşmış və Mustafa axşam saatlarında həmin narkotik vasitəni göndərəcəyi ünvandan götürməli olduğunu bildirmişdir. Məkanı Təqsirləndirilən şəxs2 göndərərkən təsadüfən pulun və içində narkotik vasitənin olmasını qeyd etdiyi kisənin, həmçinin sonuncunun səsli mesajını Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ondan içərisində narkotik vasitə olan kisə ilə bağlı heçnə soruşmamış, Təqsirləndirilən şəxs2 kisənin şəklini görmədiyini düşündüyünü, sonuncunun şəkillərə elə də baxmadığını bilmişdir. Beyləqan rayonu ərazisində olarkən Mustafa ilə “Whatsapp” ani mesajlaşma proqramında zəng edərək nəşə adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuanın yarım kilo olmamasını, daha çox olmasını demiş, bu zaman ona narkotik vasitəni götürməyəcəyini bildirsə də sonuncu pulun həmin narkotik vasitə olan torbanın içərisində olmasını bildirmiş və pula görə onun təklifini qəbul etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 nəyə görə getdiklərini soruşduqda narkotik vasitə gətirmək üçün getdiklərini demiş və sonuncuya narkotik kisəsin içərisində 7000-7500 manat pul olmasını demiş, həmçinin narkotik vasitəni götürməyib, içərisində olan pulu götürüb narkotik vasitəni də orada qoyub geri qayıdacağını demiş, Təqsirləndirilən şəxs2 isə “mənlik deyil, mən səni orada düşürdüb geriyə qayıdacam” demiş, bu zaman sonuncuya həmin yerdə düşürdüb geri qayıtmasını, pulu götürüb başqa taksi ilə Şirvan rayonuna qayıdacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 heçnə tələb etməyərək yoluna davam etmiş və 15 mart 2024-cü il tarix saat 22 radələrində Mustafanın göndərdiyi məkana aparmış, həmin məkan Füzuli rayonu, Mahmudlu 1 kəndində yerləşən qəbirstanlıq olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobili ilə qəbiristanlığın yanında olan torpaq yola girmiş və təxminən 50 metr getdikdən sonra orada avtomobildən düşürdüb gözləməyərək avtomobillə oradan uzaqlaşmış, avtomobildən düşməmiş, avtomobilin işığına özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşının göndərdiyi şəkildə olan kisəni və qəbir daşını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşürtdükdən sonra Şirvan şəhəri istiqamətində asfalt yola çıxmağa başlamışdır. Həmin vaxt qəbirstanlıq istiqamətində baxarkən Əliqismət Quıiyevin avtomobilinin arxa tormoz işığında qəbiristanlıqdan iki nəfər mülki geyimli şəxsin çıxaraq olduğu istiqamətə gəlməsini görüb qorxub qaçmağa başlamış, həmin vaxt mülki geyimli şəxslərdən biri “xoş gəlmisən” demiş, həmin şəxsə qışqıra-qışqıra “sağol” deyərək qaçmağa başlamış, qaçarkən arxasınca qaçan 5-6 nəfər şəxsin olduğunu görmüş, həmin şəxslər “qaçma polisdi” ifadəsini işlətmişdir. .. Polis şöbəsinin həyətində avtomobildən düşdükdən sonra bir nəfər polis Musatafanın şəklini göndərdiyi kisəni şöbəsinin həyətində verərək həmin kisə ilə polis şöbəsinin inzibati binasına qalxmasını tələb etmiş, polis əməkdaşının tələbini yerinə yetirərək həmin kisəni əlində götürərək inzibati binaya girərək ikinci mərtəbəyə qalxmış, soldan birinci otağa daxil olmuşdur. Həmin otaqda olarkən içərisində narkotik olduğu deyilən kisəni yerə döşəmənin üstünə qoymuş, bundan sonra orada adını bilmədiyi əməliyyat müvəkkili bir ədəd sellofan bükümdə narkotik vasitəni sol cibinə qoyaraq “sənin xeyrinədi, bunuda boynuna al ki, yekunda sənin xeyrinə köməklik edə bilək” demişdir. (C-İİ, i.v. 117-121, 218-222) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, narkotik vasitə istifadə etmir, vətən müharibəsi iştirakçısıdır, saxlanılana qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisə bayram vaxtı olmuşdur, H.Kamran ona konum göstərib həmin yerə neçəyə apara biləcəyini soruşmuş, onunla 100 manata razılaşdıqdan sonra yola düşmüşlər, H.Kamran gedəcəkləri yerin konumunu onun telefonuna göndərmişdir. O, H.Kamranı düşürtdükdən sonra geri qayıtmış, qayıdarkən yolda maşınının texniki nazaslığı yarandığı üçün dayanmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq nəyə görə orada olduğunu soruşmuşlar, o, 4-5 kilometr aralıda müştəri düşürdüyünü və hazırda qayıtdığını demiş, bundan sonra onu polis şöbəsinə aparmışlar, orada ona təzyiq göstərmişlər. Telefonunda olan şəkillərdən xəbəri yoxdur, telefonunu polis əməkdaşlarına vermişdir. H.Kamranın ona göndərdiyi Mustafa adlı şəxsin səsində ona aidiyyəti olmayan sözlər olmuş, H.Kamran həmin səsi ona telefonunun ekranı sındığı üçün səhvən göndərdiyini demişdir. Sonda təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 15 mart 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatına əsasən tərəfindən əməliyyat qrupu yaradılmış və şəxslərin ola biləcəyi yerlər müşahidəyə götürülmüşdür. Bundan sonra, Füzuli rayonu ərazisinə “Saipa” markalı avtomobil daxil olmuş, həmin avtomobili müşahidəyə götürdükdə Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlığa getdiyi görülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobildən düşmüş və daha sonra Təqsirləndirilən şəxs2 avtomobillə oradan biraz kənarlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 qəbirstanlıqdan bir ədəd narıncı rəngli kisə götürüb Təqsirləndirilən şəxs2 avtomobillə getdiyi istiqamətdə piyada gedib həmin avtomobil tərəfə yeriyərkən əməkdaşlar tərəfindən saxlanılmış, hər iki şəxs polis şöbəsinə aparılmışdır. Orada ilk öncə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və baxış keçirilmiş, onun əynində olan qış gödəkcəsinin sol cibindən sellofan bükümündə yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sonra Təqsirləndirilən şəxs1 daşıdığı narıncı rəngli kisəyə baxış zamanı kisədən 12 ədəd böyük bükümdə narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr, həminin 10 ədəd listdə olmaqla 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxs özü həmin vaxt narkotik vasitənin ona məxsus olduğunu və İİR vətəndaşı Mustafa adlı şəxsdən aldığını etiraf etmişdir. Telefona baxış keçirilən zaman orada olan mesajlarda şəxsin dedikləri öz əksini tapmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 Şahid1 ilə eyniməzmunlu ifadə vermiş və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (Təqsirləndirilən şəxs1 ibtidai istintaqdakı tam etirafedici ifadəsini, həmçinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 16 mart 2024-cü il tarixli, 237 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:10-da ARCM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 24) - «Şübhəli şəxsin tutulması haqqında» 16 mart 2024-cü il tarixli, 245 nömrəli protokoldan görünür ki, X3 həmin tarixdə saat 01:35-də ARCM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 43) - 16 mart 2024-cü il tarixli «Şəxsi axtarış və baxış haqqında» protokolda görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sol cibindən ağ rəngli şəffaf xüsusi qablaşdırmada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, əynində olan cins şalvarının sol ön cibindən “Samsung” markalı mobil telefon, şalvarın ön sağ cibindən 10 qəpiklik əskinas, arxa sol cibindən "xxxx" ASC-ə məxsus “Tamkart” kart hesabı aşkar edilmişdir. Üzərindən aşkar edilən qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilərkən təxmini çəkisi 8.1 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 əlində olan narıncı rəngli, ağzı yapışqan lentlə bağlanmış kisəni haradan və necə əldə etdiyi, içərisində nə olduğu soruşulduqda o “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxslə aralarında olan 500 manat pul razılığı əsasında onun “Vatsap” sosial şəbəkəsi vasitəsilə atdığı konum ilə Şirvan şəhərindən Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən qəbirstanlığa gəldiyi və orada olan qəbrin yanına qoyulmuş həmin kisəni götürdüyünü və kisəni götürüb avtomobilə tərəf gedərkən saxlanıldığını, kisənin içərisində marixuana və 7700 ABŞ dolları olduğunun ona dedildiyini bildirmişdir. Kisənin ağzı açılaraq içərisində olan kütlələr stolun üzərinə qoyulmuş, şəffaf sellafon və yapışqan lentə bağlanmış 7 ədəd qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilərkən təxmini çəkilərinin 660, 1020, 1020, 1040, 1100, 1065, 995 qram olduğu müəyyən edilmiş, şəffaf sellofonun içərisində olan qurudulmuş marixuanaya bənzər kütlə çəkilərkən təxmini çəkisinin 1700 qram olması müəyyən edilmiş, şəffaf sellafon və rəngli naxışı olan yapışqan lentlə bağlanmış iki ədəd tiryəkə bənzər kütlələr çəkilərkən təxmini çəkilərinin 960 və 1410 qram olması müəyyən edilmiş, qara rəngli sellofanın içərisinə qoyulmuş vəziyyətdə olan qatılaşdırılmış tiryəkə bənzər kütlə çəkilərkən təxmini çəkisinin 1810 qram olması müəyyən edilmiş, şəffaf sellafona doldurulmuş, ağ rəngli kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər maddə çəkilərkən təxmini çəkisinin 269 qram olması müəyyən edilmişdir. Həmçinin 10 list olmaqla hər birində 10 ədəd həb olmaqla üzərinə metadon sözü yazılmış psixotrop maddə metadona bənzər dərman preparatları aşkar edilmişdir. Hər bir kütlə və maddə kəsici qayçı vasitəsilə kəsilərək içərisində olan kütlə və maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən yazışmalar, ona konum və istiqamətləndirici şəkillər göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində başqa əşya olubolmaması soruşulduqda şalvarının kəmərinin sağ tərəfini göstərib üzərində qatlanan dəmir cib bıçağı olduğunu bildirmiş və həmin cib bıçağı götürülmüşdür, şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (İ cild i.v. 49-64) - «Şəxsi axtarış və avtomobilə baxış haqqında» 16 mart 2024-cü il tarixli, 249 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sol iç cibindən “Redmi” markalı mobil telefon, "xxxx" ASC-ə məxsus plastik kart, 3 ədəd karandaş, əynində olan şalvarının sol arxa cibindən bir ədəd 5 manatlıq və 7 ədəd bir manatlıq əskinas olmaqla, ümumilikdə 12 manat pul, gödəkçəsinin sol cibindən işlənmiş salfet və sağ cibindən isə içərisində qurudulmuş marixuanaya bənzər, kəskin spesifik iyə malik kütlə olan kibrit qutusunu çıxardıb təqdim etdi. Üzərinə şəxsi axtarış aparıldıqda əlavə əşya aşkar edilmədi. Kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən təxmini çəkisinin 9.3 qram olduğu müəyyən edildi. Həmin kibrit qutusunda olan kütlənin nə olduğu, haradan əldə etdiyi, nə üçün üzərində daşıdığı soruşulduqda xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Şirvan şəhəri ərazisində yolun kənarından tapdığını, qurudulmuş marixuana olduğunu və gələcəkdə istifadə etmək üçün götürdüyünü, daşımaqda hər hansı başqa məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə nə üçün Füzuli rayonuna gəldiyi və Kamranın nə məqsədlə gəlməsini bildiyi soruşulduqda isə taksi fəaliyyəti ilə məşğul olduğunu, Kamranı şəhər sakini kimi tanıdığını və 100 manat pul müqabilində razılaşaraq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu Füzuli RPŞ-nin 114 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Saat 03:21 dəqiqədə şəxsi axtarış yekunlaşaraq RPŞnin inzibati binasının həyətində olan Təqsirləndirilən şəxs2 məxsus “Saipa” markalı, ** NY *** dövlət nömrə nişanlı avtomobilə baxışa keçilmiş, Təqsirləndirilən şəxs2 avtomobilin yük yerini, salonunu, salonda olan iki ədəd saxlanc yeri və digər kiçik saxlama yerlərini təqdim etmişdir. Avtomobilin yük yerində avtomobilə aid əşyalar, ehtiyat təkər, salonda olan sərnişin oturacağının qarşısındakı saxlanc yerində şəxsə məxsus şəxsi əşyalar, ön oturacaqların arasında olan saxlanc yerində isə pul qabı və digər əşyalar olmuşdur. Avtomobilə baxış zamanı iş üçün maddi sübut əhəmiyyəti kəsb edən əşya, predmet aşkar olunmadığından götürülməmişdir. ( C-İ, i.v. 67-73) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 17 mart 2024-cü il tarixli, 262 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( C-İ, i.v. 130-132) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 17 mart 2024-cü il tarixli, 267 nömrəli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( C-İ, i.v. 147-149) - Füzuli Rayon Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 4(064)-8/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 225-227) - Füzuli Rayon Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 4(064)-7/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 229-231) - Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 16 mart 2024-cü il tarixli 3-16-16/2-7/451 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə ...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-7,640 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narıncı rəngli...” yazılan rəngli sintetik torbada 7 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış polietilen bağlamada və 1 ədəd ağ rəngli sellofanda hər birinin arı-ayrılıqda təmiz çəkisi 1005,0 qr, 960,0 qr, 635,0 qr, 1070,0 qr, 945,0qr. 975,0 qr, 995,0 qr, 635,0 qram olmaqla, ümumi çəkisi 8220,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. ( C-İ, 89-93) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 16 mart 2024-cü il tarixli 3-16-16/2-6/1571 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs1...” sözləri olan parça torbadakı bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan, tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 1 ədəd bükümdə təmiz çəkisi 1795 qram olan tünd qəhvəyi rəngli maddə, təmiz çəkisi 1410 qram olan 1 ədəd bükümü açdıqda içərisində təmiz çəkisi 859,4 qram olan tünd-qara rəngli rezinəbənzər kütlə və onun üzərinə örtülmüş təmizçəkisi 550,6 qram tünd-qəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik, psixotrop, prekursor, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər aşkar edilmədi, bir ədəd bükümdə təmiz çəkisi 260 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə sikloheksanamin maddəsidir, 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və üzərlərindəki göstəricilərə əsasən həmin həblərin tərkibində metadonunun təsir maddəsinin ümumi miqdarı 4 qram təşkil edir. Təqdim olunmuş həblərin istifadəyə yararlı olub-olmaması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırılmır. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Sikloheksanamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (siyahı İİ) daxildir ( C-İ, 97-103) - Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 16 mart 2024-cü il tarixli, 3-16-16/2-7/452 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kibrit qutusuna doldurulmuş kütlə.....” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (C-İ, i.v. 94-96) - Şirvan şəhər mərkəzi xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş 16 aprel 2024-cü il tarixli 18-1-35/2-596/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. (C-İİ, i.v. 30) - Ambulator məhkəmə psixiatrik ekspertizası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 929 və 1067 nömrəli müvafiq rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hadisə vaxtı fizioloji affekt halında olmamışlat. ( C-İİ, i.v. 86-89, 91-93) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2719 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniyə xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 94-95) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2715 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 96-97) - «Telefon cihazına baxış keçilməsi haqqında» 17 mart 2024-cü il tarixli, 257 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A5” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaş kitabçasında hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 *** ** ** nömrəli mobil telefonu Təqsirləndirilən şəxs2 adını “Qismet Kohne S” adı ilə qeyd etməsi, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəni isə “X15 Teze” adı ilə qeyd olunduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 özünü İran vətəndaşı kimi təqdim edən Mustafa adlı şəxsin istifadəsində olan +**********62 saylı mobil nömrəsini özünə məxsus mobil telefonda “Zaurun Dayisi oglu” kimi qeyd etməsi müəyyən olunmuşdur. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A5” (Android tipli) markalı mobil telefonun zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun zənglər siyahısında Mustafa adlı şəxslə 15 mart 2024-cü il tarixdə bir neçə dəfə danışması müəyyən olundu. Eyni zamanda, mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş və həmin bölmədə iş üçün əhəmiyyət kəsb edə biləcək daxil olan və göndərilən mesaj (SMS) mətni olmadığı müəyyən edilməmişdir. Bundan başqa, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A5” markalı (Android tipli) mobil telefon “WhatsApp” proqramını dəstəkləmiş və həmin mobil telefona “WhatsApp” proqramının yükləndiyi müəyyən olunmuşdur. “WhatsApp” proqramına baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə “Whatsapp”da yazışmalarına baxış keçirilən zaman sonuncuya kisədə narkotik vasitənin qəbirstanlıqda şəklini, pul şəkillərini, eləcə də Mustafa adlı şəxsin 08 saniyə və 03 saniyədən ibarət olan səs yazmalarını, həmçinin Mustafanın ona göndərdiyi məkanı göndərməsi müəyyən olundu. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Nara bildin” sözlərini yazması, aralarında 15 mart 2024-cü il tarixdə saat 18:09 və 18:31-də telefon danışıqlarının olması müəyyən olundu. X11 adlı şəxslə danışıqlarına baxış keçirilərkən sonuncunun narkotik vasitənin qəbirstanlıqda olmasının fotoşəkilləri, pulun fotoşəkillərini, məkan atması, həmçinin narkotik vasitənin qoyulduğu qəbirstanlığa gedən yolun, narkotik vasitə olan qəbrin fotoşəkillərini göndərməsi, həmçinin video və səsli danışmaları, səsli və mətn formasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 “İnstagram” sosial şəbəkəsində olan səhifəsinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, Mustafa adlı şəxslə “İnstagram” səhifəsində olan danışıqların gizli qalmasına görə silmişdir. ( C-İ, 109-110) - «Maddi sübut kimi tanıma haqqında» 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi çəkisi 8220.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, torbadakı bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 1795 qram olan tünd-qəhvəyi rəngli maddə, təmiz çəkisi 1410 qram olan bir ədəd bükümü açdıqda içərisində təmiz çəkisi 859.4 qram olan tünd-qara rəngli rezinə bənzər kütlə və onun üzərinə örtülmüş təmiz çəkisi 550.6 qram tünd-qəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik-psixotrop, prekursor, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər olmayan maddələrin, bir ədəd bükümdə təmiz çəkisi 260 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə sikloheksanamin maddəsi, 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,640 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6,150 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Füzuli RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (C-İ, i.v. 121-222) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə Təqsirləndirilən şəxs1 400 qram narkotik vasitə marixuana götürmək üçün həmin əraziyə getməsi, polis əməkdaşları tərəfindən ona göstərilən təzyiqlər səbəbindən narkotik vasitələri üzərinə götürməsi, X1 isə ümumiyyətlə narkotik vasitə ilə bağlı məlumatının olmaması, həmin əraziyə sadəcə taksi sürücü kimi getməsi, Təqsirləndirilən şəxs1 yalnız pul götürəcəyi ilə bağlı məlumatının olması, narkotik vasitələrin, pulların və iranlı deyilən şəxsin səsinin səhvən Təqsirləndirilən şəxs2 göndərilməsinə dair müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla,
1. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən ibtidai istintaqdakı ilkin ifadələrinə uyğun tam etirafedici ifadə vermiş, Təqsirləndirilən şəxs2 cibindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, hər ikisi onlara qarşı polislər tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
2. Təqsirləndirilən şəxslərin ibtidai istintaq dövründəki dindirmə və üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 01 iyun 2024-cü ilə qədər verdiyi bütün ifadələrində, o cümlədən, videoçəkilişlə üzləşdirmə zamanı onun Beyləqan rayonu ərazisində iranlı Mustafa adlı şəxslə görüntülü danışarkən Təqsirləndirilən şəxs2 onun narkotik vasitə götürmək üçün gedəcəyindən artıq məlumatının olması, narkotik vasitənin olduğu yerə çatan zaman ona sürüb getməsini, narkotik vasitəni götürdükdən sonra zəng edəndə qayıdıb onu götürməsini bildirdiyini, Təqsirləndirilən şəxs2 də onunla razılaşmasını, həmçinin, kisəni götürdükdən sonra heç bir metr keçməmiş polislər tərəfindən yaxalandığını bildirmiş, Təqsirləndirilən şəxs1 saat 15:01-də narkotik vasitə dolu kisənin və pulların şəklini, narkotik vasitənin yerləşdiyi yerin məkanını, iranlının göndərdiyi 2 ədəd səs yazısını nəyə görə Təqsirləndirilən şəxs2 göndərdiyini ağlabatan izah edə bilməmiş, Təqsirləndirilən şəxs2 də həmin kisəni və pulların şəklini gördükdən sonra heç bir şübhə etmədən Təqsirləndirilən şəxs1la Füzuli şəhərinə yola çıxmasını məntiqi əsaslandıra bilməmişdir. Belə ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, kisənin şəklini o, ünvana çatmazdan daha əvvəl görmüş, böyük kisənin içərisində pullar olduğunu düşünmüşdür. Bundan başqa, hətta müqavilə üzrə müdafiəçinin vəsatətinə əsasən 01 iyun 2024-cü il tarixdə yenidən dindirilən zaman belə Təqsirləndirilən şəxs1 iranlının yarım kiloqram narkotik vasitə qurudulmuş marixuananı Sabirabad şəhərində iranlının deyəcəyi yerə qoyması müqabilində iranlının kisədə olan 7000-7500 manat pulun yarısını ona verəcəyi ilə bağlı təklifi ilə razılaşdığını bildirmişdir.
3. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında gedəcəyi ünvanın məkanını Təqsirləndirilən şəxs2 göndərmək istəyərkən səhvən pulların və kisənin şəklini həmin vaxt göndərməsini qeyd etsə də, iş materiallarında olan vatsap yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iranlı kimi bildirdiyi şəxsin 8 saniyəlik səsini 15 mart 2024-cü il tarix, saat 13:41-də, pulların, narkotik vasitə dolu kisənin şəklini və məkanı saat 15:01-də, iranlı kimi bildirdiyi şəxsin 3 saniyəlik səsini isə saat 16:48-də göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 saat 17:48-də “nara bildin” mesajı yazmış, 18:08 və 18:31-də aralarında iki dəfə səsli danışıq olmuşdur. Göründüyü kimi, həm iranlı şəxsin səsləri və narkotik vasitənin, pulların, məkanın şəkilləri ayrı-ayrı vaxtlarda göndərilmiş, həm də Təqsirləndirilən şəxs2 göndərilmiş məlumatlarla bağlı heç bir formada təəccüb, etiraz bildirməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin bu dəlilləri də iş materialları ilə tam təkzib olunur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, gecə radələrində yaşadığı ərazidən bir neçə saat məsafə təşkil edən digər rayona, üstəlik konkret ərazi deyil, məkanla bildirilmiş ərazidə, həmçinin, narkotik vasitələrdən istifadə etmiş şəxsin ayrı-ayrı kütlələrin zahirdən aşkar göründüyü böyük kisə və pulların şəklini gördükdən sonra yenə də getməyə razılıq verməsi digər sübutlarla birlikdə təhlil olunduqda onun məhz narkotik vasitəni qanunsuz əldə edib daşımağa razılıq verdiyinə dair birmənalı qənaətə gəlməyə əsas verir.
4. Bundan başqa, təqsirləndirilən şəxslər hər ikisi məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 narkotik vasitəni daşımağa razılığının olmaması, Təqsirləndirilən şəxs1 ünvana qoyub 4-5 kilometr aralandığını, maşının xarab olması ilə əlaqədar dayandığını, bu zaman polislərin onu yaxaladığını bildirsə də, elə ibtidai istintaq zamanı müdafiəçinin vəsatətinə əsasən əlavə dindirilən zaman Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, “Təqsirləndirilən şəxs2 avtomobili ilə qəbiristanlığın yanında olan torpaq yola girmiş və təxminən 50 metr getdikdən sonra orada avtomobildən düşürdüb gözləməyərək avtomobillə oradan uzaqlaşmış, avtomobildən düşməmiş, avtomobilin işığına özünü Mustafa adı ilə təqdim edən İran İslam Respublikasının vətəndaşının göndərdiyi şəkildə olan kisəni və qəbir daşını görmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri istiqamətində asfalt yola çıxmağa başlamışdır. Həmin vaxt qəbiristanlıq istiqamətində baxarkən Təqsirləndirilən şəxs2 avtomobilinin arxa tormoz işığında qəbiristanlıqdan iki nəfər mülki geyimli şəxsin çıxaraq olduğu istiqamətə gəlməsini görüb qorxub qaçmağa başlamışdır.” Göründüyü kimi, Təqsirləndirilən şəxs1 müdafiəçisinin təşəbbüsü ilə verdiyi əlavə ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 avtomobilinin arxa işığında gecə saat 01 radələrində narkotik vasitə dolu kisəni tapmış, həm də polis əməkdaşlarını görmüşdürsə, aydın görünür ki, Təqsirləndirilən şəxs2 avtomobilinin işığı ilə narkotik vasitəni qəbiristanlıqdan tapmaq üçün avtomobil dayanmış vəziyyətdə və kisəyə yaxın olmalıdır. Təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs2 hadisə yerindən 4-5 kilometr aralıda yaxalanmasına dair ifadəsi təkcə elə Təqsirləndirilən şəxs1 bu ifadəsinə əsasən təkzib olunur.
5. Bundan başqa, ifadənin yerində yoxlanılması zamanı videoçəkilişlə dindirilərkən də Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonu ərazisində kisənin içindəkilərin narkotik vasitə olduğunu bilmiş və onu götürməyə razılaşmış, Təqsirləndirilən şəxs1 qəbiristanlıqda avtomobildən düşərkən ona getməsini və deyəndə gəlməsini demişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 qoyub gedərkən “cibimdə pulum var idi, dedim düşürdüm, benzin vurum qayıdaram (Şirvan şəhərinə)” desə də, şəxsi axtarış zamanı sonuncunun cibindən cəmi 12 manat pul çıxmışdır. Göründüyü kimi, bu hissədə də Təqsirləndirilən şəxs2 ifadəsi işin faktiki hallarına uyğun olmamışdır. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onların məhkəmədəki ifadəsinin, yəni, aşkar edilmiş narkotik vasitənin onlara məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində narkotik vasitəni üzərinə götürməyə məcbur qalması ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrini qeyriinandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründəki etirafedcii ifadələrini mötəbər sübut kimi qəbul edir, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaqdakı ifadələrinin cibindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasına dair hissəsini mötəbər sübut kimi qəbul edir. Həmçinin, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, onları ittihamın digər sübutları ilə birlikdə mötəbər sübut kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qram və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “metadon” dərman həbi narkotik vasitədir və onun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramdan artıq hissəsi külli miqdar hesab olunur. Həmin siyahəya əsasən “tiryək” narkotik vasitədir və onun 50 qramdan 5000 qrama qədər hissəsi külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunmuş işin faktiki hallarını iş üzrə sübutlarla təhlil etdikdə görünür ki, Təqsirləndirilən şəxs1 və X3 şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası ərazisində olan Mustafa adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyətə uyğun olaraq, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqda gizlədilmiş külli miqdarda narkotik vasitələri götürmək üçün 15 mart 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Saipa” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, narıncı rəngli kisədə külli miqdarda narkotik vasitə hesab olunan qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə hesab olunan tiryəki və külli miqdarda narkotik vasitə hesab olunan metadonu gizlədildiyi Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqdan götürərək Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxlayaraq gəldikləri avtomobilə tərəf daşımış, bundan başqa, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan xeyli miqdarda, yəni, təmiz çəkisi 7.640 qram narkotik vasitə olan qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs2 xeyli miqdarda yəni, 6,150 qram təmiz çəkidə qurudulmuş marixuananı satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2024-cü il tarixdə saat 23:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobilə daşıdığı zaman Füzuli rayonu, Mahmudlu 1 kəndi ərazisində yerləşən qəbirstanlıqda Təqsirləndirilən şəxs1 saxlanılaraq Füzuli rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və əlində olan narıncı rəngli kisəyə baxış keçirilən zaman sonuncunun əlindəki narıncı rəngli kisədə olan 07 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış polietilen bağlamada və 1 ədəd ağ rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005.0 qram, 960.0 qram, 635.0 qram, 1070.0 qram, 945.0 qram, 975.0 qram, 995.0 qram, 1635.0 qram olmaqla, ümumi çəkisi 8220.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, tərkibində külli miqdarda yəni, ümumi təmiz çəkisi 4 qram narkotik vasitə metadon olan 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri, hər ikisinin üzəərindən şəxsi istifadə məqsədi ilə daşıdıqları yuxarıda qeyd edilən miqdarda narkotik vasitə-qurudulmuş marixuana aşkar edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs1 istintaq zamanı etirafedici ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə, götürülmüş əşyalara baxış keçirilməsi haqqında protokollar, üzləşdirmə haqqında, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında haqqında protokollar, telefona və Bakcell MMc-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında müvafiq protokollar, maddi sübutlar və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 19 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(C-İİ, i.v 32) - DİN-in BƏSİİ-dən verilmiş 19 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin 09 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarının 1.5 bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. ( C-İİ, i.v. 33) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 olə bağlı yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (C-İİ, i.v. 28-29) - İşdə olan vəsiqələri surətlərindən və medalların şəkillərindən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı olmuş, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. (C-İİ, i.v. 234- 237) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X9 və oğlu 2014-cü il təvəllülü X4 ibarətdir. Yaşadığı ərazi üzrə nümayəndəliyə onunla bağlı heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (C-İİ, i.v. 129-130) Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Vətən müharibəsində göstərdiyi xidmətlərini ARCMin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X1 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzalar qismən toplanılmaqla onlara qəti cəza təyin edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxslərin ailəsi onların varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduqları 15 mart 2025-ci il tarixdən hesablanmalı, Füzuli Rayon Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 4(064)-7/2024 və 4(064)-8/2024 nömrəli qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, X3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 286 manat (iki yüz səksən altı) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 286 manat (iki yüz səksən altı) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada ( hər birindən 143 manat) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan- Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi çəkisi 8220.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, torbadakı bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 1795 qram olan tünd-qəhvəyi rəngli maddə, təmiz çəkisi 1410 qram olan bir ədəd bükümü açdıqda içərisində təmiz çəkisi 859.4 qram olan tünd-qara rəngli rezinə bənzər kütlə və onun üzərinə örtülmüş təmiz çəkisi 550.6 qram tünd-qəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik-psixotrop, prekursor, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər olmayan maddələrin, bir ədəd bükümdə təmiz çəkisi 260 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə sikloheksanamin maddəsi, 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,640 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6,150 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A5” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ARCM-in 234.1-ci maddəsi ilə 1(bir) il, 234.4.1 və 234.4.3-cü maddələri ilə 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ARCM-in 234.1-ci maddəsi ilə 1(bir) il, 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A5” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan- ümumi çəkisi 8220.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, torbadakı bir ədəd bükümdə təmiz çəkisi 945 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 1795 qram olan tünd-qəhvəyi rəngli maddə, təmiz çəkisi 1410 qram olan bir ədəd bükümü açdıqda içərisində təmiz çəkisi 859.4 qram olan tündqara rəngli rezinə bənzər kütlə və onun üzərinə örtülmüş təmiz çəkisi 550.6 qram tündqəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik-psixotrop, prekursor, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər olmayan maddələr, bir ədəd bükümdə təmiz çəkisi 260 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə sikloheksanamin maddəsi, 10 ədəd üzərlərində “Methadone 40 mg EXP 2023” göstəriciləri olan blisterlərdə 100 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və zərfdə 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,640 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6,150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci 286 manat (iki yüz səksən altı) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ( hər birindən 143 manat) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov