Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-670/2024 22.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu Paşabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Paşabəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qardaşı Şahid13 arvadı X1 onunla Ağdam rayonu Əhmədağalı kəndində qonşuluqda yaşayan həmkəndlisi Şahid4 ilə sevgi və intim münasibətlərdə olmasına əmin olduqdan sonra Nəzmiyyə Məhərrəmovanı qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, bu məqsədlə 02 may 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhərindən Nəzmiyyə Məhərrəmovanın həmin vaxt yaşadığı atası Şahid8 məxsus Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gələrək həmin evin yataq otağında təklikdə olan Nəzmiyyə Məhərrəmovanın üzərinə hücum edərək bir əli ilə onun saçlarından tutub saxlamaqla, digər əlində tutduğu soyuq silah hesab edilməyən turist bıçağının kəsici hissəsi ilə Nəzmiyyə Məhərrəmovanın boyun nahiyəsinə bir neçə dəfə vurmaqla və boyun nahiyəsini kəsməklə ona sifətin sol yarısından başlayıb arxaya doğru uzanaraq boyunun arxa səthində qan damarlarının və sinirlərin kəsilməsi, kəskin qanitirmə ilə müşayiət edilən, sifətin sağ yarısında məhdudlaşan, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vuran kəsilmiş yara xəsarətləri, sifətin sol yarısında alt çənə nahiyəsində, sol bazunun orta üçdə birinin ön səthində, sol əlin arxa səthində, sol əlin dördüncü barmağında, sağ əlin 1-ci barmağının dırnaq falanqası nahiyələrində isə sağlamlığına yüngül zərər vuran kəsilmiş yara xəsarətləri yetirməklə Nəzmiyyə Məhərrəmovanı qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, qardaşı Şahid13 arvadı X4 və uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yerləşən evlərində yaşamışlar. O isə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları adlanan məhəllədə anası, arvadı və azyaşlı qızı ilə yaşamışdır. 2024-cü ilin mart ayında Bakı şəhərində anasının mobil telefonunda “Whatsapp” mobil tətbiqində olan mesajlarına baxarkən qardaşı Çingizin anasına atdığı səsli mesajlara qulaq asmışdır. Həmin mesajlar bir qadın tərəfindən Şahid13 göndərilmiş, Çingiz də həmin səsli mesajları anasına yönəltmişdir. Həmin qadın Şahid13 kişi olmaması, arvadının yüz kişinin altına yıxılması, onun bacısının ailəsini dağıtması, elə qadını evində nə üçün saxlaması, qürurunun, kişiliyinin olmaması məzmunlu səsli mesaj göndərmişdir. Qardaşı Çingizə zəng edib səsi göndərən qadının kim olduğunu və mesajda dedikləri barədə soruşduqda Çingiz mesajı ona Əhmədağalı kəndində onlarla qonşuluqda yaşayan Həsənin baldızının göndərdiyini, mart ayında Həsənin arvadının onun evinə gələrək arvadı Nəzmiyyə ilə mübahisə etdiyini, Nəzmiyyəyə onun əri Həsənlə münasibəti olduğunu deyərək ərindən əl çəkməsini, onun ailəsini dağıtmamasını tələb etməsini bildirmişdir. Bundan sonra Çingizlə Nəzmiyyə arasında da mübahisə yaranmışdır. Çingiz Nəzmiyyədən bu barədə soruşduqda Nəzmiyyə Həsənin arvadının danışdıqlarının böhtan olduğunu və Həsənlə heç bir münasibətinin olmadığını bildirmişdir. Çingiz Nəzmiyyə ilə mübahisə edərək onu atasının Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən evinə aparmış və boşanacaqlarını bildirmişdir. Uşaqları isə Çingizin evində qalmışlar. Nəzmiyyə Məhərrəmova bir neçə gün atasının evində qalmışdır. Lakin bir müddət sonra Çingiz bacanağı Adilin məsləhəti ilə Nəzmiyyə ilə barışmış və Nəzmiyyə öz evinə qayıtmışdır. O, Nəzmiyyə Məhərrəmova ilə telefonla danışaraq məsələni araşdıracağını, əgər deyilənlər doğru olarsa, onun başını kəsib öldürəcəyini demişdir. Nəzmiyyə Məhərrəmova da Həsənlə heç bir münasibətinin olmadığını bildirmişdir. Hadisədən 3-4 gün əvvəl qardaşı Çingizlə telefon vasitəsi ilə danışarkən Çingiz ağlayaraq Nəzmiyyənin telefonda Həsənlə danışmasını eşitdiyini, Nəzmiyyənin Həsənin adını mobil telefonuna “Günay 4” kimi yazdığını, Nəzmiyyənin Həsənlə aralarında sevgi münasibətinin olmasını ona etiraf etməsini, Nəzmiyyənin yenidən atasının Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən evinə getməsini və onunla boşanmalı olduqlarını demişdir. Qardaşının arvadı Nəzmiyyənin həmkəndlisi Həsənlə intim münasibətdə olmasına tam əmin olduqdan sonra ailəsinin namusuna ləkə gətirdiyinə görə onu öldürmək qərarına gəlmişdir. Ağcabədi rayonu Sarıcalı kəndinə gedib atası evində qalan Nəzmiyyəni öldürmək üçün 01 may 2024-cü il tarixdə axşam saatlarında Qala qəsəbəsində yerləşən “Evkur” ticarət mərkəzindən bir ədəd açılıb-qatlanan cib bıçağı almışdır. 02 may 2024-cü il tarixdə saat 08 radələrində evdən çıxıb Bakı Beynəlxalq Avtovağzalına getmiş, orada taksiyə minərək həmin gün saat 14 radələrində Ağcabədi rayonu Sarıcalı kəndinə, Nəzmiyyənin atasının evinin yaxınlığına getmişdir. Orada taksidən düşüb bıçaq üzərində olmaqla Nəzmiyyənin atası evinə yollanmış, evin həyətinə daxil olanda həyətdə heç kim olmamışdır. Evin qapısını açmış, evə daxil olaraq otaqlara baxdıqda Nəzmiyyənin yataq otağında yerdə uzanılı vəziyyətdə olduğunu görmüşdür. Nəzmiyyəni görəndən sonra bıçağı kəmərin altından çıxarıb açmış, Nəzmiyyə onu görən kimi yerindən qalxıb dizi üstə pəncərəyə tərəf qaçmağa çalışmışdır. O isə bıçağı sağ əlində tutmaqla Nəzmiyyənin üstünə hücum çəkib sol əli ilə saçından tutub arxaya çəkərək bıçaqla boğazının həm sağ, həm də sol nahiyəsinə bir neçə dəfə vurmuş, daha sonra boğazının hər iki tərəfini kəsmişdir. Boğazından qan gəldiyini görəndən sonra saçını buraxmış, Nəzmiyyə yerə yıxılıb xırıldamağa başlamışdır. Bundan sonra otaqdan çıxmışdır. Həmin vaxt bıçaq əlimdə olmuş, Nəzmiyyənin olduğu otaqdan çıxan zaman Nəzmiyyənin bacısı İlahə ilə qarşılaşmışdır. İlahə bıçağı onun əlində görəndə qışqırmağa başlamış və qaçaraq evin digər otağına keçmişdir. O isə evi tərk etmiş, yola çıxan zaman taksi görmüş, taksiyə minib onu Ağdam Rayon Polis Şöbəsinə aparmasını demişdir. Yolda olan zaman bibisioğlu Gündüzə zəng edib Nəzmiyyəni öldürdüyünü, polis şöbəsinə getdiyini, oraya gəlməsini demişdir. Gündüzlə danışandan sonra Çingizə də zəng edib Nəzmiyyəni öldürdüyünü demişdir. Daha sonra istifadəsində olan ***-***-**-** mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edərək Nəzmiyyəni öldürməsi barədə bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onu Ağdam Rayon Polis Şöbəsinə aparmışlar. Nəzmiyyəni öldürərkən istifadə etdiyi bıçağı da polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X9 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Sarıcalı kəndində atası Şahid8 və anası Qumuru Səfərova ilə bir yerdə yaşayır. X8 Ağdam rayonunun Əhmədağalı kəndindən olan Şahid13 ilə evlənmiş və ailəsi ilə həmin kənddə yaşamışlar. 2024-cü ilin mart ayında Nəzmiyyə əri ilə münaqişə edərək ata evinə gəlmiş və təxminən 3-4 gün onlarla bir yerdə qaldıqdan sonra əri ilə barışmış, əri Çingiz onu öz yanına qaytarmışdır. Sonuncu dəfə 23- 24 aprel 2024-cü il tarixlərində Nəzmiyyə yenə əri Çingizlə münaqişə edərək atasının evinə gəlmiş və hadisənin baş verdiyi vaxtadək onlarla bir yerdə yaşamışdır. Nəzmiyyə atasının evinə Ağdam rayonu Əhmədağalı kəndində onunla qonşuluqda yaşayan Həsənlə bir yerdə gəlmişdir. O, Həsəni əvvəlcədən tanıyır, Nəzmiyyə bir neçə dəfə atası evinə qonaq gələndə Həsənlə gəlmişdir. Nəzmiyyə gələndən sonra anası atasına zəng edib evə gəlməsini, Nəzmiyyənin Çingizlə dalaşdığını, küsüb bizə gəldiyini demişdir. Atası gələndən sonra Həsən də evin həyətinə keçmiş, o, həmin vaxt evin içərisində olmuş, daha sonra səs-küyə çölə çıxmışdır. O, çölə çıxanda atasının sillə ilə Nəzmiyyənin üzündən vurduğunu görmüş, daha sonra Həsən atasının üstünə yerimiş, atası Həsəni də üzündən bir dəfə sillə ilə vurmuş, Həsən yerə yıxılmışdır. Yerə yıxılandan sonra atası bir dəfə də təpiklə Həsəni vurmuş, daha sona Həsən çıxıb getmişdir. O, ilk öncə atasının hansı səbəbdən Nəzmiyyəni və Həsəni vurmasını bilməmiş, daha sonra evdə olan söhbətlərdən elə başa düşmüş ki, kimsə atasına Nəzmiyyə ilə Həsənin münasibəti olmasını dediyinə görə atası onları vurmuşdur. Nəzmiyyə ondan yaşca böyük olduğuna görə o, bu barədə ondan heç nə soruşmamışdır. Bundan sonra hadisənin baş verdiyi vaxtadək Nəzmiyyə onların evində qalmış, evdən çölə çıxmamışdır. 02 may 2024-cü il tarixdə saat 14 radələrində o və bacısı Nəzmiyyə ayrı-ayrı otaqlarda yatmışlar. O, evin dəhlizinin yuxarı hissəsində olan qonaq otağında döşəmə üzərinə döşək salıb yatmış, Nəzmiyyə də dəhlizin solunda yerləşən yataq otağında döşəmə üzərinə döşək salaraq yatmışdır. Təxminən saat 14:10-da o, evdən səs-küy gəldiyini eşidərək dəhlizə çıxmış, həmin vaxt Nəzmiyyənin yatdığı otağın qapısından çıxan Təqsirləndirilən şəxsla üz-üzə gəlmiş, onun əlində iri ölçülü, açılıbqatlanan, qara rəngli bıçaq görmüşdür. Bıçaq və Elgizin əlləri qana bulaşmışdır. Təqsirləndirilən şəxs onun yanından keçib evin çıxış qapısına doğru getmişdir. O, Nəzmiyyənin yatdığı otağa daxil olanda onun döşəmənin üzərində qan içində olduğunu görmüşdür. Nəzmiyyəyə yaxınlaşanda onun boğazının kəsildiyini görmüş və xırıldadığını eşitmişdir. O, dərhal dəhlizə çıxaraq Elgizin arxasınca getmiş, pilləkəndən aşağı düşəndə Elgizə qışqıraraq bacısını niyə bu günə qoyduğunu demişdir. Təqsirləndirilən şəxs isə oradan getmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid13 göstərdi ki, 2012-ci ildə Ağcabədi rayonu Sarıcalı kənd sakini X4 ilə ailə qurmuş, iki övladları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşamışlar. 2024-cü ilin mart ayında arvadı Nəzmiyyə və uşaqları ilə evdə olduqları zaman həmkəndliləri Həsənin arvadı Kəmalə onlara gələrək Nəzmiyyəyə əri Həsənlə intim əlaqəsinin olmasını, onun ailəsini dağıtmasını deyərək ərindən əl çəkməsini tələb etmişdir. Kəmalə isə ona arvadını əri Həsənlə bir yerdə tutduğunu, kişi olsa, arvadının fahişəlik edə bilməməsini, arvadının onun əri ilə yatıb-durduğunu demişdir. Kəmalə gedəndən sonra Nəzmiyyədən bu barədə soruşduqda Nəzmiyyə Kəmalənin dediklərinin şər-böhtan olduğunu, Həsənlə onun arasında heç bir münasibət olmadığını bildirmişdir. Növbəti gün Həsənin arvadı Kəmalənin bacısı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə kişi olmaması, arvadının yüz kişinin altına yıxılması, onun bacısının ailəsini dağıtması, belə qadını evində necə saxlaması, kişiliyinin, qururunun olmaması barədə səsli mesaj göndərmişdir. O, evə gedəndə arvadı Nəzmiyyəyə Kəmalənin bacısının səsli mesajını göstərmişdir. Arvadı Nəzmiyyə yenə də Həsənlə heç bir münasibətinin olmadığını bildirmişdir. O, məsələni aydınlaşdırmaq üçün Həsəni öz evinə çağırmışdır. Bir neçə dəqiqədən sonra Həsən onların evinə gəlmişdir. Nəzmiyyə Həsənə arvadının onun ailəsini dağıtmasını, arvadının ağzını yığmasını demişdir. Həsən isə Nəzmiyyəyə ev dağıdanın, evi dağılsın demiş və çıxıb getmişdir. Bundan sonra Nəzmiyyə Məhərrəmova paltarlarını yığışdırıb atasının evinə getmiş, uşaqları isə onunla evdə qalmışlar. O, Kəmalənin bacısının ona göndərdiyi səsli mesajı “Whatsapp” mobil tətbiqi vasitəsilə anası Şahid3 telefonuna göndərmişdir. Anası isə ona Nəzmiyyə Məhərrəmovadan boşanmasını demişdir. İki-üç gün sonra Bakı şəhərində anası ilə yaşayan qardaşı Elgiz ona zəng edib anasının telefonunda həmin səsləri eşitdiyini demiş və bu barədə ondan soruşmuşdur. O da Elgizə baş verənləri danışmış və Nəzmiyyənin deyilənləri inkar etdiyini bildirmişdir. Elgiz bu barədə Nəzmiyyə ilə danışacağını demiş, daha sonra onların danışıb-danışmadıqlarını bilməmişdir. Nəzmiyyə Məhərrəmova bir neçə gün atasının evində qalandan sonra bacanağı Adilin məsləhəti ilə onunla barışmış və Nəzmiyyəni öz evlərinə qaytarmışdır. Evə qayıdandan sonra əvvəl olduğu kimi mehriban şəkildə bir yerdə yaşayırmışlar. 23 aprel 2024-cü il tarixdə saat 14 radələrində Nəzmiyyənin yatdığı otağa keçən zaman onun “SAMSUNG” markalı mobil telefonuna zəng gəldiyini, telefonun səssiz rejimində olduğunu görmüşdür. Zəng edən şəxsin adı telefonda “Günay 4” olaraq qeyd edilmiş, mobil nömrənin isə ***-***-**-** olduğunu görmüşdür. Həmin nömrə qonşu Həsənə məxsus olmuşdur. Zəng başa çatandan sonra “Günay 4” olaraq qeyd edilmiş Həsənə məxsus olan həmin nömrədən Nəzmiyyəyə 3 dəfə zəng gəldiyini görmüşdür. Bundan sonra Nəzmiyyəni yuxudan oyatmış, Həsənin nömrəsini hansı səbəbdən telefona “Günay 4” olaraq qeyd etdiyini, Həsənin hansı səbəbdən ona zəng etdiyini, Həsənlə nə münasibətinin olduğunu soruşmuşdur. Nəzmiyyə Həsənin nömrəsini telefona onun yazmadığını, telefona ad yaza bilmədiyini, yəqin ki, qızı Güllünün telefona adı belə yazdığını, Həsənlə heç bir münasibətinin olmadığını bildirmişdir. Bundan sonra sillə ilə onun üz nahiyəsinə bir dəfə vurub yalan danışmamasını, Həsənin telefon nömrəsinin onun telefonunda niyə olduğunu demiş, Nəzmiyyə ilə mübahisə etməyə başlamış və ondan boşanacağını demişdir. Nəzmiyyə paltarlarını yığıb atasının evinə getmişdir. Nəzmiyyənin telefonunda Həsənin mobil telefon nömrəsinin yazıldığı “Günay 4” yazısını ekran çəkimi edib şəkil formasında öz telefonuna göndərmiş, öz telefonundan da Nəzmiyyənin bacıları İlahəyə və Nuranəyə göndərmişdir. Həmin gün axşam saatlarında uşaqları Nəzmiyyənin atasının evinə aparmışdır ki, tək qalmasınlar, anaları ilə bir yerdə qalsınlar. Növbəti gün, yəni 24 aprel 2024-cü il tarixdə Nəzmiyyənin atasının evinə gedib uşaqları məktəbə getmələri üçün evinə gətirmiş, Nəzmiyyəyə isə onunla boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan bir qədər sonra qardaşı Elgiz ona zəng edib baş verənlər barədə soruşmuşdur. O, Elgizə hər şeyi olduğu kimi danışmışdır. Elgiz ona narahat olmamasını, Nəzmiyyə ilə boşanmasını, lakin uşaqları öz yanında saxlamasını demişdir. 29 aprel 2024-cü il tarixdə anası ilə bir yerdə Ağdam rayon məhkəməsinə gedərək Nəzmiyyə ilə boşanma barədə ərizə vermişdir. 02 may 2024-cü il tarixdə saat 14:30 radələrində bibisioğlu Gündüz ona zəng edib qardaşı Elgizin Ağdam rayonu Quzanlı qəsəbəsində olduğunu, evə gəldiyini demişdir. Gündüzün zəngindən bir neçə dəqiqə sonra Nəzmiyyənin atası Vitalif ona zəng edib Elgizin Nəzmiyyəni öldürməsini demişdir. Bundan sonra isə Elgiz ona zəng edib başını dik tutmasını, uşaqlara yaxşı baxmasını, Nəzmiyyəni öldürməsini, kəndə gəlməsini, onlarla görüşüb gedəcəyini demişdir. Bundan sonra cəld şəkildə evə tərəf qaçmış, evə çatanda Elgizin gəldiyini, əlində qan ləkələri, belində də qara rəngli bıçaq olduğunu görmüşdür. X13 Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng edərək Nəzmiyyəni öldürdüyünü və gəlib onu aparmalarını demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib Elgizi Ağdam Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, əri Təqsirləndirilən şəxs və qızı ilə Bakı şəhəri Qala qəsəbəsində yaşamışlar. 02 may 2024-cü il tarixdə səhər saat 09 radələrində Elgiz işə getmək üçün evdən çıxmışdır. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs ona zəng edib namuslarını təmizlədiyini, Nəzmiyyəni öldürdüyünü bildirmiş və ona atası evinə getməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlu Elgiz və gəlini Şahid2 ilə Bakı şəhəri Qala qəsəbəsində yaşamışdır. Digər oğlu Çingiz isə arvadı Nəzmiyyə və azyaşlı uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşamışlar. 2024-cü ilin mart ayında Çingizlə eyni kənddə yaşayan Həsənin arvadı Kəmalənin bacısı Çingizin telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsilə onun kişi olmaması, arvadının yüz kişinin altına yıxılması, onun bacısının ailəsini dağıtması barədə səsli mesaj göndərmişdir. Oğlu Çingiz də həmin mesajı onun mobil telefonuna göndərmişdir. Bu barədə oğlu Çingizlə telefonla danışarkən Çingiz ona bildirmişdir ki, həmkəndliləri Həsənin arvadı Kəmalə onların yaşadığı evə gələrək arvadı Nəzmiyyəyə əri Həsənlə cinsi münasibət olduğunu demiş, Nəzmiyyədən Həsəndən uzaq durmasını tələb etmişdir. Nəzmiyyə isə ona Kəmalənin dediklərinin tamamilə yalan olduğunu bildirmişdir. Bundan sonra Çingizlə Nəzmiyyə mübahisə etmiş, Nəzmiyyə atasının evinə getmişdir. O isə oğluna məsələni araşdırmasını, əgər Kəmalənin dedikləri doğru olarsa, Nəzmiyyədən boşanmasını demişdir. Aradan 2-3 gün keçdikdən sonra evdə olduğu zaman oğlu Elgiz onun telefonuna baxarkən Həsənin arvadının bacısı tərəfindən göndərilmiş səsli mesajı dinləmişdir. Elgiz səsə qulaq asandan sonra ondan bu barədə soruşanda Çingizin ona dediklərini olduğu kimi ona danışmış və Elgizə heç nəyə qarışmamasını, Çingizin özü ailəsinin problemini həll edəcəyini demişdir. Elgiz də onunla razılaşmışdır. Növbəti gün Elgiz ona Çingizlə danışdığını və hər şeyin qaydasında olduğunu demişdir. Çingizin uşaqları tək qalmasın deyə 09 mart 2024-cü il tarixdə onun evinə getmişdir. Yolda olan zaman Çingiz ona zəng edib Nəzmiyyəni evə qaytardığını demiş, onların evinə çatanda Nəzmiyyənin də, uşaqların da evdə olduqlarını görmüşdür. Nəzmiyyə ona Kəmalənin dedikləri tamamilə yalan olduğunu demişdir. Bundan sonra elə həmin gün axşam Bakı şəhərinə geri qayıtmışdır. 25 aprel 2024-cü il tarixdə qardaşı Namaz ona zəng edib X7 telefon danışıqlarını tutduğunu ona demişdir. Bir neçə dəqiqə sonra Çingiz ona zəng etmiş və Nəzmiyyənin Həsənlə telefonda danışmaqlarını aşkar etdiyini və arvadı ilə boşanacağını bildirmişdir. Bu söhbətdən sonra Nəzmiyyə atası evinə getdiyindən uşaqların tək qalmamaları üçün 27 aprel 2024-cü il tarixdə yenə Çingizin evinə getmişdir. O, Çingizin evinə çatanda uşaqlar anaları ilə bir yerdə Nəzmiyyənin atasının evində olmuşlar. 28 aprel 2024-cü il tarixdə Çingiz Nəzmiyyənin atasının evinə gedib uşaqları gətirmişdir. 29 aprel 2024-cü il tarixdə Çingizlə bir yerdə Ağdam Rayon Məhkəməsinə getmişlər ki, Çingiz boşanma ərizəsi versin. Çingiz ərizəni məhkəməyə verib çıxandan sonra Həsənin də məhkəmənin həyətində olduğunu görmüşdür. 02 may 2024-cü il tarixdə saat 14:30 radələrində baldızıoğlu Gündüz ona zəng edib Elgizin Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində olduğunu demişdir. Bundan sonra Elgizin arvadı Gülşənə zəng edib onun harada olduğunu soruşmuş, Gülşən ona Elgizin səhər saatlarında işə getdiyini demişdir. Bir neçə dəqiqə sonra Çingiz gəlmiş və ağlayaraq Elgizin əlinin qana batdığını, Nəzmiyyəni öldürdüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Ağdam rayonu Əhmədağalı kəndində arvadı Kəmalə ilə yaşayır. Həm də taksi fəaliyyəti ilə məşğul olur. X3 taksi sürücüsü kimi müxtəlif yerlərə aparmışdır. Lakin onunla aralarında sevgi və ya başqa münasibət olmamışdır. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Nəzmiyyə Məhərrəmova ilə aralarında intim münasibətlər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 göstərdi ki, X8 əri Çingiz və uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşamışlar. 2024-cü ilin mart ayında əri Adil ilə birlikdə atasıgilə qonaq getmişlər. Həmin vaxt bacısı Nəzmiyyənin də atasıgildə olduğunu görmüşdür. Nəzmiyyə ona Çingizlə mübahisə etdiyinə görə ondan küsüb atasının evinə gəldiyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra Çingiz Nəzmiyyəni də, uşaqları da götürüb öz evinə aparmışdır. 24 aprel 2024-cü il tarixdə bacısı İlahəyə zəng etmiş, İlahə ona Nəzmiyyənin yenə Çingizlə mübahisə edərək küsüb atasının evinə gəldiyini demişdir. İlahənin telefonu ilə Nəzmiyyə ilə danışıb hansı səbəbdən Çingizdən küsüb gəldiyini soruşmuş, Nəzmiyyə ona Çingizlə yola gedə bilmədiklərini demişdir. 02 may 2024-cü il tarixdə günorta saatlarında Nəzmiyyənin oğlu Səhrad ona zəng edib Elgiz əmisinin anasını öldürməsini demişdir. 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, zərərçəkmiş şəxs Nəzmiyyə Məhərrəmovanı öldürdüyü yeri və şəraiti göstərmişdir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:10 dəqiqədə DİNnin “102” xidməti zəng mərkəzinə müraciət edərək Nəzmiyyə Məhərrəmovanı bıçaqlayaraq öldürdüyünü və könüllü olaraq təslim olmaq istədiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında Ağdam RayonPolis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təhvil verilməsi üçün Ağdam rayonunun Əhmədağalı kəndinə getmişlər, Təqsirləndirilən şəxs könüllü olaraq polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmə-tibbi ekspertizanın 04 may 2024-cü il tarixli, 258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan xəsarət sol əlin arxa səthində bir ədəd sıyrıq, küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə(dırnaqla) yetirilməsi üçün xarakterikdir, yetirilmə müddəti 02 may 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərə aiddir. Məhkəmə-tibbi ekspertizanın 20 may 2024-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs Nəzmiyyə Məhərrəmovanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sifətin sol yarısından başlayıb arxaya doğru uzanaraq boyunun arxa səthində damaq və sinirlərin kəsilməsi ilə müşahidə edilən sifətin sağ yarısında məhdudlanan iri həcmli kəsilmiş yara, sifətin sol yarısında alt çənə nahiyəsində kəsilmiş yara, sol bazunun orta üçdə birinin ön səthində kəsilmiş yara, sol əlin arxa səthində kəsilmiş yara, sol əlin dördüncü barmağında kəsilmiş yara, sağ əlin 1-ci barmağının dırnaq falanqası nahiyəsində kəsilmiş yara xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər iti ucu və kənarı olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən törənmişlər. Göstərilən bütün xəsarətlər ekspertizaya təqdim edilən bıçaqla yetirilə bilərdi. Nəzmiyyə Məhərrəmovanın boyunun arxa səthində qan damarlarının kəsilməsi və kəskin qanitirmə ilə müşayiət edilən kəsilmiş yara xəsarəti dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, sifətin sol yarısında alt çənə nahiyəsində, sol bazuda, sol və sağ əl barmaqlarında, sol əldə olan kəsilmiş yaralar isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan bütün kəsilmiş yara xəsarətləri həyati olmaqla mərhumun ölümündən az əvvəl yetirilmişlər. Nəzmiyyə Məhərrəmovanın ölümünə səbəb boyunun arxa səthində olan yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, onun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl, yəni 02 may 2024-cü il tarixdə baş vermişdir. Ekspert rəyinə əsasən tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişən hər hansı dəyişiklik edilməmişdir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 10 mart 2023-cü il tarixli, 161 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, ona istinad edilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən verilmiş məlumata görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 may 2024-cü il tarixli, 18-1-21/2-145/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin psixiatrik, narkoloji, onkoloji və vərəm şöbəsində dispanser qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli, 7254 nömrəli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə hər hansı şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailə tərkibi haqqında arayışda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qardaşı arvadı Nəzmiyyə Məhərrəmovanı qısqanclıq zəminində qəsdən öldürməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddi on dörd il müəyyən edildiyindən, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddəti on dörd ilin dörddə üçündən, yəni on il altı aydan artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan geyim əşyaları, hadisə yerindən götürülmüş qan ləkələri, həmçinin cinayətin aləti olan bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Prokurorluğunda saxlanılan geyim əşyaları, hadisə yerindən götürülmüş qan ləkələri və cinayətin aləti olan bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-670/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-670/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver