Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-672/2024 06.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, ümumi çəkisi 1143,89 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 2,880 qram külli miqdarda psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib, qurudulmuş marixuananın 43,89 qramını bir ədəd polietilen bükümdə əynindəki gödəkçənin sol yan cibində, 1100,0 qramını üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada ünvan 2 ünvanındakı yaşadığı evin zirzəmisində, 2,880 qram çəkidə metamfetamini bir ədəd sellofan kəsiyi bükümündə, eləcə də təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadonu isə bir ədəd kanvalyutda 09 ədəd həb formasında əynindəki şalvarın sol yan cibində saxlayaraq daşımış, 24 noyabr 2023-cü il tarixdə saat 21:50 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sabirabad şəhəri S.Vurğun küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 43,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol iç cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan, qeyd olunan narkotik vasitə və psixotrop maddələrin satışı zamanı çəkilərinin müəyyən edilməsində istifadə olunan 01 ədəd elektron tərəzi, əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,880 qram olan psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadon, həmin tədbirlərin davamı olaraq, 24 noyabr 2023-cü il tarixdə saat 23:15 dəqiqədə yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, zirzəmidə torpağa basdırılmış, üzəri yapışqan lentlə bağlanmış bir ədəd polietilen torbada təmiz çəkisi 1100,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü xəstə adamdır, dərman atır. Tutulduğu gün cibində 09 ədəd narkotik vasitə olan metadon olmuşdur. Həmin gün polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona demişdilər ki, “540 qram nəşəynən razılaş, sən onsuzda tutulmusan”. Sonradan polis əməkdaşları ilə evinə getmiş, orada onu küçədə saxlayıb özləri içəri daxil olub narkotik vasitəni orda qoymuşdular. 07 ay sonra bilmiş ki, polis əməkdaşları onun üzərinə metamfetamin qoyublar. Saxlanılarkən tək olmuş, üstündə 09 ədəd metadon olmuşdur. 09 ədəd metadondan 03 ədədini maşında oturarkən qəbul etmiş, polislər görməmiş, onu polis şöbəsinə gətirəndə cibində 06 ədəd metadon olmuşdur. Polis əməkdaşları Qoca adlı şəxsin tutulduğunu bildirib onu polis şöbəsinə aparmışlar, həmin şəxsi heç tanımır, şöbədə onu döymüşlər, demişlər ki, “450 qram mal var, onsuz tutuldun, götür üstünə”. Digər narkotik vasitələri üstünə qoymuşdular, polis şöbəsində onu otaqda 30 dəqiqə saxlamışlar, sonra vəkil gəlmiş, videoçəkilişə başlamışlar. Videoçəkiliş zamanı üzərindən dərmandan başqa heçnə aşkar olunmamışdır. Videoçəkiliş vaxtı üzərindən metamfetamin və ya marixuana aşkar olunmamışdır. Ola bilsin ki, narkotik vasitəni üzərinə Taleh adlı polis əməkdaşı qoymuş, əlləri bağlı imiş, onu döymüşlər. Videoçəkiliş vaxtı üzərində digər narkotik vasitələr olmuşsa da, üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Videoçəkiliş zamanı üzərindən dərmandan başqa heçnə aşkar olunmamışdır, özü görməmişdir. Üzərində 43 qram marixuana və 2,8 qram metamfetamin olmamışdır. Ona görə döymüşlər ki, 450 qram narkotiki boynuna alsın. Evində 200 qram “nəşə” olduğundan polis əməkdaşları ilə razılaşmış, demiş ki, “200 qram “nəşə”-ni verim əl çəkin”. Evində 200 qram “nəşə” olmuş, polis əməkdaşlarına demiş ki, “gedək verim onu”. Polislərlə evinə gəlmiş, polis əməkdaşları maşını qapıda saxlamışlar, selofanı götürüb həyətə girmişlər, onu isə çöldə saxlamışlar, görmüş ki, qara selofanla həyətə girirlər. Polis əməkdaşları özləri həyətə girdikdən 15-20 dəqiqə sonra onu həyətə salmışlar. Evdə olan narkotiki zirzəmidə torpağın altında basdırmışdır, üzərinə də taxta qoymuşdur. Özü də polislərə demiş ki, “marixuana evin altındadı, gedək göstərim.” Özü torpaqdan marixuananı çıxardıb polislərə təqdim etmişdir. Narkotik vasitəni üstünə götürməyindən ötrü onu döyüblər. Saxlanılarkən tərəzi və 09 metadondan başqa üzərində heçnə olmayıb. Özü İ qrup əlildir, hepatit, astma xəstəsidir, böyrəkləri də yaxşı işləmir. Evində aşkar olunan 200 qram marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Digər narkotikləri üzərinə və evinə qoymuşlar, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun zamandır ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2003-cü ildən 2012-ci ilədək olan müddət ərzində məhkəmə hökmünə əsasən barəsində azadlıqdan məhrumetmə cəzası seçildiyi üçün cəza çəkmişdir. Cəza çəkdiyi dövrdə onunla birlikdə cəza çəkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra aradabir həmin şəxs onunla müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün təxminən 2- 3 ay əvvəl ona narkotik vasitə göndərəcəyini demişdir. Həmin şəxsdən narkotik vasitəni necə göndərəcəyini soruşduqda, bu barədə heçnə deməyərək həmin günün səhəri xəbər edəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq Bakı şəhərində xatırlamadığı yerə getməsini demiş, o da deyilən yerə getdikdə ara küçələrdən birində gizlədilmiş vəziyyətdə bir ədəd qara rəngli sellofan torbanı götürmüşdür. Həmin sellofan torbanı götürüb içərisinə baxarkən bir ədəd böyük sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir list, yəni 10 ədəd narkotik tərkibli metodon həbi, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli elektron tərəzi olduğunu görmüşdür. Daha sonra həmin predmetləri götürüb ünvan 2 ünvanında yerləşən evinə gətirmişdir. Bundan sonra ailə üzvləri və digər şəxlərin xəbərlərinin olmaması üçün evinin alt hissəsində yerləşən zirzəmiyə girib orada yerin torpaq hissəsini bir qədər qazmış və həmin kütlələri orada gizlətmişdir. Həmin vaxtdan etibarən psixotrop maddə metamfetamindən, narkotik vasitə qurudulmuş marixuanadan və narkotik tərkibli dərman olan metodon həbindən bir ədəd istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd listdə ümumilikdə 9 ədəd metodon həbini, bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini, eləcə də bir ədəd böyük sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananadan bir qədər götürmüş, götürdüyü qurudulmuş marixuananı bir ədəd başqa şəffaf rəngli sellofana qoymuşdur. Bundan sonra isə böyük bükümdə qalan narkotik vasitə qurudulmuş marixuananın içərisindəki kütlələr dağılmasın deyə yenidən şəffaf rəngli yapışqan lentlə bağlamış və onu əvvəl olduğu kimi evinin zirzəmisində yerdə torpağın altına, onun üzərinə də bir ədəd mişar daşı qoymuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evin yerləşdiyi küçəyə çıxmış, bir qədər sonra bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edib onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb Sabirabad Rayon Polis Şöbəsinə gəlmişdir. Daha sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı, qara rəngli idman şalvarının sol yan cibindən içərisində metodon həbi olan bir ədəd list və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən ona məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd Kent 4 markalı siqaret və bir ədəd yaşıl rəngli alışqan, gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli elektron tərəzi və bir dəstə ona məxsus olan pul, eləcə də şalvarının sol yan cibindən bir ədəd metodon həbi aşkar edilmişdir. O, həmin əşyaların hər birinin özünə məxsus olduğunu, bir dəstə pulun pensiya zamanı aldığını, bir ədəd metodon həbinin isə təqdim etdiyi listdə olduğunu, lakin əvvəlcədən üzəri açıq olduğu üçün cibinə düşdüyünü bildirmişdir. Daha sonra müstəntiq tərəfindən həmin həb listə yerləşdirildikdən sonra üzərindən aşkar edilmiş pul sayılmış və 711 manat olduğu müəyyən edilmişdir. Sonra isə həmin 711 manat məbləğində olan pul, bir ədəd paketdə kent 4 markalı siqaret və bir ədəd yaşıl rəngli alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Lakin digər kütlələr, yəni bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd listdə 9 ədəd narkotik tərkibli metadon həbləri, bir ədəd qara rəngli elektron tərəzi isə götürülüb ayrı-ayrılıqda dörd ədəd ağ rəngli kağız zərflərə qoyulmuşdur. Zərflərin üzəri möhürlənmiş, o və iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa ona ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. O, həmin ünvanda yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə qeyd edilən ünvana getmişlər. O, polis əməkdaşları ilə birlikdə evinin zirzəmisinə keçmiş, sonra zirzəmidə yerdə divarın dibində olan bir ədəd mişar daşını qaldırmış və üzərini torpaqla örtdüyü bir ədəd böyük qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. O, həmin kütlənin özünə məxsus olduğunu, həbsdə olarkən tanışı, İran İslam Respublikasının vətəndaşının ona göndərdiyini və Bakı şəhərində tanımadığı yerdən götürdüyünü bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etmədiyini, döyüldüyünü, təzyiq altında ifadələrini imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında elə həmin gün şübhəli şəxs Təqsirləndirilən şəxs Sabirabad şəhəri S.Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd list metadon, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və tərəzi aşkar edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərindən pul, telefon və siqaret aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitəni iranlı olan türmə yoldaşından əldə etdiyini bildirmişdir. Videoçəkilişlə evinə getmişlər, özü hamısını təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulmamış, onun üzərində tərəzi aşkar edilib, əgər polis şöbəsində narkotik vasitə qoyulubsa evinə niyə gediblər. Təqsirləndirilən şəxsin evinə daxil olduğu andan vəkilin iştirakı ilə baxış keçirilmişdir, Təqsirləndirilən şəxs çöldə saxlayıb özləri qara sellefonla hətəyə daxil olmaları kimi bir hal olmayıb. Təqsirləndirilən şəxsə heç bir təsir göstərilməmiş, Təqsirləndirilən şəxs istər saxlanılaraq polis şöbəsinə gətirilərkən, istərsə də polis şöbəsində ona qarşı təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə axşam saat 20:00 radələrində Samir evdən çıxıb mağazaya gedib qayıdıb. Sonradan təxminən 20:30 radələrində evə bəzi ərzaq məhsulları almaq məqsədilə yenidən evdən çıxıb. Evdən çıxarkən Təqsirləndirilən şəxs 10 dəqiqəyə gələcəyini bildirsə də, evə gəlməmiş, özü də uşağı yatızdırmağa getmişdir. Uşağı yatızdırdıqdan sonra saat 22:00 radələrində yenidən zəng etsə də, onun telefonuna zəng çatmadığından narahat olmuşdur. Belə ki, o, asma xəstəsidir. Gecə saat 2-yə qalmış radələrdə böyük bir maşının gəldiyini görmüş, lakin nə maşın olduğunu bilməmişdir. Düşünmüş ki, təcili tibbi yardım maşınıdır. Maşını gördükdən sonra qonaq otağının pencərəsi küçəyə baxdığından həmin otağa keçib pəncərədən baxıb böyük bir maşının dayandığını görmüşdür. Sonradan mətbəxtin pəncərəsi həyətlərinə baxdığına görə ora keçmişdir. Mətbəxtin pencərəsini açdıqda ərinin səsini eşitmişdir. Samir demiş ki, “açar daşın üstündədir”. Qapını açıb həyətə daxil olduqlarından sonra bilmiş ki, gələn adamlar polislərdir. Polislər baxdığını gördükdən sonra ona demişlər ki, “girin içəri, bacı”. O, pəncərəni 1-2 dəqiqəlik örtmüş, sonradan yenidən pəncərəni açıb nə olduğunu soruşduqda ona demişlər ki, “heçnə olmayıb xanım, narahat olmayın, salamatçılıqdır”. Bundan sonra o pəncərəni örtüb onları müşahidə etmişdir. Müşahidə edərkən ərinin əli qandallı vəziyyətdə qapının ağzında durduğunu və bir polisin evinin altına girdiyini görmüşdür. Polis əməkdaşı evinin altına girdikdən sonra Samir təxminən 5-10 dəqiqə, 20 dəqiqə qapının ağzında dayanmışdır. Sonradan polislər ordan çıxıb qapını bağladıqdan sonra sakit söhbət etməyə başlamışlar. Qonaq otağına keçib ordakı pəncərədən baxmağa başlamışdır. Həmin vaxt qabaqda iki polis maşını, ortada təcili tibbi yardım maşınına oxşar böyük maşını və arxada iki polis maşınını görmüşdür. Maşınlardan biri ağ, digəri gümüşü rəngində olmuş. Sonradan adi üç maşın gəlmişdir. Bir maşından 3 nəfər, digər maşından isə 2 nəfər düşmüşdür. Həmin adamlar maşından düşdükdən sonra yenidən içəri daxil olmuşlar. Həmin vaxt pəncərəni açarkən ona baxmağa icazə verməyib bildirmişlər ki, “xanım, girin içəri”. Onları yenidən müşahidə edərkən görmüş ki, polislərdən biri arxadan çəkiliş edərək ərinə “Samir harda qoymusan?” sualını verdi. Samir polisin sualına cavab olaraq demiş ki, “evimin altına qoymuşam”. Bundan sonra polis və Samir əlindəki qandalla içəri daxil olmuşlar. Orda Samir çıxardıb vermiş, onun şəklini çəkmişdilər. Bundan sonra əri gəlmiş su istəmiş, demiş ki, “uşağı gətir görüşüm”. Polislərdən ağlayaraq Samirin niyə tutulduğunu soruşduqda, ona demişlər ki, “narahat olmayın, sabah çıxacaq”. İşdə olan, Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, X8 üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində və yaşadığı evin həyatyanı sahəsində saxlamaqla, istifadə etməkdə və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, X8 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 həmin tarixdə saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 24) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Mehtiyev X9 Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 43,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 09 ədəd narkotik tərkibli metadon dərman həbi, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,880 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 30-32) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı yoxdur. (c İ, i.v 33) İşdə olan, Baxış keçirilməsi və götürmə aparılması haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, evin zirzəmisindən üzəri yapşqan lentlə bağlanmış bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 1100,0 qram olan narkotik vasitə qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. (c İ, i.v 34-36) İşdə olan, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının 25 noyabr 2023-cü il tarixli, 18/10xx-xx/1076 №-li rəyindən görünür ki, 1.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,880 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2.Tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddə ilə eyniliyini müəyyən etmək mümkün deyildir. 3.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torba bükümdə təmiz çəkisi 43,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 4.Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi 1100,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və həyətyanı sahəsindən götürülümüş ümumi çəkisi 1143,89 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Metamfetaminin təmiz çəkisi 2,880 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 2,830 qr. Marixuananın ümumi çəkisi 1143,89 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 1143,79. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 48- 51) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-196/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 74-78) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-196/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 80-81) İşdə olan, Sabirabad RİHB-nın Sabirabad rayon MİS tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və 2021-ci il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c İ, i.v 85-86) İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemi Əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin infiltrativ vərəmi-dağılma mərhələsi TDM(-) diaqnozu ilə birinci dərəcəli əlildir. (c İ, i.v 87) İşdə olan, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə, eləcə də külli miqdarda narkotik vasitələrin təkrar satışına görə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. (c İ, i.v 110-111) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2024-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsinin qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 112-113) İşdə olan, Məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2024-cü il tarixli, 3-16-16/2- 6/620 nömrəli rəyindən görünür ki: -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər...” yazıları, soyad və imzalar olan zərfin içərisindəki üzərində “...Methadone 40...” yazıları olan bir ədəd kanvalyutda ümumi sayı 09 (doqquz) ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə - metadondur, 09 ədəd həbdə təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edir. Metadon həblərinin ümumi sayı 09 ədəd, cəmi təhqiqata sərf edildi 01 həb, qalıq ümumi 08 həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (c İ, i.v 114-117) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi çəkisi 1143,89 qram, tədqiqatdan sonra çəkisi 1143,79 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 2,880 qram, tədqiqatdan sonra çəkisi 2,830 qram qalmış psixotrop maddə metamfetamin, təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan narkotik vasitə metadon, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 120-131) İşdə olan, 18 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, üzərinə narkotik vasitələr qoyulması ilə bağlı müraciət əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 224-225) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. (c İ, i.v 231-233) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. (c İ, i.v 234-236) İşdə olan, Baxış keçirilməsi haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskdəki məlumatlara baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 00:00-dan xx.xx.2023-cü il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrə ilə “Emi oglu tinde bicaqda sikalatdan dermadan nese yoxdu veresen mene olem agrdan olsa olmasa camun sag olsun” məzmunlu, ********** saylı mobil nömrə ilə “Qaqa ənımda adam var danışa bilmiram.Onun ikisini mana kotur imkan varsa.İkisin qardaşım oqlu demişdi.Ona kora 4 dana dedim.Onada indi zank çatmır.Manim ozumda 4 danaə pul çatmaçüaq.Uzurlu xesab ela qaqa.Qadan alaram Mana bir soz deərsan.Kaliram sana jaəüam” məzmunlu, ********** saylı mobil nömrə ilə “**********463622 kaptal bank”, “X10” məzmunlu, ********** saylı mobil nömrə ilə “Qaqa ikisin verdim narazilig oldu niyese sen ozume cekmeye verdiyinide cekdim qalan iki denedende birin ustunen gotueub bidene cekdim min dene sey eleyieem men deydi mene bele niye yalan deyim evdeyem indide iki denenin pulun vacib vermeliyemse verim masin dusse gel gotue ya kimnense gondeeim sen ol das yoxumdu nede kolada sabah saat 11 de gediee insAllah naxadi deyib qayidavam telegonum isdemie deye zeng eleyende danisa bilmirem senen bele yazdim Qaqa neter eleyey bi soz yaza bilersen mene telefonu deyisdim imkan c Var zeng ele bidene mene”, “Qardas sen basına donum mene 2 dene torpag götür 15 deyqeye Senın yanındayam axsam üstü her şey özümüzde olacag yol cıxıram men lomkad Qardas sen basına donum mene beş dene torpag hel ele naxadı” məzmunlu, ********** saylı mobil nömrə ilə “Ma cikili qara verim qulliqmda durur” məzmunlu, ********** saylı mobil nömrə ilə “GAga danisdim uzagi bir saata sendedi kartun varsa at mene burdan atim men” məzmunlu, ********** saylı mobil nömrə ilə “Qaqa hecolmuya mene o dermandan al ver pulun verey” məzmunlu, ********** saylı mobil nömrə ilə “Kanan şuşadan kəlirdi şeyə,zənkçatmr,daşi dədə istrd-keçkələçəylər deyir,Kənan çxanda 90m,atmalidi,özumdədə 30mvaridi” məzmunlu, ********** saylı mobil nömrə ilə “X19 X14 X18 Dosluq Mene” məzmunlu sms mətnləri aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə daxil olan və çıxan zənglərin təhlil olunması nəticəsində müəyyən olundu ki, həmin tarixdə ********** saylı mobil nömrə ilə saat 12:02:12-də 59 saniyə müddətində, saat 13:00:05-də 08 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 14:04:51-də 30 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 14:05:54-də 79 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 15:53:39da 32 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 16:07:25-də 21 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 16:09:06-da 14 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 16:17:24-də 47 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 17:01:57-də 05 saniyə müddətində, saat 17:02:19-da 27 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 17:15:07-də 96 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 17:17:29-da 21 saniyə müddətində, saat 17:30:03-də 11 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 18:28:51-də 39 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 20:17:20-də 17 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 20:36:39-da 12 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 20:37:40-da 27 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 20:42:25-də 26 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 20:56:06-da 36 saniyə müddətində, ********** saylı mobil nömrə ilə saat 21:06:06-da 12 saniyə müddətində telefon danışıqları aparılmışdır. (c İ, i.v 240-243) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində 09 ədəd metadon həbi olmuş, həmin həblərdən 03 ədədini polis əməkdaşlarının görmədiyi şəraitdə qəbul etmiş, polis şöbəsində isə üzərində yalnız 06 ədəd metadon həbi və bir ədəd elektron tərəzi olmuş, yaşadığı evin zirzəmisində isə 200 qram çəkidə marixuana saxlamış, digər narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evin zirzəmisinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitələr və maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, təzyiqin isə döyülməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində cinayət təqibi aparılmış, müvafiq olaraq 18 iyul 2024-cü il tarixli qərarla (cild İ, i.v 224-225) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X15 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə üzərinə şəxsi axtarış keçirilərkən öncə təhqiqatçı, daha sonra müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən, polis şöbəsinə gətirələrkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin izahat və ifadələri, şahid ifadələri, telefon danışıqları məlumatları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 55-58) və xx.xx.2023-cü, xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 65-68, 142-145) şəxs qismində verdiyi ifadələrində eləcə də üzərinə və yaşadığı evə video-çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin zirzəmisindən aşkar edilmiş elektron tərəzini, narkotik vasitələr və psixotrop maddəni Bakı şəhərində xatırlamadığı yerdə ara küçələrdən birində gizlədilmiş vəziyyətdə bir ədəd qara rəngli sellofan torbada əldə edərək, yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gətirdiyini, həmin vaxtdan etibarən psixotrop maddə metamfetamindən, narkotik vasitə qurudulmuş marixuanadan və narkotik tərkibli dərman olan metodon həbindən bir ədəd istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd listdə ümumilikdə 9 ədəd metodon həbini, bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini, eləcə də bir ədəd böyük sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananadan bir qədər götürdüyün, götürdüyü qurudulmuş marixuananı bir ədəd başqa şəffaf rəngli sellofana qoyduğunu, bundan sonra isə böyük bükümdə qalan narkotik vasitə qurudulmuş marixuananın içərisindəki kütlələr dağılmasın deyə yenidən şəffaf rəngli yapışqan lentlə bağladığını və onu əvvəl olduğu kimi evinin zirzəmisində yerdə torpağın altına, onun üzərinə də bir ədəd mişar daşı qoyduğunu bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən (ilkin ifadələrindən) fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı əlavə dindirilərkən, istərsə də məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən və məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evin zirzəmisindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona aid olduğunu bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələr və psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə ibtidai istintaqın sonraki mərhələlərində və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin ifadələrini (aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən və yaşadığı evin zirzəmisindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin ona aid olduğunu, həmin vasitə və maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 24 noyabr 2023-cü il tarixli şəxsi axtarış, baxış keçirilməsinə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan video-görüntülər, maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 25 noyabr 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkil Səxavət Məmmədli Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və baxışa dair 24 noyabr 2023-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 43,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol iç cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan, 01 ədəd elektron tərəzi, əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,880 qram olan psixotrop maddə metamfetamin və 09 ədəd narkotik vasitə metadon, həmin tədbirlərin davamı olaraq, yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman, zirzəmidə torpağa basdırılmış, bir ədəd polietilen torbada təmiz çəkisi 1100,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, eləcədə yaşadığı evə baxış keçirilərkən üzərindən, yaşadığı evin zirzəmisindən aşkar edilmiş vasitələr və maddənin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitələr və maddənin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın, baxışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan vasitələr və maddənin özünə məxsus olmasını təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntülərdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı və yaşadığı evə baxış həyata keçirilmiş, şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı evin zirzəmisindən aşkar olunmuş – ittihamda təsvir olunmuş narkotik vasitələri və maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 1143,89 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2,880 qram çəkidə psixotrop maddə metamfetamin və 09 ədəd narkotik vasitə metadon həbi tədarük etməsi, həmin narkotik vasitələr və maddədən bir bükümdə metamfetamin, bir bükümdə qurudulmuş marixuana, 09 ədəd metadon həbini, elektron tərəzi ilə birlikdə üzərində daşımaqla şəhər ərazisində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanın, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadon həbinin şəxsi istehlak miqdarından dəfələrlə (marixuananın təxminən 2,2 dəfə, metamfetaminin 19,2 dəfə, metadonun isə 18 dəfə) çox olub marixuana və metamfetaminin külli miqdar təşkil etməsi, həmin narkotik vasitələri və psixotrop maddəni bütövlükdə, elektron tərəzi ilə birlikdə üzərində şəhər ərazisində gəzdirməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə Şahid4 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə Şahid4 təqsirləndirilən şəxsin yaxın qohumu (arvadı) olmasını, həmin şəxsin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadələrini sübut kimi qəbul etmir və onun bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12(a) və 13-cü sətrlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 5 qram, 0,02 qram külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 500 qram və 1,6 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxsin əvvəllərdə anoloji cinayətlərdə dəfələrlə təqsirli bilinərək, məhkum edilməsini, onun kriminal keçmişini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Cavad Ağayevin həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 24 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1143,79 qram narkotik vasitə qurudulmuş marixuana, 08 ədəd metadon, 2,830 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 179,48 (bir yüz yetmiş doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1143,79 qram narkotik vasitə qurudulmuş marixuana, 2,830 psixotrop maddə metamfetamin, 08 ədəd narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 179,48 (bir yüz yetmiş doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər: Əli Əliyev Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-672/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-672/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver