Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-673/2023 12.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1990-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(057)-40/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2023-cü il tarixdə saat 08:55 radələrində ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə külli miqadarda- 7,578 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, narkomandır, psixotrop dərmanlar qəbul edir, heç kimə psixotrop maddə satmamışdır. Kimə psixotrop maddə satmışdırsa həmin şəxs gəlib onun üzünə desin ki, kiməsə psixotrop maddə satmışdır. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 may 2023-cü il tarixdə saat 07:30 radələrində atasının iş yerində olan zaman saxlanılmışdır. Polislər ona Salyan RPŞ-nə getməli olduqlarını demiş, o da polis əməkdaşlarının fikiri ilə razılaşaraq onlarla birlikdə getmişdir. Polis əməkdaşlarından onu nə üçün RPŞ-nə apardıqlarını soruşduqda polis əməkdaşları ona RPŞ-də aydınlaşdıracaqlarını bildirmişlər. RPŞ-nə getdikdən sonra polis əməkdaşları onun qarşısına 7 qıramdan bir az çox «patı» adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin qoydular. Onu RPŞ-nə aparan və qarşısına psixotrop maddə olan metamfetamin qoyan X2 əməkdaşı Tural və adını bilmədiyi onunla birlikdə məktəbdə oxuyan polis əməkdaşı olmuşdur. Üzünə duran da həmin polis əməkdaşları olmuşlar. Üzərindən aşkar olunmuş psixotrop maddə özünə məxsus deyildir, polislər tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşları dədəsi və qardaşının tutulması ilə bağlı onu təhdid etmişlər. Buna görə də polislər tərəfindən üzərinə qoyulmuş psixotrop maddənin özünə məxsus olduğunu demişdir. RPŞ-də polis əməkdaşları tərəfindən döyülməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddə istifadəçisidir, arada bir tiryəkdən də istifadə etmişdir. Hədələndiyi üçün etirafedici ifadə vermişdir. Polis əməkdaşları onu hərəkətdə olan zaman deyil atasının iş yerində saxlamışlar, həmin vaxtı yanında qardaşı və digər bir nəfər şəxs olmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları dedikləri sözləri video çəkilişdə demiş, polis əməkdaşlarının təlimatı ilə onlar tərəfindən üzərinə qoyulmuş psixotrop maddəni Kür çayının qırağından tapdığını demişdir. İstintaq dövründə narkotik vasitə satması ilə bağlı hər hansı ifadə verməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Tutulana kimi valideynlərinə məxsus Salyan şəhəri, M. Quluzadə küçəsi ev 20-də onlarla birlikdə yaşamış, 2020-ci ildə evləndikdən bir müddət sonra arvadı yol qəzasında öldüyündən sonradan evlənməmiş, hərdən bir əlinə düşəndə narkotik vasitə olan «heroin» və «patı» adlandırdıqları psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Tutulmamışdan 2-3 gün əvvəl səhər saatlarında yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilində gəzərkən yerdə əzilmiş bir siqaret qutusu görüb onu qaldırıb baxdıqda onun içərisində bir büküm olduğunu görmüş, həmin bükümü açıb baxdıqda içərisində «patı» adlandırdıqları maddə olduğunu görmüşdür. Bu maddədən qəbul edən olduğu üçün onu özünün sonradan qəbul etməsi üçün götürüb cibinə qoymuş, həmin maddəni tapan zaman onu tərəzidə çəkmədiyindən çəkisi ona məlum olmamış, «patı» dedikləri maddə olan metamfetamini tapandan sonrakı vaxtlarda ondan bir neçə dəfə yandırıb çəkmək yolu ilə istifadə etmiş və qalanını cibində saxlamışdır. 13 may 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evdən çıxıb işlədiyi Salyan şəhər avtovağzalı ərazisindəki geyim paltarları satılan mağazalarına gəlmiş, həmin gün saat 08:55 radələrində mağazada olarkən polis əməkdaşları mağazaya daxil olub yaxınlaşaraq özlərini təqdim etdikdən sonra birlikdə Salyan RPŞ-nə getməyi ona təklif etmişlər. Ona görə də polis əməkdaşları ilə birlikdə Salyan RPŞ-nə gəlmiş, RPŞ-nə gəldikdən sonra şöbədə müstəntiq tərəfindən X4 dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulması ona elan olunmuş, öz seçimi əsasında təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra ona üzərində qadağan olunmuş əşya vardırsa onları özünün çıxarıb təqdim etməsi təklif olunduqda əlacsız qaldığından üzərində olan bir bükümdəki «patı» adlandırdıqları maddəni əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına tədim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində ağ rəngli, kristal formalı, metamfetaminə oxşar maddə olduğu məlum olmuş, soruşanda həmin bükümdəki maddəni 2-3 gün əvvəl səhər saatlarında Kür çayının sahilində yerdən tapdığını bildirmişdir. Sonra üzərindən aşkar edilib götürülmüş maddə onların iştirakı ilə elektron tərəzidə çəklmiş və onun çəkisinin büküm qarışıq 7,79 qram olması müəyyən edilmiş, həmin büküm içərisindəki maddə ilə birlikdə onların iştirakları ilə ekspertizaya göndərilməsi məqsədi ilə kağız paketə qoyularaq qablaşdırılıb paketin ağzı möhürlənərək bağlanmış, paketin üzərinə imza etdikdən sonra bu barədə tərtib edilmiş protokol da ucadan oxunmuş və onu da doğru bilib imzası ilə təsdiq etmişdir. 13 may 2023-cü il tarixdə üzərindən aşkar edilib götürülmüş bir bükümdəki həmin maddə onun özünə məxsus olmuş, onu özünün qəbul etməsi üçün üzərində gəzdirmiş, ondan kiməsə verməmiş və ya satmamışdır. Təxminən 5 il olar ki, Samsunq A 51 markalı, üzərində öz adına rəsmiləşdirilmiş ***-***-**-** və ***-***-**-** nömrələr olan mobil telefondan istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən hədələndiyi və ona qarşı təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün peşmandır. Narkomandır, həqiqətəndə məcburi müalicəyə ehtiyacı vardır. Namaz qılmamış, dinlə heç bir əlaqəsi olmamış, spirtli içkilər qəbul etmişdir. Siqaret çəkmiş, videoçəkilişdə olan «sabrani» siqaretləri ona məxsusdur. Videoçəkilişdə təqdim etdiyi psixotrop maddənin 0,5 qramını Tural adlı polis əməkdaşı qarşısına qoyduqdan sonra onun icazəsi ilə götürərək qəbul etmişdir. Turalla bir məhlədə yaşamış, Turala qarşısına qoymuşdursa, psixotrop maddə metamfetamindən istifadə etməsə qəbul etməyəcəyini bildirmişdir. Bunu Turalın və digər polis əməkdaşlarının üzünə qarşı deyəcəkdir. Videoçəkilişdə olan siqaretin salafanına baxdıqda həmin salafanın da ona məxsus olmadığını görmək mümkündür, çünki həmin salafan yekə siqaretin salafanıdı. Elərində axtarış aparılan zaman məhlə uşaqları da onlarda olmuşdur. Evlərinə ona aidiyyəti olmayan şəkillər və bayraq qoyulmuşdur. Evlərində Azərbaycan Respublikasının və Türkiyyə Cümhuriyyəti bayrağının olmasına baxmayaraq onu çəkməmişlər. Stolun üzərində Azərbaycan Respublikasının bayrağı həmişə olmuşdur. Evlərində divara vurulmuş şəkil ona məxsus deyildir, atası namaz qılandı və şəkili də atasıgil asmışdır. Evlərinə qoyulmuş və aşkar olunmuş şəkillər ona məxsus qeyildir, polislər tərəfindən qoyulmuşdur. Şəkildə olan həmin şəxsləri tanımamışdır. Həmin otaqda yatmamış, otaqdan ailə üzvüləri ümumi olaraq istifadə etmişlər, ailə üzvlərindən heç kim həmin otaqda yatmamışdır. Həmin otaqda yatmaq üçün çarpayı da qoymamışlar. Narkomandır, narkotik satan deyil, müalicə alıb sağalmaq istəyir. Hazırda fikirləşmişdir ki, yaxşı edib onu tutmuşlar, psixotrop maddələrin qəbulundan uzaq olar və müalicə alıb sağalar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin polislər tərəfindən üzərinə qoyulduğunu və hədələnməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi ilə bağlı 13 may 2023-cü il tarixdə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs gedəcəyi yerlər tərəflərindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə Salyan şəhəri «Avtovağzal» deyilən ərazidə olan mağazada görüb yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs Salyan RPŞ-nə dəvət etmişlər. RPŞ-nin inzibati binasında vəkilin iştirakı ilə müstəntiq tərəfindən videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxararaq təqdim etmiş, həmin narkotik vasitəni hər hansı şəxsə vermədiyini və satmadığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 həmçinin bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri istifadə etməsi barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir sual verməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış aparılan zaman iştirak etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamış, ancaq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsinə dair məlumat daxil olmuşdur. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs X4 dövrüyyəsi ilə məşğul olması barədə 13 may 2023-cü il tarixdə məlumat daxil olmuş, RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş və əməliyyat qrupu yaradılmış, NMQ-nun əməliyyat müvəkkili Şahid1 və həmin qrupun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs getməli olduğu yerləri əməliyyat nəzarətinə götürmüşlər. 13 may 2023-cü il tarixdə saat 08:55 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri «Avtovağzal» deyilən ərazidə olan mağazada görüb yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs Salyan RPŞ-nə dəvət etmişlər. RPŞ-nin inzibati binasında vəkilin iştirakı ilə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş predmet və əşya varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən ağ rəngli metamfetaminə bənzər maddə çıxararaq təqdim etmiş, həmin metamfetamin tərəziyə qoyularaq çəkildikdə 7,79 qram olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən psixotrop maddə metamfetamin qablaşdırılmış, qablaşdırılmanın üzəri möhürlənmiş və qablaşdırılmasının üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini 2-3 gün əvvəl tapdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin onun özünə məxsus olmuşdur, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması barədə şəxsən ona hər hansı bir məlumat daxil olmamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Salyan RPŞ-nin KTQ-nun baş inspektorkriminalisti vəzifəsində işləyir. 13 may 2023-cü ildə Salyan RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman texniki vasitədən istifadə edərək videoçəkiliş aparmışdır. Həmin vaxtı əməliyyatçılar Şahid1, Şahid2, Şahid3 və müdafiəçi də orada iştirak etmişlər. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşulmuş və əgər varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan patı adlanan psixotrop maddə metamfetamini təqdim etmiş, tərəzi ilə çəkildikdə onun çəkisinin 7,79 qram olduğu müəyyən edilmişdir, bundan sonra müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. 15 may 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin səbəbini bilməmişdir. Verilən suallara cavab olaraq Şahid4 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə onun babası X5 iştirakı ilə baxış keçirilmiş, evdən dini ədəbiyyatlar, bir ədəd bayraq, fotoşəkillər aşkar olunmuşdur. Videoçəkiliş aparılması üçün müstəntiq tərəfindən dəvət edilmişdir. Şəxsi axtarışın videoçəkilişini aparmaq üçün müstəntiq tərəfindən dəvət edildikdən sonra otağa daxil olmuş, otaqda əməliyyatçıları və Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotorp maddə satmasını eşitməmişdir. Məhkəmə tərkibi Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Salyan RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərova ünvanlanmış 13 may 2023-cü il tarixli «Raport»da Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu barədə RPŞ-nə məlumat daxil olduğu məruzə olunmuş, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilib, cinayət başında yaxalanmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir.(i.v. 3) -Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş «əməliyyat qrupunun təşkil edilməsi barədə» 13 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşımas və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması və tədbirin həyata keçirilməsi məqsədilə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.(i.v. 4) -Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 13 may 2023-cü il tarixli «Raport»da Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə 13 may 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün saat 08:55-də Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən Avtovağzal bazarındakı kişi geyimlərinin satışı mağazasında saxlanılaraq saat 09:10-da RPŞ-nə gətirilmişdir.(i.v. 10) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 13 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 22) -«şəxsi axtarış və götürmə aparılması barədə» 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindən bir ədəd büküm aşkar olunub götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdəki maddənin öz aralarında «patı» deyə adlandırdıqları psixotrop maddə olan metamfetamin olduğunu, onu 3 gün əvvəl Saatlı şəhərində Kür çayının sahilində, yaşadığı evin yaxınlığında yerdən tapdığını və özünün istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmiş, aşkar edilib götürülmüş həmin sellofan büküm açılıb baxıldıqda həmin bükümün içərisində ağ rəngli, kristal formalı, içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Qeyd edilən bir ədəd büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə onun çəkisinin 7,79 qram olması müəyyən edilmişdir.(i.v. 25- 27) -«məhkəmə-kimyəvi ekspertizası»nın 13 may 2023-cü il tarixli, 18/505 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi- 7,578 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v. 36-39) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 40-41). -Salyan Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(057)-40/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 59-60). -«maddi sübut kimi tanıma haqqında» 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalmış 7,528 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanması üçün Salyan Rayon Polis Şöbəsinin «maddi sübutların saxlanması otağı»na təhvil verilmişdir.(i.v. 65) -«Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 16 may 2023-cü il tarixli, 543 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v. 105) -«sübutların qiymətləndirilməsi haqqında» 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk maddi sübut kiumi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v. 132-139) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqadarda- 7,578 qram psixotrop maddə metamfetaminin mənbəyini və cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v. 140-141) Məhkəmə istintaqı zamanı «Salyan Rayon Mərkəzi Xəstəxanası» X12 alınaraq elan edilib tədqiq edilmiş 7 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2204/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Poliklinika şöbəsində psixonevroloji qeydiyyatda yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin polislər tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən hədələndiyi üçün həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətdən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində tutulmamışdan 2-3 gün əvvəl səhər saatlarında yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilində gəzərkən yerdə əzilmiş bir siqaret qutusu görüb onu qaldırıb baxdıqda onun içərisində bir büküm olduğunu görmüş, həmin bükümü açıb baxdıqda içərisində «patı» adlandırdıqları maddə olduğunu gördüyünü, şəxsi istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən polis əməkdaşları tərəfindən hədələndiyi üçün həmin psixotrop maddə metamfetamin barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələnməsi ilə bağlı ibtidai istintaq dövründə bu barədə hər hansı orqana müraciət etməmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-psixotrop maddə metamfetamini satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 7,578 qram psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Salyan RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərova ünvanlanmış 13 may 2023-cü il tarixli «Raport»dan da görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuşdur. Dindirilmiş şahidlər Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2, CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 və Salyan RPŞnin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyən Şahid4 da ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmadığını, ancaq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsinə dair məlumat daxil olduğunu bildirmişlər. Cinayət işinin materiallarında olan 14 iyun 2023-cü il tarixli, ********* nömrəli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** mobil nömrələrin sahibləri, həmin mobil telefon nömrələri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə aparılan danışıqların siyahısı, göndərilən və qəbul edilən sms-lərin siyahısının və mətinin, danışıqların aparıldığı nömrələrin sahiblərinə və aparılan danışıqların anten dairəsinə dair məlumatların "xxxx" MMC və "xxxx" MMCdən götürülməsi barədə qərar qəbul olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Salyan Rayon Məhkəməsinə müraciət edilmiş, lakin cinayət işinin materiallarında sözügedən təqdimata məhkəmə tərəfindən baxılıb-baxılmaması barədə heç bir məlumat, o cümlədən qərar yoxdur. Həmin təqdimatın nəticəsi barədə məhkəmə məlumat verilməsi üçün Salyan rayon prokurorluğuna 25 avqust 2023-cü il tarixli, 1(099)-673/23 nömrəli məktubla müraciət edilsə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 16 may 2023-cü il tarixli, 543 nömrəli rəyində Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 7,578 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 5,578 qram çox olması, -onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, məhkəmə istintaqında psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), psixotrop maddə metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirsə də hər hansı məlumatın əldə edilməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin psixotrop maddə metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X3 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüququ qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Məhkəmə tərəkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid2, Şahid3 və Şahid4 şahid qismində verdikləri ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 18/505 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 may 2023-cü il tarixli, 543 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Salayn Rayon Məhkəməsinin 05 mart 2008-ci il tarixli, 1(003)-28/2008 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 100 saat ictimai işlər cəzasına məhkum edilmiş, tətbiq edilmiş həmin cəzasını tam çəkmiş və məhkumluğu ödənilmişdir.(i.v. 98-99, 127) -Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmi 26 iyul 2023-cü il tarixli, 1597 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ünvan 7 ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 128-129) Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 7,528 qram qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X8 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 16 may 2023-cü il tarixli, 543 nömrəli rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Elxan Məmədovdan 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd manat) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 13 may 2023-cü il tarixdən hesablansın. Salyan Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(075)-40/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,528 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-673/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-673/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver