Məhkəmə qərarları › İş №1(099)-674/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-674/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-674/2022 10.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci Sabirabad rayonu Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Sabirabad rayonu Əsədli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının sonlarında qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə Sabirabad rayonu Əsədli kəndində yaşadığı evin həyətyanı sahəsində qamışla əhatəyə alınmış yerdə torpağı şumlayıb əkinə yararlı hala gətirməklə çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 108 ədəd çətənə (kannabis) bitkisini yetişdirmiş, 2022ci ilin iyun ayının əvvəllərində, müxtəlif günlərdə həmin bitkilərin hissələrini toplayıb ümumi təmiz çəkisi 5400 qram çəkidə, yəni külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddə olan qurudulmuş marixuana hazırlayıb, həmin narkotik vasitədən 1930 qramını dəmir vannanın içərisində, 1665 qramını bir ədəd, 1805 qramını isə bir ədəd olmaqla, iki ədəd polietilen torbalarda evin yataq otağındakı şkafın içərisində saxlamış, 15 iyun 2022-ci il tarixdə Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, 108 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin yerdə dəmir vanna içərisində təmiz çəkisi 1930 qram, evin yataq otağındakı şkafın içərisindən iki ədəd polietilen torbalarda ümumi təmiz çəkiləri 3470 qram olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əsədli kəndində yaşayır. Qurudulmuş marixuana narkotik vasitə və patı adı ilə tanınan metamfetamin qəbul edir. Məhkəmə hazırlıq iclasına gələndə də üzərində az miqdarda marixuana və patı olmuşdur. Hazırlıq icasının sonunda barəsində həbs qərarı verilmiş, üzərinə baxış keçiriləndə həmin maddələr aşkar edilmişdir. 2021-ci ilin mart ayında çöl sahədə yol kənarında piyada gedərkən sellofon torbada çətənə bitkisinin toxumlarını görmüş, toxumlarını özündə saxlamış və lazım olsa özü üçün əkib istifadə etməyi fikirləşmişdir. Həmin vaxtdan isə toxumları özlərinə məxsus çöl sahədə saxlamışdır. 2022-ci ilin mart ayının sonlarında özündə saxladığı çətənə bitkisinin toxumlarını, yaşadığı evin həyətyanı sahəsində əkməyi fikirləşmiş, bu məqsədlə də, həyətyanı sahədə çətənə bitkisinin toxumlarını əkmiş, nəticədə cəmi 32 ədəd çətənə bitkisi çıxmışdır. 15 iyun 2021-ci il tarixdə saat 12 radələrində evdə olarkən polis əməkdaşları həyətə gəlib əkib becərdiyi 32 ədəd çətənə bitkilərini aşkar etmişlər. Lakin polis əməkdaşları əlavə çətənə bitkiləri gətirərək onu şərləyib əkdiyi bitkilərin sayını 108 etmişlər, bundan əlavə polis əməkdaşları onun yaşadığı evə 5 kiloqram qurudulmuş marixuana da əlavə edərək şərləyib məsuliyyətə cəlb etmişlər. Cəmi 32 ədəd çətənə bitkisi əkmiş, qalan bitkilər və marixuana ona məxsus deyil, məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir, həmin ifadədə o, göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarında özündə saxladığı çətənə bitkisinin toxumlarını həyətyanı sahədə əkmiş, nəticədə 108 ədəd çətənə bitkisi cıxmışdır. Bitkilərə qulluq etmiş, sahədə əkdiyi bitkiləri heç kim görə bilməsin deyə, bitkilərin ətrafındakı alaq otlarını təmizləməmiş, lakin bitkilərə vaxtında su vermişdir. Tutulmamışdan təqribən 2 həftə əvvəl əkdiyi çətənə bitkisinin bəzilərinin yarpaqların və digər istifadə olunan hissələrini qırıb qurutmuşdur. Sonra həmin qurutduğu çətənə bitkisinin hissələrinin bir hissəsini 2 ədəd sellofon torbalara yığıb yaşadığı evin yataq otağında şkafda saxlamışdır. Digər qurumuş hissələri isə çətənə bitkilərinin yanındakı dəmir vannada saxlamışdır. 15 iyun 2021-ci il tarixdə saat 12 radələrində evdə olarkən polis əməkdaşları həyətə gəlib əkdiyi 108 ədəd çətənə bitkilərini və qurutduğu marixuananı aşkar etmişdilər. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zaman ifadəsində “cəmi 38 ədəd çətənə bitkisi əkməsi, polis əməkdaşlarının isə özündən əlavə edərək sayı 108-ə qaldırması, həmçinin evinə qurudulmuş marixuana əlavə edərək onu şərləmələri” sözlərini bildirmişdir, lakin ibtidai istintaq zamanı ifadələrində “108 ədəd çətənə bitkisi əkib becərməsi, həmin bitkilərin yarpaqlarını qurudaraq marixuana hazırlayıb evində saxlaması” sözlərini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, onun məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməməsinə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə Sabirabad rayonu, Əsədli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik bitkiləri əkib-becərməsi və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra hal şahidləri və mütəxəssisaqronomun iştirakı ilə Sabirabad rayonu Əsədli kəndində yerləşən ünvanına getmişlər. Təqsirləndirilən şəxs daxil olmuş məlumat haqqında bildirilmiş, sonuncu da evin həyətyanı sahəsində 108 ədəd çətənə bitkiləri əkməsini bildirmişdir. Bundan sonra baxış keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 108 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüş və aşkar olunmuş bitkilər kisələrdə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, həmin bitkilərin aşkar olunduğu yerdən dəmir vannaya yığılmış qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüş, aşkar olunmuş həmin kütlələr də qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı şkafın içərisindən iki ədəd sellofan torbalarda qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaralar kənd nümayəndəsinin müavini vəzifəsində işləyir. 15 iyun 2022-ci il tarixdə xidməti polis əməkdaşı ondan Əsədli kəndində yaşayan bir nəfər şəxsin yaşadığı evə, həyətinə və həyətində olan yarımtikililərə baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak etməsini xahiş etmiş, o da razılaşmışdır. O, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 108 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüş və aşkar olunmuş bitkilər kisələrdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan başqa, həmin bitkilərin aşkar olunduğu yerdən dəmir vannaya yığılmış qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüş, aşkar olunmuş həmin kütlələr də qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan əlavə, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı şkafın içərisindən iki ədəd sellofan torbalarda qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüş və həmin kütlələr də qablaşdırılaraq ağzı möhürlənmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da baxış iştirakçıları kimi protokola imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 iyun 2022-ci il tarixli, 18/671 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 23 ədəd...” sözləri yazılmış və imzalar olan, sintetik kisənin içərisindəki 23 ədəd yaş vəziyyətdə ümumi çəkiləri 7090,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 25 ədəd...” sözləri yazılmış və imzalar olan, sintetik kisənin içərisindəki 25 ədəd yaş vəziyyətdə ümumi çəkiləri 10340,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 60 ədəd...” sözləri yazılmış və imzalar olan, sintetik kisənin içərisindəki 60 ədəd yaş vəziyyətdə ümumi çəkiləri 6700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 108 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin...şkafın içərisindən iki ədəd polietilen torbada...” sözləri yazılmış və imzalar olan sintetik kisənin içərisindəki 02 ədəd sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri 1665,0 qram və 1805,0 qram, ümumi çəkiləri 3470,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki dəmir vannanın...” sözləri yazılmış və imzalar olan ağ rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofan torbada, təmiz çəkisi 1930,0 olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 108 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 24130,0 qramdan tədqiqata 0,55 qramı sərf edilmiş, 24129,45 qramı qalıq qalmışdır. Eləcə də, marixuanaların ümumi çəkisi 5400,0 qramdan tədqiqata 0,15 qramı sərf edilmiş, 5399,85 qramı qalıq qalmışdır. Qeyd: Aparılmış tədqiqatın dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 5854 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sabirabad rayonu Əsədli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilən zaman torpağa əkilmiş 108 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, həmin bitkilərin yanında metal vannaya yığılmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı şkafdan 2 ədəd polietilen torbalarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aşkar edilmiş 108 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğu və becərildiyi müəyyən edilmişdir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 108 ədəd qram çətənə (kannabis) bitkiləri və 5399,85 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan15 iyun 2022-ci il tarixli ”cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 15 iyun 2022-ci il tarixdən hesablanmmaqla “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sabirabad rayonu, Qaralar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Qurbanov X2 rayonu, Əsədi kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 3 azyaşlı uşaqlarından, ata və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edildikdən sonra o, Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerinə aparılan zamanı şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə qurudulmuş marixuana və az miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilmiş, lakin aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarı cinayət məsuliyyəti yaratmadığı üçün 08 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi çətənə bitkiləri və qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5399,85 qram qurudulmuş marixuanna və 108 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 15 iyun 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5399,85 qram qurudulmuş marixuanna və 108 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar