Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-675/2022 15.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə, saat 15 radələrində etibarnaməsiz və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ünvan 2 ünvanında qeydiyyatda olan X6 məxsus VAZ-21065 markalı 10DB252 dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhəri M.M.Axund küçəsində rayonun Şilavar kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, 5 saylı tam orta məktəbi keçdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib, eyni zamanda həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, yəni sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni yolun sağ çiynindən sol çiyninə keçmək istəyən və onun üçün təhlükə hesab edilən piyada ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxxxxxx 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs gördüyü anda idarə etdiyi nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyib, avtomobili hərəkət etdirərək sonuncunu avtomobilin ön hissəsi ilə vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik – baş beyinin yumşaq qişasına və mədəciklərinə yayılmış qansızma, baş beyinin ağır dərəcədə əzilməsi, alın, sol gicgah nahiyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol baldır sümüklərinin açıq yerini dəyişən qəlpəli sınıqları, hər iki gicgah, sol baldır nahiyələrində əzilmiş yaralar, başın sağ gicgah-ənsə, təpə nahiyələrində sıyrılmış yaralar, sağ əlin İİ-İİİ barmağı, burun, sağ said, sağ diz oynağı, sağ baldır nahiyələrində sıyrıqlar kimi xəsarətlər alıb, başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Lənkəran şəhər sakini X5 adına olan VAZ- 21065 markalı **-DB-*** qeydiyyat nişanlı avtomobillə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. 23 may 2022-ci il tarixdə, saat təxminən 15 radələrində yeznəsi Şahid1 5 yaşlı qızı Zəhranı Lənkəran şəhər 4 saylı orta məktəbdən götürüb evlərinə aparmaq üçün Lənkəran şəhəri M.M.Axund küçəsi ilə Şilavar kəndi istiqamətində saatda 60 km sürətlə hərəkədə olarkən 5 saylı orta məktəbi keçdikdən sonra həmin yola sağ tərəfdən birləşən dalan yoldan bir nəfər şəxsin çıxıb dayandığını, daha sonra onun hərəkətdə olduğu tərəfə baxaraq yolu düzünə yolun sağ ehtiyat hissəsindən sola keçmək istədiyini görmüşdür. Həmin vaxtı o, səs siqnalından istifadə etsə də, həmin şəxs yolu keçməyə davam etmişdir. O, həmin anda avtomobilin sükanını sola tərəf döndərib, onu vurmaqdan yayınmaq istəsə də piyada avtomobilə tərəf gəlmiş, o avtomobilin əyləcinə bassa da avtomobili saxlaya biməmiş və adını sonradan bildiyi Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Avtomobil təxminən 15 metr məsafə getdikdən sonra o avtomobili saxlaya bilmişdir. Avtomobildən düşüb dərhal Camala yaxınlaşmış, onun alın nahiyəsindən qan axdığını görmüş və Aqşinə zəng edib hadisə barədə məlumat vermiş və ona təcili tibbi yardıma zəng vurmasını demiş, bir neçə dəqiqədən sonra Aqşin oraya gəlmiş və həmin anda təcili tibbi yardım avtomobili də oraya gəlmiş, o, ətrafa toplaşan qonşularla birlikdə Camalı təcili tibbi yardım avtomobilinə qoyaraq onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb, xəstəxanaya yerləşdirdikdən sonra hadisə yerinə qayıtmış, orada olan polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. O etdiyi əmələ görə peşmandır. Zərərçəkmişin ailəsinə maddi və mənəvi köməklik göstərmişdir. Zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Gənc olmasını nəzərə alıb ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmədə elan olunmaqla tədqiq edilmiş gəlməyən şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum Camal onun qardaşı olmuşdur. 23 may 2022-ci il tarixdə, saat təxminən 15 radələrində Lənkəran şəhəri mərkəzi bazarında çayxanada olarkən arvadı zəng edərək qardaşı Cəlalı yaşadıqları evin qarşısında VAZ markalı avtomobilin vurduğunu onu təcili tibbi yardım avtomobili ilə Lənkəran rayonu mərkəzi xəstəxanasına aparıldığını ona demişdir. O da dərhal xəstəxanaya getmişdir. Xəstəxanada Camala tibbi yardım göstərilmişdir. Xəstəxanadan qayıtdıqdan sonra həmin gün saat təxminən 15 radələrində Camalın evin qonşuluğundan siqaret alıb evə qayıdarkən Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21065” markalı, **-DB-*** nömrəli avtomobillə Lənkəran şəhəri M.M.Axundov küçəsində vurduğunu bilmişdir. Ertəsi günü səhər vaxtı tibb bacısı ilə mobil telefonla əlaqə saxlayarkən Camalın gecə öldüyü ona məlum olmuşdur. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, hadisə nəticəsində onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hadisə ehtiyyatsızlıq nəticəsində baş verdiyindən və dəymiş ziyan tam şəkildə ödənildiyindən o Ağaismayılla barışmışdır. Ona görə də onun Ağaismayıldan heç bir tələb və şikayəti yoxdur. Xahiş edir ona həbslə əlaqər olmayan cəza verilsin. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhərində olarkən qaynı Təqsirləndirilən şəxs ona zəng edərək onun qızı Zəhranı evə apararkən Lənkəran şəhərində 5 saylı orta məktəbin yaxınlığında idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurduğunu, təcili tibbi yardıma zəng etməyini və onun hadisə yerinə gəlməyini dediyindən o dərhal təcili tibbi yardıma zəng vurmuş və özü də hadisə yerinə getmişdir. Təxminən 5 dəqiqə sonra hadisə yerinə çatmış və həmin vaxt oraya ambulans da gəlmiş, onlar adını sonra bildiyi Camalı ambulansa qoymuşlar. Ağaismayıl özü də Camalla birlikdə Lənkəran rayon mərkəzi xəstəxanasına getmişdir. O nə baş verdiyini ətrafda olan şəxslərdən soruşduqda ona qırmızı rəngli VAZ-21065 markalı avtomobilin 5 saylı orta məktəb istiqamətindən Şilavar kəndi istiqamətində hərəkətdə olarkən yolu piyada keçmək istəyən Zərərçəkmiş şəxs vurduğunu demişlər. Sonra da Camalın aldığı xəsarətlərindən 24 may 2022-ci il tarixdə gecə xəstəxanada öldüyünü bilmişdir. İttiham və müdafiə tərəfin razılığı ilə ifadələri elan olunmaqla tədqiq edilmiş gəlməyən şahidlər Şahid2 və Şahid3 ifadələri ilə də yuxarıda qeyd edilən xüsusatlar öz təsdiqini tapır. Cinayət işinin materiallarında olan 23 may 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran şəhəri M.M.Axund küçəsində baş vermiş, yol nəqliyyat hadisəsini törətmiş VAZ21065 markalı 10DB252 dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində olmuş, yol 8,4 metr enində, üzəri asfalt-beton örtüklü olmaqla iki zolağlıdır, yolun sağ və sol tərəfində yol səkisi vardır, yol şəhər elektrik işığı ilə işıqlandırılır, yolun solunda və sağında fərdi yaşayış evləri yerləşir. Yol kənarında yaşayış evləri yerləşdiyindən yolda sürət həddi 50 km/saat təyin edilmişdir. Hadisə yerində yol düz olmaqla, yolun eni 8,4 metr, hərəkət hissəsi 4,2 metr, asfalt örtüyü quru olmuşdur. Piyadanı vurma Şilavar kəndi istiqamətində, 3,5 metr sağ ehtiyyat hissəsinə qalmış yolun hərəkət hissəsində baş vermişdir. VAZ21065 markalı avtomobil toqquşmadan öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baxış aydın, günəşli hava şəraitində təbii işıqlandırma altında həyata keçirilmiş, protokol tərtib edilərkən heç bir vəsatət, ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan 23 may 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən “VAZ21065 minik” markalı, 10DB252 dövlət qeydiyyat nişanlı avtomobil, sedan tipli, qırmızı rənglidir. X1 mülkiyyətindədir. Avtomobilin mühərrik nömrəsi sənəddə olduğu kimi həkk olunmuşdur. Avtomobilə baxış zamanı avtomobilin qabaq orta hissəsi əzilmiş halda və alın şüşəsinin orta hissəsi isə çatlamış haldadır. Avtomobildə digər hər hansı əzilmiş hissə, həmçinin hadisə zamanı sınmış yerlər və izlər yoxdur. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri M.M.Axund küçəsi ilə Şilavar kəndi istiqamətində idarə etdiyi VAZ21065 minik markalı 10DB252 nömrə nişanlı avtomobillə hərəkətdə olarkən həmin küçədə yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə doğru piyada keçməyə çalışan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 iyun 2022-ci il tarixli, 8/1507 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ-21065 markalı, 10DB252 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 iyun 2022-ci il tarixli 17 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına və mədəciklərinə yayılmış qansızma, baş beyinin ağır dərəcədə əzilməsi, alın, sol gicgah nahiyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol baldır sümüklərinin açıq yerini dəyişən qəlpəli sınıqları, hər iki gicgah, sol baldır nahiyələrində əzilmiş yaralar, başın sağ gicgah-ənsə, təpə nahiyələrində sıyrılmış yaralar, sağ əlin İİ-İİİ barmağı, sağ said, sağ diz oynağı, sağ baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, onların yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 may 2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol və güclü təsiredici maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 23 may 2022-ci il tarixli 784 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən narkotik vasitə və sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İşdə olan X5 Lənkəran ŞRPŞ-nə ünvanladığı ərizədən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs VAZ 21063 markalı **-DB-*** nömrə nişanlı avtomobillə 23 may 2022-ci il tarixdə Lənkəran şəhəri M.M.Axundov küçəsində piyada Zərərçəkmiş şəxs vurduğunu, nəticədə Zərərçəkmiş şəxs hadisə zamanı aldığı bədən xəsarətlərindən öldüyünü, hadisə zamanı adına olan avtomobilə dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 09 iyun 2022-ci il tarixli, 314-5761-1222 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş, o sürücülük hüququndan məhrum olunmamış və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X4 01 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, ərizə ilə müraciət edərək 23 may 2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı onun və yaxın qohumlarının Təqsirləndirilən şəxs və ailə üzvlərindən heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs yas mərasimi və üzrdə xərclənən digər xərclər Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən köməklik göstərildiyi və dəymiş maddi ziyanı tam şəkildə ödədikləri üçün onları bağışladığını bildirmişdir. İşdə olan 26 may 2022-ci il tarixli, 406 nömrəli arayışdan görünür ki, Həmidli X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi VAZ-21065 markalı, **-DB- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı vəədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Onun əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 6 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmyə təqdim etdiyi ərizədən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra təcili tibbi yardım maşını çağıraraq zərərçəkmiş şəxsi həmin avtomobillə Lənkəran şəhər Mərkəzi xəstaxanasına aparıb təhvil verməklə ona tibbi yardım göstərilməsini təmin etmişdir. CM-in “cəzanın anlayışı və məqsədi”adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinəəsasən məhkəməTəqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarıqaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydalarıəleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarıəleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişşəxsintəqsirkarın yaxın qohumu olması, təqsirləndiriln şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CM-ın 59.1.11-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs ilə barışaraq, ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət səciyyələndirilməsini və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin (yeni redaksiyada) 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrininhər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddəüçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişşəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini , Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını və kifayət qədər cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 263-1.3-cü maddəsi ilə müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza da təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan VAZ 21063 markalı, **-DB-*** nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli o məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-675/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-675/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver