Məhkəmə qərarları › İş №1(099)-677/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-677/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-677/2022 29.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7-də qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-23,989 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb daşıyaraq yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə aparmış, bundan sonra bu maddənin satışını realizə etmək üçün onları 2 ədəd bükümə qablaşdırıb bir ədəd bükümdə 3,887 qram heroini üzərində, bir ədəd bükümdə 20,102 qram heroini yaşadığı evdə yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 iyul 2022-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin” şadlıq evinin yaxınlığında, küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə 3,887 qram heroin aşkar edilib götürülmüş, habelə istintaq orqanı tərəfindən 05 iyul 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı evin ikinci mərtəbəsində, girişdən sağ tərəfdə yerləşən birinci otaqda olan çarpayının üzərindəki döşəyin altından bir ədəd bükümdə 20,102 qram heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, işsiz olmuşdur. Əvvəllər heroin və metamfetamindən istifadə etsə də, sonradan narkotiklərdən istifadə etməmişdir. 04 iyul 2022-ci il tarixdə, axşam saatlarında Şirvan şəhərində aptekdən dərman alıb evinə gedərkən küçədə, “Elvin” şadlıq sarayının yaxınlığında mülki geyimli bir neçə polis əməkdaşı, o cümlədən Şirvan ŞPŞ-nin əməkdaşları Farid (Şahid9) və Taleh (Şahid8) onu tutub şəhər polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində polis əməkdaşları, əsasən də Taleh adlı polis əməkdaşı ona təzyiqlər edib, döyərək “içəri getməli” olduğunu bildirmiş, sonra Farid adlı polis əməkdaşı cibinə bir büküm heroin qoyub bu heroini üzərinə götürməyi tələb etmiş, əks təqdirdə evindən avtomat silahı və bomba çıxacağını, həmçinin cibinə qoyduğu heroinlə bağlı sənədləşmənin CM-nin 234.1-ci maddəsi ilə aparılacağını demiş, o da məcbur qalıb razılaşmışdır. Bundan sonra vəkilin iştirakı ilə və videoçkilişlə üzərində axtarış aparılmış və cibindəki heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini cibinə polis əməkdaşı qoymuşdur. Səhərisi günü, yəni 05 iyul 2022-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları onu yaşadığı evə aparmışlar. Həmin vaxt ailəsi evdə olmuş və onlar yaşadığı evin həyətinə girdikdən sonra o, qışqırıb ailə üzvlərinə polislərin evə narkotik maddə qoyacaqlarını demiş, bunu orada olanların hamısı eşitmişdir. Sonra polis əməkdaşları onun, vəkilinin və başqa şəxslərin (hal şahidlərinin) iştirakı ilə evində axtarış aparmışlar. Axtarış zamanı evin ikinci mərtəbəsində yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir bükümdə heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin vaxt o, aşkar olunmuş heroin və elektron tərəzinin özünə məxsus olmamasını bildirmişdir. Evində ona məxsus heroin və elektron tərəzi olmamış, heroini və tərəzini evinə polis əməkdaşı Namaz qoymuşdur. Evində axtarış zamanı yataq otağına əvvəl polis əməkdaşı Namaz daxil olduğu üçün güman edir ki, heroini və tərəzini yataq otağındakı çarpayının üzərində olan döşəyin altına Namaz qoymuşdur. Üzərində və evində aşkar olunmuş heroin və elektron tərəzi ona məxsus deyil, həmin heroini və elektron tərəzini üzərinə və evinə polis əməkdaşları qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş və axtarışla bağlı protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində isə üzərində və evində aşkar olunmuş heroin kütlələri və elektron tərəzi ona məxsus deyildir. Üzərinə və yaşadığı evə heroini və elektron tərəzini polis əməkdaşları qoymuşdur. Üzərində və evində aşkar olunmuş heroinə görə ona verilmiş ittiham üzrə o, özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşıdır. 04 iyul 2022-ci il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və həmin gün axşam saatlarında əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin” şadlıq evinin yaxınlığında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduqlarını bilib onlardan yayınıb getmək istəmiş, lakin buna imkan verilməmiş və onu tutub polis şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı Nabil Abdullayev tərəfindən vəkil Qədir Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bir büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Səhərisi günü müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarışın aparılmasında o, iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, axtarış zamanı Eminin evdən heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. O, 05 iyul 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Əlihüseyn Tağızadənin qərarı ilə 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanına olan fərdi yaşayış evində axtarışın aparılmasında iştirak etmişdir. Həmin evdə axtarış zamanı Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi), həm də iki nəfər hal şahidləri iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olarkən evdə Təqsirləndirilən şəxs ailə üzvləri olmuş, onlara da evdə axtarış aparılacağı müstəntiq tərəfindən izah edilmişdir. Sonra müstəntiq Əlihüseyn Tağızadənin rəhbərliyi ilə polis əməkdaşları tərəfindən evdə axtarış aparılmışdır. Axtarış zamanı evin ikinci mərtəbəsində yerlşən yataq otaqdakı çarpayının üzərindəki döşəyin altından bir ədəd büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. O, digər şəxslərlə birlikdə yataq otağına daxil olub otaqda axtarış apararkən çarpayının üzərindəki döşəyi qaldırmış və döşəyin altında gizlədilmiş bir ədəd bükümü və bir ədəd elektron tərəzini aşkar etmiş, buna orada olan şəxslər də görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş narkotikin və elektron tərəzinin özünə məxsus olmadığını bildirmişdir. Aşkar olunan bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunan kütlə və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra axtarışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, 05 iyul 2022-ci il tarixdə, günorta saatlarında Şirvan ŞPŞ-nin hazırda adını xatırlamadığı polis əməkdaşının xahişi ilə Emin adlı şəxsin (Təqsirləndirilən şəxs) yaşadığı evdə axtarış aparılarkən hal şahidi kimi iştirak etmişdir. O, birinci dəfədir ki, hal şahidi kimi belə bir tədbirdə iştirak etmiş, özündən başqa bir nəfər şəxs də orada hal şahidi olmuşdur. Polis şöbəsinə gəldikdən sonra o və digər hal şahidi polis əməkdaşları ilə birlikdə Emin adlı şəxsin yaşadığı ünvana (ünvan 2əkdaşları avtomobillə Emin adlı şəxsi də evinə gətirmişlər. Onlar axtarış olacaq ünvana çatanda onlardan əvvəl orada polis əməkdaşlarının olmasını görməmiş, həyətə daxil olarkən Emin adlı şəxs sakit dayanmış, onun ailə üzvlərinə nəsə deyib etiraz etməsinin şahidi olmamışdır. Həyətdə Eminin ailə üzvləri olmasını görmüş, polis əməkdaşları onlara evdə axtarış aparılacağını bildirmiş, sonra Eminin və orada olan digər şəxslərin iştirakı ilə polislər tərəfindən evdə axtarış aparılmışdır. Axtarış zamanı evin 2-ci mərtəbəsində olan yataq otağında axtarış zamanı otaqdakı çarpayının üstündəki döşəyin altından bir büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Bükümün içərisində tanımadığı narkotik maddənin olması məlum olmuşdur. Həmin vaxt Emin adlı şəxs aşkar olunmuş maddənin və elektron tərəzinin özünə məxsus olmadığını bildirmişdir. Axtarışdan əvvəl həmin otağa kiminsə girməsini, o cümlədən polis əməkdaşlarının girməsini görməmiş, oradan olan şəxslər bir yerdə otağa daxil olmuş, otaqdakı çarpayının üstündəki döşəyin altından bir ədəd büküm və tərəzi aşkar olunarkən o, otaqda qapının yanında dayanmış və bir nəfər polis əməkdaşının otaqdakı çarpayının üstündəki döşəyi yuxarı qaldırdıqdan sonra döşəyin altından bükümlə tərəzinin aşkar olunmasını öz gözləri ilə görmüşdür. Polis əməkdaşları tərəfindən evdə aşkar olunmuş həmin büküm və elektron tərəzi qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-də rəis müavini vəzifəsində işləyir, əvvəllər isə Şirvan ŞPŞ-nin CAB-nin rəisi vəzəfəsində işləmişdir. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Şirvan ŞPŞ-də işlədiyi müddətdə isə onu Şirvan şəhər sakini və X2 dövriyyəsi ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə edib satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə 04 iyul 2022-ci il tarixdə onun narkotik maddələr əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və müvafiq qaydada əməliyyat-axtarış tədbiri keçirilərək onun (Təqsirləndirilən şəxs) tutulub məsuliyyətə cəlb olunması təmin edilmişdir. Təqsirləndirilən şəxsla bağlı 04 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində şəxsən iştirak etməmiş, lakin bölmə rəisi kimi həmin tədbirin keçirilməsinə nəzarət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs tutulub şöbəyə gətirilməsi barədə məlumatı olmuş, lakin onun üzərində şəxsi axtarışın aparılmasında, həmçinin səhərisi günü yaşadığı evdə axtarışın aparılmasınada iştirak etməmişdir. Təqsirləndirilən şəxs tutulub şöbəyə gətirildikdən sonra şöbənin təhqiqat bölməsinə təhvil verilmiş və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılması təmin edilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə axtarışın aparılması cinayət işini istintaq edən müstəntiq tərəfindən aparılmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada heç bir təzyiqlər olmamışdır. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, o, əvvəllər Şirvan ŞPŞ-nin CAB-nin əməkdaşı olarkən Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımışdır. Şirvan ŞPŞ-də işlədiyi müddətdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, istifadəsi və satışı ilə məşğul olması barədə dəfələrlə məlumatlar daxil olmuşdur. Sonuncu dəfə, 04 iyul 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirində o, iştirak etmiş və həmin günü əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Şirvan şəhərində küçədə olarkən tutulub polis şöbəsinə gətirilib təhqiqat bölməsinə təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs üzərində və evində axtarışın aparılmasında iştirak etməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada heç bir təzyiqlər olmamış, həmçinin başqa polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasının şahidi olmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 04 iyul 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7-də yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, gəzdirməsi və istifadə etməmi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 04 iyul 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin” şadlıq evinin yaxınlığında saxlanılıb Şirvan ŞPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyul 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Nabil Abdullayev tərəfindən müdafiəçi Qədir Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 18/725 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs üzərindən …” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 3,887 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 3,837 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, istintaq orqanının “Axtarış aparılması haqqında” 05 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılması qərara alınmışdır. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə istintaq orqanının Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində 05 iyul 2022-ci il tarixdə keçirilmiş axtarış istintaq hərəkəti qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, “Axtarış aparılması haqqında” 05 iyul 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə müstəntiq Əlihüseyn Tağızadə tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçi Qədir Qədirov və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilmişdir. Axtarış zamanı evin ikinci mərtəbəsində, girişdən sağ tərəfdə yerləşən birinci otaqda olan çarpayının üzərindəki döşəyin altından bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Axtarışda iştirak edən müdafiəçi Qədir Qədirov tərəfindən “.. 2-ci mərtəbədə, sağda yerləşən otaqda uşaqların olduğu çarpayının altında, 1 ədəd sellofan və 1 ədəd tərəzi göründü və onun kim tərəfindən qoyulduğu bilinmir. 2-ci mərtəbədə, sağda 1-ci otaqda axtarış keçirilən zaman digər ikinci otaqda polis əməkdaşlarının olması görünür, bir otaqda axtarış qurtarmamış digər otaqda polis əməkdaşları var idi ...” məzmunlu qeyd yazılmışdır. Aşkar olunmuş kütlə və elektron tərəzi qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli, 18/730 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs evindən...heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi ... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 20,102 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq cəmi heroin 23,839 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqunda” 10 oktyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 23,839 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 iyul 2022-ci il tarixli rəyi lə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Şirvan ŞPŞ-nin 24 avqust 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroini haradan və hansı mənbədən əldə etməsini müəyyənləşdirmək mümkün olmamış, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə daxil olmuş əməliyyat məlumatına əsasən o, saxlanılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri (üzərində və yaşadığı evdə aşkar olunmuş heroin kütlələrin və elektron tərəzinin ona məxsus olmaması, üzərinə və evinə həmin heroin kütlələrini və elektron tərəzini polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatlar, yəni üzərində və evində aşkar olunmuş heroin kütlələrin və elektron tərəzinin ona məxsus olmaması, üzərinə və evinə həmin heroin kütlələrini və elektron tərəzini polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid9 və Şahid8 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin üzlərinin aşkar edilməsi), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid9 və Şahid8 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 23,989 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi maddəni bir neçə bükümlərə qablaşdırılmaqla, bir hissəsini yaşadığı evdə, az miqdarda hissəsini isə üzərində saxlamaqla şəhər ərazisində olması, eləcə də yaşadığı evdən üzərində heroin izləri olan elektron təzənin aşkar olunması onun bu maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbiri müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-nin daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Hərbi Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 239-cu maddəsinin b bəndi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya qərarı tətbiq edilərək cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən 27 sentyabr 2000-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər 1 Nömrəli sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, İ.Qayıbov küçəsi, dalan 2, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş (barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, doğum haqqında şəhadənnamələrin və AZE 12606461 və AZE 12606462 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X5 24 iyul 2008-ci ildə və X6 21 avqust 2009-cu ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞnin maddi sübutlar otağında saxlanılan 23,839 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 23,839 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-63 (altmış üç) manat 90 (doxsan) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar