Məhkəmə qərarları › İş №1(099)-677/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-677/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-677/2024 04.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala şəhəri, məhəllə 7, ev 200də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 2995,863 qram narkotik vasitə olan həşiş qətranı əldə edib, saxlayıb, daşıyaraq yaşadığı ünvan 1 evinə aparmış və bundan sonra həmin narkotik maddənin 41,863 qram hissəsini bir ədəd bükümdə qablaşdırıb üzərində saxlayıb daşımış, qalan 2954 qram hissəsini bir ədəd torbanın içərisində yaşadığı evin həyətində anbar kimi istifadə edilən qarajda gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin (bundan sonra DİN-nin BNMİ-nin CBRŞ-nin) əməkdaşları tərəfindən 07 aprel 2024-cü il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılıb yaşadığı ünvan 1 evinə baxış zamanı evin həyətdə olan anbar kimi istifadə edilən qarajda bir ədəd torbada üç ədəd bağlamada ayrı-ayrılıqda 949 qram, 990 qram və 1015 qram olmaqla cəmi 2954 qram narkotik vasitə olan həşiş qətranı, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə 41,863 qram narkotik vasitə olan həşiş qətranı, ümumilikdə cəmi külli miqdarda-2995,863 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Neftçala şəhəri, məhəllə 7, ev 200-də qeydiyyatda olmaqla yaşamışdır. Əvvəllər daxili işlər orqanlarında bir müddət işləmiş, sonra özü işdən çıxmışdır. Sonradan rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Neftçala şəhərində yaşadığı ünvanda özünə məxsus “Avtoyuma” məntəqəsində işləmişdir. O, nakotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Tutulmamışdan bir müddət əvvəl iş yerində kiminsə yumaq üçün gətirib qoyduğu balıq tutmaq üçün tor olmuş, sonradan o, həmin torun içərisində bağlamaların olmasını görmüş və bu bağlamaların nə olmasını əvvəl bilməmiş, sonradan bağlamaların içərisində narkotik maddələr olmasını bilmiş və bağlamaları götürüb yaşadı evin həyətində olan anbar kimi istifadə edilən qarajın içərisinə qoymuşdur ki, sahibi çıxsa gəlib götürsün. Həmçinin o, götürdüyü bağlamaların içərisində narkotik maddə olmasını bildikdən sonra bu barədə polisə məlumat vermək istəsə də, qorxduğu üçün polisə məlumat verməmişdir. O, götürdüyü bağlamalarda olan narkotik maddədən istifadə etməmiş, kiməsə satmamış və verməmişdir. 07 aprel 2024-cü il tarixdə, saat 10-11 radələrində iş yerində olarkən polis əməkdaşları gəlib onu tutub narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib yaşadığı evə aparılmış və ərizəsi alındıqdan sonra yaşadığı evin həyətindəki anbar kimi istifadə edilən qarajın içərisinə özünün iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı özü qarajda gizlətdiyi içərisində narkotik maddələr olan bağlamaları polis əməkdaşlarına təqdim edib həmin bağlamaları bir müddət əvvəl iş yerində torun içərisində olmasını görüb evinə gətirib qarajda gizlətdiyini, aşkar olunan narkotik maddənin özünə məxsus olmamasını, kimin olmasını isə bilmədiyini bildirmişdir. Sonra içərisində narkotik maddələr olan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlər olmasa da, müəyyən qədər təzyiqlər olmuş, sonra tanımadığı polis əməkdaşları üzərinə bir büküm narkotik maddə qoyub həmin narkotik maddənin özünə məxsus olmasını və evində olan narkotik maddədən götürüb üzərində saxladığını deməyə məcbur etmişlər. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuşdur. Axtarış zamanı özü cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin bükümdəki narkotik maddənin özünə məxsus olmasını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polislər tərəfindən sənədləşmə elə aparılmışdır ki, guya aşkar olunan bağlamlar onundu, əslində isə həmin bağlamalar onun deyil, həmin bağlamaları o, iş yerində görmüş və hesab etmişdir ki, kimsə həmin bağlamaları unudub orada saxlamış, kimsə haçansa gəlib bu bağlamaları götürmək istəyəcəkdir, ona görə də o, bağlamaları götürüb yaşadığı evə aparıb gizlətmişdir. O, içərisində narkotik maddələr olan bağlamaları heç kimdən almamış, heç kimə də narkotik maddələr satmamışdır. Ona görə də narkotik maddələrin satışı ilə bağlı verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin içərisində narkotik maddə olan bağlamaları götürüb evinə gətirib gizlətdiyinə görə özünü təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 08 və 09 aprel 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan həşiş qətranından istifadə etməyə başlamışdır. 07 aprel 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin həyətində olarkən bir qrup polis həyət qapısına gəlib ona X4 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilib yaşadığı ünvana baxış keçiriləcəyi demiş o da etiraz etməmişdir. Bundan sonra özünün iştirakı ilə və videoçəkilişlə yaşadığı evin həyətinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. Bundan sonra o, həyətdəki anbar kimi istifadə olunan otaqda (qarajda) olan rəfə qoyulmuş plasmas su qablarının arxasında gizlətdiyi içərisində narkotik vasitə həşiş olan bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində üç ədəd bağlama və bu bağlamaların içərisində həşiş aşkar olunmuşdur. Sorğu zamanı o, içərisində həşiş olan sellofan torbanı ona tanışı Təvəkkül adlı şəxsin saxlaması üçün verdiyini, həmin həşişdən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş həşiş kütlələri elekton tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra o, Neftçala RPŞ-nə aparılmış, orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində narkotik vasitə həşiş aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş narkotik maddəni evində saxladığı bağlamadan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş həşiş kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 16 və 24 iyul 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, 2024-cü ilin mart ayının ortalarında tanımadığı şəxs avtoyuma məntəqəsinə yumaq üçün bir əbəd balıqçı toru gətirmiş o da həmin toru yuyarkən içərisində bir ədəd bağlama (torba) olmasını görüb həmin bağlamanı (torbanı) götürüb otağa qoymuşdur ki, torun sahibi gəlib toru götürərkən bağlamanı (torbanı) da ona qaytarsın, lakin həmin şəxs gəlib nə toru, nə də bağlamanı (torbanı) götürmədiyindən o, həmin bağlamanı (torbanı) özündə saxlamağa məcbur olmuşdur. O, bağlamanın içərisində nə olmasını bilməmiş, polis əməkdaşları onu saxlayıb onda bağlama olduğunu bildirib bağlamanı verməsi tələb olunduqdan sonra o, bağlamanı (torbanı) polislərə təqdim etmişdir. Polislər bağlamaları götürüb baxarkən bağlamaların içərisində narkotik maddələr olmasını bilmişdir. Həmin vaxt polislər bağlamanın içərisindən bir büküm götürüb ona verib cibinə qoymasını, götürməsə onun üçün pis olacağını bildirmiş, o da məcbur qalıb həmin bükümü cibinə qoymuş, üzərində axtarış zamanı həmin bükümün içərisində aşkar olunan narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib, əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində içərisində narkotik maddələr olan bağlamaların “Təvəkkül” adlı şəxsə məxsus olması və saxlaması üçün həmin şəxsdən alması, həmçinin üzərində aşkar olunmuş maddəni (həşiş qətranı) evində saxladığı bağlamadakı narkotik maddədən götürüb istifadəsi üçün üzərində saxlaması barədə yazılanlar doğru deyil. Tanışı Təvəkkül adlı şəxs ona heç nə verməmiş, tutulduqdan sonra polislərin dediklərinə uyğun olaraq ilkin ifadəsində götürdüyü bağlamaların tanışı Təvəkkü” adlı şəxsə məxsus olmasını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs də narkotiklə bağlı tutulmuşdur. Əslində isə həmin bağlamalar tanımadığı şəxsə məxsus olmuş və həmin şəxs də yumaq üçün gətirdiyi tor ilə birlikdə gətirib onun işlədiyi yerə qoymuşdur. Həmçinin o, saxlanılan vaxt üzərində heç bir narkotik maddə olmamış və üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus deyil. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün şəxsi axtarış zamanı üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasnı demişdir. Əslində üzərində aşkar olunmuş maddə (həşiş qətranı) ona məxsus deyil, həmin maddəni (həşiş qətranı) üzərinə tanımadığı polis əməkdaşları qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin içərisində narkotik maddə olan bağlamaları götürüb evinə gətirib gizlətdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin bədəni üzərində olan xəsarətləri o, tutulmamışdan əvvəl iş yerində işləyərkən almışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 07 aprel 2024-cü il tarixdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib saxlamaqda və bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 16 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvanda (ünvan 3 maddələr əldə edib saxlamaqda şübhəli olması və yaşadığı ünvanda baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Bundan sonra şöbənin təhqiqatçısı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs iştirakları ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə (Neftçala şəhəri, məhəllə 7, ev 200 ünvanında olan fərdi yaşayış evinə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətdə yerləşən anbar kimi istifadə edilən tikilidə (qarajda) olan rəfdəki plasmas su qablarının arxasından bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Təqdim olunan torbadan üç ədəd bağlama və həmin bağlamaların içərisində narkotik vasitəyə (həşiş qətranına) oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbanın içərisində olan narkotik maddələri Neftçala şəhər sakini, tanışı Təvəkkül adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra Təqsirləndirilən şəxs Neftçala RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçısı Famil Həsənov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə (həşiş qətranına) oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və yaşadığı evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 07 aprel 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 07 aprel 2024-cü il tarixdə, saat 16 radələrində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb yaşadığı Neftçala şəhəri, məhəllə 7, ev 200 ünvanına baxış keçirilmiş, daha sonra o, Neftçala RPŞ-nə gətirilmişdir. İşdə olan, Neftçala Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərarının 3-cü bəndi “Təqsirləndirilən şəxs” oğlunun (Neftçala şəhəri, məhəllə 7, ev 200) yaşayış yerinə baxış keçirilməsi ilə bağlı hissədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndi və V hissəsi ilə müəyyən edilmiş şərtlər mövcud olduğu müəyyən edildiyi halda qanuni sayılmışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində- sol qulaq seyvanı, boyun, sol bazu nahiyələrində qançırlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmr. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 07 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə edilən otaqda (qarajda) olan rəfə düzülmüş plasmas su qablarının arxasından bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqdim olunan torbadan üç ədəd bağlamada və həmin bağlamaların içərisində narkotik vasitə olan həşiş qətranına oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs içərisində həşiş qətranı olan torbanı ona Neftçala şəhər sakini “Təvəkkül” adlı şəxsin saxlamaq üçün verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış aparılması haqqında” 07 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Ədalət Muradovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olan həşiş qətranına oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin (həşiş qətranın) özünə məxsus olmasını və həmin kütləni (həşiş qətranı) “Təvəkkül” adlı şəxsin saxlamaq üçün verdiyi narkotik maddədən götürüb istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 08 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə həşişə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükülüdə təmiz çəkisi- 41,863 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə-həşiş qətranıdır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 03 ədəd bükülüdə həşişə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı 3 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri- 949 qram, 990 qram, 1015 qram olmaqla ümumi təmiz çəkisi 2954 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə-həşiş qətranıdır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə həşişə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 03 ədəd bükülüdə həşişə bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 4 bükülü olmaqla, ümumi təmiz çəkisi 2995,863 qram olan həşiş qətranları orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq həşiş qətranı 2995,463 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2995,463 qram həşiş qətranı iş üzrə maddi sübut kimi tanınmış və ayrı-ayrı qablaşdırılmış həmin maddi sübutlar saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin X8 sübutların saxlanma kamerasına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin 18 aprel 2024-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik maddəni haradan və kimdən əldə etməsi, o cümlədən satması və ya satacağı barədə məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” 22 iyul 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Şahid ifadəsi yalnız özünün birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onun göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (saxlanılan vaxt üzərində heç bir narkotik maddənin olmaması, üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün şəxsi axtarış zamanı üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasını deməsi və həmin narkotik maddəni üzərinə polis əməkdaşlarının qoyması, narkotik vasitələrdən istifadə etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni saxlanılan vaxt üzərində heç bir narkotik maddənin olmaması, üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün şəxsi axtarış zamanı üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasını deməsi və həmin narkotik maddəni üzərinə polis əməkdaşlarının qoymasına, narkotik vasitələrdən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 08 və 09 aprel 2024-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş həşiş qətranın özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2995,863 qram narkotik vasitə olan həşiş qətranı əldə edib həmin narkotik maddənin 41,863 qramnı bir ədəd bükümdə olmaqla üzərində, digər hissəsini isə yaşadığı Neftçala şəhəri, məhəllə 7, ev 200 ünvanında saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 07 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Neftçala şəhəri, məhəllə 7, ev 200 ünvanında saxlanılıb özünün iştirakı ilə yaşadığı Neftçala şəhəri, məhəllə 7, ev 200 ünvanında keçirilmiş baxış zamanı anbar kimi istifadə edilən otaqdan üç ədəd bağlamada ayrı-ayrılıqda 949 qram, 990 qram, 1015 qram olmaqla ümumi təmiz çəkisi 2954 qram həşiş qətranı, daha sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 41,863 qram həşiş qətranı aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, bir müddətdir ki, həşiş qətranından istifadə etməyə başlamış və üzərində aşkar olunmuş narkotik maddəni də şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahid (polis əməkdaşı) göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik maddə satması barədə konkret məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 2995,863 qram həşiş qətranı əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Həşiş qətranı” olan maddə narkotik vasitədir. Həşiş qətranın 0,4 qramdan 40 qramadək hissəsi xeyli miqdar, 40 qramdan 4000 qramadək hissəsi külli miqdar və 4000 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan həşiş qətranın miqdarı 2995,863 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2995,863 qram narkotik vasitə olan həşiş qətranı əldə edib, saxlayıb, daşıyaraq yaşadığı ünvan 1 evinə aparmış və bundan sonra həmin narkotik maddənin 41,863 qram hissəsini bir ədəd bükümdə qablaşdırıb üzərində saxlayıb daşımış, qalan 2954 qram hissəsini bir ədəd torbanın içərisində yaşadığı evin həyətində anbar kimi istifadə edilən qarajda gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən 07 aprel 2024-cü il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılıb yaşadığı ünvan 1 evinə baxış zamanı evin həyətində anbar kimi istifadə edilən qarajda bir ədəd torbada üç ədəd bağlamada ayrı-ayrılıqda 949 qram, 990 qram və 1015 qram olmaqla ümumi çəkisi 2954 qram həşiş qətranı, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə 41,863 qram narkotik vasitə olan həşiş qətranı, cəmi külli miqdarda-2995,863 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Neftçala Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 14 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 21 iyun 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Neftçala şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala şəhəri, məhəllə 7, ev 200-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddədə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin BMMİ-nin X8 sübutların saxlanma kamerasında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 2995,463 qram həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin X8 sübutların saxlanma kamerasında saxlanılan (ayrıayrı qablaşdırılmış) 2995,463 qram narkotik vasitə olan həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar