Məhkəmə qərarları › İş №1(099)-678/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-678/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-678/2022 09.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2001-ci ildə Ağcabədi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinayətin törədilməsindən təxminən iki ay əvvəl tanışı Şahid1 sərxoş vəziyyətdə videoçəkilişini aparmaqla yaydığından, 04 fevral 2022-ci il tarixdə, saat 23 radələrində sonuncunun tanışı Zərərçəkmiş şəxs telefon vasitəsi ilə dəvəti əsasında Ağcabədi rayonunun Təzəkənd kəndinin ərazisində yerləşən “Elşən” fotostudiyasının yanında Şahid1 və Zərərçəkmiş şəxslə görüşərək, həmin hərəkətlərinə görə sonuncuların ona irad bildirməsindən sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı dalaşma zamanı üzərində daşıdığı bıçaqla Zərərçəkmiş şəxs qəsdən zərbələr endirməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə döş boşluğuna keçərək sol ağciyərin zədələnməsi və hemopnevmatoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin kəsilmiş yarası, sol çiyin qurşağının kəsilmiş yarası, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ kürək nahiyəsinin səthi kəsilmiş yarası xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla həm də onunla orta məktəbdə bir sinifdə oxumuş və aralarında yaxın münasibətləri vardır. 04 fevral 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ona zəng edib dostu Şirxanla birlikdə onunla görüşmək istədiyini, kənd qəbiristanığının yanına gəlməyini demişdir.Bundan sonra o, evdən çıxıb kənd qəbiristanlığının yanına getmiş, orada Orxangil olmadığına görə kənddəki aptekə tərəf getmiş, orada da onları görmədiyindən Orxana telefonla zəng vurub harada olmasını soruşmuş, o da qəbiristanlığın yanında olduğunu demişdir. Sonra o, geri qayıdıb qəbiristanlığa tərəf getmiş və həmin yerin yaxınlığında yerləşən “Elşən” fotostudiyasının yanında dayanıb Orxanı gözləmişdir.Elə həmin vaxt Şirxanın yıxıla-yıxıla onu görmədən yanından keçib getdiyini görüb, onu səsləmiş, Şirxan da dayanıb onu axtardığını deyib Orxanın harada olduğunu soruşmuş, o da Orxanın onu çağırdığını bildirib Şirxandan nə nə baş verdiyini, nəyə görə onu çağırdıqlarını soruşmuşdur.Bu vaxt Şirxan onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, o da Şirxanı qucaqlayıb niyə onu vurduğunu soruşmuş, Şirxan da onun şəkillərini internetdə (tik-tok sosial şəbəkədə) yaydığını bildirmiş, o isə onun şəkillərini yaymadığını və heç kimə göstərmədiyini demişdir.Sonra o, Şirxanı özündən kənarlaşdırıb əlləri ilə onu geri itələmişdir. Həmin vaxt Orxan da ora gəlmiş və Orxan da ona "sən yaxşı eləməmisən, Şirxanın videosunu çəkib internetdə (tik-tok sosial şəbəkədə) yaymısan" demiş, o isə Şirxanın videosunu çəkmədiyini, əksinə Şirxan qusduqdan sonra onun üst-başını təmizlədiyini desə də, Orxan onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Orxan onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, sonra onlar əlbəyaxa olub yerə yıxılmış, sonra hər ikisi yerdən qalxmışlar. Bundan sonra Orxan və Şirxan onun üzərinə gəlib yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, əsasən də sifət və baş nahiyəsinə vuraraq onu döyməyi davam etmiş, sonra o, Orxan və Şirxanla əlbəyaxa olmuş, bu vəziyyətdə onlar onu yerə yıxmaq istəmiş, lakin onu yerə yıxa bilməmişlər.Həmin vaxt o, özünü müdafiə etsə də, onlara gücü çatmadığını görüb özünü müdafiə etmək üçün cibində gəzdirdiyi açılıb-qatlanan cib bıçağını çıxarıb açmış və əlində tutub bıçağı Orxan və Şirxana tərəf istiqamətləndirib sağa-sola yelləmişdir ki, onlar yaxınlaşıb onu vurmasınlar. Ancaq Orxan yenə də onun üzərinə hücum etmiş, həmin vaxt o, əlində bıçaqla Orxanı özündən kənarlaşdırmaq üçün kənara itələmiş, bu zaman bıçaq Orxanın bədəninin döş nahiyəsinə dəymişdir. Özü də bilmədən Orxana bıçaqla xəsarət yetirərkən əlindəki bıçaq öz əlini də kəsmişdir. Sonra o, əlindəki bıçağı kənara atıb əlinin kəsilmiş yerini tutub yerə oturmuş, orada olan həmkədliləri Cahid və Elxan Orxanı tutub oradan aralaşdırıb kənara aparmış, özü isə atası Ərşada zəng vurub Orxan və Şirxanla dalaşdığını, əlinin kəsildiyini bildirib gəlib onu aparmasını demiş, həmçinin səs-küyə ora gəlmiş Elxanın qardaşı Ruslan Orxanı xəstəxanaya aparmışdır.Hadisə gecə saatlarında həmkəndlisi Elşənə məxsus “Elşən” fotostudiyasının qarşısında baş vermiş, gecə olduğu üçün həmin yerdə heç kim olmamışdır. Hadisə vaxtı əvvəl Şirxanla mübahisəsi olmuş və Şirxan onu yumruqla vurmuş, sonra Orxan gəlmiş, onunla da mübahisəsi olmuş, sonra Orxan və Şirxan onu döyməyə başlamışlar. Bundan sonra ora gəlmiş şəxslər Elxan, Cahid və Yusif bu hadisənin şahidi olmuşlar. Onun Orxanı bıçaqla vurmaq fikri olmamış, amma Orxan dayanmadan onun üzərinə hücum edib onu yumruqla vurmağa davam etdiyindən o da məcbur qalıb özünü qorumaq məqsədilə əlindəki bıçaqla Orxanın döş nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan başqa Orxanın bədəni üzərində olan digər xəsarətlər də onunla əlbəyaxa olan zaman əlindəki bıçağın dəyməsi nəticəsində almışdır. Dalaşma zamanı onun sifət nahiyəsinə və bədəninin digər nahiyələrinə Orxan və Şirxanın yumruq və təpiklə vurması nəticəsində özü də xəsarətlər almışdır. Onu hadisə baş verən yerə Orxan və Şirxan telefonla zəng vurub çağırmış, həmçinin bu hadisənin baş verməsinə səbəb hadisədən bir müddət əvvəl Şirxanın toy məclisində içki içib sərxoş olduqdan sonra qusmasının videoya çəkilib yayılmasında Şirxan və Orxanın bunu onun etməsini fikirləşmələri, onun isə Şirxanın qusduğu vaxt videonu çəkib yaymadığını, əksinə Şirxan qusduqdan sonra onun üst-başını təmizlədiyini desə də, Şirxan və Orxanın ona inanmayıb mübahisə edib onunla dalaşmaları olmuşdur. Aralarında qeyd olunan hadisə ilə bağlı olan anlaşılmazlıq nəticəsində bu hadisə baş vermişdir.Onun Orxanla aralarında əvvəlcədən düşmənçilik və ya ədavətləri olmamış, həmişə sinif yoldaşı və həmkəndlisi kimi münasibətləri yaxşı olmuş, daim bir yerdə olmuşlar. Baş vermiş hadisədən az müddət sonra o, Orxanla barışmış, xəsarət yetirdiyinə görə ona üzrxaqlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də Orxanın müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir. Sonradan o, Orxanla barışdığına görə Orxanın da onu vurub xəsarət yetirməsi ilə bağlı ondan şikayət etməmiş, hazırda da ondan heç bir şikayəti yoxdur və onunla barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır.O, baş vermiş hadisəyə görə, həm də Orxana xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla həm də onunla orta məktəbdə bir sinifdə oxumuş və onunla aralarında münasibətləri yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 04 fevral 2022-ci il tarixdə, gecə saatlarında o, həmkəndliləri Şirxan, Elxan, Yusif və Cahidlə birlikdə kənd mağazasının qarşısında söhbət edərkən Şirxan sinif yoldaşı Əfqanın onun sərxoş halda videosunu çəkib "Tik-tok" sosial şəbəkəsinə yerləşdirib yaydığını, bu məsəlini Əfqanla aydınlaşdırmaq istədiyini demişdir.Sonra Şirxan onun mobil telefonundan zəng edib Əfqanı kəndin qəbiristanlığının yanına çağırmış, həmin vaxt özü də Əfqanla danışıb ona kənd qəbiristanlığının yanına gəlməsini demişdir.Həmin vaxt Şirxan mobil telefondan istifadə etmədiyi üçün ona məxsus mobil telefonla Əfqanın mobil telefonuna zəng vurmuşdur.Təxminən 10-15 dəqiqə sonra Şirxan qəbiristanlığın yanına getmişdir ki, Əfqanla görüşüb onun telefonunda olan videonu sildirsin. Şirxan getdikdən az sonra qəbiristanlığının yaxınlığında olan fotostudiyasının yanından səs-küy eşidib həmin yerə getmişdir. Fotostudiyanın qarşısına çatanda orada Şirxan və Əfqanın əlbəyaxa olub dalaşmalarını görüb onları aralaşdırmaq məqsədi ilə aralarına girib Əfqanı tutmağa çalışmış, lakin Əfqanı, həm də Şirxanı sakitləşdirə bilməmişdir. Həmin vaxt Əfqan onun da üstünə gəlib onu da yumruqla vurmağa başlamış və o, özünü müdafiə etmək üçün Əfqana yumruqlar atmış, Əfqan isə onunla, həm də Şirxanla dalaşmağa davam etmişdir. Bundan sonra o, Şirxanla birlikdə Əfqanın hərəkətlərinin qarşısını almaq üçün onun bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub döyməyə başlamışlar. Dalaşma zamanı Əfqan cibindən bıçaq çıxarıb onlara tərəf gəlib bıçağı sola-sağa fırlatmaqla onun üzərinə gəlmiş, həmin vaxt o, müdafiə olunsa da, Əfqanın bıçaq zərbələrindən yayına bilməmiş, bədənin bir neçə yerindən bıçaq xəsarəti almış, bir bıçaq zərbəsi döş nahiyəsinə dəydikdən sonra o, ağrı hiss edib aşağı oturmuş, bundan sonra Əfqan onu bıçaqla vurduğunu başa düşüb ondan aralanmışdır. Bundan sonra hadisə yerinə gəlmiş həmkəndlisi Ruslan digər həmkədlisi Nizami adlı şəxsin avtomobili ilə onu rayon xəstəxanasına aparmışlar. Bir müddət xəstəxanada müalicə olunduqdan sonra sağalıb evinə qaytmışdır.Hadisədən sonra o, Əfqanla görüşüb barışmış, hadisənin anlaşılmazlıq nəticəsində baş verdiyini Əfqan başa düşüb onu bıçaqla vurduğuna görə üzr istəmiş, o da onu bağışlamışdır. Hadisənin baş verməsinə səbəb bir müddət əvvəl Şirxanın sərxoş vəziyyətdə vidosunun çəkilib "Tik-tok" sosial şəbəkədə yayılmasını Əfqanın etməsindən Şirxanın şübhələnməyi olmuşdur. Sonra buna görə Şirxan Əfqanla görüşüb bu məsələni aydınlaşdırarkən, onların arasında mübahisə olmuş, sonra bu mübahisə qarşılıqlı olaraq dalaşmağa çevrilmiş, bundan sonra onun da Əfqanla mübahisəsi və dalaşması olmuş, daha sonra o, Şirxanla birlikdə Əfqanı döyərkən hadisə Əfqanın onu bıçaqla vurması ilə nəticələnmişdir.Hesab edir ki, o, Şirxanla birlikdə Əfqanı döydükləri üçün Əfqan bıçaqla ona xəsarət yetirmişdir. Hadisə yerində o, Əfqan və Şirxan olmuş, ətrafda isə həmkəndliləri Elxan, Yusif və Cahid olmuşlar. Baş vermiş hadisədən az müddət sonra o, Əfqanla barışmış, Əfqan ona xəsarət yetirdiyinə görə üzrxaqlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Əfqanın ailəsi ona maddi köməklik etmişdir. Hazırda o, Əfqanı bağışlamış, münasibətləri əvvəlki kimi yaxşıdır və bu hadisə ilə bağlı ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Əfqanun həmkəndlisi, həm də sinif yoldaşı olmaqla münasibətlərinin yaxşı olmasını nəzərə alıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına və məhkəməyə ünvanladığı 01 mart və 22 noyabr 2022-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 işin mahiyyəti üzrə ümumən Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, “Baxış keçirilməsi haqqında” 04 fevral 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisə yeri Ağcabədi rayonunun Təzəkənd kəndinin ərazisində yerləşən “Elşən” fotostudiyasının qarşısında olan ərazidir. Hadisə yerinə baxış zamanı baş vermiş hadisə ilə bağlı əhəmiyyət kəsb edən əşyalar, o cümlədən bıçaq və ya başqa predmetlər aşkar olunmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən ediir ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-başın sağ ənsə nahiyyəsində kəsilmiş yara, sol çiyin qurşağında kəsilmiş yara, sağ kürək nahiyyəsində səthi kəsilmiş yara, döş qəfəsinin sol yarısının ön səthində deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthində pn qoltuqaltı xətt üzrə, döş boşluğuna keçərək sol ağciyərin zədələnməsi və hemopnevmatroksla müşayiət edilən deşilmiş-kəsilmiş yara. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yetirilə bilərdi, xəsarətləri yetirilmə müddətləri 04 fevral 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən-döş boşluğuna keçərək sol ağciyərin zədələnməsi və hemopnevmatroksla müşyiət olunan deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, dügər üç yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ kürək nahiyyəsində olan səthi kəsilmiş yara isə sağlamlığa zərər vurmadığıdan drəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən ediir ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərdən-sağ əlin 1ci barmağının arxa səthində olan kəsilmiş yaralar- iti kənarlı əşyanın təsirindən törənmişdir, deşici-kəsici alət olan bıçaqla da yetirilə bilərdi, yetirilmə müddəti 04 fevral 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Habelə Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərdən- sol gözün üst və alt göz qapaqlarında qançır, başın sol ənsə nahiyəsində qançır, üst dodağın sağ yarısının selikli qişasında qansızma, qarının sol aşağı şöbəsində qançır-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddətləti 04 fevral 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyn edilməyən xəsarətlərə aiddirlər. İşdə olan, “Təqdim olunan əşyanın götürülməsi və ona baxış keçirilməsi haqqında” 06 fevral 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Ağcabədi RMX-nın həkimi Azad Hüseynovun təqdim etdiyi, xəstəxanaya gətirilərkən Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd poliver və bir ədəd şalvar (üzərində qanabənzər ləkələri olan) qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, kompleks məhkəmə tibbi-krimnalistik və tibbi-bioloji ekspertizasının 14 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus polverin ön səthində solda iki ədəd dəlib-keçə zədə aşkar olundu.Bu zədələr düşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və itiucu olan yastı tiyə tipli deşici-kəsici alətin (o cümlədən bıçağın) tiyəsinin təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alətin tiyəsi zərərçəkmişə doğru yönəlmiş vəziyyətdə olmuşdur.Zərərçəkmiş şəxs adına tərtib edilmiş canlı şəxslərin ekspert rəyi ekspertizaya təqdim olunmadığına görə bədəndə olan zədələrin hansı növ alətlə yetirilməsi barədə fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmaqla anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsii altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İşdə olan, Ağcabədi RPŞ-nin 03 iyul 2022-ci il tarixli məktubunda (istintaq orqanının əmələliyyat tapşırığına cavabında) göstərilir ki, Təqsirləndirilən şəxs mübahisə zəminində Zərərçəkmiş şəxs bıçaqla vurarkən ictimai qaydanın pozulması halları olmamış, həmçinin axtarışlar aparılsa da, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın tapılması mümükün olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs və X2 şəxsi münasibət zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmələri əməlində CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığına görə onların barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə Şirxan Şıxəliyev və Zərərçəkmiş şəxs həmkəndliləri Təqsirləndirilən şəxs döyməklə Azərbaycan Respublikası İXM-nin 157.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdikləri üçün barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2022-ci il tarixli protokolla müəyyən ekdilir ki, istintaq orqanı tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanının Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş və o, məhkəmə zalında həbsdən azad edilmişdir. İşdə olan, “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 07 fevral 2022-ci il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi rayon Təzəkənd kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 19 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşıdığı yer üzrə müsbət (yaşadığı kənddə özünü nizam-intizamlı aparmış, ictimai işlərdə iştirak etmiş, kənd əhalisi arasında hömət qazınmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (digər şəxslə birlikdə zərərçəkmiş şəxsi döyməsinin) təsiri altında törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (digər şəxslə birlikdə zərərçəkmiş şəxsi döyməsinin) təsiri altında törədilməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, gənc olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu), eləcə də işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxlə zərərçəkmiş şəxsin həmkəndli olmaqla yaxın münasibətdə olmaları və hadisənin qarşılıqlı olaraq mübahisə edib dalaşmaları-zərərçkəmiş şəxsin digər şəxslə birlikdə təqsirləndirilən şəxsi döymələri zamanı baş verməsi halları müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona ittiham olunduğu maddənin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onun bu cəzanı çəkməklə islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd poliver və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Hüseynov X4 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd poliver və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar