Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-68/2024 15.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Şirvan şəhəri Vidadi küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Şirvan şəhəri F.Eynullayev küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 17,915 qram narkotik vasitə heroini, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr; 5,224 qr; 0,031 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 15,319 qram psixotrop maddə metamfetaminləri və 1 bükümdə 1,021 qram olan narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, habelə o, təkrarən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə İran İslam Respublikasından olan (bundan sonra İİR) digər şəxslə və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu Muğankənd kəndinin giriş hissəsində yolun kənarında quraşdırılmış üzərində “Muğankənd” sözü yazılmış lövhəsinin yaxınlığında gizlədilmiş 1 ədəd bükümdə külli miqdarda 445 qram olan maddə narkotik vasitə heroini, yəni 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1790 qr; 1620 qr; 880 qr; 460 qram olmaqla ümumi təmiz çəkisi 4750 qram olan psixotrop maddə metamfetaminləri, külli miqdarda, yəni 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: yəni 975 qr; 290 qr; 940 qr; 920; 625 qr; 495 qr; 245 qr; 250 qr; 255 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 4995 qram olan narkotik vasitə tiryəkləri, külli miqdarda, yəni 1 ədəd büküldə 660 qram olan narkotik vasitə həşiş qətranını, 1 ədəd bükülüdə 135 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 40 ədəd konvalyutda (listdə) hər birinin 10 ədəd olmaqla ümumi sayı 400 (dörd yüz) ədəd metadon həblərini əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü 28 fevral 2023-cü il tarixdə saat 21:00 dəqiqədə cinayətdən xəbərsiz olan Şahid4 idarə etdiyi “Opel Astra” markalı,**-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə Təqsirləndirilən şəxs1 ilə birlikdə gedərək, qeyd edilən narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs1 gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayon ərazisində üzərində “Biləsuvar” sözü yazılmış lövhənin yaxınlığında saxlanılarkən Təqsirləndirilən şəxs1 avtomobildən düşərək qaçmış, lakin Şahid4 və Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qış gödəkçəsinin sağ yan cibindən olan 1 ədəd qara rəngli cib çantasının içərisindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 17,915 qram narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr; 5,224 qr; 0,031 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 15,319 qram psixotrop maddə metamfetaminlər və 1 bükümdə 1,021 qram olan narkotik vasitə tiryək aşkar edilmiş, daha sonra “Opel Astra” markalı,**-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin narkotik vasitələr və psixotrop maddələr bir ədəd bağlamada olmaqla avtomobilin arxa sol ayaqaltı hissəsindən 1 ədəd bükümdə külli miqdarda 445 qram narkotik vasitə heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1790 qr; 1620 qr; 880 qr; 460 qram olmaqla ümumi təmiz çəkisi 4750 qram olan psixotrop maddə metamfetaminlər, külli miqdarda, 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 975 qr; 290 qr; 940 qr; 920; 625 qr; 495 qr; 245 qr; 250 qr; 255 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, 4995 qram olan narkotik vasitə tiryəklər, külli miqdarda, 1 ədəd büküldə 660 qram olan narkotik vasitə həşiş qətranı, 1 ədəd bükülüdə 135 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 40 ədəd konvalyutda (listdə) hər birinin 10 ədəd olmaqla ümumi sayı 400 (dörd yüz) ədəd metadon həblər aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən “nəşə”dən istifadə edir. Telefonda sosial şəbəkədə İran İslam Respublikasında olan (bundan sonar İİR) Mehti adlı şəxslə tanış olmuşdur. Onunla danışmış ki, Mehti ona İİR-dən “nəşə” göndərəcək, özü isə gedib götürəcəkdir. İranlı şəxs narkotiki Biləsuvar rayonuna qoyduracaqmış. Təqsirləndirilən şəxs2la isə dostdurlar. Elmirə də bu barədə məlumat vermiş, narkotiki birlikdə gedib götürməyi, sonuncuya da götürdükləri narkotikdən pay verəcəyini təklif etmiş, Elmir isə razılaşmışdır. Daha sonra birlikdə Biləsuvar rayonuna yola çıxmışlar. Biləsuvara tanışları taksi sürcüsü Kamran adlı şəxslə getmişlər. Kamrana isə Biləsuvara tanış adamının olduğunu, ora qonaq getdiklərini demişdir. Yolda iranlı ilə danışmış, iranlı Mehtiyə olduğu yerin Azpetrol yanacaqdoldurma məntəqəsinin şəkilini atmış, o isə plakatın yanına flan kəndə getməli olduqlarını demişdir. İranlı narkotikin olduğu yerin də şəkilini atmışdır. Gedib həmin yeri tapmış, maşından düşmüş və bağlamanı götürmüşdür. Maşına minərkən isə bağlamanı öz üstündə saxlamışdır. Sonra hərəkət etmişlər, bir az gələndən sonra isə YPX əməkdaşları maşını saxlatmışlar. Həmin vaxt Kamrana axtarışda olduğunu, maşını saxlamamasını bildirmişdir. Bundan sonra Kamran maşını saxlamadan sürmüş, lakin qabaqda dəmirlərə dəydiyindən maşını saxlamaq məcburiyyətində qalmışlar. Maşın dayanan kimi düşüb qaçmağa başlamış, götürdüyü narkotik bağlaması isə maşında ayaqaltında qalmışdır. Həmin vaxt özü maşında qabaqda oturmuşdur. 10 mart 2023-cü ildə Şirvan şəhərində yaşadığı evdə olarkən polis əməkdaşları gəlib onu saxlamışlar. Sonra isə şöbədə törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. İranlı Mehtiylə 150 qram marixuana göndərməsi ilə bağlı razılaşmışdır. Pulunu isə sonra ödəyəcəkmiş. Kamrana narkotik üçün getdiyini deməmişdir. Kamranı sürücü kimi Elmir tapmışdır, onu tanısa da yaxınlığı olmamışdır. Ona qarşı heç bir təsir və ya təzyiq olunmayıb, şöbədə deyiblər ki, maşından bu çıxdı, özü isə demişdir ki, hə heçnə. Özü yalnız 150 qram marixuananın arxasınca getmişdir. İranlı narkotikin çox olması ilə bağlı heçnə deməmişdir. Eyni zamanda narkotiki kiməsə verməyi tapşırmamışdır, demiş ki, “səndə qalsın deyəcəm”. Kamranın bu barədə heç bir məlumatı olmamış, taksi kimi 60 manat pul verəcəyini ona demişdir. Elmirə demişdir ki, birlikdə gedək, o isə razılaşıb getmişdir. Həmin nakotikdən Elmirə də istifadəsi üçün pay verəcəkmiş. Lakin Elmirin özündə narkotikin olmasından məlumatı olmamışdır, Elmir də bu barədə ona heçnə deməmişdir. Narkotiki götürəndə saxlanılmasaymış, iranlı hara desə ora da verəcəkmiş. Maşın dəyən zaman isə bağlamın arxa oturacağın ayaq altısına atmış, həmin vaxt bağlamanı digərləri görməmişdir. Götürdüyü bağlama isə kiçik olmuşdur. Törətdiyi əməlindən peşmandır, özünü qismən təqsirli bilir, evlidir, himayəsində iki uşağı vardır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində özünü təqsirli bilərək bildirmişdir ki, özü narkotik vasitələrdən marixuana qəbul edir. Təxminən bir ay bundan əvvəl instaqram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə tanış olmuşdur. Bir neçə gün danışdıqdan sonra həmin şəxslə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə danışmağa davam etmişlər. İranlı Mehdinin onun yazışdığı +98 914 666 40 90 saylı İran İslam Respublikasına məxsus olan mobil nömrə olmuşdur. Söhbət zamanı Mehdi adlı iran vətəndaşı ona “istəyirsənsə sənə narkotik vasitə göndərim” sözlərini bildirmişdir. O da İran vətəndaşı Mehdidən nə üçün göndərməsini soruşan zaman, Mehdi ona “səndə qalar, kimə verəcəyini sonra deyərəm” sözlərini bildirmişdir. Narkotik vasitələri daşıdığına görə ona pul göndərəcəyini demiş, lakin hansı üsulla və nə qədər göndərəcəyini deməmişdir. 28 fevral 2023-cü il tarixdə saat 13 radələrində Mehdi adlı şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zəng vuraraq, “Biləsuvar rayonunda içərisində narkotik vasitələr olan çanta gizlətmişəm, get götür” sözlərini bildirmişdir. O da Mehdiyə “gəlib götürəcəm” sözlərini deyərək cavab vermişdir. Buna görə də o, tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq “Biləsuvar şəhərində İranlı tanışım Mehdi mənə narkotik vasitələr verəcək, maşın tap ora gedək” sözlərini bildirmişdir. Biraz sonra əvvəlcədən qiyabi olaraq tanıdığı Kamran adlı şəxs ona zəng vurmuş və harada olduğunu soruşmuşdur. O da Kamran yaşadığı evin yaxınlığında olduğunu deyərək, yolu izah etmişdir. Biraz sonra yəni, saat 17 radələrində Kamran özünün idarə etdiyi Opel Astra markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu götürmüşdür. Həmin vaxt o, avtomobildə qabaqda əyləşmişdir. Daha sonra onlar Elmiri yaşadığı evin yaxınlığından götürmüşlər. Elmir də avtomobilin arxa hissəsində əyləşmişdir. Yolda olan zaman o, iranlı Mehdi ilə telefonla mesajlaşaraq danışmış və çantanı haraya qoymasını soruşmuşdur. Yolda onun telefonunun internet limitinin qutarmasına görə o, Elmirin telefonu ilə Mehdi adlı iran vətəndaşı ilə yazışmağa davam etmişdir. Onlar Biləsuvar şəhərinə çatdıqdan sonra İranlı Mehdi ona “çanta Biləsuvar rayonu, Muğan kənd ərazisində “Muğankənd” sözləri yazılmış yol nişanın yaxınlığındadır” sözlərini bildirmişdir. İranlı Mehdi həmin kəndin gömrük yolunda birinci kənd olmasını və Azpetrol X1 arxa hissəsində yerləşən yolla gedəciyini izah etmişdir. Onlar da həmin yolla getmişlər və yol nişanları ilə, eyni zamanda naviqatorla kəndi tapmışlar. İranlı Mehdinin dediyi yol nişanına çatan zaman Kamrana “yol nişanın yanında saxla” sözlərini bildirmişdir. Kamran da ona geri qayıdıb-qayıtmayacaqlarını soruşmuşdur. O da Kamrana “ bəli geri qayıdacağıq” sözlərini bildirmişdir. Buna görə də Kamran avtomobili geri döndərmiş və yolun kənarında saxlamışdır. O, avtomobildən tək düşmüş və “gözləyin gəlirəm” sözlərini bildirmişdir. Artıq həmin vaxt hava qaraldığı üçün və heç bir işıq olmadığı üçün ətraf qaranlıq olmuşdur. O, yol nişanın yaxınlığından aşağı düşmüşdür. Həmin yer asfaltdan görünmədiyi yer olmuşdur. O, orada olan bir ədəd qara rəng bağlamanı götürmüş və tez avtomobilə əyləşmişdir. Daha sonra Kamrana avtomobili sürməsini bildirmişdir. Kamran da avtomobili sürməyə başlamışdır. Onlar Biləsuvar rayonu ərazisində yerləşən Ələt-Astara yolunun sağ kənarında olan “Lukoil” X1 yaxınlığında olan zaman polis əməkdaşları Kamrana saxla işarəsi vermişlər. O da Kamrana “avtomobili saxlama, çünki mən hazırda axtarışdayam, əgər məni tutsalar həbsə atacaqlar” sözlərini deyərək avtomobili sürməsini tələb etmişdir. Kamran da avtomobili saxlamamış və sürməyə davam etmişdir. O da əlindəki, bağlamanı avtomobilin arxa hissəsinə qoymuşdur. Biləsuvar şəhərinin çıxışında avtomobilin sağ təkəri “bardura” dəyərək, sınmış və avtomobil dayanmışdır. Avtomobil dayanan kimi, o, qapını açıb düşmüş və oradan qaçaraq uzaqlaşmışdır. Qaçan zaman üzərində olan mobil telefon düşüb, itmişdir. Daha sonra o, oradan piyada Şirvan şəhərinə yaşadığı evə getmişdir. 10 mart 2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gəlib, onu Biləsuvar rayon polis şöbəsinə aparmışlar. O, İranlı Mehdi adlı şəxs vasitəsi ilə Biləsuvar şəhərindən narkotik vasitələr və psixotrop maddələr götürəcəyini Elmirə demiş, lakin Kamranla əvvəlcədən heç bir münasibəti olmadığı üçün heç bir söz deməmişdir. O, həmin çantanı Şirvan şəhərinə apardıqdan sonra Mehdi ona hara aparacağını və kimə verəcəyini deyəcəyini bildirmişdir. Mehdi ona nə qədər pul verəcəyini deməmiş, lakin pul göndərəcəyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitələrdən və psixotrop maddələrdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 yalan danışır, o, Elmirə heç bir narkotik vasitə verməmiş, sadəcə olaraq Mehdinin göndərdiyi narkotik vasitədən pay verəcəyini vəd etmişdir. O, Şahid4 inanmadığı üçün narkotik vasitələr olan bağlamanı götürdükdən sonra heç bir məlumat verməmişdir. Onlar yolda olan zaman İranlı Mehdi ilə sadəcə olaraq “WhatsApp” vasitəsi ilə mesajlaşaraq əlaqə saxlamışdır. O, Elmirə narkotik vasitələr barədə Şirvan şəhərində məlumat verən zaman bu barədə heç kimə və gedəcəyi avtomobilin sürücüsünə də heçnə deməməsi barədə tapşırmışdır. Ona görə də yolda olan zaman o, Elmirlə narkotik vasitələr barədə heç bir söhbət etməmişdir. Şahid4 onun götürdüyü bağlamanın içərisində nə olması barədə heç bir məlumatı olmamış, buna görə də Kamran narkotik vasitə verməklə bağlı heç bir vəd etməmişdir. İranlı Mehdi adlı şəxsin instaqram sosial şəbəkəsində olan profilində açıq-aşkar narkotik vasitələrin satışı ilə bağlı elanlar olmamışdır. İranlı Mehdi adlı şəxs sizə narkotik vasitələrin Azərbaycan Respublikasına hansı ölkədən hansı üsulla daxil olması barədə əvvəlcədən məlumat verməmiş, ona sadəcə olaraq qeyd olunan yerdə bağlama olması barədə məlumat vermişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələri doğrudur, həmin ifadələrini tam təsdiq edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Kamran və Ramini Şirvan şəhərindən tanıyır, Kamranı taksi sürcüsü kimi tanımışdır. Ramin hadisə olan gecə ona demişdir ki, “birlikdə Biləsuvara gedək, mənə orada nəşə verəcəklər, gedib götürək, sənə də çəkmək üçün verəcəm”. Raminlə tanış olduğundan, ona da çəkmək üçün pay verəcəyini dediyindən, onunla birlikdə getməyə razı olmuşdur. Bu səbəbdən ondan onları aparması üçün tanış taksi tapmağı xahiş etmişdir. Özü də Kamranı tanıdığından onları aparıb gətirməsi üçün ona demiş, Kamran da gedibgəlməyə razılaşmışdır. Lakin həmin vaxt Kamrana pul verməmiş, gedib gələndən sonra bir-iki günə Kamrana pulunu verəcəkləri barədə razılıq əldə etmişlər. Raminin Kamranla tanışlığı olmamış, Kamranı yalnız yanında görmüşdür. Kamranın bu işlə heç bir əlaqəsi olmamış, 60 manat pula gedib gəlməyə razılaşmışlar. Daha sonra birlikdə Biləsuvar rayonuna getmişlər. Ramin maşını saxladıb yerə düşüb, yol nişanının yanından narkotiki götürmüşdür. Raminin narkotiki götürməyin bilməmiş, sonradan bilmiş ki, Ramin kurtkasının altında bağlamanı gizlədib gəlib maşına oturub. Ramin maşından düşəndə demişdir ki, “tanışım var dəyib qayıdıram”, lakin onun narkotik götürəcəyini bilirmiş. Ramin qayıdıb maşında qabaqda oturduqdan sonra yola davam etmişlər, bir qədər getdikdən sonra orada Azpetrol X1 yanında YPX əməkdaşları maşına saxla işarəsi vermişlər. Həmin vaxt Ramin Kamrana maşını saxlamayıb sürməyini demiş, Kamran isə maşını saxlamamışdır. Kamran maşını sürüb getmiş, Biləsuvarın çıxacağında isə maşını “bardura” vurmuş, təkər sınmış və maşın dayanmışdır. Həmin vaxt isə Ramin maşından düşüb qaçmışdır. Polis əməkdaşları isə gəlib onları saxlamışdır. Daha sonra onları Biləsuvar polis şöbəsinə aparmışlar. Orada Raminin kimliyini soruşmuşlar, o isə Ramini Şirvandan tanıdığını polislərə bildirmiş, sonra portalda onun şəkilini gətirmişlər, özü isə baxıb demişdir ki, budur. Lakin deyəndə ki, Kamranın xəbəri yoxdur, ona görə biraz əl-qol atmışlar, onu döymüşlər, lakin demiş ki, fakt bu işdən Kamranın xəbəri yoxdur. Sonra onları aşağı düşürüb, maşının kimə məxsus olmasını soruşmuşlar. Kamran isə maşının ona aid olduğunu demişdir. Polislər isə gedib maşından bağlamanı çıxarmağı tələb etmişlər, o isə onlarda bağlamanın olmadığını demişdir. Bundan sonra bağlama arxa oturacaqdan aşkar edilmişdir. Video-çəkiliş olmuş həmin vaxt, özü də sənədləri imzalamışdır. Bundan sonra onları MSY-nə aparmışlar, hadisədən 10 gün sonra isə Ramin tutulmuşdur. Cibindən aşkar edilmiş narkotiklər özünə məxsus olmuşdur. Həmin narkotikləri şəxsi istifadəsi üçün üstündə saxlamışdır, üç büküm narkotik olmuşdur. Ramin iranlı ilə yol boyu yazışmış, özünün telefonu da Ramin də olmuş çünki həmin vaxt Raminin telefonunda internet qurtarmışdır. Azpetrol yanacaq doldurma məntəqəsi yaxınlığında gözləmişlər, iranlı Raminə həmin vaxt şəkil zad göndərmiş, lakin özü Ramindən heçnə soruşmamış ki, Kamranın xəbəri olmasın. Özünə məxsus telefonda şəkillər olmuşdur, Ramin onun telefonu ilə danışmışdır. Bağlamı isə ilk dəfə şöbədə, maşının arxa oturacağında ayaqaltında aşkar edilərkən görmüşdür. Raminin həmin bağlamanı ora necə atmasın görməmişdir. Həmin bağlamada hər növ narkotik, dərman, tiryək, metamfetamin, heroin və marixuana olmuşdur. Çəkiliş zamanı Raminlə birlikdə gəldiyini, narkotikin hamısının özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən yalnız heroin qəbul etmişdir. 28 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və “Biləsuvar şəhərinə getməliyəm avtomobil tap” sözlərini bildirmişdir . O da Ramindən nə üçün getdiyini soruşan zaman, Ramin ona Biləsuvar şəhərində İİR vətəndaşı Mehdi adlı şəxsdən narkotik vasitələr götürəcəyini və ona görə də getməli olduğunu bildirmişdir. Hətta, Ramin həmin narkotik vasitələrdən ona da pay verəcəyini bildirmişdir . O da buna görə əvvəlcədən tanıdığı Kamran adlı şəxsə “WhatsApp” sosial şəbəkəsi vasitəsi mesaj yazaraq Raminlə onu Biləsuvar şəhərinə aparmasını xahiş etmiş, lakin Kamrana hansı məqsədlə gedəcəyi barədə məlumat verməmişdir. Kamran da onda hazırda Şirvan şəhərində olmasını bildirmişdir. O, Kamrana Raminin telefon nömrəsini zəng etməsi üçün mesajla göndərmişdir. Həmin günü təxminən saat 17 radələrində o, yaşadığı binanın qarşısında dayanan zaman Kamran özünün idarə etdiyi Opel Astra markalı, **-XX-*** nömrəli avtomobillə yanına gəlmişdir. Kamran gələn zaman Raminin artıq avtomobilin qabaq hissəsində əyləşməsini görmüşdür. O da avtomobildə sürücünün arxa hissəsində əyləşmiş və Kamran Biləsuvar şəhərinə getmək üçün avtomobili hərəkətə gətirmişdir. Onlar yolda olan zaman Ramin həmin qohumu dediyi şəxslə telefonla mesajlaşaraq əlaqə saxlamışdır. Daha sonra Ramin mobil telefonunda internet xəttinin dayanmasını deyərək, onun mobil telefonunu almış və həmin qohumu dediyi şəxslə onun telefonu ilə mesajlaşmağa davam etmişdir. Onlar Biləsuvar şəhərinin girişində yerləşən “Azpetrol YDM” yanında olan zaman Ramin onun telefonu ilə Azpetrolun YDM-nin şəklini çəkərək həmin şəxsə göndərmişdir. Daha sonra telefonu özünə qaytarmışdır. O, Ramindən şəkil çəkməsinin səbəbini soruşan zaman Ramin ona danışdığı şəxsə olduğu yer barədə məlumat vermək üçün şəkil çəkdiyini bildirmişdir. Sonra Kamran telefonda naviqatora baxaraq “Azpetrol YDM” arxa hissəsində olan asfalt yola daxil olmuş, daha sonra qarşıda olan dörvrələmə yolundan dönərək sol tərəfdə olan asfalt yolla hərəkət etmişdir. Onlar bir-iki klometr getdikdən sonra Ramin üzərində Muğankənd sözü yazılmış lövhəni göstərmiş və “geri qayıt və lövhənin yanında saxla” sözlərini bildirmişdir. Kamran da Raminin dediyini etmiş və geri dönərək yol nişanından biraz kənarda saxlamışdır. Artıq həmin vaxt hava qaraldığı və hər hansı bir işıq olmadığı üçün ətraf qaranlıq olmuşdur. Ramin avtomobildən düşmüş və yolun digər tərəfinə keçərək lövhənin yaxınlığından aşağı düşmüşdür. Bir-iki dəqiqə sonra Ramin əlində bir ədəd qara rəngli idman çantası ilə gəlib avtomobilin qabaq hissəsində əyləşmiş və həmin çantanı öz ayaqaltına qoymuş, daha sonra Kamrana avtomobili sürüb getməsini bildirmişdir. Onlar Biləsuvar rayonu ərazisində keçən Ələt-Astara yolunun sağ kənarında yerləşən “Lukoil” YDM-nin yaxınlığında olan zaman polis əməkdaşları Kamrana saxla işarəsi vermişlər. Bu zaman Ramin ucadan qışqıraraq Kamrana hazırda axtarışda olmasını və tutulacağı təqdirdə həbsə düşəcəyini bildirərək, avtomobili saxlamamasını tələb etmişdir. Kamran da avtomobili saxlamamış və sürməyə davam etmişdir. Polis onları təqib edən zaman Ramin çantanı arxa sol ayaqaltına qoymuşdur. Onlar Biləsuvar şəhərindən çıxmaq istəyən zaman Kamran sürətli şəkildə sola tərəf döndüyü üçün avtomobilin qabaq sağ təkəri bardürə dəymiş və sınmışdır. Bu zaman Ramin avtomobildən düşərək qaçmağa başlamışdır. Polis əməkdaşları onlara yaxınlaşmışlar və üzərində narkotik vasitə olması şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Lakin Ramini tuta bilməmişlər. Polis şöbəsində vəkili Fədai Quliyevin və polis əməkdaşların iştirakı ilə videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, özü əynidə olan qolsuz gödəkçənin sağ yan cibində olan içərisində müxtəlif növ psixotrop maddələr və narkotik vasitələr olan pul kisəsini təqdim etmiş və içərisində olanları elan etmişdir. Həmin pul kisəsinin içərisinə baxan zaman bir neçə ədəd bükülü aşkar olunmuşdur. Bükülülərdən 1-ci bükülü açılıb baxıldıqda metamfetaminə bənzər maddə 5,49 qram, 2-ci bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə 10,55 qram, 3-cü bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə 20,67 qram, 4-cü bükülü açılıb baxıldıqda içərisində tiryəkə bənzər maddə 1,10 qram, 5-ci bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə 0,21 qram, 6-cı bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə 0,41 qram, 7-ci bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə 0,41 qram, 8-ci bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə 0,12 qram olması müəyyən olunmuşdur. Bundan başqa içərisində metamfetaminə bənzər maddə olan bükülülər elektron tərəzidə çəkildikdə 3 bükülü ilə birlikdə çəkisinin ümumilikdə 16,43 qram, içərisində heroinə bənzər maddə olan 4 bükülü elektron tərəzidə çəkildikdə bükülülər ilə birlikdə çəkisinin ümumilikdə 21,39 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri Şirvan şəhərində Ramindən almış, satış məqsədi ilə üzərində daşımışdır. Daha sonra Kamranın idarə etdiyi Opel Astra markalı, **-XX-*** nömrəli avtomobilə onun, Kamranın və onları vəkillərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, özü avtomobilin sol arxa oturacağın ayaqaltı hissəsində olan bir ədəd idman çantasını təqdim etmiş və içərisində narkotik vasitələr olmasını və Raminə məxsus olmasını bildirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin qara rəngli idman çantasının içərisində ayr-ayrı bükülülər vardır, həmin bükülülər bir-bir açılıb baxılmış, 1-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə 2 (iki) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda 480 qram metamfetaminə bənzər maddə, digər bükülü açılıb baxıldıqda metamfetaminə 1840 qram bənzər maddə, 2-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə 2 (iki) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda 900 qram metamfetaminə bənzər maddə, digər bükülü açılıb baxıldıqda 1645 qram metamfetaminə bənzər maddə, 3-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə 3 (üç) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda 260 qram tiryəkə bənzər maddə, digər bükülü açılıb baxıldıqda 635 qram tiryəkə bənzər maddə, o biri bükülü açılıb baxıldıqda 265 qram tiryəkə bənzər maddə, 4-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə 3 (üç) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda 985 qram tiryəkə bənzər maddə, digər bükülü açılıb baxıldıqda 510 qram tiryəkə bənzər maddə, o biri bükülü açılıb baxıldıqda 250 qram tiryəkə bənzər maddə, 5-ci bükülü açılıb baxıldıqda 2 ədəd ayrı-ayrı bükülü olması, 1-ci bükülü açılıb baxıldıqda içərisində 935 qram tiryəkə bənzər maddə olması, digər bükülü açılıb baxıldıqda içərisində 950 qram tiryəkə bənzər maddə, 6-cı bükülü açılıb baxıldıqda içərisində 295 qram tiryəkə bənzər maddə, 7-ci bükülü açılıb baxıldıqda həmin bükülünün içərisində 685 qram həşiş qətranına bənzər maddə, 8-ci bükülü açılıb baxıldıqda həmin bükülü içərisində 175 qram qurudulmuş marixunaya bənzər bitki kütləsi, 9-cu bükülü açılıb baxıldıqda isə, həmin bükülüdə 460 qram heroinə bənzər maddə olması, 10-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə 40 list hər birində 10 konvolyut dərman həbləri olan narkotik vasitə metodona bənzər maddə olması müəyyən olunmuşdur. Bundan başqa içərisində metamfetaminə bənzər maddə olan bükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 4865 qram, içərisində tiryəkə bənzər maddə olan bükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 5095 qram, ümumilikdə bütün narkotik vasitə və psixotrop maddələr çəkildikdə isə çəkilərinin 11,655 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülülər qablaşdırılaraq götürülüb və bu barədə protokol tərbib edilmişdir. Həmin protokolla o, müdafiəçisi Fədai Quliyev ilə tanış olmuş və imzalamışdır. Ramin ona əvvəlcədən İİR vətəndaşı Mehdi adlı şəxsdən narkotik vasitə götürəcəyini bildirmişdir. Raminin Biləsuvar şəhərində narkotik vasitələr olan bağlamanı götürmək üçün gəldiyini o, əvvəlcədən bilirmiş, lakin Kamranın bu barədə heç bir məlumatı olmamışdır. Kamran həmin idman çantasının içərisində narkotik vasitələr olmasını polis şöbəsində öyrənmişdir. 28 fevral 2023-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində olan zaman həmin külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Ramindən almış və satmaq məqsədi ilə üzərində daşımışdır. Onun üzərində olan narkotik vasitələrdən və psixotrop maddələrdən Kamranın məlumatı olmamışdır. Onlar yolda olan zaman o, Təqsirləndirilən şəxs1la narkotik vasitələrlə bağlı heç bir söhbət etməmişdir. Ramin ona Şirvan şəhərinə qayıdacaqlarını, lakin narkotik vasitələri kimə verəcəyini deməmişdir. Ramin ona nə qədər verəcəyini də deməmiş, lakin istifadəsi üçün verəcəyini bildirmişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, saxlanılan zaman üzərində 8 büküm yox 3 bükümdə narkotik vasitələr və psixotrop maddə olduğunu, həmin vasitələr və maddəni satış məqsədilə əldə etmədiyini, ifadələrində narkotikləri Ramindən almadığını, tanımadığı şəxsdən aldığını dediyini, həmin ifadələrini oxumadan, Kamranı buraxsınlar deyə imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 28 fevral 2023cü il tarixdə Şahid4 və yanında olan şəxslərin Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdu. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdı. 28 fevral 2023-cü il tarixdə saat 21:15 radələrində Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, “Azpetrol” X1 yaxınlığında yerləşən dövrələmə yolunda hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdü. “Lukoil” X1 yaxınlığında avtomobilə “saxla” işarəsi verilmiş, lakin avtomobilin sürücüsü Şahid4 “saxla” işarəsinə məhəl qoymayaraq öz hərəkətini davam etdirmişdi. Daha sonra Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisində “Biləsuvar” sözü yazılmış lövhənin yaxınlığında avtomobil magistralın qoruyucu dəmirinə dəyərək dayanmışdı. Bundan sonra onlar avtomobilə yaxınlaşmış, avtomobildən bir nəfər şəxs düşmüş və sağ tərəfdən sürətlə qaçaraq uzaqlaşmışdı. Onlar isə Şahid4 və Təqsirləndirilən şəxs2 avtomobillə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Avtomobildə YPX əməkdaşı da olmuş. Şöbədə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış nəticəsində aşkar edilib götürülmüş bir ədəd qara rəngli çantaya açılıb baxıldıqda içərisində ayrı-ayrı 7-8 bükülü olması müəyyən olunmuşdu. Daha sonra avtomobilə baxış keçirilmişdi. Baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus içərisində narkotik vasitələr olan idman çantasının avtomobildə olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs2 avtomobilin sol arxa qapısını açıb, oturacağın alt hissəsindən bir ədəd qara rəngli əl çantasını təqdim edərək, həmin çantanın içərisində Raminə məxsus narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd qara rəngli idman çantası açılıb baxılmış, səhv etmirəmsə, içərisində heroin, metamfetamin, dərman olması müəyyən edilmişdi. Aşkar edilmiş narkotik maddələrlə bağlı Təqsirləndirilən şəxs2 bildirmiş ki, onlar Təqsirləndirilən şəxs1 məxsusdur, üzərində olanlar isə özünə məxsusdur. Saxlanılmış şəxslərə qarşı heç bir təsir və ya təzyiqlər edilməyib. Təqsirləndirilən şəxs1 hadisədən sonra saxlanılmışdır. Saxlanılan şəxslərdən heç birinə nə özü, nə də digər əməkdaşlar tərəfindən təzyiqlər edilib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vuraraq, Biləsuvar şəhərinə getmək istədiyini deyərək, nə qədər pul alacağını soruşmuşdur. O da Elmirə “Biləsuvar şəhərinə gedibgəlmək üçün 60 manat pul verməlisən” sözlərini bildirmişdir. Elmir də onunla razılaşmış və ona dostu dediyi Ramin adlı şəxsin mobil nömrəsi göndərmişdir. O da Raminlə telefonla danışmış gedib birinci Ramini, daha sonra isə Elmiri götürüb birlikdə yola çıxmışlar. Axşam hava qaranlıq vaxtı Ramin üzərində Muğankənd sözü yazılmış lövhəni göstərərək, lövhənin yanında saxlamasını xahiş etmişdir. Avtomobili saxlamış, Ramin düşmüş, özü isə telefonla oynağa başlamışdır. Bundan sonra Ramin avtomobilə qayıtmışdır. Avtomobili yenidən idarə etməyə başlamışdır. Bir qədər getdikdən sonra YPX əməkdaşlar ona saxla işarəsi vermişlər. Daha sonra polislər onları saxlamış, şöbəyə getdikdən sonra isə aydın olmuşdur ki, nəyə görə saxlanılıblar. Ramin maşına qayıdarkən çanta görməmişdir. Lakin şöbəyə çatanda bilmiş ki, maşında arxa ayaqaltısında çanta var, içərisində də narkotiklər. Özü əvvəlcədən çoxlu inzibati xəta törətmiş və buna görə də inzibati cərimələri və sürücülük vəsiqəsinin üzərində cəza balları olduğuna görə sürücülük hüququ da polis tərəfindən məhdudlaşdırıldığından qorxmuş və saxla əmrinə tabe olmamış, avtomobili saxlamaq istəməmişdir. Həmçinin Ramin ona hazırda axtarışda olmasını və polislər tərəfindən tutulacağı təqdirdə həbsə düşəcəyini deyərək avtomobili sürməyini tələb etmişdir. Buna görə də avtomobili sürməyə davam etmiş, daha sonra təkəri vurub sındırdığından avtomobili saxlamışdır. Həmin vaxt Ramin düşüb qaçmış, onları isə polislər saxlamışlar. Şöbədə isə maşındakı çantadan çoxlu narkotiklər çıxmışdır. Avtomobili saxlayarkən hər iki təqsirləndirilən şəxs maşından düşdüyündən onlar avtomobilə geri qayıdarkən onlara fikir verməmiş, çantanı görməmişdir. Ramini isə yaxından tanımamış, Elmir ona zəng edərkən Biləsuvara qohumugilə gedəcəklərini demişdir. Çantanı isə Ramin maşına qayıdarkən gətirmiş, lakin hava qaranlıq olduğundan və onlara fikir vermədiyindən çantanı görməmişdir. Saxlanıldığı yerdən isə şöbəyə gedərkən maşınında özü, Elmir və iki polis əməkdaşı olmuş, maşın evakuatorla şöbəyə aparılmış, özləri də maşının içində olmuşlar. İş materiallarında olan Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanladığı “Raport”undan müəyyən olunur ki, Şahid4 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 6) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 28 fevral 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Şahid4 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 7-8) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 həmin tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 26) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 49) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qolsuz qış gödəkçəsinin sağ yan cibindən aşkar edilib götürülmüş bir ədəd qara rəngli cib çantası açılıb baxıldıqda içərisində ayrı-ayrı bükülülər olması müəyyən olunmuşdur. Həmin bükülülərdən birinci açılıb baxıldıqda metamfetaminə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 5,49 qram olması, 2-ci bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 10,55 qram olması, 3-cü bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə 20,67 qram olması, 4-cü bükülü açılıb baxıldıqda içərisində tiryəkə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə 1,10 qram olması, 5-ci bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə 0,21 qram olması, 6-cı bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 0,41 qram olması, 7-ci bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə 0,41 qram olması, 8-ci bükülü açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olması və şöbənin elektron tərəzisi ilə çəkildikdə 0,12 qram olması müəyyən olunmuşdur. Bundan başqa içərisində metamfetaminə bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə 3 bükülü ilə birlikdə çəkisinin ümumilikdə 16,43 qram, içərisində heroinə bənzər maddə olan 4 bükülü elektron tərəzidə çəkildikdə bükülülər ilə birlikdə çəkisinin ümumilikdə 21,39 qram olması müəyyən edilmiş və götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd Samsung A23 markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (c 1, i.v 58-60) İş materiallarında olan baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Biləsuvar RPŞ-nin həyətində baxış keçirilmişdir. Rasim Salmanov avtomobilin sol arxa qapısını açıb, oturacağın alt hissəsindən bir ədəd qara rəngli əl çantasını təqdim edərək, həmin çantanın içərisində Raminə məxsus narkotik vasitə və psixotrop maddə olmasını, həmin narkotik vasitədən və psixotrop maddələrdən özünün məlumatının olduğunu, lakin sürücü Şahid4 məlumatının olmadığını, həmin narkotik vasitəni və psixotrop maddəni Raminin Şirvan şəhərinə aparacağını və özünə müəyyən miqdarda narkotik vasitə çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd qara rəngli idman çantası açılıb baxılmışdır. Baxış zamanı həmin qara rəngli idman çantasının içərisində ayr-ayrı bükülülər olması müəyyən edilmişdir. Həmin bükülülər bir-bir açılıb baxılmış, 1-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə 2 (iki) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda metamfetaminə bənzər maddə, metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 480 qram,digər bükülü açılıb baxıldıqda metamfetaminə bənzər maddə, metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1840 qram, 2-ci bükülü açılıb baxıldıqda həmin bükülüdə 2 (iki) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda metamfetaminə bənzər maddə, metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 900 qram, digər bükülü açılıb baxıldıqda metamfetaminə bənzər maddə, metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1645 qram, 3-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə 3 (üç) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda tiryəkə bənzər maddə, tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 260 qram, digər bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə, tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 635 qram, o biri bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə, şöbənin elektron şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 265 qram, 4-cü bükülü açılıb baxıldıqda həmin bükülüdə 3 (üç) ədəd bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda tiryəkə bənzər maddə, tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 985 qram, digər bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə, tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 510 qram, o biri bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə, şöbənin elektron şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 250 qram, 5-ci bükülü açılıb baxıldıqda 2 ədəd ayrı-ayrı bükülü olması, 1-ci bükülü açılıb baxıldıqda içərisində tiryəkə bənzər maddə olması, həmin maddə şöbənini elektron tərəzisi ilə çəkildikdə çəkisinin 935 qram, digər bükülü açılıb baxıldıqda içərisində tiryəkə bənzər maddə olması, həmin maddə şöbənini elektron tərəzisi ilə çəkildikdə çəkisinin 950 qram, 6-cı bükülü açılıb baxıldıqda içərisində tiryəkə bənzər maddə olması, həmin maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 295 qram, 7-ci bükülü açılıb baxıldıqda həmin bükülünün içərisində həşiş qətranına bənzər maddə, şöbənin elektron tərəzisində çəkildikdə çəkisinin 685 qram, 8-ci bükülü açılıb baxıldıqda həmin bükülülü içərisində qurudulmuş marixunaya bənzər bitki kütləsi, həmin bitki kütləsi şöbənin elektron tərəzisində çəkildikdə çəkisinin 175 qram, 9-cu bükülü açılıb baxıldıqda isə, həmin bükülüdə heroinə bənzər maddə olması, şöbənini elektron tərəzisində çəkildikdə çəkisinin 460 qram, 10-cu bükülü açılıb baxıldıqda həmin bükülüdə 40 list hər birində 10 konvolyut dərman həbləri olan narkotik vasitə metodona bənzər maddə olması müəyyən olunmuşdur. Bundan başqa içərisində metamfetaminə bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 4865 qram, içərisində tiryəkə bənzər maddə olan bükükülülər elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin ümumilikdə 5095 qram olması müəyyən olunmuşdur. (c 1, i.v 61-64) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bükülülər.... " sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram: ümumi təmiz çəkisi 17,915 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr: 5,224 qr: 0,031 qram; ümumi təmiz çəkisi: 15,319 qram olan maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükümdə təmiz çəkisi: 1,021 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bükülülər.......” sözlər və imzalar olan 1 ədəd kisədəki, 1 ədəd bükümdə təmiz çəkisi: 445,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1790,0 qr: 1620,0 qr: 880,0 qr: 460,0 qram: ümumi təmiz çəkisi: 4750,0 qram olan ağ rəngli kristalşəkilli olan maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 975,0 qr: 290,0 qr: 940,0 qr: 920,0 qr: 625,0 qr: 495,0 qr: 245,0 qr: 250,0 qr: 255,0 qram; ümumi təmiz çəkisi: 4995,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: 660,0 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır; 1 ədəd bükülüdə təmiz çəkisi: 135,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 40 ədəd konvalyutda (listdə) hər birinin 10 ədəd olmaqla ümumi sayı 400 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və həblərin təsir edici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsir edici maddəsinin ümumi miqdarı: 16,0 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 4 ədəd bükümdə ümumi təmiz çəkisi: 17,915 qram olan heroinlər, Şahid4 idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd bükülüdə təmiz çəkisi: 445,0 qram olan heroindən fərqlidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 ədəd bükümdə ümumi təmiz çəkisi: 15,319 qram olan metamfetaminlər, Şahid4 idarə etdiyi avtomobildən aşkar edilmiş 4 ədəd bükülüdə ümumi təmiz çəkisi: 4750,0 qram olan metamfetaminlər ilə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi: 1,021 qram olan tiryək, Şahid4 idarə etdiyi avtomobildən aşkar edilmiş 9 ədəd bükülüdə ümumi təmiz çəkisi: 4995,0 qram olan tiryəklər ilə, kimyəvi komponent tərkiblərinə görə eynidir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, heroinin ümumi təmiz çəkisi 17,915 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 17,715 qram, heroinin təmiz çəkisi 445,0 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 444,9 qram, metamfetaminin ümumi təmiz çəkisi 15,319 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 15,169 qram, metamfetaminin ümumi təmiz çəkisi 4750 qram, tədqiqata sərf olundu 0,4 qram, qalıq 4749,6 qram, tiryəkin təmiz çəkisi 1,021 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,971 qram, tiryəkin ümumi təmiz çəkisi 4995,0 qram, tədqiqata sərf olundu 0,9 qram, qalıq 4994,1 qram, həşiş qətranının təmiz çəkisi 660,0 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 659,9 qram, marixuananın təmiz çəkisi 135 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 134,95 qram, metadon ümumi həb 400 ədəd, tədqiqata sərf olundu 20 ədəd, qalıq 380 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. (c 1, i.v 73-77) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 9/2023 nömrəli qərarından görünür ki, Şahid4 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 fevral 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 160- 161) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 10/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 fevral 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 162-165) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, telefonun şəkillə olan proqramına baxış zamanı orada Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” X1 fotoşəkilinin olması müəyyən edilmiş, bundan əlavə telofonun vatsaap proqramına baxış zamanı orada +98 914 666 40 90 saylı İİR-ə məxsus olan mobil nömrəsi olması, həmin nömrənin telefona xx.xx.2023-cü il tarixdə yazılması müəyyə edilsə də, lakin hər hansı bir sözlü və ya səsli mesaj aşkar olunmamışdır. (c 1, i.v 173) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan gizlənməklə çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmiş, tutulduqda Biləsuvar RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (c 1, i.v 177-178) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş - 17,915 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -17,715 qram, -15,319 qram metamfetaminin tədqiqatdan sonrakı 15,619 qram, -1,021 qram tiyəkin tədqiqatdan sonrakı -0,971 qram qalığı və Şahid4 idarə etdiyi avtomobildən aşkar edilmiş -445 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -444,9 qram, -4750 qram metamfetaminin tədqiqatdan sonrakı 4749,6 qram, -4995 qram tiyəkin tədqiqatdan sonrakı -4994,1 qram, -660 qram həşiş qətranın tədqiqatdan sonrakı 659,9 qram, -135 qram marixuana tədqiqatdan sonrakı -134,95 qram və 400 ədəd metadon həblərinin tədqiqatdan sornakı 380 ədəd qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. (c 1, i.v 181-182) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(022)- 84/2023 saylı qərarından görünür ki, Şahid4 ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 28 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 192) İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 18:30-da Şirvan şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. (c 1, i.v 195) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 11/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 mart 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 239-240) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə 06 il azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il, 08 ay azadlıqan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası 06 ay azaldılıb, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatması ilə azad edilmişdir. (c 2, i.v 41-42) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.3-cü, 29, 317- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 06 il, 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatması ilə azad edilmiş, CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il, 02 ay azadlıqan məhrum edilmişdir. (c 2, i.v 43-44) İş materiallarında olan Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində xx.xx.2015-ci il və xx.xx.2020-ci il təvəllüdlü uşaqları vardır. Barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c 2, i.v 59-63) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 72) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 288 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 73) İş materiallarında olan 27 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid4 ifadələrində göstərdikləri xüsusatları hadisə yerində bir daha təsdiq etmişlər. (c 2, i.v 82-96) İş materiallarında olan 26 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Şahid4 ittiham elan edilməsi üçün kifayət qədər sübutlar olmadığı və cinayət işi materiallarında əməlində cinayət tərkibi olmadığı üçün başlanılmış cinayət işinin onun barəsində olan hissəsinə xitam verilməsi və onun Bakı İstintaq Təcridxanasından azad edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkibi olmadığına görə onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs2 üzərindən 1,021 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar olunsa da, Təqsirləndirilən şəxs2 narkotik vasitə tiryəki satış məqsədi ilə üzərində daşıdığına görə onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət tərkibi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibi başlanılmadan rədd edilməsi, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Samsung A23” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməli və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. (c 2, i.v 142-162) İş materiallarında olan Bakı İstintaq Təcrixanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət müşahidə olunmamış, sol saidin ön səthində köhnə çapıq toxuma yara müşahidə edilmişdir. (c 3, i.v 136-140) İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1216/2022 saylı qərarından görünür ki, cəzasının sonu xx.xx.2023-cü ildə başa çatan Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 6 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 3, i.v 141-145) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Mikayılov X7 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü İİR-də olan digər şəxs ona qurudulmuş marixuana göndərdiyini demiş, narkotikin çox olması ilə bağlı heçnə deməmiş, eyni zamanda narkotiki kiməsə verməyi tapşırmamış, demiş ki, “səndə qalsın deyəcəm”, götürdüyü bağlama isə kiçik olmuşdur. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Təqsirləndirilən şəxs1 təklifi ilə Biləsuvar rayonuna qurudulmuş marixuana götürmək məqsədi ilə getmiş, Təqsirləndirilən şəxs1la tanış olduğundan, ona da çəkmək üçün pay verəcəyini dediyindən, onunla birlikdə getməyə razı olmuş, cibindən aşkar edilmiş narkotiklər özünə məxsus olmuş, həmin narkotikləri şəxsi istifadəsi üçün üstündə saxlamış, ümumilikdə üç büküm narkotik olmuşdur. Polis şöbəsində fiziki təzyiqlər və təhdidlər edildiyi üçün çəkiliş zamanı Raminlə birlikdə gəldiyini, narkotikin hamısının özünə məxsus olduğunu etiraf etmiş, daha sonra ifadələrini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs2 irəli sürdüyü saxlanılarkən və polis şöbəsində olarkən onlara polis əməkdaşları tərəfindən fiziki təzyiq, təhdid və pis rəftar edilməsi ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilmədiyini, şikayətinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən onlara qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onların özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (nəzərə almaq lazımdır ki, həmin ifadələri Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan və tətqiq edilərkən təsdiq etmişdir) şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 96-99), xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 123-127, cild İİ – i.v 196-200) qismində, eləcədə xx.xx.2023-cü ildə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında (cild İ – i.v. 162-165) verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs2 hadisə günü Təqsirləndirilən şəxs1 ona zəng vurub Biləsuvar şəhərində İİR vətəndaşı Mehdi adlı şəxsdən narkotik vasitələr götürəcəyini və ona görə də getməli olduğunu bildirdiyini, həmin narkotik vasitələrdən ona da pay verəcəyini, onlar yolda olan zaman Ramin mobil telefonunda internet xəttinin dayanmasını deyərək, onun mobil telefonunu alıb və həmin şəxslə onun telefonu ilə mesajlaşmağa davam etdiyini, Raminin avtomobildən düşüb və yolun digər tərəfinə keçərək bir-iki dəqiqə sonra əlində bir ədəd qara rəngli idman çantası ilə gəlib avtomobilin qabaq hissəsində əyləşib və həmin çantanı öz ayaqaltına qoyduğunu, daha sonra polis onları təqib edən zaman Raminin çantanı arxa sol ayaqaltına qoyduğunu, Raminin ona əvvəlcədən İİR vətəndaşı Mehdi adlı şəxsdən narkotik vasitə götürəcəyini bildirdiyini, Raminin Biləsuvar şəhərində narkotik vasitələr olan bağlamanı götürmək üçün gəldiyini əvvəlcədən bildiyini, üzərində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə daşıdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Eyni zamanda cinayət təqibi başlanan andan digər Təqsirləndirilən şəxs1 da müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 215-217), xx.xx.2023-cü ildə xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 228-232, cild İİ – i.v 181-185) qismində, eləcədə xx.xx.2023-cü ildə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında (cild İ – i.v. 239-240) verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 28 fevral 2023-cü il tarixdə saat 13 radələrində İİR-də olan Mehdi adlı şəxsin ona vatsaap sosial şəbəkəsi vasitəsi ilə zəng vuraraq, “Biləsuvar rayonunda içərisində narkotik vasitələr olan çanta gizlətmişəm, get götür” sözlərini bildirməsini, özünün də Mehdiyə “gəlib götürəcəm” sözlərini deyərək cavab verdiyini, buna görə də tanışı Təqsirləndirilən şəxs2 zəng vuraraq “Biləsuvar şəhərində İranlı tanışım Mehdi mənə narkotik vasitələr verəcək, maşın tap ora gedək” sözlərini dediyini, onunla qabaqcadan razılaşdığını, daha sonra Təqsirləndirilən şəxs2la birlikdə gedib İranlı Mehdi adlı şəxsin dediyi Biləsuvar rayonu, Muğan kənd ərazisində “Muğankənd” sözləri yazılmış yol nişanın yaxınlığında olan bağlamanı götürdüyünü, həmin çantanı Şirvan şəhərinə apardıqdan sonra Mehdi ona hara aparacağını və kimə verəcəyini deyəcəyini, bunun qarşılığından isə Mehdinin ona pul göndərəcəyini, Elmirə isə götürdüyü narkotik vasitələrdən pay verəcəyi barədə aralarında razılıq əldə etdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin bağlamanı avtomobilin arxa hissəsinə qoyub qaçdığını, Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitələrdən və psixotrop maddələrdən xəbərinin olmadığını, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitə vermədiyini, sadəcə olaraq Mehdinin göndərdiyi narkotik vasitədən pay verəcəyini vəd etdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı hadisə günü İİR-də olan digər şəxsin ona qurudulmuş marixuana göndərdiyini deməsi, narkotikin çox olması ilə bağlı heçnə deməməsi, eyni zamanda narkotiki kiməsə verməyi tapşırmaması, götürdüyü bağlamanın isə kiçik olması barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə şahid ifadələri, baxış və götürmə haqqında protokol, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fizikikimyəvi və bioloji ekspertizasının rəyi ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdükləri dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxslər istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı öz aralarında və digər şəxslə qabaqcadan razılaşaraq sonuncu tərəfindən Biləsuvar rayonu Muğankənd kəndinin giriş hissəsində yolun kənarında quraşdırılmış üzərində “Muğankənd” sözü yazılmış löhvənin yaxınlığında gizlədilmiş narkotik vasitələri və psixotrop maddəni götürmək məqsədilə birlikdə həmin əraziyə getdiklərini etiraf etmişlər, onların həmin etirafedici ifadələri də iş materiallarında olan digər sübutlarla şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tam olaraq öz təsdiqini tapır. Bu hal isə təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmələrini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin yuxarıda göstərilən vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddənin ölkə ərazisində qanunsuz olaraq realizə edilməsini icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdikləri şəxsin Biləsuvar rayonu Muğankənd kəndinin giriş hissəsində yolun kənarında quraşdırılmış üzərində “Muğankənd” sözü yazılmış löhvənin yaxınlığında narkotik vasitələr və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs1 dəqiq məlumatlar ötürməsini, sonuncunun isə Təqsirləndirilən şəxs2la bu barədə aralarında razılıq əldə etməsini, onların cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdikləri və qabaqcadan əlbir olduqları digər şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməzdən əvvəl 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 17,915 qram narkotik vasitə heroini, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr; 5,224 qr; 0,031 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 15,319 qram psixotrop maddə metamfetaminləri və 1 bükümdə 1,021 qram olan narkotik vasitə tiryəki əldə edərək, üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirərək, həmin narkotik vasitələrin ümumilikdə üç ədəd bükümdə olduğunu, narkotik vasitələri isə şəxsi istifadə etmək məqsədilə əldə edib, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində Biləsuvar sözü yazılmış löhvənin yaxınlığında polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qış gödəkçəsinin sağ yan cibindən olan 1 ədəd qara rəngli cib çantasının içərisindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 17,915 qram narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr; 5,224 qr; 0,031 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 15,319 qram psixotrop maddə metamfetaminlər və 1 bükümdə 1,021 qram olan narkotik vasitə tiryək aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş vasitələrin və maddənin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitələr və maddənin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs2 şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan maddələrin özünə məxsus olmasını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış vasitələr və maddənin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə yuxarıda qeyd edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsini və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş vasitələr və maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 öz şəxsi istifadəsi üçün 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,039 qr; 17,470 qr; 0,356 qr; 0,050 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 17,915 qram narkotik vasitə heroini, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 10,064 qr; 5,224 qr; 0,031 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda, yəni 15,319 qram psixotrop maddə metamfetaminləri və 1 bükümdə 1,021 qram olan narkotik vasitə tiryəki tədarük etməsi, həmin narkotik vasitələri və psixotrop maddəni ümumilikdə səkkiz ədəd bükümlərə ayırması, vasitələr və maddənin üç çeşiddə olması, həmin bükümləri üzərində daşımaqla gəzdirməsi inandırıcı deyil. Eyni zamanda aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 119 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 9 dəfədən, psixotrop maddənin şəxsi istehlak miqdarından 102 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 8 dəfədən, narkotik vasitə tiryəkin isə şəxsi istehlak miqdarından 2 dəfə artıq olması, həmin narkotik vasitəni üzərində saxlamaqla yaşadığı şəhərdən kənarda başqa bir şəhər ərazisində daşıması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 məzh həmin narkotik vasitələri və psixotrop maddəni də satış məqsədi ilə əldə edərək, üzərində saxlamaqla, daşımışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 7, 12(a), 13 və 19-cu sətrlərinə əsasən heroin, həşiş qətranı, qurudulmuş marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcıllığı ilə şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 0,4 qram, 5 qram, 0,02 qram, 0,5 qram, külli miqdarının aşağı həddi isə 2 qram, 40 qram, 500 qram, 1,6 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri isə ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına, eləcədə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiklərindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1 və 18.2.2-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, qəsdən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduqları azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il və altı il keçmədən törətmişlər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını (Təqsirləndirilən şəxs1 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmasını (hər iki təqsirləndirilən şəxsə münasibətdə), aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 17,715 qram heroin, 15,619 qram metamfetamin, 0,971 qram tiryək, 444,9 qram narkotik vasitə heroin, 4749,6 qram metamfetamin, 4994,1 qram tiryək, 659,9 qram həşiş qətranı, 134,95 qram marixuana və 380 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Samsung A23” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 60 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 17,715 qram heroin, 15,619 qram metamfetamin, 0,971 qram tiryək, 444,9 qram narkotik vasitə heroin, 4749,6 qram metamfetamin, 4994,1 qram tiryək, 659,9 qram həşiş qətranı, 134,95 qram marixuana və 380 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Samsung A23” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 60 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-68/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-68/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver