Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-68/2025 14.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X33 və X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (eyni zamanda mülki iddiaçı), yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, “yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - xx xxxx 2000-ci ildə Masallı rayonunun Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2009-cu il təvəllüdlü on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin iyul ayında ibtidai istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evinin həyətində aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda Günelin razılığı əsasında öz kişi cinsiyyət orqanını onun anus dəliyinə yerləşdirməklə onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuş, təkrarən 2023-cü ilin sentyabr ayının ortalarında işlədiyi, atası Şahid3 məxsus olan Masallı rayonu, Çayqıraq kəndində yerləşən mağazanın anbarında aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda Zərərçəkmiş şəxs2 razılığı əsasında öz kişi cinsiyyət orqanını onun ağzına salıb tam ereksiya vəziyyətinə gətirərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını anus dəliyinə yerləşdirməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonra 2023-cü ilin sentyabr ayının sonlarında Masallı rayonu ərazisindən Lənkəran rayonu, Qumbaşı kəndi ərazisinə gedən avtomobil yolunun kənarında atası Şahid3 məxsus “Nissan Sunny” markalı, **-BP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs2 razılığı əsasında öz kişi cinsiyyət orqanını onun ağzına salıb tam ereksiya vəziyyətinə gətirərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun qadın cinsiyyət orqanına yerləşdirməklə qızlıq pərdəsinin anatomik tamlığını pozmadan onunla təbii yolla təkrarən cinsi əlaqədə olmuş, daha sonra həmin vaxtdan 2024-cü ilin mart ayının ortalarınadək dəqiq məlum olmayan tarixlərdə işlədiyi, atası Şahid3 məxsus olan Masallı rayonu, Çayqıraq kəndində yerləşən mağazanın anbarında, Kolatan kəndi ərazisində kəndarası avtomobil yolunun kənarında və Masallı rayonu ərazisində müxtəlif yerlərdə “Nissan Sunny” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs2 ilə təkrarən təbii və qeyri- təbii yolla dəfələrlə cinsi əlaqədə olaraq, seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs bundan başqa, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə sevgi münasibətlərində olduğu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 özünün ağır xəstəliyinin olması, müalicəsi və əməliyyat olunması üçün xeyli miqdarda pul lazım olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırdıqdan sonra 01 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evindəki anası Zərərçəkmiş şəxs1 məxsus olan 5.100 ABŞ dollarını (8.670 Azərbaycan manatı nisbətində) anasının məlumatı olmadan götürərək ona vermiş, o isə həmin pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra təkrarən eyni üsullarla özgənin əmlakını ələ keçirmək məqsədilə sevgi münasibətlərində olduğu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 özünün ağır xəstəliyinin olması, müalicəsi və əməliyyat olunması üçün xeyli miqdarda pul lazım olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırdıqdan sonra 04 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evindəki anası Zərərçəkmiş şəxs1 məxsus olan 3.200 ABŞ dollarını (5.440 Azərbaycan manatı nisbətində) anasının məlumatı olmadan götürərək ona vermiş, o isə həmin pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamın Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinə dair hissədə özünü təqsirli bilməmiş, 178.2.2 və 178.2.4-cü maddələr hissəsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il may ayının 23-də Zərərçəkmiş şəxs2 rəfiqəsi ilə birlikdə məktəbin arxasında yerləşən işlədiyi ailəsinə məxsus mağazaya gəlmiş, mağazada lazımi malları aldıqdan sonra çantasından pul çıxarmaq istəyəndə çantası mağazadakı su şüşələrinə dəymiş və iki su şüşəsi yerə düşərək sınmışdır. Günel sınan su şüşələrinin pulunu vermək istəmiş, lakin ona sınan şüşələrə görə narahat olmamağı, aldıqlarının pulunu verməsinin kifayət edəcəyini demişdir. Günel onunla razılaşmayaraq, sınan su şüşələrinin pulunu vermiş və mağazada olan videomüşahidə kamerasından su şüşələrinin sınması qeydini ona göndərməsini xahiş etmişdir. Güneldən videoqeydi nə edəcəyini soruşduqda, Günel videonu anasına göstərib, pulu sınan su şüşələrinə görə verdiyini deyəcəyini bildirmiş və mobil nömrəsini verərək həmin videoqeydi “WhatsApp” hesabına göndərməsini istəmişdir. Həmin gün axşam saatlarında videonu Günelin “WhatsApp” hesabına göndərmişdir. Bundan bir müddət sonra telefonunda “WhatsApp” proqramında istifadəçilərin paylaşdıqları statuslara baxarkən Günelin paylaşdığı status diqqətini çəkmişdir. Belə ki, Günel “bezdim daha, əl çəkin məndən, nə istəyirsiz canımdan, evdə bacıvız yoxdu sizin?” yazıları ilə status paylaşmışdır. Günelin yazdığı statusa fikir bildirib, nəyə görə belə məzmunda statuslar paylaşdığını soruşmuş, Günel ona aqressiv şəkildə “sənə nə?” cavabını vermiş, o isə cavab olaraq “əsəbləşmə sadəcə soruşdum” demiş, bu zaman Günel yenə aqressiv şəkildə qarışmamasını bildirmişdir. Günelin əsəbi olduğunu bildikdən sonra daha ona heç nə yazmamışdır. Aradan səkkiz-doqquz gün keçdikdən sonra yenidən Günelin paylaşdığı statuslardan birini görmüşdür. Günel həmin statusunda “daha yaşamaq istəmirəm, bezdim həyatımdan, rahat olun, öldürəcəm özümü” kimi yazılar paylaşmışdır. Bu dəfə də Günelə yazaraq nəyə görə belə statuslar paylaşdığını soruşmuş, Günel də ona, “sənə qarışma demədim?” cavabını vermişdi. Güneldən “necə qarışmıyım, sən mənlə məhlə qızısan, nəyə görə, kimə görə özünü öldürmək istəyirsən, niyə belə statuslar paylaşırsan?” deyə soruşmuşdur. Günel ona, “mən onsuz bu həyata xoşbəxt olmaq üçün gəlməmişəm, hər gecə ağlamaqdan daha bezmişəm, həyatda atam olsa idi, heç kim məni incidə və narahat edə bilməzdi” cavabını vermişdir. Öz növbəsində “səni kim incidir, kimlər səni narahat edir, kimlərə görə hər gecə ağlayırsan?” soruşduqda, Günel “mənimçün nə edə bilərsən?” demişdir. Günelə kimlərin narahat etdiyini deyəcəyi halda əlindən gələni edəcəyini bildirmişdir. Bundan sonra Günel ona məktəbdə onu narahat edən oğlanlar barədə məlumat verməyə başlamış, o da həmin şəxsləri taparaq, bəziləri ilə danışmaqla, bəzilərini isə döyərək cəzalandırıb Güneldən uzaq durmalarını tapşırmışdır. Günel həmin oğlanların özündən üzr istədiklərini gördükdə yaxınlaşıb ona təşəkkürünü bildirmiş, beləcə, aralarında dostluq münasibəti yaranmışdır. Bütün bunlar iki ay belə davam etmiş, həmin müddət ərzində Günel onu narahat edən oğlanlar barədə ona məlumat vermiş, o da öz növbəsində onları taparaq döyüb cəzalandırmışdır. Həmin müddətdə Günellə dost kimi danışıb dərdləşmişlər. Avqust ayının əvvəllərində Günel ona Masallı rayonunun Bədalan kəndində yaşayan İsmayıl adlı oğlanla sevgili olduğunu və sonuncunun ondan yarıçılpaq şəkil istədiyini demiş, həmin yazışmaların ekran görüntülərini ona göndərmiş, Günelə heç vaxt şəklini çəkib göndərməməyi, oğlanların ondan istifadə etmək istədiklərini bildirmişdir. Güneldən haqqında bəhs etdiyi oğlanın nömrəsini aldıqdan sonra həmin oğlanla telefonda danışmış, bu zaman sonuncunun kəndlərində yaşayan İsmayıl adlı oğlan olmadığını, Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan Yusif adlı şəxs olduğunu öyrənmiş və onunla görüşmək istədiyini bildirmişdir. Həmin oğlan üç gündən sonra Masallıya gələcəyini bildirdikdə Günellə bağlı onunla danışmaq istədiyini demiş və ona “konum” göndərmişdir. Güneldən həmin oğlanın nömrəsini əngəlləməsini istəmişdir. Günel nömrəni əngəlləsə də, həmin oğlan fərqli nömrələrlə qızı narahat edib, nalayiq ifadələr işlətmişdir. Üç gündən sonra həmin oğlanı tapıb döyərək, Güneldən uzaq durmasını tapşırmış, Günelə isə öz hərəkətlərinə fikir verməyi, heç kimə güvənməməyi bildirmişdir. Avqust ayının axırlarında Günelə “mən bu həyatda heç vaxt bir qızı sevməmişəm, əzizləməmişəm, ancaq bunu bil ki, sənin problemini öz problemim kimi bilmək, sənin problemlərini həll etmək məni çox xoşbəxt edir və səni itirməkdən çox qorxuram, sənə qarşı saf sevgim yaranıb” deyə bildirmişdir. Günel onunla danışığını bitirmək, cavabını mesaj yazaraq bildirmək istədiyini demiş, daha sonra ona mesaj yazaraq özünün də ona qarşı hissləri olduğunu açıq-aşkar bildirmişdir. 2023-cü ilin avqust ayının axırlarında Günellə danışarkən onu görmək və üzündən öpmək istədiyini bildirmiş, Günel isə “axşam istəsən bizə gəlib məni görüb, öpə bilərsən” demişdir. Axşam saatlarında Günelgilə getmiş, qapının qarşısında Günelin üzündən və alnından öpüb qayıtmışdır. Növbəti gün yenə Günelgilə getmiş və həyətlərində olan taxta yelləncəkdə oturmuşdur. Günel həmişə başını onun dizinin üstə qoyaraq saçını sığallamasını və ona “mənim qızım” deyə müraciət etməsini istəmişdir. Günellə aralarında sevgi münasibətləri olmuş, heç bir cinsi əlaqə olmamış, ondan borc pul almışdır. Günel ona pul verdiyinə görə ailəsinin yanında çıxılmaz vəziyyətdə qalmışdır. Müstəntiq Şahid4 Zərərçəkmiş şəxs1 beynini dolduraraq sevdiyi qız Güneli ona qarşı silah kimi istifadə etmişdir. Zərərçəkmiş şəxs2 pul istəməyi belə baş vermişdir ki, 27 fevral 2024-cü il tarixdə Günelə xəstə olduğunu demiş və bununla əlaqədar ondan bir dəfə 5.100 (beş min yüz) ABŞ dolları, bir dəfə də 3.100 (üç min yüz) ABŞ dolları olmaqla, cəmi iki dəfə, ümumilikdə 8.200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğdə pul almışdır. Pulu Günelə mart ayının axırında qaytarmaq şərti ilə almışdır. 20 mart 2024-cü il tarixdə Günel ona anası Zərərçəkmiş şəxs1 evdə pulun olmadığını bilməsi barədə yazmış, Günelə “narahat olma, anana heç nə demə, sabah gəlib ananla danışacağam, ayın axırı pulu sizə qaytaracam” demiş, Günel də ona güvəndiyini bildirmişdir. Bacısı nişanlı olmuş və mart ayının 20-də qudaları bayramla əlaqədar onların evinə gəlmişlər. Qonaqların yanında səkkiz polis əməkdaşı evə daxil olub onu tutaraq Masallı Rayon Polis X18 Bölməsinə aparıb, ona Zərərçəkmiş şəxs1 evindən oğurluq olduğunu və sonuncunun ondan şübhələndiyini demişlər. Pul oğurlamadığını, Güneldən ayın sonuna kimi borc pul aldığını bildirmişdir. Barəsində əsassız protokol tərtib edilib rayon məhkəməsinə göndərilmiş, səkkiz sutka inzibati həbs növündə tənbeh tədbiri seçilmiş və Masallı Rayon Polis X6 Yerinə aparılmışdır. 22 mart, saat 16:00 radələrində onu polis şöbəsinin üçüncü mərtəbəsinə qaldırmışlar. Orada şikayətçi Zərərçəkmiş şəxs1 görmüş, sonuncu ondan 14.000 (on dörd min) manat pulunu tələb etmişdir. Otaqdan bayırda Günayın anası Şahid1 da olmuşdur. Ona pulu qaytararsa, şikayət etməyəcəklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 qoluna qandal vurulmasını, səkkiz sutka həbs olunduğunu, 28 mart tarixində həbsinin bitəcəyini və yalnız bundan sonra pulu qaytara biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 otaqda ona başqa heç nə deməmiş, müstəntiq Şahid4 Günaydan otaqdan çıxmasını istəmişdir. Bundan sonra müstəntiq ona, “elə bilirsən Günayın 14.000 (on dörd min) manatını qaytarsan, mən səni buraxacam?, 10.000 (on min) manat da mənə verəcəksən, əks halda səni elə yükləyib həbsə göndərəcəyəm ki, ağır cinayətdə ittiham olunacaqsan” demişdir. Niyə ona pul verməli olduğunu soruşub, ona pul verməyəcəyini, həbsdən çıxan kimi Zərərçəkmiş şəxs1 pulunu qaytaracağını bildirmişdir. Müstəntiq bayırda olan polis əməkdaşlarına onu şöbənin ikinci mərtəbəsinə aparmağı tapşırmış, ikinci mərtəbəyə düşürüb ayağını və qolunu qandallamış, ayağının arasına armatur parçası salıb asmış, dəyənəklə döyüb əzab verərək işgəncə, fiziki zor tətbiq etmiş və yazılı ifadələrə qol çəkməsini istəmiş, halının dəyişdiyini görəndən sonra boğazına dərman töküb X22 göndərmişlər. Orada olduğu müddətdə heç bir müayinədən keçirilməmişdir. 24 mart tarixdə müstəntiqin otağına aparılmış, orada sevdiyi qız Güneli və sonuncunun anası Zərərçəkmiş şəxs1 görmüşdür. Həmin vaxt müstəntiq Günelə “Mirəzizin üzünə dediyimiz kimi deyərsən, narahat olma, tutmayacağıq” demiş, Günel isə müstəntiqə “Mirəziz pul alıb, qaytaracaq da, buraxın onu” deyə bildirmiş, daha sonra hönkürüb ağlamağa başlamış və ağlaya-ağlaya otaqdan çıxmışdır. Müstəntiqin öyrətməsi nəticəsində Günel on beş-iyirmi dəqiqə sonra onun üzünə durmuş, təbii yolla cinsi əlaqədə olduqlarını bildirmişdir. Həmin vaxt Günelin dediyi ilə razılaşmayıb ekspertiza keçirilməsini xahiş etmiş, 26 mart tarixində yenidən üzləşdirmə olmuşdur. Bu dəfə Günel onların təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını demişdir. Günellə yenə də razılaşmamış, müstəntiqin şər-böhtan xarakterli ifadələrini işlətməməyi demiş, daha sonra yenidən X22 aparılmışdır. Müstəntiq Şahid4 Zərərçəkmiş şəxs1 beynini dolduraraq Güneli ona qarşı silah kimi istifadə etməyə məcbur etmiş və yalnız bu yolla ondan pul ala biləcəklərini düşünmüşdür. Mart ayının 28-i, gecə saatlarında həbs müddəti bitdiyi üçün X9 buraxılmış, lakin Post Patrul Xidmətinin otağında qolu qandallı şəkildə səhərə kimi saxlanılmışdır. Orada polislər ona, “Babək səni yükləyəcək, gərək onun 10.000 (on min) manatını verərdin, sənin başına oyun açacaq” sözlərini demişlər. Saat 18:00 radələrinə kimi həmin otaqda saxlanılmışdır. Axşam müstəntiq gəlib “nə oldu Mirəziz, sənə dedim, mənim 10.000 (on min) manatımı gətir” və sair bu kimi sözlərlə yanaşı, Zərərçəkmiş şəxs1 ondan yenə şikayət etdiyini, bundan başqa Günelin yanında ona həbsxanada qadın paltarları geyindirəcəklərini bildirmişdir. 29 mart tarixində müstəntiq onu Alişan adlı həkimin yanına aparıb, altı-yeddi dəqiqə ərzində həkimlə danışdıqdan sonra, sonuncu onu yoxlamadan, müayinədən keçirmədən, sorğusual etmədən barəsində rəy vermişdir. Cinayət işinin materiallarında 29 mart 2024-cü il tarixdə, saat 18:30-da Masallı Rayon Polis X6 Yerində şübhəli şəxs qismində saxlanıldığı yazılmışdır. Həbs müddəti 28 mart 2024-cü il tarixdə, gecə saat 02:45-də qurtarmasına baxmayaraq, qanunsuz olaraq 29 mart 2024-cü il, saat 18:30-dək X19 saxlanılmışdır. 31 mart 2024-cü il tarixdə Masallı Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 mart tarixində döyüldüyünə görə ayağındakı şişlərin çəkilməsi üçün 06 aprel tarixində Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Müstəntiqin apardığı “oyuna” görə Azərbaycan xanımının, gələcəyin anasının adının pis hallandığını bildirmişdir. Güneli tanıdığı müddət ərzində həmişə onun xoşbəxt olması, kiminsə tərəfindən narahat edilməməsi üçün çalışmışdır. 30 may 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından Masallı Rayon Polis X6 Yerinə aparılmış və qanunsuz olaraq Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunduğu əməl həmin Məcəllənin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham olunmuş, özünü verilmiş ittihamla təqsirli bilmədiyi üçün təqdim olunan sənədləri imzalamamışdır. Onu qanunsuz olaraq iyirmi iki gün müddətində X19 saxlamışlar. Cinayət-Prosessual Məcəllənin 159-1.1ci maddəsinə istinad edərək təqsirləndirilən şəxsin bir ayda on gündən artıq X19 saxlanıla bilmədiyini, buna baxmayaraq həmin müddətdən artıq, qanunsuz olaraq X19 saxlanılmasını bildirmişdir. Günelgilə getmiş, onun üzündən, alnından, dodağından öpmüş, onu qucaqlamış, lakin ona qarşı Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan əməlləri törətməmişdir. Əvvəlki məhkumluğu barədə danışaraq bildirmişdir ki, psixi pozuntusu olmuşdur, üçüncü qrup əlildir, anlaqsız vəziyyətdə birinci məhkumluğu olmuş və ona iki ay müddətində elektron qolbaq tətbiq edilmişdir. Ona məhkumluq düşmür, çünki, “şəxsiyyət pozuntulu şəxs” diaqnozu var və Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində ambulator müalicə təyin edilmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi yazılı ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 həyatda atasız böyüməsi qəlbində ona qarşı hədsiz mərhəmət hissi yaratmışdır. Günel ona daim, “Əziz, heç kim indiyə kimi mənə yaxşılıq etməyib, heç kim məni qorumayıb, bunları ancaq sən etmisən, səni tanıdığım gündən üzüm həqiqətən gülür, səni özümə çox doğma bilirəm, bütün ürəyimdə olanları ancaq sənlə bölüşə bilirəm, tək sən məni anlayırsan” deyirmiş. Üç-dörd dəfə Günelgilə getmiş, onların həyətində olan taxta yelləncəkdə oturub, Günellə danışıb-dərdləşmişdir. Sentyabr ayının əvvəlində, dərslərin başlamasına az qalmış Günel ona məktəbə getmək istəmədiyini bildirmiş, səbəbini soruşduqda, oğlanların məktəbdə yenə onu narahat edəcəklərindən qorxduğunu demişdir. Ona dəstək olduğunu bildirmişdir. Dərslər başlanandan sonra hər gün saat 13:30-da məktəbin qarşısına gedir, Günel məktəbdən çıxıb evə çatdıqdan sonra yenidən işə qayıdır və gündəlik olaraq Günelin dərsləri ilə maraqlanırmış. Günel psixoloq olmaq istəyirmiş, amma riyaziyyatdan çox zəif olmuşdur. Hər gün Günellə danışaraq dərslərinə kömək edir, ona riyaziyyatı öyrədirmiş. Günel oktyabr ayından etibarən riyaziyyat və azərbaycan dilindən əlavə dərslər üçün məşğələyə getməyə başlamışdır. Noyabr ayının ortalarında Günel məktəbdən onun işlədiyi mağazaya gəlib, onu qucaqlayaraq ağlamağa başlamışdır. Ondan ağlamasının səbəbini soruşarkən Günel cavabında “Əziz, nə olar məni heç vaxt buraxma, sənə bu həyatda çox ehtiyacım var, səni tanıdığım gündən çox xoşbəxtəm, tək sənə inanıbgüvənirəm, məni heç vaxt tək qoyma” sözlərini demiş, onun bu sözlərindən kövrəlmişdir. Günelə onu tək qoymayacağı, xoşbəxt edəcəyinə dair söz vermiş, üzündən, dodaqlarından və alnından öpmüşdür. Günelə müxtəlif hədiyyələr almışdır. Dekabr ayının əvvəlində Günel ona maşın sürmək arzusunda olduğunu bildirmiş və ona maşın idarə etməyi öyrətməsini istəmişdir. Günelin məktəbə getdiyi bəzi günlər atası Şahid3 məxsus olan, etibarnamə ilə idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Güneli səhər saat 08 radələrində məktəb yolundan və ya yaşadıqları küçədən götürüb, ona, Masallı rayonunun Kolatan, Bala Kolatan, Qızılavar, Ərkivan, Boradigah, Lürən, Qumbaşı kənd magistral yollarında avtomobil idarə etməyi öyrətmişdir. Yanvar ayından etibarən Günel səlis şəkildə avtomobil idarə etmişdir. Günellə görüşdükləri vaxtlarda, onu öpüb qucaqladığında, maşın idarə etdiyində, qar yağanda, Günelin əlini tutduğunda birlikdə şəkil çəkdirmişlər. Yanvar ayının axırlarında Günellə danışdığı zaman yayda bacısı Azadənin toyu olacağını, toyda Günelin də olacağını və onu ailəsi ilə tanış edəcəyini demiş, Günel isə “Əziz, sənin ailən heç vaxt məni qəbul etməz” kimi ifadələr işlətməyə başlamışdır. Günelin bu sözlərindən əsəbləşərək, ona iradını bildirmişdir. Həyatda heç vaxt bir qızı sevməmiş, heç vaxt hansısa bir qızla cinsi əlaqədə olmamışdır. Ailəsindən bu cür tərbiyə almışdır. Atası uzun illərdir ayaq və gözündə olan problemlərdən əziyyət çəkir, ömürlük birinci qrup əlillik təyin olunmuşdur, anası isə 2016-cı ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Valideynlərinin müalicəsini etdirməli olmuşdur. İşlədiyi telefon mağazasının qazancı müalicələrə yetmədiyi üçün fevral ayının ortalarında mərc oyunları oynamağa başlamış, xırda pullar qoyaraq mərc oyunlarından az da olsa artıq pullar qazanmışdır. Bu qazanc onu şirnikləndirmiş, özünə saxta inam yaratmış və daha çox pul qoysa, daha çox pul qazanacağını düşünmüşdür. Buna görə də “WhatsApp” vasitəsi ilə xəstəliyi ilə bağlı pula ehtiyacı olmağına görə altı nəfərə mesaj göndərmişdir. Günel onun “WhatsApp” hesabını idarə etdiyi üçün bu mesajlarını görəcəkmiş və buna görə də mesaj göndərdiyi şəxslərdən biri də Günel olmuşdur. Günelə də eyni məzmunlu mesaj yazaraq müalicəsi üçün 6.500 (altı min beş yüz) manat bir aylıq borc lazım olduğunu bildirmişdir. Günel nə baş verdiyini soruşduqda, onu özünün həqiqətən xəstə olduğuna inandıraraq, müalicə olunmalı olduğunu demişdir. Günel bir aya qaytarmaq şərtilə ona pul verə biləcəyini, evdə pul olduğunu, qaytardıqdan sonra pulu yerinə qoyacağını, yayda təzə evi təmir edəcəkləri üçün pul lazım olduğunu, əks halda pulu geri istəməyəcəyini bildirmişdir. Günellə razılaşmış və pulu mart ayının sonuna kimi qaytaracağını demişdir, çünki, niyyəti həmin pulu online oyuna qoymaq və udacağı puldan Günelin verdiyi pulu qaytarmaq olmuşdur. Mart ayının 01-də Günellə görüşdüyü zaman Günel ona 5.100 (beş min yüz) ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun çox olduğunu bildirsə də, Günel müalicəsini etməsini, pulu onsuz da qaytaracağını bildirmişdir. Bundan sonra Güneli məktəbə aparmış, daha sonra isə həmin pulu bank kartına, kartından da mərc oyunlarına qoyaraq uduzmuşdur. Uduzduğu pulu geri qazanmaq məqsədi ilə iki gün sonra yenidən Günelə müalicəsi üçün pul lazım olduğunu bildirmiş, mart ayının 04-də Günellə görüşdüyü zaman Günelin nənəsi Şahid1 Günelin onun idarə etdiyi avtomobilə oturmasını görmüşdür. Həmin görüşdə Günel ona 3.100 (üç min yüz) ABŞ dolları pul vermiş və o, Güneli məktəbə aparmışdır. İşə qayıdanda yolda Günelin dayısı Şahid2 onu saxlamış və yanındakı sərnişin oturacağında oturaraq nəyə görə Güneli maşına götürdüyünü soruşmuşdur. Eminağaya bacısı uşaqlarını məktəbə apararkən, yolda Güneli gördüyünü və onu da bacısı uşaqları ilə birlikdə məktəbə apardığını, anası Şahid1 zəng etməsini, bu barədə sonuncuya da demək istədiyini bildirmişdir. Eminağa anasına zəng etmiş, o da öz növbəsində eyni sözləri sonuncuya demiş, sonra Eminağa ilə sağollaşıb işə qayıtmışdır. Həmin gün axşam saatlarında Günelin ona verdiyi pulu mərc oyunlarına qoyaraq uduzmuşdur. Artıq mərc oyunlarının bir tələ, özünün də bu oyunların qurbanı olduğunu başa düşmüş və 05 mart tarixində mərc oyunlarına tövbə etmişdir. Mart ayının 07-də Günel ona mesaj yazaraq “Əziz, əgər müalicələrə pul çatmasa, bizdə evdə bir çanta qızıl var, onları da verərəm sənə müalicəni edərsən” demişdir. Günelə iradını bildirib, “dəlisən sən? hər şey sayəndə yaxşıdır, ayın sonunda mənə verdiyin əmanət pulu, yəni 8.200 (səkkiz min iki yüz) ABŞ dolları qaytaracam və sənə böyük bir hədiyyəm olacaq” demişdir. Günel onunla razılaşmış və hər gün hədiyyənin nə olduğunu soruşmuşdur. Günel həmişə ona yeni mobil telefon – “İphone 15” almaq istədiyini demişdir. Mart ayının 18-də “Tap.az” elanlar saytında özünün ikinci mobil telefon kimi istifadə etdiyi “İphone 13 Pro Max” markalı mobil telefonunu 1.450 (bir min dörd yüz əlli) manata Rəsul adlı Bakı şəhər sakininə satmış və Günel üçün Dubaydan tanışı Sabir Sabirsoy vasitəsi ilə Günelin istədiyi “İphone 15” markalı mobil telefonun çəhrayı rəngli modelini sifariş vermiş, bununla əlaqədar Sabirin bank kartına 1.210 (bir min iki yüz on) manat pul göndərmişdir. Sabir həmin gün Dubaydan mobil telefonu alıb, şəklini ona göndərmişdir. 26 mart tarixində Sabir Azərbaycana qayıdıb, telefonu onu verəcəkmiş, o da Günelin ona borc kimi verdiyi 8.200 (səkkiz min iki yüz) ABŞ dolları əmanət pulla birlikdə sonuncu üçün aldığı yeni mobil telefonu ay sonunda Günelə verməyi düşünmüş, amma bu ona qismət olmamışdır. 24 mart 2024-cü il tarixdə keçirilən üzləşdirmə zamanı Günelin onunla təbii yolla cinsi əlaqədə olması barədə deməsinə etiraz etmiş, bu zaman müstəntiq onun üzünə yumruq vuraraq “kəs səsini” demişdir. Müstəntiqin vurduğu yumruq zərbəsindən dişi sınmışdır. Bundan sonra onu yenidən X22 aparmışlar. 26 mart tarixində keçirilmiş üzləşdirmədən sonra müstəntiqə etirazını bildirərək, ekspertiza keçirilməsini tələb etdikdə müstəntiq ona, “seyid adamsan, çağır Allahıvı, çıxartsın da səni, baxım çıxarda bilir, Allah mənim qələmimdir” sözlərini demiş və ona qarşı “sənin üzləşmə videolarını xəbərlərə verib səni biabır edəcəm, gətir 10.000 (on min) manatı ver səndən əl çəkim” demişdir. Əgər, ittiham olunduğu Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsindəki əməli törətmiş olsaydı, Zərərçəkmiş şəxs1 razılığı ilə dəfələrlə Bakı İstintaq Təcridxanasından Günellə danışa bilərdimi, hansı valideyn buna icazə verərdi deyə, sorğulamışdır. Müstəntiq Şahid4 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148, 299, 308, 290, 292, 293, 311, 182-ci maddələrindəki cinayət əməllərini törətmişdir, buna görə də ondan şikayətçidir və onun barəsində lazımı orqanlara – Azərbaycan Respublikasının Prezidenti, Vitse-prezidenti, Baş prokuroruna, Daxili İşlər Nazirliyinə rəsmi qaydada məktub ünvanlamışdır. İstifadəsində olmuş “Redmi 10” markalı mobil telefondan istintaqa şəkillər, Günellə olan yazışmalar və başqa dəlillər təqdim etsə də, müstəntiq həmin dəlilləri rədd etmiş və həmin dəlilləri məhv etmək niyyəti ilə telefonunu zavod məlumatlarına sıfırlamışdır. Bundan başqa, müstəntiq cinayət işinin materiallarına, istədiyi rüşvət verilmədiyinə görə bilə-bilə yalandan sübutları saxtalaşdıraraq, onun yaşadığı kənd ərazisində mənfi xarakterizə olunması barədə xasiyyətnamə əlavə etmişdir. Həmin sənəd müstəntiqin ona qarşı cinayət təqibini tam qərəzli aparmasını bir daha sübut edir. Amma müdafiəçisinin məhkəməyə təqdim etdiyi xasiyyətnamələrdə onun müsbət xarakterizə olunduğu görünür. Zərərçəkmiş şəxs2 8.200 (səkkiz min iki yüz) ABŞ dolları pul almaqda səhv etmişdir. Onun dələduzluq niyyəti olmamışdır. Dələduzluq edən şəxs çıxıb gedərdi, yaxud da Günelin bir çanta qızıl təklif etdiyi vaxt həmin qızılı da alardı. Güneldən pul aldığına görə çox peşmandır, “o pulları alanda kaş əllərim qırılaydı” ifadəsini işlətmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ünvan 1lləsində anadan olmuş, Zərərçəkmiş şəxs2 ilə bir məhəllədə yaşamışdır. Güneli mağazasında su şüşəsini sındırmamışdan qabaq tanımış, aralarında qohumluq münasibəti olmamışdır. Günellə arasında doqquz yaş fərqi var və onun yetkinlik yaşına çatmamasını bilmişdir. Onunla 2023-cü ilin may ayının 23-də ilk danışığı olmuşdur. Güneli öpmək üçün onun yaşadığı evin həyətinə gedəndə orada başqa şəxslər olmamışdır. Günellə sevgi münasibəti qurmaqda məqsədi onunla ailə həyatı qurmaq olmuşdur. Ailə quracağı insanla nikahdankənar cinsi əlaqədə olmağı qəbul etmir. Günelə pulu ona verməsi barədə anasına deməsini bildirməmiş, ondan bu haqda ailə üzvlərinin məlumatlı olub-olmaması barədə soruşmamışdır. Aralarında olan telefon yazışmalarında aldığı pulları qaytaracağı barədə qeyd etmiş, lakin həbs olunduğu üçün qaytara bilməmişdir. Güneldən aldığı pulu qaytarması üçün azadlıqda olması lazımdır. Günelin valideynlərinə onu maşın sürməyi öyrətmək niyyətilə aparması barədə deməmişdir. Polisə müqavimət göstərmə adı ilə səkkiz sutka inzibati həbs olunmuş, əslində heç kimə heç bir müqavimət göstərməmişdir. Guya Boradigah kəndi ərazisində xuliqanlıq etmişdir. X10 Yasin adlı şəxs ona pul aldığını, pulu qaytarmalı olduğunu demişdir. İnzibati həbs müddətində Güneli üçdörd dəfə görmüşdür. 22 mart tarixində Zərərçəkmiş şəxs1 ona, “qızımı aldadıb pulumu almısan, gətir 14.000 (on dörd min) manatımı ver, səndən şikayət etməyim”, müstəntiq Şahid4 isə “səni yükləyəcəm, rüsvay edəcəm, sənə elə maddələr yükləyəcəm ki, həbsxanada kişin olacaq, sənə qadın paltarları geyindirəcəklər” demişlər. Günellə 24, 26 və 29 mart tarixlərində üzləşdirməsi olmuşdur. Günel birinci üzləşmədə onunla təbii yolla, ikincidə təbii və qeyri-təbii yolla əlaqədə olduqlarını, üçüncü üzləşmədə isə təbii yolla əlaqədə olmadıqlarını, qeyri-təbii və oral yolla cinsi əlaqədə olduqlarını bildirmişdir. Müstəntiqi birinci dəfə 22 mart, daha sonra 24, 26 və 29 mart tarixlərində görmüşdür. Polis şöbəsində onun əlini ayağının arxasına keçirib qandallamış, dizinin altına dəmir parçası keçirib başıaşağı sallamış və rezin dəyənəklə döymüş, həmçinin səs çıxarmaması üçün ağzına parça salmışlar. Bu vəziyyətdə iyirmi beş-otuz dəqiqə saxlanılmış, ayaqları göyərmiş və şişmişdir. Onu müstəntiq Şahid4, istintaq idarəsinin rəisi Cahangir adlı şəxs və tanımadığı serjant vurmuşlar. Müstəntiq atasına hədə-qorxu gələrək pul tələb etmiş, atasına oğlunu necə yükləyibsə, onu da elə yükləyəcəyini demişdir. Müstəntiq atasını da polis şöbəsində saxlamış, daha sonra atası ilə birlikdə öz maşını ilə onların həyətlərinə gəlib ailə üzvlərini narahat etmişdir. Müstəntiqin hansı məqsədlə həyətlərinə gəldiyini bilməmişdir. Bakı İstintaq Təcridxanasında olarkən dəfələrlə Zərərçəkmiş şəxs1 və onun razılığı ilə Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlamış, onlarla danışmışdır. Danışıqlar zamanı Zərərçəkmiş şəxs1 ona pulunu qaytarsa, şikayəti geri götürəcəyini bildirmiş, Günaya qızını sevdiyini demişdir. 22 noyabr 2024-cü il tarixdə saxlanıldığı X2 zəng vurub, Güneli doğum günü münasibətilə təbrik etmək istəmiş, lakin Günay qızının məktəbdə olduğunu bildirmişdir. Özü orta təhsillidir. Günelə dərslərində köməklik etmişdir. Pifaqor teoremini, triqonemetrik tənliyin düsturunu, eləcə də isimin hallarını bilmir. Ona qarşı verilmiş mülki iddianın 8.200 (səkkiz min iki yüz) ABŞ dolları hissəsi ilə razıdır, həqiqətən də Güneldən həmin məbləğdə pul almışdır, qalan hissədə iddianı qəbul etmir, habelə həbs olunduğundan 8.200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğdə pulu hazırda ödəmək iqtidarında deyildir və ona qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə verilmiş yalan ittiham üzərindən götürülməyənə qədər bir manat da olsun ödəməyəcəkdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə qətiyyən təqsirli bilmədiyini, heç bir sübut və əsas olmadan, “zərərçəkmişlərin” yalan və gülünc ifadələrinə, pula görə həmin maddə ilə ittiham olunmasını, Zərərçəkmiş şəxs2 borc məqsədi ilə pul almasına görə özünü təqsirli bildiyini, belə bir hərəkətə yol verməməli olduğunu, bunun üçün çox peşman olmasını bildirərək, ədalətli məhkəmədən barəsində, etmədiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə bəraət, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin maddənin sanksiyasında qanunla nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (təqsirlədirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə qismən etirafedici, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Masallı rayonu, Bədalan kənd tam orta məktəbində oxuyur. Məktəbin yaxınlığında Mirəzizgilə məxsus mağaza vardır. Sinif yoldaşları, dostları ilə həmin mağazaya gedib-gəlmişdir. Bir gün yenə mağazaya girmiş, çantası oradakı “Sirab” şüşələrinə dəymiş və şüşələr yerə düşmüşdür. Mirəziz ona heç nə olmayacağını, narahat olmamasını bildirmiş, daha sonra isə “qonşudan gələn xeyir” ifadəsini işlətmişdir. Heç nə demədən mağazadan çıxmış, sonra qayıdıb sınmış məhsulun pulunu ödəmək istədiyini demidir. Pulu verdikdən sonra Mirəziz ona müşahidə kamerasına düşdüyünü bildirmiş, Mirəzizdən həmin videoqeydi ona göndərməsini istəmişdir ki, anasına da göstərsin və anası da onun nəyə görə pul ödədiyini bilsin. Mirəzizə bu məqsədlə mobil nömrəsini vermiş, sonuncu da axşam videonu ona göndərəcəyini bildirmişdir. Onu narahat edən insanlar olmuş, bununla əlaqədar “WhatsApp” proqramında statuslar paylaşmışdır. Statuslarını Mirəziz görüb, ondan bu barədə soruşmuş, o da Mirəzizə “sənə heç bir dəxlisi yoxdur, mənə yazıb eləmə, məni narahat eləmə” deyə cavab vermişdir. Mirəziz ona kömək etməyi təklif etmiş, onu narahat edən oğlanların ondan uzaq durmasını təmin edəcəyini bildirmişdir. Əvvəl bu təkliflə razı olmamış, Mirəziz ona “gəl mənim sözümə qulaq as ki, səni qoruyum” demiş, bu dəfə razı olmuş və Mirəzizdən onu qorumaq üçün nə edə biləcəyini soruşmuşdur. Mirəziz də həmin oğlanları tapmış, çoxusu ilə danışmış, lakin onları döyüb-döymədiyini bilməmişdir. Mirəziz hər axşam onunla telefon vasitəsilə danışmışdır. Bir dəfə axşam vaxtı Mirəziz ona köməklik etdiyini, qarşılığında onlara gələrək üzündən öpüb getmək istədiyini bildirmiş, o isə razı olmamış və buna görə iki-üç gün Mirəzizlə danışmamışdır. Sonradan Mirəziz yenə onu öpmək istədiyini demiş, bu dəfə razılaşmış, lakin evdə adam olduğunu bildirmişdir. Mirəziz evdə adam olmayanda ona bildirməsini istəmiş, həmin vaxt onu öpməyə gələcəyini demiş və gəlib onu öpmüş, sonra o, üzünü çevirərək istəmədiyini, bir daha belə bir şey etməməyi bildirmiş, lakin axşamlar Mirəzizlə danışmağa davam etmişdir. Bir gün Mirəziz ona cinsi əlaqədə olmağı təklif etmiş, onunla oral yolla əlaqədə olmaq istədiyini demiş, onunla razılaşmamışdır. Mirəziz ona heç nədən qorxmamağı, narahat olmamağı, onun arxasında olduğunu, yayda nişan göndərəcəyini bildirmiş, bundan sonra Mirəzizin təklifinə razı olmuşdur. Bu söhbətdən, təxminən, bir həftə sonra Mirəziz onunla cinsi əlaqədə olmuşdur. Onlar ilk dəfə həyətindəki yelləncəkdə axşam saatlarında cinsi əlaqədə olmuşlar. Hadisə 2023-cü ilin iyul ayında baş vermişdir. Anası, dayısı və nənəsi ilə birlikdə yaşamış, evdə anası ilə bir yerdə yatmışdır. Mirəzizlə cinsi əlaqədə olarkən ailə üzvlərindən heç kəs evdə olmamışdır. Həmin vaxt özü qısaqol köynək və sarı rəngli ev şalvarında, Mirəziz isə qara rəngli qısaqol, düyməli köynəkdə olmuşlar. Yelləncəkdə iyirmiotuz dəqiqə görüşmüşlər, üzü yelləncəyin arxa tərəfinə, Mirəziz isə onun arxasında ayaqüstə durmuşdur. Mirəzizlə ilk cinsi əlaqəsi həmin yelləncəkdə olmuşdur. Əvvəllər heç kimlə cinsi əlaqədə olmamış, seksual məzmunlu hər hansı video izləməmişdir. Mirəziz onunla cinsi əlaqə barədə danışmışdır. Yelləncəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Mirəziz ona, sözlə ifadə edə bilmədiyi “başqa hərəkət” etməsini təklif etmiş, o isə razı olmamışdır. İyul ayından sentyabr ayına qədər Mirəzizlə xatırlamadığı sayda qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bu müddət ərzində yalnız yelləncəkdə əlaqədə olmuş, evə daxil olmamışlar. Mirəziz onlara gəlməmişdən qabaq dayısı Eminağaya zəng edib, sonuncunun evdə olmamasını dəqiqləşdirdikdən sonra onlara gəlirmiş. Mirəzizlə ilk dəfə cinsi əlaqədə olarkən Mirəziz özü ilə qabda adını bilmədiyi maye gətirmiş və həmin mayeni onun bədəninə sürtmüşdür. Mirəzizdən ona avtomobil idarə etməyi öyrətməsini istəmiş, Mirəziz də sentyabr ayı ərzində səhər saat 06:00 radələrində küçədən onu götürüb mağazaya, kənddən qıraqda maşın süməyə aparmışdır. Səhər evdən çıxanda ailə üzvləri yuxuda olmuşlar. Mirəzizlə gedəndə ailə üzvlərinə məktəbə getdiyini bildirmişdir. Bir dəfə Mirəzizin avtomobilinə mindiyini nənəsi Şahid1 görmüşdür. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Mirəzizin idarə etdiyi avtomobil “Nissan” markalı olmuş, Mirəziz ona Kolatan yolunda maşın sürməyi öyrətmişdir. Mirəzizlə yaşadığı evin həyətindəki yelləncəkdən başqa, Mirəzizin idarə etdiyi avtomobilin arxa oturacağında, işlədiyi mağazanın arxasında, içində, Qumbaşı yolunda cinsi əlaqədə olmuşlar. Mağazada təbii yolla cinsi əlaqədə olmuşdur və bu sentyabr ayından sonra baş vermişdir. Dükanın arxasında mal yığmağa yer olmuş, həmin yerdə kartonların üzərində Mirəzizlə cinsi əlaqədə olmuşlar. Onların görüşləri adətən səhər saatlarında olmuşdur. İlk dəfə təbii yolla cinsi əlaqədə olarkən onda qanaxma olmamışdır. Onun Mirəzizlə cinsi əlaqədə olmasını heç kəs bilməmişdir. Ailə üzvləri onun Mirəzizlə görüşməyini görməmiş, yazışdığını bilməmişlər. Mirəzizlə mütəmadi görüşmüşdür, lakin görüşlərin sayını xatırlamır. Mirəziz onunla cinsi əlaqədə olanda paltarlarını soyunmuş, bu zaman onun bədənini görmüşdür. Mirəzizin bədən əlamətləri ilə bağlı onun yekəqarın, bədəninin ağ rəngdə və tüklü olduğunu bildirmiş, bədənində hər hansı çapıq, yara və s. iz görməmişdir. Mirəziz onunla ağız vasitəsilə cinsi əlaqədə olmaq istədiyini demiş və oral yolla da cinsi əlaqədə olmuşlar. Mirəzizlə 2024-cü ilin mart ayına qədər aralarında cinsi əlaqə olmuş, Mirəzizin telefonunda onun çılpaq şəkilləri də olmuşdur. Həmin şəkilləri Mirəziz çəkmişdir. Mirəzizlə mart ayına, yəni, Mirəzizə pul verməsi bilinənə qədər görüşmüşlər. Mirəziz özü ona hansı yolla cinsi əlaqədə olmaq istədiyini bildirir, o da razı olurmuş. Mirəzizin ondan pul alması ortaya çıxandan sonra hər şeyi açıb danışmış, anası polisə müraciət etmişdir. Anasının polisə ilk şikayəti evdəki pulun yerində olmaması ilə əlaqədar olmuşdur. Belə ki, anası ondan pul barədə soruşmuş, o da bilmədiyini demiş, mobil telefonundan pulla bağlı Mirəzizlə olan yazışmaları çıxmış, bundan sonra pulu kimin aldığı bilinmişdir. Mirəziz ona lazım olan pulu verməsə, onunla əlaqəsini kəsəcəyini demiş, onunla ailə qurmağı vəd verdiyinə görə sonuncuya pulu vermişdir. Mirəziz özü ondan evdə pul olub-olmaması barədə soruşmuş, o da evdə pul olduğunu bildirmişdir. Mirəziz ona mart ayının sonuna qədər qaytarmaq şərtilə 6.500 (altı min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Əgər anası Mirəzizin pul aldığını bilməsə və pul martın sonuna qədər qaytarılsaymış, onların münasibəti davam edəcəkmiş. Mirəziz təcridxanada olarkən onunla telefonla danışmışdır. Başqa şəxslərə çılpaq şəkillərini göndərməmiş, onu narahat edən oğlanlar telefon nömrəsini məktəbdən öyrənmişlər. Mobil telefon nömrəsinin başqa oğlanlara verilməsinin səbəbini bilməmişdir. Mirəzizi ibtidai istintaq zamanı ilk dəfə Masallı Rayon Polis Şöbəsində görmüş, sonra elə oradaca üzləşdirilmişlər. Üzləşdirilmələrin vaxtını dəqiq xatırlamır. Müstəntiq ondan ifadə alanda yanında anasından başqa adam olmamışdır. Mirəzizlə öz istəyi ilə cinsi əlaqədə olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 27 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırda on beş yaşı vardır. Mirəziz ona dərsləri ilə bağlı köməklik göstərməmişdir. İstifadəsində 050 ***-**- ** saylı mobil nömrə olmuşdur. Mirəzizlə olan və iş materiallarına əlavə edilmiş yazışmaları 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğində pulla bağlı olmuşdur. Mirəziz onunla müxtəlif vaxtlarda, müxtəlif yerlərdə yaxın əlaqədə olmuş, bu barədə yazışmaları həm özünün, həm də onun telefonundan silmişdir. Belə ki, Mirəziz “WhatsApp” proqramında mesaj taymeri rejimini aktiv etmiş, onun telefonunda isə həmin rejimi aktiv etməmişdir. Yaxın əlaqədə olarkən Mirəziz videoçəkilişləri öz telefonu ilə aparmışdır. Mirəzizin videoları silməsinə səbəb sübutları yoxa çıxarmaq olmuşdur. Pulla bağlı yazışmaların şəklini özü telefonun ekranından “skrin” etməklə çəkib saxlamışdır. Mirəzizlə intim əlaqələri mağazada səhər saat 06, 07, 08 radələrində olmuş, günortadan sonra intim əlaqədə olmamışlar. Səhər saatlarında anasıgil yatmışlar, oyaq olduğu vaxtlarda isə saat 06-07-də anası hara getdiyini soruşanda, dərslərini etmək üçün məktəbə tez getdiyini bildirmiş, lakin həmin vaxtlar Mirəzizlə sonuncunun işlədiyi mağazaya getmiş, içəri daxil olandan sonra Mirəziz mağazanı bağlamış və orada intim əlaqədə olmuşlar. Mirəziz mağazanı bağladığı üçün həmin saatlarda mağazaya gəlib-gedən olmamışdır. Həyətlərində yelləncək olan yeri qonşuların görə bilməsi mümkün idi. 2023-cü ilin iyul ayında, axşam saat 08-09 radələrində həyətlərində olan üstü bağlı yelləncəkdə Mirəzizlə intim əlaqədə olmasını qonşular görə bilməzdi, çünki, axşam vaxtı olmuşdur. Həmin vaxt anası ilə nənəsi işdə olmuşlar. Adətən nənəsi ilə anası gec saatlaradək, gecə saat 10-12-dək işdə olurmuşlar, dayısı isə həmin vaxt evdə olurmuş. Mirəziz onunla görüşmək istədikdə dayısına zəng vurub, çölə çağırır, dayısı çöldə olarkən həyətlərinə gəlib onunla görüşüb intim əlaqədə olandan sonra isə gedib dayısı ilə görüşürmüş. Mirəziz dayısı Eminağanı işi olması bəhanəsi ilə evdən çölə çıxarıb gözlətmiş və belə hallar çox baş vermişdir. Mirəziz onunla ayda altı-yeddi dəfə intim əlaqədə olmuşdur. Mirəzizlə səhər saat 10 radələrində də görüşləri olmuş, görüşdən sonra məktəbə getmiş, lakin bu halların ayda neçə dəfə, ümumiyyətlə görüşlərinin ay ərzində hansı saatda və neçə dəfə baş tutmasını dəqiq xatırlamamışdır. Mirəziz polis şöbəsində onun yanında dindirilmişdir. X10 Mirəziz aralarında baş verənləri boynuna almadığı üçün oradakı tanımadığı cavan polis əməkdaşı Mirəzizin qoluna vuraraq danışmasını bildirmişdir. Mirəziz onun yanında polis əməkdaşları tərəfindən döyülməmiş, yalnız danışması üçün polis onun qoluna yüngülcə toxunmaqla həqiqəti danışmasını demişdir. Müstəntiq Şahid4 Mirəzizi döyməsini görməmişdir. 2024-cü ilin mart ayında anası onu xəstəxanaya aparmaq istəyəndə evdəki pulun yerində olmadığını bilmiş, hadisənin üstü açılanadək pulu Mirəzizə verdiyini anasına deməmişdir. Anasının pulun yerində olmadığını bilməsini Mirəzizə demiş, sonuncu telefonundan mesajları silmiş və pulu qaytaracağını deyərək bu barədə heç kimə deməməyi ona tapşırmışdır. Mirəziz xəstəliyi üçün ondan pul istəmiş, mart ayının axırına kimi həmin pulu qaytaracağına söz vermiş, lakin bu günə kimi qaytarmamışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və məhkəmədən Mirəzizin cəzalandırılmasını xahiş etmişdir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfindən yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs2 suallar verilərkən sualların dəfələrlə təkrarlanması, dayanmadan ardıcıl ünvanlanması azyaşlının psixologiyasına təsirsiz ötüşə bilməz. Bundan başqa, yetkinlik yaşına çatmayan bir qız uşağına qarşı təqsirləndirilən şəxsin (mülki cavabdehin) ittiham olunduğu cinayət əməllərindəki hərəkətlərin edilməsi arzu olunan hal deyildir və yolverilməzdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla ədavət və düşmənçiliyi olmamış, sadəcə qonşu kimi aralarında salam-sağ ol olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 onun qızıdır. Güneli Mirəzizin maşınında anası Şahid1 görmüş, bununla əlaqədar qardaşı Şahid2 Mirəzizgilin dükanına gedib ona iradını bildirmiş, Mirəziz Günelin də onun bir bacısı olduğunu və bacısı ilə birlikdə onu da məktəbə apardığını bildirmişdir. Bu hissədə qeyd etdiklərini ittiham üzrə şahidlər də təsdiq edə bilərlər. Pul məsələsinə gəlincə, 2024-cü ilin fevral ayında Masallı rayonunun Bədəlan kəndində yerləşən özlərinə məxsus torpaq sahəsini satıb, pulunu yaşadıqları evin yataq otağındakı sandıqda saxlamışdır. Növbəti dəfə Güneli psixoloji müayinə olunmaqdan ötrü Bakı şəhərinə aparmaq üçün 20 mart 2024-cü il tarixdə pul götürmək məqsədilə sandığı açanda 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğdə pulun orada olmamasını görmüş, bu barədə evdəkilərdən soruşmuş, “gördüm” deyən olmadığından polisə zəng vurmuşdur. Polis əməkdaşları onun evinə gələrək qızı Günelin telefonu əsasında sonuncunun pulu Mirəzizə verdiyini müəyyən etmişlər. Bundan sonra polislər Mirəzizi polis bölməsinə aparmışlar. Bölmədə Mirəzizin törətdiyi əməllərin üstü açılandan sonra, Mirəzizə qızının 12-13 yaşında, yəni uşaq olduğunu deyib, ona qarşı nə üçün belə bir iyrənc cinayət əməlləri törətməsinin səbəbini soruşmuş, lakin ağılabatan bir cavab ala bilməmişdir. Mirəziz qızı Güneli Kolatan yoluna aparmış, həyətlərinə gəlmiş, qızı ilə cinsi əlaqədə olmuş və qızını rüsvay etmişdir. Günelin gələcəyi barədə xoş arzuları olmuş, ərsiz qadın kimi qızını çətinliklə böyütmüşdür. Baş verənləri heç bir valideynin qəbullana bilməyəcəyini bildirmişdir. Mirəzizdən şikayətçidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, pulunun evdə olmadığını gördükdə, bu barədə qızı Güneldən soruşmuş, lakin Mirəzizin sonuncunu aldadaraq öyrətdiyi əsasında Günel pulun harada olmasından xəbərsiz olduğunu ona bildirmişdir. Sonra X20 zəng vurmuş, beş-altı nəfərdən ibarət əməliyyat qrupu gəlmiş və Günelin mobil telefonundakı məlumatlar əsasında pulun sonuncu tərəfindən Mirəzizə verildiyi ona bildirilmiş, polislər daha sonra Mirəzizi tutmağa getmişlər. Günel ağlayaraq pulu Mirəzizin ağır xəstəliyinə (güya leykoz xəstəsi imiş, on günə əməliyyat olunmadığı təqdirdə öləcəkmiş) görə ona verdiyini, aralarında sevgi münasibətinin olmasını, müxtəlif yerlərdə, müxtəlif vaxtlarda cinsi əlaqədə olmalarını bildirmişdir. Pul məsələsinə qədər Günellə Mirəzizin arasında olanlar barədə məlumatı olmamışdır. Mirəziz Güneli aldatmış, heç bir tibbi əməliyyat keçirməmişdir. Mirəzizin Günellə cinsi əlaqədə olması barədə X1 deməsi əsasında öyrənmişdir. Mirəzizlə Günel polisdə üzləşdirilmiş və Günel ifadəsində bildirdiyi xüsusatları Mirəzizin üzünə qarşı söyləmişdir. Mirəzizə polis bölməsində ziyanı ödəyəcəyi təqdirdə ondan şikayətçi olmayacağı barədə deməmiş, Mirəziz isə bölmədə şikayətini geri götürəcəyi halda ziyanı ödəcəyini və qızı ilə evlənəcəyini demiş, lakin onunla razılaşmamışdır. Mirəziz Güneli sevsəydi, ona qarşı əxlaqsız hərəkətlərə yol verməzdi. Mirəziz Günelə mobil telefon almamışdır. Mirəziz ona vurulmuş maddi ziyanı qaytarsa belə, yenə ondan şikayətçi olardı, çünki qızının adını ləkələmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu, yetkinlik yaşına çatmayan qızından dələduzluq yolu ilə aldığı pulları, habelə törətdiyi əməllər nəticəsində ona dəymiş mənəvi ziyanı (qızının ətraf içində biabır olması, olanların qızın psixologiyasına mənfi təsir etməsi nəticəsində xəstəxanalarda, məhkəməyə gəlib-getməkdən yollarda qalmaları) tələb etməsini bildirmiş, bununla da mülki iddiasının tam təmin olunmasını, habelə mülki iddia ilə əlaqədar ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qərar qəbul olunmasını, habelə azyaşlı qızına qarşı törətdiyi əxlaqsız hərəkətlərə görə Mirəzizin qanunvericilikdə nəzərdə tutulmuş həddə cəzalandırılmasını xahiş etmişdir. Nümayəndə məhkəmədəki çıxışında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasını müdafiə etdiyini bildirərək, məhkəmədən mülki iddia və ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınıb zərərçəkmişə ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 qızı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 isə nəvəsidir və birlikdə onun evində yaşayırlar. Ayrı-ayrı evlərdə, başqalarının qapısında işləməklə fərdi əməklə məşğuldur. Bir dəfə səhər saatlarında bazardan gələrkən iki-üç metr uzaqda Mirəzizin Güneli maşına oturtduğunu görmüş, yanından keçəndə işarə edib saxlamasını istəsə də, Mirəziz avtomobili saxlamamış və sürüb getmişdir. Bu barədə oğlu Şahid2 xəbər vermiş, sonuncu da Mirəzizlə danışmaq üçün işlədiyi mağazaya getmişdir. Eminağanın deməsi əsasında, Mirəzizdən Güneli maşınına mindirməsinin səbəbini soruşduqda, Mirəzizin “bacımla götürmüşəm, Günel də bacımdır” deyə cavab verdiyini bilmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Mirəzizi yaşadıqları evin həyətində görməmiş, ümumiyyətlə bu barədə məlumatı olmamışdır. Çünki, səhər işə getmiş, gecə saat 12 radələrində evə gəlmişdir. Günelin Mirəzizin maşınına minməsini yalnız bir dəfə görmüş, başqa vaxt onları birlikdə görməmişdir. Güneli hər gün görür. Sonradan bilmişdir ki, Mirəziz hər səhər Güneli avtomobillə məhəllədən götürmüşdür. 2023-cü ilin iyul ayında “Xəzər” restoranında qabyuyan işləmiş, işdə olduğu vaxtlar oğlu Eminağa evdə olmuşdur. Eminağa dayısı ilə kafedə işləmiş və adətən o, işə gedəndən bir müddət sonra evdən çıxıb işinə getmişdir. Günel məktəbə səhərlər gedib, günorta saat 12-də evə qayıdırmış. Mirəziz Güneli görmək üçün günortadan sonra onların həyətinə gəlmişdir. Günelin mobil telefonu olmuş, lakin heç kimlə yazışmamış, yalnız məktəbə gedib-gəlmiş, dərsləri ilə məşğul olmuşdur. Günel hansısa oğlanların və ya konkret olaraq Mirəzizin onu narahat etməsi barədə bildirməmişdir. Güneldən Mirəzizlə harada, nə vaxt, neçə dəfə münasibətdə olması barədə soruşmamış, yalnız şəkillərdən görmüşdür ki, Mirəziz onu Qumbaşı yoluna aparmış, həmçinin işlədiyi mağazada görüşmüşlər. Bundan başqa, Günel bütün bunlar barədə onun qızına danışarkən eşitmişdir. Kənddə heç kəs ona yaxınlaşıb Günelin Mirəzizlə görüşməsi barədə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tanıyır, qonşusudur, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bacısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 isə bacısının qızıdır. Birlikdə anası Şahid1 məxsus evdə yaşayırlar. Bir dəfə səhər çağı anası ona Güneli Mirəzizin maşınına minərkən gördüyünü demiş, Mirəzizi tapıb nə səbəbə Güneli maşınına mindirdiyini soruşmuş, Mirəziz də cavabında maşında bacısının da olduğunu, Güneli də bir bacısı kimi məktəbə apardığını bildirmişdir. Günelin Mirəzizin maşınına əyləşməsini görməmiş və bu söhbət yalnız bir dəfə olmuşdur. Mirəzizin bacısını tanımır. Mirəziz bacısının da maşında olduğunu deyərkən söhbətin hansı bacısından getdiyini bilməmiş, bu barədə ondan soruşmamışdır. Mirəzizin avtomobilinə nə üçün minməsi barədə Güneldən də soruşmuş, lakin cavab ala bilməmişdir. Mirəzizdən anasının ondan maşını saxlamasını istəməsinə baxmayaraq, saxlamamasının səbəbini soruşmuş, sonuncu da səbəb kimi tələsməsini göstərmişdir. Kənddə başqa şəxslərdən Günelin Mirəzizin maşınına minməsini görmələri barədə soruşmamış, bu barədə bacısı Günayla da danışmamışdır. Özlərinə məxsus torpaq sahəsini satdıqları üçün evlərində pulun olması barədə məlumatı olmuşdur. Mirəzizin Güneldən aldığı pul torpaq sataraq əldə etdikləri pul olmuş və həmin pulda onun da payı vardır. Pul Günayda olmuş, lakin dəqiq olaraq pulun evin harasında saxlanıldığını bilməmişdir. Pulun miqdarı 14.000 (on dörd min) manatdan çox olmuşdur. Günelə pul lazım olanda onlardan, yəni anası, nənəsi və ondan istəmişdir. Mirəzizi həyətlərində heç vaxt görməmişdir. Mirəzizin Günelə toxuna bilməsindən şübhələnməmiş, bu barədə polisə şikayət olunandan sonra bilmişdir. Mirəziz Günelə “bacımdır” dediyinə görə ona inanıb güvənmişdir. 2023-cü ilin iyul aylarında sürücülük etmiş, dayısının dükanında işləmişdir. Gündəlik olaraq anası səhər vaxtı, o isə saat 10-11 radələrində işə getmiş, stabil iş saatları olmamışdır. Qonşular onların həyətlərini, habelə Mirəziz onların həyətlərinə gələndə bunu görə bilərmişlər. Heç bir qonşu ona Mirəzizi onların həyətində gördüyü barədə deməmişdir. Bir dayı kimi məktəbdə Günel barədə maraqlanmış, müəllimlər Günelin oxumasından narazılıq etməmişlər. Günel ona kiminsə onu narahat etməsi barədə deməmişdir və kimsə onu narahat etsəydi, ona bu barədə deyərmiş. Günelin mobil telefonunda həyatdan bezməsi məzmununda statuslar paylaşdığını görməmişdir. Məhkəmədə müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət olunaraq dindirilmiş Şahid3 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğludur, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 isə kənd sakinləri kimi tanıyır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Oğlu Mirəzizi evləndirmək istəmiş, Mirəziz də istədiyi qız olduğunu və yayda bacısının toyunda həmin qız ilə onları tanış edəcəyini bildirmişdir. Mirəzizin konkret hansı qızı nəzərdə tutduğunu bilməmişdir. Onu müxtəlif orqanlara şikayət ərizələri yazaraq müraciət etməyə vadar edən oğlunun başına gətirilən hadisələrdir. Belə ki, 20 mart 2024cü il tarixdə polis əməkdaşları gəlib Mirəzizi bölməyə aparmışlar. Həmin vaxt zərərçəkmiş tərəf də orada olmuşdur. Günaygildən nə olduğunu soruşduqda, cavab vermişlər ki, nə olduğunu bilmirlər, bilsəydilər şikayət etməzdilər. X21 Mirəzizə pul borc verdiyini demişdir. Günaya nağd 3.000 (üç min) manat verə biləcəyini, onun da öz növbəsində şikayət ərizəsini geri götürməsini bildirmiş, Günayla qardaşı Eminağa 14.000 (on dörd min) manat pul verməli olduğunu demişlər. Onlardan pulu özünün borc almış kimi hesab etmələrini istəmiş, pulu hissə-hissə ödəyə biləcəyini demişdir. Ümumiyyətlə, Günaygillə münasibətləri yaxşı olmuş, hətta onların qonşularla mübahisləri olanda onları müdafiə etmişdir. Günaygil onunla razılaşmamış və ərizəni geri götürməmişlər. 22 mart 2024-cü il tarixdə X20 getmiş və orada oğlunu görməmişdir. Daha sonra Masallı Rayon Polis Şöbəsinə getmiş, orada da Mirəzizin şöbədə olmadığını demişlər. Həmin gün gecə arvadı ilə qızını Günaygilə söhbət üçün göndərmişdir. Günay onlara qızının bakirəliyinin pozulduğunu, Günelin Mirəzizin boynuna qaldığını, Günelin psixi pozuntusu olduğunu bildirərək, arvadının qarşısına bu barədə sənədlər qoymuşlar. Arvadı ona Günaygilin həm pulu istədiklərini, həm də Mirəzizin qızı almalı olduğunu bildirdiyini demişdir. Polisdən ona zəng edib, oğlunun Masallı Rayon Polis Şöbəsində olduğunu, paltarlarının cırıldığını deyib, paltar və yemək gətirməsini istəmişlər. Mirəzizin şöbədə olduğu halda paltarlarının cırılmasının səbəbini dəqiq bilməmişdir. Güya qız Mirəzizin boynuna qalacaq deyə, paltarlarını cırmışdır. Mart ayının 23-ü, axşam saat 17-18 radələrində paltar və yemək götürüb polis şöbəsinə getmiş və orada başa düşmüşdür ki, oğlunu döydükləri üçün əynindəki paltarları cırılmışdır. Paltarları və yeməyi verəndə, ona görüş vaxtının bitdiyini deyib, oğlu ilə görüşməsinə icazə verməmişlər və oğluna məktub yaza biləcəyini demişlər. Məktubda oğlundan niyə belə bir hərəkət etdiyi, qızı da boynuna qoyacaqları, nə eləyibsə boynuna almağı, eləmədiyini isə deməməsi barədə yazmışdır. Növbəti gün, yəni 24 mart tarixində yenidən polis şöbəsinə getmiş və rəis müavini Elvin Əzimovun qəbulunda olmuşdur. Elvin Əzimov ona müstəntiq Şahid4la söhbət etməyi bildirmişdir. Müstəntiq Şahid4 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tüfeyli həyat keçirir, kişilərin cinsi ehtiyaclarını ödəyir, sonra polisə zəng edir və onlar Günayın görüşdüyü kişiləri “iş başında” tuturlar, ona görə də, onların deyil, Günaygilin sözləri qəbul ediləcəkdir. Müstəntiqin dediyinə görə Günay öz ərini tutdurmuş, habelə 2020-ci ildə özü də X30 Mübarizə İdarəsi tərəfindən tutulmuş, onlar Günaya kömək etmişlər. Müstəntiqdən köməklik etməsini xahiş etmiş, müstəntiq də ona Elvin Əzimovun yerlisi olduğuna görə hörmət edəcəyini, bunun müqabilində 10.000 (on min) manat ona, 14.000 (on dörd min) manat da zərərçəkmişə verməyi və yalnız bu halda cinayət işi başlamayacağını, pul verilməsə işin həll olunmayacağını demişdir. 26 martda onu yenidən şöbəyə çağırmışlar. Bu dəfə müstəntiq onunla başqa şəkildə danışmış, onun barəsində də cinayət işi qaldıracaqlarını, Mirəzizlə birlikdə içəridə olacağını demişdir. Müstəntiq onu, güya qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu, dükan işlədib vergi vermədiyi üçün tutduracağını demişdir. Bundan başqa, babası 1975-ci ildə onların həyətində dəfn olunmuşdur. Həmin vaxt onun bir yaşı olmuşdur. Buna görə də, müstəntiq tərəfindən hədələnmişdir. Müstəntiq ona, ailə üzvlərini də tutacağını, onu nüfuzdan salacağını, qızı, Mirəzizi və onu videoya çəkərək televiziyada göstərib, onları biabir edəcəyini bildirmişdir. Günayın istifadəsində olan mobil telefon nömrələrini “Getcontact” proqramında axtararaq müxtəlif şəxslərin həmin nömrələri telefonlarına ədəbsiz sözlərlə qeyd etdiklərini görmüşdür. Bu da müstəntiqin Günay barədə dediklərini təsdiq etmişdir. 27 mart tarixində onu yenidən polis şöbəsinə çağırmışlar. Polislərin onun yaxasından tutub, divara çırpmaqla onların hərəkətlərinə reaksiya verməsini və nəticədə onu da “ilişdirmək” istəmələrini başa düşmüşdür. Onlara ürək xəstəsi olduğunu bildirmiş, onlar isə onu sərbəst buraxmayacaqlarını bildirmişlər. Daha sonra otağa bir nəfər daxil olmuş və müstəntiqin üstünə qışqıraraq “10.000 (on min) bizim üçün al, 14.000 (on dörd min) də zərərçəkmiş şəxslər üçün” demişdir. Həmin şəxsin istintaq idarəsinin rəisi olduğunu eşitmişdir. Müstəntiq onu maşınına mindirmiş və birlikdə həyətinə gəlmişlər. Müstəntiq həyətinə sırf pul üçün gəlmişdir. Evə daxil olub arvadına müstəntiqin ondan pul istədiyini demiş, bu vaxt müstəntiq həyəti gəzmişdir. Müstəntiqə evdə pul olmadığını bildirmiş, müstəntiq də ona həyətdəki qəbiri göstərmiş, ondan ailə üzvlərinin də gəlməsini, onların qəbiri göstərdikləri yerdə şəkillərini çəkməyi bildirmişdir. Arvadı bunu eşidib aqressivləşmişdir. Müstəntiq onlara hamısını tutduracağını deyərək hədələmiş, sonra avtomobilinə əyləşib gedərkən ona, “sən gəl polisə, gör sənin başına nə oyun gətirirəm” demiş, bunlar videoçəkilişdə öz əksini tapmışdır. Mirəziz azadlıqda olanda ayrı-ayrı adamlardan borc pul alır, həmin pulun bir hissəsini özü, bir hissəsini də o qaytarırmış. Mirəzizdə insanlardan borc alıb-vermək kimi bir xasiyyət formalaşmışdır. Oğluna insanlardan pul almamağı tapşırsa da, onun sözünü dinləməmişdir. Mirəziz peşə məktəbində oxumuş, dərsi saat 08-də başlamışdır. Məktəblə evin arasında iki-üç kilometr məsafə olmuşdur. Şikayət olana qədər Mirəzizin Güneldən pul alması barədə məlumatı olmamışdır. Mirəzizin Güneldən pulu hansı məqsədlə aldığını bilməsə də, belə bir faktı, yəni, oğlunun Güneldən 14.110 (on dörd min yüz on) manat almasını təsdiqlədiyini səmimi etiraf etmişdir. Mirəzizin Günellə cinsi əlaqədə olması barədə bilməmişdir. Belə bir hal olmamış, bu barədə zərərçəkmiş tərəf iddia etmişdir. Günaygilin deməsinə görə Günel psixi xəstədir. Onun qıza bir sözü yoxdur. Günaygil Günelin özünü çaya atmaq istədiyini, Mirəzizi sevdiyini deməsini ona demişlər, onlar da Güneli Mirəziz üçün almağa razı olduqlarını bildirmişlər. X11 arasında münasibət olduğunu bilməmişdir. Günay ona zəng edərək pulu verməsini və qız üçün üzük gətirmələrini istəmiş, toy etmələrini bildirmiş, o da qızın yaşı az olduğu üçün toy etməyin mümkün olmadığını demişdir. Günay müstəntiqin yanına getmiş, müstəntiq də əvvəl onun pulunun verilməli olduğunu bildirmişdir. Günaygilin tanışı olan bir nəfər şəxslə birlikdə onların evinə getmişdir. Günay daha qız söhbəti etmədiyini, ona 17.000-18.000 (on yeddi min-on səkkiz min) manat pul verməli olduğunu demişdir. Masallıda Saleh adlı şəxsin yanına getmişlər. Saleh onu zərərçəkmiş şəxsin dalınca müstəntiqin saldığını, sonuncunun 10.000 (on min) manat pul istədiyini bildirmişdir. Mirəzizin psixi xəstəliyi olmuş, müalicə almışdır. Ailələrinin maddi durumu yaxşıdır. Məhkəmədə müdafiə tərəfinin təşəbbüsü ilə məhkəməyə çağırılaraq əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis X12 sabiq baş müstəntiqi Şahid4 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məlum hadisələrlə əlaqədar tanımış, onlarla aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Polis orqanlarında xidmət etdiyi on beş ilin dörd ilini müstəntiq vəzifəsində olmaqla, ümumilikdə təhqiqat və istintaq orqanlarında səkkiz il işləmişdir. Hal-hazırda Masallı Rayon Polis X4 rəisidir. Polis orqanı elə bir qurum deyil ki, orada kiməsə təzyiq və ya təsir göstərilsin. Polis orqanı vətəndaşların hüquqlarını müdafiə edən hüquq-mühafizə orqanıdır. Təqsirləndirilən şəxs barəsində tutma tətbiq olunduğu andan təqsirləndirilən şəxs qismində cəlb edildiyi anadək sonuncu ilə zərərçəkmiş arasında üzləşdirmə istintaq hərəkəti icra olunmuşdur və həmin zaman intervalında təqsirləndirilən şəxsin (mülki cavabdehin) ifadəsində etirafedici məqamlar yoxdur. Bundan başqa, təqsirləndirilən şəxs (mülki cavabdeh) polis X6 yerinə yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, onda hər hansı bir xəsarət aşkar edilməmiş və bu barədə müvafiq sənədlərin surəti məhkəmənin sorğusu əsasında təqdim edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs (mülki cavabdeh) barəsində əgər hər-hansı xəsarət aşkar olunsa idi, onun şikayətinin olub-olmamasından asılı olmayaraq, onu tibbi müayinədən keçirmiş istintaq təcridxanasının rəhbərliyi prokurorluq orqanına müraciət edər və polis şöbəsinin də bu barədə məlumatı olardı. Lakin, bu barədə hər-hansı müraciət daxil olmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs (mülki cavabdeh) istintaq zamanı vəkillə təmin edilmiş və vəkilləri ilə konfidensial ünsiyyət yaratması üçün kifayət qədər şərait yaradılmış, lakin ona təzyiq göstərilməsi məzmunda onlara müraciət etməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) və ailəsi tərəfindən barəsində şikayət daxil olmuş, həmin şikayətdə “rüşvətxor müstəntiq” adlandırılmış, prokurorluq orqanında aparılan yekun araşdırmanın nəticəsində şərəf, ləyaqət və işgüzar nüfuzuna dəymiş zərərə görə mülki iddia ərizəsi ilə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı qətiyyən hər-hansı təzyiq və təsir tətbiq olunmamışdır. Onun istintaq təcridxanasından rayon polis X6 yerinə neçə dəfə köçürülməsinin baş verdiyini xatırlamır, buna səbəb ay ərzində məhkəmələrə baxılması üçün göndərilən cinayət işlərinin sayının çox olmasıdır. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin (mülki cavabdehin) etap olunması ilə əlaqədar sənədlər mövcuddur. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) X19 uzun müddət saxlanılması müvafiq istintaq hərəkətlərinin keçirilməsi zərurəti, müvəqqəti saxlama yerinin etap qrafiki, xidməti ezamiyyət kimi müxtəlif səbəblərlə əlaqədar mümkün və yolveriləndir. İnzibati xətanın onlara aidiyyatı yoxdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) müdafiəçilərindən birinə qeyri-səmimi ifadə vermiş, yəni zərərçəkmişin həyətinə getməməsini bildirmiş və həmin qeyri-səmimilik ortaya çıxanda müdafiəçisi ondan imtina etmişdir. Vətəndaş Şahid3 oğlu tərəfindən təkcə zərərçəkmiş şəxsin ziyanının ödənilməli olduğu bildirilmiş və ondan qanunsuz şəkildə hər-hansı pul istənilməmişdir. Əksinə Mirtağıgil zərərçəkmiş şəxsin ziyanını ödəməmək, əvəzində isə ona 10.000 (on min) manat verməyi deyib, ondan ziyan məsələsini mülki məsələyə çevirməsini xahiş etmişlər, o da təbii ki, bunu qəbul etməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) ibtidai araşdırma zamanı, məhkəmə prosesində mental cəhətdən zərərçəkmişin ailəsini aşağı təbəqə adlandırmış, lakin istintaqın gedişatında ayrı-ayrı vaxtlarda Günellə evlənmək niyyətinin ciddi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) həyətinə getdiyi tarixi xatırlamır, ora getməyinə səbəb isə onun atasının həyətində olan ziyarətgahla əlaqədar şəxslərdən pul toplaması barədə müraciət əsasında olmuşdur. Səhv etmirsə, zərərçəkmişin cinayət işində olan izahatında həmin məsələ öz əksini tapmışdır. Təqsirləndirilən şəxsdən (mülki cavabdehdən) 10.000 (on min) manat pul tələb etməmişdir, bu əsassız iddiadır. Üzləşdirmə bir gündə olmuş, həmin vaxt Mirəziz Günelə qarşı niyyətinin ciddi olmasını bildirmiş, sonuncu buna inanaraq ağlamış, buna görə üzləşdirmə dayandırılaraq, Günel əl-üzünü yuyub sakitləşəndən sonra yenidən davam etdirilmişdir. Beləliklə, üzləşdirmə istintaq hərəkəti cəmi bir dəfə olmuşdur. Üzləşdirmədə zərərçəkmiş Günaya vurulmuş 14.000 (on dörd min) manat ziyanı ödədiyi təqdirdə, Mirəzizdən şikayətçi olunmayacağı barədə deyilməyib. İşin sonrakı gedişatında belə hal olub ki, zərərçəkmiş şəxs Günaya vurulmuş maddi ziyan ödənildiyi təqdirdə, bu barədə zərərçəkmişin istəyi nəticəsində şikayət geri götürülə bilərmiş. Cinsi aktı elə bir şeydir ki, şəxslər arasında gizli şəkildə baş verir və bu hər iki şəxs barəsində olan ekspertiza rəyləri, dolayı şahid ifadələri, eləcə də digər maddi sübutlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) ilkin izahatından axırıncı ifadəsinə kimi müəyyən mərhələlərdə dəyişik fikirlər yaranmışdır. Mirtağıya Günayın əvvəllər X30 Mübarizə İdarəsi tərəfindən tutulması, onun polislərlə əlbir olaraq şəxslərin tutulmasına kömək etməsi barədə deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Zərərçəkmiş şəxs1 Masallı Rayon Polis Şöbəsi X20 ünvanladığı ərizədən görünür ki, o, Masallı rayonu, Bədəlan kəndindəki fərdi yaşayış evindən özünə məxsus 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğdə pul vəsaitinin oğurlandığını və məlum şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını bildirmişdir (cild 01, i.v. 04). Masallı Rayon Polis X12 “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Masallı rayonu, Bədəlan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus birmərtəbəli evin birinci mərtəbəsində olan yataq otağının içərisidir və yatağın yanındakı sandığın içərisinə baxış zamanı sonuncuya məxsus 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğdə pul vəsaitinin olmadığı müəyyən edilmiş, bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, i.v. 05- 07). Masallı Rayon Polis X13 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğdə pul vəsaitinin yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs2 tərəfindən yaşadıqları fərdi yaşayış evindən götürülərək sevgi münasibətlərində olduğu Təqsirləndirilən şəxs verilməsi və sonuncunun Zərərçəkmiş şəxs2 ilə Masallı rayonu ərazisində dəfələrlə cinsi əlaqədə olması müəyyən edilmişdir (cild 01, i.v. 27). Zərərçəkmiş şəxs1 Masallı Rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs2 ilə Masallı rayonu ərazisində dəfələrlə cinsi əlaqədə olmuş və bu barədə qızı Günelin özü ona məlumat vermiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 01, i.v. 29). Masallı Rayon Məhkəməsinin 3(050)-686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 8.300 (səkkiz min üç yüz) ABŞ dolları məbləğdə pul vəsaitinin oğurlanması ilə əlaqədar sonuncunun ondan şübhələnməsi bildirilmiş, Mirəziz Günayın ünvanına ictimai yerdə nalayiq ifadələr işlətmiş, buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada 8 (səkkiz) gün müddətə həbs edilmişdir (cild 01, i.v. 40-43). Masallı Rayon Polis X23 Yerinin xx.xx.2024-cü il tarixli raportu və eyni tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid3 tərəfindən oğluna gətirilmiş sovqatın içərisində məktub aşkarlanmış, həmin məktubda “onlar qızı da sənin boynuna qoymaq istəyirlər, çox şeyi boynuna alma” məzmununda ifadələrin işlədilməsi müəyyən edilmişdir (cild 01, i.v. 44-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 254 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 hər hansı bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Qızlıq pərdəsi dəliyinin ölçüsü onun tamlığı pozulmadan cinsi əlaqənin ola bilməsini istisna etmir. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) vardır. Düz bağırsaq nahiyəsində hər hansı bir xəsarət olmadığından qeyritəbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir (cild 01, i.v. 52-54). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilmişdir (iş vərəqi 72-76; 78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs hər hansı bir xəsarətin aşkar olunmaması, cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar edilməməsi əks olumuşdur (cild 01, i.v. 97-98). Masallı Rayon Polis X12 “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında sevgi münasibətləri olmuş və Təqsirləndirilən şəxs bu münasibətlərdən istifadə edərək özünün yalandan xəstə olması adı ilə Zərərçəkmiş şəxs2 pul istəmiş, bu barədə Zərərçəkmiş şəxs1 Günellə Mirəzizin arasında aparılan “WhatsApp” mobil tətbiqi mesajlarının fotoşəkilləri götürülərək protokola əlavə edilmişdir (cild 01, i.v. 103-110). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzlərinə qarşı söyləmişlər və bu barədə protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 111-115). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsindən həmin Məcəllənin 152.2-ci maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 116-117). Masallı Rayon Polis X35 X15 Mirtağıyevin adına etibarnamə ilə olan “Nissan Sunny” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə dair məlumatlardan görünür ki, həmin avtomobil mülkiyyətçi Şahid3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Təqsirləndirilən şəxs idarə etmək üçün etibar edilmişdir (cild 01, i.v. 121). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 122-123). Masallı Rayon Məhkəməsinin 4(050)-23/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 mart 2024cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 142-145). Masallı Rayon İcra Hakimiyyəti başçısı X28 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Bədəlan kəndində qeydiyyatdadır, ailə tərkibi atası, anası, qardaşı və bacısından ibarətdir (cild 01, i.v.167). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən həmin xəstəxanada qeydiyyatdadır (cild 01, i.v. 177). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökmün surəti və Ədliyyə Nazirliyi Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasını başa vurmuş və qeydiyyatdan çıxarılmışdır (cild 01, i.v. 178, 190-198). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.2-ci maddələrinin tələbinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, eləcə də, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. Masallı Rayon Polis X12 “götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin yay aylarında Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan taxta yelləncəkdə öpüşdüklərinə və qucaqlaşdıqlarına dair fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, i.v. 205-208). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 xx.xx.2024-cü il tarixli, 1274 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıra üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir, lakin bu şəxsiyyət pozunutusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən əmələ görə anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmk iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur, bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir (cild 01, i.v. 213-216). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, i.v. 222-231). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/353 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 hadisə zamanı emosional halında ekstremal dəyişikliklər baş verməmişdir. Zərərçəkmiş şəxs2 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır, hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir (cild 02, i.v. 233-236). Masallı Rayon Polis X12 “Mərkəzi Bankın internet saytından valyuta məzənnəsinin götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə 1 ABŞ dolları 1.70 (AZN) Azərbaycan manatı nisbətində və belə olan halda 5.100 (ABŞ) dolları 8.670 Azərbaycan manatı nisbətində müəyyən edilmişdir. Mərkəzi Bankının cbar.az saytından çıxarış protokola əlavə olunmuşdur (cild 02, i.v. 06- 07). Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsi 152.2-ci maddəsindən həmin Məcəllənin 152.4.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs1 ümumilikdə, 14.110 (on dörd min yüz on) manat məbləğində maddi ziyan vurulmuşdur (cild 02, i.v. 08-22; 45-47). Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi, ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz və ərizədən görünür ki, o, 142 (bir yüz qırx iki) manat məbləğində dövlət rüsumu ödəmiş və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 17.000 (on yeddi min) manat məbləğində maddi və mənəvi ziyanın, habelə 142 (bir yüz qırx iki) manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şöbənin X22 gətirilmiş, həmin vaxt tibbi müayinə zamanı onda heç bir xəsarət aşkar edilməmiş, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş 3372/2024 nömrəli “Tibbi Kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yeni xəsarət aşkar edilməmiş, sol əlinin üzərində köhnə çapıq toxuması olmuşdur. Müdafiəçinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X7 haqqında xx.xx.2024-cü il tarixli arayışlarının surətindən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs anası Hüsniyyə Məcidova müddətli ikinci qrup, atası Şahid3 isə müddətsiz ikinci qrup əlilliyi olan şəxslərdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Masallı Rayon İcra Hakimiyyəti Başçısının X28 ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmiş, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi Orta-İxtisas Təhsili Müəssisəsi Masallı Peşə Məktəbinin xasiyyətnaməsində Təqsirləndirilən şəxs həmin məktəbin “İnşaat ustası” qrupunun tələbəsi kimi müsbət xarakterizə olunmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili X17 məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə, şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, məhkəmə istintaqı müddətində tərəflərindən çoxsaylı vəsatətlər verilmiş və beləliklə ona qarşı irəli sürülmüş ittiham mübahisələndirilmişdir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni Zərərçəkmiş şəxs2 ilə bu və ya digər formada cinsi əlaqədə olmaması, onu aldatmaması, “WhatsApp” vasitəsi ilə xəstəliyi ilə bağlı pula ehtiyacı olması barədə kontaktında olan altı nəfərə mesaj paylaşması, gah həmin şəxslərdən birinin də Günel olması, gah da Günel onun “WhatsApp” hesabını idarə etdiyi üçün həmin mesajı görməsi kimi dəyişik fikirləri, Güneldən mart ayının sonunda qaytarmaq şərtilə borc olaraq ümumilikdə 8.200 (səkkiz min iki yüz) ABŞ dolları məbləğdə pul alması, lakin mart ayının 20-dən həbs olunduğu üçün həmin pulu geri qaytara bilməməsi, müstəntiq Şahid4 Zərərçəkmiş şəxs1 beynini dolduraraq, sevdiyi qızı, yəni Güneli ona qarşı silah kimi istifadə etməsi, Günayın ondan 14.000 (on dörd min) manat pulunu tələb etməsi, pulu qaytararsa, şikayət etməyəcəyini bildirməsi, müstəntiqin ondan Günayın 14.000 (on dörd min) manatını qaytarmaqdan əlavə, özünə də 10.000 (on min) manat pul verməli olduğu, əks halda yükləyib həbsə göndərəcəyi, ağır cinayətdə ittiham edəcəyi, şöbədə dəyənəklə döyülüb, işgəncəyə məruz qalması, müstəntiq Şahid4, istintaq idarəsinin rəisi Cahangir adlı şəxs və tanımadığı serjant tərəfindən döyülməsi, müstəntiqin onun atasına hədə-qorxu gələrək ondan pul tələb etməsi, bununla əlaqədar yaşadıqları evin həyətində olması, polis X6 yerində olduğu müddətdə heç bir müayinədən keçirilməməsi, müstəntiqin öyrətməsi nəticəsində Günelin onun üzünə duraraq, güya onunla cinsi əlaqədə olmasını iddia etməsi, 28 mart 2024-cü il tarixdə gecə saatlarında inzibati həbs müddətinin bitməsi ilə əlaqədar X9 buraxılsa da, qanunsuz olaraq Post Patrul Xidmətinin otağında qolu qandallı şəkildə səhərə kimi saxlanılması, müstəntiqin tələb etdiyi pulları vermədiyi üçün həbs edilməsi, 22 mart tarixində döyüldüyünə görə ayağındakı şişlərin çəkilməməsi səbəbindən 06 aprel tarixində Bakı İstintaq Təcridxanasına göndərilməsi, 30 may 2024-cü il tarixdə təcridxanadan Masallı Rayon Polis X6 Yerinə aparılması və qanunsuz olaraq iyirmi iki gün müddətində orada saxlanılması, müstəntiqə istifadəsində olmuş “Redmi10” markalı mobil telefondan Günellə olan şəkillər, yazışmalar və başqa dəlillər təqdim etsə də, müstəntiqin həmin dəlilləri rədd etməsi və dəlilləri məhv etmək niyyəti ilə telefonununu zavod məlumatlarına sıfırlaması, cinayət işinin materiallarına, istədiyi rüşvət verilmədiyinə görə bilə-bilə yalandan sübutları saxtalaşdıraraq, yaşadığı kənd ərazisində mənfi xarakterizə olunması barədə xasiyyətnamə əldə edib əlavə etməsi, “şəxsiyyət pozuntulu şəxs” diaqnozu ilə barəsində ambulator müalicə təyin edildiyindən həbs edilməli olmadığı barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmişlərin və ittiham üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdehin) məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 254 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 qızlıq pərdəsi dəliyinin ölçüsünün tamlığı pozulmadan onunla cinsi əlaqənin ola bilməsini istisna etməməsi, qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlərin (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) olması qeyd olunmuşdur (cild 01, i.v. 52-54). Bununla əlaqədar Masallı Rayon Polis X12 xx.xx.2024-cü il tarixli protokolundan məlum olur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs sözügedən ekspert rəyi ilə tanış olarkən vəsatət və etirazının olmamasını bildirmişdir (cild 01, i.v. 91). Cinayət işinin materiallarındakı Günellə Mirəzizin arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmaların məzmunundan görünür ki, Mirəziz Günelə “Sənnən bir sözhbət etmək istəyirəm”, “X34 deyim Amma Mənə 1 Aylıq Borc lazımdı”, “X25”, “Az deyile Summa”, “6500 Manat lazımdır” və s. məzmunlu mesajlar yazmış, buradan da, Mirəzizin səhhəti ilə əlaqədar ona pul lazım olması barədə yalnız status paylaşmasında deyil, məhz Günelə fərdi qaydada, şəxsən yazması məlum olmuşdur (cild 01, i.v. 106-107). Bundan başqa, cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bədəlan kəndi ərazisində xırda xuliqanlıq edərək onu intizama dəvət edən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsetmənin əvvəli 21 mart 2024-cü il, saat 02:45-dən hesablanmış, inzibati həbsin müddəti 29 mart 2024-cü il, saat 02:45-də başa çatmamış, elə həmin tarixdə, saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bu barədə saat 18:40-da rayon prokurorluğuna və ailəsinə məlumat verilmişdir (cild 01, i.v. 40-43, 75- 78). Masallı Rayon Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, “xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Bədəlan kəndi ərazisində hərəkətdə olan zaman Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 evindən oğurluq edilməsi ilə bağlı ondan şübhəli olmasını bildirərkən, Günayın ailəsinin “pozğun” olduğunu, ona şər-böhtan atıldığını demiş və ünvansız söyüşlər işlətməyə başlamış, polis əməkdaşları ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək, onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, buna görə də, polis əməkdaşları onu şöbəyə gətirərək barəsində inzibati protokol tərtib etmişlər. Hazırda etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir”. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis şöbəsində döyülməsi ilə əlaqədar ayaqlarının şişməsi səbəbindən istintaq təcridxanasına gec, yəni xx.xx.2024-cü il tarixdə köçürülməsi, bununla da, qanunda nəzərdə tutulmuş 48 (qırx səkkiz) saatdan çox müddətdə X19 saxlanılması, habelə istintaq təcridxanasından X22 etap olunduqdan sonra X19 22 (iyirmi iki) gün müddətində qanunsuz olaraq saxlanılması ilə əlaqədar məhkəmədə əlavə şahid qismində dindirilmiş Masallı Rayon Polis X12 sabiq baş müstəntiqi Şahid4 bildirmişdir ki, bu hallar müvafiq istintaq hərəkətlərinin keçirilməsi zərurəti, müvəqqəti saxlama yerinin etap qrafiki, xidməti ezamiyyət kimi müxtəlif səbəblərlə əlaqədar olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin (mülki cavabdehin) barəsində həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 142-145).. Cinayət işinin materiallarında olan Masallı Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Masallı Rayon Polis X6 Yerinə köçürülməsi barədə qərar qəbul olunmuş, həmin şöbənin xx.xx.2024-cü il tarixli raportu ilə Təqsirləndirilən şəxs ilə əlavə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yarandığından, onun X19 saxlanılmasının 5 (beş) gün müddətində, yəni xx.xx.2024-cü il tarixinədək uzadılması xahiş olunmuş, xx.xx.2024cü il tarixli qərarla Təqsirləndirilən şəxs, 22 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək yenidən istintaq təcridxanasından X22 köçürülmüşdür (cild 01, i.v. 219; cild 02, i.v. 62, 68-69). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə görə məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X19 24 (iyirmi dörd) saat müddətdən artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir). Həmin Məcəllənin 159-1.1 və 159-1.2-ci maddələrinə əsasən, istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə bir ayda 10 (on) gündən artıq olmayan müddətə istintaq təcridxanasından X22 keçirilə bilər. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması məqsədi ilə həbs edilmiş şəxsin istintaq təcridxanasından X22 keçirilməsini zəruri hesab edən müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından X22 keçirilməsi zərurəti ilə razılaşdıqda, müddəti göstərilməklə, təqsirləndirilən şəxsin istintaq təcridxanasından X22 keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Göründüyü kimi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs istintaq təcridxanasına yerləşdirilməsi və istintaq müddətində təcridxanadan X22 köçürülməsi rəsmi qaydada baş tutmuş və o, məsul orqanın qərarında müddət göstərilməklə saxlanıldığı istintaq təcridxanasından X22 köçürülmüşdür. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müstəntiq Şahid4 onun atası Şahid3 pul tələb etməsi, bununla əlaqədar onların yaşadıqları evin həyətinə getməsi barəsində qanunsuz ziyarətgah açaraq camaatdan pul yığmasına dair şikayətin olması ilə əlaqələndirməsi, lakin həbs olunduğu 29 mart 2024-cü il tarixinədək belə bir şikayətin olmaması barədə dedikləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Günay həmin izahatında Mirtağının yaşadığı həyətdə qanunsuz ziyarətgah açaraq, dələduzluq yolu ilə sakinlərin pulunu ələ keçirməsini qeyd etmişdir (cild 01, i.v. 30- 31). Bununla əlaqədar məhkəmə iclasına əlavə şahid qismində dəvət olunmuş müstəntiq Şahid4 bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul tələb etməmişdir və bu əsassız iddiadır. Mirəzizin atası Şahid3 yalnız oğlu tərəfindən zərərçəkmiş şəxsin ziyanının ödənilməli olduğu bildirilmiş və ondan qanunsuz şəkildə hər-hansı məbləğdə pul istənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Bu mənada, işin ibtidai istintaqını aparan müstəntiqin təqsirləndirilən şəxsə (mülki cavabdehə) ittiham olunduğu cinayət əməli nəticəsində vurmuş olduğu iddia olunan maddi ziyanı ödəməli olması barədə deməsi qanunazidd deyildir. Müdafiə tərəfinin müstəntiq Şahid4 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli saxta sənəd əldə edib, cinayət işinin materiallarına əlavə etməsinə dair bildirdikləri və məhkəməyə yeni, xx.xx.2024-cü il il tarixli xasiyyətnamə təqdim etmələri ilə bağlı məhkəmə heyəti ilk növbədə onu qeyd edir ki, cinayət işinin materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısı X28 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ərazidə sakit həyat tərzi sürmüş, mərc oyunları aludəçisi olmaqla, əvvəllər həbsdə olmuşdur (cild 01, i.v. 168). Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan izahat və ifadələrində, habelə məhkəmədəki ifadəsində onlayn oyunlara qoşulması, həmin oyunlara külli miqdarda pul yatırıb uduzmasını etiraf etmişdir. Bundan başqa, iş materiallarında olan tələbnamə və hökmün surətində Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması göstərilmişdir. Qeyd olunanlara nəzər salanda, demək olar ki, müdafiə tərəfinin saxta olduğunu iddia etdiyi Masallı Rayon İcra Hakimiyyəti başçısı X28 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində yalan məlumat qeyd olunmamışdır. Lakin, məhkəmə müdafiəçinin mübahisələndirilən xasiyyətnaməni imzalamış X28 Ərazi Dairəsi üzrə nümayəndəsi və katibi ilə təqsirləndirilən şəxsin (mülki cavabdehin) atası Şahid3 arasında Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamənin məzmununun işi aparan müstəntiq tərəfindən dəyişdirilməsi, bununla da mənfi xarakterizə olunması barədə xasiyyətnamənin verilməsinə nail olunmasına, habelə iş üzrə ibtidai istintaq zamanı mütəxəssis qismində təyin edilmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin (mülki cavabdehin) sərbəst buraxılması üçün onun yaxın qohumlarından pul tələb etməsinə dair məlumatların köçürüldüyü diskləri təqdim etməsi və həmin disklərin içərisindəki məlumatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələbinə əsasən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Masallı rayon prokuroruna göndərilməsi (material üzrə araşdırma davam edir), habelə eyni inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Təqsirləndirilən şəxs barəsində müsbət xasiyyətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli xasiyyətnaməsinin olması və belə olan halda xasiyyətnamələrlə bağlı hissədə yaranmış ziddiyyətin təqsirləndirilən şəxsin (mülki cavabdehin) xeyrinə həll edilməli olduğundan bu qənaətə gəlir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısı X28 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsi (müsbət xasiyyətləndirildiyi) əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə, cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müstəntiqə istifadəsində olmuş “Redmi10” markalı mobil telefonda Zərərçəkmiş şəxs2 ilə olan şəkillər, yazışmalar və başqa dəlillər təqdim etsə də, müstəntiqin həmin dəlilləri rədd etməsi və məhv etmək niyyəti ilə telefonunu zavod məlumatlarına sıfırlaması, bundan başqa həmin telefondakı silinmiş məlumatların (yazışmalar, fotoşəkillər, cinsi əlaqədə olmaları barədə videolar- olduğu halda) bərpa olunması ilə əlaqədar müdafiəçinin məhkəmə kompüter-texniki ekspertizasının təyin edilməli olması, lakin bu barədə vəsatətin təmin olunmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahat və ifadələrində bildirmişdir ki, özünə məxsus mobil telefonlarda “WhatsApp” mobil tətbiqində 24 saat ərzində mesajların silinməsi funksiyasını aktiv etmiş, buna görə də, Günellə aralarında olan danışıqlar mobil telefonunda qalmamışdır (cild 01, i.v. 46-48, 94-96, 129-132). Bundan başqa, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki izahat və ifadələrində Təqsirləndirilən şəxs mobil telefonunda “WhatsApp” mobil tətbiqində 24 saat ərzində mesajların silinməsi funksiyasını aktiv etməsi hissədə dediklərini təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, Mirəziz onun mobil telefonunda da eyni funksiyanı tətbiq etmişdir. Bundan əlavə, qeyd olunan məsələ ilə əlaqədar Zərərçəkmiş şəxs2 mobil telefonundan götürülmüş “WhatsApp” yazışmaları və fotoşəkillərdə verilən ittihamı sübut edəcək kifayət qədər məlumatlar olduğundan və əlavə sübutlara ehtiyac olmadığından məhkəmə bu barədə vəsatəti qanuni və əsaslı olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.3-cü maddəsində qeyd olunur ki, sübutların məcmusunun toplanması sübut materiallarının lüzumsuz artıq toplanmasına və ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs “şəxsiyyət pozuntulu şəxs” diaqnozu ilə barəsində ambulator müalicə təyin edildiyindən həbs edilməli olmadığı barədə bildirməsi ilə əlaqədar məhkəmə müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 xx.xx.2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində Təqsirləndirilən şəxs qərarda göstərilən əmələ görə anlaqlı hesab edilməsi, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşməməsi, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olması, məcburi müalicəyə ehtiyacının olmaması, iş üzrə ifadə vermək iqtidarında, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətli olduğu qeyd olunmuşdur (cild 01, i.v. 213-216). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0 və 140.0.2-ci maddələrinə əsasən, cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirildikdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözü gedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində ibtidai istintaq vaxtı müstəntiq, istintaq idarəsinin rəisi və polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldığını bildirsə də, bu barədə ibtidai istintaq zamanı nə özü, nə də müdafiəçiləri vasitəsilə hər hansı bir orqana müraciət etməmişdir. Halbuki, onun bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyəti olmuş, lakin bu hüququndan istifadə etməmiş, izahat və ifadələrində, barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar qapalı məhkəmə iclasında ona fiziki və ya psixoloji təsir və təzyiq göstərilməsi barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) ibtidai istintaq zamanı şikayəti yalnız müstəntiq tərəfindən ondan və ailəsindən işin bağlanması üçün 10.000 (on min) manat pulun istənilməsi barədə olmuş, məhkəmə istintaqı zamanı isə döyülmə faktı ilə əlaqədar aidiyyəti üzrə müraciəti əsasında prokurorluqda araşdırma başlanılmış, bununla əlaqədar həmin orqandan məhkəməyə ünvanlanmış sorğular cavablandırılaraq, tələb olunan sənədlərin surətləri təqdim olunmuşdur. Bundan başqa, “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmaması qeyd olunmuşdur (cild 01, i.v. 97-98). Bundan əlavə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs polis şöbəsində fiziki təzyiqlərə məruz qalması barədə məhkəmədə bildirməsi ilə əlaqədar məhkəmənin sorğusu əsasında Masallı Rayon Polis Şöbəsindən əldə edilmiş şöbənin “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışında, habelə Bakı İstintaq Təcridxanasından daxil olmuş “tibbi kitabça”da Təqsirləndirilən şəxs hər iki orqanda tibbi müayinələri zamanı onda heç bir yeni xəsarətin aşkar edilməməsi, yalnız sol əlinin üzərində köhnə çapıq toxumasının olması göstərilmişdir. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında tibbi müayinə zamanı saxlanılarkən zədə alması barədə bildirməsi tibbi yoxlama zamanı bədəni üzərində bununla əlaqədar hər hansı bir xəsarətin olmaması ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki və psixoloji təsir və təzyiqə, işgəncəyə məruz qalmasını bildirsə də, ilkin izahatından ibtidai istintaqın sonunadək məhkəmədə ittiham olunduğu maddələr üzrə verdiyi ifadə ilə eyni məzmunda ifadə vermiş, yəni, Zərərçəkmiş şəxs2 borca pul aldığını etiraf etsə də, onunla cinsi əlaqədə olmamasını bildirmişdir. Belə olan halda, onun bu və ya digər formada təzyiq və təsirə məruz qalması barədə dedikləri məntiqə uyğun deyildir. Məhkəmədə müdafiə tərəfinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ünvanlanan “polis əməkdaşları Mirəzizi döyüblərmi, onun döyülməsini görmüsünüzmü?” sualına Günelin “bəli” cavabı, elə həmin məhkəmə iclasında sonuncuya ünvanlanmış suallar əsasında dəqiqləşdirilmiş və məlum olmuşdur ki, Günel Mirəzizin polis əməkdaşı tərəfindən döyülməsini dedikdə, əslində tanımadığı polisin Mirəzizin qoluna yüngül toxunmaqla ondan həqiqəti danışmasını istəməsini nəzərdə tutmuşdur. Zərərçəkmiş şəxs2 Mirəzizin onun yanında polis əməkdaşları tərəfindən döyülməməsini, müstəntiq Şahid4 Mirəzizi döyməsini görmədiyini bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxsin (mülki cavabdehin) polis tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillərlə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxs (müki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə verməsini, ona təzyiq və təsir göstərilməsini təsdiq edən sübutların olmamasını və bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə müdafiə tərəfinin iş materiallarının birinci cild, 97-98-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyinin, həmin rəydə Təqsirləndirilən şəxs hər hansı bir xəsarətin aşkar olunmamasının qeyd olunması, lakin həqiqətdə isə Mirəzizin dəyənəklə döyülməsi, fiziki təzyiqə məruz qalması; Təqsirləndirilən şəxs atası Şahid3 tərəfindən Masallı Rayon Polis X6 Yerində saxlanılan oğluna gətirilmiş sovqatın içərisindən aşkarlanmış xx.xx.2024-cü il tarixli məktubun işin birinci cild 40-cı vərəqinə əlavə olunmasının isə şəxsi toxunulmazlıq hüququnun pozulması hesab olunduğundan hər iki sənədin sübutlar siyahısından çıxarılması barədə vəsatəti ayrıayrılıqda təhlil olunmalı və hüquqi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X14” X31 xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyində göstərilmiş Təqsirləndirilən şəxs hər hansı bir xəsarətin aşkar olunmaması faktı məhkəmə istintaqı zamanı sorğu əsasında tələb olunmuş Masallı Rayon Polis Şöbəsinin “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışı, habelə Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına olan “tibbi kitabça”dakı məlumatlarla öz təsdiqini tapmışdır. Belə ki, Masallı Rayon Polis Şöbəsinin “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs adı həmin jurnalda 272 sıra nömrəsində qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixdə, saat 18:45-də tibii müayinədən keçirilərkən tələbinin olmaması, praktiki sağlam olması qeyd olunmuşdur. Bundan başqa, Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına olan 3372/2024 nömrəli “tibbi kitabça”da onun təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilməsi və onda yeni xəsarət izinin aşkar olunmaması, sol əlinin üzərəndə köhnə çapıq toxumasının olması qeyd olunmuşdur. Bundan əlavə, məhkəmədə ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində, əlavə şahid qismində dindirilmiş işin ibtidai istintaqını aparmış müstəntiq Şahid4 isə ona ünvanlanmış suallara verdiyi cavabında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis şöbəsində döyülməsinin şahidi olmadıqlarını bildirmişlər. Cinayət-Prosessual Məcəllənin 140.0 və 140.0.1-ci maddələrində qeyd olunmuşdur ki, cinayət prosesi gedişində bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs atası Şahid3 tərəfindən Masallı Rayon Polis X6 Yerində saxlanılan oğluna gətirilmiş sovqatın içərisindən aşkarlanmış xx.xx.2024-cü il tarixli məktubun iş materiallarına əlavə olunmasının şəxsi toxunulmazlıq hüququnun pozulması hesab olunması və buna görə də, sübutlar siyahısından çıxarılmalı olmasına dair tələbinə gəlincə, məhkəmə hesab edir ki, bu tələb qanunsuzdur. Doğrudur, Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqlarından” bəhs edən ikinci bölməsinin “şəxsi toxunulmazlıq hüququ” adlandırılan 32-ci maddəsi hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlətin təminat verdiyini özündə əks etdirir. Eyni zamanda, elə həmin maddədə yuxarıda qeyd olunan cümlədən sonra göstərilir ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 16-cı maddəsinə əsasən, cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 259.5-ci maddəsidə göstərilir ki, telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar və ya başqa məlumatlar səlahiyyətli şəxslər tərəfindən müvafiq qərar əsasında ələ keçirilir. İşə aid danışıqların və ya məlumatın ələ keçirilməsi barədə qısa məzmunlu protokol tərtib olunur və cinayət işinin materiallarına əlavə edilir. Cinayət işinin materiallarında olan Masallı Rayon Polis X23 Yerinin mühafizəsi üzrə polis nəfərinin həmin polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, inzibati qaydada həbs olunmuş Təqsirləndirilən şəxs həmin tarixdə atası Şahid3 tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatın içərisində Mirtağı tərəfindən Mirəzizə polis şöbəsində istintaqı aparılan material üzrə “Onlar qızı da sənin boynuna qoymaq istəyirlər, çox şeyi boynuna alma” məzmunda ifadələrin işlədildiyi məktub aşkar olunmuş, “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarda sözü gedən məktubda yazılan ifadələrin Mirtağı tərəfindən ailə üzvü olan Mirəzizi müdafiə kimi qiymətləndirilməsi və bu ifadələrə həmin hissədə tənqidi yanaşılmalı olduğu qeyd olunmuşdur (cild 01, i.v. 44; cild 02, i.v. 21). Beləliklə, məhkəmə heyəti yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, müdafiəçinin sübutlar siyahısından çıxarılmasını təklif etdiyi xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyi və təqsirləndirilən şəxsin (mülki cavabdehin) atasının polis şöbəsində saxlanıldığı vaxt ona ünvanladığı məktubun sübutlar siyahısından çıxarılmasına səbəb kimi göstərdiyi hallar əsaslı və qanuni deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində on dörd yaşına çatmış, lakin on altına yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə təkrar törədildikdə, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində isə dələduzluq, yəni etibarından sui-istifadə etməklə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, “bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır”. Cinayət hüququ nəzəriyyəsinə görə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə formal tərkibli cinayətdir və təqsirkarın 16 yaşına (14 yaşına) çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və onun barəsində seksual xarakterli hərəkətlər etdiyi andan başa çatmış sayılır. Bu cinayət subtektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar 16 yaşına (14 yaşına) çatmayan şəxslə cinsi əlaqədə olduğunu və ya seksual xarakterli hərəkətlər etdiyini dərk edir və bunu arzu edir. Motiv cinsi ehtirasın təmin edilməsidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarından göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Belə olan halda, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü olmaqla özü ilə doqquz yaş fərqi olan, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin iyul ayından etibarən onun yaşadığı Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evinin həyətində, özünün işlədiyi mağazada, idarə etdiyi avtomobildə və s. yerlərdə Günelin razılığı əsasında təbii (qızlıq pərdəsi pozulmadan) və qeyri-təbii yolla cinsi əlaqədə olması, öz kişi cinsiyyət orqanını onun ağzına salıb tam ereksiya vəziyyətinə gətirərək ona qarşı seksual xarakterli hərəkətlər etməsi haqlı olaraq on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə; sevgi münasibətlərində olduğu (etibardan sui-istifadə) yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 özünün ağır xəstəliyinin olduğu, müalicəsi və əməliyyat olunması üçün xeyli miqdarda pul lazım olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan (aldatma) ondan anası Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 8.300 (səkkiz min üç yüz) ABŞ dolları (14.110 (on dörd min yüz on) manat) məbləğdə pulu alaraq ələ keçirməsi isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmə cinayət əməlləri kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün qismən etirafedici (Zərərçəkmiş şəxs2 pul alması hissədə), zərərçəkmişlərin, şahidlərin ifadələri, “ifadənin yerində yoxlanılması”, “götürmə aparılması” və “üzləşdirmə” istintaq hərəkətlərinin aparılmasına dair protokollar, məhkəmə-tibbi, məhkəmə-psixiatrik, məhkəmə-psixoloji ekspertizalarının rəyləri, mobil telefondan götürülmüş məlumatlar, fotoşəkillər və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır və az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə (mülki cavabdehə) cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 borca pul alması hissəsində səmimi peşmançılıq çəkməsini, bu hissədə özünə tənqidi yanaşmasını, yaşayış yeri üzrə, habelə təhsil aldığı orta-ixtisas təhsili müəssisəsi tərəfindən müsbət xasiyyətləndirilməsini, hər iki valideyninin ikinci qrup əlil olmalarını (biri müddətli, digəri müddətsiz) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə görə, təqsirləndirilən şəxsin (mülki cavabdehin) əməllərində cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində isə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, xarakterini, şəxsiyyətini, işin digər halları ilə yanaşı cinayət əməllərinin yetkinlik yaşına çatmayan şəxsə qarşı onunla bu və digər formalarda cinsi əlaqədə olmaqla, onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə törədilməsini, bunun da yetkinlik yaşına çatmayan birinin, özü də qız uşağının psixologiyasına mənfi təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin müvafiq olaraq 15.3 və 15.4-cü maddələrinə əsasən ağır və az ağır cinayətlər hesab olunur və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı baş vermiş cinayət hadisəsi ilə əlaqədar vurulmuş 17.000 (on yeddi min) manat həcmində maddi və mənəvi zərər, habelə mülki iddiaya görə ödənilmiş 142 (bir yüz qırx iki) manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair mülki iddia verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1, 181.1, 181.1.1, 181.1.2, 185, 187 və 354.1-ci maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:- iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 65-68-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəllənin 179- 188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. 66-cı bənddə göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada mənəvi zərərlə bağlı məsələyə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 03 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 71-ci bəndi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd olunanların fövqündə belə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia qanunun bu və digər tələblərinə əməl edilməklə verilmişdir. Və cinayət işinin materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, onun mülki iddiası bununla əlaqədar ödənilmiş dövlət rüsumu da daxil olmaqla tam təmin edilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak, habelə maddi sübut yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs (mülki cavabdeh) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin mülki cavabdehin) məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə (mülki cavabdehə) göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Belə olan halda cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğdə pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə 2 (iki) il müddətə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, həmçinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi 17.000 manat (on yeddi min) manat məbləğində mülki iddia (maddi və mənəvi zərər daxil) və 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun ödənilməsi barədə ərizəsi tam təmin edilsin. Bununla əlaqədar olaraq, Təqsirləndirilən şəxs ümumilikdə 17.142 (on yeddi min yüz qırx iki) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə (mülki cavabdehə) göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-68/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-68/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver