Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-681/2023 27.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri X7, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X5 və X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, MÜƏYYƏNETDİ: Həmin cinayət işinə məhkəmə hazırlıq iclasında baxılarkən müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X4 CM-177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yanaşı, həm də CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə ittiham irəli sürülmüşdür. Lakin irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Vüsal İmaməliyevə CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülsə də, ittihamın məzmununda CM-nin 234.1-ci maddəsinin dispoztiv tərkib əlamətləri öz əksini tapmamış, yəni ittihamın məzmununa narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olması və narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi ifadələr daxil edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.2 və 223.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətləri göstərilməklə ittihamın mahiyyəti, həmin qərarın nəticə hissəsində isə şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Həmçinin həmin Məcəllənin 289.3.1, 289.3.2 və 289.4-cü maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulu, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, yuxarıda sadalananlar səbəbindən cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Bundan başqa, CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və nəticədə müdafiə hüququnun pozulmasına səbəb olur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pzuntuları umumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pzmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-nin 289cu maddəsinin tələblərinə uyğun olmaması, 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdır. CPM-nin 303.1-ci maddəsinə əsasən bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması baprədə qərar qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 306.1 və 306.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti qərarın çıxarıldığı andan yeddi gün müddətində qutradıqda və dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmalıdır. İş üzrə digər Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti cinayət işi məhkəmənin icratında olduğu zaman 30 avqust 2023-cü il tarixdə, X3 həbsdə saxlanılma müddəti isə 15 sentyabr 2023-cü il tarixdə başa çatmışdır. Eyni zamanda dövlət ittihamçısı təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən zəruri istintaq hərəkətlərinin aparılması üçün müəyyən müddət tələb olunduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və V.Q.İmaməliyevin həbsdə saxlanılma müddətləri 30 noyabr 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158, 159, 300.1.5, 303.3, 303.3.1, 3030.3.6, 306.1, 306.2, 306.2.1 və 306.2.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 30 noyabr 2023-cü il tarixədək uzadılsın. Qərar bu hissədə icra olunması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(099)-681/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-681/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver