Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-683/2023 27.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 03 avqust 2002-ci ildə Saatlı rayonunun Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla Saatlı rayonunun Məmmədabad kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahda olduğu arvadı xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1ın 30 aprel 2023-cü il tarixdə “whatsapp” sosial şəbəkəsində ona boşanmaq istəməsini və yaşadıqları evə gəlməməsini bildirməsi ilə müşayiət edilən, 26 aprel 2023-cü il tarixdən etibarən formalaşmış qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması nəticəsində sonuncunu qəsdən öldürmək qərarına gəlib niyyətini reallaşdırmaq məqsədi ilə 30 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Saatlı rayonu, Şirinbəy kəndində yerləşən istintaqa məlum olmayan mağazadan aldığı “Go” spirtli energetik içkisini qəbul edib yüngül dərəcəli sərxoşluq halında həmin kənddəki Kərim Məmmədova aid mağazadan 2 manata aldığı soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını üzərində olan gödəkcənin cibinə qoyub sonuncu ilə birgə yaşadığı Saatlı rayonu, Məmmədabad kəndində yerləşən fərdi yaşayış evinə gedərək, gödəkcənin cibindən bıçağı çıxardıb həmin evin köməkçi hissəsindəki mağar altında olan çöl mətbəxinə tərəf gedib orada olan qayınatası Zərərçəkmiş şəxs2 və arvadının babası Şahid1 onun evdən çıxıb getməsinə dair tələblərinə məhəl qoymayaraq, ilk olaraq skamyada əyləşən Zərərçəkmiş şəxs1 tərəf qətiyyətlə irəliləyərək arxa tərəfinə keçib münasib vəziyyət tutaraq sonuncunun yaxınları, atası Zərərçəkmiş şəxs2 və babası Şahid1 gözləri qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib Zərərçəkmiş şəxs2 və Şahid1 xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs1 saçından tutub sağ əlində tutduğu bıçaq ilə boğaz nahiyəsindən xəsarətlər yetirib ona kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmiş boynun ön səthində iri arteriya və venaları zədələməyən bir ədəd, sağ qulağın xarici seyvanında bir ədəd, sol əlin 2-ci barmağının ovuc səthində bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik olan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 onun əlindən qaçıb evin yaşayış hissəsinə getməsi, eyni zamanda Zərərçəkmiş şəxs2la Şahid1 hadisənin qarşısını almaq səyləri ilə öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmiş, daha sonra mübahisəyə müdaxilə etmək istəyən və arvadının məlum davranışlarının əsas səbəbkarı kimi gördüyü qayınatası Zərərçəkmiş şəxs2 öldürmək qərarına gəlib, sonuncunun atası Şahid1 və qızı Zərərçəkmiş şəxs1 gözü qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib Şahid1 və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs2 itələyib yerə yıxdıqdan sonra, sağ əlində tutduğu bıçaqla sonuncunun bədən səthinə qəsdən bıçaq zərbələri vurmuş, həmin əsnada əlində tutduğu müvafiq bıçağın tiyəsi əyildiyindən həmin bıçağı əlindən atıb, öz cinayətkar əməlini başa çatdırmaq məqsədilə evin qaz plitəsinin yanında sininin üstündə gördüyü soyuq silah hesab edilməyən məişət təyinatlı digər mətbəx bıçağını sağ əlinə alaraq Zərərçəkmiş şəxs2 daha bir neçə ardıcıl bıçaq zərbələri vurmuş, ümumilikdə sonuncuya kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmiş döş qəfəsinin arxa səthində, sol kürək xətti üzrə 3-cü bel fəqərəsi səviyəsində döş boşluğuna keçməyən bir ədəd, sol sağrının yuxarı kvadrantında iki ədəd, burnun sağ qanadı proyeksiyasında bir ədəd, cəmi dörd ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik olan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs2 ona qarşı fəal müqavimət göstərməsindən və Şahid1 hadisənin qarşısını almaq səylərindən əməlini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncuları xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi qaydada 2021-ci ildə Zərərçəkmiş şəxs1 ilə evlənmiş və onların bir azyaşlı uşağı vardır. O, əvvəl anası ilə birlikdə Bakı şəhərində anasının yaşadığı evdə, evləndikdən sonra da bir müddət Bakı şəhərində kirayə evdə, daha sonra isə Saatlı rayonunun Məmmədabad kəndində arvadı Əminənin atası Kamalın evində yaşamış, heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmçinin onlarla birlikdə qayınatası, Kamal, arvadının babası Əsədulla və nənəsi Aminə yaşamışdır. Əvvəllər arvadı ilə münasibətləri yaxşı olmuş, lakin hadisədən bir neçə gün əvvəl isə münasibətləri kəskinləşmişdir. Arvadı Əminə və özü ayrı-ayrı mobil telefonlar işlətmişlər. Özü 051/495-06-41 saylı, arvadı Əminə 050/543-27-34 saylı mobil telefon nömrəsindən istifadə etmişlər. 26 aprel 2023-cü il tarixdə evdə olarkən o, arvadı Əminənin mobil telefonuna baxmaq istəmiş, lakin Əminə buna etiraz etmişdir. Sonra o, təkidilə Əminədən mobil telefonu götürüb baxarkən telefonda tanımadığı cavan bir oğlanın bir neçə fotoşəklini, eyni zamanda “Səni sevirəm” və başqa sevgi xarakterli fotoşəkillər görmüşdür. Bu yazıların və şəkillərin kimə aid olduğunu Əminədən soruşanda, Əminə adını bilmədiyi xalası qızının ərinin fotoşəkilləri olduğunu və yazıları da onun yazdığını, xalası qızı ilə qarşılıqlı olaraq yazışarkən ona göndərdiyini bildirmişdir. Bununla bağlı Əminə ilə aralarında mübahisə baş vermiş, sonra o, Əminənin ona xəyanət etdiyini anlamışdır. Sonra o, arvadı Əminəni və körpə uşağını götürüb ana babası İsanın yaşadığı Saatlı rayonun Şirinbəy kəndindəki evə getmiş və onlar 27 aprel 2023-cü il tarixdən etibarən babasıgilin evində yaşamışlar. 29 aprel 2023-cü il tarixdə qayınatası Kamal babası İsaya zəng edib Əminənin evə qayıtmasını demiş, bundan sonra babası və nənəsi Əminəni uşağı ilə birlikdə Məmmədabad kəndinə atasının evinə aparmışlar. Həmin vaxtdan sonra o, Əminə ilə yalnız telefonla əlaqə saxlamış, həmçinin Əminəyə bu sözsöhbətin həll olunmasını, qayınatası Kamalla birlikdə Şirinbəy kəndinə babasının evinə gəlib bu məsələnin aydınlaşdırılmasını demiş, Əminə isə ona gəlməməsini, özünün və atasının da Şirinbəy kəndinə babasının evinə gəlməyəcəklərini demişdir. 29 apreldə, axşam vaxtı babası İsa ona Əminənin atası Kamalla birlikdə səhərisi gün, yəni 30 apreldə evə gələcəklərini və birlikdə burada söhbət edəcəklərini bildirmişdir. 30 aprel 2023-cü il tarixdə, səhər saat 11 radələrində arvadı Əminə vatsapla ona “sizin evə gəlməyəcəyik, cəhənnəm ol həyatımdan, səndən boşanıb rahat həyatımı yaşayacağam” mesaj yazmışdır. O, bu mesajı görüb bərk əsəbiləşmiş və həmin an gedib Əminəni cəzalandırmaq, yəni onu qorxutmaq istəmişdir. Sonra o, babasıgilin evindən çıxıb Şirinbəy kəndindəki adını bilmədiyi bir marketdən spirtli energetik içkisini alıb içmişdir. Daha sonra kənddə olan başqa bir marketindən bir ədəd bıçaq alıb əynindəki gödəkcəsinin cibinə qoyub velosipedlə Məmmədabad kəndində arvadı Əminənin yaşadığı, qayınatası Kamalın evinə getmiş və saat 12 radələrində ora çatmış, darvazanın yanında gödəkcəsinin cibindən bıçağı çıxarıb əlinə alıb sonra həyətə girmişdir. Həyətdə olan çardağın altında arvadı Əminə, qayınatası Kamal, Əminənin babası Əsədullanın oturub çay içdiklərini görüb onlara yaxınlaşmış, onu görüb Kamal və Əsədulla ayağa qalxmış, Əminə isə qalxmamış oturmağa davam etmiş, həmin vaxt özünün əlində bıçaq da əlində olmuşdur. Sonra o, onlardan niyə Şirinbəyli kəndinə babasıgilə gəlmədiklərini soruşmuş, onlar ona cavab verməmiş, qayınatası Kamal isə ona evdən çıxıb getməyini, birdə onları narahat etməməsini demişdir. Bundan sonra o, daha da əsəbiləşərək irəli gedib oturmuş vəziyyətdə olan Əminəyə yaxınlaşıb onun arxa tərəfinə keçib saçından tutub əlindəki bıçaqla Əminənin boyun nahiyəsini kəsmiş, bu anda Əminə bərk qışqıraraq əlindən çıxıb yaşayış evinin içərisinə qaçmış, Kamal və Əsədulla isə sağ və sol tərəfdən onun üzərinə gəlib yumruq və təpiklə onu vurmuş, o da özünü müdafiə edib əli ilə Kamalı itələmiş və Kamal yerə yıxılmışdır. Bundan sonra o, əlindəki bıçaqla Kamala bir-iki bıçaq zərbəsi vurmuş, bu anda bıçaq əyilmiş və onu daha həmin bıçaqla vura bilməmişdir. Həmin vaxt o, orada olan qaz plitəsinin yanında padnosda olan bıçağı görüb əlindəki bıçağı yerə atmış və Kamala qarşı əsəbi soyumadığından padnosdakı həmin bıçağı götürüb Kamalı bir neçə dəfə vurmuş və Kamal yerə yıxılmış, sonra Kamal ayağa qalxıb yaşayış evinə tərəf qaçmışdır. Bundan sonra o, əlindəki bıçağı yerə atıb həyətdən çıxmış, küçədə dayanıb istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib arvadı Əminəni və qayınatası Kamalı bıçaqladığını, yaşadığı Şirinbəy kəndindəki evə gedəcəyini bildirmiş, sonra velosipedinə minib Şirinbəy kəndinə babasının evinə getmişdir. Evdə babası və nənəsinə hadisə barədə demiş, babası onu danlamışdır. Bir az sonra polis əməkdaşları həyətə gəlmiş və onu götürüb maşınla Saatlı RPŞ-nə aparmışlar. Hadisə baş verən vaxt Kamalın atası Əsədulla da orada olmuş, onun Əminəni və Kamalı bıçaqla vurmasını görmüşdür. Həmçinin o, Əminəni bıçaqla vurarakən orada olan Kamal və Əsədulla bunu görmüşlər. Hadisə zamanı, yəni Kamalı bıçaqlayan zaman əlindəki bıçaq öz əlini də kəsərək xəsarət almışdır. Ona xəyanət etdiyinə görə onun niyyəti arvadı Əminəni bıçaqla vurub cəzalandırmaq olmuş, lakin onu öldürmək kimi qəti fikri olmamış, həmçinin hadisə vaxtı əsəbiləşdiyindən əlindəki bıçaqla Kamalı da vurmuş, onu da öldürmək niyyəti olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da ümumən məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş və eyni zamanda həmin ifadələrdə göstərmişdir ki, o, arvadı Əminəni öldürmək niyyəti ilə ona bıçaqla xəsarət yetirmiş, Əminənin boynunu bıçaqla bütöv kəsdiyindən bu xəsarətin onun ölməsinə kifayət edəcəyini düşünmüş, həmçinin Əminə əlindən qaçıb evə keçmiş, həm də Kamalla Əsədulla üzərinə gəldiklərindən başı onlara qarışmış, ən sonda isə Kamaldan hirsini çıxdığından evə keçib Əminənin ölüb-ölmədiyinə maraq etməmişdir. Onun arvadı Əminəni öldürməkdə niyyətinin səbəbi Əminənin ona qarşı xəyanət etməsi olmuş və o, namusunu təmizləməyi qərarlaşdırıb Əminəni öldürməyi qətiləşdirmişdir. Onun qayınatası Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti yetirməkdə məqsədi isə onu öldürmək olmamış, məqsədi əvvəlcədən Kamalın arxa yan nahiyəsini bıçaqlamaq olmuşdur ki, Kamal qızı Əminənin ona qarşı xəyanət etməsindən, namussuzluqdan dərs alsın. O, birinci bıçaqla Kamalı vurduqdan sonra bıçağın tiyəsi əyildiyindən, evin qaz plitəsinin yanındaki sininin üstündə olan bıçağı götürüb Kamala əlavə xəsarətlər yetirmişdir. O, mobil telefonla vatsapla Əminəyə “Sizə deyəcəm qırılmaq necə olur səbrli olun” yazmasında yalnız Əminəni nəzərdə tutub bunu yazmışdır. Hadisə olan vaxt istifadəsində üzərində 051/495-06-41 saylı mobil nömrə olan “Samsung A13” markalı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Təqsirləndirilən şəxs ilə evlənmiş və onların bir uşağı vardır. Evləndikdən sonra o, Əli ilə birlikdə Saatlı rayonun Məmmədabad kəndində atası Kamalın evində yaşamış, həmin evdə həm də babası və nənəsi də yaşayırlar. Əli ilə münasibətləri əvvələr yaxşı olsa da, son vaxtlar müxtəlif səbəblərdən aralarında tez-tez mübahisələri olmuşdur. Əli siqaret çəkən və spirtli içki qəbul edən, xasiyyətcə çox qısqanc, əsəbi, söyüşkən, səbrsiz və tez özündən çıxan bir şəxs olmuşdur. Bu hadisədən bir neçə gün əvvəl Əli onun telefonunu götürüb baxanda xalası qızı Sümayə ilə vatsap yazışmasında olan yazı və şəkilləri görüb bu şəkillərin və yazının kimə aid olduğunu soruşmuş, o da xalasıqızı Sümayə ilə yazışdığını, profil şəkildəkinin Sümayənin əri olduğunu bildirmişdir. Əslində həmin yazı və şəkillər sosial şəbəkədə təsadüfən tanış olduğu və heç vaxt əyani olaraq görüşmədiyi bir oğlana aid olmuş və o, heç kəsin bilməməsi üçün həmin oğlanın profil adını telefonunda “xala qızı” adı kimi qeyd etmişdir. Mobil telefonunda olan yazı və şəkilləri görəndən sonra Əli onun dediklərinə, yəni xalasıqızı ilə yazışdığını, profil şəkildəkinin də xalaqızının ərinə aid olduğunu bildirməsinə inanmamış və aralarında mübahisələri olmuş, sonra Əli onu məcburən Saatlı rayonun Şirinbəy kəndinə babasının evinə aparmışdır. Bundan bir neçə gün sonra babası və nənəsi gəlib onu uşağı ilə birlikdə Məmmədabad kəndinə evə aparmışlar. 30 aprel 2023-cü il tarixdə səhər saatlarında o, tefonla Əliyə mesaj yazıb onunla birlikdə yaşamaq istəmədiyini, boşanmaq istədiyini, heç kəsin gəlib onu birdə aparmamasını bildirmişdir. Əli isə ona mesajla bunu göstərəcəyini, bu dediklərinin cavabını alacağını bildirmişdir. Həmin gün saat 12 radələrində o, qucağında körpəsi, atası Kamal və babası Əsədulla ilə birlikdə evin yanında olan mağarın altında stol arxasında üzbəüz oturub çay içmişlər, nənəsi Aminə isə qonşuları Zemfiragilə getmişdir. Həmin vaxt Əli həyətə girib onların oturduğu yerə yaxınlaşmış, Əli əlində bıçaqla əsəbi halda Şirinbəydəki babasının evinə nəyə görə gəlmədiklərini atası Kamaldan soruşmuş, atası da Əliyə bir müddət sonra onu (Əminəni) uşaqla birlikdə Şirinbəyə gətirəcəyini demişdir. Elə bu zaman Əli qəfil onun oturduğu yerə arxadan yaxınlaşıb onun saçından tutub bıçaqla boğazını kəsmişdir. O, boğazından qan axdığını görüb qışqırmış və vahimə içində Əlinin əlindən çıxıb ayağa qalxıb yaşayış evin qapısını açıb içəri keçmişdir. Əlinin onun boğazını bıçaqla kəsməsini atası Kamal və babası Əsədulla görmüşdür. Bundan sonra Əli atası Kamalın üstünə gedib onu da bıçaqlamışdır. O, evdə olarkən boğazından gələn qanı əlləri ilə tutmuş, sonra mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib Əlinin onu və atasını bıçaqladığını bildirmişdir. Bundan sonra evin pəncərəsindən baxanda Əlinin hələ də atasını bıçaqlamağa davam etdiyini və babası Əsədulla isə Əlini arxadan ayırmağa çalışdığını görmüşdür. Atası Kamalı da bıçaqladıqdan sonra Əli həyətdən çıxıb getmişdir. Bir az sonra təcili tibbi yardım maşını ilə həkimlər gəlib onu və atasını rayon xəstəxanasına aparmışlar. 30 aprel 2023-cü il tarixdə Əli onu öldürmək məqsədi ilə bıçaqla boğazını kəsmişdir. Buna səbəb isə onun “tiktok” sosial şəbəkəsində “sade qız” adlı profillə tanış olduğu və heç vaxt əyani olaraq görüşmədiyi İsmayıl adlı oğlanla yazışması və mobil telefonanda həmin oğlanla olan yazışmaları və fotoşəkilləri Əlinin görməsi olmuşdur. Həmçinin Əli atası Kamalı da bıçaqlayıb öldürmək istəmişdir. Ona və atasına qarşı etdiyi cinayətə görə Əliyə ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Həmçinin Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qızı, təqsirləndirilən şəxs Əli Miri isə qızının əridir. Qızı Əminə və Əli 2021-ci ildə evləndikdən sonra Saatlı rayonun Məmmədabad kəndində onun evində yaşamışlar. Əvvəllər Əli ilə Əminənin münasibətləri yaxşı olmuş, sonradan, yəni bu hadisədən bir müddət əvvəldən başldayaraq onların münasibətləri pisləşmiş və aralarında tez-tez mübahisələri olmuşdur. Onların arasında olan mübahisənin səbəblərini əvvəl bilməmiş, sonradan isə ona məlum olmuşdur ki, Əlinin qısqanclığından bu mübahisələr olmuşdur. Bu hadisədən bir neçə gün əvvəl Əli ailəsini, yəni arvad və uşağını götürüb Şirinbəy kəndindəki babası İsanın evinə aparmışdır. Bir-iki gündən sonra o, Əlinin babası İsa ilə əlaqə saxlayıb qızı Əminəni və nəvəsini evə gətirməsini, onlara pal-paltar alınandan sonra geri qaytaracağını bildirmişdir. 29 aprel 2023-cü il tarixdə günorta İsa kişi arvadı ilə birlikdə qızı Əminə və nəvəsi Məmmədabad kəndinə evlərinə gətirmişdir. 30 aprel 2023-cü il tarixdə, səhər 12 radələrində o, atası Əsədulla və qızı Əminə ilə birlikdə evin həyətində olan mağarda stol arxasında oturub çay içmişlər. Həmin vaxt görmüşdür ki, Əli həyətə girib əlində bıçaqla onların olduğu yerə yaxınlaşıb ondan nəyə görə Şirinbəy kəndinə babagilə gəlmədiklərini sorğulamış, o da babası ilə danışdığını, Əminə gedib alış-veriş etdikdən sonra nəvəsi ilə birlikdə Əminəni Şirinbəyə babasının evinə aparacağını bildirmişdir. Əli onun dediklərinə məhəl qoymayıb Əminəyə yaxınlaşıb saçından əlindəki bıçaqla Əminənin boğazını kəsmişdir. O, Əlinin bu hərəkətindən şoka düşmüş, nə edəcəyini bilməmişdir. X6 əlindən çıxıb evə qaçmış, Əli isə əlində bıçaqla onun üstünə gəlib ona bir neçə bıçaq zərbəsi vurmuş və o, yerə yıxılmışdır. Sonra o, özünü əlləri ilə qorumağa başlamış, buna baxmayaraq Əli yenidən ona bir neçə dəfə bıçaqla vurub xəsarətlər yetirmişdir. Əli əvvəl onu Əminəyə vurduğu bıçaqla, sonra isə qaz pilitəsinin yanından götürdüyü bıçaqla xəsarətlər yetirmişdir. Əlinin niyyəti Əminəni və onu öldürmək olmuşdur. Əminə Əlinin əlindən çıxıb evə qaçdığına görə, özü isə Əliyə müqavimət göstərdiyinə, həm də atası Əsədulla Əlini arxadan tutduğuna görə Əli onları öldürə bilməmişdir. Əli onları bıçaqladıqdan sonra həyətdən qaçıb getmişdir. Bundan sonra o, mobil telefonla təcili tibbi yardıma zəng edib kömək çağırmış, bir azdan təcili tibbi yardım həkimlər gəlib onu və qızını maşınla Saatlı rayon xəstəxanasına aparmışlar. Hadisə baş verən vaxt orada qızı Əminə, atası Əsədulla, özü və Əlidən başqa heç kim olmamış, Əli onun gözləri qarşısında qızı Əminənin boğazını bıçaqla kəsmişdir. Qızı Əminənin sosial şəbəkədə tanış olduğu oğlanla mesajlanması barədə məlumatı olmamış, qızı Əminənin belə hərəkət etməsini hadisədən sonra bilmişdir. Etdiyi cinayətə görə Əliyə ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə uyğun ifadə vermiş, həmçinin ifadəsində bildirmişdir ki, 30 aprel 2023-cü il tarixdə, səhər saatlarında o, qızı Esmira ilə birlikdə qonşusu Zemfiragilə getmiş, evdə əri Əsədulla, oğlu Kamal və nəvəsi Əminə azyaşlı uşağı ilə qalmışdır. Həmin gün saat 12 radələrində həyətlərində qışqırıq səsləri eşidib Esmira və o, qonşudan evə gəlmiş və həyətdə əri Əsədulla ağlaya-ağlaya ona Əlinin gəlib nəvəsi Əminəni və oğlu Kamalı bıçaqlayıb getdiyini bildimişdir. O, nəvəsi Əminəni boğazı kəsilmiş vəziyyətdə və oğlu Kamalın üstü-başının qanı içində olduğuqnu görmüşdür. Sonra təcili tibbi yardım maşını gəlib Əminəni və Kamalı xəstəxanaya aparmışlar. O, hadisənin görəməmiş, sonradan əri Əsədulla, nəvəsi Əminə və oğlu Kamalın danışmasından sonra hadisənin necə baş verdiyini bilmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Saatlı RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Eyvaz Dadaşovun 30 aprel 2023-cü il tarixli “Raprot”u ilə müəyyən olunur ki, 30 aprel 2023-cü il tarixdə, saat 12:29-da Azərbaycan Respublikasının DİN-nin “102“ xidmət mərkəzindən daxil olmuş məlumata əsasən Saatlı rayonun Məmmədabad kənd sakini Təqsirləndirilən şəxs DİN-nin “102“ xidmət mərkəzinə zəng edib qayınatası Kamalı və həyat yoldaşı Əminə adlı şəxsi bıçaqla vurduğunu və polisin gəlməsini istədiyini bildirmişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, hadisə yeri Saatlı rayonunun Məmmədabad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin köməkçi hissəsindəki mağarın altında olan çöl mətbəxi və ətraf ərazidir. Baxış zamanı qanabənzər ləkələrdən ümumilikdə 14 ədəd pambıq tamponla nümunələr, 02 ədəd bıçaq və üzərində qanabənzər ləkələr olan palaz qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təsdiq edən” 30 aprel 2023-cü il tarixli, 50 №-li tibbi müayinə protokolu ilə müəyyən edilir ki, həmin gün Təqsirləndirilən şəxs yüngül dərəcəli (1,3 promil) sərxoşluq halında olmuşdur. İşdə olan, “Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” 30 aprel və 01 may 2023-cü il tarixli protokollar və protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və hadisə vaxtı əynində olmuş 1 ədəd ağ rəngli mayka, 1 ədəd qara rəngli tuman, 1 ədəd qısaqol köynək, 1 cüt corab, 1 cüt çəkələk və 1 ədəd qısaqol gödəkcə istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” 30 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 könüllü təqdim etdiyi və hadisə vaxtı əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd qara rəngli mayka, 1 ədəd uzunqol köynək və 1 ədəd büstqalter istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, “Könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” 30 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 könüllü təqdim etdiyi və hadisə vaxtı əynində olmuş 1 ədəd ağ rəngli mayka, 1 ədəd qısaqol köynək, 1 ədəd cins şalvar və 1 ədəd idman şalvarı istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 115 №-li rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 müayinə zamanı aşkar edilmiş xəsarətləri döş qəfəsinin arxa səthində, sol kürək xətti üzrə 3-cü bel fəqərəsi səviyyəsində döş boşluğuna keçməyən 1 (bir) ədəd, sol sağrının yuxarı kvadratında 2 (iki) ədəd, burnun sağ qanadı proyeksiyasında 1 (bir) ədəd, cəmi 4 (dörd) ədəd kəsilmiş deşilmiş yaralar kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 30 aprel 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 116 №-li rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətləri boynun ön səthində iri arteriya və venaları zədələməyən 1 (bir) ədəd, sağ qulağın xarici seyvanında 1 (bir) ədəd, sol əlin 2-ci barmağının ovuc səthində 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş deşilmiş yaralar kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 30 aprel 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli, 117 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı aşkar edilmiş xəsarətləri sağ əlin 2-ci barmağının orta falanqası proyeksiyasında bayır səthdə səthi kəsiklər kəsici səthə malik alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 30 aprel 2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannaboid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 15 may 2023-cü il tarixli, 1671/K və 1672/K №-li rəylərlə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunələrində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunələrin miqdarı az olduğuna görə dərman, narkotik, uyuşdurucu-kefləndirici və digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İşdə olan, məhkəmə-lifli materialların ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, təqdiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd palazın məxsus olduğu qeyd edilən əşyanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd-göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən jiletin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd-göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən jiletin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd palazın və 02 ədəd bıçaqların səthləri üzərindən tapılmış kənar lif mikrohissəciklər arasında Zərərçəkmiş şəxs1, Əmirov Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat təşkil edir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 may 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlu idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olmaqla, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, məhkəmə-tibbi-bioloji ekspertizasının 24 iyun 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu-Balfa (H)/İİİ/. Ekspertizaya təqdim olunan 01 ədəd yer palazı, 02 ədəd bıçaq, 14 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus şalvar, alt mayka, büstqalter, kofta və Zərərçəkmiş şəxs2 məxsus şalvar, idman şalvarı, köynək və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yer palazı, 2, 5, 7, 8, 10 saylı pambıq tampon və Zərərçəkmiş şəxs1 məxsus şalvar, alt mayka, büstqalter, kofta üzərindəki ləkələrdə “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 ola bilər. Qanın qarışıq olduğu halda isə əgər hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. 3, 4, 6 saylı pambıq tamponlar, Zərərçəkmiş şəxs2 məxsus şalvar, idman şalvarı, köynək və alt mayka üzərindəki ləkələrdə isə “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa, aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Qanın qarışıq olduğu halda isə əgər hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. 9 saylı pambıq tamponlar üzərində ləkələr qrup antigenləri alınmadığı üçün onun qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Təqdim olunan 02 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda 1 saylı, tiyəsi əyilmiş bıçaq üzərindəki ləkələrdə “A”, “B” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, qarışıq olduğu halda isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qarışmış qanlarının olması inkar edilmir, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. 2 saylı bıçaq üzərindəki ləkələrdə isə “B” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Qanın qarışıq olduğu halda isə əgər hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşayiət olunan xəsarət olubsa, bu ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Təqdiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 01 cüt corab, 01 cüt rezin başmaq, alt mayka, kofta qana şübhəli ləkələr, jilet üzərindəki ləkələrdə isə qan aşkar olunmadı. İşdə olan, məhkəmə-tibbi-kriminalistik və kriminalistik ekspertizasının 12 iyul 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın ön sol-yan nahiyəsində bir ədəd, qısaqol köynəyin ön səthində solda bir ədəd, cins şalvarının arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd və idman şalvarının arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, kafi itilikdə olan ülgücü, iti ucu və qabırğaları özlərini cüzi biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 məxsus cins şalvarının ön səthində solda iki ədəd və idman şalvarının ön səthində solda iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr kəsilmiş zədələr olub, iti kənarı olan alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus paltarların (qolsuz mayka, qısaqol köynək, cins şalvar və idman şalvarı) aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş hər iki bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı (bıçaqlar) ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthində solda bir ədəd məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizminə malik olub, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus büstqalterdə, cins şalvarında, qolsuz maykada və uzunqol koftada hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkçənin arxa səthində sağda bir ədəd, arxa səthinin aşağı nahiyəsində ortada bir ədəd və arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd cırılma xarakterli zədələr aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malik olub, gödəkçənin müvafiq nahiyələrinin dartılması, bəzi hallarda isə hər hansi bir predmetə ilişib-dartılması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus bir cüt corabda, qolsuz maykada, tumanda, bir cüt çəkələkdə və qısaqol köynəkdə hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş xalça üzərində hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs2 oğluna məxsus olan hər iki şalvarının bütün nahiyələrində, qolsuz maykanın əsasən ön və arxa sağ nahiyəsinin geniş sahədə, qısaqol köynəyin arxa nahiyəsinin aşağı hissəsinə geniş sahədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə geniş sahədə statik kontakt nəticəsində və kapillyarlıq faktoru üzrə səthə hoparaq əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın arxa səthində aşağıda, qısaqol köynəyin sağ yuxarı nahiyəsində və arxa səthinin aşağı nahiyəsində aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyindən və ya qanlı səthdən az hündürlükdən bəziləri səthə əsasən bucaq altında, bəziləri isə səthə perpendikulyar düşən damcılar nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus maykanın arxa səthinin aşağı nahiyəsində olan qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə dinamik kontakt nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 məxsus şalvarın bütün nahiyəsində, yəni ön səthinin sol yuxarı nahiyəsində, sağ iç yan səthində, arxa səthində sağda və solda, qolsuz maykanın ön və arxa səthinin yuxarı nahiyəsində, büstqalterin bütün səthində, uzunqol koftanın ön və arxa səthində olan qan ləkələri qan mənbəyi ilə geniş sahədə statik kontakt nəticəsində və kapillyarlıq faktoru üzrə səthə hoparaq əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus uzunqol koftanın arxa səthinin sol yuxarı nahiyəsində, şalvarın ön səthinin sağ və sol aşağı nahiyəsində, şalvarın arxa səthinin sağ aşağı nahiyəsində aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyindən və ya qanlı səthdən hündürlükdən bəziləri səthə əsasən bucaq altında, bəziləri isə səthə perpendikulyar düşən damcılar nəticəsində əmələ gələ bilərdi. Xalçanın bir ensiz sərbəst kənarına yaxın nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyindən və ya qanlı səthdən hündürlükdən əsasən səthə perpendikulyar düşən damcılar və sonra kapillyarlıq faktoru üzrə qismən səthə hopması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş 1 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 2 №li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan, məhkəmə-tibbi-kriminalistik və kriminalistik ekspertizasının 28 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 03 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A13” markalı telefon aparatı işlək vəziyyətdədir və telefonun “Whatsapp” sosial tətbiqi bölməsində 30 aprel 2023-cü il tarixə aid mesajlaşma müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin profilin arvadı Zərərçəkmiş şəxs1 məxsus olduğunu və sonuncu ilə 30 aprel 2023-cü il tarixinə dair baş vermiş hadisədən əvvəlki yazışmalarının olduğunu bildirdi. Həmin mesajlaşmada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ayrılmaq istədiyini, sonuncunun və qohumlarının yaşadıqları evə gəlməməsini yazmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 “Sizə deyəcəm qırılmaq necə olur səbrli olun” yazdığı müəyyən edilmişdir. İşdə olan, “Elektron daşıyıcıya (diskə) baxış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, diskdə olan videonun yuxarı sağ küncündə “xx-xx- 2023” tarixi, saat “11:39:00”, sol aşağı küncündə “CAM02” yazılmışdır. Videonun 21-ci saniyəsində Təqsirləndirilən şəxs fərdi əlamətlərinə oxşar şəxsin mağazaya saat 11:39:43də daxil olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs ilə birlikdə mağazada hamısı kişi olmaqla istintaqa məlum olmayan şəxslərin mağazada olduğu görünür. Baxışda iştirak edən Kərim Məmmədov videoçəkiliş aparılan yerin Saatlı rayonun Şirinbəy kəndində yerləşən ona məxsus mağazanın içərisi olduğunu, əynində qolsuz gödəkcə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu, kassada dayanan şəxsin onun olduğunu, digər şəxslərin isə mağazaya alış-verişə gələn vətəndaşlar olduğunu bildirdi. Təqsirləndirilən şəxs satıcı Kərim Məmmədova 2 ədəd 1 manatlıq verib bıçaq aldığı, həmin bıçaqların 2 yerdən metal rəngli bərkidilmiş dəstəyinin olduğu aydın görünür. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “Xiaomi Redmi 10C” markalı telefon aparatı işlək vəziyyətdədir. Həmin telefonun “Mesajlar” bölməsində 30 aprel 2023-cü il tarixə aid “Xala xala qizi” adlı, +99450/420-44-99 №-li kontaktdan “Niyə cavab vermirsən telefona Aşkım narahat olam” mesajının göndərildiyi müəyyən edilmişdir. Həmin telefonun “Tiktok” sosial şəbəkəsinə daxil olduqda “sade qiz” adlı istifadəçi profilin olduğu müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin profilin ona məxsus olduğunu bildirdi. Həmin telefonun “Whatsapp” sosial tətbiqi bölməsində “Xala qızı” adlı profilə daxil olduqda +99450/420-44-99 №-li həmin profillə Zərərçəkmiş şəxs1 və digər şəxsin (İsmayıl Məmmədli adlı şəxsin) arasında 30 aprel 2023-cü il tarixə aid bir-birlərinə sevgi xarakterli mesajlar yazıldığı müəyyən edildi. İşdə olan, “Diskə və telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi haqqında” 04 iyun 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99451/495-06-41 saylı mobil telefonun anten dairəsi 30 aprel 2023-cü il tarixdə, saat 12:05-də Saatlı rayonun Şirinbəy kəndinin anten dairəsində, həmin gün, saat 12:33-də Saatlı rayonun Məmmədabad kəndinin anten dairəsində, saat 17:16-da isə Saatlı rayonun Şirinbəy kəndinin anten dairəsində yerləşdiyi müəyyən edildi. İşdə olan, “Əşyaların tanınmaya təqdim edilməsi haqqında” 14 iyul 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən nömrələnmiş 5 ədəd bıçaqların içərisindən Təqsirləndirilən şəxs “2” və “5” rəqəmi ilə işarələnmiş bıçaqları göstərib həmin bıçaqlarla arvadı Zərərçəkmiş şəxs1 və qayınatası Zərərçəkmiş şəxs2 xəsarətlər yetirərkən istifadə etdiyini bildirmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş iki ədəd bıçaq, qanabənzər ləkələrdən nümunələr götürülmüş 14 ədəd tampon, bir ədəd palaz, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd cins şalvar, bir ədəd qara rəngli mayka, bir ədəd uzunqol köynək, bir ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd cins şalvar və bir ədəd idman şalvarı, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman, bir ədəd qısaqol köynək, bir cüt corab, bir cüt çəkələklər və bir ədəd qısaqol gödəkcə iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Saatlı rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (niyyətinin arvadı Əminəni bıçaqla vurub cəzalandırmaqla onu qorxutmaq olduğunu, arvadı Əminəni və qayınatası Kamalı öldürmək niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (niyyətinin arvadı Əminəni bıçaqla vurub cəzalandırmaqla onu qorxutmaq olduğunu, arvadı Əminəni və qayınatası Kamalı öldürmək niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni niyyətinin arvadı Əminəni bıçaqla vurub cəzalandırmaqla onu qorxutmaq olduğunu, arvadı Əminəni və qayınatası Kamalı öldürmək niyyətinin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs ibtidvi istintaq zamanı verdiyi ifadələrlə (həmin ifadələrdə o, arvadı Əminəni öldürmək niyyətinin olduğunu və ittihamada göstərilən digər halları tam olaraq etiraf etmişdlir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 8-ci bəndində izah verilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif olunur ki, bu zaman təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin bu Qərarın 11-ci bəndində izah verilir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən şahid və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs1ın 30 aprel 2023-cü il tarixdə “whatsapp” sosial şəbəkəsində ona boşanmaq istəməsini və yaşadıqları evə gəlməməsini bildirməsi ilə müşayiət edilən, 26 aprel 2023-cü il tarixdən etibarən formalaşmış qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması nəticəsində sonuncunu qəsdən öldürmək qərarına gəlib niyyətini reallaşdırmaq məqsədi ilə 30 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 ilə birgə yaşadıqları Saatlı rayonun Məmmədabad kəndində yerləşən fərdi yaşayış evinə gedib gödəkcənin cibindən bıçağı çıxardıb həmin evin həyətində mağar altında olan qayınatası Zərərçəkmiş şəxs2 və arvadının babası Şahid1 onun evdən çıxıb getməsinə dair tələblərinə məhəl qoymayaraq, əvvəl stol arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 arxa tərəfdən yaxınlaşıb sonuncunun yaxınları, atası Zərərçəkmiş şəxs2 və babası Şahid1 gözləri qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib Zərərçəkmiş şəxs2 və Şahid1 xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs1 saçından tutub əlindəki bıçaqla boğaz nahiyəsindən xəsarətlər yetirib ona boynun ön səthində iri arteriya və venaları zədələməyən bir ədəd, sağ qulağın xarici seyvanında bir ədəd, sol əlin 2-ci barmağının ovuc səthində bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik olan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 onun əlindən qaçıb evin yaşayış hissəsinə getməsi, eyni zamanda Zərərçəkmiş şəxs2la Şahid1 hadisənin qarşısını almaq səyləri ilə öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmiş, daha sonra mübahisəyə müdaxilə etmək istəyən və arvadının məlum davranışlarının əsas səbəbkarı kimi gördüyü qayınatası Zərərçəkmiş şəxs2 öldürmək qərarına gəlib, sonuncunun atası Şahid1 və qızı Zərərçəkmiş şəxs1 gözü qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib Şahid1 və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs2 itələyib yerə yıxdıqdan sonra, əlindəki bıçaqla sonuncunun bədən səthinə qəsdən bıçaq zərbələri vurmuş, həmin əsnada əlində tutduğu bıçağın tiyəsi əyildiyindən həmin bıçağı əlindən atıb, öz cinayətkar əməlini başa çatdırmaq məqsədilə evin qaz plitəsinin yanında sininin üstündə gördüyü məişət təyinatlı digər mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs2 daha bir neçə ardıcıl bıçaq zərbələri vurmuş, ümumilikdə sonuncuya kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmiş döş qəfəsinin arxa səthində, sol kürək xətti üzrə 3-cü bel fəqərəsi səviyəsində döş boşluğuna keçməyən bir ədəd, sol sağrının yuxarı kvadrantında iki ədəd, burnun sağ qanadı proyeksiyasında bir ədəd, cəmi dörd ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik olan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs2 ona qarşı fəal müqavimət göstərməsindən və Şahid1 hadisənin qarşısını almaq səylərindən əməlini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncuları xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan-30 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayon İHB-nın Əliabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət (yaşadığı müddətdi özünü səmimi aparmış, qohum və qonşuları ilə ünsiyyətdə səmimi olmuşdur) xarakterizə olunur. İşdə olan, AZ-İV 858038 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X5 09 iyul 2022-ci ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Habelə işdə olan, Saatlı rayon İHB-nın Məmmədabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışlar və xasiyyətnamələrlə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 və Əmirov X3 rayonun Məmmədabad kəndində qeydiyyatda olmaqla yaşayırlar və yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni ona CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə cəza təyin edərkən təyin olunacaq cəza həmin maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalı, yəni təyin olunan cəza həddi on beş ildən çox olmayan müddətə təyin edilməlidir. Habelə məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması CMnin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-29,120.2.4 və 29,120.2.7-ci maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün-azadlıqdan məhrumetmə cəzasının son həddi 15 ildən çox olmamalı, eyni zamanda onun barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dördə üçündən, yəni 11 il 03 aydan çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iki ədəd bıçaq, qanabənzər ləkələrdən nümunələr götürülmüş 14 ədəd tampon, bir ədəd palaz, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd cins şalvar, bir ədəd qara rəngli mayka, bir ədəd uzunqol köynək, bir ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd cins şalvar və bir ədəd idman şalvarı, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman, bir ədəd qısaqol köynək, bir cüt corab, bir cüt çəkələklər və bir ədəd qısaqol gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 2 (iki) ədəd bıçaq, qanabənzər ləkələrdən nümunələr götürülmüş 14 ədəd tampon, 1 (bir) ədəd palaz, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd uzunqol köynək, 1 (bir) ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd idman şalvarı, habelə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) cüt corab, 1 (bir) cüt çəkələklər və 1 (bir) ədəd qısaqol gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-154 (bir yüz əlli dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-683/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-683/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver