Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-683/2024 04.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Muradov Vaqif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə xx xxxxxx 2003-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, Lənkəran şəhəri, M.ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 120.2.9 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tanışı, əslən Cəlilabad rayonundan olan X7 26 fevral 2024-cü il tarixdə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq işləmək üçün gələcəyi Lənkəran şəhərində müvəqqəti qalmağa ev təşkil etməsi barədə xahişini qəbul edib, Könül Ağayevanı 27 fevral 2024-cü il tarixdən tanışı Şahid1 kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə müvəqqəti olaraq tək yaşamasını təmin etdikdən sonra həmin gündən etibarən Könül Ağayevanın qaldığı evə gedərək onunla görüşərkən və mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışarkən sonuncunun ona qarşı bəslədiyi sevgi münasibətinə qarşılıq vermədiyi üçün aralarında hər dəfə yaranan sözlü mübahisələrin nəticəsi olaraq 01 mart 2024-cü il tarixdə saat 20 radələrində qeyd olunan fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında Könül Ağayeva ilə münasibətlərinə son qoymaq və evdən çıxmasına nail olmaq üçün sonuncuya yalandan evli olduğunu bildirdikdə, onun bu sözlərindən qəzəblənən Könül Ağayevanı sakitləşdirməyə çalışsa da, bunun nəticəsiz olduğunu, əksinə sonuncunun daha da aqressivləşib onun özünün və anasının ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşərək həmin nalayiq söyüşlərə görə qisas almaq və Könül Ağayevadan birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə əvvəlcə qəflətən hər iki qolunu Könül Ağayevanın boyun nahiyəsinə keçirib qəsdən bərk sıxıb saxlamaqla onu huşsuz vəziyyətə gətirərək müqavimət göstərmək iqtidarında olmadığını görüb, köməksiz vəziyyətindən istifadə edərək, evin yataq otağından tapdığı ağ rəngli plastik telefon naqilini huşsuz halda uzanmış Könül Ağayevanın boyun nahiyəsinə asanlıqla dolayıb, niyyətinə nail olmaq üçün qəsdən bərk sıxıb saxlayaraq düyün vurmaqla mexaniki asfiksiya ilə nəticələnib Könül Ağayevanın ölümünə səbəb olan boynun bir ədəd stranqulyasiya şırımı xəsarəti yetirməklə, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X9 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, törətdiyi həmin əməli gizlətmək və izlərini itirmək məqsədi ilə hadisə barədə sonradan məlumat verdiyi və bu işdə ona kömək etməsini xahiş etdiyi Şahid1 ilə birlikdə 03 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Könül Ağayevanın meyitini mələfəyə büküb birlikdə evin birinci mərtəbəsində döşəməsi torpaqdan olan otağa daşıyaraq, Şahid1 orada qazdığı xəndəyə üzü üstə uzadıb üzərinə torpaq tökməklə Könül Ağayevanın meyitini basdırmış, yenidən cinayətkar əməllərini davam etdirərək digər şəxsi niyyətlə, yəni törətdiyi cinayəti ört-basdır etməklə izlərini itirməkdən ötrü 03 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Könül Ağayevaya məxsus AZE 18029623 seriya nömrəli şəxsiyyət vəsiqəsini ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki mətbəxdə dəmir qutuda yandırmaqla məhv etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, X9 2022-ci ilin fevral ayının sonlarından tanımışdır. Belə ki, həmin müddətdə o, Lənkəran şəhəri Hənifə Abdullayeva küçəsində yerləşən “Mərkəz dönər” adlanan obyektdə dönərçi işləmişdir. Könül Ağayeva da işlədiyi dönərxanaya gəlib ondan soyuq qazlı içki almış və onu bəyəndiyi üçün onun mobil nömrəsini əldə edərək onunla əlaqə yaratmışdır. O, Könüllə 2022-ci ilin fevral ayının sonlarında Könülün xatırlamadığı mobil nömrəsi ilə telefonla danışdıqdan sonra axşamları işdən sonra şəhər ərazisində görüşmüşlər. Könül həmin müddətdə Lənkəran Dövlət Universitetində ali təhsil almış və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında fərdi yaşayış evində tələbələrlə kirayədə yaşamışdır. 2022-ci ilin mart ayının sonlarında artıq Könülün onunla ciddi münasibət düşünərək ailə qurmaq fikrinin olduğunu gördükdən sonra Könüldən ayrılmaq qərarına gəlmişdir. O, müxtəlif bəhanələr gətirərək Könüldən ayrılmaq istədiyini bildirsə də, Könül onu sevdiyini, ondan ayrılmayacağını bildirmişdir. Ona görə o, Könülə yalandan narkoman olduğunu bildirərək sonuncudan uzaqlaşa biləcəyini fikirləşmişdir. Lakin buna baxmayaraq Könül ondan uzaqlaşmamışdır. Onun Könüllə arasında heç bir cinsi münasibəti olmamışdır. O, Könülə ailə qurmaq fikrinin olmadığını, bir-birilərini qısa müddətdə tanıdıqlarını, tezliklə həqiqi hərbi xidmətə gedəcəyini bildirmişdir. Könül isə ondan əl çəkməyəcəyini dəfələrlə eyni sözləri təkrar etmişdir. O, həqiqi hərbi xidmətə yollandıqdan sonra xidmətdə olduğu 1 il 6 ay müddətində Könüllə əlaqəsi olmamışdır. Həqiqi hərbi xidmətdə olduğu zaman atası Sahib İsmayılov ürəktutması nəticəsində vəfat etmişdir. Həqiqi hərbi xidmətdən gəldikdən sonra da Könüllə əlaqəsi olmamış, sonuncunun mobil nömrəsini belə bilməmişdir. 2024-cü ilin fevral ayında dostları onun fotoşəkillərinin “Tik Tok” sosial şəbəkəsində yayıldığını bildirmiş və həmin səhifənin linkini onun telefonuna göndərmişlər. “Astara627” adı ilə qeydiyyatdan keçmiş səhifədə fotoşəkili olan lövhənin rəy bölməsinə “sən kimsən mənim şəkillərimi paylaşırsan” deyə yazı yazmışdır. Bundan sonra onun “Tik Tok” səhifəsinin mesajlar bölməsinə “nömrəni yaz səninlə əlaqə saxlayım” deyə cavab məktubu gəlmişdir. O, mesajlar bölməsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini qeyd etdikdən sonra xatırlamadığı nömrədən Könül Ağayeva zəng edərək özünü təqdim etmiş və onun üçün darıxdığını, neçə müddətdir ki, onun yolunu gözlədiyini bildirmişdir. O isə Könülə münasibətlərinin uzun müddətdir ki, bitdiyini, nə səbəbə onunla əlaqə yaratdığını bildirdikdə Könül yenidən ailəsində problemləri olduğunu, subay olduğunu, anası, atasının onu məcburi ərə vermək istədiklərini, lakin heç kimlə ailə qurmadığını, hazırda Bakı şəhərində oteldə qaldığını və pulunun artıq bitdiyini, onun yanına gəlmək istədiyini, iş tapılmasına köməklik göstərməsini xahiş etmişdir. O isə Könülə özünün heç bir yerdə işləmədini, ona iş tapmaqda köməklik edə biləcəyini, qalmağa evlə təmin etməkdə çətinlik çəkdiyini bildirmişdir. Könülün Lənkərana gəlib-gəlməməsinin öz işi olduğunu söyləmişdir. Könül isə bir günlük gəlib onu görüb gedəcəyini bildirmişdir. O isə Könülün Lənkərana gəlməsini təkid etməmişdir. Könül xx.xx.2024-cü il tarixdə Lənkərana gələcəyini bildirmişdir. O, Könülün Lənkəranda bir günlük qalması üçün tanışı Şahid1 kirayə yaşadığı evi bir günlük ona verməsini xahiş etmişdir. Xəyal həmin müddətdə “Dəniz otel” restoranında ofisiant işləmişdir. Xəyal həmin restoranda gecələdiyi üçün kirayə yaşadığı evin boş olduğundan məlumatlı olmuşdur. O, əvvəllər bir dəfə Xəyalla birlikdə həmin evdə olmuşdur. Xəyaldan Könül adlı tanışının bir günlük qalacağını və evi verməsini xahiş etmişdir. Xəyal ona etiraz etməmiş, lakin qonşular içərisində rüsvay olmaması üçün qızın küçəyə çıxmamasını, dəhlizin işığının gecələr yandırmamasını tapşırmışdır. 27 fevral 2024-cü il tarixdə Könül xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobillə Lənkərana yola düşmüşdür. Həmin günü Könül saat 19 radələrində Lənkəran şəhərinə çatmışdır. O, Könülə "xxxx" marketin qarşısına gəlməsini tapşırmış və orada gözləmişdir. Çünki qalacağı ev "xxxx" marketin yaxınlığında yerləşmişdir. Həmin günü marketin qarşısında Könüllə görüşmüşdür. Könül “mercedes” markalı taksi ilə Bakı şəhərindən gəlmişdir. Könül özü ilə bir ədəd qara rəngli sport çanta gətirmişdir. Könülün əynində göy rəngli cins şalvar, üzərində öndən zəncirbəndlə bağlanan qəhvəyi rəngli gödəkçə, ayaqlarında isə qara rəngli ayaqqabı olmuşdur. O, Könüllə görüşüb onu müvəqqəti yaşayacağı evə gətirmişdir. Könülə evi göstərdikdən sonra evin həyətinin giriş qapısının açarının özündə qalacağını, çölə çıxmamasını bildirmişdir. O, Könülə çölə tez-tez çıxmamasını, gecələr isə dəhlizin işığının yandırmamasını tapşırmışdır. Ona görə 27 fevral 2024-cü il tarixdə Könülü evə yerləşdirdikdən sonra evin həyətinin giriş qapısını özü bağlamışdır. Həmin günü axşam saat 19 radələrində özü ilə 2 litr qazlı içki, 3 manatlıq kolbasa və bir ədəd çörək alıb Könülün yaşadığı evə getmişdir. Evin həyətinin giriş qapısını açıb evə daxil olmuşdur. Evdə Könül onu qarşılamışdır. Könülün əynində qara rəngli idman şalvarı, qara rəngli uzunqol köynək olmuşdur. Könülə aldığı ləvazimatları verdikdən sonra ondan hal-əhval soruşduqdan sonra öz yaşadığı evə getmişdir. Könüllə aralarında hər hansı formada yaxın münasibət olmamışdır. O, Könülün səhəri günü ya Cəlilabad rayonuna, ya da Bakı şəhərinə gedəcəyini fikirləşmişdir. Səhəri günü səhər saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Könülün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə tez-tez əlaqə saxlamış, söhbətləşmişlər. Axşam saat 19 radələrində o, evə gedib Könülə baş çəkmişdir. Könül onu işlə təmin etməsini xahiş etmiş, evdə qalacağını bildirmişdir. O, Könülə yaşadığı evdə müvəqqəti qaldığını, tezliklə başqa evə kirayə köçməyini, ya da Bakı şəhərinə qayıtmasını, onu saxlamaq imkanının olmadığını bildirdikdə, Könül onu sevdiyini, onunla qalmaq istədiyini bildirmişdir. Həmin günün də axşamı Könülə baş çəkdikdən sonra evinə getmiş, gecə saatlarında isə mobil telefonla əlaqə saxlamışlar. 28 fevral 2024-cü il tarixdə axşam saatlarında Xəyal onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək paltarlarını evdən götürmək istədiyini bildirdikdə, o, Xəyalla görüşüb sonuncunu evə apara biləcəyini söyləmişdir. O, həmin günü axşam saatlarında Xəyalla birlikdə evə getmişdir. Evin həyətinin giriş qapısını açıb evə daxil olmuşlar. Könüllə Xəyalı tanış etdikdən sonra Xəyal özü üçün zəruri olan əşyaları götürmüşdür. Könül də Xəyalla tanış olaraq hal-əhval soruşduqdan sonra Xəyalla birlikdə evdən çıxmışlar. Xəyal Könülün ona telefon zəngi çatmadığı hallarda onu tapmaq məqsədilə mobil nömrəsini istədiyini, ona görə Xəyalın öz nömrəsini Könülə verdiyini ona bildirmişdir. O isə bu hala əhəmiyyət verməmişdir. Könüllə gecə saatlarında da, telefonla “whats app” proqramında danışmışlar. Könül demək olar ki, hər telefon danışığında onunla sözlə mübahisə edərək onu aldatdığını, sevmədiyini, ona görə yanına gəldiyini, intihar edəcəyini və günahkarın onun olacağını bildirərək ona psixoloji cəhətdən təsir etmişdir. O, Könülün özünə nəsə edə biləcəyindən qorxmuşdur. O, Könülü evlə təmin etməyinə baxmayaraq Könül ondan əl çəkməmiş və onunla evlənmək istədiyini, əks halda ondan “102” xidmətinə zəng edərək şikayət edəcəyini, özünü öldürəcəyini bildirmişdir. O, Könülün hər an dediyi sözləri yerinə yetirə biləcəyinə əmin olmuşdur. O, hər gün axşamları evə gəlib Könüllə danışaraq sonuncunu sakitləşdirmişdir. Lakin günlər keçdikçə Könül evdən çıxmaq istəməmiş və daim onu təşviş içində saxlayaraq onunla sözlə mübahisələr etmiş, telefonda səs-küy salaraq ona bağırmış, ona ümid verdiyini, onu iki il müddətində gözlədiyini bildirərək ona psixoloji cəhətdən təsir etmişdir. O, Könüllə istər mobil telefonda, istərsə də, üzbəüz danışarkən ona ümid vermədiyini, ona qarşı heç bir sevgi hissinin olmadığını, hələ ailə qurmağı düşünmədiyini, ona köməklik məqsədilə Lənkəranda bir günlük kirayə ev təşkil etdiyini, maddi imkanı zəif olduğu üçün saxlamaq iqtidarında olmadığını bildirmişdir. Lakin Könül bütün bu söylədiklərinə qulaq asmamış, günahı onda görmüşdür. O, Könülün özünə xələl yetirəcəyindən, başına problem açacağından qorxduğu üçün hər axşam ona baş çəkmiş, onunla danışaraq onu sakitləşdirmişdir. Könülə 27-29 fevral 2024-cü il tarixlərdə bir neçə dəfə evin yaxınlığında yerləşən "xxxx" adlı mağazadan ərzaq almışdır. Könüllə söhbətləşərkən evdə ailə üzvlərinin yəni anası, atası və qardaşının onu qəbul etmədiyini, evdən qaçdığını, Bakı şəhərində müxtəlif kafelərdə işlədiyini, çöllərdə qaldığını və ona sığındığını bildirmişdir. Artıq vaxt keçdikçə o, Könülün onun yanına həmişəlik yerləşmək istədiyini hiss etmişdir. O, Könülü özündən uzaqlaşdırmağa çalışmışdır. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Könüllə evdə danışarkən ona başqa evə köçməsini, artıq Xəyalın evə gəlmək istədiyini bildirmişdir. Həqiqətdə Xəyal “Dəniz otel” restoranında həm işləyir, həm də orada qalmışdır. O, Könülə qəsdən yalan məlumat deyərək xoşluqla evdən uzaqlaşdırmaq istəmişdir. Könül isə kirayə qalmaq üçün pulunun olmadığını bildirmişdir. O, çıxış yolu kimi Könülə manato.az saytına daxil olaraq online kredit götürə biləcəyini, iş tapdıqdan sonra isə krediti hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O, Könülün markasını xatırlamadığı qara rəngli mobil telefonu ilə manato.az saytına daxil olub Könülün şəxsiyyətini təsdiq edən sənədlə qeydiyyatdan keçdikdən sonra 100 manat məbləğində kredit götürülməsi ilə bağlı müraciət etmişdir. Bundan təqribən 1 saat sonra Könülün istifadəsində olan “Leo bank” adlı kartına 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin digər 50 manat məbləği karta yüklənmədiyi üçün həmin saytda qeyd olunan əlaqə nömrəsinə zəng edərək pulun qalan hissəsinin nə səbəbə yüklənmədiyini soruşduqda gün ərzində pulun qalığının karta yüklənəcəyini bildirmişlər. Bundan sonra Könülün istəyi ilə kartı götürüb "xxxx" adlı mağazadan bir ədəd jilet, iki litr qazlı içki, çörək, kolbasa, şiriniyyat və özü üçün bir qutu LD kompakt markalı siqaret almışdır. Leo bank kartı ilə mağazadan 17 manat dəyərində bazarlıq etmişdir. O, evə gəlib bazarlığı Könülə verdikdən sonra kartı da qaytarmışdır. Evdə Könül yenə də problemləri haqqında danışaraq iş tapmaq lazım olduğunu bildirmişdir. O isə 28 fevral tarixindən hər gün sosial şəbəkələrdə Könül üçün vakant yer axtarışında olmuşdur. O, Könüllə söhbətləşərək onu sakitləşdirib yanından uzaqlaşdırmaq istəmişdir. O, həmin günü evdən getdikdə Könül həyətdə hamama duş qəbul etməyə getmişdir. O, evin həyətinin giriş qapısını çöldən bağlayıb çıxıb evinə getmişdir. Gecə saatlarında Könül yenə də onun istifadəsində olan mobil nömrəyə zəng edib darıxdığını bildirərək keçmiş günlər barədə danışmış, o da məcburən Könülə qulaq asmışdır. O, tezliklə Könülü taksi ilə Bakıya salacağı günü gözləmişdir. Həmin günü gecə saatlarında Könül kartına qalan 50 manat pulun da yükləndiyini ona bildirmişdir. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Könülün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə whats app proqramında danışarkən Könül yenidən aqresivləşərək onunla mübahisə etməyə başlamışdır. Bu əsnada Könülün ürəyi zəif olduğuna görə özündən getmişdir. Könülün telefonda səsi kəsildiyi üçün qorxmuş və Xəyalın istifadəsində olan mobil nömrəyə zəng edərək Könülün yanına getməsini və ona köməklik göstərməsini xahiş etmişdir. O, həmin vaxt ünvan 4 ünvanında evdə olmuşdur. Xəyal Könülün yanına getdikdən sonra ona whatsapp proqramı ilə zəng edərək Könülün yataq otağında yerdə uzanıqlı vəziyyətdə olduğunu, ağzından köpük gəldiyini və nə edəcəyini bilmədiyini bildirmişdir. O da Xəyala Könülün üzərinə su tökməsini və kağız parçasından yelpik kimi istifadə edərək üzünü havalandırmasını bildirmişdir. Xəyal bir neçə dəqiqə sonra yenidən ona zəng edərək Könülün ayılmadığını bildirdikdə 01 mart 2024-cü il tarixə keçən gecə saat təqribən 01 radələrində evdən çıxıb Z.Əliyeva küçəsinə tərəf getməyə başlamışdır. Könülün yaşadığı evə çatarkən Xəyal ona zəng edərək Könülün ayıldığını bildirmişdir. O, evə girdikdə artıq Könül evdə oturmuş, su içmiş, normal ünsiyyət qurmuşdur. O, bir neçə dəqiqə Könüllə söhbət etdikdən sonra evinə getmişdir. Könül də yataq otağında uzanıb dincələcəyini bildirmişdir. O da Xəyaldan həmin günü həmin həyətdə digər fərdi yaşayış evində gecələməsini xahiş etmişdir. Xəyal həmin günü həyətdə olan digər fərdi yaşayış evində gecələmişdir. 01 mart 2024-cü il tarixdə Xəyal günorta saatlarında evi tərk edib Dəniz Palace restoranına getmişdir. 01 mart 2024-cü il tarixdə də, daimi olaraq Könüllə whats app proqramı vasitəsi ilə danışmışdır. 01 mart 2024-cü il tarixdə Könül yenidən onun mobil nömrəsinə zəng edərək mobil telefonda Leo bank kartının online hesabına daxil ola bilmədiyini, problem yarandığnı bildirmiş və onu evə çağırmışdır. O, səhər saat 11 radələrində Könülün yaşadığı evə getmiş və mobil proqrama daxil olmaq istədikdə proqrama daxil ola bilmədiyini görmüşdür. Bundan sonra Könülün kartını almış, "xxxx" marketin yanında olan Unibank Bank ASC-nin terminalına getmişdir. Terminala dəfələrlə kartı saldıqda kartda pul olmadığını göstərmişdir. Bundan sonra evə gedib Könülə kartında pul olmadığını, nə səbəbə belə olduğunu bilmədiyini bildirmişdir. Könül bu sözündən sonra əsəbiləşərək kartından pulu onun götürdüyünü, onu bəlaya saldığını, krediti adına yazdıraraq guya hər hansı yolla həmin pulu kartdan çəkdiyini bildirərək onun üzərinə qışqıraraq səslənməyə başlamışdır. O isə sakit şəkildə Könüllə danışaraq onu evdən çağırdığını, bank kartının öz adına olmadığını, bəlkə kart sahibinin kartdan pul çıxarması ehtimalını ona bildirdikdə, yenə də eyni qaydada məlumatlı olmadığını, onun pulu gətirməsini, pulu götürdükdən sonra Lənkərandan çıxıb gedəcəyini bildirmişdir. Bundan sonra o, sakit şəkildə evdən çıxıb öz evinə getmişdir. Qardaşları Cavid və İlhamdan 20 manat olmaqla cəmi 40 manat pul götürmüşdür. Bundan sonra 40 manat da özünə məxsus pulu götürüb cəmi 80 manat pulu yığıb özündə saxlamışdır. Saat 19 radələrində də Könül onun mobil telefonuna zəng edərək harada olduğunu, pulu gətirib-gətirmədiyini soruşduqda ona yolda olduğunu gəldiyini bildirmişdir. Daha sonra Könül mobil telefonda evdə darıxdığını, şəhərdə gəzmək istədiyini ona bildirdikdə, evə gəlib onu gəzməyə aparacağını bildirmişdir. 01 mart 2024-cü il tarixdə saat 19-20 radələrində evin həyətinin giriş qapısını açıb evə daxil olmuşdur. Könül evin ikinci mərtəbəsində zalın sonunda sol tərəfdə yerləşən yataq otağında oturmuşdur. O, Könüllə bir daha salamlaşıb orada stulda əyləşmişdir. Könül pulun nə yerdə olduğunu soruşduqda pulu gətirdiyini bildirmişdir. Onun əhval ruhiyyəsi aşağı olmuş, Könül isə pulu gətirdiyi üçün sevincli olmuşdur və nə səbəbə kefinin pis olduğunu soruşduqda o, Könülə yalandan evli olduğunu, uşaqlarının olduğunu, onunla birlikdə yaşaya bilməyəcəyini bildirdikdə, Könül yenidən səs-küy salaraq onu aldatdığını, düşdüyü vəziyyətdən, həyatından şikayətlənərək guya həyatında olan problemlərin günahkarının onun olduğunu yenidən bildirərək şikayətlənməyə başlamışdır. Könül onun səssiz qaldığını görüb daha da üzərinə gələrək ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, artıq Könülün başına açdığı bəlalardan bezmişdir. Artıq Könülün özünə edə biləcəyi hər hansı xəsarətdən qorxmamışdır. Könül ona qarşı nalayiq ifadələr işlətdikdən sonra yataq otağında yerdə qırıq vəziyyətdə güzgünün bir hissəsini götürüb sol biləyini qismən kəsmiş, lakin o, qan axdığının şahidi olmamışdır. Onun Könülün bu hərəkətinə reaksiya vermədiyini gördükdən sonra şüşəni yerə atıb onun anasını, nəsilkökünü nalayiq formada küçə söyüşləri ilə təhqir etməyə başladıqdan sonra o, Könülün üz nahiyəsinə sağ əlinin içi ilə bir dəfə sillə vurmuşdur. Bu hərəkətinə əsəbiləşən Könül masanın üzərində olan mətbəx bıçağını sağ əli ilə götürüb üzərinə hücum çəkmişdir. O, dərhal sol əli ilə Könülün biləyini, sağ əli ilə bıçağın tiyəsini tutub burduqda bıçağın tiyəsi əlində qalmış və tiyəsini kənara tullamışdır. Bıçağın dəstəyi isə Könülün əlindən yerə düşmüşdür. Bundan sonra Könül yenə də onun üzərinə gəldikdə, o, Könülün arxa tərəfinə keçib boyun nahiyəsindən tutub fənd işlədərək onu bayıltmağa çalışmışdır. O, Könülün hərəkətlərindən əsəbi olduğundan boyun nahiyəsini qolları ilə bərk şəkildə sıxmışdır. Qısa zaman müddətində Könülün hərəkətsiz olduğunu görmüşdür. O, Könülün özündən getdiyini düşünüb onu çarpayıya uzatmışdır. Könüllə arasında mübahisənin təşəbbüskarı Könül Ağayeva olmuşdur. Belə ki, Könülə boğma fəndi edərkən hər ikisi ayaqüstə olmuşlar. Könülü çarpayıya uzatdıqdan sonra onun nəbzini yoxladıqda nəbzinin döyünmədiyini görmüşdür. Bundan sonra ona süni tənəffüs verib, ürək masajı etsə də, nəbzinin döyünmədiyini görüb onun artıq öldüyünə əmin olmuşdur. Könülün əynində göy rəngli cins şalvar, boz rəngli uzunqol poliver, qara rəngli bir cüt idman ayaqqabısı olmuşdur. Könülün öldüyünü gördükdən sonra o, bir anlıq şoka düşmüş və nə edəcəyini bilməmişdir. O, dərhal otaqdan çıxıb zal ilə evin çıxış qapısına doğru irəlilədikdə Könülün bir neçə dəqiqə sonra özünə gəlib ondan dərhal polisə şikayət edə biləcəyini düşünmüşdür. Ona görə zalda televizorun üzərində gördüyü ağ rəngli naqili götürüb otağa qayıtmışdır. Həmin naqillə Könülün boynunu sıxmışdır ki, bir daha Könülün ayılmaq imkanı olmasın. Naqilin uzunluğu təqribən bir metr olmuşdur. O, Könülün mobil telefonunu götürüb söndürmüş, çarpayıda yorğanı Könülün üzərinə atıb evdən çıxmışdır. O, həmin günü saat 23 radələrində evdən çıxıb öz yaşadığı evə getmişdir. Evinə çatdıqda qardaşı İlham onu qarşılayaraq nə səbəbə mobil telefonu açmadığını, haralarda olduğunu soruşaraq danlaq etdikdən sonra mobil telefonunu ondan alıb sındırmışdır. Könülün telefonu isə arxa cibində olmuşdur. O, fikirli olduğundan qardaşının sözlərinə əhəmiyyət verməmişdir. 02 mart 2024-cü il tarixdə günorta saatlarında Könülün meyitinin olduğu evə getmişdir. Evə daxil olduqda meyitin dünən qoyduğu vəziyyətdə olduğunu görmüşdür. O, meyitlə nə edəcəyini bilməmiş və Xəyalın istifadəsində olan xatırlamadığı nömrə ilə əlaqə yaradaraq “Dəniz otel” restorana getmiş və orada Xəyalla görüşmüşdür. Xəyalla başına gələnlərlə bağlı danışaraq Könülün onu əsəbiləşdirərək ailə üzvlərini təhqir etdiyini, onunla mübahisə etdiyini, buna görə əsəbiləşərək onu boğub öldürdüyünü, meyitin evin ikinci mərtəbəsində çarpayının üzərində olduğunu bildirmişdir. O, Xəyala meyiti gizlətməyə köməklik göstərməsini bildirmiş, Xəyal isə bir anlıq şoka düşsə də, ona dost kimi köməklik edəcəyini bildirmişdir. O, Xəyalla dənizkənarına tərəf gedib bir qədər gəzmişdir. O, Könülün telefonunu götürüb əli ilə sındırmış və dənizə atmışdır. Xəyal ondan telefonu niyə dənizə atdığını soruşduqda Könülün telefonu olduğunu bildirmişdir. Xəyal işdən çıxıb onunla birlikdə evə getmişdir. O, Xəyala ikinci mərtəbədə Könülün meyitini göstərmişdir. Xəyal evə baxdıqdan sonra aşağı düşmüşdür. Həmin günü saat 13 radələrində həyətdə siqaret çəkdikdən sonra həyəti gəzmişlər. Meyiti başqa hər hansı bir yerə apara bilməyəcəklərini müzakirə etmişlər. Meyiti evdə gizlədə biləcəkləri münasib yer evin birinci mərtəbəsində yerləşən təmirsiz otaq olmuşdur. Xəyalla qərara gəlmişlər ki, həyətdə qonşuların görə bilməsi ehtimalını nəzərə alaraq meyiti evin birinci mərtəbəsində zirzəmi kimi istifadə edilən otaqda torpağa basdırsınlar. Belə ki, birinci mərtəbədə yerləşən digər otaqların döşəməsi betonla örtülü olduğundan onları qazmaq mümkün olmamışdır. Belə ki, evin birinci mərtəbəsində yerləşən zirzəmi kimi istifadə olunan otağın döşəməsi yumşaq və torpaqla örtülü olmuşdur. Həmin otaqda divara söykənmiş vəziyyətdə bir cüt bel olmuşdur. Otaqda o, Xəyalla bellə torpağı qazmağa başladıqda asanlıqla qazıla bilindiyini görmüşlər. Həmin vaxt istifadəsində olan mobil nömrəsinə qardaşının zəng etdiyi üçün çölə çıxıb cavab vermişdir. Qardaşına yalandan uşaqlarla şəhərdə gəzdiyini bildirdikdə, qardaşı dönərxanada ona kömək məqsədilə onu yanına çağırmışdır. O da Xəyala qardaşının yanına getdiyini və gələcəyini bildirmişdir. Xəyal da bellə torpağı qazmağa davam etmişdir. O, saat 14 radələrində qardaşının işlədiyi Ocaq dönər adlanan obyektə gedib qardaşına köməklik etmişdir. Müştərilər çox olduğu üçün qardaşına dönər hazırlamaqda köməklik göstərmişdir. Saat 16 radələrində yaşadığı evə getmişdir. Evdə duş alıb, yemək yedikdən sonra Xəyalın zəngini gözləmişdir. 03 mart 2024-cü il tarixə geçən gecə saat 01 radələrində Xəyal onun mobil telefonuna zəng edərək onu evə çağırmışdır. O, evdən çıxanda kimsənin məlumatı olmamış, evdə anası və iki qardaşı yatılı vəziyyətdə olmuşlar. Evə getdikdə həmin vaxt hava qaranlıq olmuşdur. Xəyal evin birinci mərtəbəsində torpağı təqribən 70-80 sm dərinlikdə qazmışdı. Xəyal əvvəlcədən evin birinci mərtəbəsində qazıntı işləri apardığı otağın işıqlandırması olmadığından fanarla otağı işıqlandırmışdı. Otaq işıqlı vəziyyətdə olmuşdur. Həmin günü saat 01 radələrində yataq otağından Könülün meyitini yorğana bükülmüş şəkildə çarpayıdan götürmüşdür. O, meyitin baş, sinə nahiyəsindən, Xəyal isə ayaq nahiyələrindən tutmuşdu. Onlar meyiti aşağı birinci mərtəbəyə düşürdükdən sonra meyiti üzü üstə qazılan çuxura qoymuşlar. Meyitin baş nahiyəsi otağın giriş qapısına tərəf, ayaqları isə əks tərəfdə olmuşdur. Daha sonra meyitin üzərini torpaqla örtmüşlər. Torpaqla örtülmüş çuxuru ayaqları ilə təpikləyərək şumal vəziyyətə gətirmişlər. Bundan sonra Xəyalla birlikdə fərdi yaşayış evi ilə üzbəüz yerləşən kürsülü fərdi yaşayış evinin otaqlarına baxdıqda sol tərəfdən birinci otaqda yerdə bükülmüş vəziyyətdə xalça görmüş və onu götürüb meyit basdırılan otağa gətirmişlər. Xəyalla birlikdə basdırılmış yerə xalçanı sərmişlər. Bundan sonra evin birinci mərtəbəsində olan digər otaqlardan Xəyalla köməkləşib bir ədəd stol, iki ədəd kreslo, iki stul, bir ədəd açılmış vəziyyətdə çarpayını içəri qoymuşlar. Bununla da şübhə çəkməyəcəklərinə inanmışlar. Bundan sonra Xəyalla evin ikinci mərtəbəsinə qalxıb evin döşəməsini süpürmüşlər. O, bıçağın tiyəsini, zibil qutusuna atmış, dəstək hissəsini isə pəncərənin kənarına qoymuşdur. Bundan sonra evin yataq otağında dolabın üzərindən götürdüyü Könülə məxsus şəxsiyyət vəsiqəsini cinayətin izlərini gizlətmək məqsədilə ikinci mərtəbədə mətbəxdə kiçik dəmir qutusunun içərisində yandırmışdır. Həyətə düşdükdən sonra Xəyala Könülün paltarlarını zibil yeşiyinə atmasını bildirmişdir. Xəyal içərisində paltarlar olan çantanı Fədək marketin yaxınlığında olan zibil yeşiyinə atmışdır. O, evdən çıxdıqdan sonra həmin evə qayıtmamışdır. Bundan sonra Xəyalla telefon əlaqəsi yaratmışdır. O, Xəyalla görüşən zaman polis əməkdaşlarının hadisədən xəbərdar olub-olmadığını soruşmuş və hər ikisi hərəkətlərinə diqqət etmişdir. 2024-cü ilin mart ayının ortalarından etibarən demək olar ki, hər gün Könülün nənəsi Gülzar, anası Rəqsanə, atası Ramin onun istifadəsində olan mobil telefonuna zəng edib axırıncı dəfə Könülün onun yanında olduğunu, lakin ondan xəbər olmadığını bildirdikdə onun Könüldən xəbərinin olmadığını, yanından çıxıb getdiyini bildirmişdir. 16 mart 2024-cü il tarixdə, saat 22 radələrində Xəyala zəng edərək harada olduğunu soruşmuş və sonuncunun işlədiyi yerə getmişdir. Xəyala Könülün nənəsi Gülzarın və anasının zəng edib onunla Bakı şəhərində görüşmək istədiklərini bildirmişdir. Lakin Könülün nənəsi Gülzarın və anasının ondan məlumatlı olmadıqlarını demişdir. Onlar razılığa gələrək birlikdə 17 mart 2024-cü il tarixdə Bakı şəhərinə getmiş və saat 12 radələrində Bakı şəhərinə çatmışlar. Həmin gün Nərimanov rayonu ərazisində adını xatırlamadığı oteldə birlikdə gecələmişlər. 18 mart 2024-cü il tarixdə Xəyalla birlikdə 20 Yanvar metrosunun yaxınlığına getmişlər. O, tək gedib Könülün nənəsi Gülzar və anası ilə görüşmüş, Xəyal isə uzaqdan onlara baxmışdır. O, Gülzar və Könülün anası Rəqsanə ilə Könülün nə zaman Lənkərana gəlməsi və evdən getməsi barədə söhbət etmiş, Xəyalın hara getməsindən məlumatı olmamışdır. Onlar söhbət etdikdən sonra Xəyalla zəngləşib 20 Yanvar metrosunun yaxınlığında görüşmüşlər. Xəyala onlardan şübhələnmədiklərini Könülün 27 fevral 2024-cü il tarixdə Lənkəran şəhərinə yanına gəldiyini, 02 mart 2024-cü il tarixədək onun kirayədə yaşadığı evdə qaldığını, 02 mart 2024-cü il tarixdə səhər radələrində evdən çıxıb getdiyini dediyini bildirmişdir. Gülzarın Könülün itkin düşməsi ilə bağlı polisə müraciət etdiyini Xəyala bildirmişdir. Bundan sonra Xəyalla polis şöbəsindən çağırıldıqları halda onun Gülzara və Könülün anasına dediyi formada izahat verəcəkləri barədə razılaşmışlar. Xəyal şəhərdən Salyan rayonu, Xələc kəndinə yaşadığı evə getmişdir. O isə Lənkəran rayonuna qayıtmışdır. 27 mart 2024-cü il tarixdə Cəlilabad RPŞnin əməkdaşları Könülün itkin düşməsi ilə bağlı izahatın alınması üçün onu şöbəyə dəvət etmişlər. O, bundan sonra bu barədə Xəyala məlumat vermək üçün ona zənglər etsə də, telefonuna cavab verməmişdir. Ona görə 27 mart 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə gedərək izahat vermişdir. Cəlilabad RPŞ-də izahat verərkən də, Könülün sonuncu dəfə onunla birlikdə olduğunu, daha sonra isə evdən çıxıb getdiyini və xəbərinin olmadığını bildirmişdir. 28 mart 2024-cü il tarixdə polis əməkdaşları Xəyalla da əlaqə yaradıb onunla birlikdə Xəyalın kirayə yaşadığı evə baxışa getmişlər. Baxış zamanı da polis əməkdaşları meyitin basdırıldığı yerə nəzər yetirsələr də, şübhəli hal aşkar etməmişlər. Lakin o, evə daxil olduqda görmüşdür ki, meyit basdırılan yerdə sərdikləri xalça oradan götürülmüşdür. Bundan başqa oraya qoyduqları kreslonun biri götürülüb digər otağa yerləşdirilmişdir. Meyit basdırılan torpağın üzərində heç nə olmamışdır. Buna baxmayaraq polis əməkdaşları həmin yerə baxdıqda heç nədən şübhələnməmişlər. Bundan sonra o, həmin evə gəlməmişdir. Fərdi yaşayış evinə onlardan sonra kimin gəlməsindən, xalçanı kimin otaqdan çıxarmasından məlumatı olmamışdır. O, 2024-cü ilin aprel ayının əvvələrindən şübhə çəkməmək üçün “Tik Tok” proqramında öz adında olan səhifədən Könül Ağayevanın fotoşəkilini paylaşaraq guya Könülü axtardığını göstərərək şübhə çəkməməyə çalışmışdır. 2024-cü ilin aprel ayının əvvəllərindən etibarən Bakı şəhərinə gedib orada fəhlə kimi tikinti yerlərində işləməyə başlamışdır. O, həmişə törətdiyi cinayəti etiraf edəcəyi günü gözləmişdir. Anasının xəstəliyi ilə əlaqədar ailəsinin maddi vəziyyətini düzəltdikdən sonra cinayət barədə məlumat verməyi düşünmüşdür. 2024-cü ilin mart–aprel aylarında anasının səhhətində ciddi problemlər olduğu üçün onun da cinayəti törətdiyini bildiyi halda səhhəti kəskin şəkildə pisləşəcəyi üçün Cəlilabad RPŞ-nin əməkdaşlarına hadisə barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə iş üzrə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, qızı Könül 2020-ci ildə Lənkəran Dövlət Universitetinə daxil olmuş, 2023-cü ildə isə Azərbaycan Pedeqoji universitetinin Cəlilabad rayonu filialında ali təhsilini davam etdirmişdir. Könül 2023-cü ilin mart ayında X5 ilə qeyri rəsmi evlənmiş, lakin 2023-cü ilin dekabr ayında Kamran Könüldən ayrılaraq Bakı şəhərinə getmişdir. Könül 06 fevral 2024-cü il tarixdə Bakı şəhərinə Kamranın yanına gedəcəyini bildirmiş və Bakı şəhərinə yola düşmüşdür. Könül daimi olaraq nənəsi Gülzarla danışmışdır. Onunla Könülün arasında telefon əlaqəsi sonuncu dəfə 24 fevral 2024-cü il tarixdə olmuşdur. O, dəfələrlə Könülə Cəlilabad rayonuna qayıtmasını demiş, lakin Könül sözünə qulaq asmadığı üçün Könüldən imtina etmişdir. 03 mart 2024-cü il tarixdə Gülzar onlara gələrək Könülün telefonuna zəng çatmadığını demişdir. Dəfələrlə qızına zənglər etsə də, telefona cavab verilməmişdir. Sonra qızının itkin düşməsi barədə Sabunçu rayon Polis İdarəsinə ərizə vermişlər. Könülün istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Gülzarın adına olduğu üçün 16 mart 2024-cü il tarixdə X14 MMC-nin Cəlilabad rayon şöbəsindən həmin mobil nömrəyə daxil olan və çıxan zəngləri çıxarmış və polis şöbəsinə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları müəyyən etmişlər ki, sonuncu dəfə qızı Könül Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs və Şahid1la telefon əlaqəsi yaratmışdır. Bundan sonra o, dəfələrlə Xəyalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zənglər etsə də, telefonlarına cavab verilməmişdir. Cəlilabad RPŞ-nin əməkdaşları Xəyalı və Elvini dindirsələr də, hər hansı şübhəli hal müəyyən etməmişlər. Onlar Elvinlə Bakı şəhərində görüşmüş, söhbət etmişlər. Elvin bir neçə il əvvəl Könüllə tanış olduğunu, sonuncunun 29 fevral 2024-cü il tarixdə Lənkərana gəldiyini, qalması üçün ona dostunun evini kirayə verdiyini, sonuncu dəfə 01 mart 2024-cü il tarixdə Könüllə sözlə mübahisə etdiyini, mübahisə nəticəsində Könülü əllə vurduğunu, daha sonra Könülün evdən çıxıb getdiyini bildirmişdir. Lakin Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılarkən Könülün meyiti Lənkəran şəhəri ərazisində fərdi yaşayış evinin birinci mərtəbəsində torpağa basdırılmış şəkildə aşkar edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Könülü boğaraq öldürmüş və meyitini evdə torpağı qazıb basdırmaqla gizlətmişdir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 da Ramin Vəliyevlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, 2022-ci ilin oktyabr ayından Lənkəran şəhərində yerləşən “Düşbərə” kafesində aşbaz işləyir. Həmin kafedə ofisiant işləyən Şahid1la normal münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Xəyal ucuz kirayə ev axtardığını bildirmişdir. Onun yaşadığım evin qonşuluğunda olan X8 məxsus ev boş olduğu üçün Bakı şəhərində yaşayan Zaman Ağayevlə əlaqə saxlayıb evini kirayəyə istəyən olduğunu demişdir. Zaman onunla razılaşmış və Zamanın ünvan 5 ünvanında yerləşən evini 2023-cü ilin avqust ayından Xəyala aylıq 150 manat ödəniş etmək razılığı ilə kirayə vermişdir. 2023-cü ilin noyabr ayında Xəyal “Düşbərə” kafesində işdən çıxmışdır. Təxminən mart ayının ortalarında Xəyalın tanışı Ramin ona zəng vurub Xəyalın yaşadığı evin birinci mərtəbəsində xalça sərildiyini, Xəyalın həmin yerə nə üçün xalça sərməsini demişdir. Bir neçə gün Xəyalla əlaqə saxlaya bilməmiş, xx.xx.2024-cü il tarixdə Xəyalın yaşadığı evə gəlmiş, özümdə olan açarla qapını açıb həyətə, sonra isə evə daxil olmuş, evdə heç kim olmamışdır. Sonra evdən çıxmışdır. Təxminən 22-23 mart 2024-cü il tarixdə günorta saat 16 radələrində işdən evə gələrkən Xəyala kirayə verdiyi evin qarşısında bir nəfər yaşlı qadının, bir nəfər kişinin və qonşuluqda yaşayan Zülfiyənin olduğunu görmüşdür. Zülfiyyə ona həmin şəxslərin ona sözləri olduğunu demişdir. O, yaşlı qadına yaxınlaşmış, həmin qadın özünü Şahid2 kimi təqdim edərək nəvəsinin Xəyalın yaşadığı evdə bir neçə gün yaşadığını və sonradan itkin düşdüyünü, bu səbəbdən evə və həyətə baxmaq istədiyini demişdir. O, özündə olan açarla qapıları açmışdır. Həmin qadın evin həyətinə, evin otaqlarına baxmışdır. Qadın nəvəsinin Xəyal və Elvin adlı şəxslərlə əlaqə saxladığını, həmin evdə bir neçə gün qaldığını və itkin düşdüyünü demişdir. Könülün Elvin tərəfindən öldürülməsi ilə bağlı istintaqa qədər heç bir məlumatım olmamışdır. Bu barədə sonradan bilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, X12 Dövlət Universitetində tələbə olduğu dövrdə 2022-ci ildə Lənkəran rayonu Rvo kəndi ərazisində yerləşən “Riva Hill” restoranında ofisiant işlədiyi müddətdə tanımışdır. Bir müddət Könül həmin restoranda ofisiant işləmiş, sonra isə oradan çıxmışdır. Bundan sonra Könüllə əlaqəsi olmamışdır. 06 yanvar 2024-cü il tarixdə Könülün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə ani zəng gəldiyini görmüş və saat 17 radələrində Könülə zəng edib onunla danışmışdır. Könül Bakı şəhərində yaşadığını və işləmək üçün Lənkərana gəlmək istədiyini və ona köməklik göstərməsini xahiş etmişdir. O, Könülə Astalaniya adlı istirahət mərkəzində ofisiant işlədiyini bildirmiş və ona gəlib orada işləməyi təklif etmişdir. Könül 08 yanvar 2024-cü il tarixdə saat 10 radələrində ona zəng edərək Cəlilabad rayonunda evində olduğunu və Lənkərana gələcəyini bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Könül ona zəng edərək Cəlilabad rayonundan Lənkəran şəhərinə gəldiyini bildirmiş, onu hava limanı yaxınlığında yerləşən Lənkəran Dövlət universitetinin birinci korpusunun qarşısına gözləməsini demişdir. O, həmin yerə gedərək gözləmiş, Könül saat 12 radələrində taksi ilə universitetin birinci korpusunun qarşısına gəlmişdir. Könülü Hava limanı yaxınlığında yerləşən Rəqsanə İbrahimovanın kirayə verdiyi fərdi yaşayış evinə aparmışdır. Könül evin içərisinə baxdıqdan sonra orada kirayə qalmaq istədiyini demişdir. Könül razılaşmaya əsasən orada bir ay qalmalı olmuşdur. Könül orada qalmışdır. Onu Astara rayonu Qamışovka kəndində yerləşən «Astalaniya» restoranında işə düzəltmişdir. O, 13 yanvar 2024-cü il tarixdə qar yağdığına görə restorana işə getməmiş və bir daha oraya qayıtmamışdır. Könül isə bir neçə gün Astalaniya restoranında işlədikdən sonra işdən çıxıb getmişdir. Könülün haraya getməsindən məlumatı olmamışdır. Könüllə 2024-cü ilin fevral ayının ortalarında əlaqə saxladıqda o, Bakı şəhərində restoranda ofisiant işlədiyini, yenidən Lənkəran rayonuna qayıtmaq istədiyini bildirmişdir. 27 fevral 2024-cü il tarixdə saat 18 radələrində Könül istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Bakı şəhərində anası ilə birlikdə qaldığını və Lənkərana işləməyə gəlmək istədiyini bildirmişdir. Snra 01 mart 2024cü il tarixdək Könüllə əlaqəsi olmamışdır 01 mart 2024-cü il tarixdə saat 11 radələrində Könül ilə telefonla danışarkən Könül Bakı şəhərində olduğunu, pula ehtiyacının olmasını, ona 20 manat pul lazım olduğunu demişdir. O isə Könülə ona pul verməyə imkanı olmadığını bildirmişdir. Həmin gün saat 20 radələrindək Könüllə telefonla danışarkən Könül Lənkəranda olduğunu demişdir. Sonra Könüllə əlaqəsi olmamışdır. 2024-cü ilin mart ayının əvvəllərində Könülün nənəsi Gülzar ona zəng edərək Könülü axtardıqlarını demiş və onu Lənəranda görüb-görmədiyini soruşmuşdur. O isə Könülü sonuncu dəfə yanvar ayında gördüyünü, sonuncu dəfə Könüllə danışdıqda Bakı şəhərində olduğunu deməsini bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs onun mobil nömrəmə zəng edərək Lənkəran şəhəri H.Aslanov parkında görüşmək istədiyini demişdir. O, Elvinlə parkda görüşmüşdür. Elvin ona Könülün tanışı olduğunu, sonuncunun itkin düşdüyünü demiş və onun barəsində məlumatının olub-olmamasını soruşmuşdur. O isə Elvinə Könül ilə sonuncu dəfə 01 mart 2024-cü il tarixdə saat 20 radələrində danışdığını, həmin vaxt Könülün Bakı şəhərində olduğunu bildirməsini, Könülü Lənkəran şəhərində görmədiyini demişdir. Sonra isə Elvin ondan ayrılıb getmişdir. 2024-cü ilin may ayının ortalarında şəhər sakinlərindən Könülün Təqsirləndirilən şəxs tərəfindən öldürülərək evin zirzəmisində basdırılmasını eşitmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Könül Ağayeva onun nəvəsidir. Könül 2023-cü ilin mart ayında X5 ilə qeyri-rəsmi ailə qurmuş, sonra ayrılmışlar. Sonra Könül Bakı şəhərinə getmiş, Bakı şəhərində olduğu müddətdə onunla daimi telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə 01 mart 2024-cü il tarixdə saat 19 radələrində Könülün istifadəsində olan nömrəsi ilə telefonda danışdıqda o, Bakı şəhərində Əhmədli rayonunda kirayə ev tutduğunu və dərslər başlayana qədər satıcı işi tapdığını və işləyəcəyini bildirmişdir. 02 mart 2024-cü il tarixdə dəfələrlə Könülün istifadəsində olan mobil nömrələrə zənglər etsə də, cavab verilməmişdir. Könülün telefon sönülü vəziyyətdə olmuşdur. Bundan sonra narahat olmağa başlamış və Könülün itkin düşməsi barədə Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişlər. Könülün istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə onun adına olduğu üçün 16 mart 2024-cü il tarixdə Azercell Telecom MMC-nin Cəlilabad rayon şöbəsindən həmin mobil nömrəyə daxil olan və çıxan zəngləri çıxarmış və polis şöbəsinə təqdim etmişdir. Könülün sonuncu dəfə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs və Şahid1la telefon əlaqəsinin olması müəyyən edilmiş, həmçinin sonuncu dəfə Lənkəran şəhərində olduğunu öyrənmişdir. Xəyalın telefonuna dəfələrlə zəng etsə də, cavab verməmişdir. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Xəyalı və Elvini dindirsələr də, hər hansı şübhəli hal müəyyən etməmişlər. O, 18 mart 2024-cü il tarixdə Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb sonuncunu Bakı şəhərinə dəvət etmişdir. Bakı şəhəri 20 Yanvar dairəsi ətrafında qızı Rəqsanə ilə birlikdə Elvinlə görüşmüşdür. Elvindən Könülü haradan tanıdığını, sonuncu dəfə nə zaman onunla görüşdüyünü soruşduqda ona bir neçə il əvvəl Könüllə tanış olduğunu, sonuncunun 29 fevral 2024-cü il tarixdə Lənkərana gəldiyini, qalması üçün ona dostunun evini kirayə verdiyini, sonuncu dəfə 01 mart 2024-cü il tarixdə Könüllə sözlə mübahisə etdiyini, mübahisə nəticəsində Könülü əllə vurduğunu, daha sonra Könülün evdən çıxıb getdiyini bildirmişdir. Bundan sonra Elvinl onlardan ayrılıb getmişdir. Sonra onların şikayətləri Lənkəran Şəhər Rayon Polis Şöbəsində göndərilmişdir. Araşdırma aparılarkən Könülün meyiti Lənkəran şəhəri ərazisində fərdi yaşayış evinin birinci mərtəbəsində torpağa basdırılmış şəkildə aşkar edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin evdə Könülü boğaraq öldürmüş və meyitini gizlətmək üçün torpağa basdırmışdır. Təqsirləndirilən şəxs və Şahid1dan şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Lənkəran şəhərində kafedə işləmiş və yaşamaq üçün ev axtarmışdır. 2023-cü ilin avqust ayının ortalarında onunla «Düşbərə» kafesində bufetçi işləyən Gülbala adlı şəxs Lənkəran şəhəri "xxxx" marketin yaxınlığında tanışının həyət evini kirayə verdiyini, qiymətinin aylıq 150 manat olduğunu bildirmişdir. O, həmin vaxtdan köçüb orada yaşamağa başlamışlar. Həmin evə ev sahibinin dostu Ramin adlı şəxs nəzarət etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında işlədiyi kafedən işdən çıxmışdır. 18 noyabr 2023-cü il tarixdən “Dəniz Palace" restoranında ofisiant kimi işləməyə başlamışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində “Dəniz Palace” restoranına Elvin adlı şəxs ofisiant kimi işləməyə başlamışdır. Elvinlə işlədiyi müddətdə aralarında iş yoldaşı kimi münasibət yaranmışdır. Elvin 2024-cü ilin yanvar ayının ortalarına qədər “Dəniz Palace” retoranında işləmiş və işdən çıxmışdır. Elvin işdən çıxdıqdan sonra da münasibətləri davam etmiş, bir neçə dəfə görüşüb çay içmiş, eləcə onun Elvinə borc pul verdiyi vaxtlar olmuşdur. 27 fevral 2024-cü il tarixdə saat 10 radələrində Elvin oan zəng edərək onunla görüşmək istədiyini, işi olduğunu demişdir. O, evdə olduğunu bildirib Elvini evə dəvət etmişdir. Təxminən 15-20 dəqiqə sonra Elvin yaşadığı evə gəlmişdir. Elvin hərbi xidmətə getməzdən əvvəl Lənkəran şəhəri ərazisində bir qızla tanış olduğunu, atası xəstə olan zaman ona köməklik etdiyini, həmin qızın Bakı şəhərindən Lənkəran rayonuna gəldiyini bildirmişdir. Eləcə də, həmin qızın əşyalarını onun yaşadığı evə qoymaq istədiyini demişdir. O, isə əksər vaxtlarda “Dəniz Palace” restoranında qaldığını deyib həmin qızın yaşadığı evdə qala biləcəyini demişdir. Elvin onun təklifi ilə razılaşmış və qızın axşam radələrində Lənkəran rayonuna çatacağını demişdir. Bundan sonra Elvin çıxıb getmişdir. Elvin getdikdən təxminən 1 saat sonra o da evdən çıxmışdır. Elvinin «Mixək» kafedə olduğunu bildiyindən ora gedib evin və darvazanın açarlarını Elvinə təqdim etmişdir. Elvin həmin qızın 3 gün qalacağını, həmin müddətdə ona iş və ev tapdıqdan sonra evdən çıxacağını demiş, o da Elvinlə razılaşmışdır. 27 fevral 2024-cü il tarixdə saat 23 radələrində Elvin ona zəng edərək qızın gəldiyini və qızı evə yerləşdirdiyini bildirmişdir. O, Elvinlə ilkin söhbətlərində qonşular görməsin deyə qızın gündüz vaxtı həyətə düşməməsini, evin dəhlizinin işığını yandırmamasını, küçəyə çıxmamasını demişdir. 28 fevral 2024-cü il tarixdə saat 11 radələrində o, Elvinə zəng edib evdən əşyalarını götürəcəyini, birlikdə getməklərini demişdir. Elvinlə saat 11:30 radələrində gedə biləcəklərini demiş və həmin radələrdə «Kiçik bazar» ərazisində görüşüb piyada evə getmişlər. Elvin evin giriş darvazasının qapısının kilidini açarla açmış və onlar həyətə daxil olub evə qalxmışlar. Evə gələn zaman Elvin qızın adının Könül olduğunu və Cəlilabad rayonundan olduğunu demişdir. Evə daxil olan kimi Elvin Könülü çağırmış, Könül otaqdan çıxmış və onunla salamlaşmış, o, da Könülə salam verib adının Xəyal olduğunu demişdir. Bundan sonra otağa daxil olub paltarlarını götürmüş, həmin zaman Elvinə zəng gəldiyindən sonuncu həyətə düşüb telefonla danışmağa başlamışdır. O, evdən əşyaları götürmüş, həmin zaman Könül Elvinə zəng edən zaman bəzi vaxtlarda telefona cavab vermədiyini, zəng çatmadığını deyib evdə hər hansı bir problem olacağı təqdirdə ona deməsi üçün onun mobil nömrəsini istəmişdir. O, mobil nömrəsini Könülə vermişdir. 29 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində Könül istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib işıqların söndüyünü, Elvinə zəng etsə də telefona cavab vermədiyini, bu səbəbdən ona zəng etdiyini demişdir. Eləcə də, Könül işıq pulunun qurtara biləcəyini soruşmuş, o, qurtara biləcəyini demişdir. Könül qaranlıq olduğu üçün qorxduğunu gəlib işıq kartına pul yükləməyini xahiş etmişdir. 29 fevral 2024-cü il tarixə keçən gecə Könülün yaşadığı evdə işıqlar söndüyü üçün o, məhləyə gəlmişdir. Lakin o, evə daxil olmamışdır. O, bir neçə saat məhlədə gözləmişdir. Bütün məhlədə işıqların sönməsinə əmin olduqdan sona Elvinə də məlumat vermişdir. O, Könülə zəng edib işıqların ümumi olaraq söndüyünü demişdir. O, evindən “Dəniz Palace” restoranına qayıtmışdır. 01 mart 2024-cü il tarixə keçən gecə Elvin ona zəng edərək Könülün özündən gedəcəyini, evdən çıxa bilmədiyini, Könülün yanına gedib onu sakitləşdirməyini xahiş etmişdir. O, Elvinin xahişi əsasında Könülün yaşadığı evə getmişdir. Həyətin giriş qapısının açarını kənarda çəpərin üzərindən götürüb açdıqdan sonra, həyətə daxil olub evin ikinci mərtəbəsinə qalxmışdır. Könül yataq otağında yerdə uzanıqlı vəziyyətdə və özündən getmişdir. O, dərhal Könülün üzünə su vurmuş və fenlə üzünə hava vurmuşdur. Könülün özünə gəlmədiyini gördükdən sonra Elvinə zəng edərək gəlməsini istəmişdir. Bundan sonra Elvin evə çatmamış Könül özünə gəlmişdir. Elvin gəldikdən sonra Könüllə Elvini baş-başa buraxmış və çölə çıxmışdır. Həmin gecəni Elvinin xahişi əsasında evin həyətində yerləşən digər fərdi yaşayış evində qalmışdır. 01 mart 2024-cü il tarixdə günorta saatlarında evdən çıxıb iş yerinə getmişdir. 01 mart 2024-cü il tarixdə artıq 3 gün tamam olduğundan saat 20 radələrində Elvinə zəng edib Könülün gedib-getməyəcəyini soruşmuşdur. Elvin Könülün ertəsi gün gedəcəyini demişdir. Həmin gün saat 23 radələrində Elvin ona zəng edərək evə gəlib-gəlməyəcəyini soruşmuş, o, isə “Dəniz Palace”də qalacağını, ertəsi gün Könül getdikdən sonra gələcəyini demişdir. Elvin gecəni Könül ilə birlikdə qalacağını demiş o, buna hər hansı etiraz etməmişdir. 02 mart 2024-cü il tarixdə, saat 10 radələrində Elvin ona zəng edib açarı vermək üçün evə gəlməyini xahiş etmiş, o, isə işlədiyi yerdən işlərinin çox olduğuna görə çıxa bilmədiyini, özünün “Dəniz Palace” restoranına gəlməsini demiş, Elvin də onunla razılaşmışdır və gələcəyini bildirmişdir. Günorta saatlarında Elvin “Dəniz Palace” restoranına gəlmiş, onunla salamlaşdıqdan sonra kənara çəkilib söhbət etməklərini istəmişdir. Kənara çəkildikdən sonra Elvin 01 mart 2024-cü il tarixdə, saat 20 radələrində Könül ilə aralarında sonuncunun ona söyüş söyməsinə görə mübahisə yarandığını, mübahisə zamanı Könülün evdə olan şüşə qırıntısı ilə qoluna xəsarət yetirdiyini, qoluna xəsarət yetirdikdən sonra yenidən onun üzərinə gəlib onu təhqir etidyinə görə boyun nahiyəsindən tutub hər iki qolu ilə boğaraq Könülü öldürdüyünü bildirmişdir. Eləcə də, Könülü öldürdükdən sonra sonuncunu çarpayıya uzadıb yorğanla üstünü örtdüyünü, öldüyünə əmin olmaq məqsədi ilə evdə olan “Wifi” naqilini boğazına bərk bağladığını və evi tərk etdiyini demişdir. Elvin meyitin onun yaşadığı evdə olduğu üçün birlikdə məsuliyyətə cəlb ediləcəklərini, köməklik göstərməsini bildirdikdə, o, evdə meyit olmasından qorxaraq kimsəyə işlə əlaqəsinin olmadığını sübut edə bilməyəcəyini düşünmüşdür. Ona görə qorxaraq hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmişdir. O, bir qədər fikirləşərək Elvinlə birlikdə meyiti gizlətmək qərarına gəlmişdir. Dənizkənarında bir qədər piyada gəzdikdən sonra Elvin cibindən qara rəngli mobil telefon çıxarıb daşa vurub ekranını sındırdıqdan sonra dənizə atmışdır. Elvin həmin telefonun Könülə məxsus olduğunu demişdir. Elvin Könülün istifadə etdiyi mobil telefonu Könülü öldürdükdən sonra özü ilə götürdüyünü, telefonda olan iki ədəd nömrəni çıxarıb atdığını, telefonu isə söndürməklə üzərində olduğunu demişdir. Onlar bir az da, dəniz qırağı ilə hərəkət edib Vağzal tərəfdə dəniz sahilinə gəlmişlər. Elvin mobil telefonun ekran hissəsini daş parçasına vuraraq sındırmış və dənizə tullamışdı. Bundan sonra birlikdə meyitin olduğu yerə getmişlər. Meyitin üzəri yataq otağında mələfə ilə örtülü olmuşdur. Könülün meyitini gizlətməsə cinayət məsuliyyətinə cəlb edilməkdən qorxmuşlar. İlkin olaraq Könülün meyitini evdən çıxarıb başqa kimsəsiz yerə aparmağı düşünmüşlər, lakin bunun qonşular tərəfindən görüləcəyini və digər riskləri fikirləşib həmin fikirdən imtina etmişlər. Daha sonra Könülün meyitini basdırmaq qərarına gəlmişlər. Basdırılma yeri üçün ən münasib yerin evin yaşayış olmayan birinci mərtəbəsinin otağı olması qərarına gəlmişlər. Otaqda yer səthi torpaq örtükdən ibarət olduğundan qazılması rahat olacağı üçün meyiti həmin yerdə baxdırmağı qərarlaşdırmışlar. O, beli götürüb torpağı bir qədər qazıb yoxladıqdan sonra Elvin işinin çıxdığını və qardaşının yanına gedəcəyini bildirmiş, bundan sonra o, da evdən çıxıb getmişdir. O, otağın döşəməsini gecə saatlarını qazmağı planlaşdırmışdır. Həmin gün, yəni 02 mart 2024-cü il tarixdə saat 22-23 radələrində radələrində işdən çıxıb evə gəlmişdir. Həyətə daxil olduqdan sonra Elvinlə telefon əlaqəsi saxlayıb evə gəldiyini demişdir, Elvin qazıntıya başlamağını demiş, özünün də qısa zamanda gələcəyini bildirmişdir. Elvinlə həmin gün səhər görüşəndə evin və darvazanın açarlarını ona vermişdi. O, evə getdikdə Könülün həqiqətən ölməsini müəyyən etmək üçün evin qapısını açıb yataq otağına getmişdir. Yataq otağında çarpayının üzərində eninə olmaqla, ayaqları dizdən yerə sallanmış, ayaqları yerə çatmayan vəziyyətdə hərəkətsiz bir şəxsin uzandığını görmüşdür. Həmin şəxsin Könül olduğunu qara rəngli ayaqqabılarından, göy rəngli cins şalvardan və bədən quruluşundan yəqin etmişdir. Könülün baş və bədən nahiyəsinin üzəri açıq qırmızı rəngli yorğanla örtülmüş vəziyyətdə olmuş, lakin ayaqları topuqdan aşağı vəziyyətdə açıq vəziyyətdə olmuşdur. O, qorxduğundan yorğanı götürüb Könülə baxmamış, Könülün əynində digər hansı paltarların olmasını, Könülün üzərində xəsarət, qan və digər izlərinin olub-olmamasını görməmişdir. Evdə də hər hansı qan ləkəsi görməmişdir. O, tələsik olaraq evə göz gəzdirmiş, yataq otağında olan güzgünün sınmasını, yerdə şüşə parçalarının olmasını, eləcə də, yataq otağında olan şkafın qapısının yerindən çıxarıldığını görmüşdür. Bundan sonra o, birinci mərtəbəyə düşmüş, qazıntı işləri aparacağı birinci otağın qarşısında olan bel və yastı beli götürüb otağa daxil olmuşdur. Mobil telefonunun işığını yandırıb otağın sol küncündə xəndək qazmağa başlamışdır. Uzunluğu təxminən 2 metr, eni 70 sm, dərinliyi 80-100 sm olan xəndəyi 2 saat ərzində demək olar ki, qazıb qutarmışdır. 03 mart 2024-cü il tarixdə saat 01 radələrində Elvin ona zəng edərək çatdığını demişdir, o, darvazaya yaxınlaşıb həyətə daxil olan zaman bağladığı darvazanın qapısını açmış və Elvin həyətə daxil olmuşdur. Elvinlə birlikdə xəndək qazdığı otağa daxil olmuşlar, Elvin də müəyyən qədər qazdıqdan sonra xəndəyin kifayət etdiyini hesab etmişlər. Daha sonra birlikdə yataq otağına Könülün meyitinin yanına getmişlər. Elvin yorğanı götürüb Könülün meyitinə baxmağını təklif etsə də, o, razılaşmamışdır. Könülün meyitinin üzü üstə qeyd etdiyi yorğanla örtülü vəziyyətdə ayaq tərəfindən o, baş tərəfindən isə Elvin tutmuş, meyiti üzü yuxarı vəziyyətdə xəndəyin yanına gətirmişlər. O, xəndəyin otağa daxil olduqda sol tərəfinə, Elvin isə sağ tərəfinə keçmiş və birlikdə meyiti üzü aşağı vəziyyətdə xəndəyə itəliyib yerləşdirmişlər. Meyitin ayaq nahiyəsi otağa daxil olanda xəndəyin sol tərəfində, baş nahiyəsi isə sağ tərəfində qalmışdır. İkisi birlikdə qazdıqları xəndəyi qazılan torpaqla örtmüşlər. Bundan sonra bellər vasitəsi ilə və ayaqları vasitəsilə torpaq səthini hamarlamışlar. Bundan sonra cinayətin izlərini gizlətmək məqsədilə həmin günü meyitin basdırıldığı yerin üzərinə müəyyən əşyalar qoyaraq izi itirmək qərarına gəlmişlər. O, həyətdə yaşayış olmayan digər evin içərisində xalça, stol olduğunu, yaşadığı evin birinci mərtəbəsində yerləşən digər otaqda isə yığılan çarpayı və kreslo olduğunu bildirmişdir. Onlar birlikdə Könülün meyitini basdırdıqları yerin üzərinə qeyd etdiyi əşyaları gətirib qoymuşlar. Daha sonra evin ikinci mərtəbəsinə qalxıb Könülün paltarlarını Elvinlə birlikdə bir yerə yığmışlar. Evi axtarmış, Könülə aid başqa əşya və paltar tapa bilməmişlər. Həmin paltarları Könülün özü ilə gətirdiyi qara rəngli idman çantasına qoymuşlar. Çantada Könülə məxsus şalvar, köynək və alt paltarları olmuşdur. Çantada Könülün şəxsiyyət vəsiqəsi və digər sənədlərinin olub-olmamasına diqqət etməmişdir. Çantanı evdə saxlamışlar. Bundan sonra Elvin evdən çıxmış, o, gecəni həmin evdə qalmışdır. Bundan sonra iki gecə həmin evdə qalmışdır. Belə ki, 06 mart və 15 mart tarixlərində həmin evdə gecələmişdir. 16 mart 2024-cü il tarixdə, saat 14 radələrində Könülün paltarları olan çantanı götürüb evdən çıxmışdır. Evin yaxınlığında yerləşən "xxxx" marketin yanında olan zibil qabına yaxınlaşmışdır. Ətrafa baxmış və kimsənin olmadığını görüb çantanı zibil qabına atmışdır. Bu barədə Elvinin də mobil telefonuna zəng edib məlumat vermişdir. Bundan sonra Elvinlə ara-sıra danışaraq Könülü kiminsə axtarıb-axtarmadığını soruşmuşdur. 16 mart 2024-cü il tarixdə, saat 22 radələrində Elvin ona zəng edərək Könülün nənəsi Gülzarın və anasının onun nömrəsini tapdıqlarını və Bakı şəhərində onunla görüşmək istədiklərini demişdir. Lakin Könülün nənəsi Gülzarın və anasının ona hadisədən məlumatlı olmadıqlarını demişdir. O, Elvinlə birlikdə gəzmək məqsədilə 17 mart 2024-cü il tarixdə Bakı şəhərinə getmiş və 12 radələrində şəhərə çatmışlar. Həmin gün Nərimanov rayonu ərazisində adını xatırlamadığı oteldə birlikdə gecələmişlər. 18 mart 2024-cü il tarixdə Elvinlə birlikdə 20 Yanvar metrosunun yaxınlığına getmişlər. Elvin tək gedib Könülün nənəsi Gülzar və anası ilə görüşmüşdür, o, uzaqdan onlara baxmış, bir neçə dəqiqə onlara baxdıqdan sonra o, oradan uzaqlaşmışdır. Təxminən 2 saat sonra Elvinlə zəngləşib 20 Yanvar metrosunun yaxınlığında görüşmüşlər. Elvindən nə danışdıqları barədə soruşmuş, Elvin Gülzar və Könülün anasının Könülün sonuncu dəfə onunla olduğunu soruşduqlarını, cavabında onlara Könülün 26 fevral 2024-cü il tarixdə Lənkəran şəhərinə onun yanına gəldiyini, 02 mart 2024-cü il tarixədək onun kirayədə yaşadığı evdə qaldığını, 2 mart 2024-cü il tarixdə səhər radələrində evdən çıxıb getdiyini dediyini bildirmişdir. Gülzarın Könülün itkin düşməsi ilə bağlı polisə müraciət etdiyini bildirmişdir. Bundan sonra Elvinlə o, polis şöbəsindən çağırıldıqları halda Elvinin Gülzara və Könülün anasına dediyi formada izahat verəcəklərinə razılaşmışlar. Bakı şəhərindən o, Salyan rayonu, Xələc kəndinə yaşadığı evə getmişdir. 26 mart 2024-cü il tarixdə Lənkəran rayonuna qayıtmışdır. 27 mart 2024-cü il tarixdə onu və Elvini Cəlilabad rayon polis şöbəsindən izahat almaq üçün çağırmışlar. Həmin gün Elvinlə birlikdə Cəlilabad rayon polis şöbəsinin Göytəpə bölməsinə gedib Könülün itkin düşməsi ilə bağlı izahat vermişlər. Hər ikisi Elvinin Gülzar və Könülün anasına verdiyi məlumata uyğun izahat vermişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid8 göstərdi ki, 2023-cü ilin dekabr ayından “Dəniz Palace” restoranını icarə əsasında işlətmişdir. Şahid1 2023-cü ilin dekabr ayından həmin restoranda ofsiant kimi işə düzəlmişdir. Həmin ayda Təqsirləndirilən şəxs də ona müraciət etmiş, onu da ofisiant kimi işə götürmüşdür. Elvin bir neçə gün işlədikdən sonra intizamsız davranışlarına görə onu işdən çıxarmışdır. Xəyal həm restoranda işləmiş, həm də evi olmadığı üçün ona restoranın otelində qalmağa icazə vermişdir. Xəyal 2024-cü ilin mart ayında bir neçə gün işə gəlməmişdir. Sonra sosial şəbəkədə Xəyalın Bakı şəhərində otellərdən birində Təqsirləndirilən şəxs ilə fotoşəklini görmüşdür. Xəyal bir neçə gün sonra işə gəldikdə nə səbəbə Elvinlə birlikdə olduğunu, işə nə səbəbə gəlmədiyini soruşduqda ona Elvinin tanışı olan Könül adlı qızın itkin düşdüyünü, Könülün sonuncu dəfə onun kirayəyə götürdüyü evdə qaldığını, qızın nənəsinin ondan polisə şikayət etdiyini bildirmişdir. O, Xəyaldan Könül adlı qızla münasibətinin olub-olmamasını, qızın harada olmasını soruşduqda Könül barədə heç bir məlumatının olmadığını, kirayəyə götürdüyü evi Elvinin xahişi ilə ona bir günlük verdiyini, qızın sonuncu dəfə həmin evdə qaldığı üçün ondan Könülün nənəsinin polisə şikayət etdiyini bildirmişdir. 15 may 2024-cü il tarixdə Lənkəran şəhər sakinlərindən Lənkəran şəhərində Könül Ağayevanın öldürülərək evin birinci mərtəbəsində torpağa basdırılmasını eşitmişdir. Məhkəməd istintaqında şahid kimi dindirilən Şahid9 göstərdi ki, ailəsi ilə Lənkəran şəhərində yaşayır. X4 özü Bakı şəhərində yaşamaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin açarlarını ona vermişdir. O, həmin evə nəzarət etmişdir. 2023-cü ilin payız aylarında tanışı Gülbala Lənkəran şəhərində tələbə olan, onunla bir yerdə ofisiant işləyən Xəyal adlı oğlanın kirayə ev axtardığını bildirmişdir. O da Zamanla danışıb razılaşdıqdan sonra evi Xəyala kirayəyə vermişdir. Lakin evinin açarının biri onda qalmışdır. O, həmin evin həyətindəki torpaq sahəsində öz istifadəsi üçün kənd təsərrüfatı bitkiləri əkmişdir. 17 mart 2024-cü il tarixdə bazar günü olduğundan bağa baxmağa getmişdir. Həmin vaxt evdə heç kim olmamış və birinci mərtəbənin qapısı açıq olmuşdur. O, birinci mərtəbəyə baxdıqda otaqda yerə xalça sərildiyini görmüşdür. Xalçanın nəm çəkərək yararsız hala düşəcəyini nəzərə alaraq xalçanın bir ucundan tutub çəkərək çölə çıxarmışdır. Bundan başqa həmin otağa kreslo, stol, stular da qoyulmuşdur. Sonra isə evin həyətinin giriş qapısını qıfıllayaraq getmişdir. Bundan bir neçə gün sonra mart ayının sonlarında Lənkəran şəhər sakinlərindən eşitmişdir ki, həmin evdə Cəlilabad sakini olan Könül adlı tələbə müvəqqəti yaşamış, daha sonra itkin düşmüşdür. Sonradan mətbuatda gedən xəbərlərdən X15 adlı tanışı tərəfindən öldürülərək evin birinci mərtəbəsində torpağa basdırılmasını bilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, evdə Könül Ağayevanı necə öldürməsini və meyitini torpağa basdırmaqla gizlətməsini yerində göstərmişdir. Bu barədə video və fotoşəkilllər çəkilməklə protokola əlavə olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ynvanında yerləşən evdən və onun həyətindən ibarətdir. Fərdi yaşayış evinin birinci mərtəbədə yerləşən, təmirsiz otaqda qazıntı aparılması müəyyən edilmişdir. Otağın döşəməsinin bir hissəsi qazıldığından naməlum meyitin bir hissəsi və mələfə görünür. Döşəmə qazılaraq dərinliyi 60 sm olan torpaq örtüyünün altından üzəri mələfə ilə örtülmüş qadın cinsli meyit aşkar olunmuşdur. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 01 mart 2024-cü il tarixdə danışıqlar aparılmış, hər iki mobil nömrənin anten dairələri ünvan 6 ünvanını göstərir. Əvvəlki vaxtlar da da onların aralarında mütəmadi olaraq danışıqlar aparılmışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 05 iyun 2024-cü il tarixli, 454 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 13 nömrəli rəyinə əsasən X7 meyitin xarici və daxili müayinəsində onun bədəninin yumşaq toxumalarının və daxili üzvlərinin kəskin çürüməsi aşkar edilmişdir. Meyitin xarici müayinəsində (yumşaq toxumalar çürüməyə məruz qaldığı üçün qançır, sıyrıq və yaranı təyin etmək mümkün deyil) hər-hansı bir xəsarət aşkar edilmədi. (boyun nahiyəsindəki stranqulyasiya şırımından başqa). Meyitin sümüklərində hər-hansı bir destruktiv dəyişiklik aşkar edilməmişdir. Müayinə zamanı boyun nahiyəsində aşkar olunan kabel, stranqulyasiya şırımı və qərarın təsviri hissəsində göstərilən hadisənin şəraitini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Könül Ağayevanın ölümünə boyun nahiyəsinin kabellə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olmuşdur. Meyitdə gedən çürümə dəyişikliklərinə görə onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 ay əvvələ olmaqla, qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir. Mərhumun qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixatrop və güclü maddələr aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 754 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Kompleks məhkəmə ambulator psixoloji-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Həmçinin cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lənkəran rayon İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli xx-xx/1741 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Şəhidlər Xiyabanı 30 ünvanında yaşamışdır, subaydır, yaşayış yerindən müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elvin X1 köməksiz vəziyyətindən istifadə etməklə qəsdən öldürməsi və cinayətin izini itirmək məqsədi ilə mərhuma məxsus rəsmi sənəd olan şəxsiyyət vəsiqəsini qəsdən məhv etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə cinayətin törədilməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Könül Ağayevanı əvvəlcə boyun nahiyəsini sıxması nəticəsində huşsuz vəziyyətə düşməsindən sonra müqavimət göstərmək iqtidarında olmadığı halda naqil ilə boğmaqla öldürməsini onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə kimi qiymətləndirir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.9 və 326.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran rayon prokurorluğunda saxlanılan şalvar, kofta, bir cüt ayaqqabı, naqil hissəsi, bıçaq dəstəyi, dəmir qutu, “Go” yazısı olan dəmir butulka, 05 ədəd əl izi, 09 ədəd siqaret kötüyü məhv edilməli, "xxxx" Telecom MMCdən daxil olmuş bir ədəd və istintaq hərəkətlərinin videgörüntüləri barədə üç ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 120.2.9-cu maddəsi ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 326.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran rayon prokurorluğunda saxlanılan şalvar, kofta, bir cüt ayaqqabı, naqil hissəsi, bıçaq dəstəyi, dəmir qutu, “Go” yazısı olan dəmir butulka, 05 ədəd əl izləri, 09 ədəd siqaret kötüyü məhv edilsin. Cinayət işinə əlavə edilmiş "xxxx" Telecom MMC-dən daxil olmuş bir ədəd və istintaq hərəkətlərinin videgörüntüləri barədə üç ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-683/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-683/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver