Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-686/2022 05.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 25 avqust 1968-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, ev 3, mənzil 30-da qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 3,597 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində saxlamaqla daşımış və Şirvan Şəhər Polis X18 Polis bölməsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün 15 avqust 2022-ci il tarixdə saat 22:35-də Şirvan şəhəri, Fariz Eynullayev küçəsində saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində şəxsi istifadəsi üçün saxladığı bir ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 3,597 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq ondan götürülmüşdür. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs X13 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik istifadəçisidir. 15 avqust 2022-ci il tarixdə tanışı Ruslana məxsus avtomobillə hərəkətdə olarkən, polis əməkdaşları onu saxlayaraq Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində şəxsi istifadəsi üçün 0.2 qram heroin olmuşdur. Polis idarəsində polis əməkdaşları onlar deyənə qol çəkməzsə evinə gedib, kilo ilə mal çıxaracaqlarını, qol çəkərsə onu istifadəçi kimi yazacaqlarını dediklərindən o inanıb sənədlərə imza etmişdir. Sənədlərdə iki büküm qeyd edilmişdir. Ondan həqiqətən iki büküm aşkar edilmişdir. Lakin bükümün biri boş olmuş, digər bükümdə isə az miqdar olmuşdur və öz istifadəsi üşün üzərində saxlamışdır. Heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmqamışdır. O həmin bükümləri yerdən tapmışdır. Boş bükümü atmağa imkan tapa bilməmişdir. Əməlindən peşmandır. Qardaşı rəhmətə gedib, onun öhtəsində xəstə anası vardır. Başqa qazanc gətirən yoxdur. Xahiş edir ki, nəzərə alınsın. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X7 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. X13 ibtidai istintaq vaxt vəkilinin iştirakı ilə verdiyi ifadəsində narkotik vasitə istifadə etdiyini, 15 avqust 2022-ci il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən yaşadığı yaşadığı evin yaxınlığında hərəkətdə olarkən içərisində heroin olan iki yerdə iki ədəd büküm tapdığını, dərman alıb evə vermək üçün tanışıRuslan Salahova məxsus “Daewoo Gentra” markalı avtomobil ilə hərəkət edərən, Şirvan Şəhər Polis X19 Xidmətinin əməkdaşlarının onun avtomobilini saxlatdıraraq polis şöbəsinə apararaq onun üzərində narkotik vasitə olmasında şübhələndiklərindən vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış apardıqlarını və ona qzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdiklərindən. O əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd siqaretin qızılı rəngli kağız bükümündə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyduğunu, təqdim etdiyi 2 ədəd bükümdə olan heroin təhqiqatçı tərəfindən qablaşdırıldıqdan, sonra protokol tərtib olunduğunu və protokolla tanış olduqdan sonra imza etdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə istifadə etdiyini, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X7 yuxarıda təsvir edilən cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdahkı qaydada sübuta yetirilmişdir. Belə ki, dindirilmiş şahid Şirvan ŞPŞ-nin X21 bölməsinin Yol-Patrul xidmətinin baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə Şirvan şəhər ərazisində avtomobil qayda pozduğu üçün tərəflərindən saxlanılmış və saxlanılan zaman avtomobili idarə edən Şivan şəhər sakini Vüqar Əhmədovun sürücülük vəsiqəsi və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etdyi məlum olmuşdur. Həmin vaxt o özünü şübhəli apardığından onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. O polis şöbəsinə getməkdən imtina etdiyindən onlar Vüqarı xidməti patrul avtomobilində aparmışlar. Onun idarə etdiyi avtomobili isə polis əməkdaşı idarə etmişdir. Vüqar özünü şübhəli apardığından təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə varsa təqdim etməsi ona təklif edilmiş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində iki büküm olan bir ədəd büküm təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, onu tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra da həmin bükümlər qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokolu bütün iştirakçılar imzalamışlar. Vüqar Əmirovun narkotik vasitə satması barədə onlarda heç bir məlumat olmamışdır. O saxlanılarkən ona hər hansı zor tətbiq edilməmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatlarıtəsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X7 üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə və bir ədəd siqaretin qızılı rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 18/880 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…X7 üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd ağ rəngli kağız bükümdə-təmiz çəkisi 1,750 qram, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəksi-1,847 qram, ümumi çəkisi-3,597 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı X8 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X7 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İşdə olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 25 avqust 2022-ci il tarixli, 875 nömrəli məktubunda göstərilmişdir ki, X13 “Opoidlərin qəbulu nəticəsində davranış pozuntusu” diaqnozu ilə Şirvan ŞMP-nın narkoloji kabinetində qeydiyyatdadır. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. İbtidai istintaq orqanı tərəfindən X10 CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 CM 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma zamanı olduğu kimi məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs X7 və şahidlərin ifadələrindən görünür ki, o narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini əldə edərək özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa məhkəmədə müəyyən edildi ki, X8 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 04 mart2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X1 məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroin narkotik vasitədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, X7 qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Şirvan Şəhər Polis Şöbəsinə onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamış, o yol polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanıldıqdan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Məhkəmədə dindirilmiş şahidlər Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 Yasər oğlu həm ibtidai istintaq zamanı həmçinin məhkəmədə verdikləri ifadələrində X7 narkotik vasitələri saxlaması, istifadə etməsi və satması ilə əlaqədar heç bir məlumatları olmadığını və o saxlanılarkən ondan aşkar edilərək götürülmüş narkotik vasitəni özü istifadə etmək üzərində əldə etdiyini dediyini bildirmişlər. Bundan başqa məhkəmədə müəyyən edilmişdir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları X7 üzərində şəxsi axtarış apararkən ondan heroin aşkar edərək götürülməsinə baxmayaraq, təxirəsalınmaz əməliyyat axtarış tədbirinin ən vacib hissəsi olan onun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış keçirməmişlər. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmişdir ki, X8 aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra mətndə CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təqsirləndirilən şəxs X13 tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdar 3,597 qram heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam sübuta yetir. Eyni zamanda məhkəmə hesab edir ki, X7 həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X9 X5 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə ifadə verərkən X13 onda heç bir narkotik vasitə aşkar olunmadığını və ona təsir edərək ondan etirafedici ifadələr aldıqlarını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla heç bir sübutla təsdiq edilmədiyindən və dindirilmiş şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, baxış keçirilməsi istintaq hərəkətinin video görüntüləri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri ilə təkzib edildiyindən həmin hissədə onun verdiyi ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxs X7 müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduğu səmimi etirafedici ifadələrindən görünür ki, o təsadüfi olaraq yol polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılaraq narkotik vasitə saxlamaqda şübhəli göründüyündən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o üzərində saxladığı heroini könüllü olaraq təqdim emişdir. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə protokollarından görünür ki, müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə X7 üzərinə şəxsi axtarış keçirilərkən o üzərində saxladığı iki bükümdə olan heroini könüllü olaraq təqdim etmişdir. Eyni zamanda X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirən və işin hallarına uyğun gələn ifadə olduğundan həmin ifadə sübut kimi qiymətləndirilməlidir. İşdə olan hüquqi sənədlərdən görünür ki, X13 25 avqust 1968-cı il tarixdə Əli- Bayramlı şəhərində anadan olmuşdur. Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, ev 3, mənzil 30-da qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamışdır. X2 19 may 2014cü ildə, qardaşı X12 16 iyul 2022-ci il tarixdə ölmüşlər. Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə müsbət səciyyələndirilir. İşdə olan həkim arayışından görünür ki, Vüqar Əmirovun arvadı X15 bel fəqərəsinin daralması diaqnozu ilə xəstədir. İşdə olan ibtidai istintaq orqanının 17 avqust 2022-ci il tarixli qərarından görünür ki, X7 barəsində həbsetmənin başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, X13 əvvəllər məhkum olunsa da CM-nin 83-cü maddəsində nəzərdə tutulan qaydada məhkumluğu ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X10 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən X7 öhdəsində xəstə yaşlı anasının və arvadının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə X7 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o təyin edilmiş cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən X13 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 15 avqust 2022-ci il tarixdən hesab edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, məcburi narkoloji tibbi yoxlamanın rəyinə görə X13 ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 3,497 qram heroin məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik məbləğində məhkəmə xərci X6 alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və CPM-in 44, 51-2, 132, 318, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: X13 CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2022-ci il tarixdən hesablansın. X10 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 3,497 qram heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31 manat 95 qəpik məbləğində ekspertiza xərci X6 alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum X10 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-686/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-686/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver