Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-686/2023 08.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X14 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1992-ci ildə Ağcabədi rayonu, Salmanbəyli kəndində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq da həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 179.3.2-ci maddəsi ilə, xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, yeni məhlədə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin baş direktoru X9 ilə bağladığı xx.xx.2021-ci il tarixli, 5 HKX91D nömrəli əmək müqaviləsinə əsasən sonuncunun eyni tarixli, 2117-K nömrəli əmri ilə həmin məhdud məsuliyyətli cəmiyyətə məxsus olmaqla Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun-19” mağazasının anbardar (müdir müavini) vəzifəsinə təyin edilməklə, göstərilən vəzifədə işləyərkən onunla bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə nəzərdə tutulmuş vəzifə funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində qazanc əldə etmək məqsədilə həmin Cəmiyyətin baş direktoru X9 ilə bağladığı 09 oktyabr 2019-cu il tarixli 4649 saylı əmək müqaviləsinə əsasən sonuncunun 21 may 2021-ci il tarixli 030-R saylı əmri ilə həmin müəssisəyə məxsus olmaqla Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun-19” mağazasının administratoru vəzifəsinə təyin edilməklə vəzifəsindən azad edildiyi 05 iyul 2022-ci il tarixədək həmin vəzifədə işləyən və 09 oktyabr 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə nəzərdə tutulmuş vəzifə funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs Təqsirləndirilən şəxs2 Novruz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən birləşməklə gündəlik alqı-satqıdan mənfəət qismində əldə edilmiş nağd pulu ən geci 2 gün müddətində "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına köçürməli olduqları halda öz qulluq mövqelərindən istifadə edərək 01 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək əldə edilmiş mənfəət hesabına “Neptun-19” mağazasının kassasında toplanmış cəmi 55.298,38 manat (əlli beş min iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) məbləğində nağd pulu göstərilən müddət ərzində ayrı-ayrı vaxtlarda həmin mağazanın qeyd edilən ünvanda yerləşən kassasından qanunsuz və əvəzsiz olaraq nağd qaydada vahid niyyətlə qəsdən götürməklə aralarında bölərək həmin məbləğin 25.000 manatını Təqsirləndirilən şəxs1, qalan 35.298,38 manatını isə Təqsirləndirilən şəxs2 öz şəxsi ehtiyaclarına sərf edib "xxxx" MMC-yə məxsus olmaqla onlara etbar edilmiş 55.298,38 manat (əlli beş min iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) məbləğində nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə etməklə həmin MMCyə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən Ağcabədi şəhərində yerləşən Neptun mağazasında anbardar vəzifəsində işə başlamışdır. İşə girəndə mağazada bir müdir və bir adminstrator vəzifəsində olan şəxslər var idi. Müdir Natiq müəllim, adminstrator isə Təqsirləndirilən şəxs2 olmuşdur. O, işə başlayandan bir neçə ay sonra mağazanın müdiri Natiq müəllim işdən çıxdığından (qaçdığında) Təqsirləndirilən şəxs2 mağaza müdiri vəzifəsinə təyin etdilər. O, isə yenə anbardar vəzifəsində qalmış, lakin həmin vəzifədə olmasına baxmayaraq adminstrator vəzifəsini yerinə yetirmişdir. Marketi səhərlər Kəramət açmış, özü isə ünorta saat 12-13 arasında işə gəlmiş, axşam isə marketi özü bağlayıb işədən gedirmiş. Kassalardan gündəlik yığılan pulları həmişə özü təhvil almış, götürdüyü pulları mağazada otağında olan iki mərtəbəli seyfin alt mərtəbəsinə qoymuş, həmin seyfin alt mərtəbəsinin açarı həm özündə həm də Kəramətdə olmuşdur. Seyfin üst mərtəbəsinin açarı isə yalnız Kəramətdə olmuşdur. İşdən çıxanda da marketdə siqnalizsiyanı, işıqları , kondisionerlər söndürüb çıxırmış. Səhər isə marketi Kəramət açırmış. Hər dəfə günorta işə gələndə kassada olan pulu banka ödənilməli olmasını Kəramətə demiş, Kəramət isə pulun olmadığını, şəxsi ehtiyaclarına xərclədiyini bildirird. Kəramət gün ərzində də kassadan 50, 100, 400,500 manat olmaqla müxtəlif məbləğlərdə pullar götürürmüş. İlk əvvəllər bir gün çatışmazlıq oldu, yəni dünənin satışını Kəramət birigün ödəmiş, daha sonra isə iki gün gecikmə ilə ödəyirmiş. Beləliklə də mağazada çatışmazlıq artmışdır. Gecikmələr, yəni kassadan təhvil alınan pulların banka ödənilməməsinin 6-7-ci günlərində - təxminən 2022-ci ilin may ayında Bakı şəhərində Allahverdi müəllim və Araz müəllim gəlmiş, onların gəlməsi səbəbindən isə Kəramət kassada kəsir olduğunu bilib marketdən qaçmış, hər dəfə də ona zəng ediləndə telefonu bağlamış, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Həmin vaxt yenə Kəramət mağazadan getmiş, həmin şəxslər də mağazaya gəlib yoxlama apararkən ondan kassanın açarını istəmiş, o, isə kassanın aşağı mərtəbəsinin açarının onda olduğunu,həmin mərtəbədə 500-600 manat pul olduğunu, yuxarı mərtəbənin açarının isə Kəramətdə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər Kəramətə görə Beyləqan rayonuna getmiş, kənddə Kəramətlə görüşmüşlər. Kəramət onların maşınına minmiş və yolda olarkən “VhatsApp” vasitəsi ilə ona mesaj yazıb 32.500 manat kəsr olduğunu deyib həmin pulu tapıb yerinə qoymağı xahiş etmiş, Kəramət isə ona mesajlar yazaraq onu gələn yoxlayıcıların yanında yalançı çıxarmamağı dəfələrlə xahiş etmiş, yalvarmış, buna görə də o, qohumu Şahid4 zəng edib 32.000 manat pul istəmiş, İlham isə o qədər pulunun olmadığını, lakin 25.000 manat pul tapa biləcəyini demiş, həmçinin pulun nəyə görə lazım olmasını soruşsa da o, pulun özünə lazım olduğunu və 2-3 günə qaytaracağını demişdir. Bundan sonra da qohumu 25 min manat pulu göndərəcəyini bildirmişdir. Sonra zəng edib Kəramətə demiş, Kəramət qalan pulu da tapmağı xahiş etmiş lakin o, tapa bilməyəcəyini bildirmişdir. Lakin Kəramət qalan pulu da sonradan hardansa tapmışdır. Kəramət və yoxlayıcılar Beyləqandan Ağcabədiyə gələnədək o, 25 min manat pulu kassaya qoymuşdur. Kəramət və yoxlayıcılar marketin qarşısnda maşından düşərkən Kəramət kassanın açarının evdə olduğunu deyib yoxlayıcıları aldadıb oradan getmiş, az sonra qalan pulu da götürüb mağazaya qayıdıb pulu kassada tam düzəltmişdir. Buna görə də Bakıdan gələn şəxslər pulun düz olmasını görüb, pulu da qəbul edib Bakı şəhərinə qayıtmışlar. Bundan sornra iki gün keçəndən sonra o, Kəramətdən pulu qaytarmasını tələb etmiş, lakin Kəramət bu gün sabah deyərək pulu qaytarmadı. Bundan sonra hər gün satışdan olan 2-3 min pulu Kəramət götürüb ona vermiş, o, da pulu borcunun əvəzinə görə qaytarmışdır. İki həftə müddətində pulu İlhama qaytarmışdır. Bir neçə gün sonra bu məsələlərə görə marketdə çatışmazlıq yaranmışdır. Kassadan pulu çox vaxt Kəramət götürü ona vermiş, bir neçə halda isə özü kassadan pul götürüb borcunu qaytarmışdır. Buna görə də kassada çatışmazlığı 55 min manat həddində olmuşdur. Çünki o, borcu qaytarmaq üçün pul götürmüş, Kəramət də özü üçün pul götürmüşdür. Belə ki, Kəramət özü üçün müxtəlif vaxtlarda kassadan pul götürmüşdür. Məsələn bir dəfə Kəramət Şirvan şəhərinə getmiş, oradan ona zəng edərək ona pul lazım olduğunu, göndərəcəyi karta kassadan pul götürüb göndərməyi xahiş etmiş, o, da 3 min manata yaxın pulu kassadan götürüb Kəramətin göndərdiyi karta atmışdır. Həmin vaxtdan bir saat keçəməmiş yenə zəng edib pul istəmiş, o, da kassadan 1500 manat götürüb həmin karta göndərmişdir. Həmin gün saat 17 radələrində gəldikdə isə Kəramətin maşın alıb gəldiyini görmüşdür. Belə belə həmin pullar 55 min manatı keçmişdir. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən Neptun marketdə işə başlamış, həmin marketə atasının tələbə yoldaşı Elşən adlı şəxsin xahişi ilə işə başlamışdır. İşə başlayarkən mağaza müdiri Natiq müəllim ona müqavilə imzalatmış, anbardar vəzifəsində işə başlamış, vəzifəsinə malın qəbulu, qiymətlərin qeyd edilməsi, aksiyaların müəyyən edilməsi və s. daxil olmuşdur. Kəramət müdir olduqdan sonra o, anbardar vəzifəsində ola-ola şirkətin bölgə müdiri Şahid5 göstərişi ilə adminstrator kimi də işləmiş, kassalara nəzarət edib kasslardan pulu qəbul etmək vəzifəsinə daxil olmuşdur. Həmçinin Şahid5 göstərişinə görə səhər marekti Kəramət açmış, gecə isə o, bağlamış, birlikdə marketdə olan pullara nəzarət etmişlər. Onun işi kassalardan pulu alıb sayıb seyfə qoymaq olmuşdur. Kəramət hər dəfə kassalardan öz adına yazdırıb pul götürmüş, o isə kassirlərdən pul alarkən qəbul etdiyi pulu və Kəramətin də nə qədər pul götürməsi barədə qeydini yazıb kassaya qoyurmuş. Kəramətin götürdüyü pulla adi kağızlara yazılıb siyrmələrə qoyulurmuş. Hətta bir dəfə həmin yazılara Allahverdi müəllim baxmış və Kəramətin 17 min manat götürdüyü müəyyən olunmuşdur. Bir dəfə isə həmin kağızları Kəramət hamısını yığıb aparmışdır. Təqsirləndirilən şəxs2 kassadan pul götürməsi barədə rəhbərliyə , yəni Şahid5 heç vaxt məlumat verməmişdir. Belə ki, Kəramətin müdir olduğunu bilib, bütün səlahiyyətlərin onda olduğuna görə bu barədə bildirməmişdir. Özü də bəzi vaxtlarda 50-100 manat Kəramətə deməklə pul götürmüş və maaş alarkən həmin pulu yerinə qoymuşdur, kassadan başqa məbləğdə pul götürməmişdir. Buna axmayaraq Kəramətin deməsinə görə kassaya qoyduğu 25 min manatı Kəramətdən və kassadan götürüb əmisinə qaytardığı üçün günahı olduğuna görə dəymiş ziyanın 25 min manatını da ödəmişdir. Kassadan pul götürərkən kitaba yazmış, hansı kassadan nə qədər pul götürdüyünü də qeyd etmişdir. Həmin kitabı da şirkət Bakı şəhərində göndərirmiş. Həmin kitaba kassir də imza edirmiş. Kassalardan pul iki dəfə yığılırmış. Belə ki səhər gələn kassir pulu saat 17-də təhvil vermiş, 17-də işə daxil olan kassir isə 23-də kassanı təhvil verirmiş. Kəramətlə olan münasibətinə və sonuncunun ondan etdiyi xahişə görə 25 min manat pulu tapıb kassa kəsrini düzəltmişdir. Pulun onun tərəfindən kassaya qoylumasını mağazada nəzarətçi Ruhin və Kəramət bilirdi. Cinayət işi başlanılarkən də 25 min manat ziyanı şirkət onun adına yazdığından həmin pulu ödəmişdir. Kassadan götürülən pulun banka mədaxil edildikdən sonra alınan qəbzi Mərkəz ofisə göndərirmişlər. Şahid7 kassa nəzarətçisi olmuş, Kəramətin göstərişi ilə bəzən banka pul da ödəmişdir. Kəramətin pul götürməsi ilə bağlı rəhbərliyə demədiyinə görə səhv etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı 02 avqust 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən bir qədər fərqli olaraq göstərmişdir ki, təxminən 2022ci ilin may ayında kassada sayım zamanı 32000 manat pul çatışmazlığı müəyyən edilmiş, həmin çatışmazlığın nə vaxt və hansı şəraitdə yaranması haqqında da heç bir məlumatı olmamışdır. Həmin çatışmazlıq müəyyən olunan gün Bakı şəhərindən "xxxx" MMC-nin işçiləri gələrək sayım həyata keçirsələr də Təqsirləndirilən şəxs2 gizli yolla mağazadan çıxıb qaçmış, sonradan işçilər onunla əlaqə saxlayan zaman Beyləqan rayonunda, Çəmənli kəndində yerləşən evlərində olmasını bildirmiş, Beyləqana gedərək onu tapmışlar, yolda olan zaman Təqsirləndirilən şəxs2 “whatsapp” sosial şəbəkəsi vasitəsilə ona yazıb kömək etməsini xahiş etmiş, ondan 32000 manat pulu tapıb kassaya qoymasını istəmişdir. O da Təqsirləndirilən şəxs2 ilə olan etibarlı münasibətlərinə görə öz tanışı Salmanbəyli kəndində yaşayan Şahid4 zəng edib vacib bir işinə lazım olması adı ilə 32000 manat pul istəmiş, ancaq Şahid4 o qədər pulunun olmamasını bildirmiş, ondan dəfələrlə xahiş etdikdən sonra Şahid4 ona 25000 manat pul verməyə razı olmuşdur. 25000 manat pulu sonuncudan alıb marketə qayıtmış, Təqsirləndirilən şəxs2 da mesaj yazmışdır ki, 25000 manatı tapmış, qalanı da özü tapsın. Təqsirləndirilən şəxs2 da kassanın açarının evdə qalmasını bəhanə edib yolda düşərək qalan 7000 manat pulu da özü tapıb kassaya gəlmiş, 32000 manat pulu kassaya qoyaraq təhvil vermişlər. Ertəsi gün o, Təqsirləndirilən şəxs2 demişdir ki, 25000 manat pulu qohumu Şahid4 2-3 günlük borc almışdır, həmin pulu qaytarmaq lazımdır. Lakin Kəramət pulu verə bilmədiyini demiş, o da bu səbəbdən növbəti 10 gün ərzində Neptun marketin kassirləri tərəfindən ona təhvil verilmiş pullardan hər gün 2000-3000 manat götürməklə 25000 manat pulu qaytarıb Şahid4 vermişdir. Təqsirləndirilən şəxs2 isə özünün borc aldığı 7000 manat pulu kassadan götürüb vermişdir. Bir sözlə 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək ona təhvil verilmiş 55298,38 manat pulun 25000 manatını kassadan götürüb Təqsirləndirilən şəxs2 əskik gələn pulunu düzəltmək üçün borc aldığı Şahid4 qaytarmışdır. Qalan 32000 manat pul isə Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmişdir. Əslində həmin pulun hamısı Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmişdir. Sadəcə olaraq onun mənimsədiyi pulu qaytarmaq üçün 25000 manat borc alıb kassaya qoymuş, sonradan yenidən həmin 25000 manatı 10 gün ərzində hissəhissə götürüb Şahid4 olan borcunu qaytarmışdır. 25000 manat pulu hissə-hissə kassadan götürərərək borc aldığı Şahid4 olan borcunu qaytarması barədə Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. Belə ki, gündəlik olaraq mağazanın kassasından pulları götürdükdə Təqsirləndirilən şəxs2 da götürdüyü məbləğ barədə məlumat vermiş, Təqsirləndirilən şəxs2 da razılıq vermişdir. Bir sözlə Təqsirləndirilən şəxs2 özü də ona şərait yaratmışdır ki, mən Şahid4 aldığı 25000 manat pulu işlədiyi mağazanın kassasından götürüb geri qaytarsın. O da heç kimə demədən və icazə almadan, qanunsuz və əvəzsiz olaraq anbardarı olduğu “Neptun-19” mağazasının kassalarından toplanaraq kassirlər tərəfindən ona təhvil verilmiş pulları şəxsən özü hissəhissə götürüb Şahid4 olan 25000 manat borcunu qaytarmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin ifadəni təsdiq etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 onun tərəfindən vurulmuş ziyanın tam ödənildiyini, həmçinin ziyanın 50 faiz miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilk dəfə Neptun marketdə nəzaərətçi kimi işə başlamış, sonrakı dövrdə müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə isə Ağcabədi şəhərində yerləşən Neptun marketin müdiri vəzifəsində işləmişdir. İşə başlayanda həmin marketdə yeyintilər olmuş, buna görə də rəhbərliyi onu həmin marketə müdir təyin etmişdir. O, Ağcabədidə işləyəndə mağaza müdir Natiq adlı şəxs olmuş, lakin Natiq yeyintilərə yol vermişdir. Natiqdən sonra mağazada Tamerlanla birlikdə işləmişdir. Tamerlan bəzi şeyləri bilmədiyindən ona işi öyrətmişdir. Kassanın açarı tək onda yox həm də Tamerlanda olmuşdur. Ailəsində problem olduğuna görə bölgə müdiri Allaherdi müəllimə də zəng edib məlumat vermiş, mağazaya bir müddət vaxtında gələ bilməyəcəyini bildirmişdir. Allahverdi müəllim də ona icazə vermiş, işlər də Tamerlana tapşırılmışdır. Tamerlan işlədiyi dövrdə bir dəfə 5 min manat kəsri olmuş, bu kəsr Tamerlana aid olmuşdur. Sonrakı dövrlərdə də eşitmişdir ki, Tamerlan kassadan müxtəlif məbləğlərdə pul götürmüşdür. Tamerlan deyir ki, 17 min manatı guya o, götürüb , lakin araşdırmada Tamerlan da gördü ki, həmin kəsr ona məxsus deyildir. Onun maaşı 600 manat olmuş, 3 uşağı himayəsində olmuş, lakin hər hansı mənimsəmə etməmişdir. Tamerlan ifadəsində qeyd etmişdir ki, guya Allahverdi müəllim gələndə o, qaçmışdır. Lakin belə hal olmamışdır, kassanın açarı olmadığından həmin vaxt evdən açarı götürüb geri qaytarmışdır. Həmin vaxt Tamerlanın 27 min manat kəsri olmuşdur. Onun da kassaya borcu olmuş, lakin ona elan edilmiş ittihamda göstərilən məbləğdə borcu olmamışdır, belə ki, onun kassaya 3-4 min manat borcu olmuşdur. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 hesabından qeyd edilən məbləğdə kəsrin yaranmasında onun da məsuliyyətsizliyi olmuşdur. Onun kassaya borcu 4 min manata yaxın olub. İşdən çıxanda da həmin borcu ödəməmişdir. Həmin borc mağazaya işə gələrkən götürdüyü 1500 manata görə sonrakı dövrlərdə kassadan götürdüyü pullar hesabına yaranmışdır. Həmin pullar barədə də rəhbərliyin məlumatı olmuşdur. Kassadan pul götürdüyü hallar olub, lakin bu zaman adını yazdırıb pul götürmüş, bu barədə Allahverdi müəllimə də demişdir. 500-600 manat məbləğində pul vəsaitini kassadan götürdüyü hallar olub, bunun da səbəbi həmin pulları xırdalayıb kassirlərə vermək olmuşdur. Bundan əlavə bəzən kassadan 50-100 manat götürdüyü hallar da olmuş, həmin pulu maaş alanda kassaya qaytarmışdır. Anasının da müalicəsinə bəzi vaxtlarda kassadan 300-400 manat pul götürmüş, lakin həmin pulları maaş alarkən qaytarmışdır. Təqsirləndirilən şəxs1 “gəl Fazil müəllimə deyək ki, pulu sayıb stolun üstünə qoymuşduq, hadisə oldu çölə çıxdıq və qayıdandan pulun oğurlandığını gördük” deyə bir söz deməmişdir. Mağazada işləyən şəxslərin- Hafiz və Aydının adına kredit götürmüş, bunu da evində problem olması üçün etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı 13 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 2019-cu il tarixdə "xxxx" MMC-nin Bakı şəhərinin “Tiblisi” prospektində yerləşən “Neptun” marketin filialında mühafizəçi kimi işə başlamış, 2020-ci il tarixdə həmin filiala administrator vəzifəsinə təyin edilmiş, 2021-ci ilin yay aylarında isə Ağcabədi şəhərində yerləşən “Neptun 19” mağazasının administratoru kimi işə başlamış, 2022-ci ilin yay aylarında isə mağazada yol verdiyi qanunsuzluqlara görə işdən azad olunmuşdur. İş saatı hər gün saat 08:00-dan axşam saat 16:00-dək olmuşdur. Təqsirləndirilən şəxs1 isə 2022-ci ilin fevral ayından mağazada anbardar kimi işə başlamış, faktiki olaraq isə hər ikisi mağazada administrator kimi fəaliyyət göstərmişlər. Gün ərzində saat 08:00-dan 16:00-dək mağazaya administrator olaraq o, saat 16:00-dan saat 23:00-dək isə Təqsirləndirilən şəxs1 nəzarət etmişdir. 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək bəzi vaxtlarda “Neptun” marketdə olmuş, mağazanın fəaliyyətinə də Təqsirləndirilən şəxs1la birgə nəzarət etmişdir. Həmin dövr ərzində mağazanın kassalarında toplanmış bütün pullar digər administrator Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Təxminən 2022-ci ilin may ayında kassada sayım zamanı 27000 manat pul çatışmazlığı müəyyən edilmiş, həmin çatışmazlıq isə Təqsirləndirilən şəxs1 öhdəsində olan pul vəsaitlərindən yaranmışdır. May ayının sonunda şirkətin rəhbərliyindən, baş kassir Fazil müəllim ona zəng edərək 5 günün satışından toplanmış pulun şirkətin hesabına ödənməyib. 5 günün məbləği isə 27000 manat olmuşdur. Təqsirləndirilən şəxs1 pulların harada olmasını soruşduqda sonuncu pulların harada olmasını bilməməsini demişdir. Elə həmin gün Bakı şəhərindən şirkətin icraçı direktoru Nümayəndə bölgə müdiri Şahid5 onu Beyləqan şəhərindən götürmüş, birlikdə Ağcabədi şəhərində olan Neptun marketə gəlmişlər. Marketdə kassa sayılmış, bütün pullar yerində olmuş, heç bir çatışmazlıq olmamışdır. Şirkətin icraçı direktoru Nümayəndə bölgə müdiri Şahid5 kassanı təhvil təslim edərək 27000 manat pulu da götürmüş, mağazanın kassasında cəmi 2000 depozit pulu saxlamışlar. Onlar getdikdən sonra Təqsirləndirilən şəxs1 pulu hardan almasını soruşanda pulu öz qohumundan alıb kassaya qoymasını demişdir. 2022-ci ilin iyun ayının əvvəlində Təqsirləndirilən şəxs1 25000 manat pulu hissə-hissə gündəlik olaraq satış məbləğlərindən toplanmış pullardan götürüb ödəmiş, o, bunu görsə də Təqsirləndirilən şəxs1 heç nə deməmiş, ona mane olmamışdır. Təqsirləndirilən şəxs1 da boşluqdan istifadə edib qohumundan alığı pulları “Neptun 19” mağazasının kassalarında toplanmış pulların hesabına ödəmişdir. 2022-ci ilin iyun ayının əvvəlində Təqsirləndirilən şəxs1 25000 manat pulu hissə hissə gündəlik olaraq kassalardan toplayıb borcunu qaytardırdıqdan sonra o da kassadan pulları götürməyə başlamışdır. Belə ki, əvvəlcə Təqsirləndirilən şəxs1 şərait yaratmışdır ki, 25000 manat borcu qaytarsın. Təqsirləndirilən şəxs1 borcu qaytardıqdan sonra o da hissə hissə 27000 manat pulu götürüb mənimsəmiş, anasının müalicəsinə xərcləmişdir. Qalan 3000 manat puldan isə xəbəri yoxdur. Ola bilsin həmin məbləği də Təqsirləndirilən şəxs1 özü mənimsəmişdir. Anası Şahid3 dərmanları baha olmuş, toz şəklində şüşə qabda olan dərmanın bir ampulasının qiyməti 120 manat olmuşdur. Həmin dərmandan hər ay 8 ədəd almış, buna isə maaşı çatmamışdır. O da məcbur olub kassadakı puldan götürüb həmin dərmanları almışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o, şirkət rəhbərliyindən şifahi olaraq icazə almışdır ki, özünün şəxsi işləri var, onları görməlidir. Şirkətdən də ona icazə vermişlər. Bir sözlə o, 2022-ci ilin iyun ayında gündə bir dəfə mağazaya gələrək 2-3 saat qaldıqdan sonra getmiş, mağazaya gələn kimi kassada olan pulları əvəzsiz olaraq götürmüş, pulları götürüb 1-2 saat mağazada qaldıqdan sonra Ağcabədi şəhərində kirayə qaldığı evə getmişdir. Həmin evə aylıq 250 manat kirayə pulu vermişdir. Neptun marketdən 650 manat maaş almış, bir sözlə kommunal xidmətlərə görə pulları da ödədikdən sonra özünə 350 manat pul qalmışdır. Həmin pullada həm özünü və ailəsini dolandırmaq, həm də anasını müalicə etdirmək mümkün olmamış, buna görə də məcburiyyət qarşısında qanunsuzluğa əl atıb mağazanın kassasında olan pulları qanunsuz və əvəssiz olaraq götürməyə başlamışdır. 2022-ci ilin iyun ayının sonlarında yenə "xxxx" MMC-dən onunla əlaqə saxlayıb bildirmişlər ki, hesaba pullar ödənmir. "xxxx" MMC-nin aidiyyəti şəxsləri Bakı şəhərindən gələrək filialı onun iştirakı olmadan yoxlamış və administratoru olduğu “Neptun 19” filialında satış məbləğindən toplanmış 55000 manat pulun şirkətin hesabına köçürülməməsi müəyyən edilmişdir. Lakin mağazada yoxlama aparılmasını bilmiş, bu barədə ona məlumat verilmiş, Beyləqan rayonunda olduğu üçün yoxlamada iştirak etməmişdir. "xxxx" MMC-nin aidiyyəti şəxsləri Bakı şəhərindən gələrək filialı onun iştirakı olmadan yoxladıqdan sonra, ertəsi gün Ağcabədi şəhərinə gələrək Neptun marketə getmiş, marketdə olan zaman Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, yoxlama nəticəsində mağazada 55000 manat çatışmazlıq olması müəyyən olunmuşdur. O da Təqsirləndirilən şəxs1 bildirmişdir ki, götürdüyü 25000 manatı tapıb yerinə qoy, o da öz götürdüyü 27000 manat pulu düzəldib yerinə qoyacaq. Ancaq əskik gələn digər 3000 manat haqqında heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 da razı olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının sonunda Bakı şəhərinə, "xxxx" MMC-nin rəhbərliyi ilə görüşməyə getmiş, orada izahat da vermişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin may ayında kassada sayım zamanı 32000 manat pul çatışmazlığı deyil 27000 manat çatışmazlıq müəyyən edilmişdir. Heç bir tanışından 7000 manat alıb kassaya qoymamışdır. 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək anası Şahid3 xəstə olduğu üçün başı ona qarımış, bu barədə şirkətin rəhbərliyinə də məlumat vermişdir. Həmin vaxt anasının xəstəliyi kəskinləşdiyi üçün o da məcbur olub kassadan qanunsuz və əvəzsiz olaraq pulları götürməyə başlamışdır. Səmimi olaraq etiraf edir ki, "xxxx" MMC-nin Ağcabədi şəhərində yerləşən “Neptun” marketin filialında işlədiyi müddətdə, 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək mağazanın kassalarından toplanmış 55.298,38 manat pulun 27000 manatını o mənimsəmişdir. Belə ki, anam Şahid3 uzun müddətdir ki, sümük xərçəngi xəstəliyindən əziyyət çəkir. Onu müalicəsinə bu vaxta qədər 60000 manatdan çox xərci çıxmışdır. O, “Neptun” marketdə işlədiyi müddətdə 600 manat əməkhaqqı almış, həmin əməkhaqqı isə özünü və ailəsini dolandırmağa da çatmamışdır. Anası Şahid3 dərmanları bahalı olduğu üçün onu müalicəsinə pulum çatmamış, bu səbəbdən 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixi aralığında xatırlamadığı dəqiq günlərdə kassalardan toplanmış puldan gündəlik fərqli məbləğlərdə olmaqla, ümumi 27000 manatını mənimsəyib amasının müalicəsinə xərcləmişdir. Həmin tarixlərdə mağazanın işləri ilə çox məşğul ola bilməmiş, mağazaya gəlib kassadan toplanmış pulları götürüb getmişdir. Təqsirləndirilən şəxs1 da onun mağazada olmamağından istifadə edib qalan pulu da özü mənimsəmişdir. Hər ikisi mağazadan pulları mənimsədiklərinə görə bir-birlərinin əməlinə göz yummuş, bu barədə də heç kəsə məlumat verməmişlər. Neptun marketin kassalardan götürüb mənimsədiyi 27000 manat pulu qısa müddətə ödəyəcəyinə söz verir. 1 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək mağazada daimi olmasa da kassa sənədlərinə və digər sənədlərə baxıb nəzarət etmiş, bir sözlə sənədlərdən xəbəri olmuşdur. 1 iyun 2022-ci il tarixdən 05 iyun 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 tərəfindən kassirlər Gülxarə, Gültac və Əlidən təhvil alınmış pul vəsaitləri Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz və əvəzsiz olaraq mənimsənilmişdir. O isə 05 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən kassirlərdən təhvil alınaraq kassaya qoyulmuş pullardan qanunsuz və əvəzsiz olaraq götürərək özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Kassada toplanmış qalan digər pullar isə mağazanın bank hesabına köçürülmüşdür. Buna görə də gündəlik olaraq mağazanın bank hesabına pul ödəndiyi üçün götürdükləri pullar çox da diqqət çəkməmişdir. Bu səbəbdən 13 gün ərzində mağazanın kassasında toplanmış pulları mənimsəyə bilmişlər. Əskik gəlmiş depozit məbləğini kim tərəfindən mənimsənilməsi barədə heç bir məlumatı yoxdur. Ola bilsin həmin məbləği də Təqsirləndirilən şəxs1 özü götürmüşdür. Bir sözlə “Neptun 19” mağazasının kassalarından toplanmış və depozit hesabında olan cəmi 55298 manat pulu Təqsirləndirilən şəxs1la o, qarşılıqlı şərait yaradaraq özləri qanunsuz və əvəssiz olaraq götürmüşlər. Vurulmuş ziyanı ödəyə bilmədiyim üçün Bakı şəhərində yaşadığı evdə gizlənmiş, bu səbəbdən də özü və ailəsi mobil telefon işlətməmiş, yaxın qohumlarına da harada olmağını deməmiş, hər kəslə əlaqəsini kəsmişdir ki, heç kim onu tapa bilməsin. Ancaq xx.xx.2023-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları onu yaşadığı ünvanda tapmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ibtidai istintaqı aparan müstəntiqə də bildirmişdir ki, həmin puldan xəbəri yoxdur, lakin müstəntiq ona bildirmişdir ki, həmin pul qaytarılıb yerinə qoyulmalıdır. Müstəntiqdən evini və torpaq sahəsini satıb zərəri ödəyəcəyinə söz versə də müstəntiq ona 1 həftə vaxt vermiş, lakin zərəri ödəyə bilməmişdir. İfadəsində qeyd etdiyi kimi anasının müalicəsinə pul xərcləmiş, lakin həmin pulu maaşından ödəmişdir. Müstəntiq tərəfindən həmin ifadə yazılmış və o, da imzalamışdır, lakin ifadəsini təsdiq etmir. Müstəntiq tərəfindən onun dedikləri yazılmadığı halda həmin ifadəni hansı səbəbdən imza etməsi barədə suala cavab verə bilmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üç uşağını və xəstə anasının olmasını, hər hansı məbləğdə pul mənimsəmədiyini qeyd edərək onun barəsində olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını,audit və ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. Şirkətin Ağcabədi şəhəri ərazisində fəsliyyət göstərən “Neptun 19” mağazası var. Həmin mağaza 2020-ci il tarixdən fəaliyyət göstərir. Mağazanın administratoru 2020-ci ildən Təqsirləndirilən şəxs2 olmuş, sonra isə mağazanın müdiri olmuşdur. 2022-ci ilin may ayının təxminən 20-də Ağcabədi rayonunda yerləşən Neptun mağazasının kassasında kəsrin olması barədə məlumat almış, buna görə də həmin mağazaya getmiş və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, dəqiq yadında qalmasa da təxminən 24-25 min manat pulu götürüb geri qayıtmışdır. Həmin vaxt mağazaya gedəndə kassada hər hansı kəsr olmadığını , pulun yerində olduğunu görmüşlər. Daha sonra yenə də kassada kəsr olması barədə ona məlumat verilmiş, bundan sonra mağazad aaraşdırma başlanmış və audit nəticəsində təxminən 55 min manata yaxın pul çatışmazlığı müəyyən edilmişdir. Mağazanın satışından əldə edilən pulun banka mədaxil edilmədiyi müəyyən edildikdə onlar yoxlayıcı kimi mağazaya getmişlər. Kəsrlə bağlı mağazaya gedəndə əsas cavabdeh kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la söhbət edib kəsr məsələsinə aydınlıq gətirmişlər. Adətən 5-6 günün satış pulu banka mədaxil olunmadığından mağazaya getmiş, Kəramət isə anasının səhhəti ilə bağlı başının qarışıq olması səbəbindən satış pulunun banka mədaxil edilmədiyini bildirmiş, həmin pulun kassada olduğunu bildirmişdir. O, da həmin pulun kassada olmasını gördüyündən bu məsələni araşdırmamışdır. Lakinı sonrakı dövrdə kassada kəsr bərpa olunmadığından mağazada audit yoxlaması aparılmışdır. Həmin vaxt mağazaya gedəndə Kəraməti görməmiş, lakin Tamerlanı görüb kəsr barədə soruşmuş, lakin Tamerlan da dəqiq bir cavab verə bilməmişdir. Belə ki, gah pulun mağazada olduğunu, gah banka mədaxil edilməsi üçün apardıqlarını dedi. Həmin vaxt Tamerlanın atası da ora gəldi və pulun onlarda olmadığını dedi. Sonda isə Tamerlanın deməsindən belə çıxdı ki, həmin pulları Kəramət götürmüş, bu barədə Kəramətin məlumatı olmuşdur. Mağazanın kassirlərindən pulları Tamerlanın, bəzi hallarda isə Kəramətin qəbul etməsini müəyyən etmişlər. Neptun-19 mağazasında satış pulunun banka mədaxil edilməməsini Cəmiyyətin xəzinədarı ona məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, onun ailə vəziyyəti çətindir. Evi yararsız vəziyyətdədir. Onun oğlu Təqsirləndirilən şəxs2 hər hansı pul mənimsəməyib, onun oğlu bir şikardır. Bu işdən Vüqar müəllimdən aşağı hamsının əli vardır. Onun xəstəliyi olmuş, xəstəliyinə oğlu pullar xərcləmişdir. Lakin həmin pulların hansı pullar olmasından məlumatı olmamışdır. Əgər Ağcabədidə yerləşən Neptundan bir neçə gün ərzində pul yoxa çıxırsa onda bölgə müdirinin xəbəri olmalı idir. Lakin oğlu Kəramət də mağazadan pul götürüb kiməsə verməsi barədə ona heç nə deməmişdir. Oğlu Kəramətin ona xərclədiyi pulların maaşı olması və ya mağazadan götürməsi barədə hər hansı məlumatı yoxdur. Onun xəstəliyi ilə bağlı Kəramətin ayda ona nə qədər pul xərcləməsi barədə məlumatı yoxdur. Lakin Kəramət ona 20 min manat və ya daha yuxarı məbləğdə pul xərcləməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tamerlan onun yeznəsidir. Təxminən 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb 32000 manat borca pul lazım olmasını, qaytarıb verəcəyini demişdir. Ancaq nəyə lazım olmasını deməmiş, o da soruşmamışdır. Təqsirləndirilən şəxs1la olan qohumluq münasibətlərinə görə ona etibarı olmuş, Təqsirləndirilən şəxs1 ailəsi mal qara təsərrüfatı ilə məşğul olduqlarından elə fikirləşmişdir ki, mal qara almaq üçün lazımdır. Bu səbəbdən də ona etiraz etməmiş, telefonla danışdıqdan sonra ya həmin gün, ya da həmin gündən sonrakı gün səhhətinə görə özü gedə bilmədiyi üçün əmisinin oğlu Sərdar Orucovdan həmin 25.000 manat pulu Təqsirləndirilən şəxs1 verməsini istəmişdir. Kənd təsərrüfatından qazandığı 25.000 manat pulu elə həmin gün Sərdar Orucovun vasitəçiliyi ilə “Neptun” marketə apararaq Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ondan aldığı 25000 manat pulu 2022-ci ilin iyun ayının əvvəllərində hissə-hissə dəqiq bilmədiyi məbləğlərlə özünə nəğd qaydada əlbəəl qaytarmışdır. Sonradan prokurorluğa şahid qismində çağırılanda öyrənmişdir ki, Tamerlan ondan pulu alıb Kəramətə vermiş, lakin sonuncu pulu ona qaytarmamışdır. Tamerlan ondan aldığı pulu 2 həftə müddətində hissə-hissə qaytarmışdır. İbtidai istintaq zamanı ifadəsində Tamerlanın ondan 32000 manat deyil, 25000 manat pul istəməsi qeyd edilmiş, lakin o, ifadəsində verdiyi pulu qeyd etmişdir. Buna görə 25.000 manat qeyd etmişdir, lakin Tamerlan ondan 32.000 manat pul istəmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin Ağcabədi rayonunda fəaliyyət göstərən “Neptun 19” mağazasında kassir vəzifəsində işləmiş, hazırda işləmir. İşə səhər gəlmiş, səhər növbəsində mağazada Kəramət olmuş, hər gün səhər o. Kassirlərə 400-500 manat məbləğində depozit məbləğ vermiş, o və digər kassirlər də işə başlmışlar. Hər gün saat 17 radələrində satışdan əldə edilən pulu Təqsirləndirilən şəxs1 təhvil vermiş, həmin vaxt da kitaba imza etmişlər. Pulu ondan ən çox Tamerlan təhvil almış, Kəramət isə üç ya dörd dəfə ondan pul təhvil almışdır. İşlədiyi dövrdə Kəramətin anasının xəstə olmasını eşitmişdir, lakin onunla bu mövzuda və ya anasına hər hansı məbləğdə pul xərcləməsi barədə söhbətləri olmamışdır. Kassada əvvəlki dövrdə hər hansı kəsr olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid1 da Şahid8 ifadəsinə oxşar məzmunda ifadə verməklə onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Quliyev X17 İsayevanın ifadəsinə oxşar məzmunda ifadə verməklə onun göstərdiklərini təsdiq etmiş, əlavə olaraq Təqsirləndirilən şəxs2 mağazanın kassasından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar götürdüyünü qeyd etmişdir Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək Sahil Trading” MMC-nin Ağcabədi rayonuna fəaliyyət göstərən “Neptun 19” mağazasında kassa nəzarətçisi vəzifəsində işləmişdir. Vəzifə funksiyaları kassirlər tərəfindən satılmamış malların sistemə vurulmasına, satış pulunun müştəridən alınaraq kassaya daxil edilməsinə, pulun qorunub saxlanmasına nəzarət və kassalarda yaranmış problemlərin həllinə köməklik göstərilməsi olmuşdur. Sonradan eşitmişdir ki, mağazanın kassasında kəsr yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda mağazanın kassasından pullar götürmüşdür. Belə ki, Kəramət kassasdan 5-10 manat məbləğlərində pul götürməsini görmüşdür. Həmçinin bəzi vaxtlarda Kəramətin 100 manat da pul götürməsinin şahidi olmuş, lakin həmin pulları kassaya qaytarmasını görməmişdir. Təqsirləndirilən şəxs2 müdir olduğundan ondan həmin pulları niyə götürməsini soruşa bilməmişdir. Təqsirləndirilən şəxs1 kassasdan pul götürməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 müxtəlif saatlarda mağazaya gəlib getmişdir. Banka mədaxil edilməsi üçün Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda ona pul vermiş, o, da banka köçürdüyü pulların qəbzini Kəramət qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - "xxxx" MMC-nin direktorunun Azərbaycan Respublikası Baş prokuroruna ünvanladığı 29 avqust 2022-ci il tarixli ərizədən görünür ki, MMC-yə məxsus məxsus olmaqla Ağcabədi rayonu, Ü. Hacıbəyli prospektində yerləşən “Neptun” marketdə inzibatçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tərəfindən 01-13 iyun 2022-ci il tarixlərdə 55798 manat məbləğində pulu mənimsədiyi bildirilmiş və həmin fakt üzrə cinayət işinin başlanılmasını xahiş etmişdir. (İ cild,i.v. 5-6) - 18 avqust 2022-ci il tarixli X3 görünür ki, “Sahil trading" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 iyul 2003-cü il tarixdə köhnə "xxxx" MMC adı ilə 0103-P22-380070 əvvəlki dövlət qeydiyyatı nömrəsi ilə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və sonradan **********1 saylı dövlət qeydiyyatı nömrəsi almışdır. 23 may 2018-ci il tarixdə "Neptun-S” MMC-nin adı dəyişdirilərək "Sahil trading” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatından keçmişdir. "Sahil trading” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı AZ10J0, ünvan 2ahil trading” MMC-in əsas fəaliyyəti ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı (47191), ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsulların pərakəndə satışı (47290), ixtisaslaşdırılmış mağazalarda tütün məmulatlarının pərakəndə satışı (47260), ixtisaslaşdırılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı (47250), içki və tütün məmulatları da daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı (47111), ixtisaslaşdırırmış mağazalarda sair yeni malların pərakəndə satrışından (47780)ibarətdir. "xxxx" MMC ƏDV ödəyicisidir. ƏDV bildirişinin nömrəsi: **********5. ƏDV bildirişinin verilmə tarixi xx.xx.2003-cü il. ƏDV qeydiyyatının qüvvəyə minməsi xx.xx.2004-cü il. "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçərək **********8 saylı uçot nömrəsi almışdır. Eyni zamanda Dövlət Statistika Komitəsi tərəfindən ******* nömrəli statistika kodu verilmişdir. Auditin əhatə etdiyi dövr zamanı "xxxx" MMC-nin direktoru X10 olmuşdur. Audit rəyinə əlavə edilmiş cədvəllərdən görünür ki, Cəmiyyətin iyun ayında bank hesabına köçürülməli olan 122357,12 manat məbləğindən cəmi 69295,27 manat pul köçürülmüşdür. Cəmi kənarlaşma 53061.85 manat olmuşdur. Eyni zamanda kassada depozit şəklində olan məbləğdən 2236,53 manat kəm gəlmişdir. Aparılmış auditin nəticələrini nəzərə alınaraq hesab edilmişdir ki, Təqsirləndirilən şəxs2 öhdəsində olan pul vəsaitlərində kənarlaşma məbləği 55298,38 (əlli beş min iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat təşkil edir. (İ cild, i.v. 7-14) -09 oktyabr 2019-cu il tarixdən bağlanmış 4649 saylı əmək müqaviləsinə əsasən"xxxx" MMC-də Ağcabədi-19 mağazasının müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 həmin tarixdən başlayaraq əvvəllər kassa nəzarətçisi, sonradan inzibatçı və 2021-ci ildən mağaza müdiri vəzifəsində işləmişdir. (İ cild, i.v. 16-20) - “Neptun Supermarket”in kassaların təhvil təslimi kitabından görünür ki, xx.xx.2022ci il tarixdə 7473,96 manat, xx.xx.2023-cü il tarixdə 4830,67 manat,xx.xx.2023-cü il tarixdə 6293,86 manat, xx.xx.2023-cü il tarixdə 4807,03 manat, xx.xx.2023-cü il tarixdə 4258,77 manat, xx.xx.2023-cü il tarixdə 4807,29 manat, xx.xx.2022-ci il tarixdə 4047,30 manat, xx.xx.2022-ci il tarixdə 4320,69 manat, xx.xx.2022-ci il tarixdə 5330,92 manat, xx.xx.2023-cü il tarixdə 6298,18 manat, xx.xx.2022-ci il tarixdə 4677,30 manat, xx.xx.2022-ci il tarixdə 4328,99 manat, xx.xx.2022-ci il tarixdə isə 4328,99 manat pul vəsaitləri müvafiq olaraq kassirlər tərəfindən qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs1 verilmişdir. (İ cild, i.v. 34-65) - Azərbaycan Beynəlxalq bankın hesabdan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-yə məxsus Ağcabədi filialı sayılan “Neptun 19” mağazasından xx.xx.2022-ci il tarixdə toplanmış 6027,01 manat satış pulu xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 4780,35 manat satış pulu xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin bank hesabına ödənmişdir. xx.xx.2022-ci il tarixdə satış pulundan toplanmış 4160,93 manat Şahid7 tərəfindən Sahil Trading” MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə ödənmişdir. xx.xx.2022-ci il tarixdə satış pulundan toplanmış 4407,22 manat, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 3387,6 manat xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən, xx.xx.2022-ci il tarixdə toplanmış 5156,21 manat xx.xx.2022-ci il tarixdə Şahid7 tərəfindən, xx.xx.2022-ci il tarixdə toplanmış 4616,85 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 5616,67 manat xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən, xx.xx.2022-ci il tarixdə toplanmış 4385,42 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 4503,38 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 4105,88 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 4646,09 manat xx.xx.2022-ci il tarixdə Şahid7 tərəfindən, xx.xx.2022-ci il tarixdə toplanmış 4075,7 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 5215,69 manat xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə toplanmış 4071,91 manat xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Sahil Trading” MMC-nin bank hesabına ödənmişdir. Həmin ödənişlər cinayət işinin materiallarına əlavə edilmiş ödəniş barədə qəblərlə də təsdiq edilir. Bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində “Neptun-19” mağazasında kassadan toplanmış satış pulları "xxxx" MMC-nin bank hesabına ödənməmişdir. (İ cild, i.v. 65-94) -“X-növbə hesabatı” çeklərinin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə satış məbləğindən 133 nömrəli kassada 3.457,87 manat, 132 nömrəli kassada 3.311 manat, 135 nömrəli kassada isə 704,59 manat pul, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.783,50 manat, 135 nömrəli kassada 1.702,69 manat, 133 nömrəli kassada 343,31 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 3.271,95 manat, 135 nömrəli kassada 453.35 manat, 133 nömrəli kassada 2.566,83 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.745,03 manat, 135 nömrəli kassada 1.087,67 manat, 133 nömrəli kassada 972,41 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.824,97 manat, 133 nömrəli kassada 1.433,08 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 3.409,57 manat, 133 nömrəli kassada 1,396,40 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.279,38 manat, 133 nömrəli kassada 1.767,13 manat, xx.xx.2022ci il tarixdə 132 nömrəli kassada 2.235.11 manat, 135 nömrəli kassada 1.429,47 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.876,50 manat, 135 nömrəli kassada 1,761,30 manat, 134 nömrəli kassada 692,28 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 3.330,83 manat, 135 nömrəli kassada 2.404,31 manat, 134 nömrəli kassada 562,66 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 2.670,23 manat, 135 nömrəli kassada 2.005,60 manat, xx.xx.2022-ci il tarixdə 132 nömrəli kassada 1.941,08 manat, 135 nömrəli kassada 2.273,14 manat, 133 nömrəli kassada 2,273.14 manat, xx.xx.2022ci il tarixdə 132 nömrəli kassada 1.908,49 manat, 135 nömrəli kassada 1.652,49 manat, 133 nömrəli kassada 1.172,31 manat pul vəsaitləri toplanmışdır. (İ cild, i.v. 106-109) - Təqsirləndirilən şəxs1 ilə "xxxx" MMC-nin baş direktoru Vüqar İbrahimov arasında bağlanmış 14 dekabr 2021-ci il tarixdən xxxxxxx saylı əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 3 aylıq sınaq müddəti ilə anbardar vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs1la bağlanmış xx.xx.2021-ci il tarixli “ Tam maddi məsuliyyət haqqında müaviləyə” görə o tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona İşəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onlarlın bütövlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir. • Təşkilatın xəzinəsində olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısının qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür. • Kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; Toplanmış satış məbləğini 2 gündən gec olmayaraq mərkəzə göndərir. • Formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və.s) yol vermir. • Ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir • Qiymətlilərin mühafizəsi, daşınmasısaxlanması və sair əməliyyatların aparılması, habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır • Ona etibar edilmiş əmlakın, eyni zamanda nağd pul və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirir. Eyni zamanda həmin müqavilənin 2-ci maddəsinə əsasən “İşçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır”. Həmin müqavilə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir. (İ cild, i.v. 127-138) - Təqsirləndirilən şəxs2 ilə "xxxx" MMC-nin baş direktoru Vüqar İbrahimov arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixdən 4649 saylı əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 3 aylıq sınaq müddəti ilə nəzarətçi kassa vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli 005-R nömrəli əmrlə həmin vəzifədən nəzarətçi supermarket vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 030-R saylı əmrlə isə həmin vəzifədən administrator vəzifədinə təyin edilmişdir. Təqsirləndirilən şəxs2 ilə bağlanmış xx.xx.2019cu il tarixli “ Tam maddi məsuliyyət haqqında müaviləyə” görə o tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona İşəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onlarlın bütövlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir. • Təşkilatın xəzinəsində olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısının qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür. • Kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; Toplanmış satış məbləğini 2 gündən gec olmayaraq mərkəzə göndərir. • Formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və.s) yol vermir. • Ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir • Qiymətlilərin mühafizəsi, daşınmasısaxlanması və sair əməliyyatların aparılması, habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır • Ona etibar edilmiş əmlakın, eyni zamanda nağd pul və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirir. Eyni zamanda həmin müqavilənin 2-ci maddəsinə əsasən “İşçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır”. Həmin müqavilə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir. xx.xx.2022-ci il tarixli 1071-K saylı əmrlə Azərbaycan Respbulikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndin əsasən Təqsirləndirilən şəxs2 ilə əmək müqaviləsinə xitam verilmişdir. (İ cild, i.v. 139-157) - “Sahil Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən (4-cü redaksiyada) görünür ki, Cəmiyyət 14 iyul 2003-cü il tarixdə köhnə "xxxx" MMC adı ilə 0103-P22-380070 əvvəlki dövlət qeydiyyatı nömrəsi ilə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və sonradan **********1 saylı dövlət qeydiyyatı nömrəsi almışdır. "Sahil Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı AZ10J0, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ev 102 ünvanında yerləşir. **********2 nömrəli arayışdan görünür ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən təsərrüfat subyekti “Neptun Supermarket” adı və **********1-3400 kodu ilə xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən uçota alınmışdır. (İ cild, i.v. 162-175) - məhkəmə-mühasibatlıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 9/9448 saylı ekspert rəyinə görə "xxxx" MMC-yə məxsus olmaqla Ağcabədi şəhərində yerləşən “Neptun” marketdə sabiq kassa nəzarətçisi Təqsirləndirilən şəxs2 hesabında yaranmış çatışmazlıq 55.298,38 manat müəyyən edilir. (İ cild, i.v. 240-244) - Ağcabədi rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 01 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək olan dövr ərzində dəqiq müəyyən edilməmiş saatlarda "xxxx" MMC-yə məxsus olmaqla Ağcabədi şəhərində yerləşən “Neptun Supermarlet” də olmuş, həmin marketdəə yuxarıda göstərilən tarixlərdə baş vermiş 55.298,38 manat pul vəsaitinin kənarlaşmasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları barədə məlumat əldə olunmuş, həmin məbləğin kənarlaşmasında mağazada işləyən digər şəxlər, eləcə də qeyriləri tərəfindən köməklik göstərilməsi barədə məlumat əldə olunmamışdır. (İ cild, i.v. 36) - “baxış keçirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X11 və Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək olan müddət ərzində, günün müxtəlif saatlarında Ağcabədi rayonu ərazisində olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Tamerlan Novruuzovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqlar olmuş, həmçinin Təqsirləndirilən şəxs1 “Neptun” mağazasında aşkar edilmiş çatışmazlıqda Təqsirləndirilən şəxs2 ittiham etməsinə dair bir neçə dəfə ismarıclar göndərilmişdir. (nümunə: xx.xx.2022-ci il tarixdə saat 22:00:48-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ Telefonu niyə açmırsan. Eşitdim deyirmişsən pulu Tamerlan götürüb. Marketdən kassadan pul götürənin....” ,xx.xx.2022-ci il tarixdə saat 08:59:23-də “ Niye qaçırsan de onda niye deyirdin ki yalannan deyek ki kassanı açıq qoymuşduq oğurlayıblar” ) (İİ cild, i.v. 42-46) - 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.3.2 və 308.1-ci maddəsinə tövsüf edilmişdir. (İİ cild, i.v. 48-49) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. (İİ cild, i.v. 62-64) - 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində həmin MMC-nin hüquqşunası Nümayəndə tanınmışdır. (İİ cild, i.v. 77-81) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 92-94) - Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)-81/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 117-120) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİ cild, i.v. 121-122) - 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutlması qərara alınmışdır. (İİ cild, i.v. 123-124) - "xxxx" MMC-nin direktoru X12 rayon prokurorluğuna ərizə ilə müraciət edərək onlara dəymiş zərərin 25.000 manatını Təqsirləndirilən şəxs1 atası Şakir Novruzov tərəfindən xx.xx.2023-cü il tarixdə MMC-nin kassasına ödənildiyini bildirmiş, həmçinin Tamerlan Novrzov barəsində heç bir şikayət və tələbləri olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild, i.v. 132-133) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (İİ cild, i.v. 140-143) - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyul 2023cü il tarixdə tutulmuş və Ağcabədi RPŞ-nin MSY-yə təhvil verilmişdir. (İİ cild, i.v. 155) - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 167) - Ağcabədi rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)-96/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 187-188) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.1-ci maddələri ilə ittiham elan edilmiş, lakin dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın bir hissəsindən, yəni Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə cinayət təqibindən imtina etmiş, məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 308.1-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, cinayət işi üzrə icraata (cinayət təqibinə) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 308.1-ci maddəsi ilə bağlı olan hissəsində xitam verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət təqibi Azərbaycan CM-in 179.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X4 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 işlədiyi “Neptun” marektdə 2022ci ilin may ayında Təqsirləndirilən şəxs2 təqsirindən yaranmış çatışmazlığın aradan qaldırılması üçün 25.000 manat pul vəsaitini sonuncuya verdiyini və sonuncu həmin pulu qaytarmaq üçün işlədikləri marketin kassasından 25.000 manat pul götürüb ona verdiyini və həmin pulla da borcunu ödədiyini bildirməsi ilə bağlı qeyd edir ki, hətta Təqsirləndirilən şəxs1 dediklərini həqiqət kimi qəbul edilsə belə bu hal Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 da “Neptun-19” marketin ticarət dövriyyəsindən əldə edilmiş pul vəsaitlərinin tam şəkildə Cəmiyyətin hesabına mədaxil edilməsinə maddi məsul vəzifəli şəxs qismində həmin mağazanın müdiri Təqsirləndirilən şəxs2 ona olan borcunu qaytarması üçün sonuncu ilə qabaqcadan əlbir olub razılaşmaqla bir qrup halında birləşməklə Təqsirləndirilən şəxs2 marketin kassasında yığılan pul vəsaitlərini götürməsinə şərait yartmış, həmin halın qarşısını almaq üçün hər hansı tədbir görməmiş, beləliklə də "xxxx" MMC-yə məxsus olmaqla ona və Təqsirləndirilən şəxs2 etiar edilmiş əmlakı qabaqcadan bir qrup şəxs halında birləşməklə öz qulluq mövqelərindən istifadə etməklə mənimsəmişlər. Bundan əlavə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 kassadan 25.000 manat pul vəsaitini götürüb borcu əvəzinə ona verməsini bildirməkdə məqsədi cinayət məsuliyyətindən və cəzadan yayınmaq olmuş, buna görə də onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin bu hissəsi sübut kimi qəbul edilməməlidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həm şahid qismində, həm də müdafiəçisinin iştirakı ilə verdiyi təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 hesabında yaranmış çatışmazlığın aradan qaldırılması üçün sonuncunun xahişi ilə ona 25.000 manat borc pul verməklə kassaya qoymuş, lakin Təqsirləndirilən şəxs2 həmin pulu qaytarmadığı üçün işlədikləri marketin kassasından 25.000 manat pul götürüb borcunu ödəmişdir. Göründüyü kimi X13 Kazımlıya verdiyi borcun qaytarılması üçün mülki hüquqi vasitələrdən istifadə etməklə məhkəmədə iddia qaldırmaqla Təqsirləndirilən şəxs2 borcunu tələb etmək əvəzinə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək işlədiyi marketin kassasında toplanmış pul vəsaitlərini mənimsəməklə Şahid4 aldığı borcu qaytarmışdır. - bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 işlədiyi dövrdə ona elan edilmiş ittihamda göstərilən məbləğdə məbləğdə pul vəsaitini mənimsəməməsi, marektin kassasından şəxsi ehtiyacları üçün 3 min manata yaxın pul götürdüyünü və bu barədə də rəhbərliyinə məlumat verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, audit və ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 13 iyul 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəlində Təqsirləndirilən şəxs1 25000 manat pulu hissə hissə gündəlik olaraq “Neptun- 19” mağazasnın kassalardan toplayıb borcunu qaytardırdıqdan sonra o, da kassadan pulları götürməyə başlamışdır. Belə ki, əvvəlcə Təqsirləndirilən şəxs1 şərait yaratmışdır ki, 25000 manat borcu qaytarsın. Təqsirləndirilən şəxs1 borcu qaytardıqdan sonra o da hissə hissə 27000 manat pulu götürüb mənimsəmiş, anasının müalicəsinə xərcləmişdir. Qalan 3000 manat puldan isə xəbəri yoxdur. Həmin ifadənin sonunda Təqsirləndirilən şəxs2 əlyazma ilə qeydlər edərək mənimsədiyi pulları anası Hökümənin müalicəsinə və özünün şəxsi ehtiyaclarına xərclədiyini, vurduğu ziyanın qısa müddət ərzində ödəyəcəyinə söz verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin 27 aprel 2023-cü il tarixdə şahid qismində dindirilərkən də yuxarıda qeyd edilən formada ifadə vermişdir. Həmçinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, “Neptun-19” mağazasının kassalarından Təqsirləndirilən şəxs2 tərəfindən pul vəsaitləri götürülmüş və şəxsi ehtiyaclarına sərf edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 Şakir oğlunun məhkəmə istintaqı zamanı ifadəsini dəyişərək hər hansı mənimsəmə cinayətini törətməməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 27.000 manat məbləğində pul vəsaitini marketin kassasından götürməsini etiraf etməklə bu əməlinin səbəbini göstərsə də məhkəmə istintaqı zamanı hansı səbəbdən özün qarşı sübut kimi istifadə edilə biləcək etriafedici ifadə verməsinin səbəbini izah edə bilməmişdir. Bu barədə verilmiş suala belə cavab verə bilməmişdir. Göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü, istərsə də onun vəkili ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs2 özünə qarşı verdiyi ifadəsinin qanunsuz əldə edilməsi ilə bağlı hər hansı şikayətlə hər hansı müraciət belə etməmişlər. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini (3.000 manat puldan xəbəri olmaması barədə göstərdikləri istisna olmaqla) inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin hər hansı qanunsuz yolla əldə edilməsinə dair hər hansı sübut müəyyən edilmədiyindən, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini (3.000 manat puldan xəbəri hissəsi istisna olmaqla) müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində özlərinin seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə həmin sübutları tədqiq etmişlər. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazlarını bildirmiş və həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə - özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgə əmlakının talanmanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Qeyd edilən bu iki müstəqil formanın hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına direktor, anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışlar. Beləliklə məhkəmə istintaqında obyektiv şəkildə tədqiq edilmiş çoxsaylı sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri təsdiq olunmuşdur və ibtidai istintaq orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş Nümayəndə, Şahid1, Şahid2, X8, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ifadələri, 18 avqust 2022-ci il tarixli müstəqil auditor hesabatı, 16 yanvar 2023-cü il tarixli, 9/9448 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına “baxış keçirilməsi haqqqında” protokol, digər istintaq hərəkəti protokolları və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalmasıdır. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq, hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir. Qərarda həmçinin qeyd olunmuşdur ki, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsi, həm də dəymiş mənəvi zərərin əvəzi olaraq müəyyən kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı göstərmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: ·barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; · təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; · təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 11-ci fəslinə mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 73-1-ci maddə əlavə edilmişdir. Belə ki, Məcəllənin 73-1.3-cü maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73- 1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət Məcəlləsinin 72–73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələri müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1. 189-1.2-1, 178.3, 178.4, 179.3, 179.4-cü maddələrində göstərilən cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi şərtlərini təsbit edirsə, Məcəllənin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndi həmin cinayətlər iştirakçılıqla törədildiyi halda bu şərtlərin nə cür tətbiq edilməli olduğunu nəzərdə tutur. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 73- 1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən pay üzrə tamamilə ödəməlidir. Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarın 40-cı bəndinə görə, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plennum Qərarlarında göstərilmiş hüquqi mövqeləri və Azərbaycan Respubliakası Cinayət və Cinayət Prosessual Məcəllələrinin yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, "xxxx" MMC-nin Ağcabədi rayonunda yerləşən “Neptun-19” mağazasının kassalarından toplanmış və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmiş 55.298,38 manat (əlli beş min iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) məbləğində nağd pul vəsaitinin həmin şəxslər arasında müvafiq paylara bölünməsi zəruridir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsu pul vəsaitinin 25 min manatı Təqsirləndirilən şəxs1, qalan 30.298 manat 38 qəpik olan hissəsi isə Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilmişdir. Həmin hal həm Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, həm Təqsirləndirilən şəxs2 itbtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi , həm şahid ifadələri, audit rəyi, məhkəmə mühasibatlıq ekspertizasının rəyi və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə onların hər birinin iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini də nəzərə almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənimsədikləri məbləğə dair payları müəyyən olunarkən Təqsirləndirilən şəxs2 mağaza müdiri olmaqla həm də Təqsirləndirilən şəxs1 nəzarət etməli olması, onun vəzifə funksiyalarını lazımı qaydada yerinə yetirməməsi səbəbindən və Təqsirləndirilən şəxs1 hərəkətlərinə də şərait yaratması səbəbindən mənimsənilmiş məbləğin daha da artması, Təqsirləndirilən şəxs2 “Neptun-19” mağazasının kassalarından əvəzsiz qaydada pul götürməsi və yaranmış kəsrləri əvəzləşdirmək üçün satışdan əldə edilən pulların vaxtında "xxxx" MMC-nin Azərbaycan Beynəlxalq Bankında olan hesabına ödənilməyərək mənimsənilməsinə səbəb olmuşdur. Bundan əlavə yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən Təqsirləndirilən şəxs2 isə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar. (İİ cild, i.v. 205-207). - Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 iyul 2023-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində anası və 3 azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İİ cild, i.v. 189-192). - Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 avqust 2023-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində 2 azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İİ cild, i.v. 209-210) - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - "xxxx" MMC-nin direktoru X12 rayon prokurorluğuna ərizə ilə müraciət edərək onlara dəymiş zərərin 25.000 manatını Təqsirləndirilən şəxs1 atası Şakir Novruzov tərəfindən xx.xx.2023-cü il tarixdə MMC-nin kassasına ödənildiyini bildirmiş, həmçinin Tamerlan Novrzov barəsində heç bir şikayət və tələbləri olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. (İİ cild, i.v. 132-133) - Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2023-ü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün onun tərəfindən vurulmuş ziyanın 50 faizi miqdarında, yəni 12.500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 01-M nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən “Sahil Trading MMC”-yə vurulmuş 25.000 manat məbləğində ziyan tam şəkildə ödənildiyindən onunla barışmış və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. Həmçinin ərizədə məhdud məsuliyyətli cəmiyyət olaraq Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 məhkəməyə təqdim etdiyi vəsatətinə qarşı bildirdikləri münasibətdə Təqsirləndirilən şəxs1 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə etiraz etmirlər. - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 01-M nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-yə dəymiş zərər ödənilmədiyi və həmin zərərin ödənilməsi barədə hər hansı cəhd göstərilmədiyi üçün Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərinə davam etməklə mövqelərinin qüvvəsində olduğunu və Təqsirləndirilən şəxs2 barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, cinayət nəticəsində dəymiş ziyanın onun payına düşən hissəsini tam ödəməsini və cinayət məsuliyyətindən azad olunamsı üçün onun tərəfindən vurulmuş ziyanın 50 % həcmində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini, həmçinin Təqsirləndirilən şəxs1 barəsində bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilməli olduğu qənaətinə gəlir. Bundan əlavə məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində üç azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə kimi əlavə cəzanın təyin edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 iyul 2023-cü il tarixdən hesablanmalı və Ağcabədi rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Eyni zamanda ibtidai araşdırma zamanı məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs2 adına Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0,18 ha h/y (JN -123 F, KOD 60700038, ümumi birgə 10 nəfər) və həmin ünvanda 9,21 ha k/t təyinatlı (JN-023, KOD 60700038, ümumi birgə 9 nəfər) torpaq sahəsində Təqsirləndirilən şəxs2 dəqiq müəyyənləşdirilmiş payı üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verilmədiyindən, həmin torpaq sahələri Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin yaşayış yeri hesab edildiyindən, habelə həmin torpaq sahələri üzərində digər şəxslərin (təqsirləndirilən şəxsin ailə üzvləri) də mülkiyyət hüququ və mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququ mövcud olduğundan, başqa sözlə, həmin torpaq sahələri təqsirləndirilən şəxsin ailə üzvlərinin məhdud əşya hüququ ilə məhdudlaşdırıldığından, həmçinin həmin torpaq sahələrinin cinayət yolu ilə əldə edilmiş əmlak olmasına və ya cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə dair hər hansı sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, həmin torpaq sahələri xüsusi müsadirə edilməməli və torpaq sahələrinin üzərinə qoyulmuş həbs ləğv edilməklə torpaq sahələri həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında mülki iddia verilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ona vurulmuş ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilsin və onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 11 iyul 2023-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 adına Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 0,18 ha h/y (JN -123 F, KOD 60700038, ümumi birgə 10 nəfər) və həmin ünvanda 9,21 ha k/t təyinatlı (JN-023, KOD 60700038, ümumi birgə 9 nəfər) torpaq sahəsində Təqsirləndirilən şəxs2 dəqiq müəyyənləşdirilmiş payı üzərinə qoyulmuş həbs ləğv edilsin və torpaq sahələri həbsdən azad edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 100 (bir yüz) manat məbləğində pul bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-686/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-686/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver