Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-688/2023 27.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxxx 1990-cı ildə Saatlı rayonunun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonunun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində qətimkan tədbiri əvəzinə xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxs (bundan sonra anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs) Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə yəni, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyinin gedişində dekompensasiya vəziyyəti davam etdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 15 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Saatlı rayonunun Azadkənd kəndində əmisi Zərərçəkmiş şəxs evinin qonaq otağında sonuncunun ondan qonşuluqda olan yas mərasiminə getməsini istəməməsi səbəbindən orta dərəcəli sərxoş vəziyyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi, soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cıb bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsinin ön hissəsindən vuraraq döş qəfəsinin ön sol hissəsində sol məmə xətti üzrə sol döş giləsi səviyyəsində döş boşluğuna keçməyən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaya aid bir ədəd yara və qəsdən bir dəfə qarnın ön divarına vuraraq qarının ön divarında orta xətt üzrə qabırğa qövsü səviyyəsində qarın boşluğuna daxil olan, böyük piyliyi, mədənin böyük əyriliyini zədələyən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan kəsilmiş-deşilmiş yara xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş, yəni insan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur. İş üzrə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər evli olmuş, təxminən iki ilə yaxındır ki, rəsmi olaraq boşanmışdır. İki azyaşlı uşağı anası ilə birlikdə yaşayır, o isə hər ay keçmiş arvadı Mədinə Səmədovaya 240 manat aliment ödəyir və keçmiş arvadı Mədinə iki uşaqla birlikdə Bakı şəhərində yaşayır. Saatlı rayonun Azadkənd kəndində olan evi 4-5 ay əvvəl tam yandığından o, həmin vaxtdan Azadkənd kəndində əmisi Zərərçəkmiş şəxs evində yaşayır və əmisinin evində ondan başqa əmisinin ailəsi də yaşayır. İİ Qarabağ müharibəsindən sonra o, xəstəliyi ilə bağlı mütəmadi olaraq Bakı şəhərində və Salyan rayonunda psixiatriya xəstəxanalarında müalicə almışdır. 14 yanvar 2023-cü il tarixdə o, pensiya verildiyi üçün kənddən çıxıb Saatlı şəhərinə gəlmiş və pensiyasını bankomatdan çıxardıqdan sonra Saatlı şəhər bazarında özü üçün müxtəlif geyim paltarları almışdır. Sonra o, Bakı şəhərində yaşayan övladlarına müəyyən paltarlar almaq üçün kəndə qayıtmayıb Saatlı rayonundan taksi kimi fəaliyyət göstərən avtomobillə Bakı şəhərinə getmişdir. Orada uşaqları üçün paltarlar alıb vermiş, sonra Bakı şəhərində yaşayan bacısı Samirənin evinə gedib orada qalmış və 15 yanvar 2023-cü il tarixdə Azadkənd kəndinə qayıtmışdır. Həmin gün əmisi Cəmaləddinin ad günü olduğunu bildiyi üçün evə gedərkən bir butulka araq və sala almış, saat 14 radələrində evə çatmış, həmin vaxt əmisi evdə olmamışdır. Ondan təxminən 5 dəqiqə sonra əmisi Cəmaləddin evə gəlmiş və birlikdə ikisi evdə Cəmaləddinin ad gününü qeyd edib yemək yeyib spirtli içki içmiş, yeyib içdikdən sonra çox sərxoş vəziyyətdə olan əmisi Cəmaləddin həyətə düşüb su motorunun şlankını sındırdığını demişdir. O, çox sərxoş vəziyyətdə olan əmisi Cəmaləddini sakitləşdirib, “narahat olma özüm hamısını alıb düzəldəcəm” demiş, sonra özü su motorunun gidrafon ilə birləşən hissəsinin sındığını görmüşdür. Əmisi evə daxil olduqdan sonra saat 17 radələrində o, əmisi oğlu Röyalla birlikdə Taleh adlı şəxsin avtomobili ilə Fətəlikənd kəndinə gedib oradan lazım olan plastik qoşqu və onları birləşdirmək üçün lazım olan ütünü alıb evə qayıdarkən əmisi Cəmaləddin ona ad gününə görə qudasının qonaq gələcəyini dediyi üçün Azadkənd kəndində Qalib adlı şəxsin mağazasından o, toyuq və araq alıb evə getmişdir. Evə qayıtdıqdan sonra hava qaraldığı üçün o, əmisinə demişdir ki, gecdir, matoru düzəldə bilməyəcəyik, qalsın sabaha. Bu vaxt əmisi arvadı Sənubər, qudalarıgilin gəlməyəcəyini, çünki Cəmaləddinin sərxoş olduğunu demiş, lakin Cəmaləddin yenə də yeyib içmək istəmiş, o da onun könlü xoş olsun deyə Sənubərə, aldığı toyuğun birini tabaka elə, yeyib içək demiş, Sənubər də tabakanı bişirən vaxt Cəmaləddin oğlu Röyala, “işə görə Fuadın sənə verdiyi 30 manat pulu neyləmisən?” deyə soruşmuş, Röyal da “30 manat nə puldu ki, xərcləmişəm” demişdir. Röyalın bu sözündən sonra Cəmaləddin sərxoş vəziyyətdə olduğu üçün yumruqla evinin içində Röyalın sifət nahiyəsinə vurmuş və zərbədən Röyal yerə yıxılmışdır. Sonra Cəmaləddin onun üstünə cuman zaman, o dərhal Cəmaləddini əlləri ilə qucaqlayıb oradan kənarlaşdırıb Sənubərə vermiş və Röyalı yerdən qaldırıb evin həyətinə düşürtmüş, sonra Röyalın hara getdiyini bilməmişdir. Ara sakitləşmiş və o, evin qonaq otağında Cəmaləddin ilə tabaka yeyib içki içərkən Cəmaləddini Röyal ilə belə rəftar etdiyinə və onu vurduğuna görə danlamış, onun bu sözlərinə Cəmaləddin sərt cavab vermiş və ona dediyi sözlərdən o belə başa düşmüşdür ki, Cəmaləddin Sənubəri ona qısqanır. O, bunları onun sözlərindən başa düşmüş, lakin hazırda konkret hansı sözlər dediyini demək istəməmiş, bundan əlavə Cəmaləddin həmin vaxt onun ünvanına da nalayiq sözlər, eləcə də onun kişi olmadığını demiş, sonra da aralarında mübahisə yaranmış və o, həmin mübahisəyə görə, həm də xəstəliyi ilə bağlı bundan sonra olanları, yəni necə Cəmaləddini vurduğu anı xatırlamamışdır. O, bir də onda özünə gəlmişdir ki, Sənubər Cəmaləddinin qarnındakı yaranı sarıyır. O, bunu görüb dərhal istifadə etdiyi 050/583-11-93 saylı mobil telefon №-si ilə 103 xidmətinə zəng edib təcili tibbi yardım çağırmış, təcili tibbi yardım avtomobili həyətə gəldikdən sonra özü şəxsən Cəmaləddini həmin avtomobilə mindirmiş və özü də həmin avtomobilə oturarkən evdən özünə aid olan əşyaları da sellofan paketə yığıb özü ilə götürmüşdür. Təcili tibbi yardım avtomobili ilə Saatlı MRX istiqamətində gedərkən Saatlı RPŞ-nin qarşısında avtomobilin sürücüsü avtomobili saxlamış və oradan polislər onu avtomobildən düşürüb Saatlı RPŞ-nə aparmışlar. Daha sonra polislər təcili tibbi yardım avtomobili ilə onu Maştağa kəndindəki xəstəxanaya aparmışlar. Hazırda da o, həmin xəstəxanada müalicə alır. O, hadisə anını, yəni əmisi Cəmaləddini bıçaqla necə vurduğunu sərxoşluğuyla bağlı deyil, xəstəliyi ilə bağlı dəqiq xatırlaya bilməsə də, əmisi Cəmaləddini bıçaqla o, vurub xəsarət yetirmişdir. Əmisinə neçə dəfə bıçaqla zərbə vurduğunu bilməmiş, hadisə zamanı əmisi Cəmaləddini vurduğu bıçağı əmisi Cəmaləddini təcili tibbi yardım avtomobilinə mindirərkən özü ilə götürmüş və polislər onu həmin avtomobildən düşürüb Saatlı polisinə apararkən ondan bıçağın harada olduğunu soruşmuş, o da həmin bıçağı cibindən çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bıçağı o, 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərindən kəndə qayıdarkən Fətəlikənd kəndində səyyari alver edən tanımadığı şəxsdən 4 manata almış, həmin bıçaq qatlanan kiçik ölçülü cib bıçağı olmuş, dəqiq əlamətləri yadında qalmamışdır. Ona fotoşəkilləri təqdim edilmiş bıçaq ona məxsus bıçaq olmuş və hadisə zamanı o, həmin bıçaqla Cəmaləddini vurmuşdur. 15 yanvar 2023-cü ildə əmisi Cəmaləddin onu vurub xəsarət yetirməmiş, həmin mübahisəni və onun Cəmaləddini bıçaqla vurmağını yalnız həmin vaxt evdə olan Sənubər görmüş, başqa heç kim görməmiş, həmin vaxt Röyal evdə olmamış, o, özü hadisədən sonra zəng edib Röyala, “atanı bıçaqla vurub xəsarət yetirmişəm gəl” demişdir. Məhkəmə istintaqı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ətraflı ifadə verə bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini ümumən təsdiq edib xəstə olması, hadisə zamanı sərxoş olduğundan nədənsə əsəbiləşib əmisi Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə əsaslı olaraq dindirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onu bıçaqla xəsarət yetirmiş şəxs Təqsirləndirilən şəxs qardaşı oğludur və onunla münasibtləri həmişə yaxşı olmuşdur. Psixi xəstəliyi ilə bağlı Sücəddin daim xəstəxanalarda müalicə almış, həmçinin Sücəddin əvvəllər evli olub, sonradan rəsmi olaraq boşanmış və tək yaşamışdır. Təxminən bir il əvvəl Sücəddinin yaşadığı Saatlı rayonun Azadkənd kəndində yerləşən evi tam yandığından və qalacağı yer olmadığına görə Sücəddin həmin vaxtdan onun (Zərərçəkmiş şəxs) Azadkənd kəndində olan evində yaşamış, bəzən Bakı şəhərinə getsə də, rayonuna qayıdan vaxt onun evində qalmışdır. Sücəddinin psixi vəziyyəti yaxşı olmadığına görə, o, anormal hərəkətlərə yol vermiş, bunu da ətrafında olanlar qəbul etməmişlər. 14 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Sücəddin evə gəlib sənədlərini götürüb Bakı şəhərinə getmişdir. 16 yanvar 2023-cü il tarixdə onunla qonşuluqda yaşayan, həmçinin Sücəddinin keçmiş ailəsinin qohumlarının evində hüzür mərasimi olacağından və Sücəddinin kənddə olarsa həmin hüzürə gedib orada mübahisə edəcəyindən o, narahat olmuşdur. 15 yanvar 2023-cü il tarixdə ad günü olduğundan dostları ilə evdən kənarda dostlarıyla ad günü keçirib bir qədər spirtli içki qəbul edib saat 16 radələrində yaşadığı evə geri qayıdan zaman, Sücəddinin Bakıdan geri qayıdıb evdə qonaq otağında oturub yemək yeyə-yeyə spirtli içki qəbul etdiyini görmüşdür. Həmin vaxt oğlu Röyal da Sücəddinin yanında olmuş, sonra Röyal onun gəldiyini görüb qonşuluqda keçirilən hüzür yerinə getmişdir. O, Sücəddindən nəyə görə qısa zaman içində Bakıya gedib-qayıtdığını soruşmuş, sonra ona xəstəliyi ilə bağlı araq içməməsini demiş, həmçinin ona spirtli içki qəbul edən kimi vəziyyətinin daha da pisləşəcəyini və dava-dalaş edəcəyini bildirmişdir. Onun bu sözündən sonra Sücəddin yerindən qalxıb onunla zarafat edə-edə “əmi narahat olma hər şey yaxşı olacaq” sənin ad gününə gəlmişəm sabah qayıdaram” deyib onu da birlikdə yemək-yeyib spirtli içki qəbul etməyə məcbur etmiş, o da Sücəddinlə bir-iki rumka araq içmişdir. Sonra o, Sücəddinin artıq sərxoş olduğunu hiss edib ondan içməməsini tələb etmiş, o da daha araq içməmişdir. Həmin gün həyətyanı sahədə olan su motorunun şlank hissəsi qırıldığından Sücəddin evdən gedib müəyyən avadanlıqlar alıb geri qayıtdıqdan sonra hava qaraldığı üçün həyətdə işləyə bilməyib səhəri gün düzəltmək qərarına gəlmiş və onlar birlikdə yenidən evə televizora baxmaq üçün getmişlər. Həmin vaxt Sücəddin yenidən onu yeyib-içməyə məcbur etmiş, onlar yenidən masaya əyləşib yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. Həmin vaxt özü yalandan olsa da, rumkanı qaldırıb yerə qoymuş, lakin Sücəddin isə araq içmişdir. Bir qədər sonra ona Sücəddin səhər (16 yanvar 2023-cü il tarixdə) qonşuluqda olacaq hüzür mərasimi üçün çadır qurulmasına gedib köməklik edəcəyini demiş, o isə Sücəddinə ora getməməsini bildirmişdir. Fikirləşmişdir ki, Sücəddin həmin həyətə getsə orada xoşagəlməz halların baş verə blər, ona görə də o, Sücəddini ələ almaq məqsədi ilə “14 yanvar 2023-cü il tarixdə xəstəxanaya getmək adı ilə evdən çıxıb getdiyini, 15 yanvar 2023-cü il tarixdə evə qayıtmaq səbəbi kimi bəs deyirdin sənin ad gününə gəlmişəm, sən deməli qonşuluqdakı hüzür mərasiminə getmək üçün gəlmisən” demiş, bu sözündən sonra Sücəddin nalayiq formada ona cavab verib əsəbi halda onun işinə qarışmamağını bildirmiş, daha sonra aralarında mübahisə yaranmağa başlamış və bir-biriylə söyüşlə danışmışlar. Sonra o, Sücəddini sakitləşdirməyə çalışsa da, Sücəddin əksinə anormal hərəkətlər edib otaqdan çölə çıxmış, o da onun arxası ilə çölə çıxmış və həyətdə Sücəddinin irəli-geriyə hərəkət etdiyini görüb ona yaxınlaşıb xoş rəftar edərək Sücəddinə, evə gəl, birlikdə televizora baxaq demiş, onun bu sözündən sonra Sücəddin evə gəlib otaqda masanın baş hissəsindəki oturacaqda əyləşmiş, o da divanda əyləşib birlikdə televizora baxa-baxa Sücəddinə, içkili vəziyyətdə yox, yatıb səhər (16 yanvar 2023-cü il tarixdə) hüzür yerinə getməsini bildirmişdir. Həmin vaxt Sücəddin yenidən ayağa qalxıb əlində olan kiçik bıçaqla onun yanına gəlib onun baş nahiyəsini qucaqlayıb zarafat kimi hərəkətlər etmiş, sonra əlindəki həmin bıçaqla sinə hissəsinə bir dəfə vurmuş və o, Sücəddin “nə edirsən ay bala” deyib ayağa qalxmış, bu zamana Sücəddin əlindəki bıçaqla yenidən onun qarın nahiyəsinə vurmuş və o, bıçağın qarnına girdiyini hiss etmişdir. Sonra nə baş verdiyini tam xatırlamamış, bundan sonra Sücəddin ağlaya-ağlaya “əmi mən nə etdim” deməsini eşidib onu sakitləşdirməyə çalışmış, həmin vaxt qarnından qan axdığını görmüş, daha sonra səsə arvadı Sənubər gəlmiş və onun Sücəddin tərəfindən bıçaqlandığını görüb, ona kömək etməyə çalışıb yarasını sarımış, həmn vaxt Sücəddin təcili yardıma zəng edib evə həkim çağırmışdır. Bir qədər sonra təcili yardım gəlib onu götürüb xəstəxanaya aparılmışdır. O, bir müddət xasaxanada müalicə olunub evə buraxılmışdır. Mübahisə zamanı o, Sücəddini vurmamışdır. Hadisə zamanı Sücəddinin ona 2 dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Sücəddin iki dəfə bıçaqla onu vurduqdan sonra dayanmış, sonra isə etdiyi hərəkətdən peşman olub “əmi mən nə etdim” demişdir. Hadisə baş verən gün-15 yanvar 2023-cü il tarixdə o, ümumiyyətlə işdə olmamış, Fuad ona pul verməmiş, o, oğlu Röyaldan pul tələb etməmiş, oğlu Röyalı vurmamış, həmin vaxt onların yanında oğlu Röyal olmamışdır. Həmçinin Sücəddin onun oğlu yerində olduğu üçün o, arvadı Sənubəri Sücəddinə qısqanmamış, bu barədə Sücəddinin dediklərini tam yalandır. Dediyi kimi bu hadisənin baş verməsinə səbəb onun Sücəddini qonşuluqda olan hüzür mərasiminə getməyə qoymamağı olmuş, Sücəddinin dedikləri isə bəhanədir. Sücəddin onu yaşadığı Saatlı rayonun Azadkənd kəndindəki evinin qonaq otağı kimi istifadə etdikləri otaqda divanda oturduğu vəziyyətdə əlində olan bıçaqla iki dəfə vurmuşdur. Sücəddin psixi xəstə olduğu üçün, həm də içkili olduğundan ona qarşı belə hərəkətə yol vermişdir. O, Sücəddinin psixi xəstəliyini, qardaşı oğlu olmasını, həm də onun İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alıb onu bağışlamış, həmçinin hazırda o, Sücəddinlə barışmış və ondan şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 11 sentyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Camaləddin Səmədov atası, Təqsirləndirilən şəxs əmisi oğludur. Evi yandıqdan sonra əmisi oğlu Sücəddin Saatlı rayonun Azadkənd kəndində atası Camaləddinin evində onlarla birlikdə yaşamışdır. Sücəddin psixi xəstə olduğu üçün hərəkətlərini idarə edə bilmədiyinə görə onlardan başqa digər qohumları Sücəddinlə əlaqə və münasibəti kəsmişlər. Sücəddin həm də Bakı şəhərində gedib-gəlmiş, bəzən də orada qalıb yaşamışdır. Əmisi oğlu Sücəddin 14 yanvar 2023-cü il tarixdə səhər vaxtı Bakıya gedəcəyini deyib getmiş, onun getməsini atası Cəmaləddin də müsbət qarşılamış, çünki 16 yanvar 2023-cü il tarixdə qonşuluqda əmisi oğlunun keçmiş ailəsinin qohumlarının yas mərasimi olacağı üçün Sücəddinin həmin mərasimə gedib orada dava salmağından narahat olmuşdur. 15 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Sücəddin yenidən evə gəlib ac olduğunu deyib anası Sənubərə yemək hazırlatdırmış, yemək hazır olduqdan sonra Sücəddin özü ilə alıb gətirdiyi bir butulka arağı da içmişdir. Bir qədər sonra atası Camaləddin evə gəlmiş, özü isə qonşuluqdakı yas mərasiminə kömək üçün ora getmiş, arada bir dəfə evə gələn zaman Sücəddinin həyətdə olduğunu görmüş, Sücəddinin həyətdəki su motorunun xarab olmasını bildirmiş, o da Sücəddinə birlikdə gedib su motoru üçün xarab olan hissələri alıb evə qayıtmışlar. Sonra o, yenidən qonşuya getmiş, atası Camaləddin və Sücəddin evdə qalmışlar. Həmin vaxtdan sona evdə nə baş verməsindən xəbəri olmamış, axşam saat 20 radələrində Sücəddin ona zəng vurub atasını bıçaqladığını demiş və o, dərhal evə gəlmiş, evdə anasının atasının yaralarını sarıdığını görmüşdür. Sonra Sücəddin təcili tibbi yardıma zəng edib həkim çağırmış, daha sonra təcili tibbi yardım və polis əməkdaşları gəlmiş və onlar birlikdə atası maşına mindirilib xəstəxanaya aparılmışdır. Həmin vaxt Sücəddin də təcili tibbi yardım maşını ilə xəstəxanaya gəlmiş, daha sonra Saatlı RPŞ-nin əməkdaşları əmisi oğlu Sücəddini maşından düşürüb tutub onu Saatlı RPŞ-yə aparmışlar. Əmisi oğlu Sücəddinin hansı səbəbdən bıçaqla atası Camaləddini vurmasını bilmir, həmçinin hesab edir ki, Sücəddin psixi xəstə olduğu üçün belə hərəkətə yol vermişdir. Məhkəmə iclasında şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olsa da, müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda ünvanını tam bilmədiyi evdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs oğludur, zərərçəkmiş şəxs Camaləddin Səmədov qayınıdır. Oğlu Sücəddin İİ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə iştirak etdikdən sonra Sücəddinin səhhətində problemlər yaranmış, psixi xəstəliyi ilə bağlı özünü idarə edə bilməmiş, son vaxtlar isə Respublika Psixiatrik Xəstəxanasında müalicə alsa da, yenə də tam olaraq sağalmamışdır. Həmçinin Sücəddin evli olmuş, sonradan xəstəliyi ilə bağlı ailəsindən rəsmi olaraq boşanmışdır. Saatlı rayonun Azadkənd kəndində olan evi yandıqdan sonra Sücəddin əmisi Camaləddinin evində yaşamışdır. 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşayan qızı Samirə telefonla ona məlumat vermişdir ki, səhər saatlarında Sücəddin onlara gedib, onunla görüşdükdən sonra çıxıb harasa getmişdir. Hadisənin baş verdiyi gün o, Bakı şəhərində olmuş, hadisə barəsində, yəni oğlu Sücəddinin əmisi Camaləddini bıçaqla vurmasına görə tutulmasını ona polis şöbəsindən xəbər vermişlər. Sonradan ona məlum olmuş ki, oğlu Sücəddin 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərinə gəlib bacısı Samirə ilə görüşüb yenidən Saatlı rayonuna, kənddə qayıtmış, əmisi Cəmaləddinin evində onunla yemək yeyib spirtli içki qəbul etdikdən sonra Cəmaləddinin qonşuluğunda olan Sücəddin boşandığı ailəsinin qohumlarının yas mərasimində iştirak etmək üçün getmək istəməsi səbəbindən aralarında yaranmış mübahisə nəticəsində Sücəddinin əmisinə iki dəfə bıçaqla vurub xəsarət yetirmişdir. İstintaq zamanı məlum olmuşdur ki, hadisə zamanı oğlu Sücəddin psixi vəziyyətdə, yəni anlaqsız vəziyyətdə olmaqla bu hadisəni törətmişdir. Sücəddinin əmisi Cəmaləddin ilə heç bir pis münasibəti olmamış, münasibətləri yaxşı olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs Cəmaləddin Sücəddini bağışlamış, hazırda onların münasibəti yaxşıdır. Həmçinin bu əməli törətdikdən sonra oğlu Sücəddin psixi xəstəliyi ilə bağlı Respublika Psixiatrik Xəstəxanasına göndərilmiş, hazırda orada müalicə alır və tam sağalmamışdır. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 15 və 16 yanvar 2023cü il tarixli protokollarla müəyyən edilir ki, iş üzrə bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd idman şalvarı və bir ədəd göy rəngli uzunqol köynək istinqtaq orqanı tərəfindən götürülmüdür. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 29 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd idman şalvarı və bir ədəd uzunqol köynək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 15 yanvar 2023-cü il tarixli, 03 №-li protokola əsasən Zərərçəkmiş şəxs hadisə vaxtı orta dərəcəli sərxoş olmuşdur. İşdə olan, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 15 yanvar 2023-cü il tarixli, 04 №-li protokola əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş olmuşdur. İşdə olan, məhkəmə-tibb ekspertizasının 16 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qarının ön divarında orta xətt üzrə qabırğa qövsü səviyyəsində qarın boşluğuna daxil olan, böyük piyliyi, mədənin böyük əyriliyini zədələyən bir ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin ön sol hissəsində sol məmə xətti üzrə sol döş giləsi səviyyəsində döş boşluğuna keçməyən bir ədəd yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqdim olunmuş köynək üzərindəki zədələrin lokalizasiyası, bədən səthində olan yaraların lokalizasiyasına uyğundur. Bədən səthindəki yaraların, köynək üzərindəki zədələrin xarakterini, təqdim edilmiş bıçağın tiyəsinin ölçülərini nəzərə alsaq, həmin xəsarətlərin təqdim edilmiş bıçağın təsirindən əmələ gəlməsi istisna olunmur. İşdə olan, məhkəmə-tibb-bioloji ekspertizasının 07 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A(İİ)/axtarış vəsiqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək, bir ədəd idman şalvarı və bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri, Abeta/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs aid ola bilər. İşdə olan, məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 19 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yaxalığında iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan idman şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Səmədov Səmədova məxsus köynəyin ön səthinin sol yaxalığında aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında bir ədəd kəsilmiş-deşilmiş yarası və sol döş qəfəsinin ön səthində kəsilmiş yara ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cıb bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər-hansı bir əlavə və dəyişiklik edilməmişdir. İşdə olan, kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək-“Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” psixi patologiyasından əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs həmin psixi patologiyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq müharibədə iştirakından sonra tədricən formalaşdığı müəyyən edilmişdir. Ötən müddət ərzində əlil olması, işləyə bilməməsi, spirtli içki qəbul etməsi, ailə münasibətlərinin pozulması onun psixi vəziyyətinə mənfi təsir göstərmiş və həmin psixi patologiyanın gedişində tez-tez dekompensasiyaların yaranmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman düçar olduğu fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi disforik hal va davranış pozuntusu ilə təzahür etmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs müəyyən edilən fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyinin gedişində dekompensasiya vəziyyəti davam etdiyindən Təqsirləndirilən şəxs şərh edilən ve ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək ve onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək mümkün olmamış, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, özü va ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etdiyindən hal-hazırki psixi durumuna görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün torpid olması, mücərrəd anlayışların dərk etməkdə çətinlik çəkməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik, proqnozlaşdırma qabiliyyətinin nisbətən zəif çıxış etməsi müəyyən edilmiş, emosional iradi sferasında qıcığa qarşı hassaslıq, emosional dayanıqsızlıq, əhvali-ruhiyyəsinin dəyişkən olması, davranışında özünü iradi tənzimləmənin çatışmazlığı, impulsivlik və s. kimi əlamətlər aşkar olunmuşdur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmasa da, koqnitiv (dərketmə) proseslərində zəiflik müəyyən edilmişdir. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi, lakin onun emosional iradi sferasında aşkar olunan dəyişikliklə (qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, əhvali-ruhiyyəsinin dəyişkən olması, davranışında özünü iradi tənzimləmənin çatışmazlığı, impulsivlik və s.) əlaqədar öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. O, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik yaranmışdır. Həmin halın yaranması emosional iradi sferasında və davranışında yaranmış dəyişikliklə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələr ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi» psixi patologiyasından əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilən həmin psixi xəstəlik onun əsəbi, emosional çılğın olması, davranışına tam nəzarət edə bilməməsi, özünə xəsarətlər yetirməyə, konflikt yaratmağa, mübahisə etməyə, impulsiv hərəkətlər etməyə meylli olması və digər əlamətlərlə ifadə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi» formasında psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman düçar olduğu fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyinin gedişində dekompensasiya vəziyyəti yaranmış və bu vəziyyət disforik hal və davranış pozuntusu ilə təzahür etmişdir. Bu əlamətlər, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəlki suaların cavabında da qeyd olunduğu kimi, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi» formasında psixi patologiyanın gedişində yaranan dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumuna görə özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbirləri tətbiq edilmiş və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 psixiatrik stasionara yerləşdirilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Saatlı rayon Azadkənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə mənfi (tez-tez ondan şikayətlər daxil olmuş, psixoloji xəstədiyi olduğundan yaşadığı ərazidə insanlar ondan ehtiyat etmişdir) xarakterizə olunur. İşdə olan, Saatlı Rayon Qeydiyyat Şöbəsindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, AZ-İ 422702 №-li “Nikahın pozulması haqqında şəhadətnamə”nin surəti ilə müəyyən edilir ki, Saatlı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli Qətnaməsi ilə Təqsirləndirilən şəxs ilə X1 nikahı pozulmuş və bu fakt 06 iyul 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması səbəbindən onun məhkəmə baxışında işin mahiyyəti üzrə əsaslı olaraq dindirilməsinin mümkün olmamasını nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Həmin maddənin müddəalarına əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli şəxsi münasibət zəminində qisas almaq niyyəti ilə zərərçəkmiş şəxs Samaləddin Səmədovun sağlamlığına qəsdən ağır zərər yetirməsi əməlini anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində (bu maddəyə aid 93.1-1.1-ci maddəsində) nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin CM-nin 95.0.2-ci maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi pozuntusunun özünə və başqa şəxslərə yeni zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək (ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Saatlı RPŞnin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd idman şalvarı və 1 (bir) ədəd uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.2-ci maddələrini və Azərbaycan Respublikası CPM-nin 132, 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək (ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar olan və Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd idman şalvarı və 1 (bir) ədəd uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu, barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-688/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-688/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver