Məhkəmə qərarları › İş №1(099)-689/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-689/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-689/2023 19.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Kürdəmir rayonunun Çərtəyəz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Kürdəmir rayonunun Çərtəyəz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Natiq Nağıyev küçəsi 13, ev 7-də müvəqqəti yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkdə tanış olduğu “Bəhmən” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə həmin şəxsin verdiyi bank kartına 150 manat pul köçürdükdən və sonuncunun şəxsi istehlak miqdarından artıq 105,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış elektrik dirəyinin yaxınlığında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 01 dekabr 2022-ci il tarixdə qeyd olunan cinayət əməlindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib elektrik dirəyinin yaxınlığında gizlədilmiş narkotik vasitəni əldə etmək istəyərkən, daxil olmuş məlumat əsasında 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanıldığından cinayət əməlinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış elektrik dirəyinin ətrafına baxış keçirilərkən 01 ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq 105,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.4.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Kürdəmir rayonunun Çərtəyəz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Natiq Nağıyev küçəsi 13, ev 7-də müvəqqəti yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada fəhləliklə məşğuldur. Xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir. Əvvəllər sosial şəbəkədə tanış olduğu “Bəhmən” adlı şəxsin göndərdiyi bank kartına müxtəlif məbləğlərdə pul köçürməklə marixuana əldə edib istifadə etmişdir. Sonuncu dəfə “Bəhmən”lə telefonun vatsap proqramı ilə əlaqə saxlayıb ondan təxminən 10 qram marixuana istəmiş, sonra həmin şəxsin göndərdiyi bank kartına 10 qram marixuanaya görə 100 manat, həm də əvvəllər aldığı narkotiklə bağlı borclu qaldığı 50 manat da daxil olmaqla cəmi 150 manat pul köçürmüş, bundan sonra “Bəhmən” ona narkotik maddənin Biləsuvar rayonun ərazisində gizlədildiyini, gedib oradan götürməsini demişdir. Bundan sonra o, 01 dekabr 2022-ci il tarixdə, narkotik maddənin qoyulduğu yerə (Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığına) getmək üçün əvvəl tanışı “Samir” kimi tanıdığı Zümrad Orucova bu barədə bildirib maşını ilə onu Biləsuvara aparmasını, getməsə iranlı “Bəhmən”ə verdiyi pulu batacağını demiş, Zümrad isə maşınını başqa adama verdiyini, gedə bilməyəcyini demişdir. Sonra o, tanışı Zeynal adlı taksi sürücüsü ilə danışıb 70 manata onu Biləsuvar rayonuna aparmasına razılışmış və ona Biləsuvarda bir adamla görüşüb geri qayıdacağını demiş, narkotik maddə götürmək üçün getməsindən Zeynalın xəbəri olmamışdır. Həmin günü o, Zeynalın maşını ilə Bakıdan çıxıb Biləsuvar rayonuna getmiş və “Bəhmən”in onun telefonuna göndərdiyi konuma uyğun olaraq hərəkət edib narkotik maddənin gizlədildiyi yerin yaxınlığında (Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığına) maşını saxladıb maşından düşmüş, Zeynala onu gözləməsini bir nəfər şəxslə görüşüb tez qayıdacağını demişdir. Həmin yerə o, günorta saatlarında çatmışdır. Zeynal maşını kənarda saxlamış və o, narkotik maddənin gizlədildiyi yerə piyada gəlmiş, hələ yolda olarkən “Bəhmən” ona narkotik maddəni torbağa basdırıldığını dediyindən o, qəsəbədə mağazadan bir ədəd dəmir mala almışdır ki, torpağı qazıb narkotiki tapa bilsin. Sonra o, yolun kənarında olan əkin sahəsinə keçib orada olan işıq dirəyinin ətrafını mala ilə qazıb narkotiki axtarsa da, narkotiki tapa bilməmiş, həmin vaxt “Bəhmən”in onu aldatdığını başa düşüb mobil telefonunda onunla olan yazışmasını silib oradan uzaqlaşarkən polis əməkdaşları onu tutub saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra mobil telefonunda olan məlumatlara baxmış və o, həmin yerə narkotik maddə götürmək üçün gəldiyini demiş, bundan sonra polis əməkdaşlarına narkotik maddənin qoyulduğu yeri göstərmiş və polis əməkdaşları tərəfindən həmin yerdə olan işıq dirəyinin ətrafında axtarış aparılmış və torpağa basdırılmış narkotik maddə aşkar olunub götürülmüşdür. Aşkar olunmuş marixuananın çəkisi təxminən 100 qram olmuşdur. Narkotiklə bağlı izahat verərkən o, həmin yerə narkotik maddə götürmək üçün gəldiyini bildirmiş, həm də onun narkotik maddə götürmək üçün Biləsuvara gəlməsini tanışı “Samir” adlı şəxs, yəni Zümrad Orucov bildiyi üçün güman etmişdir ki, onu polisə Samir (Zümrad) satmışdır. Ona görə də o, ilkin izahat və ifadəsində “Bəhmən”in ona 400 manat pul veriləcəyi müqabilində onu narkotik maddəni götürmək üçün Samirin göndərdiyini bildirmiş, hətta üzləşmə zamanı da belə ifadə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onu polisə Samir satmamış, başqa şəxs, ola bilsin ki, elə iranlı “Bəhmən” bu işi qurub onu tutdurmuşdur. O, əvvəllər aldığı narkotiklə bağlı “Bəhmən”ə 50 manat pul borcu olmuş, bu səbəbdən “Bəhmən” pulunu ondan tələb etmişdir. Daha sonra o, ifadə verərək əvvəl verdiyi ifadəsində göstərilənlərin yalan olduğunu, öz istifadəsi üçün marixuana almaq üçün “Bəhmən”lə əlaqə saxlayıb onun göndərdiyi bank kartına 10 qram marixuanaya görə 100 manat, həm də əvvəllər aldığı narkotiklə bağlı borclu qaldığı 50 manat da olmaqla cəmi 150 manat pul köçürdüyünü, bundan sonra “Bəhmən”in narkotikin gizlədildiyi yerlə bağlı telefonuna göndərdiyi konuma əsasən tutulduğu əraziyə getdiyini və orada narkotik maddəni tapa bilmədiyini, sonra polis əməkdaşlarının həmin yerdə 100 qram marixuananı aşkar edib götürdüklərini bildirmişdir. O, narkotik maddələrin alıbsatacağı ilə bağlı heç kimlə, o cümlədən “Bəhmən”lə və başqa şəxslərlə heç bir danışığı olmamış, yalnız şəxsi istifadəsi üçün “Bəhmən”lə əlaqə saxlayıb 10 qram marixuana sifariş vermiş və alacığı marixuananın pulunu da əvvəlcədən ödəmişdir. O, narkotik maddənin satışı ilə bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün 10 qram marixuana sifariş verdiyinə və saxlandığı yerdə aşkar olunmuş marixuananı götürmək üçün getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 02 dekabr 2022-ci il tarixli ilkin ifadələrində göstərmişdir ki, o, heroin istifadəçisidir və tanımadığı şəxslərdən heroin alıb istifadə etmişdir. 2016-cı ildə “Mehdiyev Refail” adlı instaqram profilində paylaşdığı şəkilləri bəyənən tanımadığı profilin olduğunu və həmin şəxsin profilinə baxarkən narkotik vasitə şəkilləri paylaşdığını görmüşdür. O, narkotik istifadəçisi olduğu üçün həmin profilin bioqrafiyasında İrana aid olan telefon nömrəsi ilə vatsapla yazışmağa başlamış və həmin şəxs özünü “Bəhmən” adı ilə təqdim edib narkotiklərin satışı ilə məşğul olduğunu bildirmişdir. Sonra o, həmin şəxsin göndərdiyi bank kartına müxtəlif məbləğlərdə pul köçürməkdə Bakı şəhərində dediyi yerlərdən götürməklə heroin alıb istifadə etmişdir. 30 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində o, hamının “Samir” kimi çağırdığı tanışı Seymur Fərəcovdan (Zümrad Orucovdan) 100 manat borc pul istəmiş, o da hazırda pulunun olmadığını, lakin “Bəhmən” adlı bir nəfər şəxsin telefon nömrəsini ona verərək Biləsuvar rayonu ərazisində sərhədboyu zonada İrana yaxın ərazidə həmin şəxsin onu qarşılayıb içərisində 700-800 manatlıq kənd təsərüfatı malları olan (bal, qatıq və sair əşyalar) bir ədəd çantanı verəcəyini və çantanı Bakı şəhərinə aparıb sonradan deyiləcəyi adamlara verəcəyi təqdirdə ona 400 manat pul veriləcəyini demiş, o da razılaşmışdır. Sonra o, vadsapla “Bəhmən” adlı şəxsə “Seymurun dediyi adamam” mesajı yazmış, o da ona konum göndərib həmin konumda göstərilən yerə çatmağa təxminən 20 dəqiqə qalmış yenidən zəng etməsini demişdir. Sonra o, “Bolt” taksi xidmətindən taksi sifariş vermiş və taksi sürücüsü Şahid5 ilə danışıb telefonunda olan konuma uyğun İmişli rayonu istiqamətində hərəkət edib “Postqayı” adlanan dairəvi yolayrıcından sol tərəfə dönüb hərəkətini davam etdirmişdir. Yolda olarkən “Bəhmən” ona göndərdiyi konumda yol kənarında çantanı gizlətdiyini, özünün gələ bilmədiyi, həmin çantada narkotik vasitənin olduğunu, bu narkotik vasitəni sonradan deyəcəyi şəxslərə çatdırmasını və buna görə ona 400 manat pul verəcəyini, həm də çantanı torpağa basdırdığı üçün qazmağa ehtiyacı olduğunu demişdir. O, sürücü Şahid5 bu barədə heç nə demədən yolu göstərərək “Cəbrayıl 1-11 saylı qəsəbəsi” sözləri yazılan yol nişanının yanından sağ tərəfə dönməsini demiş və onlar dairəvi yolayrıcından sol tərəfə dönüb İmişli rayonun Qızılkənd kəndi istiqamətində hərəkət edib körpünü keçdikdən sonra sürücüyə avtomobili dayandırmasını və burada bir nəfər şəxslə görüşərək çanta verəcəyini demiş, sürücü də onun dediyi yerdə avtomobili saxlamışdır. O, avtomobildən düşüb tikinti materialları satılan mağazaya girib bir ədəd dəmir mala almış, sonra piyada hərəkət edib əkin sahəsinə daxil olub “Bəhmən”in ona göndərdiyi konuma uyğun olaraq işıq dirəyinin yanına gedib ətrafı mala ilə qazmağa başlamış, lakin orada iranlının gizlətdiyi çantanı tapa bilməmişdir. “Bəhmən”lə əlaqə saxlayıb çantanı tapa bilmədiyini deyib telefonda mübahisə edib onu aldatdığını bildirmiş, o isə aldatmadığını və konum göndərdiyi yerdə marixuananı basdırdığını demişdir. Sonra o, avtomobilə doğru hərəkət edərkən polis əməkdaşları tərəfindən tutulacağından qorxub telefonunda “Bəhmən”lə vatsap yazışmalarını silmişdir. Avtomobilə çatarkən polis əməkdaşları onu və taksi sürücüsünü tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınarkən o, həmin yerə narkotik vasitə götürmək üçün gəldiyini bildirmişdir. Daha sonra onun göstərdiyi yerə-əkin sahəsində olan işıq dirəyinin yanına polis əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin yerdə bir ədəd sellofan torbada marixuana aşkar edilib götürülmüşdür. Sonra o, izahat verərək 01 dekabr 2022-ci il tarixdə “Bəhmən” adlı iranlı ilə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni gizlətdiyi yerdən, yəni Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədən götürmək üçün gəldiyini və götürəcəyi həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağını və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyini demişdir. İranlı “Bəhmən” adlı şəxsi əvvəllər tanımamış və onun telefon nömrəsini ona Seymur Fərəcov (Zümrad Orucov) vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixlərdə verdiyi ifadələri ümumən məhkəmədə verdiyi ifadəsinə uyğun olmaqla həmin ifadələrində göstərmişdir ki, o, iş üzrə verdiyi ilkin ifadələrini (02 dekabr 2022-ci il tarixli) təsdiq etmir, həmin ifadələrində işin mahiyyəti üzrə göstərilənlər yalandır. Belə ki, o, marixuanadan başqa heç bir narkotik vasitə qəbul etməmiş və əvvəllər bir neçə dəfə Bəhmənə müxtəlif miqdardarda pul göndərib şəxsi istifadəsi üçün qurudulmuş marixuana alıb istifadə etmişdir. 01 dekabr 2022-ci il tarixdə də Bəhmənlə vatsapda mesajlaşaraq ondan marixuana istəmişdir. Bəhmən də ona təxminən 130 qram marixuanası olduğunu və ona 250 manata verə biləcəyini demiş, o da razılaşıb Bəhmənin ona nömrəsini dediyi bank kartına 250 manat pul göndərmiş, bundan sonra Bəhmən marixuananın yerini deyəcəyini və gedib həmin yerdən götürməsini demişdir. Təxminən yarım saatdan sonra Bəhmən ona Bakıda “malı”nın olmadığını, ancaq Biləsuvar rayonunda, Cəbrayıl rayonundan olan qaçqınlar üçün inşa edilmiş 3 və 4 nömrəli qəsəbələrinin arasındakı, dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd istiqamətinə gedən yolun üzərindəki kiçik körpüdən sağ tərəfdə işıq dirəyinin yanında yerə basdırdığı bir ədəd torbada marixuana gizlətdiyini və həmin yerdən gedib götürməyini demişdir. Sonra o, dostu Zümrada zəng edib maşın ilə gəlib birlikdə gedib həmin yerdən marixuananı götürməyə getməyi, yoxsa Bəhmənə verdiyi pulu batacağını bildirmiş, Zümrad isə maşınını başqa adama verdiyini, gedə bilməyəcəyini demişdir. Bundan sonra o, tanışı taksi sürücüsü Zeynala onu Biləsuvar rayonuna aparmasını və orada bir adamla görüşüb geri qayıdacağını deyib sifariş vermiş, sonra Zeynalla yol haqqını 90 manata razılaşıb yola düşmüşlər. Biləsuvar rayonuna çatıb, Bəhmənin ona bildirdiyi yerə getmişlər. Həmin ərazidə olan tikinti materialları mağazadan bir ədəd dəmir mala almışdır. Narkotik maddənin gizlədildiyi yerin yaxınlığında Zeynal maşını saxlamış və o, maşından düşüb yolun kənarında olan əkin sahəsindəki işıq dirəyinin yanına getmişdir. Həmin vaxt yağış yağdığından yer palçıqlı olmuş və o, mala ilə dirəyin ətrafını qazmış, amma narkotik olan torbanı orada tapa bilməmişdir. Sonra o, Bəhmənə vatsapla zəng edib onu aldatdığını deyib mübahisə etmiş, Bəhmən isə narkotikin orada olduğunu, yaxşı axtarmağı bildirmişdır. Buna baxmayaraq o, maşına minib geri qayıtmaq istəyərkən polis əməkdaşları onu orada saxlayıb Cəbrayıl RPŞ-nə aparmışlar. Şöbədə üzərində axtarış aparılmış, lakin üzərində heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları ondan həmin əraziyə nə üçün gəldiyini soruşmuş, həmin vaxt o, elə başa düşmüşdür ki, onu tanışı Zümrad polislərə satmış və polislər də onun buraya nə üçün gəldiyini dəqiq bilirlər. Buna görə də o, Zümradın acığına, onun yerinə Zümradın tutulması üçün polis işçilərinə yalandan “tanışı Zümraddan pul istədiyini, Zümrad isə ona pulu olmadığını, amma Biləsuvara gedib oradan onun verdiyi vatsap nömrəsinə zəng edib həmin nömrənin sahibi Bəhmən adlı şəxslə görüşməyi və bu adamın ona bir ədəd torba və 400 manat pul verəcəyini, torbanı Bakıya gətirdikdən sonra torbanı götürəcək adamlar onu qarşılayıb ondan götürəcəklərini və həmin pulun da onun olacağını” dediyini bildirmişdir. Həmçinin o, Zümradın ona dediyi yerə çatıb həmin adama zəng etməsini, iranlı ona aparacağı şeyin bir ədəd torbada marixuana olmasını və həmin torbanı Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan qaçqınlar üçün inşa edilmiş qəsəbələr ərazisində qeyd olunan yerdə işıq dirəyinin yanında basdırdığını bildirməsini demişdir. O, pul əldə etmək üçün iranlı ilə razılaşıb həmin işıq dirəyinin ətrafını axtardığını, amma heç nə tapa bilmədiyini demişdir. O, bunları polislərə deyəndən sonra polis əməkdaşları onu yenidən həmin yerə gətirmiş və işıq dirəyinin ətrafını daha geniş ölçüdə qazıb oradan bir ədəd sellofan torba aşkar olunmuş, həmin torbada Bəhmənin onun üçün gizlətdiyi marixuana olmuşdur. O, Biləsuvara gedib Bəhmənin gizlətdiyi yerdən həmin bir ədəd torbadakı marixuananı götürmək istəmiş, lakin torbanı tapa bilməmiş, polis əməkdaşları onu saxlayanadan sonra polis əməkdaşlarının iştirakı ilə içərisində marixuana olan bir ədəd torba həmin ərazidə tapılıb götürülmüşdür. O, həmin marixuananı özü istifadə etmək məqsədi ilə götürüb Bakıya gətirmək istəmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, əvvəllər Zümradı “Seymur” adı ilə tanımış, sonradan onun adının Zümrad olduğunu bilmişdir. O, Zümradla üzləşərkən sonuncunun üzünə qarşı yalandan guya onu Biləsuvara marixuana götürmək üçün Zümradın göndərdiyini dediyinə görə Zümrad da qərəzli olaraq ona qarşı ifadə vermişdir. Ancaq o, heç kimlə 5 kiloqram marixuananı götürüb Bakıya gətirməklə 2500 manat əldə edəcəyi barədə razılaşmamış və tanışı Zümrad da ona belə bir təklif etməmişdir. Bildiyinə görə “Səyyad” və “Bəhmən” iranlı olmaqla qardaşdırlar. Əvvəllər Zümrad və o, iranlı Səyyaddan özləri istifadə etmək üçün marixuana almışlar. Ancaq onlar heç kimdən heroin və ya metamfetamin alıb-satmamışlar. Taksi sürüsü Şahid5 əvvəldən tanımış və yaxın münasibətləri olmuş, tez-tez ona taksi sifarişi etmiş və bu məqsədlə aralarında telefon danışıqları olmuşdur. Biləsuvara aparmağı da o, taksi olaraq sifariş etmiş, amma Şahid5 onun Biləsuvara nə üçün getdiyini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı protokollar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 02 dekabr 2022-ci il tarixli ifadələrini təsdiq etməyib, 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, ilkin ifadəsində “01 dekabr 2022-ci il tarixdə “Bəhmən” adlı iranlı ilə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni gizlədildiyi yerdən götürüb həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağı və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyi” ilə bağlı göstərilənləri təsdiq etmir. Onun istifadəsində 051/900-74-61 və 077/374-02-26 saylı mobil telefon nömrələri olmuş və o, həmin telefon nömrələri ilə tanışları ilə, o cümlədən iranlı “Bəhmən” adlı şəxslə danışmış, həm də SMS yazışmaları olmuşdur. Onun iranlı “Bəhmən” adlı şəxslə yalnız istifadəsi üçün narkotik maddə əldə etmək məqsədi ilə telefon danışıqları olmuşdur. O, əvvəllər “Bəhmən”dən istifadəsi üçün narkotik vasitə almış, sonuncu dəfə, yəni 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”dən öz istifadəsi üçün marixuana istəmiş və Biləsuvara da həmin marixuananı götürmək üçün getmiş, marixuananı gizlədildiyi yerdə tapa bilməmiş, sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Götürəcəyi marixuananı satacağı ilə bağlı onun nə “Bəhmən” adlı şəxslə, nə də tanışı Zümradla hər hansı bir razılaşması olmamış, ümumiyyətlə həmin narkotik maddə (105,0 qram marixuana) özünə aid olmaqla “Bəhmən”dən pulla öz istifadəsi üçün almışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün 10 qram marixuana sifariş verdiyinə və saxlandığı yerdə aşkar olunmuş marixuananı götürmək üçün getdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl RPŞ-nin əməkdaşıdır. 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 13 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə əyləşdiyi maşın (Şahid5 idarə etdiyi “Mercedes” markalı, **-ZV-*** dövlət nömrə nişanlı avtomobil) Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 qəsəbə ərazisindəki “Oba” marketin yanından əməliyyat müşahidəsinə götürülmüşdür. Sonra həmin maşın hərəkət edərək 3 və 4 saylı qəsəbə arasında olan dairəvi yolayrıcı, yəni “Şirvan post” adlanan ərazidən sola, yəni İmişli rayonun Qızılkənd kəndi istiqamətində hərəkət etməyə başlamış və dairəvi yol ayrıcını keçəndən sonra su kanalının üzərində olan körpünün yanında avtomobil dayanmışdır. Qabaq oturacaqda əyləşən Təqsirləndirilən şəxs maşından düşüb mobil telefonuna baxaraq yolun sol tərəfinə keçmiş, sonra telefona baxa-baxa “Şirvan post” adlanan dairəvi yol ayrıcının yanında olan tikinti materialları satılan mağazaya daxil olmuşdur. Mağazadan çıxarkən Təqsirləndirilən şəxs əlində tikintidə istifadə olunan bir ədəd mala olmuş və o, (Təqsirləndirilən şəxs) telefona baxa-baxa avtomobilin dayandığı yerə gəlib yolun sol tərəfinə keçib əkin sahəsi ilə hərəkət edib işıq dirəyinin yanına çatıb dayanmışdır. Təqsirləndirilən şəxs işıq dirəyinin yanında telefonunu cibinə qoyub mala ilə yeri qazmağa başlamış, təxminən 5-6 dəqiqə yeri qazmış, sonra geri, avtomobilə tərəf gəlib telefonla kiməsə zəng edib danışmağa başlamışdır. Təqsirləndirilən şəxs avtomobilə tərəf qayıdarkən onlar Rəfailin həmin yerdən narkotik vasitəni götürdüyünü düşünmüş və Rəfail telefonla danışa-danışa avtomobilə tərəf gedərkən əməliyyat qrupu Rəfaili və avtomobilin sürücüsü Zeynal adlı şəxsi saxlamışlar. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilib avtomobillə birlikdə Cəbrayıl RPŞ-nə gətirilmişlər. Polis şöbəsində təhqiqatçı Rauf Şahverənov tərəfindən vəkilin və digər polis əməkdaşların iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs və sürücü Zeynal adlı şəxsin (Şahid5) üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onların üzərindən narkotik maddə, başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən sürücü Zeynal adlı şəxsin (Şahid5) “Mercedes” markalı avtomobilə də baxış keçirilmiş və avtomobildə qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iranlı “Bəhmən” adlı şəxsin orada narkotik maddə gizlətdiyini və o da həmin yerdən narkotik maddə götürmək üçün gəldiyini, sürücünün bundan məlumatı olmadığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs iranlı “Bəhmən” adlı şəxsin narkotik maddənin gizlətdiyi yerlə bağlı telefonuna konum (məkan) göndərdiyini, həmin konuma uyğun olaraq saxlandığı yerə gəldiyini, həm də narkotikin gizlədildiyi yerin konumun (məkanın) şəklinin mobil telefonda olduğunu demişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi “Huawei” markalı mobil telefona baxış keçirilmiş və telefonda ərazi ilə bağlı məlumatlar və şəkil aşkar edilmişdir. Orada Təqsirləndirilən şəxs həmin yerə gedib iranlı Bəhmən”in ona göndərdiyi narkotik maddənin gizlətdiyi yeri göstərə bilcəyini demişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi “Huawei” markalı mobil telefon götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin, Təqsirləndirilən şəxs və digər polis əməkdaşların iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunan yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs saxlandığı ərazidə olan işıq dirəyinin yanında narkotik maddənin gizlədildiyini, əvvəl axtarsa da, narkotiki tapa bilmədiyini bildirmişdir. Sonra həmin ərazi polis əməkdaşları tərəfindən torpaq qazılmaqla axtarılmağa başlanmış və işıq dirəyinin ətrafı qazılan zaman işıq dirəyindən təxminən 3-4 metr kənarda torpaq altında bir ədəd qara rəngli sellofan torba və həmin torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkarlanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə etmək istədiyini bildirmişdir. Aşkar olunmuş kütlə tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid3 şahid Elşad Məmmədyarovun ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Cəbrayıl RPŞ-nin əməkdaşının 01 dekabr 2022-ci il tarixli “Raport”ları və “Əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə” protokolu ilə müəyyən olunur ki, Kürdəmir rayon sakini “Rəfail” adlı şəxsin Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat yolu ilə “Rəfail” adlı şəxsin Kürdəmir rayonun Çərtəyəz kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və 01 dekabr 2022-ci il tarixdə, saat 13:20 və saat 13:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrin arasında olan “OBA” marketin yanında hərəkət edərkən müşahidəyə götürülmüş, daha sonra o, “Şirvan post” adlanan dairənin yanında saxlanılıb Cəbrayıl RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 01 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəbrayıl RPŞ-nin təhqiqatçısı Rauf Şahverənov tərəfindən müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs mobil telefonuna göndərilmiş konum vasitəsilə 3 saylı qəsəbədən İmişli rayonun Qızılkənd kəndi və 11 saylı qəsəbə istiqamətində gedən yolun kəsişmə yaxınlığında yolun sol tərəfində yerləşən əkin sahəsindəki olan işıq dirəyinin yaxınlığında olduğunu (narkotik maddənin götürürməsi üçün), sonradan telefonunda olan konumu sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon aparatı qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəbrayıl RPŞ-nin təhqiqatçısı Rauf Şahverənov tərəfindən müdafiəçi İlqar Tapdıqovun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda olan məkana dair şəkilə üyğun olaraq təqdim etdiyi yerdən, yəni Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası asfalt yolun 3 və 4 saylı qəsəbə aralığında “Şirvan post” adlanan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr sonra su kanalı üzərində olan körpünün yanından sol tərəfdəki əkin sahəsində asfalt yolla təxminən 75-80 metr uzaqlıqda yerləşən işıq dirəyinin yanında, torpağa basdırılmış bir ədəd qara rəngli sellofan torbada marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin marixuana olduğunu və həmin marixuananı ora kimin qoyduğunu bilmədiyini bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində “... imza Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-105,0 qram olan kütlə çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 104,90 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 19 may 2023-cü il tarixli rəyinin surəti ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X3 (yaşadığı evdə) aşkar edilərək götürülmüş marixuana öz aralarında fərqlənirlər. Ekspertiza tədqiqatından sonra, Təqsirləndirilən şəxs götürülmüş qurudulmuş marixuananın qalıq hissəsi 104,80 qramdır. İşdə olan, “Maddi sübut kimi tanınması və həlli barədə” 16 dekabr 2022-ci il tarixli və “Sübutların qiymətələndirilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 104,80 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus, üzərində 051/900-74-61 və 077/374-02-26 saylı mobil telefon nömrələri olan bir ədəd “HUAWEİ” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Cəbrayıl RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “HUAWEİ” markalı mobil telefonun qalereyasına baxış zamanı fotolar bölməsində narkotik vasitələrin ölçülərini dəqiqləşdirmək məqsədi ilə elektron tərəzi və narkotik vasitələrin şəffaf rəngli paketlərə yığılmasına dair fotolar, eyni zamanda “Google maps” proqramı vasitəsilə 01 dekabr 2022-ci il tarixdə, saat 09:14-də üzərində oxlarla istiqamətlər göstərilən əkin sahəsinə aid şəkil (Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandığı, yəni Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3-4 saylı qəsəbələr arasında olan dairəvi yolayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfində olan işıq dirəyinin ətrafına aid olduğunarkotik maddənin gizlədildiyi yerin şəkili) aşkar olunmuşdur. Habelə mobil telefonun zənglər bölməsində İran mobil operatoruna aid “Seyat Zombili” adı ilə (təqsirləndirilən şəxsin “Bəhmən” kimi qəbul etdiyi) qeydiyyata alınmış +98 935 *** **** saylı telefon nömrəsi ilə, habelə İran mobil operatoruna aid +98 902 *** **** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi +99451/900-74-61 saylı mobil nömrəsi arasında vatsapla zənglər və mesajlar aşkar edilmişdir. İşdə olan, “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99451/900-74-61 saylı mobil telefon nömrə ilə İran mobil operatoruna aid “Seyat Zombili” adı ilə (təqsirləndirilən şəxsin “Bəhmən” kimi qəbul etdiyi) qeydiyyata alınmış şəxsin +98 935 *** **** saylı telefon nömrəsi arasında SMS yazışmaları, o cümlədən 12 noyabr 2022-ci il tarixdə, saat 02:39:56-da +**********78 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99451/900-74-61 saylı mobil telefon nömrəsinə “Rafail balam jani anam sharafi sabah sani tuturajam shaklin vardi shaxsyatinda manda kor sabah sanin bashiva na oyun katiram”, 12 noyabr 2022-ci il tarixdə, saat 02:41:15-də “Verdim polisa sanin konomo shakili vydyuda varin balam jani sabah san ketmalisan ono bil san mani syka bilmasan”, 12 noyabr 2022-ci il tarixdə, saat 02:56:19-da “Sanda kedarsan jeyhonon yani. talehin yanina” və 12 noyabr 2022-ci il tarixdə, saat 12:56:01-də “Rafail sahat 3.4 ata aparajaglar atani totolar mana zank elib yalvarma” sözləri yazılan mesaj mətnləri qeydiyyata alınmışdır. İşdə olan, “Toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 25 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə X5 barəsində CM-nin 29,234.4.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və 16 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisindəki yaşadığı evdə 13,27 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə X5 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin alınma mənbəyi ilə bağlı CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin şahidlər Elşad Məmmədyarov, Şahid4 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələri və məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Elşad Məmmədyarov, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 02 dekabr 2022-ci il tarixli ifadələri (aşkar olunmuş narkotik vasitəni qazanc əldə etməsi məqsədi ilə əldə etməyə cəhd etməsinə dair və ittihamın verilməsinə əsas olmuş) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələri, eləcə də məhkəmədə verdiyi ifadəsi ilə (həmin ifadələrində o, 01 dekabr 2022-ci il tarixdə “Bəhmən” adlı iranlı ilə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni (105,0 qram qurudulmuş marixuananı) gizlətdiyi yerdən götürüb həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağını və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyini tam təkzib edərək 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”dən öz istifadəsi üçün marixuana istəməsini və sonuncunun köndərdiyi bank kartına pul köçürdükdən sonra həmin marixuananı götürmək üçün Biləsuvara getməsini göstərmişdir) təkzib olunduğundan, həm də Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) nəzərə alınaraq sübut kimi qəbul etmir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməyə cəhd etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs aid olmaqla götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı 105,0 qram olmaqla şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 29,234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, sosial şəbəkdə tanış olduğu “Bəhmən” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 105,0 qram qurudulmuş marixuananın Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 01 dekabr 2022-ci il tarixdə həmin əraziyə gedib işıq dirəyinin yaxınlığında gizlədilmiş narkotik vasitəni əldə etmək istəyərkən, daxil olmuş məlumat əsasında 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanıldığından cinayət əməlinin bilavasitə törədilməsinə yönəldilmiş əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirilərkən 01 ədəd qara rəngli sellofan torbada 105,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin hallar istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıması və satma cinayəti törətməyə cəhd kimi qiymətləndirilərək ona CM-nin 29,234.4.1-ci maddəsi ilə ittiham verilmiş və bu ittihamın verilməsinə əsas sübutlar kimi Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixli ifadələri (həmin ifadəsində 01 dekabr 2022-ci il tarixdə “Bəhmən” adlı iranlı ilə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni (105,0 qram qurudulmuş marixuananı) gizlətdiyi yerdən götürüb həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağını və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyini bildirmişdir) və telefon danışıqlarına dair məlumatlar (həmin sübutların ittihama aid hissələri sonradan əldə olunmuş digər sübutlarla təkzib olunması nəzərə alınmadan) götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə cəhd etməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı (ibtidai istintaq zamanı verdiyi 02 dekabr 2022-ci il tarixli ifadələrini təsdiq etməyib, 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələrini təsdiq etməklə) verdiyi ifadələrində bildirmişdir ki, o, xeyli müddətdir ki, marixuanadan istifadə etməyə başlamış və əvvəllər sosial şəbəkədə tanış olduğu “Bəhmən” adlı şəxsin göndərdiyi bank kartına müxtəlif məbləğlərdə pul köçürməklə marixuana əldə edib istifadə etmişdir. Sonuncu dəfə “Bəhmən”lə telefonun vatsap proqramı ilə əlaqə saxlayıb ondan təxminən 10 qram marixuana istəmiş, sonra həmin şəxsin göndərdiyi bank kartına 10 qram marixuanaya görə 100 manat, həm də əvvəllər aldığı narkotiklə bağlı borclu qaldığı 50 manat da olmaqla cəmi 150 manat pul köçürmüş, bundan sonra “Bəhmən”lə danışmış və o, (“Bəhmən”) narkotik maddənin Biləsuvar rayonun ərazisində gizlədildiyini, gedib oradan götürməsini ona demişdir. Bundan sonra o, 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”in onun telefonuna gönərdiyi konuma uyğun olaraq narkotik maddənin qoyulduğu yerə (Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığına) getmiş, orada işıq dirəyinin ətrafına mala ilə qazıb axtarsa da, narkotiki tapa bilməmiş, sonra mobil telefonundan “Bəhmən”lə olan yazışmasını (sonuncu yazışmasını) silib oradan uzaqlaşarkən polis əməkdaşları onu tutub saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra mobil telefonunda olan məlumatlara baxarkən onun “Bəhmən”lə əlaqəsi məlum olmuş və o, etiraf edərək həmin yerə narkotik maddə götürmək üçün gəldiyini demişdir. Bundan sonra o, polis əməkdaşlarına narkotik maddənin qoyulduğu yeri göstərmiş və polis əməkdaşları tərəfindən həmin yerdə işıq dirəyinin ətrafında axtarış aparılmış və torpağa basdırılmış narkotik maddə aşkar olunub götürülmüşdür. Aşkar olunmuş marixuananın çəkisi təxminən 100 qram olmuşdur. Narkotiklə bağlı izahat verərkən o, həmin yerə narkotik maddə götürmək üçün gəldiyini bildirmiş, həm də onun narkotik maddə götürmək üçün Biləsuvara gəlməsini tanışı “Samir” adlı şəxs, yəni Zümrad Orucov bildiyi üçün güman etmişdir ki, onu polisə Samir satmışdır. Ona görə də o, ilkin izahat və ifadəsində Samirin dediyi şəxsin-“Bəhmən”in ona 400 manat pul veriləcəyi müqabilində onu narkotik maddəni götürmək üçün Samirin göndərdiyini bildirmiş, hətta üzləşmə zamanı da belə ifadə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onu polisə Samir (Zümrad Orucov) satmamış, başqa şəxs, ola bilsin ki, elə iranlı “Bəhmən” bu işi qurub onu tutdurmuşdur. O, əvvəllər aldığı narkotiklə bağlı “Bəhmən”ə 50 manat pul borcu olmuş, bu səbəbdən də o, pulunu ondan tələb etmişdir. Daha sonra o, ifadə verərək əvvəl verdiyi ifadəsində göstərilənlərin yalan olduğunu, öz istifadəsi üçün marixuana almaq üçün “Bəhmən” adlı şəxslə əlaqə saxlayıb onun göndərdiyi bank kartına 10 qram marixuanaya görə 100 manat, həm də əvvəllər aldığı narkotiklə bağlı borclu qaldığı 50 manat da olmaqla cəmi 150 manat pul köçürmüş, bundan sonra “Bəhmən” narkotikin gizlədildiyi yerlə bağlı telefonuna göndərdiyi konuma əsasən tutulduğu əraziyə getdiyini və orada narkotik maddəni tapa bilmədiyini, sonra polis əməkdaşlarının həmin yerdə 100 qram marixuananı aşkar edib götürdüklərini bildirmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixli ifadələri (01 dekabr 2022-ci il tarixdə “Bəhmən” adlı iranlı ilə aralarında olan razılaşmaya əsasən narkotik vasitəni (105,0 qram qurudlmuş marxuananı) gizlətdiyi yerdən götürüb həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağını və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyini bildirməsi) sübut kimi qəbul edilsə də, sonradan bu halların təqsirləndirilən şəxsin 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələri ilə tam təkzib olunması (həmin ifadələrində o, 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”lə aralarında narkotik vasitəni (105,0 qram qurudlmuş marxuananı) gizlətdiyi yerdən götürüb həmin narkotik vasitəni “Bəhmən”in sonradan deyəcəyi şəxslərə çatması üçün Bakı şəhərinə aparacağı və buna görə “Bəhmən”in ona 400 manat pul verəcəyi ilə bağlı heç bir razılaşmasının olmamasını, 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”dən öz istifadəsi üçün marixuana istəməsini və sonuncunun göndərdiyi bank kartına pul köçürdükdən sonra Biləsuvara həmin marixuananı götürmək üçün getməsini bildirmişdir) nəzərə alınmamış, həmçinin məhkəmə istintaqı zamını da təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə “Bəhmən”dən öz istifadəsi üçün marixuana istəməsini və sonuncunun köndərdiyi bank kartına 150 manat pul köçürdükdən sonra Biləsuvara da həmin marixuananı (105,0 qram qurudlmuş marxuananı) götürmək üçün getməsini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsini, eləcə də ibtidai istintaq zamanı verdiyi 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələri sübut kimi qəbul edilməsini, eyni zamanda onun ibtidai istintaq zamanı verdiyi 02 dekabr 2022-ci il tarixli ifadələrində göstərilən halların (aşkar olunmuş narkotik vasitəni qazanc əldə etməsi məqsədi ilə əldə etməyə cəhd etməsinə dair) sonradan 19 may, 23 iyun və 28 iyul 2023-cü il tarixli ifadələri ilə bu halları (aşkar olunmuş narkotik vasitəni əvvəlcədən iranlı “Bəhmən” adlı şəxsə göndərdiyi pulun muqabilində şəxsi istifadəsi üçün əldə etməyə cəhd etməsi) tam təkzib etməsi və Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəalarına əsasən sübut kimi qəbul edilməməsini nəzərə alır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları vardır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) də göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması barədə məlumat daxil olsa da, onun qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə narkotik maddələri əldə etməsi barədə, habelə kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə etmək istədiyini bildirmişdir. Məhkəmə qeyd olunan şahidlərin ifadələri ilə təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıması və satma cinayəti törətməyə cəhd etməsinin təsdiq olunmamasını, əksinə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə cinayəti törətməyə cəhd etməsinin təsdiq olunmasını nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla digər şəxslərlə, o cümlədən “Bəhmən” adlı şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı çoxsaylı danışıqlar aparmaqla, SMS və vatsapla yazılı mesajla əlaqələrin olması faktları təqsirləndirilən şəxsin 01 dekabr 2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 105,0 qram qurudulmuş marixuananı əldə etməyə cəhd etməsinə mötəbər sübut kimi qəbul edilməsi üçün kifayət qədər əsaslar yoxdur, həmin sübutlar yalnız təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə cinayəti törətməyə cəhd etməsi ilə bağlı sübut kimi qəbul edilə bilər. Məhkəmə göstərilən sübutlara (huquqi qiymət verilmiş sübutlara) əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən 105,0 qram qurudulmuş marixuananın əldə olunub, saxlanılıb, daşınanaraq satılmasına razılaşması, eləcə də onun narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 1999-cu il tarixli Qərarında izah verilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Habelə həmin Qərarda göstərilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilərkən cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Hazırki iş üzrə cinayət qanunvericiliyinin qeyd olunan norması baxımından Təqsirləndirilən şəxs CM-nin 29,234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun digər şəxslərlə, o cümlədən “Bəhmən” adlı şəxslə qeyd olunan cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etmələri və yaxud cinayətin törədilməsi üçün müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı (yəni iştirakçılardan birinin bilavasitə cinayət törətməsi, digərlərinin isə cinayətin icrası ilə bağlı razılaşmalarına uyğun olaraq müxtəlif vəzifələrin yerinə yetirilmələri) cinayətin icraçısının fəaliyyət ilə yaxından, yaxud da uzaqdan əlaqəda, rabitədə olmaları, yəni iştirakçıların birgə fəaliyyətinin yaranması istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlara, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıması və satma cinayəti törətməyə cəhd kimi qiymətləndirilərək ona CM-nin 29,234.4.1-ci maddəsi ilə ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxslə narkotik vasitəni (105,0 qram qurudulmuş marixuananı) əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud onun digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 105,0 qram qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıması və satma cinayəti törətməyə cəhd cinayətini, yəni CM-nin 29,234.4.1-ci maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onların bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CMnin 29,234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər qabaqcalan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-nin 234.4.1-ci maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, həmin təqsirkar şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma İlə bağlı hərəkətləri, yəni həmin narkotik vasitəni (105,0 qram qurudulmuş marixuananı) əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29,234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi təqsirləndirilən şəxsin narkotik maddənin (105,0 qram qurudulmuş marixuananın) qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə olunmasına cəhd etməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X6 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sosial şəbəkdə tanış olduğu “Bəhmən” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə həmin şəxsin verdiyi bank kartına 150 manat pul köçürdükdən və sonuncunun 105,0 qram qurudulmuş marixuananın Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonunun Qızılkənd kəndi istiqamətində gedən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilməsi barədə məlumat verilməsindən sonra onun 01 dekabr 2022-ci il tarixdə həmin yerə gedib işıq dirəyinin yaxınlığında gizlədilmiş qeyd olunan narkotik vasitəni əldə etmək istəməsi, daxil olmuş məlumat əsasında 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində Cəbrayıl RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması və cinayət əməlinin törədilməsinə yönələn hərəkətləri iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etməsi, daha sonra onun göstərdiyi yerə baxış keçirilən zamanı 105,0 qram qurudulmuş marixuananın aşkar edilib götürülməsi onun özünün və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar və iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 29,234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun əməli CM-nin 29,234.4.1-ci maddəsindən həmin Məcəllənin 29,234.1ci maddəsinə tövsif olunmalı və o, CM-nin 29,234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəbrayıl Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmış, habelə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 iyun 2023-cü il tarixədək uzadılmışdır. İşdə olan, “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatətin təmin edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin barsində başqa qətimkan tədbirinin seçilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Xəzər rayon prokuroru istintaq orqanının Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatəti təmin etməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək elə həmin tarixdə o, həbsdən azad edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Kürdəmir rayon Mollakənd kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonunun Çərtəyəz kəndində qeydiyyatda olmaqla başqa yerdə (Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Natiq Nağıyev küçəsi 13, ev 7-də) yaşayır və Çərtəyəz kəndində yaşadığı müddətdə o, mənfi (yaşadığı məhəllədə özünü nizam-intizamsız aparmış, kənd sakinləri tərəfindən ondan dəfələrlə şikayətlər daxil olmuşdur) xarakterizə olunur. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin tamah niyyəti ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi qəbul edilmişdir. Lakin məhkəmə heab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,234.1-ci maddəsi ilə tövsif olunduğundan onun bu cinayəti tamah niyyətilə törədilməsi kimi qəbul edilib cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla həmin Məcəllənin 29,234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Eyni zamanda CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 06 ay 01 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 il 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, təyin ediləcək həmin cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Cəbrayıl RPŞ-nin maddi sübutlar otağında saxlanılan 104,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 6 (altı) ay 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 104,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus, üzərində 051/900-74-61 və 077/374-02-26 saylı mobil telefon nömrələri olan 1 (bir ədəd) “HUAWEİ” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar