Məhkəmə qərarları › İş №1(099)-689/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-689/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-689/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Saatlı rayonu Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayələri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında İran İslam Respublikasında yaşayan şəxslə külli miqdarda psixotrop maddə metamfetaminin İran İslam Respublikasında əldə edilməsi, özünün ona ödəniləcək 1000 AZN pul müqabilində İran İslam Respublikası ərazisinə gedərək metamfetamini orada cinayətkar qrupun üzvündən qəbul edərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək Bakı şəhərinə aparmaq barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə 07 mart 2024-cü il tarixdə İran İslam Respublikası ərazisindən keçməklə Bakı Naxçıvan marşurutu üzrə hərəkət edən avtobosa minərək Naxçıvan şəhərinə yola düşmüş, 08 mart 2024-cü il tarixdə səhər saatlarında Naxçıvan şəhərinə çatmış, Naxçıvan şəhərində olduğu müddətdə cinayətkar qrupun üzvü ilə telefon vasitəsi ilə əlaqə saxlamaqla Naxçıvan-Bakı marşurutu üzrə hərəkət edən avtobusa minməsi, avtobus İran İslam Respublikası ərazisindən keçərkən «Yeddi Bulaq» adlanan ərazidə fasilə verərəkən orada görüşərək ayaqqabının içərisinə yerləşdirilmiş psixotrop maddə metamfetamini ondan qəbul etməsi barədə razılaşmış və həmin gün axşam saatlarında sərnişin qismində Naxçıvan-Bakı murşurutu üzrə hərəkət edən avtobusa minmiş, avtobus «Yeddi Balıq» adlanın ərazidə fasilə verən zaman orada cinayətkar qrupun üzvü ilə görüşməklə ondan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bir güt ayaqqabının sol tayının tərliyinin altında yerləşdirilmiş hər biri ayrı-ayrılıqda 98,760 qram və 99,780 qram olmaqla 2 ədəd sellofan paketdə 198,540 qram, sağ tayının tərliyinin altında yerləşdirilmiş hər biri ayrı-ayrılıqda 99,267 qram və 98,508 qram olmaqla 2 ədəd sellofan paketdə 197,775 qram, cəmi 4 ədəd sellofan paketdə 396,315 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin idman ayaqqabısını ayağına geyinərək 9 mart 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin gün saat 04 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və həmin gün aparılmış gömrük yoxlaması zamanı qeyd olunan psixotrop maddə metamfetamin ayağındakı ayaqqabıların tərliklərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünün qismən təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olsa da, Masazır qəsəbəsində yaşayır. Hadisədən dörd-beş ay əvvəl İran İslam Respublikası vətəndaşı İslam adlı şəxslə telefon vasitəsi ilə tanış olmuşdur. Həmin şəxs ona 07 mart 2024-cü il tarixdə zəng edərək İran İslam Respublikasına gələrək oradan Azərbaycan Respublikasının Bakı şəhərinə narkotik vasitə aparmasını təklif etmiş və bunun qarşılığında ona 1000 manat məbləğində pul verəcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. İslam adlı şəxs ona Bakı-Naxçıvan avtobusu ilə Naxçıvana gəlməsini, Sonra Naxçıvandan Bakı şəhərinə gedən avtobusa minməsini, avtobus İran ərazisində “Yeddi bulaq” adlanan ərazisində fasiləyə dayanan zaman orada görüşmələrini və ayaqqabının içərisində narkotiki ona verəcəyini bildirmişdir. Bu məqsədlə iranlı onun Leobanka aid olan plastik kartına yol pulu etməsi üçün 40 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusuna bilet almış, həmin gün axşam radələrində yola düşmüş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Naxçıvan şəhərinə çatmışdır. Naxçıvan şəhərində olduğu zaman iranlı İslam yenidən onun kartına 50 manat pul göndərmişdir. Naxçıvan-Bakı avtobusuna minmiş, avtobus axşam saatlarında yola düşmüşdür. İran ərazisində «Yeddi Bulaq» adlanın yerdə avtobus fasiləyə dayanan zaman İslam adlı şəxslə əlaqə saxlamış və orada görüşmüşlər. İslam öz ayağındakı ayaqqabıları çıxararaq psixotrop maddə metanfetaminin həmin ayaqqabıda olduğunu və həmin ayaqqabıları geyinməyini bildirmişdir. O, İslamdan ayaqqabılardakı narkotikin nə qədər olduğunu soruşmuş, İslam ayaqqabının hər tayında 2 ədəd paket olmaqla cəmi 4 paketdə 400 qram “mal” olduğunu demişdir. O, həmin ayaqqabıları ayağına geyinmiş və Bakı şəhərində kimə verəcəyi barədə soruşduqda İslam Bakı şəhərinə çatandan sonra gəlib ondan götürəcəklərini bildirmişdir. Sonra avtobusa minmiş və ayaqqabılar da ayağında olmaqla yola düşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 04-05 radələrində İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikasının Biləsuvar gömrük postuna daxil olmuşlar. Pasport nəzarətindən keçdikdən sonra gömrük nəzarəti zamanı gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparıb üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetlərin olub-olmamasını soruşmuşlar. O isə üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetlərin olmadığını bildirmişdir. Gömrük əməkdaşı ayağındakı ayaqqabılarını çıxararaq rentgen qurğusundan keçirməsini demişlər. Ayaqqabılarını çıxararaq rentgen qurğusuna yerləşdirmiş, ayaqqabıları rentgen qurğusundan keçdikdən sonra gömrük əməkdaşlarının diqqətini çəkmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edib ayağında olan ayaqqabılara baxış keçirilərkən sağ və sol tayının hər birində tərliyin altından 2 ədəd sellofanda qablaşdırılmış vəziyyətdə ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Onunla danışan İslama adlı şəxsin telefon nömrəsi +**********53 olmuşdur. Bakıda “mal”ı kimin qəbul edəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə iş üzrə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, iş materiallarnıda olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. 9 mart 2024-cü il tarixdə saat 04-05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına avtobusla gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirərkən sərnişin Təqsirləndirilən şəxs ilə şifahi qayda sorğu-sual aparıb ondan üzərində, yaxud əl yükündə gömrük nəzarətindən gizlədilmiş malların, eləcə də narkotik vasitə, yaxud psixotrop maddə olub-olmamasını soruşmuş, o isə üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı əşya olmadığını demişdir. Onun ayağına geyindiyi ayaqqabıları həcmcə böyük olmaqla diqqətini çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqqabıları rentgen qurğusuna qoyulmuş, qurğusunda xidmət aparan Şahid4 monitora baxıb ayaqqabının içərisində nəsə gizlədildiyini demişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ayağına geyindiyi ayaqqabıya və əl yükünə iki nəfər hal şahidlərinin iştirakları ilə gömrük yoxlaması keçirilərkən ayaqqabının hər iki tərliyinin altından 2 ədəd olmaqla cəmi 4 ədəd sellofanda qablaşdırılmış ağ rəngli, kiristallik şəkilli, metamfetaminəbənzər maddə aşkar etmişdir. Şihafi sorğu-sual zamanı Xəyyam ayaqqabının içərisindəki maddənin metamfetamin olduğunu və İranda olarkən “Yeddi Bulaq” adlanan ərzidə bir iranlının verdiyini və Bakıya çatdıqdan sonra kimin təhvil alacağını da həmin zaman deyəcəyini bildirmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən gömrük əməkdaşı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 09 mart 2024-cü il tarixdə saat 04-05 radələrində Biləsuvar gömrük İdarəsində Naxçıvan-Bakı avtobusu ilə sərnişin kimi gələn Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılara gömrük əməkdaşı Pərvin tərəfindən yoxlama keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Ayaqqabıların tərliklərini çıxarıldıqda hər iki tərliyinin altından 2 ədəd olmaqla cəmi 4 ədəd sellofanda qablaşdırılmış ağ rəngli, kiristallik şəkilli maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Protokola hal şahidi kimi imza etmişdir. Biləsuvar Gömrük İdarəsində tərtib edilmiş 9 mart 2024-cü il tarixli malların yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayağından çxıardığı bir cüt, üst hissəsində “Adidas” yazısı olan, “45” ölçülü, boz rəngli idman ayaqqabısının hər iki tərliyinin altından gömrük nəzarətindən gizlədilmiş hər biri 103 qram olmaqla psixotrop maddə metamfetaminəoxşar ümumilikdə 412 qram çəkidə 4 ədəd büküm (sağ tərəfdən 2, sol tərəfdən 2) aşkar edilmiş, həmin maddə, onun gizlədilməsində istifadə edilmiş ayaqqabı, 1 ədəd **********702378 nömrəli “Leobank” plastik kartı və “Redmi” markalı 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sərhədkeçmə barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:17-də Biləsuvar DSBM-dən keçməklə İran İslam Respublikasına, xx.xx.2024-cü il tarixdə saat 07:13-də Culfa DSBM-dən keçməklə Naxçıvan MR-na getmiş, xx.xx.2024-cü il tarixdə saat 19:55-də Culfa DSBM-dən keçməklə İran İslam Respublikasına getmiş, xx.xx.2024-cü il tarixdə saat 04:15-də Biləsuvar DSBM-dən keçməklə Azərbaycan Respublikasına gəlmiş və daxil olmuş məlumat əsasında yoxlama zamanı ayağına geydiyi ayaqqabısının içərisindən psixotrop maddəyə bənzər madddə aşkar edilmişdir. Materialların məhkəmə ekspertizasının 9 mart 2024-cü il tarixli, 3-16-16-6/1404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 98,760 qram, 99,780 qram, 99,267 qram və 98,508 qram, ümumi təmiz çəkisi 396,315 qram təşkil edən psixotrop maddələ metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli, 2360 nömrəli rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi 10 A” markalı mobil telefona baxış keçirilməsi haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, telefonun “Whatsapp Messenger” mesajlaşma proqramında “İsi” kimi qeyd edilmiş +98-914-952-1253 saylı, İran İslam Respublikasına məxsus operatora aid mobil nömrəsini istifadə edən şəxsə Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə “Ay İslam, mən bununla evə gedə bilmirəm. Evdə də adam var, evdəkilər, şey elə, mən bunu ya ünvan edim, ya da gəlsin mənimlə üzbəüz görüşsün verim. Çıxsın getsin o yana, vəssalam. Bu üstümdə qalıb, fırlanıram, mən axırda poxa düşəcəm. Ay İslam, mənim kartım var səndə, mənim pulumu da vur karta, ehtiyacdan gəlmişəm də ora. Mənə bir dənə hədən yoxdan yaz. Vurursan, vurmursan? Bir dənə konkret ya pulu vur karta, ya da kim götürəcəksə, denən gəlsin verim aparsın”, “İsi” kimi qeyd edilmiş şəxs isə Təqsirləndirilən şəxs “Ə e Xəyyam, pul verəcəm dənə, o nə sözdü, pulu, pulu, pul söhbəti mənlə gərək eləmiyəsən heç. Ə, get evə. Get evə. Uşaqların gözləyir. Get evə, ondan sonra deyəcəm. Gündüz ünvan olmaz ki, o boyda mala” məzmunlu sms göndərilmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan Leobanka məxsus 5411-2498-0270- 2378 nömrəli karta xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində, 8 mart 2024-cü il tarixdə 50 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Astara rayon Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2017-ci il tarixdə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini ələdə edərək saxlaması, daşıması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 09 mart 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəx Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kmi tanınmaqla Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 396,115 qram psixotrop maddə metamfetamin və Dövlət Gömrük Komitəsinin Azerterminalkompleks Birliyində saxlanılan bir cüt ayaqqabı məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “Redmi 10A” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Leobank”a aid plastik kart Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. Ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Aəzrbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kmi tanınmaqla Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 396,115 qram psixotrop maddə metamfetamin və Dövlət Gömrük Komitəsinin Azerterminalkompleks Birliyində saxlanılan bir cüt ayaqqabı məhv edilsin, cinayət işinə əlavə edilmiş bir ədəd “Redmi 10A” markalı mobil telefon və 1 ədəd “Leobank”a aid plastik kart Təqsirləndirilən şəxs ailəsinə verilsin. Ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar