Məhkəmə qərarları › İş №1(099)-69/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-69/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-69/2024 11.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı İixtiyar oğlu, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümyəndəsi Nümayəndə və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 iştirakları ilə xx.xx.1966-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Saatlı Rayon X15 Hüquqi Şəxsin maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 179.3.2 və 313-cü maddələri ilə, xx.xx.1961-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkum olunmamış, Saatlı Rayon X15 Hüquqi Şəxsin xəzinədarı vəzifəsində işləyən, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Mirqalib oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313cü maddələri ilə, xx.xx.1957-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Saatlı Rayon X15 Hüquqi Şəxsin baş həkimi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə, xx.xx.1957-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Saatlı Rayon X15 Hüquqi Şəxsin sabiq baş həkimi olmaqla hazırda həmin Xəstəxanada pediatr vəzifəsində işləyən, ünvan 4 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə, xx.xx.1957-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Saatlı Rayon X15 Hüquqi Şəxsin terapiya şöbəsinin müdiri vəzifəsində işləyən, Saatlı rayonu Xanlarkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 07 may 2001ci il tarixli, 75 nömrəli əmrlə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi vəzifəsində təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat 245 uçotunun təşkilini və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarəti həyata keçirmək, təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi üçün tətbiq edilən və nümunəvi forması olmayan haqq-hesablara dair iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqi üzrə işə, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasına, eləcə də inventarlaşdırmanın aparılması qaydasının təmin olunmasına, təsərrüfat əməliyyatlarının aparılmasına nəzarətə, mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət olunmasına rəhbərlik etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görmək, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfatmaliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri rəsmiləşdirmək, pul vəsaitləri və malmaterial qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak etmək, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək, ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq, mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin struktur bölməsi işçilərinə metodik köməklik etmək, mühasibatlığın işçilərinə rəhbərlik etmək, eləcə də digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi digər təqsirləndirilən şəxslər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, xəzinədarı Təqsirləndirilən şəxs2 və terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən dövlətə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını vahid tamah niyyətilə, mənimsəmə yolu ilə talamaq məqsədi ilə vəzifəli şəxs kimi 2007-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində Saatlı rayon Mərkəzi Xəstəxanasının H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları və digər rəsmi sənədlərin məzmununa Xəstəxananın işçiləri kimi rəsmiyyətə qeydə alınan və dövrlər üzrə qabaqcadan əlbir olduğu baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş göstəriş üzrə cinayətdən xəbərsiz digər şöbə və məntəqə müdirləri, həmçinin qabaqcadan əlbir olduqları terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 vasitəsi ilə həmin dövrlər üzrə hazırlanmış aylıq işə davamiyyət tabellərinə, əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablayıb və bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edilmiş həmin rəsmi sənədləri 2007-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5, 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək müddət ərzində isə cinayətdən xəbərsiz digər baş həkimlər və özü tərəfindən imzalandıqdan və həmin baş həkimlərə təhkim edilmiş həmin Xəstəxananın möhürü, həmçinin elektron və Asan imzaları ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında işə görtürülmüş şəxslər - Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına göndərərək icraya yönəldilməsinə nail olduqdan sonra dövlər üzrə qabaqcadan əlbir olduğu baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, habelə cinayətdən xəbərsiz digər baş həkimlər tərəfindən verilmiş etibarnamə əsasında qabaqcadan əlbir olduğu Xəstəxananın xəzinədarı Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq banklardan həmin işçilərin plastik kartları və təhlükəsizlik şifrələri götürülməklə, o cümlədən Xəstəxanada xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid1 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına hesablanmış 2007-ci il ərzində cəmi 722,4 manat, 2008-ci il ərzində cəmi 907,2 manat, 2009-cu il ərzində cəmi 1134 manat, habelə sonuncunun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il mart ayından olmaqla həmin il ərzində cəmi 494,66 manat, 2011-ci il ərzində cəmi 1259,73 manat, 2012-ci il ərzində cəmi 2130,98 manat, 2013-cü il ərzində cəmi 1413,04 manat, 2014-cü il ərzində cəmi 2505,89 manat, 2015-ci il ərzində cəmi 2578,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2904,38 manat, 2017-ci il ərzində cəmi 2966,88 manat, 2018-ci il ərzində cəmi 3268,1 manat, 2019-cu il ərzində cəmi 4866,2 manat və 2020-ci ilin sentyabr ayınadək müddətə cəmi 7631,87 manat olmaqla, ümumilikdə 34784,13 (otuz dörd min yeddi yüz səksən dörd manat on üç qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid3 2009-cu ilin may ayından başlayaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2009-cu ilin may ayından olmaqla həmin il ərzində cəmi 903,47 manat, 2010-cu il ərzində cəmi 921,72 manat, 2011-ci il ərzində cəmi 1423,63 manat, 2012-ci il ərzində cəmi 1412,64 manat, 2013-cü il ərzində cəmi 1527,12 manat, 2014-cü il ərzində cəmi 1847,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 2023,25 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 1244,21 manat, 2016-cı il ərzində cəmi 2340,86 manat, 2017-ci il ərzində cəmi 2577,5 manat, 2018-ci il ərzində cəmi 2792,48 manat, 2019-cu il ərzində cəmi 4128,5 manat, 2020-ci il ərzində cəmi 5186,92 manat və 2021-ci ilin yanvar ayında cəmi 3038 manat olmaqla, ümumilikdə 31367,37 (otuz bir min üç yüz altmış yeddi manat otuz yeddi qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid2 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il ərzində cəmi 599,84 manat, 2011-ci il ərzində cəmi 1818,2 manat, 2012-ci il ərzində cəmi 2024,4 manat, 2013-cü il ərzində cəmi 2127,84 manat, 2014-cü il ərzində cəmi 2495,32 manat, 2015-ci il ərzində cəmi 2439,36 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2642,34 manat, 2017-ci il ərzində cəmi 2706,24 manat, 2018-ci il ərzində cəmi 3618,3 manat olmaqla, 2019-cu il ərzində cəmi 5270,02 manat və 2020-ci il ərzində cəmi 10980,98 manat olmaqla, ümumilikdə 36722,84 (otuz altı min yeddi yüz iyirmi iki manat səksən dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid4 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu ilin oktyabr ayından olmaqla həmin il ərzində cəmi 472,22 manat, 2011-ci il ərzində cəmi 1480,2 manat, 2012ci il ərzində cəmi 1294,62 manat, 2013-cü il ərzində cəmi 633,78 manat, 2014-cü il ərzində cəmi 1349,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 1566,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 313,36 manat, 2016-cı il ərzində cəmi 2099,54 manat, 2017-ci il ərzində cəmi 2362,8 manat, 2018-ci il ərzində cəmi 2965,6 manat, 2019-cu il ərzində cəmi 4353,96 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 4623,59 manat olmaqla, ümumilikdə 23515,54 (iyirmi üç min beş yüz on beş manat əlli dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid5 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci il ərzində cəmi 1396,98 manat, 2013-cü il ərzində cəmi 1493,32 manat, 2014-cü il ərzində cəmi 1576,51 manat, 2015-ci il ərzində cəmi 1919,48 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2400,25 manat, 2017-ci il ərzində cəmi 2457,6 manat, 2018-ci il ərzində cəmi 2727,67 manat, 2019-cu il ərzində cəmi 4096,1 manat və 2020-ci ilin oktyabr ayınadək müddətə cəmi 5583,33 manat olmaqla, ümumilikdə 23651,24 (iyirmi üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid6 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci ilin dekabr ayında cəmi 94,46 manat, 2013-cü il ərzində cəmi 1190,4 manat, 2014-cü il ərzində cəmi 1272,24 manat, 2015-ci il ərzində cəmi 1285,92 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1643,78 manat, 2019-cu il ərzində cəmi 2351,42 manat və 2020-ci il ərzində cəmi 4000,95 manat olmaqla, ümumilikdə 14670,45 (on dörd min altı yüz yetmiş manat qırx beş qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid7 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci il ərzində cəmi 1023,38 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2446,42 manat, 2020-ci il ərzində cəmi 3158,05 manat, 2021-ci il ərzində cəmi 3088,2 manat, 2022-ci ilin iyun ayınadək cəmi 2065,99 manat olmaqla, ümumilikdə 16307,1 (on altı min üç yüz yeddi manat on qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid8 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 1548,1 manat, 2018-ci il ərzində cəmi 2534,94 manat, 2019-cu il ərzində cəmi 3722,22 manat, 2020-ci ilin oktyabr ayınadək cəmi 4072,12 manat olmaqla, ümumilikdə 11877,38 (on bir min səkkiz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 355,32 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2546,42 manat və 2020-ci il ərzində cəmi 3636,18 manat olmaqla, ümumilikdə 8231,7 (səkkiz min iki yüz otuz bir manat yetmiş qəpik) manat olmaqla, eyni niyyətlə, Xəstəxanada xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid10n işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin oktyabr ayından etibarən həmin il ərzində cəmi 551,27 manat, 2019-cu il ərzində cəmi 2911,8 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 1725,56 manat olmaqla, ümumilikdə 5188,63 (beş min yüz səksən səkkiz manat altmış üç qəpik) manat olmaqla, cəmi 10 nəfər adları qeyd edilən heç bir əmək funksiyasını yerinə yetirməmiş Xəstəxananın əməkdaşının adlarına əməkhaqqı, müavinət, mükafat və sair qaydada hesablanmaqla köçürülən cəmi 206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitindən əvvəlcədən razılaşmalarına əsasən aralarında olan cinayətkar niyyətə uyğun olaraq Şahid1 adına 2007-ci ilin yanvar ayından 2010-cu ilin mart ayınadək müddətə hesablanan ümumilikdə 2763,6 (iki min yeddi yüz altmış üç manat altmış qəpik) manat pul vəsaitini həmin işçinin adından əməkhaqqı cədvəllərinə imza etməklə nağd şəkildə, qalan ümumilikdə 203552,78 (iki yüz üç min beş yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat hissəsini isə "xxxx" və "xxxx" ASC-lərə məxsus Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb özü və sonuncular vasitəsi ilə Xəstəxananın Saatlı rayonu H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında 2007-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4 və 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5, habelə 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək müddət ərzində birbaşa özünə təqdim edilməsindən sonra əldə etdikləri pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 Mirqalib oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 10 fevral 1989-cu il tarixli, 35 nömrəli əmrlə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xəzinədarı vəzifəsində təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi qaydalarına mütləq riayət edilməklə, qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirmək, işçilərə əmək haqqı, mükafatlar, ezamiyyət ödənişləri və digər xərclərin verilməsi üçün bank müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər üzrə pul vəsaitlərini və qiymətli kağızları almaq, mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparmaq, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurmaq, yeniləri ilə əvəz edilməsi məqsədi ilə bank müəssisəsinə verilmək üçün köhnə kupyuraların, eləcə də müvafiq sənədlərin siyahısını tərtib etmək, müəyyən edilmiş qaydalara uyğun olaraq pul vəsaitlərini inkassatora təhvil vermək və xəzinə hesabatlarını tərtib etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi digər təqsirləndirilən şəxslər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, baş mühasibi Təqsirləndirilən şəxs1 və terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən dövlətə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını vahid tamah niyyətilə, mənimsəmə yolu ilə talamaq məqsədi ilə vəzifəli şəxs kimi 2007-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində Saatlı rayon Mərkəzi Xəstəxanasının H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı Rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları və digər rəsmi sənədlərin məzmununa Xəstəxananın işçiləri kimi rəsmiyyətə qeydə alınan və dövrlər üzrə qabaqcadan əlbir olduğu baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş göstəriş üzrə cinayətdən xəbərsiz digər şöbə və məntəqə müdirləri, həmçinin qabaqcadan əlbir olduğu terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 vasitəsi ilə həmin dövrlər üzrə hazırlanmış aylıq işə davamiyyət tabellərinə, əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablanıb və bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş həmin rəsmi sənədləri 2007-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş mühasib Təqsirləndirilən şəxs1, habelə 2007-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5, 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək müddət ərzində isə cinayətdən xəbərsiz digər baş həkimlər tərəfindən imzalandıqdan və həmin baş həkimlərə təhkim edilmiş həmin Xəstəxananın möhürü, həmçinin elektron və Asan imzaları ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında işə görtürülmüş şəxslər - Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına göndərilərək icraya yönəldildikdən sonra dövlər üzrə qabaqcadan əlbir olduğu baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, habelə cinayətdən xəbərsiz digər baş həkimlər tərəfindən adına verilmiş etibarnamə əsasında özü tərəfindən müvafiq banklardan həmin işçilərin plastik kartları və təhlükəsizlik şifrələri götürülməklə, o cümlədən Xəstəxanada xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid1 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına hesablanmış 2007-ci il ərzində cəmi 722,4 manat, 2008-ci il ərzində cəmi 907,2 manat, 2009-cu il ərzində cəmi 1134 manat, habelə sonuncunun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il mart ayından olmaqla həmin il ərzində cəmi 494,66 manat, 2011-ci il ərzində cəmi 1259,73 manat, 2012-ci il ərzində cəmi 2130,98 manat, 2013-cü il ərzində cəmi 1413,04 manat, 2014-cü il ərzində cəmi 2505,89 manat, 2015-ci il ərzində cəmi 2578,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2904,38 manat, 2017-ci il ərzində cəmi 2966,88 manat, 2018-ci il ərzində cəmi 3268,1 manat, 2019-cu il ərzində cəmi 4866,2 manat və 2020-ci ilin sentyabr ayınadək müddətə cəmi 7631,87 manat olmaqla, ümumilikdə 34784,13 (otuz dörd min yeddi yüz səksən dörd manat on üç qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid3 2009-cu ilin may ayından başlayaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2009-cu ilin may ayından olmaqla həmin il ərzində cəmi 903,47 manat, 2010-cu il ərzində cəmi 921,72 manat, 2011-ci il ərzində cəmi 1423,63 manat, 2012-ci il ərzində cəmi 1412,64 manat, 2013-cü il ərzində cəmi 1527,12 manat, 2014-cü il ərzində cəmi 1847,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 2023,25 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 1244,21 manat, 2016-cı il ərzində cəmi 2340,86 manat, 2017-ci il ərzində cəmi 2577,5 manat, 2018-ci il ərzində cəmi 2792,48 manat, 2019-cu il ərzində cəmi 4128,5 manat, 2020-ci il ərzində cəmi 5186,92 manat və 2021-ci ilin yanvar ayında cəmi 3038 manat olmaqla, ümumilikdə 31367,37 (otuz bir min üç yüz altmış yeddi manat otuz yeddi qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid2 qızının işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il ərzində cəmi 599,84 manat, 2011-ci il ərzində cəmi 1818,2 manat, 2012-ci il ərzində cəmi 2024,4 manat, 2013-cü il ərzində cəmi 2127,84 manat, 2014-cü il ərzində cəmi 2495,32 manat, 2015-ci il ərzində cəmi 2439,36 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2642,34 manat, 2017-ci il ərzində cəmi 2706,24 manat, 2018-ci il ərzində cəmi 3618,3 manat olmaqla, 2019-cu il ərzində cəmi 5270,02 manat və 2020-ci il ərzində cəmi 10980,98 manat olmaqla, ümumilikdə 36722,84 (otuz altı min yeddi yüz iyirmi iki manat səksən dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid4 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu ilin oktyabr ayından olmaqla həmin il ərzində cəmi 472,22 manat, 2011-ci il ərzində cəmi 1480,2 manat, 2012-ci il ərzində cəmi 1294,62 manat, 2013-cü il ərzində cəmi 633,78 manat, 2014-cü il ərzində cəmi 1349,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 1566,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 313,36 manat, 2016-cı il ərzində cəmi 2099,54 manat, 2017-ci il ərzində cəmi 2362,8 manat, 2018-ci il ərzində cəmi 2965,6 manat, 2019cu il ərzində cəmi 4353,96 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 4623,59 manat olmaqla, ümumilikdə 23515,54 (iyirmi üç min beş yüz on beş manat əlli dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid5 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci il ərzində cəmi 1396,98 manat, 2013-cü il ərzində cəmi 1493,32 manat, 2014-cü il ərzində cəmi 1576,51 manat, 2015-ci il ərzində cəmi 1919,48 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2400,25 manat, 2017-ci il ərzində cəmi 2457,6 manat, 2018-ci il ərzində cəmi 2727,67 manat, 2019-cu il ərzində cəmi 4096,1 manat və 2020-ci ilin oktyabr ayınadək müddətə cəmi 5583,33 manat olmaqla, ümumilikdə 23651,24 (iyirmi üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid6 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci ilin dekabr ayında cəmi 94,46 manat, 2013-cü il ərzində cəmi 1190,4 manat, 2014-cü il ərzində cəmi 1272,24 manat, 2015-ci il ərzində cəmi 1285,92 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1643,78 manat, 2019-cu il ərzində cəmi 2351,42 manat və 2020-ci il ərzində cəmi 4000,95 manat olmaqla, ümumilikdə 14670,45 (on dörd min altı yüz yetmiş manat qırx beş qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid7 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci il ərzində cəmi 1023,38 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2446,42 manat, 2020-ci il ərzində cəmi 3158,05 manat, 2021-ci il ərzində cəmi 3088,2 manat, 2022-ci ilin iyun ayınadək cəmi 2065,99 manat olmaqla, ümumilikdə 16307,1 (on altı min üç yüz yeddi manat on qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid8 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 1548,1 manat, 2018-ci il ərzində cəmi 2534,94 manat, 2019-cu il ərzində cəmi 3722,22 manat, 2020-ci ilin oktyabr ayınadək cəmi 4072,12 manat olmaqla, ümumilikdə 11877,38 (on bir min səkkiz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 355,32 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2546,42 manat və 2020-ci il ərzində cəmi 3636,18 manat olmaqla, ümumilikdə 8231,7 (səkkiz min iki yüz otuz bir manat yetmiş qəpik) manat olmaqla, eyni niyyətlə, Xəstəxanada xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid10n işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin oktyabr ayından etibarən həmin il ərzində cəmi 551,27 manat, 2019-cu il ərzində cəmi 2911,8 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 1725,56 manat olmaqla, ümumilikdə 5188,63 (beş min yüz səksən səkkiz manat altmış üç qəpik) manat olmaqla, cəmi 10 nəfər adları qeyd edilən heç bir əmək funksiyasını yerinə yetirməmiş Xəstəxananın əməkdaşının adlarına əməkhaqqı, müavinət, mükafat və sair qaydada hesablanmaqla köçürülən cəmi 206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitindən əvvəlcədən razılaşmalarına əsasən aralarında olan cinayətkar niyyətə uyğun olaraq Şahid1 adına 2007-ci ilin yanvar ayından 2010-cu ilin mart ayınadək müddətə hesablanan ümumilikdə 2763,6 (iki min yeddi yüz altmış üç manat altmış qəpik) manat pul vəsaitini həmin işçinin adından əməkhaqqı cədvəllərinə imza etməklə nağd şəkildə, qalan ümumilikdə 203552,78 (iki yüz üç min beş yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat hissəsini isə "xxxx" və "xxxx" ASC-lərə məxsus Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən nağdlaşdırılmaqla çıxarılıb özü, sonuncu və baş mühasib Təqsirləndirilən şəxs1 vasitəsi ilə Xəstəxananın Saatlı rayonu H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında 2007-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4 və 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5, habelə 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək müddət ərzində özü tərəfindən baş mühasib Təqsirləndirilən şəxs1 təqdim edilməsindən sonra əldə etdikləri pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 11 mart 2005ci il tarixli, 27-K nömrəli əmrlə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə 13 iyun 2018-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən müəssisənin işi təşkil etmək və fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərmək, inzibatitəsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirməsi və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilatiidarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi digər təqsirləndirilən şəxslər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Təqsirləndirilən şəxs1, xəzinədarı Təqsirləndirilən şəxs2 və terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən dövlətə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını vahid tamah niyyətilə, mənimsəmə yolu ilə talamaq məqsədi ilə vəzifəli şəxs kimi 2007-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində Saatlı rayon Mərkəzi Xəstəxanasının H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları və digər rəsmi sənədlərin məzmununa qabaqcadan əlbir olduğu baş mühasib Təqsirləndirilən şəxs1 tərəfindən, Xəstəxananın işçiləri kimi rəsmiyyətə qeydə alınan və özü tərəfindən verilmiş göstəriş üzrə cinayətdən xəbərsiz digər şöbə və məntəqə müdirləri, həmçinin qabaqcadan əlbir olduğu terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 vasitəsi ilə həmin dövrlər üzrə hazırlanmış aylıq işə davamiyyət tabellərinə, əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablanıb və bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş həmin rəsmi sənədləri sonuncu və özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin Xəstəxananın möhürü, həmçinin elektron imzası ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında işə görtürülmüş şəxslər - Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə biləbilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına göndərərək icraya yönəldilməsinə nail olduqdan sonra özü tərəfindən verilmiş etibarnamə əsasında qabaqcadan əlbir olduğu Xəstəxananın xəzinədarı Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq banklardan həmin işçilərin plastik kartları və təhlükəsizlik şifrələri götürülməklə, o cümlədən Xəstəxanada xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid1 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına hesablanmış 2007-ci il ərzində cəmi 722,4 manat, 2008-ci il ərzində cəmi 907,2 manat, 2009-cu il ərzində cəmi 1134 manat, habelə sonuncunun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il mart ayından olmaqla həmin il ərzində cəmi 494,66 manat, 2011-ci il ərzində cəmi 1259,73 manat, 2012-ci il ərzində cəmi 2130,98 manat, 2013-cü il ərzində cəmi 1413,04 manat, 2014-cü il ərzində cəmi 2505,89 manat, 2015-ci il ərzində cəmi 2578,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2904,38 manat, 2017-ci il ərzində cəmi 2966,88 manat və 2018-ci ilin iyun ayınadək 1313,12 manat olmaqla, ümumilikdə 20331,08 (iki yüz min üç yüz otuz bir manat səkkiz qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid3 2009-cu ilin may ayından başlayaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2009-cu ilin may ayından olmaqla həmin il ərzində cəmi 903,47 manat, 2010-cu il ərzində cəmi 921,72 manat, 2011-ci il ərzində cəmi 1423,63 manat, 2012-ci il ərzində cəmi 1412,64 manat, 2013-cü il ərzində cəmi 1527,12 manat, 2014-cü il ərzində cəmi 1847,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 2023,25 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 1244,21 manat, 2016-cı il ərzində cəmi 2340,86 manat, 2017-ci il ərzində cəmi 2577,5 manat və 2018-ci ilin iyun ayınadək 1120,44 manat olmaqla, ümumilikdə 17341,91 (on yeddi min üç yüz qırx bir manat doxsan bir qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid2 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu il ərzində cəmi 599,84 manat, 2011-ci il ərzində cəmi 1818,2 manat, 2012-ci il ərzində cəmi 2024,4 manat, 2013cü il ərzində cəmi 2127,84 manat, 2014-cü il ərzində cəmi 2495,32 manat, 2015-ci il ərzində cəmi 2439,36 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2642,34 manat, 2017-ci il ərzində cəmi 2706,24 manat və 2018-ci ilin iyun ayınadək 1440,37 manat olmaqla, ümumilikdə 18293,91 (on səkkiz min iki yüz doxsan üç manat doxsan bir qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid4 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2010-cu ilin oktyabr ayından olmaqla həmin il ərzində cəmi 472,22 manat, 2011-ci il ərzində cəmi 1480,2 manat, 2012-ci il ərzində cəmi 1294,62 manat, 2013-cü il ərzində cəmi 633,78 manat, 2014-cü il ərzində cəmi 1349,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 1566,8 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 313,36 manat, 2016-cı il ərzində cəmi 2099,54 manat, 2017-ci il ərzində cəmi 2362,8 manat və 2018-ci ilin iyun ayınadək 1174,35 manat olmaqla, ümumilikdə 12746,74 (on iki min yeddi yüz qırx altı manat yetmiş dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid5 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012ci il ərzində cəmi 1396,98 manat, 2013-cü il ərzində cəmi 1493,32 manat, 2014-cü il ərzində cəmi 1576,51 manat, 2015-ci il ərzində cəmi 1919,48 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2400,25 manat, 2017-ci il ərzində cəmi 2457,6 manat və 2018-ci ilin iyun ayınadək 1105,78 manat olmaqla, ümumilikdə 12349,92 (on iki min üç yüz qırx doqquz manat doxsan iki qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid6 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci ilin dekabr ayında cəmi 94,46 manat, 2013-cü il ərzində cəmi 1190,4 manat, 2014-cü il ərzində cəmi 1272,24 manat, 2015-ci il ərzində cəmi 1285,92 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat və 2018-ci ilin iyun ayınadək 668,54 manat olmaqla, ümumilikdə 7342,84 (yeddi min üç yüz qırx iki manat səksən dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid7 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2015-ci il ərzində cəmi 1023,38 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat və 2018-ci ilin iyun ayınadək 668,54 manat olmaqla, ümumilikdə 4523,2 (dörd min beş yüz iyirmi üç manat iyirmi qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid8 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 1548,1 manat və 2018-ci ilin iyun ayınadək 1038,13 manat olmaqla, ümumilikdə 2586,23 (iki min beş yüz səksən altı manat iyirmi üç qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2017-cı il ərzində cəmi 355,32 manat və 2018-ci ilin iyun ayınadək müddətə 668,54 manat olmaqla, ümumilikdə 1023,86 (bir min iyirmi üç manat səksən altı qəpik) manat olmaqla, cəmi 9 nəfər adları qeyd edilən heç bir əmək funksiyasını yerinə yetirməmiş Xəstəxananın əməkdaşının adlarına əməkhaqqı, müavinət, mükafat və sair qaydada hesablanmaqla köçürülən cəmi 96539,69 (doxsan altı min beş yüz otuz doqquz manat altmış bir qəpik) manat məbləğində pul vəsaitindən əvvəlcədən razılaşmalarına əsasən aralarında olan cinayətkar niyyətə uyğun olaraq Şahid1 adına 2007-ci ilin yanvar ayından 2010-cu ilin mart ayınadək müddətə hesablanan ümumilikdə 2763,6 (iki min yeddi yüz altmış üç manat altmış qəpik) manat pul vəsaitini xəzinədar Təqsirləndirilən şəxs2 tərəfindən həmin işçinin adından əməkhaqqı cədvəllərinə imza edilməklə nağd şəkildə, qalan ümumilikdə 93776,09 (doxsan üç min yeddi yüz yetmiş altı manat doqquz qəpik) manat hissəsini isə "xxxx" və "xxxx" ASC-lərə məxsus Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb birbaşa və baş mühasib Təqsirləndirilən şəxs1 vasitəsi ilə Xəstəxananın Saatlı rayonu H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında özünə təqdim edilməsindən sonra əldə etdikləri pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 96539,69 (doxsan altı min beş yüz otuz doqquz manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Saatlı rayonu İcra Hakimiyyəti üzrə 02 iyul 2018-ci il tarixli, 97 nömrəli və 02 oktyabr 2018-ci il tarixli, 168 nömərli əmrlərlə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib həmin İcra Hakimiyyəti üzrə 15 may 2019-cu il tarixli, 45 nömrəli əmrlə sözügedən Xəstəxananın baş həkimi vəzifəsinə təyin edilməklə 03 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən müəssisənin işi təşkil etmək və fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərmək, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirməsi və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilatiidarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi digər təqsirləndirilən şəxslər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Təqsirləndirilən şəxs1, xəzinədarı Təqsirləndirilən şəxs2 və terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən dövlətə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını vahid tamah niyyətilə, mənimsəmə yolu ilə talamaq məqsədi ilə vəzifəli şəxs kimi 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddət ərzində Saatlı rayon Mərkəzi Xəstəxanasının H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına və həmin banklara göndərilmiş sifarişlər, ödəniş tapşırıqları və digər rəsmi sənədlərin məzmununa qabaqcadan əlbir olduğu baş mühasib Təqsirləndirilən şəxs1 tərəfindən, Xəstəxananın işçiləri kimi rəsmiyyətə qeydə alınan və özü tərəfindən verilmiş göstəriş üzrə cinayətdən xəbərsiz digər şöbə və məntəqə müdirləri, həmçinin qabaqcadan əlbir olduğu terapiya şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 vasitəsi ilə həmin dövrlər üzrə hazırlanmış aylıq işə davamiyyət tabellərinə, əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən şəxslərin adları əlavə edilərək həmin şəxslərin adlarına əmək haqqı məbləğləri hesablanıb və bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş həmin rəsmi sənədləri sonuncu və özü tərəfindən imzalandıqdan və özünə təhkim edilmiş həmin Xəstəxananın möhürü, həmçinin elektron və “Asan” imzası ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında işə görtürülmüş şəxslər - Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına göndərərək icraya yönəldilməsinə nail olduqdan sonra özü tərəfindən verilmiş etibarnamə əsasında qabaqcadan əlbir olduğu Xəstəxananın xəzinədarı Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq banklardan həmin işçilərin plastik kartları və təhlükəsizlik şifrələri götürülməklə, o cümlədən Xəstəxanada xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid1 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1954,98 manat, 2019-cu il ərzində cəmi 4866,2 manat və 2020-ci ilin sentyabr ayınadək müddətə cəmi 7631,87 manat olmaqla, ümumilikdə 14453,05 (on dörd min dörd yüz əlli üç manat beş qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid3 2009-cu ilin may ayından başlayaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1672,04 manat, 2019-cu il ərzində cəmi 4128,5 manat, 2020-ci il ərzində cəmi 5186,92 manat və 2021-ci ilin yanvar ayında cəmi 3038 manat olmaqla ümumilikdə 14025,46 (on dörd min iyirmi beş manat qırx altı qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid2 qızının işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 2177,93 manat, 2019-cu il ərzində cəmi 5270,02 manat və 2020-ci il ərzində cəmi 10980,98 manat olmaqla, ümumilikdə 18428,93 (on səkkiz min dörd yüz iyirmi səkkiz manat doxsan üç qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid4 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1791,25 manat, 2019-cu il ərzində cəmi 4353,96 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 4623,59 manat olmaqla, ümumilikdə 10768,8 (on min yeddi yüz altmış səkkiz manat səkksən qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid5 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1621,89 manat, 2019-cu il ərzində cəmi 4096,1 manat və 2020-ci ilin oktyabr ayınadək müddətə cəmi 5583,33 manat olmaqla, ümumilikdə 11301,32 (on bir min üç yüz bir manat otuz iki qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid6 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 975,24 manat, 2019-cu il ərzində cəmi 2351,42 manat və 2020-ci il ərzində cəmi 4000,95 manat olmaqla, ümumilikdə 7327,61 (yeddi min üç yüz iyirmi yeddi manat altmış bir qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2015ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid7 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1025,24 manat, 2019-cu il ərzində cəmi 2446,42 manat, 2020-ci il ərzində cəmi 3158,05 manat və 2021-ci ilin iyul ayınadək müddətə cəmi 1200,15 manat olmaqla, ümumilikdə 7829,86 (yeddi min səkkiz yüz iyirmi doqquz manat səksən altı qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid8 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1496,81 manat, 2019-cu il ərzində cəmi 3722,22 manat və 2020-ci ilin oktyabr ayınadək cəmi 4072,12 manat olmaqla, ümumilikdə 9291,15 (doqquz min iki yüz doxsan bir manat on beş qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin iyul ayından etibarən həmin il ərzində cəmi 1025,24 manat, 2019-cu il ərzində cəmi 2546,42 manat və 2020-ci il ərzində cəmi 3636,18 manat olmaqla, ümumilikdə 7207,84 (yeddi min iki yüz yeddi manat səksən dörd qəpik) manat, eyni niyyətlə, Xəstəxanada xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid10n işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2018-ci ilin oktyabr ayından etibarən həmin il ərzində cəmi 551,27 manat, 2019-cu il ərzində cəmi 2911,8 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 1725,56 manat olmaqla, ümumilikdə 5188,63 (beş min yüz səksən səkkiz manat altmış üç qəpik) manat olmaqla, cəmi 10 nəfər adları qeyd edilən heç bir əmək funksiyasını yerinə yetirməmiş Xəstəxananın əməkdaşının adlarına əməkhaqqı, müavinət, mükafat və sair qaydada hesablanmaqla köçürülən cəmi 105.822,65 (bir yüz beş min səkkiz yüz iyirmi iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaitindən əvvəlcədən razılaşmalarına əsasən aralarında olan cinayətkar niyyətə uyğun olaraq "xxxx" və "xxxx" ASC-lərə məxsus Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb birbaşa və baş mühasib Təqsirləndirilən şəxs1 vasitəsi ilə Xəstəxananın Saatlı rayonu H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında özünə təqdim edilməsindən sonra əldə etdikləri pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 105.822,65 (yüz beş min səkkiz yüz iyirmi iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 01 iyun 1995ci il tarixli, 76 nömrəli əmrlə Saatlı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifəsində təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək, işin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin etmək, səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak etmək, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etmək, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlanaq, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yaratmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi digər təqsirləndirilən şəxslər Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, baş mühasibi Təqsirləndirilən şəxs1 və xəzinədarı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən dövlətə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını vahid tamah niyyətilə, mənimsəmə yolu ilə talamaq məqsədi ilə vəzifəli şəxs kimi 2012-ci ilin yanvar ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində Saatlı rayon Mərkəzi Xəstəxanasının H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında qabaqcadan əlbir olduğu baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 razılığı ilə tərəfindən hazırlanmış aylıq işə davamiyyət tabellərinə rəhbərlik etdiyi şöbənin işçisi kimi rəsmiyyətə qeydə alınan, əslində iş fəaliyyəti olmayan və iş yerinə gəlməyən Şahid5 adını əlavə etməsindən, habelə qabaqcadan əlbir olduğu baş mühasib Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına ünvanlanmış ödəniş qəbzləri, işçilərin adlarına əmək haqqlarının ödənilməsi barədə məktublar və məlumatlar (siyahı), yerli maliyyə orqanına göndərilmiş sifarişlər, ödəniş tapşırıqları və digər rəsmi sənədlərin məzmununa Şahid5 adına əmək haqqı məbləğləri hesablanıb və bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib edilmiş həmin rəsmi sənədlərin 2012-ci ilin yanvar ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş mühasib Təqsirləndirilən şəxs1, habelə 2012-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4, 2018-ci ilin iyul ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5 tərəfindən imzalandıqdan və həmin baş həkimlərə təhkim edilmiş Xəstəxananın möhürü, həmçinin elektron imzaları ilə təsdiqlədikdən sonra, hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqaviləsi əsasında işə götürülmüş Şahid5 davamlı olaraq guya işə gələrək vəzifə funksiyalarını yerinə yetirməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş qeyd olunan rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Saatlı rayon Maliyyə İdarəsi, habelə "xxxx" və "xxxx" ASC-lərin Saatlı filiallarına göndərilərək icraya yönəldildikdən sonra qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş etibarnamə etibarnamə əsasında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq banklardan Şahid5 plastik kartları və təhlükəsizlik şifrələri götürülüb ona təqdim edilməklə, Xəstəxanada xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş Şahid5 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun adına olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2012-ci il ərzində cəmi 1396,98 manat, 2013-cü il ərzində cəmi 1493,32 manat, 2014-cü il ərzində cəmi 1576,51 manat, 2015-ci il ərzində cəmi 1919,48 manat, "xxxx" ASC-yə məxsus kart hesabına köçürülmüş 2016-cı il ərzində cəmi 2400,25 manat, 2017-ci il ərzində cəmi 2457,6 manat, 2018-ci il ərzində cəmi 2727,67 manat, 2019-cu il ərzində cəmi 4096,1 manat və 2020-ci ilin oktyabr ayınadək müddətə cəmi 5583,33 manat olmaqla, əməkhaqqı, müavinət, mükafat və sair qaydada hesablanmaqla köçürülən ümumilikdə 23651,24 (iyirmi üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitindən əvvəlcədən razılaşmalarına əsasən aralarında olan cinayətkar niyyətə uyğun olaraq "xxxx" və "xxxx" ASC-lərə məxsus Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan tərəfindən nağdlaşdırılmaqla çıxarılıb özü, baş mühasib Təqsirləndirilən şəxs1 və xəzinədar Təqsirləndirilən şəxs2 vasitəsi ilə Xəstəxananın Saatlı rayonu H.Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasında 2012-ci ilin yanvar ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs4 və 2018-ci ilin iyul ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu baş həkim Təqsirləndirilən şəxs5 təqdim edilməsindən sonra əldə etdikləri pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 23651,24 (iyirmi üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 2001-ci ilin may ayının 7-dən Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi vəzifəsinə təyin edilmiş, 2021-ci ilin yanvar ayının 1-dən hazıradək həmin Xəstəxananın maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Belə ki, göstərilən tarixdən baş mühasibatlıq ləğv edilmiş, maliyyə şöbəsi yaradılmışdır. İttiahmla bağlı bildirir ki, Şahid1 kardioloq vəzifəsinə işə qəbul edilmiş, onun əmək haqqısı isə vaxta muzd hesablanmaqla ödənilmişdir. Kadrlar şöbəsi tərəfindən verilmiş tabel əsasında əmək haqqın kartına ödəmişdir. Karta əmək haqqı köçürülmədən əvvəlki vaxtlarda isə onun əmək haqqın kim gəlib alıb onu xəzinadar bilər. Şahid3 tanıyır, o cərrahi şəbədə tibb qardaşı işləyib. Şahid3 2011-ci ilin sonunadək işləyib özü öz əmək haqqısın alıb. 2011-ci ildən sonra isə işdən çıxıb getmiş, 2016-cı ildə yenidən işə qayıdıb, səhv etmirsə 2021-ci ilədək də işləyib. Əmək haqqın isə kim alıb onu bilmir. Şahid2 2010-cu ildən 2020-ci ilədək pediatr vəzifəsində işləyib. Əmək haqqın isə özü alıb. Şahid4 ümumiyyətlə tanımır. Ona verilmiş tabel əsasında əmək haqqı yazmışdır. Əmək haqqının isə kim tərəfindən alındığını bilmir. Pulları ona məxsus karta köçürmüşdür. Şahid5 adlı şəxsi tanımır. O, Terapiya şöbəsində işləyib, verilmiş tabel əsasında əmək haqqın kartına köçürmüşdür. Şahid6 Təsərrüfat şöbəsində xadimə işləyib, işinə də gəlib əmək haqqın da alıb. Şahid7 da Təsərrüfat şöbəsində xadimə işləyib, əmək haqqında özü alıb. Şahid8 görməmişdir, əmək haqqın tabel əsasında yazmışdır. Onun əmək haqqın kim alıb bilmir. Şahid9 Təsərrüfat şöbəsində fəhlə işləyib, əmək haqqında özü alıb. Şahid10 tanımamış, onu görməmişdir. Tabel əsasında ona əmək haqqı yazmış, əmək haqqın kim alıb bilmir. İşçilərdən Şahid1, Şahid3 onun özü işlədiyi dövrlər istisna olmaqla, Şahid4, Şahid8, Şahid10 münasibətdə onlar baş həkim tərəfindən işə götürülmüş, lakin işə gəlməmişlər, həmin şəxslərin əmək haqqları isə hər ay tərəflərindən götürülmüşdür. Əmək haqqından 20 faizi özünə, 10 faizi xəzinadara, yerdə qalanı isə baş həkimlərə çatmışdır. Lakin Şahid5 münasibətdə heçnədən məlumatı yoxdur. Digər şəxlərə münasibətdə isə onların əksəriyyəti işə gəlib, bunun araşdırılmasını xahiş edir. Əmək haqqları tərəfindən hesablanıb sistemləşdirilir cədvəldə yazılır asan imzası ilə daha sonra təsdiq edilir. Özü heç bir işçinin yerinə davamiyyət kitabına imza etməmişdir. Bankomata gedib işçilərin əmək haqqını çıxarmamışdır. Asan imza xəstəxanada baş həkimdə və baş mühasibdə olur, onun şifrələri məxfidir. Tabellər tərəfindən skan edilib sistemə yerləşdirilir, daha sonra baş həkim asan imza ilə imza edir, sonra özü tərəfindən imzalanır. İşə gəlməyən işçilərin əmək haqqlarının götürülməsi ilə bağlı təklifi ilk dəfə işə götürən kimi baş həkim ona təklif etmişdir. Təqsirləndirilən şəxs4 baş həkim işlədiyi dövrlərdə işə qəbul edilmiş və gəlməyən işlər barədə Təqsirləndirilən şəxs5 da baş həkim işlədiyi dövrdə məlumatı olmuş, bu proses onun dövründə də eynilə davam etmişdi. Şahid10 da Təqsirləndirilən şəxs5 baş həkim işlədiyi dövrdə işə qəbul edilib, onunla bağlı da baş həkimlə razılaşıb əmək haqqın bölmüşlər. Əmək haqqılar isə Mirqalim tərəfindən gedib alınıb gətirilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2001-ci ilin may ayından Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi vəzifəsinə təyin edilmiş, 2021-ci ilin yanvar ayından hazıradək həmin Xəstəxananın maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Təqsirləndirilən şəxs4, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə Təqsirləndirilən şəxs5 Saatlı RMX-nın baş həkimləri olmaqla vətəndaşlar Şahid9, Şahid5, Şahid4, Şahid1, Şahid8, Şahid2 Veysəlova, Şahid6, Şahid10 və Şahid3 həmin Xəstəxanaya 2007-2017-ci illəri əhatə edən müxtəlif tarixlərdə işçi kimi qəbul edərək rəsmiləşdirsələr də, onlar faktiki olaraq işə gəlməmişlər, əmək fəaliyyəti ilə məşğul olmamışlar və qeyd edilən şəxslər fərqli vaxtlarda, sonuncusu xx.xx.2021-ci il tarixdə olmaqla işdən azad olunmuşlar. Həmin şəxslərdən Şahid10 baş həkim Təqsirləndirilən şəxs5, digərlər isə baş həkim Təqsirləndirilən şəxs4 dövründə Saatlı RMXyə işə qəbul edilmişlər, lakin sonuncunun işə qəbul etdiyi və iş yerinə gəlməyən şəxslərin hər biri Təqsirləndirilən şəxs5 baş həkim olduğu müddətdə də işçi kimi qeydiyyatda saxlanılmışlar. Yuxarıda adları qeyd olunan işçilərin əməkhaqqı kartları xəzinədar Təqsirləndirilən şəxs2 olmaqla tərəfindən aylıq maaşları Saatlı rayonu ərazisində yerləşən "xxxx" və "xxxx" ASC-lərə məxsus müxtəlif bankomatlardan çıxardılaraq ona təqdim edilmiş, ümumi əldə edilmiş pul vəsaitindən hər bir şəxsə görə təxminən 15 manatı sonuncuya verdikdən sonra qalan pulun 20 faizi həcmində hissəsini özünə götürmüş, digər əsas məbləği isə iş dövrlərinə uyğun olaraq baş həkimlər Təqsirləndirilən şəxs4 və ya Təqsirləndirilən şəxs5 vermişdir. Xatırladığına görə, ilk dəfə 2007-ci ildə, yəni Şahid1 Saatlı RMX-ya təyinat aldıqdan və ya işə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs4 onu və xəzinədar Təqsirləndirilən şəxs2 yanına çağıraraq həmin şəxslə tanışlığının olması səbəbindən işə gəlməyəcəyini, aylıq maaşını qəbul edərək ona gətirmələrini, qarşılığında hər ikisinə müəyyən miqdarda pul verəcəyini söyləmiş, susmaqla razılıq vermişlər. Bununla da, Saatlı RMX-nin kadrlar şöbəsindən Şahid1 əmri ilə mühasibatlığa daxil olduqdan sonra vəzifəsinə və iş stajına uyğun olaraq digər işçilərlə birlikdə əməkhaqqısı hesablanmış, xəstəxana işçilərinin ümumi əməkhaqlarına dair müvafiq qəbz hazırlanaraq özü, baş həkim və xəzinədar tərəfindən təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs2 həmin qəbz əsasında hazırda xatırlamadığı dövlət bankı vasitəsi ilə işçilərin aylıq tam ödəniş məbləğini aldıqdan sonra pul vəsaitini əməkhaqqı cədvəlinə əsasən Saatlı RMXnin əməkdaşlarına paylamış, yalnız Şahid1 işə gəlmədiyindən bildiyinə görə, cədvəl üzrə əvəzinə Təqsirləndirilən şəxs2 tərəfindən imza edilməklə əmək haqqı məbləği götürülmüş, həmin, dəqiq xatırlamadığı məbləği xəzinədar Təqsirləndirilən şəxs2 mənimsəməklə əldə etdikdən sonra tam şəkildə ona təqdim etmiş, öz növbəsində pul vəsaitini baş həkim Təqsirləndirilən şəxs4 vermiş, sonuncu qeyd edilən məbləğdən 15 manatını Təqsirləndirilən şəxs2, qalan hissədən 20 faizini isə ona təqdim etmiş və bundan sonra eyni qaydada özü və xəzinədara çatacaq miqdarda pulu götürdükdən sonra qalığını gətirməyi tapşırmış, bu məsələ 2010-2011-ci illərədək davam etmişdir. Daha sonra Saatlı RMX-nin işçiləri plastik kartlar vasitəsi ilə "xxxx"-dan əmək haqqı almalı olduqlarından adlarına həmin kartlar sifariş edilmiş və baş həkim Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş etibarnamə əsasına bütün işçilərinin adından xəzinədar Təqsirləndirilən şəxs2 sözügedən plastik kartları adı çəkilən bankdan götürdükdən sonra özlərinə təqdim etmiş, lakin vətəndaş Şahid1, habelə artıq həmin dövrlərdə işə qəbul edilən digər şəxslərin, yəni Şahid4 və Şahid2 əməkhaqqı kartları baş həkim Təqsirləndirilən şəxs4 tapşırığına əsasən Təqsirləndirilən şəxs2 qalmışdır. Bununla da, həmin kartlara aylıq maaşlar köçürüldükdə Təqsirləndirilən şəxs2 vətəndaşlar Şahid1, Şahid4 və Şahid2 aid əmək haqqı məbləğlərini Saatlı rayonu ərazisində yerləşən "xxxx"-a məxsus müxtəlif bankomatlardan çıxardıb hər birinə görə 15 manat miqdarında pulu özünə götürməklə qalan hissəsini ona təqdim etmiş, öz növbəsində həmin məbləğdən 20 faizini götürüb digər əsas məbləğdə pul vəsaitini Ə.Ələkbərova təqdim etmiş və bu prosess növbəti aylarda davam etmişdir. Baş həkim Təqsirləndirilən şəxs4 dövründə xx.xx.2012-ci il tarixdə Şahid6, xx.xx.2016-ci il tarixdə Şahid3, xx.xx.2017-ci il tarixdə Şahid8 və xx.xx.2017-ci il tarixdə Şahid9 işçi kimi Saatlı RMX-yə işə qəbul edilməklə iş yerlərinə gəlmədiklərindən eyni qaydada adlarına sifariş edilməklə etibarnamə əsasında xəzinədar Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" və "xxxx" ASC-lərdən götürülmüş plastik kartları özündə saxlanılmaqla həmin kartlara köçürülən aylıq əmək haqqı məbləğləri Saatlı rayonu ərazisində yerləşən həmin banklara məxsus müxtəlif bankomatlardan çıxarılmış, hər birinə görə 15 manat miqdarında pul özünə götürməklə qalan hissəsini ona təqdim etmiş, həmin məbləğdən 20 faizini götürüb digər əsas məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs4 vermiş və bu şəkildə pulların mənimsənilməsi növbəti aylarda davam etmişdir. Təqsirləndirilən şəxs5 xx.xx.2018-ci il tarixdə baş həkim kimi Saatlı RMX-yə təyinat aldıqdan bir neçə gün sonra işçilərlə ümumi tanışlıq aparmaqla onu və Təqsirləndirilən şəxs2 xidməti otağına çağırmış, xəstəxanada “ölü canlar”ın olmasını qeyd etmiş və məsələni izah etməyi tələb etmiş, Təqsirləndirilən şəxs5 baş vermiş hadisələr haqda, yəni Təqsirləndirilən şəxs4 dövründə qəbul edilmiş şəxslərin, yəni vətəndaşlar Şahid6, Şahid3, Şahid8, Şahid9, Şahid1, Y.Abduləzimova və Şahid2 əmək haqqı kartlarının Təqsirləndirilən şəxs2 saxlanılmasını, aylıq maaşlarının sonuncu tərəfindən çıxarılmasını və hər bir şəxsə görə 15 manat götürdükdən sonra ona təqdim etməsini, qalan hissədən 20 faiz həcmində pulu özünə ayıraraq digər əsas məbləğdə olan pul vəsaitini hər ay Təqsirləndirilən şəxs4 təqdim etməsini bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs5 həmin işə gəlməyən şəxsləri işdən azad etmək əvəzinə əvvəlki qaydada bu məsələnin həll olunacağını, yəni eyni ilə işə gəlməyən şəxslərin əməkhaqqı kartlarından əldə edilən pulları böləcəklərini söyləmiş, Təqsirləndirilən şəxs2la deyilənləri eşidərək razılıq vermişlər. 2018-ci ilin iyul ayından etibarən xəzinədar Təqsirləndirilən şəxs2la eyni qaydada hərəkət etməyə davam etsələr də, mənimsədikləri pulun əsas məbləğini artıq Təqsirləndirilən şəxs4 deyil, baş həkim Təqsirləndirilən şəxs5 təqdim etmişdir. Bundan başqa, 2018-ci ilin oktyabr ayının əvvələrində Şahid10 Saatlı RMX-ya təyinat aldıqdan və ya işə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs5 onu və xəzinədar Təqsirləndirilən şəxs2 yanına çağıraraq həmin şəxslə tanışlığının olması səbəbindən işə gəlməyəcəyini, digər işə davamiyyəti olmayan şəxslər kimi aylıq maaşını qəbul edərək eyni qaydada bölgü apardıqdan sonra özünə gətirmələrini tapşırmışdır. Daha sonra Şahid10 adına “ABB”-dən əmək haqqı plastik kartı sifariş edilmiş və etibarnamə əsasında həmin kart xəzinədar Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən bankdan götürülməklə özündə qalmışdır. 2018-ci ilin okyabr ayından etibarən Təqsirləndirilən şəxs2 tərəfindən adları işçi kimi rəsmiləşdirilmiş və faktiki işə gəlməyən vətəndaşlar Şahid6, Şahid3, Şahid8, Şahid9, Şahid1, Y.Abduləzimova və Q.Kudratovdan başqa, eyni qaydada Şahid10 aylıq əməkhaqqısı çıxardılmaqla hər birinə görə 15 manat götürüldükdən sonra ona təqdim edilmiş, öz növbəsində qalan miqdardan 20 faiz hissəsini özü üçün ayırıb digər əsas məbləğdə olan pul vəsaitini Təqsirləndirilən şəxs5 təqdim etmişdir. Təxminən 2020-ci ilin ortalarında Saatlı rayon prokurorluğunda Saatlı RMX-nin vəzifəli şəxslərin qanunsuz əməlləri üzrə cinayət işi başlanmaqla istintaqı aparıldığından Təqsirləndirilən şəxs5 həmin xəstəxanada “ölü canla”rın olmasının müəyyən edilməsindən çəkindiyi üçün xx.xx.2020-ci il tarixdə Şahid10, xx.xx.2020-ci il tarixdə Şahid4, xx.xx.2020-ci il tarixdə Şahid1, xx.xx.2020-ci il tarixdə Şahid8 və xx.xx.2020-ci il tarixdə Şahid2, Şahid6 və Şahid9, xx.xx.2021-ci il tarixdə isə Şahid3 işdən azad etmişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid5 işə qəbul edilmə vaxtı, yəni xx.xx.2011-ci il tarix baş həkim Təqsirləndirilən şəxs4 dövrünə düşmüş və 2018-ci ildə eyni vəzifəyə gələn Təqsirləndirilən şəxs5 müddətində davam etmiş, sonuncu Şahid5 da 2020-ci ilin sentyabr ayında, yəni Saatlı rayon prokurorluğunda müvafiq cinayət işinin istintaqı aparılan vaxt işdən azad etmişdir. Bildiyinə görə, Şahid5 Saatlı RMX-ya işə qəbul edildikdən sonra işə ümumiyyətlə çıxmamış, baş həkim Təqsirləndirilən şəxs4 isə xəzinədar Təqsirləndirilən şəxs2 yanına çağırıb həmin qadına məxsus əmək haqqı kartını çalışdığı Terapiya şöbəsinin müdirinə, yəni Təqsirləndirilən şəxs3 təqdim etməyi tapşırmış və sonradan qeyd edilən plastik kartdan aylıq məvacibi məhz sonuncu çıxartmışdır. Fikrincə Təqsirləndirilən şəxs3 həmin pulları çıxardıb baş həkim, yəni ilk olaraq Təqsirləndirilən şəxs4, daha sonra isə Təqsirləndirilən şəxs5 ilə bölmüşdür. Şahid7 xx.xx.2015-ci il tarixdə, yəni baş həkim Ə.Ələkbərovun dövründə Saatlı RMX-ya işə qəbul edilmiş və yalnız xx.xx.2022-ci il tarixdə işdən azad olunmuş, Təqsirləndirilən şəxs5 müddətində tam olaraq çalışmış, lakin Şahid7 işə gəlib-gəlməməsi, sonuncunun əmək haqqı kartında Təqsirləndirilən şəxs2 pul çıxarıbçıxarmaması, ona təqdim edib-etməməsi və tərəfindən baş həkimlərə verilib-verilməməsini dəqiq xatırlamamışdır. Saatlı RMX-da Şahid9, Şahid6 və Şahid7 Təsərrüfat şöbəsində, Şahid1 və Q.X2, Z.X6, N.X12, R.X9, Şahid8 və Şahid4 isə həmin Xəstəxananın tərkibində olan Fətəli kənd xəstəxanasında çalışmışlar, onların davamiyyətinə şöbə müdirləri nəzarət etməklə müvafiq tabellər hazırlayıb yekun olaraq mühasibatlıq şöbəsinə təqdim edilmiş, fikrincə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 həmin şöbə müdirlərinə tapşırıq verdiyindən işdə olmadıqları halda həmin şəxslərin davamiyyətini qeyd edilmişdir. Adları qeyd olunan şəxslərin əməkhaqqları "xxxx" və "xxxx" ASC-ləri vasitəsi ilə eyni gündə, əsasən ayın axırlarında Saatlı RMX-nin işçilərinin plastik kartlarına köçürülmüş və ya növbəti gün Təqsirləndirilən şəxs2 həmin kartları Saatlı rayonu ərazisində yerləşən sözügedən bankarın bakomatlarından çıxarıb nağdlaşdırmış, əvvəllər çətinlik çəkdikdə və ya problem yarandıqda köməklik göstərilməsi üçün bankomatların yaxınlığında olan polis əməkdaşlarından köməklik göstərməsini xahiş etmişdir. Özgə əmlakını mənimsəməyə dair kimsə ona göstəriş verməmiş və təhrik etməmiş, lakin baş həkimlər Ə.Ələkbərov və Təqsirləndirilən şəxs5 işdə adları rəsmiləşdirilən və iş yerinə gəlməyən şəxslərin əməkhaqqlarını bölməyi təklif etmişlər, Təqsirləndirilən şəxs2la birlikdə razılaşıb əvvəlcədən bu işi planlaşdırmışlar, maddi vəsait əldə etmək üçün bu cür qanunsuz əməllərə yol vermişlər, əldə etdiyi özünə aid hissədə pulları şəxsi məqsədləri üçün xərcləmişdir. Şahid9 və Şahid6 sabiq mühasib Şahid12, G.Seyfullayev Təsərrüat şöbəsinin müdiri Mikayıl Seyfullayevin qohumları olduqlarından onların vasitəsi ilə işə qəbul olunmalarını fikirləşmiş, Şahid3 və Şahid2 əvvəllər Saatlı RMX-da çalışdıqlarından və sonuncunun əri Ərzuman Veysəlov həmin xəstəxanada cərrah işlədiyindən özlərinin yenidən işə bərpa oluna biləcəklərini ehtimal etmişdir. Qeyd edilən adda şəxsləri iş yerində görməmişdir. Şahid5 ümumiyyətlə iş yerinə gəlməmiş, bildiyinə görə, Bakı şəhərində yaşamış, Təqsirləndirilən şəxs3 pulları özünə götürüb mənimsəmiş və dövrlər üzrə baş həkimlərlə bölgü aparmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, müstəntiqə ifadələr verdiyini, ifadələrini oxuyaraq imza etdiyini, lakin həmin ifadələrini ziddiyətli hissədə təsdiq etmədiyini, müstəntiqə də məhkəmədə bildirdiyi kimi ifadə verdiyini, lakin ifadələrinin fərqli yazıldığını və bunun məhkəmədə araşdırılmalı olduğu deyildiyini, həmin ifadələri isə imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, 1989-cu ilin fevral ayından hazıradək Saatlı Rayon Mərkəzi Xəstəxanasının xəzinədarı vəzifəsindən işləyir. xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Təqsirləndirilən şəxs4, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə Təqsirləndirilən şəxs5 Saatlı RMX-nın baş həkimləri olmaqla vətəndaşlar Şahid9, Şahid5, Şahid4, Şahid1, Şahid8, Şahid2 Veysəlova, Şahid6, Şahid10 və Şahid3 həmin Xəstəxanaya 2007-2017-ci illəri əhatə edən müxtəlif tarixlərdə işçi kimi qəbul edərək rəsmiləşdirsələr də, onlar faktiki olaraq işə gəlməmişlər, əmək fəaliyyəti ilə məşğul olmamışlar və qeyd edilən şəxslər fərqli vaxtlarda, sonuncusu xx.xx.2021-ci il tarixdə olmaqla işdən azad olunmuşlar. Göstərilən şəxslərdən Şahid10 baş həkim Təqsirləndirilən şəxs5, digərlər isə baş həkim Təqsirləndirilən şəxs4 dövründə Saatlı RMX-yə işə qəbul edilmişlər, lakin sonuncunun işə qəbul etdiyi və iş yerinə gəlməyən şəxslərin hər biri Təqsirləndirilən şəxs5 baş həkim olduğu müddətdə işçi kimi qeydiyyatda saxlanılmışlar. Şahid5 başqa, digər adları qeyd olunan işçilərin əməkhaqqı kartları onda olmaqla tərəfindən aylıq maaşları Saatlı rayonu ərazisində yerləşən "xxxx" və "xxxx" ASC-lərə məxsus müxtəlif bankomatlardan çıxardılmış və baş mühasib Təqsirləndirilən şəxs1 gətirib təqdim etmiş, sonuncu ümumi əldə edilmiş pul vəsaitindən hər bir şəxsə görə təxminən 15 manatı ona verdikdən sonra bildiyinə görə, qalan pulun 20 faizi həcmində hissəsini özündə saxlamış, digər əsas məbləği isə iş dövrlərinə uyğun olaraq baş həkimlər Təqsirləndirilən şəxs4, yada ki, Təqsirləndirilən şəxs5 vermişdir. Xatırladığına görə, ilk dəfə 2007-ci ildə, yəni Şahid1 Saatlı RMX-ya işə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs4 onu və baş mühasib Təqsirləndirilən şəxs1 yanına çağıraraq həmin şəxslə tanışlığının olması səbəbindən işə gəlməyəcəyini, aylıq maaşını qəbul edərək özünə gətirmələrini, qarşılığında hər ikisinə müəyyən miqdarda pul verəcəyini söyləmiş, susmaqla razılıq vermişlər. Bununla da, xəstəxana işçilərinin ümumi əmək haqqısına dair müvafiq qəbz hazırlanaraq özü, baş mühasib və baş həkim tərəfindən təsdiq edildikdən sonra həmin qəbz əsasında "xxxx" ASC-yə gedib oradan işçilərin aylıq tam ödəniş məbləğini almaqla pul vəsaitini əmək haqqı cədvəlinə əsasən Saatlı RMX-nin əməkdaşlarına paylamış, yalnız Şahid1 işə gəlmədiyindən cədvəl üzrə əvəzinə saxta imza etməklə əmək haqqı məbləğini özündə saxlamış, həmin, dəqiq xatırlamadığı məbləği mənimsədikdən sonra aparıb tam şəkildə Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu isə baş həkim Təqsirləndirilən şəxs4 vermişdir. Təqsirləndirilən şəxs4 qeyd edilən məbləğdən 15 manatını ona, qalan hissədən 20 faizini isə Təqsirləndirilən şəxs1 vermiş və bundan sonra eyni qaydada hər ikisinə çatacaq miqdarda pulun hissəsini götürdükdən sonra qalığını özünə gətirməyi tapşırmış, bu məsələ 2010-2011-ci illərədək davam etmişdir. Daha sonra Saatlı RMX-nin işçiləri plastik kartlar vasitəsi ilə "xxxx"-dan əməkhaqqı almalı olduqlarından adlarına həmin kartlar sifariş edilmiş və baş həkim Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş etibarnamə əsasına bütün işçilərin plastik kartlarını adı çəkilən bankdan götürməklə sahiblərinə təqdim etmiş, lakin vətəndaş Şahid1, habelə artıq həmin dövrlərdə işə qəbul edilən digər şəxslərin, yəni Şahid4 və Şahid2 əmək haqqı kartları baş həkim Təqsirləndirilən şəxs4 tapşırığına əsasən özündə saxlamışdır. Bununla da, həmin kartlara aylıq maaşlar köçürüldükdə vətəndaşlar Şahid1, Şahid4 və Şahid2 aid əmək haqqı məbləğlərini Saatlı rayonu ərazisində yerləşən "xxxx"-a məxsus müxtəlif bankomatlardan çıxardıb hər birinə görə 15 manat miqdarında pulu özünə götürməklə qalan hissəsini Təqsirləndirilən şəxs1 təqdim etmiş, bildiyinə görə, sonuncu həmin məbləğdən 20 faizini götürüb digər əsas pul vəsaitini Ə.Ələkbərova təqdim etmiş və bu prosess növbəti aylarda davam etmişdir. Baş həkim Təqsirləndirilən şəxs4 dövründə xx.xx.2012-ci il tarixdə Şahid6, xx.xx.2016-ci il tarixdə Şahid3, xx.xx.2017-ci il tarixdə Şahid8 və xx.xx.2017-ci il tarixdə Şahid9 işçi kimi Saatlı RMX-yə işə qəbul edilməklə iş yerlərinə gəlmədiklərindən eyni qaydada adlarına sifariş edilməklə etibarnamə əsasında tərəfindən "xxxx" və "xxxx" ASC-lərdən götürülmüş plastik kartları özündə saxlamaqla həmin kartlara köçürülən aylıq əmək haqqı məbləğləri Saatlı rayonu ərazisində yerləşən həmin bankların müxtəlif bankomatlardan çıxarmış, hər birinə görə 15 manat miqdarında pul özünə götürməklə qalan hissəsini Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu isə həmin məbləğdən 20 faizini götürüb digər əsas məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs4 təqdim etmiş və bu şəkildə pulların mənimsənilməsi növbəti aylarda davam etmişdir. Daha sonra Təqsirləndirilən şəxs5 xx.xx.2018-ci il tarixdə baş həkim kimi Saatlı RMX-yə təyinat aldıqdan bir neçə gün keçdikdə işçilərlə ümumi tanışlıq aparmaqla onu və Təqsirləndirilən şəxs1 xidməti otağına çağırmış, xəstəxanada “ölü canlar”ın olmasını qeyd etimş və məsələni izah etməyi tələb etmiş, Təqsirləndirilən şəxs5 baş vermiş hadisələr haqda, yəni Təqsirləndirilən şəxs4 dövründə qəbul edilmiş şəxslərin, yəni vətəndaşlar Şahid6, Şahid3, Şahid8, Şahid9, Şahid1, Y.Abduləzimova və Şahid2 əmək haqqı kartlarının onda saxlanılması, aylıq maaşlarının tərəfindən çıxarılması və hər bir şəxsə görə 15 manat götürdükdən sonra Təqsirləndirilən şəxs1 təqdim etməsi, qalan hissədən sonuncunun 20 faiz həcmində pulu özünə ayırdıqdan sonra digər əsas məbləğdə olan pul vəsaitini hər ay Təqsirləndirilən şəxs4 verməsini bildirmişlər. Bununla da, Təqsirləndirilən şəxs5 həmin işə gəlməyən şəxsləri işdən azad etmək əvəzinə əvvəlki qaydada bu məsələnin həll olunacağını, yəni eyni ilə Ə.Ələkbərovun vaxtındakı kimi “ölü canlar”ın əməkhaqqı kartlarından əldə etdikləri pulları böləcəklərini söyləmiş, Təqsirləndirilən şəxs1lə deyilənləri eşidərək razılıq vermişlər. Bununla da, 2018-ci ilin iyul ayından etibarən Təqsirləndirilən şəxs1lə eyni qaydada hərəkət etməyə davam etsələr də, mənimsədikləri pulun əsas məbləği artıq Təqsirləndirilən şəxs4 deyil, baş həkim Təqsirləndirilən şəxs5 təqdim edilmişdir. Bundan başqa, 2018-ci ilin oktyabr ayının əvvələrində Şahid10 Saatlı RMX-ya təyinat aldıqdan və ya işə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs5 onu və Təqsirləndirilən şəxs1 yanına çağıraraq həmin şəxslə tanışlığının olması səbəbindən işə gəlməyəcəyini, digər yuxarıda adları qeyd olunan şəxslər, yəni “ölü canlar” kimi aylıq maaşını qəbul edərək eyni qaydada bölgü apardıqdan sonra özünə gətirmələrini tapşırmış, razılıq vermişlər. Daha sonra Şahid10 adına "xxxx"-ndan əməkhaqqı plastik kartı sifariş edilmiş və etibarnamə əsasına həmin kart tərəfindən qeyd edilən bankdan götürülməklə özündə saxlanılmış, 2018-ci ilin okyabr ayından etibarən tərəfindən adları işçi kimi rəsmiləşdirilmiş və faktiki işə gəlməyən vətəndaşlar Şahid6, Şahid3, Şahid8, Şahid9, Şahid1, Y.Abduləzimova və Q.Kudratovdan başqa, eyni qaydada Şahid10 aylıq əmək haqqısı çıxardılmaqla Təqsirləndirilən şəxs1lə eyni ilə bölgü aparılıb əsas məbləğdə olan pul vəsaitini Təqsirləndirilən şəxs5 təqdim etmişlər. Təxminən 2020-ci ilin ortalarında Saatlı rayon prokurorluğunda Saatlı RMX-nin vəzifəli şəxslərin qanunsuz əməlləri üzrə cinayət işi başlanmaqla istintaqı aparıldığından Təqsirləndirilən şəxs5 həmin xəstəxanada “ölü canla”rın olmasının müəyyən edilməsindən çəkindiyi üçün xx.xx.2020-ci il tarixdə Şahid10, xx.xx.2020-ci il tarixdə Şahid4, xx.xx.2020ci il tarixdə Şahid1, xx.xx.2020-ci il tarixdə Şahid8 və xx.xx.2020-ci il tarixdə Şahid2, Şahid6 və Şahid9, xx.xx.2021-ci il tarixdə isə Şahid3 işdən azad etmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid5 işə qəbul edilmə vaxtı, yəni xx.xx.2011-ci il tarix baş həkim Təqsirləndirilən şəxs4 dövrünə düşmüş və 2018-ci ildə eyni vəzifəyə gələn Təqsirləndirilən şəxs5 müddətində davam etmiş, sonuncu həmin şəxsi 2020-ci ilin sentyabr ayında, yəni Saatlı rayon prokurorluğunda müvafiq cinayət işinin istintaqı aparılan vaxt işdən azad etmişdir. Şahid5 Saatlı RMX-ya işə qəbul edildikdən sonra işə ümumiyyətlə çıxmamış, baş həkim Təqsirləndirilən şəxs4 onu yanına çağırıb həmin qadına məxsus əmək haqqı kartını çalışdığı Terapiya şöbəsinin müdirinə, yəni Təqsirləndirilən şəxs3 təqdim etməsini tapşırmış, buna riayət etmiş və qeyd edilən plastik kartdan aylıq məvacibi məhz sonuncu çıxartmışdır. Fikrincə Təqsirləndirilən şəxs3 həmin pulları çıxardıb baş həkim, yəni ilk olaraq Təqsirləndirilən şəxs4, daha sonra isə Təqsirləndirilən şəxs5 ilə bölmüşdür. Şahid7 xx.xx.2015-ci il tarixdə, yəni baş həkim Ə.Ələkbərovun dövründə Saatlı RMX-ya işə qəbul edilmiş və yalnız xx.xx.2022-ci il tarixdə işdən azad olunmuş, yəni Təqsirləndirilən şəxs5 müddətində tam olaraq çalışmış, lakin həmin işçinin işə gəlib-gəlməməsi, Şahid7 əməkhaqqı kartından pul çıxarıb-çıxarmaması və digər xüsusatları dəqiq xatırlamamışdır. Saatlı RMX-da Şahid9, Şahid6 və Şahid7 Təsərrüfat şöbəsində, Şahid1 və Q.X2, Z.X6, N.X12, R.X9, Şahid8 və Şahid4 isə həmin Xəstəxananın tərkibində olan Fətəli kənd xəstəxanasında çalışmışlar, onların davamiyyətinə şöbə müdirləri nəzarət etməklə müvafiq tabellər hazırlayıb yekun olaraq mühasibatlıq şöbəsinə təqdim edilmiş, fikrincə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 həmin şöbə müdirlərinə tapşırıq verdiklərindən işdə olmadıqları halda adı çəkilən şəxslərin davamiyyətini qeyd etmişlər. Əməkhaqqılar "xxxx" və "xxxx" ASC-lərin vasitəsi ilə eyni gündə, əsasən ay axırlarında Saatlı RMX-nin işçilərinin plastik kartlarına köçürülmüş, həmin və ya növbəti gün özü adları qeyd edilən şəxslərin kartları ilə Saatlı rayonu ərazisində yerləşən həmin bankarın bankomatlarından çıxarıb nağdlaşdırmış, əvvəllər çətinlik çəkdikdə və ya problem yarandıqda köməklik göstərilməsi üçün yaxınlığında olan polis əməkdaşlarından bu məsələ ilə əlaqədar xahiş etmişdir. Özgə əmlakını mənimsəməyə dair kimsə ona göstəriş verməmiş və təhrik etməmiş, lakin baş həkimlər Ə.Ələkbərov və Təqsirləndirilən şəxs5 təkliflərinə əsasən Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan razılaşıb işə gəlməyən şəxslərin plastik kartlarından aylıq maaşlarını çıxardıb müvafiq qaydada aralarında bölmüşlər, maddi vəsait əldə etmək üçün bu cür qanunsuz əməllərə yol vermişlər, əldə etdiyi özünə aid hissədə pulları şəxsi məqsədləri üçün xərcləmişdir. Şahid9 və Şahid6 sabiq mühasib Şahid12, G.Seyfullayev Təsərrüat şöbəsinin müdiri Mikayıl Seyfullayevin qohumları olduqlarından onların vasitəsi ilə işə qəbul olunmalarını fikirləşmiş, Şahid3 və Şahid2 əvvəllər Saatlı RMX-da çalışdıqlarından və sonuncunun əri Ərzuman Veysəlov həmin xəstəxanada cərrah işlədiyindən özlərinin yenidən işə bərpa oluna biləcəklərini ehtimal etmişdir. Qeyd edilən adda şəxsləri iş yerində görməmişdir. Ə.Ələkbərov və Təqsirləndirilən şəxs5 özlərini müdafiə üçün ifadələrində yalan halları göstərmişlər. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərilənləri qismən təsdiq etdiyini, Şahid3 (işləmədiyi müddətlərdə), Şahid1 və Şahid4 əmək haqqlarının tərəflərindən götürüldüyünü, digərlərinin isə əmək haqqlarının kim tərəfindən çıxarılmasından məlumatsız olduğunu, adları göstərilən şəxslərin isə hər ay əmək haqqlarının tərəfindən çıxarılıb Təqsirləndirilən şəxs1 verildiyini, hərəsindən isə özünə 10 manat pul götürdüyünü, baş həkim Təqsirləndirilən şəxs4 sonra gəlmiş baş həkim Təqsirləndirilən şəxs5 da dövründə bu işin əvvəlki qaydada davam etdiyini, Təqsirləndirilən şəxs5da bundan məlumatlı olduğunu, həmin pulların Rəfail tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs4, daha sonra isə Təqsirləndirilən şəxs5 verildiyini bildiyini, 2010-cu ilədək kartla əmək haqqı alana qədər isə həmin şəxslərin yerinə özü tərəfindən imza edilərək əmək haqqlarının götürüldüyünü, bunu ona Rəfailin dediyini, Rəfailə isə baş həkimlərin pulları çıxarıb gətirməsini tapşırdığını bildirmişdir. Özünün isə bu işdə ən kiçik fiqur olduğunu, bunun məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 1985-ci ildən Saatlı RMX-da Lor həkimi vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində Saatlı Rayon X15 Hüquqi şəxsdə baş həkim vəzifəsində çalışmış, hazırda yaşla əlaqədar təqaüddədir. Digər təqsirləndirilən şəxsləri tanıyır, iş yoldaşları olmuşdur. İşlədiyi müddətdə müxtəlif şəxsləri təmənnasız olaraq işə qəbul etsə də, onların hər hansı birinin işə gəlməməsinə icazə verməmiş, əməkhaqqı kartlarını saxlamalarını bildirməmiş, kiminsə pulunu mənimsəməmiş, işə gəlməyən şəxslərdən məlumatı olmamış və onlara himayədarlıq etməmişdir. İttihamla bağlı qeyd edir ki, Şahid1 2007-ci ildə xəstəxananın poliklinika şöbəsinə kordioloq vəzifəsinə işə qəbul edilmiş, onun işə gəlib-gəlməməsi, əmək haqqının kim tərəfindən alınması ilə bağlı məlumatı olmamışdır. Ramid X9 tibb qardaşı vəzifəsinə işə götürülmüş, əvvəllər işə gəldiyin görmüş, lakin 2007-2008-ci ildən sonra ondan xəbəri olmamış, işə gəlib-gəlməməsi, əmək haqqının kim tərəfindən alınması ilə bağlı heçnə bilmir. Şahid2 xəstəxananın poliklinika şöbəsinə pediatr vəzifəsinə işə qəbul edilmiş, onun işə gəlib-gəlməməsi, əmək haqqının kim tərəfindən alınması ilə bağlı məlumatı olmamışdır. Şahid4 yadında deyil, onun haqqında heç bir məlumatı yoxdur. Nərgiz X12 tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, onun işə gəlib-gəlməməsi, əmək haqqının kim tərəfindən alınması ilə bağlı məlumatı olmamışdır. Şahid6 xadimə vəzifəsinə işə qəbul edilib, onun işə gəlib-gəlməməsi, əmək haqqının kim tərəfindən alınması ilə bağlı məlumatı olmamışdır. Şahid7 xadimə vəzifəsinə işə qəbul edilib, mütəmadi olaraq işə gəlib. Şahid8 barəsində isə heç bir məlumatı yoxdur. Şahid9 tanımır, tərəfindən işə qəbul edilməmişdir. 2005-ci ildə Səhiyyə Nazirliyinin 143 nömrəli əmri ilə işə qəbul komissiyası yaradılmışdır. Həmin komissiya baş həkim, baş mühasib, kadrlar şöbəsinin müdiri, səhiyyə işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədrindən ibarət olmuşdur. İşə qəbulla bağlı səlahiyyətli şəxs özü olmuşdur. Lakin hazırki iş üzrə tanımadığı şəxslər komissiya tərəfindən işə götürülüb, komissiyanın buna səlahiyyəti olmuşdur. Komissiyaya 2009-cu ilin dekabr ayından işə götürmək səlahiyyəti verilmişdir. İşə götürülən şəxslərlə əmək müqaviləsi bağlanılıb, bir tərəfdən işçi, digər tərəfdən isə işə götürən olaraq özü tərəfindən müqavilə imzalanıb. İşçilər işə götürülərkən onun razılığı olub, amma onları tanımamışdır. Komissiyada işə götürməklə bağlı səs çoxluğu ilə qərar qəbul edilib, özünün səsi isə həlledici olub. Doxsan faiz isə yekdil səs çoxluğu ilə işə götürülüb işçilər. İşlədiyi dövrdə baş mühasib və xəzinədarla aralarında işə gəlməyən işçilərin əmək haqqlarının bölünməsi barədə razılıq olmamışdır. İşçilərin işə davamiyyəti ilə bağlı şöbələr tərəfindən tabellər verilmiş, baş mühasib tərəfindən isə əmək haqqları hesablanmışdır. Maaş cədvəlinə isə sonda özü imza etmişdir. İşlədiyi dövrdə rayonda baş həkimlikdən əlavə digər işlərlə də məşğul olduğundan bəzən həftələr və aylarla heç xəstəxanaya gedə bilməmiş, həmin vaxtlar ancaq rayonda keçirilən tədbirlərdə iştirak etmişdir. Özü işlədiyi dövrdə kimdənsə bir manat belə pul almamış, Rəfailin hansı səbəbdən ona qarşı elə ifadə verməsini bilmir, onunla heç bir düşmənçiliyi olmamış, əksinə ən etibar etdiyi şəxs xəstəxanada o olmuşdur. Mirqalim və Rəfaillə işə gəlməyən işçilərin əmək haqqının bölünməsi ilə bağlı aralarında heç bir razılıq olmamışdır. Davamiyyətə isə ancaq şöbə müdirləri nəzarət edib, işə gəlməyənlərlə bağlı şöbə müdirləri tərəfindən ona raport verilməliymiş, lakin ona belə bir raport heç vaxt verilməyib. Məhkəmin ədalətinə inanır, başqa da əlavəsi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 1981-ci ilin noyabr ayından Saatlı RMX-nın pediatr vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin xəstəxanada baş həkim vəzifəsində çalışmışdır. Digər təqsirləndirilən şəxsləri tanıyır, aralarında ədavət düşmənçilik olmayıb. İttihamla bağlı bildirir ki, Şahid1 görməmiş, onu tanımır, onun əmək haqqısın kim alıb bilmir. Şahid3 da tanımır, onu görməmiş, əmək haqqısı kim tərəfindən alınıb məlumatı yoxdur. Şahid2 pediatr olmuşdur, onunla münasibət var əvvəldən. Xatırladığı qədər o işləyib, əmri poliklinikada olub, lakin çox uşaqlı ana olduğundan öz yaşadığı kənddə xəstəxanada işləyib, çünki orda işləmək onun üçün rahat olub. Şahid4 tanımır, əmək haqqısın kim alıb bilmir. Şahid5 da tanımır, işə gəlibgəlməməsindən xəbəri yoxdur, əmək haqqın kim alıb bilmir. Şahid6 bildiyi qədər xadimə işləyib, işdə olub. Arif adlı mühasibin gəlini olmalıdı. Xəstəxanada anbar təzə təmir edildikdə, təmirdən sonra ora baxmağa getmiş, Aynuru orda görmüşdür. Yəqin ki, öz ərizəsi ilə də işdən azad etmişdir, çünki hazırda yadında deyil onun hansı səbəbə işdən azad edilməsi. Şahid7 xadimə işləyib, yəqin ki, əmək haqqın da özü alıb. Şahid8 tanımır, onun haqqında məlumatı yoxdur. Şahid9 tanıyır, Mejdunovanın əri olub, bildiyi qədər fəhlə işləyib, onu da anbara baxış keçirərkən görmüşdür. Şahid10 o işə götürməmiş, Səhiyyə Nazirliyinin göndərişi və əmri ilə pediatr vəzifəsinə işə qəbul edilib. Üç-dörd gün işdə görmüş, işə gəlib-getmişdir. Sonra isə rayonda qalmaq üçün evlə maraqlandığını bildirmişdir. Sonrasın isə bilməmiş, pandemiya başlamış, işdə nizam-intizam pozulmuşdur. Əmək haqqın isə kim alıb xəbəri yoxdur. Baş mühasib və xəzinədarla işə gəlməyən işçilərin əmək haqqlarının aralarında bölüşdürülməsi ilə bağlı heç bir razılığı olmayıb. Baş mühasib Rəfaillə heç bir düşmənçiliyi yoxdur, onun ifadələrini qəbul etmir. İstintaq dövründə 30 000 manat ödəniş etmişdir, ona təzyiq olunduğundan narahat olub bu pulu ödəmişdir. Əvvəlcə beş min manat ödəniş etmiş, lakin görmüş ki, ona məxsus mənzilin üzərinə həbs qoyublar, özü isə mənzilini satıb, Türkiyəyə müalicə almaq üçün getməyi planlamış, pulları da onçün ödəmişdir ki, işi məhkəməyə getməsin. Heç bir işçinin işə gəlməməsi ilə bağlı ona pul verilməyib. Yalnız baş mühasib 8 Mart digər bayramlarda təsadüf hallarda 100-200 manat pul ona hədiyyə verib. İşə gəlməyən işçilərlə bağlı, onların əmək haqqlarının mənimsənilməsi üçün heç kimlə aralarında razılıq olmayıb. İstintaq zamanı müstəntiq tərəfindən ona heç bir təzyiq edilməyib, sərbəst ifadə verib, oxuyub imzalamışdır. Günahkardırlar, müəyyən səhlənkarlıqlara yol verib, məhkəməyə inanır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Saatlı rayon X15 Hüquqi şəxsdə baş həkim vəzifəsində çalışdıqda yalnız 2020-ci ildə xəstəxanada işçi kimi rəsmiləşdirilən, lakin işə gəlməyən bir neçə şəxsin olmasını müəyyən edərək onları elə həmin ildə işdən azad etmiş, həmin vaxtadək onların qanunsuz olaraq xəstəxanada rəsmiləşdirilmələrini bilməmiş, bu məsələdə heç bir marağı olmamış, kimdənsə pul və sair maddi nemət almamış, onları bilə-bilə, yəni qəsdən 2018-2020-ci illər ərzində iş yerlərində saxlamamışdır. Xatırladığına görə, xx.xx.2020-ci il tarixdə Şahid10, xx.xx.2020-ci il tarixdə Şahid4, xx.xx.2020-ci il tarixdə Şahid1, xx.xx.2020-ci il tarixdə Şahid5, xx.xx.2020-ci il tarixdə Şahid8 və xx.xx.2020-ci il tarixdə Şahid2, Şahid6 və Şahid9, xx.xx.2021-ci il tarixdə isə Şahid3 işdən azad etmiş, həmin şəxslərdən yalnız Şahid10 onun baş həkim olduğu dövrdə işə qəbul olunmuş, digərləri isə Təqsirləndirilən şəxs4 müddətinə təsadüf etmişdir. Təqsirləndirilən şəxs5 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri ilə bağlı razı olmamış, yalnız 2020-ci ilin ortalarında Şahid6, Şahid3, Şahid8, Şahid9, Şahid1, Y.Abduləzimova və Şahid2 işə rəsmiləşdirildikləri halda işə davamiyyətlərinin olmamasını bilmiş, bundan sonra müxtəlif tarixdə ardıcıl olaraq onları işdən azad etmiş, Təqsirləndirilən şəxs1 yalnız “Yeni il”, “8 mart” və “Novruz Bayramı” əlamətdar günlərində hədiyyə və “şirinlik” qismində hər dəfə 500-700 manat miqdarında pul qəbul etmişdir. Şahid7 işə gəlməməsindən ümumiyyətlə xəbərsiz olmuşdur. Tərəfindən hər hansı şöbə müdirinə Şahid9, Şahid6, Şahid7, Şahid1, Şahid2, Şahid10, Şahid5, Şahid3 Şahid8 və Şahid4 işə gəlməmələrinə baxmayaraq, davamiyyətlərinin qeyd edilməsinə dair göstəriş verməmişdir. Z.Kazımovanı özü işə, yəni pediatriya şöbəsinə qəbul edilmiş, lakin iş yerinə gəlməməsindən və əmək haqqısının mənimsənilməsindən xəbəri olmamış, şöbə müdiri ona məlumat verməmiş, yalnız 2020-ci ilin əvvəllərində bu barədə eşitmiş, bir müddət gözlədikdən sonra artıq uzun müddət işə gəlmədiyindən xx.xx.2020-ci il tarixdə işdən azad etmişdir. Z.Kazımovanın əmək haqqı kartının kimdə olmasından xəbəri olmamış, işə davamiyyət tabellərinə nəzarət etmədən imza etmişdir. 2020-ci ildə bütün şöbələri bir-bir nəzarətdə saxlamaqla bu məsələləri müəyyən edə bilmiş, 2019-cu ildə isə “Covid-19” pandemiyası ilə əlaqədar çətinliklər olduğundan vəzifələrini tam icra edib vaxtında qanunsuz halları aşkar etmək imkanında olmamışdır. Bu məsələ ilə əlaqədar heç kimi cəzalandırmamış və istintaq orqanına məlumat verməmiş, sadəcə şifahi qaydada iradlarını bildirib şöbə müdirlərinə gələcəkdə bu kimi hallara yol verməmələrini tapşırmışdır. Şahid9, Şahid6, Şahid1, Şahid2, Şahid10, Şahid3 Şahid8, Şahid7 və Şahid4 məxsus əməkhaqqı kartlarından Təqsirləndirilən şəxs2, Şahid5 plastik kartından isə Təqsirləndirilən şəxs3 tərəfindən əməkhaqqı qismində pul vəsaitinin çıxardılaraq mənimsənilməsi haqda məlumatı olmamış, sonradan, yəni araşdırma zamanı eşitmişdir. Qeyd edilən adda şəxsləri 2020-ci ildə iş yerində görməmiş, əvvəllər işə gəlib-gəlməmələrindən xəbəri olmamışdır. Özgə əmlakını mənimsəməmiş, belə bir göstəriş almamış və təhrik edən olmamış, kiminləsə əlbir olmamış, kimdənsə qanunsuz pul almamış və ya tələb etməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs5 həmin ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs1 yalnız “Yeni il”, “8 mart” və “Novruz Bayramı” əlamətdar günlərində hədiyyə və “şirinlik” qismində hər dəfə 500-700 manat miqdarında pul qəbul etməsi hissəsində təsdiq etmədiyini, digər hissələrdə ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, özü 1982-ci ildə tibb universitetin bitirmiş, 1983-cü ildən Saatlı RMX-da təcili yarım, poliklinika şöbələrində, sahə həkimi kimi, sonra isə terapiya şöbəsində həkim işləmişdir. 1995-ci ildən bu günədək də terapiya şöbəsinin müdiridir. İşlədiyi müddətdə öz işini layiqincə yerinə yetirməyə çalışmışdır. 2021-ci ildə korrupsiya gəlib xəstəxanada reyd keçirmişdir. Şahid5 ilə bağlı daha sonra onu çağırıblar. Əslində isə Şahid5 işə gəlib-gedib. Əmək haqqısın da özü alıb. Onun həmin işdən əmək haqqının kimsə tərəfindən mənimsənilməsindən isə qətiyyən xəbəri yoxdur. O, çağırılarkən çox qorxmuş, çünki korrupsiyanın binasının yanından belə keçəndə həmişə qorxu hissi keçirmişdir. Onu həmin inzibati binaya çağırıblar, orda özünü itirmişdir. Yəqin ki, Nərgiz də onun kimi qorxub, ona qarşı ifadələr verib nəyəsə görə. Özü isə istintaq zamanı qorxub ödənişlər etmişdir. Ödəniş etməkdə məqsədi o olmuşdur ki, işinə xitam versinlər. Daha bilməmiş ki, işə məhkəməyə gələcək. İstintaq zamanı müstəntiq tərəfindən ona heç bir təzyiq, təsir edilməyib, lakin həyacan keçirmişdir. Musaxan Nərgizin atası olmuş, onu tanıyır, Nərgiz işə qəbul olnması üçün müraciət etmiş, onu işə götürmüşlər. Nərgizdən heç vaxt pul almamışlar, o işə gəlib-gedib. Nərgizi işdən baş həkim Səidə azad edib. Hər iki baş həkimin dövründə xəstəxanada işləyib, belə bir şey eşitməyib ki, kimsə işə gəlməsin onun əmək haqqısın alsınlar. Korrupsiyada araşdırma zamanı demişlər ki, pulu ödəməlisən, onlarda ödəniş etmişlər ki, işləri xitam olunsun. Heç bir işçinin kartı onda olmayıb, sadəcə elə vaxt olub ki, işçilərdən kimlərinsə xahişi ilə onun əmək haqqın gedib bankomatdan çıxarıb, özünə vermişdir. Şahid5 əmək haqqısının bölünməsi ilə bağlı heç bir şəxslə aralarında razılıq olmamışdır. Məhkəmənin ədalətinə inanır, qismən günahkardır, bir allah bilir ki, özü heç bir məbləğdə pul almayıb, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1995-ci ilin iyun ayından hazıradək Saatlı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. 2011-ci ilin sonlarında ümumi tanışlıq münasibətində olduğu Musaxan Vəliyev onunla danışıq zamanı qızı Şahid5 heç bir yerdə işləməməsini, sonuncunun əmək stajının olmamasına görə narahat olmasını söylədiyindən, cavab olaraq istədiyi halda qızı Şahid5 Saatlı Rayon Mərkəzi Xəstəxanasına iş düzəlməsi ilə bağlı baş həkim Təqsirləndirilən şəxs4 müraciət edə biləcəyini demişdir. Deyilənləri eşitdikə, müəyyən miqdarda gəlir etmək qərarına gələrək Şahid5 işə düzəltdiyi halda işə gəlməməsinə görə əməkhaqqı kartını Xəstəxananın rəhbər işçilərində saxlamalı olduğunu qeyd etmiş, M.Vəliyev razılıq vermişdir. Bununla da, Şahid5 işə götürülməsi ilə bağlı baş həkim Təqsirləndirilən şəxs4 müraciət etmiş, yəni həmin tanışının müdiri olduğu Şöbədə vakant olan tibb bacısı vəzifəsinə təyin edilməsinə göstəriş verməsini xahiş etmiş, sonuncu razılıq versə də, işə gəlib-gəlməyəcəyi haqda hər hansı bir söz deməsini xatırlamamışdır. Şahid5 həmin ilin dekabr ayının sonlarından Xəstəxanaya işçi kimi rəsmiləşdirilmiş, sonuncu bir-iki dəfə işə gəlmiş, daha sonra heç vaxt iş yerində olmamış, həmin qadın müdiri olduğu Şöbədə işçi kimi rəsmiləşdirildiyindən işə davamiyyət tabellərində işdə olmasını göstərmiş, həmin tabelləri Maliyyə şöbəsinə göndərmiş və nəticədə əməkhaqqı almasına nail olmuş, yəni 2012-ci ilin yanvar ayından artıq Təqsirləndirilən şəxs2 Şahid5 əməkhaqqı kartını ona təqdim etdiyindən əsasən özü həmin kartdan sonuncunun aylıq maaşını çıxardıb hər bir halda öz şəxsi ehtiyaclarına sərf etmiş, Təqsirləndirilən şəxs5 xx.xx.2018-ci il tarixdə baş həkim kimi Saatlı RMX-yə təyinat aldıqdan sonrada bu hal davam etmiş, lakin 2020-ci ilin ortalarında Saatlı rayon prokurorluğunda Saatlı RMX-nin vəzifəli şəxslərin qanunsuz əməlləri üzrə cinayət işi başlanmaqla istintaqı aparıldığından Təqsirləndirilən şəxs5 həmin ilin sentyabr ayında Şahid5, habelə digər işə davamiyyəti olmayan şəxsləri işdən azad etmişdir. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, baş həkim Təqsirləndirilən şəxs4 xahişi əsasında Şahid5 işə qəbul etmiş, sonuncunun işdə rəsmiyyətdə saxlanılması və iş stajının hesablanması əvəzinə əməkhaqqı kartının Xəstəxanada qalacağı barədə M.Vəliyevi xəbərdar edib razılığını almışdır, bu məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la bölgü aparıb-aparmamasını xatırlamamış, xəzinədar Təqsirləndirilən şəxs2 kimin göstərişinə əsasən kartı ona verməsini bilməmişdir. Əməkhaqqılar "xxxx" və "xxxx" ASC-lər vasitəsi ilə eyni gündə, əsasən ayın axırlarında Saatlı RMX-nin işçilərinin plastik kartlarına köçürüldüyündən həmin və ya növbəti gün Saatlı rayonu ərazisində yerləşən sözügedən bankarın bakomatlarından Şahid5 kartından istifadə edərək pul çıxarıb nağdlaşdırmış, əvvəllər çətinlik çəkdikdə və ya problem yarandıqda köməklik göstərilməsi üçün bankomatların yaxınlığında olan polis əməkdaşlarından və ya tanımadığı şəxslərdən köməklik göstərməsini xahiş etmişdir. Özgə əmlakını mənimsəməyə dair kimsə ona göstəriş verməmiş və təhrik etməmiş, leqallaşdırmasına söz verməmiş, sadəcə maddi rifahını yüksəltmək istəmiş, həmin pulları əsasən şəxsi məqsədləri üçün istifadə etmişdir. N.Abbasovdan başqa, digər işə davamiyyəti olmayan şəxslərin mövcudluğunu sonradan eşitsə də, konkret kimlərin olmasını bilməmişdir. Şahid9, Şahid6, Şahid10, Şahid1, Şahid8, Şahid2, Şahid4, Şahid3 və Şahid7 tanımamış, işə gəlib-gəlməmələrini görməmiş, yəni onlarla rastlaşmamış, sonradan eşitdiyinə görə, baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, habelə maliyyə şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 və xəzinədar Təqsirləndirilən şəxs2 əlbir olub bəzi şəxslərin əməkhaqqı kartlarına köçürülən pulları mənimsəməklə aralarında bölmüşlər. Həmin şəxslərin Xəstəxananın hansı şöbələrində çalışmalarını bilməmiş, lakin hər şöbənin müdiri öz işçilərinin davamiyyətinə nəzarət etməklə müvafiq tabellər hazırlayıb yekunda mühasibatlığa təqdim etmişlər, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 şöbə müdirlərinə tapşırıq verdiklərindən işdə olmadıqları halda adları çəkilən şəxslərin davamiyyəti qeyd edilmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərilənləri Şahid5 ona qarşı verdiyi izahatından sonra məcburiyyət qarşısında qalıb verdiyini, həmin ifadəsini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs hüquqi şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümyəndəsi Nümayəndə bildirmişdir ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tanınmışdır. Bundan sonra zərərçəkmiş şəxsin nümayəndəsi qismində ibtidai istintaq zamanı iştirak etməsi ona həvalə edilmişdir. Məhkəmədən dövlət büdcəsinə vurulmuş zərərin ödənilməsini xahiş edir. Belə ki, ümumilikdə təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 206 316,83 manat məbləğində zərər vurulmuş, həmin zərərin 85 897 manatı ibtidai istintaq zamanı ödənilmişdir. Hazırda 120 719,38 manat ödənilməmiş zərər qalır, qalan məbləğində ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxslərə cəza təyini məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, qayınatası Şahid12 Saatlı RMX-da mühasib vəzifəsində işləyib, hal-hazırda xəstədir. Onu qayınatası Şahid12 xadiməçi kimi işə düzəldib, lakin heç vaxt işə getməmiş, əmək haqqı kartının isə kimdə olmasından məlumatı olmamışdır. Onu heç kim işə çağırmamış, heç vaxt işə getməmiş, əmək haqqı almamışdır. Oradakı baş həkimləri, eləcə də təqsirləndirilən şəxsləri tanımır. Adı işdə getmiş, həmin müddət heç bir qazanc əldə etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2012-ci ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında çalışan qayınatası Şahid12 həmin xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs4la danışıq aparaq sözügedən ilin dekabr ayından onun Saatlı RMX-ya sanitar qadın kimi rəsmiləşdirilməsinə nail olmuşdur. Bundan sonra işə getməmiş, əməkhaqqı kartı və aylıq maaşı ona təqdim edilməmişdir. Bildiyinə görə, həmin dövrdə plastik kartları etibarnamə əsasında xəzinədar Təqsirləndirilən şəxs2 bankdan təhvil almış və onun kartına köçürülən pulları nağdlaşdıraraq Təqsirləndirilən şəxs4la mənimsəmişlər, 2020-ci ildə isə işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs4 heç vaxt görməmiş və əlaqəsi olmamışdır. 2012-2020-ci illər ərzində ümumiyyətlə heç bir iş fəaliyyəti olmamış, işə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid6 həmin ifadəsini Təqsirləndirilən şəxs2 ona məxsus əmək haqqı kartını bankdan təhvil alıb və onun kartına köçürülən pulları nağdlaşdıraraq Təqsirləndirilən şəxs4la mənimsəmələrin deməyi hissəsində təsdiq etmədiyini, istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, xx.xx.2015-ci ildə Saatlı RMX-da xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Hər gün səhər saat 09:00-dan axşam saat 17:00-dək işdə olmuşdur. Əmək haqqı kartı isə qayınatasında olmuşdur. Qayınatası təsərrüfat şöbəsinin müdiri olmuş, özü də həmin şöbədə xadimə işləmişdir. Qayınatası iki əvvəl vəfat etmişdir. Əmək haqqı həmişə qayınatası Mikayıl Seyfullayev tərəfindən alınmış, çünki bir evdə yaşamışlar, ailənin birgə xərclərinə xərcləmişlər. Təqsirləndirilən şəxs5 da tanıyır, işə getmiş, onun baş həkim dövründə də işləmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2016-cı ildə Saatlı Rayon Mərkəzi xəstəxanasında təsərrüfat şöbəsinin müdiri kimi çalışan, 2022-ci ildə vəfat etmiş qayınatası Mikayıl Seyfullayev onu həmin xəstəxanaya işə düzəltmiş, lakin işə getməmiş və maaş almamışdır. Eşitdiyinə görə, bu səbəbdən onun əməkhaqqı kartı xəzinədar Təqsirləndirilən şəxs2 verilmiş, sonuncu pulları çıxartmış və baş həkim Əkbər Ələkbərova vermişdir. Bildiyinə görə, qayınatası baş həkim Təqsirləndirilən şəxs4la danışıq aparıb razılaşmış, yəni əməkhaqqı kartının sonuncuda qalması şərti ilə adının xəstəxanada işçi kimi rəsmiləşdirilməsinə razılıq əldə etmiş, M.Seyfullayevin məqsədi sadəcə əmək stajının olmasına nail olmaq olmuşdur. 2016-2022-ci illər ərzində ümumiyyətlə heç bir iş fəaliyyəti olmamış, 2015-ci ildə əkiz övladları olduğundan onlara qulluq etmiş, işə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid7 həmin ifadəsini təsdiq etmədiyini, ifadə verərkən ərinin də yanında olduğunu, ifadəsinin Saatlı rayon Pprokurorluğunda verdiyini, ona müstəntiq tərəfindən təsir edilmədiyini, ifadəni özü imzaladığı, lakin orada yazılanları oxumadığı bildirdi. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, heç vaxt Saatlı RMX-da işləməmiş, orada kimisə tanımamış, əmək haqqı almamışdır. Bir il bundan qabaq sahədə işləyib evə gələrkən, evinə zəng gəlib və onun Saatlı Rayon Prokurorluğuna çağırıldığını bildirmişlər. Prokurorluğa getmiş, orada verilmiş suallara cavab olaraq Saatlı RMX-da işləmədiyini, təsərrüfatla məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin heç birin tanımır, işə düzəlməyi, adına əmək haqqı kartının olmasından heç bir məlumatı olmamış, heç kimə bu barədə sənəd verməmiş, heç bir sənədi imzalamamışdır. Özünü isə heç bir tibbi təhsili yoxdur, axşama kimi mal-heyvan otarmışdır. Onu heç kim işə düzəltməmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində bildirmişdir ki, heç vaxt Saatlı RMX-da işləməmiş, işə getməmiş, əmək haqqı kartının isə kimdə olmasından məlumatı olmamışdır. Atası Şahid12 həmin xəstəxana mühasib işləyib, atası adın yazdırıb ki, stajı getsin. Hansı işə qəbul edildiyin isə bilməmişdir. Əmək haqqın isə kim alıb xəbəri yoxdur. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, heç vaxt Saatlı Rayon Mərkəzi Xəstəxanasına işə getməmiş, 2017-ci ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında çalışan atası Şahid12 həmin xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs4la danışıq aparaq onun Saatlı RMX-ya işçi kimi rəsmiləşdirilməsinə nail olmuşdur. Şahid12 Saatlı Rayon X15 Hüquqi şəxsdə mühasib kimi çalışmış, öz adına açılan əməkhaqqı kartından məlumatı olmamış, pul məxaric etməmiş və hansı miqdarda əməkhaqqı almağından xəbəri olmamış, işə getmədiyi üçün kartının Təqsirləndirilən şəxs4 qalacağını atasının sözlərindən eşitmişdir. Bildiyinə görə, əməkhaqqı kartından pulu məxaric edən şəxs Təqsirləndirilən şəxs2 adlı xəzinədar olmuş və pulları aparıb Təqsirləndirilən şəxs4 vermişdir. 2017-2020-ci illər ərzində ümumiyyətlə heç bir iş fəaliyyəti olmamış, 2012-ci ildə qardaşının həyat yoldaşı Şahid6 da onun atası Şahid12 tərəfindən baş həkim Təqsirləndirilən şəxs4 vasitəsi ilə Saatlı Rayon X15 Hüquqi şəxsə işə düzəldilmiş, lakin işə getməmiş və əmək haqqı almamışdır. İfadəsi elan olunduqdan sonra Şahid9 həmin ifadəsini əməkhaqqı kartından pulun Təqsirləndirilən şəxs2 adlı xəzinədar tərəfindən məxaric edilib və aparıb Təqsirləndirilən şəxs4 verməsi, qardaşının həyat yoldaşı Şahid6 da onun atası Şahid12 tərəfindən baş həkim Təqsirləndirilən şəxs4 vasitəsi ilə Saatlı Rayon X15 Hüquqi şəxsə işə düzəltməyi, lakin işə getməyib və əmək haqqı almaması hissəsində təsdiq etmədiyini, ifadəsini oxumadan imzaladığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid16 ifadəsində bildirmişdir ki, özü Saatlı RMX-da poliklinika şöbəsinin müdiri vəzifəsində işləmişdir. Müdiri olduğu şöbədə kordioloq Şahid1 və pediatr Qulnara Veysəlovnanın işləməsindən məlumatı olmamış, onların heç biri işə gəlməmiş, onları heç vaxt işdə görməmişdir. İşə davamiyyət kitabları olmuş, onların adı ümumiyyətlə həmin kitabda olmayıb, onları heç vaxt görməmişdir. Bu barədə yalnız korrupsiya idarəsində məlumat almış, sualları cavablandırarkən isə həmin işçiləri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid19 ifadəsində bildirmişdir ki, Saatlı RMX-da bağban işləyir, əmək kartın pul digər şəxs tərəfindən çıxarılması ilə bağlı dindirilib, özünün savadı olmadığından əmək haqqın bankomatdan çıxarmaq üçün oradakı polisdən xahiş etmiş, əmək haqqın həmişə özü almışdır. Orada işləyən işçilərdən heç kimi tanımır, daimi olaraq çöldə işləmişdir. Məhkəmə istintaqı zamanı Şahid20 ifadəsində bildirmişdir ki, Saatlı RMX-da 2010-cu ildən qazanxanada işləmiş, hal-hazıra kimi də elektrik vəzifəsində işləyir. Əmək haqqı kartı ilə bağlı dindirilmişdir. Belə ki, əmək haqqı kartın dostu Mirqalimə vermiş, o isə pulu çıxararaq gətirib özünə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid22 ifadəsində bildirmişdir ki, o Saatlı RMX-da X28 şöbəsində çağırış üzrə tibb qardaşı vəzifəsində işləyir. Əmək haqqı kartı ilə bağlı dindirilmiş, əmək haqqı kartı özündə olmuş, əmək haqqın da özü almışdır. Məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində bildirmişdir ki, o, Saatlı RMX-da 2005-ci ildən sürücü vəzifəsində işləmiş, hal-hazırda həmin xəstəxanada mexanik vəzifəsində işləyir. Onu əmək haqqı kartı ilə bağlı dindirmişlər. Belə ki, bir neçə dəfə bankomat qarşısında növbədə olarkən qarşıda olan şəxslərdən onun da əmək haqqının çıxarmalarını xahiş etmişdir. Onlar isə əmək haqqın çıxarıb, özünə vermişlər. Əmək haqqı kartı isə daima özündə olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid33 ifadəsində bildirmişdir ki, o, Saatlı RMX-da 2020ci ildə hal-hazıradək anbar rəisi vəzifəsində işləyir, 2005-ci ildən isə həmin xəstəxanada mexanik işləmişdir. Əmək haqqı kartın bir dəfə oradakı polis adam çoxluğu səbəbindən pul çıxarıb özünə vermişdir. Əmək haqqı kartı isə daima özündə olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, 2003-cü ildən 2009-cu ilədək Saatlı RMX-da cərrahiyyə şöbəsində tibb qardaşı vəzifəsində işləmiş, mütəmadi olaraq işə getmiş, iş fəaliyyətilə məşğul olmuşdur. 2009-cu ildən sonra isə işdən çıxmaq barədə ərizə ilə müraciət edib, əmək haqqı kartını da təhvil verməklə, ümumiyyətlə Saatlı rayonundan çıxmışdır. Həmin vaxtdan bir müddət Bakı şəhərində, daha sonra isə Zaqatala rayonunda yaşamışdır. 2011-ci ildən isə heç bir yerdə rəsmi işləməmiş ticarətlə məşğul olmuşdur. 2009-cu ildən sonra isə bir gün belə işə getməmiş, əmək haqqı almamış, bu barədə heç bir məlumatı olmamışdır. Onu heç vaxt işdən axtarmamışlar. Ərizəsini işdən çıxarkən maliyyə şöbəsinə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 2011-ci ildə Saatlı RMXda işləməsi üçün atası Musaxan Vəliyev müraciət etmişdir. Lakin həmin vaxt xəstəxanada vakant yerin olmadığını bildirmişlər. 2011-ci ilin noyabr ayında isə ailə qurub Bakıda yaşamağa başlamışdır. Heç bir vaxt bir dəfə belə olsun Saatlı RMX-da işə getməmiş, əmək haqqı almamışdır. Onu bilir ki, atası gedib sənədlərini xəstəxanaya təqdim edib, sonrasını isə bilmir. Onu terapiya şöbəsinə tibb bacısı kimi rəsmiləşdirmişlər, şöbənin müdiri isə Asif həkim olmuşdur. Atası ondan xəbərsiz əmək haqqın almayıb, Asif həkimi isə tanınmamış, istintaq zamanı onun adına olan əmək haqqından bankomatdan pul çıxararkən çəkilmiş şəklin görmüşdür. Onun yaxınlarına və ya qohumlarına əmək haqqı həkimlər tərəfindən verilməsi isə tamamilə yalandır, belə bir hal olmayıb. Məhkəmə istintaqı zamanı Şahid13 ifadəsində bildirmişdir ki, o, 1975-ci ildən 2020-ci ilədək Saatlı RMX-da cərrah həkim kimi işləmişdir. 2020-ci ildən bu günədək isə həmin şöbənin müdiridir. Şahid3 2003-2009-cu illərdə həmin şöbədə işləmişdir. Lakin 2009-cu ildən sonra işdən çıxmış, bir daha onu görməmişdir. Sonradan məlumatı olmuşdur ki, Şahid3 işdən çıxıb lakin, guya həmin şöbədə işləyib və əmək haqqı alıb. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid3 əvvəllər Saatlı Rayon Mərkəzi Xəstəxanasında müdiri olduğu Cərrahiyyə şöbəsinin feldşeri kimi çalışmış, 2009-cu ilin axırlarında və ya 2010-cu ilin əvvəllərində həmin Xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs4 onu öz xidməti otağına dəvət edərək Şahid3 işə gəlmək imkanında olmayacağını, həmin şəxsə problem yaratmamasını, işə davamiyyət tabellərində iş yerində olması haqda qeydiyyat aparmasını tapşırmış, çarəsiz qaldığından razılıq vermiş və 2018-ci ilin yay aylarındək göstərişi icra etmiş, yəni faktiki olaraq Şahid3 işə gəlməsə də, sonuncuya tam şəkildə işə davamiyyəti müvafiq tabellərdə qeyd etməklə təsdiq etdikdən sonra icra edilməsi üçün Kadrlar və Maliyyə şöbələrinə göndərilməsini təmin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs5 xx.xx.2018-ci il tarixdə baş həkim kimi Saatlı RMX-yə təyinat aldıqdan bir neçə gün sonra işçilərlə ümumi tanışlıq aparmaqla onu öz xidməti otağına çağırmış, xəstəxanada “ölü canlar”ın olmasını qeyd etməklə Şahid3 işə gəlib-gəlməməsini maraqlanmış, cavab olaraq sonuncunun işə gəlmədiyini, lakin Təqsirləndirilən şəxs4 göstərişinə əsasən işə davamiyyət tabellərində əksini qeyd etdiyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs5 bundan sonra da eyni qaydada davamiyyəti qeyd etməsini tələb etmiş, bu səbəbdən verilən göstərişi icra etmişdir. Təxminən 2020-ci ilin ortalarında Saatlı rayon prokurorluğunda Saatlı RMX-nin vəzifəli şəxslərin qanunsuz əməlləri üzrə cinayət işi başlanmaqla istintaqı aparıldığından Təqsirləndirilən şəxs5 həmin xəstəxanada “ölü canla”rın olmasının müəyyən edilməsindən çəkindiyindən xx.xx.2021-ci il tarixdə Şahid3 işdən azad etmişdir. Yalnız sonradan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 baş mühasib Təqsirləndirilən şəxs1 və xəzinədar Təqsirləndirilən şəxs2la əlbir olmaqla Şahid3, habelə adlarını dəqiq bilmədiyi və digər şöbələrdə işçi kimi qeydiyyatı aparılmış şəxslərin əməkhaqqılarını mənimsəmələrini bilmiş, əvvəlcədən məlumatı olmamış, Şahid3 özünün əmək haqqı alacağını, sadəcə baş həkimlərin sonuncuya hər hansı bir hala görə himayədarlıq etmələrini fikirləşmişdir. Şahid13 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, baş həkimlər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Xəstəxananın rəhbərliyi olduqlarından çəkinərək qanunsuz göstərişlərini icra etmişdir. Şahid9, Şahid6, Şahid10, Şahid1, Şahid8, Şahid2, Şahid4, Şahid5 və Şahid7 tanımamış, onları iş yerində görməmişdir. Sonradan bildiyinə görə, Saatlı RMX-da Şahid9, Şahid6 və Şahid7 Təsərrüfat şöbəsində, Şahid1 və Q.X2, Z.X6, N.X12, Şahid8 və Şahid4 isə həmin Xəstəxananın tərkibində olan Fətəlikənd xəstəxanasında çalışmışlar, onların davamiyyətinə şöbə müdirləri nəzarət etməklə müvafiq tabellər hazırlayıb yekun olaraq mühasibatlıq şöbəsinə təqdim edilmiş, fikrincə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 həmin şöbə müdirlərinə də onun kimi tapşırıq verdiklərdən işdə olmadıqları halda adları çəkilən şəxslərin davamiyyətini qeyd etmişlər. İfadəsi elan olunduqdan sonra Şahid13 həmin ifadəsini təsdiq etmədiyini, ifadəsini oxuyub imza etdiyini, müstəntiq tərəfindən ona heç bir təzyiq və ya təsir edilmədiyini, yaşla əlaqədar olaraq səhv ifadə verdiyini, özünü itirdiyini, anlaşılmazlıq olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində bildirmişdir ki, o, 2019-cu ilədək Fətəlikənd kənd xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, daha sonra işdən çıxmış, hazırda Bakı şəhərində şəhərində işləyir. Əbdüləzimova (Məmişova) Yaqut Tamiraz qızı və Şahid8 həmin xəstəxanada işləmələrindən məlumatı olmamış, həmin şəxsləri heç vaxt işə gəldiklərini görməmiş, ümumiyyətlə belə bir adda işçilərinin olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid28 ifadəsində bildirmişdir ki, o, 1997-ci ildən halhazıradək Saatlı RMX-da sanitar kimi işləyir. Hər gün işə gedir, əmək haqqı kartı isə özündə olur, əmək haqqın özü alır. Əri xəstə olduğu dövrdə əmək haqqı kartın Mirqalimə vermiş, o isə əmək haqqın çıxararaq özünə qaytarmışdır. Məhkəmə istintaqı zamanı Şahid27 ifadəsində bildirmişdir ki, 10-12 ildir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında xadiməçi kimi işləmiş, daimi olaraq iş yerinə gedib-gəlmiş, hər gün saat 09:00-dan saat 17:00-a kimi işdə olmuş, Şahid10, Şahid3, Şahid1, X26, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6 və Şahid7 iş yerində görməmiş, onları tanımamışdır. Məhkəmə istintaqı zamanı Şahid24 ifadəsində bildirmişdir ki, 3-4 ildir ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında santexnik-çilingər kimi işləmiş, daimi olaraq iş yerinə gedibgəlmiş, hər gün saat 09:00-dan saat 18:00-a kimi işdə olmuş, əmək haqqın özü almışdır. Şahid10, Şahid3, Şahid1, X26, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6 və Şahid7 iş yerində görməmiş, onları tanımamışdır. Həkim və tibb bacılarını, əhatəsində işləyən şəxsləri isə tanıyır. Məhkəmə istintaqı zamanı şahid X20 ifadəsində bildirmişdir ki, 1985-ci ildən bu günədək Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində işləmişdir. Hazırda Ailə sağlamlıq mərkəzində ilkin səhiyyə xidmətində həm şöbə müdiri həm də həkim vəzifəsində işləyir. Hər gün işə gedib-gəlir, əmək haqqını da özü alır. İndiyədək xəstəxanada mənimsəmə halının olması ona məlum olmayıb. Şahid10, Şahid1, X26, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6 və Şahid7 tanımamışdır. Şahid3 əvvəllər iş yerində görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid25 ifadəsində bildirmişdir ki, 2002-ci ildən indiyədək Saatlı Rayon Mərkəzi Xəstəxanasında əvvəllə tibb bacısı daha sonra lobarant vəzifələrində işləyib. İşə hər gün gedib-gəlir, əmək haqqını isə özü alır. Əvvəllər isə əmək haqqını almaq üçün Mirqalimdən xahiş etmiş, Mirqalib isə onun əmək haqqın çıxarıb özünə şəxsən vermişdir. Şahid10, Şahid1, X26, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6 və Şahid7 tanımamışdır. Şahid3 əvvəllər iş yerində görmüşdür, o tibb qardaşı kimi işləmişdir. Məhkəmə istintaqı zamanı Şahid32 ifadəsində bildirmişdir ki, 1989-cu ilin 3-cü ayından bu günədək X28da sürücü kimi işləmişdir. İşə vaxtında gedib-gəlir, əmək haqqın isə özü alır. Özü X28da işlədiyindən növbəli qaydada işə çıxır, xəstəxananın həkimlərini isə tanımır. Məhkəmə istintaqı zamanı Şahid29 ifadəsində bildirmişdir ki, 2003-cü ildən etibarən Fətəlikənd xəstəxanasında tibb qardaşı vəzifəsində işləyib. İşə gedib-gəlib, əmək haqqın özü alıb. Bu ilin aprel ayının 8-i övladı xəstə olduğundan kursa gedə bilməmiş, öz xahişi ilə də işdən azad edilmişdir. Həmin xəstəxanada üç cərrah iki pediatr həkim olub. Şahid2 isə orada işləyən görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid18 ifadəsində bildirmişdir ki, X7 mühafizə polisi kimi xidmətə çıxmışdır, polis nəfəridir. Bəzən ayrı-ayrı idarə, təşkilatlarda və banklarda da iş yoldaşların əvəz etmişdir. Hazırki iş üzrə isə onun heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı ifadə vermiş, oxuyub imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid18 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonlararası Mühafizə Bölməsinin polis nəfəri kimi əsasən 2016-cı ildən digər iş yoldaşları, yəni konkret olaraq Sərxan Əliyev, Şahid17 və İsmayılxan Quliyev məzuniyyətdə olduqda və sair üzürlü səbəblərdən iş yerinə gələ bilmədikdə onları əvəz etməklə "xxxx" ASC-nin (ABB) Saatlı rayon filialına növbətçi kimi xidmətə təyin edilmişdir. O, həmin filial üzrə növbədə olduqda bəzi hallarda, yəni əmək haqqı verilən dövrdə Saatlı RMX-nin xəzinədarı Təqsirləndirilən şəxs2 həmin əraziyə gəlib əlində çoxsaylı, yəni 15-20 plastik kart vasitəsi ilə həmin bankın bankomatından pul çıxartmasını müşahidə etmiş, bir neçə dəfə sonuncu ondan pulun nağdlaşdırmasında köməklik göstərməsini xahiş etmiş, hansı səbəbdən bu qədər plastik kartdan pul çıxartmasını maraqlandıqda isə, sonuncu iş yoldaşlarının xahişi ilə pullarını çıxardıb özlərinə təqdim edəcəyini demişdir. Bununla da, plastik kartlardan 5-6 min manat məbləğində pulları çıxardıb tam şəkildə Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonradan baş verənlərdən xəbəri olmamışdır. İş yoldaşları S.Əliyev, Şahid17 və İ.Quliyevin də eyni qaydada xəzinədar Təqsirləndirilən şəxs2 köməklik edərək pul nağdılaşdırmaları halları olmuşdur. İfadəsi elan olunduqdan sonra Şahid18 həmin ifadəsini təsdiq etdiyini, ifadəni özü imzaladığını, hadisənin üzərindən uzun müddət keçdiyindən, bu səbəbdən məhkəmədə ifadə verərkən hadisələri xatırlamadığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid23 ifadəsində bildirmişdir ki, Fətəlikənd kəndində yerləşən xəstəxanada 2007-ci ildən qeydiyyatçı vəzifəsində işləyir. İşə vaxtında gedibgəlir, əmək haqqın isə özü alır. Həmin xəstəxanada Qulnara Veysəlovna və Şahid4 adlı həkimləri tanımır, xəsətəxanada həmin həkimlər işləməmiş, onları heç vaxt görməmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, uşağının xəstəliyi ilə əlaqədar gələmə bilməməsini nəzərə alıb, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, 2007-ci ildə vəfat etmiş atası X23 Rayon Mərkəzi Xəstəxanasına onu tanışlıqla işə düzəltmiş, ultrasəs müayinəsi həkimi vəzifəsinə qəbul edilmiş, lakin işə getməmiş, əməkhaqqı kartı özündə olmamış, həmin Xəstəxananın hansısa rəhbər vəzifəli şəxsində olmuş, nağdlaşdırmanın kimin tərəfindən aparılmasını bilməmiş, yalnız 2020-ci ildə ona işdən azad olunması haqda məlumat verilmiş, qaynatası iş stajının hesablanması üçün onu işə düzəltmişdir. Atası H.Həbibov 2014-cü ildə vəfat etmiş, kimin vasitəsi ilə onu işə düzəltməsini bilməmiş, işə düzəldiyi vaxt Xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs4 olmuş, sonuncunu heç vaxt görməmiş, əlaqəsi olmamış, 1997-ci ildən Bakı şəhərində yaşamış, 2004-cü ildə ailə həyatı qurduqdan sonra Saatlı rayonuna ildə bir-iki dəfə bir neçə günlük getmiş, daimi qalmamışdır. İşə getmədiyi üçün kartının hansısa rəhbər vəzifəli şəxslərdə qalacağı barədə atası tərəfindən əvvəlcədən xəbərdar edilmişdir. 2007-2020-ci illər ərzində ümumiyyətlə heç bir iş fəaliyyəti olmamış, 2005 və 2013-cü illərdə iki uşağı anadan olmuş, onlara qulluq etmiş, evdar qadın olmuşdur. İşə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. Şahid2 Respublika hüdudlarından kənarda olduğundan məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, 1989-cu ildə Saatlı Rayon Mərkəzi Xəstxanasında pediatr kimi işləməyə başlamış, 1992-ci ildə uşağı olduğundan dekretə çıxmış, 1995-ci ildə işdən azad edilmiş, 7 övladı olduğundan yalnız onlarla məşğul olmuş və əməkhaqqı almamışdır. Əri Şahid11 sözlərindən eşitdiyinə görə, 2015-ci ilin axırlarında, təxminən noyabr-dekabr ayında baş həkim Əkbər Ələkbərov onun uzun müddət tibb sahəsində və ümumiyyətlə işləmədiyi üçün kursa getməsinin məsləhət olmasını, kursdan keçdiyi halda işə qəbulunun mümkünlüyünü demişdir. Bu səbəbdən, xatırladığına görə, 2016-cı ilin yanvar ayında bir aylıq kursda iştirak etmiş, müvəffəqiyyət qazanmış, sonradan isə əri Arzumanın sözlərinə əsasən, Təqsirləndirilən şəxs4 onu işə qəbul etməsini, lakin işə getməkdə çətinlik çəkəcəyinə görə, əmək stajının hesablanması üçün əməkhaqqı kartını özündə saxlamasını, aralarında belə bir razılığın olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs4 heç vaxt görməmiş və əlaqəsi olmamış, adına açılan əmək haqqı kartından pul məxaric etməmiş və hansı miqdarda əmək haqqı almasından xəbəri olmamışdır. 2016-2021-ci illər ərzində heç bir iş fəaliyyəti olmamışdır. İşə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alıb, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, ali təhsilini başa vurduqdan sonra 2010-cu ilin iyun-iyul ayında təyinatla Saatlı Rayon Mərkəzi Xəstəxanasına şüa diaqnostikası üzrə həkim kimi göndərilmiş, həmin vaxtlarda ailə həyatı qurduğu və Bakı şəhərində yaşadığı üçün Saatlı rayonuna gedə bilmədiyindən sözügedən xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs4la danışıq apararaq, əməkhaqqısı qalmaq şərti ilə işə gəlməyəcəyi barədə razılıq əldə etmişdir. Qeyd edilən xəstəxanaya təyinatı verildikdən sonra səhhətində ciddi problemlər yarandığından və Bakı şəhərində yaşadığından, təyinat günündən sonrakı növbəti günlərdə cəmi 1-2 gün işə getmiş, həmin vaxtı vəziyyətini baş həkim Əkbər Ələkbərova izah etmiş və işə gələ bilməyəcəyini, işdən çıxmaq istəmədiyini demiş, sonuncu bu sözləri eşitdikdə işdən çıxmağına ehtiyacın olmamasını, əməkhaqqını kartını saxladığı, yəni aylıq maaşını özünə götürəcəyi halda işə gəlməmək məsələsini həll edəcəyini, narahatçılıq olmayacağını və iş stajının hesablanacağını söyləmiş, deyilənləri eşidib razılıq vermişdir. Ona ümumiyyətlə əməkhaqqı kartı təqdim edilməmiş, kartını kimin götürməsini və nağlaşdırma aparmasını bilməmişdir. 2010-2019-ci illər ərzində heç bir iş fəaliyyəti olmamış, 2013 və 2016-cı illərdə uşaqları anadan olmuş, onlara qulluq etmişdir. İşə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. Şahid10 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən, ağır xroniki xəstəliyi ilə əlqaədar məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alıb, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, o, 2018-ci ilin sentyabr ayının əvvələrində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün internet şəbəkəsi üzərindən müraciət edib tələb edilən müvafiq sənədləri təqdim etdikdən sonra həmin ayın ortalarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən M.Topçubaşov adına X16 keçirilən imtahanlarda iştirak edərək müvəffəqiyyət qazanmış, həmin ayın axırlarında təyinatı Saatlı Rayon Mərkəzi Xəstəxanasına (RMX) verildiyindən, özü isə Bakı şəhərində yaşamaqla ailəli olduğundan qeyd olunan xəstəxanada işləyə bilməyəcəyini anlamış və həmin Xəstəxanaya gedərək iş yerindən imtina etmək qərarına gəlmişdir. Bununla da, 2018-ci ilin oktyabr ayının əvvələrində Saatlı RMX-yə gedərək Kadrlar şöbəsinə yaxınlaşmış, təyinat vərəqəsini təqdim etmiş və vəziyyəti izah edərək iş yerinə gələ bilməyəcəyini qeyd etmiş, lakin əmək stajının hesablanmasını istəməsini əlavə etmiş, tanımadığı həmin Şöbənin işçisi bunun mümkün olmayacağını, işə gəlmədiyi halda bir müddət keçdikdə işdən azad olunacağını bildirmiş, bundan sonra fikirləşib məlumat verəcəyini desə də, artıq bu məsələ ilə maraqlanmamışdır. Sonradan bildiyinə görə, hazırda xatırlamadığı, lakin yaxın qohumlarından olan hansısa şəxs bu məsələdən xəbərdar olduqdan sonra əvvəllər Saatlı rayonu ərazisində yaşadığından və orada tanışları olduğundan Saatlı RMX-nin vəzifəli şəxsləri danışıq apararaq razılığa gəlmiş, yəni işə getmədiyi üçün kartının rəhbər şəxslərdə qalacağını, onun isə əmək stajının hesablanacağına dair razılıq vermiş, bu halı eşitdikdə sevinmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış, adına açılan əməkhaqqı kartından məlumatı olmamış, pul məxaric etməmiş və hansı miqdarda maaş almasından xəbəri olmamışdır. Konkret olaraq hansı qohumunun Saatlı RMX-nın vəzifəli şəxsləri ilə danışıq aparmasını xatırlamamış, əri Elxan Məmmədovun əksər qohumları Saatlı rayonu sakini olmuşlar, bu səbəbdən onlardan kiminsə ola biləcəyini ehtimal etmişdir. Saatlı Rayon X15 Hüquqi şəxsin rəhbərliyi ilə görüşməmiş və ya hər hansı bir danışıq aparmamış, həmin dövrdə baş həkimin Təqsirləndirilən şəxs5 olmasını sonradan eşitmişdir. 2018-2020-ci illər ərzində heç bir iş fəaliyyəti olmamış, işə davamiyyəti olmayan digər şəxslər barədə məlumatı olmamışdır. Şahid11 Respublika hüdudlarından kənarda olduğundan məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, həyat yoldaşı Qulnara Kudratovna 1989-1995-ci illərdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında çalışmış, daha sonra işə fəaliyyəti olmamış, evdar qadın kimi uşaqlarına qulluq etmişdir. 2015-ci ilin axırlarında, təxminən noyabr-dekabr ayında baş həkim Təqsirləndirilən şəxs4 onu xidməti otağına dəvət edərək arvadının uzun müddət tibb sahəsində və ümumiyyətlə işləmədiyi üçün diplomunun “yararsız” olacağını, yəni gələcəkdə işə düzəltmək və iş fəaliyyətini davam etdirmək istədiyi halda bunun mümkün olmayacağını, kursa getməsinin məsləhət olmasını, kursdan keçdiyi halda Şahid2 işə qəbul edəcəyini və işə gəlmək istəmədiyi halda iş stajının getməsi, habelə bu məsələyə “göz yumması” üçün əmək haqqı kartını özündə saxlayacağını bildirmiş, deyilənləri eşidib razılıq vermişdir. Bununla da, xatırladığına görə, 2016-cı ilin yanvar ayında yoldaşı Qulnara bir aylıq kursda iştirak etmiş, müvəffəqiyyət qazanmış, sonradan isə adı xəstəxanada işçi kimi qeyd edilsə də, arvadının adına olan kartdan istifadə etməmişlər, pul çıxarmamışlar, hər hansı bir maddi gəlirləri olmamış, kartdan kimin pul çıxarmasını bilməmiş, Qulnara Kudratovna işə getməmiş, dəqiq nə qədər əməkhaqqı almasını bilməmişdir. X19 2016-2021-ci illər ərzində hansı fəaliyyətlə məşğul olmamışdır. Şahid10, Şahid3, Şahid1, X26, Şahid9, Şahid4, Şahid5, Şahid6 və Şahid7 tanımamış və iş yerində görməmişdir. Şahid12 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini bildirmişdir. Məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid12 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, oğlu Emin Mejdunovun ailəsinin maddi imkanı aşağı səviyyədə olduğundan 2012-ci ilin axırlarında, təxminən noyabr ayında sonuncunun sosial yardım alması üçün gəlini Şahid6 Saatlı Rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək qərarına gəlmiş, bu məqsədlə baş həkim Təqsirləndirilən şəxs4 müraciət etmiş, xidməti otağında danışıq zamanı sonuncu Şahid6 xatırladığına görə, sanitar-qadın kimi işə qəbul edə biləcəyini, lakin işə gəlməyəcəyini və əmək haqqı kartının özündə qalacağını bildirdikdə razılıq vermişdir. Bundan sonra razılıq əsasında Şahid6 şəxsiyyət vəsiqəsinin surətini çıxardıb Təqsirləndirilən şəxs4 təqdim etmiş və bir müddət, təxminən bir ay keçdikdə gəlini xəstəxanada işçisi kimi qeydiyyata alınmışdır. Bundan başqa, oğlu Şahid9də ailəsinin maddi imkanı aşağı səviyyədə olduğundan 2017-ci ilin axırlarında, təxminən oktyabr sonuncunun sosial yardım alması üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına işə düzəltmək qərarına gəlmiş, bu məqsədlə yenidən baş həkim Təqsirləndirilən şəxs4 müraciət etmiş, xidməti otağında təklikdə danışıq zamanı sonuncu Şahid9 xatırladığına görə, fəhlə kimi işə qəbul edə biləcəyini, lakin işə gəlməyəcəyini və əmək haqqı kartının özündə qalacağını bildirdikdə razılıq vermiş, oğlu Elçin bir müddət sonra işə rəsmiyyətə alınmışdır. Qeyd olunanlara baxmayaraq nə özü, nədə ki, oğulları Elçin və Eminin ailəsi həmin kartdan istifadə etməmişlər, pul çıxarmamışlar, hər hansı bir maddi gəlirləri olmamış, Şahid6 və Şahid9 işə getməmişlər, dəqiq nə qədər əmək haqqı almalarını xatırlamamışdır. Təqsirləndirilən şəxs4la danışıqları zamanı sonuncu gəlini Şahid6 və oğlu Şahid9 əməkhaqqı kartlarını özündə saxlayacağını, yəni aylıq maaşının özünə çatacağı halda hər ikisini işə iqəbul edəcəyini və gəlməmələri halına “göz yumacağı”nı bildirmişdir. Bildiyinə görə, həmin kartlardan xəzinədar Təqsirləndirilən şəxs2 pulu çıxardıb baş mühasib Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu isə pulları baş həkim Təqsirləndirilən şəxs4 vermiş, burada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də maraqları olmuşdur. Şahid14 məhkəməyə teleqram, ərizə və tibbi sənədlərini ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, açıq ürək əməliyyatı və ağır viral infeksiya keçirməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini bildirmişdir. Məhkəmə istintaqında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid14 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan və tətqiq edilmiş, həmin ifadəsində sonuncu bildirmişdir ki, Pediatriya söbəsinin müdiri kimi vəzifələri şöbənin işini təşkil ve ona rəhbərlik etmək, işçilərin əmək intizamına ve ümumi fəaliyyətinə nəzarət etmək, vətəndaş qəbulunu həyata keçirmək, tibbi yardım göstərilməsini təmin etmək və s. İbarət olmuşdur. 2018-ci ilin axırlarında həmin Xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs5 onu öz xidməti otağına dəvət edərək Şahid10 onun tanışı olmasını və rəhbərlik etdiyi şöbəyə işə qəbul edildiyini, lakin işə gəlmək imkanında olmayacağını, həmin şəxsə problem yaratmamağını, işə davamiyyət tabellərində iş yerində olması haqda qeydiyyat aparmağını tapşırmış, o da çarəsiz qaldığından razılıq vermiş və 2020-ci ilin yay aylarınadək göstərişi icra etmiş, yəni faktiki olaraq Şahid10 işə gəlməsə də, ona tam şəkildə işə davamiyyəti müvafiq tabellərdə qeyd etməklə təsdiq etdikdən sonra icra edilməsi üçün Kadrlar va Maliyyə şöbələrinə göndərilməsini təmin etmiş, həmin qadını ümumiyyətlə görməmiş və ya tanımır. Təxminən 2020-ci ilin əvvəllərində Saatlı rayon prokurorluğunda Saatlı RMX-nin vəzifəli şəxslərin qanunsuz əməlləri üzrə cinayət işi başlanmaqla istintaqı aparıldığından Təqsirləndirilən şəxs5 həmin xəstəxanada "ölü canlar”ın olmasının müəyyən edilməsindən çəkindiyindən xx.xx.2020-ci il tarixdə onu işdən azad etmişdir. Özü sonradan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 baş mühasib Təqsirləndirilən şəxs1 və xəzinədar Təqsirləndirilən şəxs2la əlbir olmaqla Şahid10, habelə adlarını dəqiq bilmədiyi və digər şöbələrdə işçi kimi qeydiyyatı aparılmış şəxslərin əmək haqqlarını mənimsəmələrini bilmiş, əvvəlcədən məlumatı olmamışdır. Şahid10 özünün əmək haqqı alacağını, sadəcə baş həkimin ona hər hansı bir hala görə himayədarlıq etməsini fikirləşmiş, bu məsələdə maddi və sair marağı olmamış, Təqsirləndirilən şəxs5 göstərişini icra etmiş, əməlindən peşman olmuşdur. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş bankomat görüntüləri üzrə təhlildən görünür ki, Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 məxsus əməkhaqqı kartlarından Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Daxili İşlər Nazirliyinin Sabirabad rayonlararası Mühafizə Bölməsinin polis nəfərlərinin pul vəsaitləri nağdılaşdırdıqları müəyyən edilmişdir. (cild 1, iş vərəqə 7-13) İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dövrə aid elmi əhəmiyyəti itirilmiş və saxlanılma müddəti bitmiş sənədlər məhv edilmişdir. (cild 1, iş vərəqə 234-235) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin 2016-cı ilin fevral ayına aid iş qrafikindən görünür ki, Şahid3 işə gəlmədiyi halda müvafiq tarixlərdə iş yerində olması haqda qeydiyyat aparılmışdır. (cild 1, iş vərəqə 236) İş materiallarında olan Saatlı RİHB-nın xx.xx.2018-ci il tarixli, 97 saylı, xx.xx.2018-ci il tarixli, 168 saylı, xx.xx.2019-cu il tarixli, 45 saylı əmrlərindən görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini müvvəqqəti icra etməsi, xx.xx.2019-cu ildən isə həmin xəstəxananın baş həkimi vəzifəsinə təyin olunması əmr edilmişdir. (cild 1, iş vərəqə 239-241) İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs5 Saatlı Rayon Mərkəzi Xəstəxanasında əmək müqaviləsinə xitam verilmişdir. (cild 1, iş vərəqə 246) İş materiallarında olan 27-K saylı, xx.xx.2005-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2005-ci il tarixdən Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir. (cild 1, iş vərəqə 247) İş materiallarında olan Saatlı RİHB-nın xx.xx.2018-ci il tarixli, 81 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2018-ci il tarixdən Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilmişdir. (cild 1, iş vərəqə 248) İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 1(055)-21/2021 saylı, 06 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 308.1, 313, 314.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla iki il müddətə islah işləri cəzası saxlanılmışdır. (cild 2, iş vərəqə 285-308) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Mirqalib oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişlər, Təqsirləndirilən şəxs5 isə Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 308.1, 313 və 314.1-ci maddələri təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (cild 3, iş vərəqə 153-157) İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Nabatkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilən xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi arvadı, xx.xx.1989-cu il və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. (cild 3, iş vərəqə 167-169) İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilən xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı, xx.xx.1998-ci il və xx.xx.2005-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. (cild 3, iş vərəqə 187-189) İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilən xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 müsbət cəhətdən xarakterizə olunmuşlar. (cild 3, iş vərəqə 207, 209, 211) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-16/2-36595/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsi müavininin məktubundan görünür ki, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmiş, lakin Təqsirləndirilən şəxs4 adına “QAZ 310290” markalı, **-KE- *** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs3 adına “MOSKVİÇ 2140” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs2 adına “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadırlar. (cild 3, iş vərəqə 213-218) İş materiallarında olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizələr, ödəniş tapşırıqları və xx.xx.2023-cü il tarixli pulun depozit hesaba verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ərizələrində göstərdikləri, yəni ümumilikdə 10000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına verilmişdir. (cild 4, iş vərəqə 2-8) İş materiallarında olan Saatlı Rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məlumatdan görünür ki, Şahid1, Gülnarə Veysəlova, Yaqut Abduləzimova, Şahid6 və Şahid5 2007-2015-ci illərdə cəmi 37346,42 manat əmək haqqı ödənilmişdir. (cild 4, iş vərəqə 88-89) İş materiallarında olan 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı deməklə sonuncunun tapşırığı əsasında xəzinədar Təqsirləndirilən şəxs2 işə qəbul edilən, lakin iş yerinə gəlməməklə hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən ümumilikdə 10 nəfər işçinin əmək haqqı kartlarını müvafiq banklardan etibarnamə əsasında götürüb aylıq maaşlarını çıxardaraq ona təqdim etməsini, özü tərəfindən isə həmin pul vəsaitini sabiq baş həkim Təqsirləndirilən şəxs5 verməsini və aralarında bölgü aparmalarını bir daha bildirərək sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. (cild 4, iş vərəqə 143-146) İş materiallarında olan 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında olan ziddiyyətlə bağlı Təqsirləndirilən şəxs2 Mirqalib oğlu ilə Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs5 üzünə qarşı deməklə sonuncunun tapşırığı əsasında işə qəbul edilən, lakin iş yerinə gəlməməklə hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən ümumilikdə 10 nəfər işçinin əmək haqqı kartlarını müvafiq banklardan etibarnamə əsasında götürüb aylıq maaşlarını çıxardaraq baş mühasib Təqsirləndirilən şəxs1 təqdim etdiyini, sonuncu isə həmin pul vəsaitini sabiq baş həkim Təqsirləndirilən şəxs5 verməsini və aralarında bölgü aparmalarını bir daha bildirərək sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. (cild 4, iş vərəqə 147- 150) İş materiallarında olan 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında olan ziddiyyətlə bağlı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı deməklə sonuncunun tapşırığı əsasında xəzinədar Təqsirləndirilən şəxs2 işə qəbul edilən, lakin iş yerinə gəlməməklə hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən ümumilikdə 10 nəfər işçinin əmək haqqı kartlarını müvafiq banklardan etibarnamə əsasında götürüb aylıq maaşlarını çıxardaraq ona təqdim etməsini, özü tərəfindən isə həmin pul vəsaitini sabiq baş həkim Təqsirləndirilən şəxs4 verməsini və aralarında bölgü aparmalarını bir daha bildirərək sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. (cild 4, iş vərəqə 163-166) İş materiallarında olan 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ziddiyyətlə bağlı Təqsirləndirilən şəxs2 Mirqalib oğlu ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 üzünə qarşı deməklə sonuncunun tapşırığı əsasında işə qəbul edilən, lakin iş yerinə gəlməməklə hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən ümumilikdə 10 nəfər işçinin əmək haqqı kartlarını müvafiq banklardan etibarnamə əsasında götürüb aylıq maaşlarını çıxardaraq baş mühasib Təqsirləndirilən şəxs1 təqdim etdiyini, sonuncu isə həmin pul vəsaitini sabiq baş həkim Təqsirləndirilən şəxs4 verməsini və aralarında bölgü aparmalarını bir daha bildirərək sonuncunun törətdiyi cinayət əməllərini ifşa etmişdir. (cild 4, iş vərəqə 167-170) İş materiallarında olan 20 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma barədə qərardan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 4, iş vərəqə 197-198) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanasının işçilərinin 2016-2022-ci illər üzrə işə əməkhaqqı cədvəllərindən və işçilərinin 2016-2022-ci illər üzrə işə davamiyyət tabelləri cədvəllərindən görünür ki, adları işçi kimi rəsmiləşdirilən Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 işə gəlmədikləri təqdirdə onların davamlı olaraq işə gəlmələri kimi rəsmiləşdirilmiş və adları işçi kimi rəsmiləşdirilən Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9 və Şahid10 işə gəlmədikləri təqdirdə onlara aylıq olaraq müxtəlif məbləğlərdə pul vəsaiti əməkhaqqı olaraq hesablanmışdır. (cild 4, iş vərəqə 105-148, cild 5, iş vərəqə 1-172) İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən və ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs5 30000 (otuz min) manat, Təqsirləndirilən şəxs3 23597 (iyirmi üçn min beş yüz doxsan yeddi) manat, Təqsirləndirilən şəxs1 16000 (on altı min) manat və Təqsirləndirilən şəxs2 Mirqalib oğlu 16000 (on altı min) manat olmaq yəni ümumilikdə 85597 (səksən beş min beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödəmişlər. (cild 5, iş vərəqə 173-178, cild 7, iş vərəqə 108-114, cild 8, iş vərəqə 33-38) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”ndan görünür ki, baş həkim - müəssisənin işi təşkil etmək və fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərmək, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirməsi və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilati-idarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək; baş mühasib - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat 245 uçotunun təşkilini və maddi, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, mülkiyyətinin qorunmasına nəzarəti həyata keçirmək, təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi üçün tətbiq edilən və nümunəvi forması olmayan haqqhesablara dair iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqi üzrə işə, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasına, eləcə də inventarlaşdırmanın aparılması qaydasının təmin olunmasına, təsərrüfat əməliyyatlarının aparılmasına nəzarətə, mühasibat məlumatlarının emalı texnologiyasına və sənəd dövriyyəsi qaydasına riayət olunmasına rəhbərlik etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görmək, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfatmaliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri rəsmiləşdirmək, pul vəsaitləri və malmaterial qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak etmək, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək, ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq, mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin struktur bölməsi işçilərinə metodik köməklik etmək, mühasibatlığın işçilərinə rəhbərlik etmək; şöbə müdiri - şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitargigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək, işin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin etmək, səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak etmək, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etmək, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlanaq, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yaratmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək; xəzinədar - pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi qaydalarına mütləq riayət edilməklə, qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirmək, işçilərə əmək haqqı, mükafatlar, ezamiyyət ödənişləri və digər xərclərin verilməsi üçün bank müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər üzrə pul vəsaitlərini və qiymətli kağızları almaq, mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparmaq, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurmaq, yeniləri ilə əvəz edilməsi məqsədi ilə bank müəssisəsinə verilmək üçün köhnə kupyuraların, eləcə də müvafiq sənədlərin siyahısını tərtib etmək, müəyyən edilmiş qaydalara uyğun olaraq pul vəsaitlərini inkassatora təhvil vermək və xəzinə hesabatlarını tərtib etmək, eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul şəxs kimi vəzifələri müəyyən edilmişdir. (cild 5, iş vərəqə 182-195) İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 97 nömrəli əmrindən çıxarışdan görünür ki, 02 iyul 2018-ci il tarixdən Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinin icrası Təqsirləndirilən şəxs5 həvalə edilmiş, Saatlı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 45 nömrəli əmri ilə Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmiş, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin İdarə heyətinin sədrinin xx.xx.2021-ci il tarixli, 03-082 nömrəli əmri ilə işdən azad edilərək, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı kimi işə qəbul edilmişdir. (cild 5, iş vərəqə 208-216) İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid1 xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, Şahid3 xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Şahid2 xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, Şahid4 xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, Şahid5 xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, Şahid6 xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, Şahid7 xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Şahid8 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və Şahid9 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Saatlı Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələr üzrə işçi kimi rəsmiləşdirilmişlər. (cild 5, iş vərəqə 217-224, 238-245, 248-249) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkimlərinin 2017- 2022-ci illərə aid məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərdən həmin Xəstəxana işçilərinin adına sifariş verilmiş plastik kartların qəbul edilməsi səlahiyyəti verilmişdir. (cild 5, iş vərəqə 227-233) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin xx.xx.2018ci il tarixli, 265-K nömrəli əmrindən çıxarışdan görünür ki, 01 oktyabr 2018-ci il tarixdə Şahid10 pediatriya şöbəsinin həkim-pediatrı kimi işə qəbul edilmişdir. (cild 5, iş vərəqə 225) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin xx.xx.2020ci il tarixli, 60-K nömrəli əmrindən çıxarışdan görünür ki, 01 may 2020-ci il tarixdə Şahid10 əmək müqaviləsinə xitam verilmişdir. (cild 5, iş vərəqə 226) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin xx.xx.2001ci il tarixli, 75 nömrəli əmrindən çıxarışdan görünür ki, 07 may 2001-ci il tarixdə Təqsirləndirilən şəxs1 baş mühasib vəzifəsinə təyin edilmiş, qeyd edilən tarixdən xx.xx.2021-ci il tarixədək baş mühasib vəzifəsində işləmiş, Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin xx.xx.2021-ci il tarixli, 1 nömrəli əmri ilə həmin tarixdən Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. (cild 5, iş vərəqə 236-237) İş materiallarında olan Saatlı Rayon Mərkəzi Xəstəxanası baş həkiminin xx.xx.1989cu il tarixli, 1 nömrəli əmrindən çıxarışdan görünür ki, 10 fevral 1989-cu il tarixdə Təqsirləndirilən şəxs2 Mirqalib oğlu xəzinədar vəzifəsinə təyin edilmişdir. (cild 5, iş vərəqə 259-260) İş materiallarında olan Təqsirləndirilən şəxs3 əmək kitabçasının surətindən görünür ki, o, 01 iyun 1995-ci il tarixli, 76 nömrəli əmrlə Terapiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. (cild 5, iş vərəqə 262) İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmaqla iş materiallarına əlavə edilmiş ödəniş kartları üzrə çıxarışlardan görünür ki, Şahid1 adına olan kart hesabına 2010-cu il mart ayından olmaqla həmin il ərzində cəmi 494,66 manat, 2011-ci il ərzində cəmi 1259,73 manat, 2012-ci il ərzində cəmi 2130,98 manat, 2013-cü il ərzində cəmi 1413,04 manat, 2014-cü il ərzində cəmi 2505,89 manat, 2015-ci il ərzində cəmi 2578,8 manat, Şahid3 adına olan kart hesabına 2009-cu ilin may ayından olmaqla həmin il ərzində cəmi 903,47 manat, 2010-cu il ərzində cəmi 921,72 manat, 2011-ci il ərzində cəmi 1423,63 manat, 2012-ci il ərzində cəmi 1412,64 manat, 2013-cü il ərzində cəmi 1527,12 manat, 2014-cü il ərzində cəmi 1847,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 2023,25 manat, Şahid2 adına olan kart hesabına 2010-cu il ərzində cəmi 599,84 manat, 2011-ci il ərzində cəmi 1818,2 manat, 2012-ci il ərzində cəmi 2024,4 manat, 2013-cü il ərzində cəmi 2127,84 manat, 2014-cü il ərzində cəmi 2495,32 manat, 2015-ci il ərzində cəmi 2439,36 manat, Şahid4 adına olan kart hesabına 2010-cu ilin oktyabr ayından olmaqla həmin il ərzində cəmi 472,22 manat, 2011-ci il ərzində cəmi 1480,2 manat, 2012-ci il ərzində cəmi 1294,62 manat, 2013-cü il ərzində cəmi 633,78 manat, 2014-cü il ərzində cəmi 1349,07 manat, 2015-ci ilin noyabr ayınadək müddətə cəmi 1566,8 manat, Şahid5 adına olan kart hesabına 2012-ci il ərzində cəmi 1396,98 manat, 2013-cü il ərzində cəmi 1493,32 manat, 2014-cü il ərzində cəmi 1576,51 manat, 2015-ci il ərzində cəmi 1919,48 manat, Şahid6 adına olan kart hesabına 2012-ci ilin dekabr ayında cəmi 94,46 manat, 2013-cü il ərzində cəmi 1190,4 manat, 2014-cü il ərzində cəmi 1272,24 manat, 2015-ci il ərzində cəmi 1285,92 manat, Şahid7 adına olan kart hesabına 2015-ci il ərzində cəmi 1023,38 manat məbləğlərdə pul köçürmələri aparılmışdır. (cild 6, iş vərəqə 62-86, 92-100) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil daxil olmaqla iş materiallarına əlavə edilmiş hesabından çıxarışdan görünür ki, Şahid1 adına olan kart hesabına 2016-cı il ərzində cəmi 2904,38 manat, 2017-ci il ərzində cəmi 2966,88 manat, 2018-ci il ərzində cəmi 3268,1 manat, 2019-cu il ərzində cəmi 4866,2 manat və 2020-ci ilin sentyabr ayınadək müddətə cəmi 7631,87 manat, Şahid3 adına olan kart hesabına 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 1244,21 manat, 2016-cı il ərzində cəmi 2340,86 manat, 2017-ci il ərzində cəmi 2577,5 manat, 2018-ci il ərzində cəmi 2792,48 manat, 2019-cu il ərzində cəmi 4128,5 manat, 2020-ci il ərzində cəmi 5186,92 manat və 2021-ci ilin yanvar ayında cəmi 3038 manat, Şahid2 adına olan kart hesabına 2016-cı il ərzində cəmi 2642,34 manat, 2017-ci il ərzində cəmi 2706,24 manat, 2018-ci il ərzində cəmi 3618,3 manat olmaqla, 2019-cu il ərzində cəmi 5270,02 manat və 2020-ci il ərzində cəmi 10980,98 manat, Şahid4 adına olan kart hesabına 2015-ci ilin noyabr ayından olmaqla həmin il ərzində cəmi 313,36 manat, 2016cı il ərzində cəmi 2099,54 manat, 2017-ci il ərzində cəmi 2362,8 manat, 2018-ci il ərzində cəmi 2965,6 manat, 2019-cu il ərzində cəmi 4353,96 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 4623,59 manat, Şahid5 adına olan kart hesabına 2016-cı il ərzində cəmi 2400,25 manat, 2017-ci il ərzində cəmi 2457,6 manat, 2018-ci il ərzində cəmi 2727,67 manat, 2019-cu il ərzində cəmi 4096,1 manat və 2020-ci ilin oktyabr ayınadək müddətə cəmi 5583,33 manat, Şahid6 adına olan kart hesabına 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1643,78 manat, 2019-cu il ərzində cəmi 2351,42 manat və 2020-ci il ərzində cəmi 4000,95 manat, Şahid7 adına olan kart hesabına 2016-cı il ərzində cəmi 1410 manat, 2017-ci il ərzində cəmi 1421,28 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2446,42 manat, 2020-ci il ərzində cəmi 3158,05 manat, 2021-ci il ərzində cəmi 3088,2 manat, 2022-ci ilin iyun ayınadək cəmi 2065,99 manat, Şahid8 adına olan kart hesabına 2017-cı il ərzində cəmi 1548,1 manat, 2018-ci il ərzində cəmi 2534,94 manat, 2019-cu il ərzində cəmi 3722,22 manat, 2020-ci ilin oktyabr ayınadək cəmi 4072,12 manat, Şahid9 adına olan kart hesabına 2017-cı il ərzində cəmi 355,32 manat, 2018-ci il ərzində cəmi 1693,78 manat, 2019-cu il ərzində cəmi 2546,42 manat və 2020-ci il ərzində cəmi 3636,18 manat, Şahid10 adına olan kart hesabına 2018-ci ilin oktyabr ayından etibarən həmin il ərzində cəmi 551,27 manat, 2019-cu il ərzində cəmi 2911,8 manat və 2020-ci ilin iyun ayınadək müddətə cəmi 1725,56 manat məbləğlərdə pul köçürmələri aparılmışdır. (cild 6, iş vərəqə 108-114, 118-124, 142-144, 146-147) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş bir ədəd CD diskə həmin tarixdə baxış keçirilməsi protokolundan görünür ki, diskin daxilində olan “Allahverdiyev Elchin”, “Kazimov Ramid”, “Mamisheva Yaqut”, “Mammadova Zumrud”, “Şahid6”, “Murselova Gunel”, “Sarvarov Arif”, “Seyfullayeva Gultekin”, “Veliyeva Nergiz” və “Veysalova Gulnara” adlı qovluqlardakı fotoşəkillərdə müxtəlif tarixlərdə bankomatdan pul məxaric edən şəxslərin və pulun qəbul edilməsi görüntüləri olmaqla həmin şəxslər adları çəkilən vətəndaşlar deyil, əsasən Təqsirləndirilən şəxs2 və xüsusi geyimdə olan polis əməkdaşlarıdır. (cild 6, iş vərəqə 151-153) İş materiallarında olan 20 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin açılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, R.Ə.Quliyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri nəticəsində dövlətə dəymiş maddi ziyanın məbləğinin 206316,38 manat olması kimi nəzərə alınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətin bankomat görüntüləri əks olunan 1 ədəd CD diski, həmin və "xxxx" Açıq Səhmdar Cəmiyyətin Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6, Şahid7, Şahid3, Şahid8 və Şahid10 adına olan ödəniş kartları üzrə çıxarışları, Saatlı Rayon X15 Hüquqi şəxsi tərəfindən təqdim olunan həmin şəxslərə dair əmək müqaviləsi bildirişləri, 2016- 2022-ci illər üzrə maliyyə sənədləri (işə davamiyyət tabelləri, əməkhaqqı cədvəlləri və sair), xəzinədar Təqsirləndirilən şəxs2 adına verilmiş etibarnamələr iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması qərara alınmışdır. (cild 6, iş vərəqə 204-263) İş materiallarında olan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Mütəxəssis təhliləri şöbəsinin xx.xx.2023-cü il tarixli, mütəxəssis rəyindən görünür ki, faktiki olaraq işə gəlmədikləri halda, 2007-ci ildən 2022-ci ilin may ayında kimi olan dövrdə Saatlı rayon X15 Hüquqi şəxsin 10 nəfər əməkdaşının (Şahid1 -34784,13, Şahid3 - 31367,37, Şahid2 - 36722,84, Şahid4 - 23515,54, Şahid5 - 23651,24, Şahid6 - 14670,45, Şahid7 - 16307,1, Şahid8 - 11877,38, Şahid9 - 8231,7, Şahid10 - 5188,63 manat) adına açılmış əmək haqqı kart hesablarına əsassız olaraq cəmi 206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat miqdarında pul vəsaiti mədaxil edilmişdir. (cild 7, iş vərəqə 8-15) İş materiallarında olan 22 may 2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanımaq haqqında qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxs, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi qismində tanınmışdır. (cild 7, iş vərəqə 32-33) İş materiallarında olan 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 7, iş vərəqə 68-69) İş materiallarında olan 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 7, iş vərəqə 103-104) İş materiallarında olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 tərəfindən yazılmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələr, ödəniş tapşırıqları və xx.xx.2023-cü il tarixli pulun depozit hesaba verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ərizələrində göstərdikləri, yəni ümumilikdə 35597 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına verilmişdir. (cild 7, iş vərəqə 108-116) İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsininin xx.xx.2023-cü il tarixli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs4 adına ünvan 9 ünvanında yerləşən 38 nömrəli mənzilin orta bazar dəyəri 66720 (altmış altı min yeddi yüz iyirmi) manat, ümumi birgə mülkiyyət hüququ ilə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 37700 (otuz yeddi min yeddi yüz) manat və “QAZ 310290” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 3000 (üç min) manat; Təqsirləndirilən şəxs1 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Seyidoba kəndində yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 40040 (qırx min qırx) manat və Qaraçalar kəndində yerləşən 3.65 ha torpaq sahəsinin orta bazar dəyəri 17200 (on yeddi min iki yüz) manat; Təqsirləndirilən şəxs3 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Nabatkənd kəndində yerləşən 2.1583 ha torpaq sahəsinin orta bazar dəyəri 17200 (on yeddi min iki yüz) manat və “MOSKVİÇ 2140” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 2500 (iki min beş yüz) manat; Təqsirləndirilən şəxs5 adına ümumi birgə mülkiyyət hüququ ilə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 61550 (altmış bir min beş yüz əlli) manat; Təqsirləndirilən şəxs2 adına “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 16500 (on altı min beş yüz) manat, habelə əvvəllər Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınsa da, sonradan yaxın qohumu X3 adına özgəninkiləşdirilmiş ünvan 12 ünvanında yerləşən 10 nömrəli mənzilin orta bazar dəyəri 156170 (yüz əlli altı min yüz yetmiş) manat və əvvəllər Təqsirləndirilən şəxs5 adına qeydiyyata alınsa da, sonradan qızı X4 adına özgəninkiləşdirilmiş ünvan 13 ünvanında yerləşən 100 nömrəli mənzilin orta bazar dəyəri 83385 (səksən üç min üç yüz səksən beş) manat kimi qiymətləndirilmişdir. (cild 7, iş vərəqə 125-158) İş materiallarında olan 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 7, iş vərəqə 190-191) İş materiallarında olan 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mirqalib oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 7, iş vərəqə 227-228) İş materiallarında olan 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 8, iş vərəqə 26-28) İş materiallarında olan Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizələr, ödəniş tapşırıqları və xx.xx.2023-cü il tarixli pulun depozit hesaba verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ərizələrində göstərdikləri, yəni ümumilikdə 4000 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına verilmişdir. (cild 8, iş vərəqə 33-40) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 5(001)-1227/2023 saylı qərarından görünür ki, ümumilikdə 501965 (beş yüz bir min doqquz yüz altmış beş) manat dəyərindəki Təqsirləndirilən şəxs4 adına ünvan 9 ünvanında yerləşən 38 nömrəli mənzil, ümumi birgə mülkiyyət hüququ ilə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi və “QAZ 310290” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs1 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Seyidoba kəndində yerləşən fərdi yaşayış evi və Qaraçalar kəndində yerləşən 3.65 ha torpaq sahəsi; Təqsirləndirilən şəxs3 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Nabatkənd kəndində yerləşən 2.1583 ha torpaq sahəsi və “MOSKVİÇ 2140” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs5 adına ümumi birgə mülkiyyət hüququ ilə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi; Təqsirləndirilən şəxs2 adına “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə əvvəllər Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınsa da, sonradan yaxın qohumu X3 adına özgəninkiləşdirilmiş ünvan 12 ünvanında yerləşən 10 nömrəli mənzil və əvvəllər Təqsirləndirilən şəxs5 adına qeydiyyata alınsa da, sonradan qızı X4 adına özgəninkiləşdirilmiş ünvan 13 ünvanında yerləşən 100 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. (cild 8, iş vərəqə 52-56) İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 dəymiş ziyandan 7000 manat məbləğində pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 9, iş vərəqə 66-67) İş materiallarında olan Saatlı Rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Saatlı RMX PHŞ-in poliklinika şöbəsində 2015-ci il tarixdən “Şəkərli diabet İİ tip ağır forma (E11.7)” diaqnozu ilə qeydiyyatdadır. Xəstə mütəmadi olaraq müayinə və müalicə olunur. (cild 9, iş vərəqə 123) İş materiallarında olan Saatlı RMX-nın xx.xx.2020-ci il tarixli 234 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs5 TƏBİB-in göstərişinə əsasən zərurət ilə əlaqədar olaraq, o xx.xx.2020-ci il tarixdən Naftalan MRX-na ezam olunmuş, ezamiyyətdən qayıtdığı üçün o, xx.xx.2020-ci il tarixdən işdə hesab olunmuşdur. (cild 9, iş vərəqə 126) İş materiallarında olan epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs5 XBT-10 koduadı: C20 düz bağırsağın bədxassəli yenitörəməsi cT3N1M1 mərhələ İV diaqnozu qoyulmuşdur. (cild 9, iş vərəqə 127-128) İş materiallarında olan Saatlı Rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Saatlı RMX PHŞ-in poliklinika şöbəsində “ÜİX gərginlik stenokardiyası İİİ f/s, post infarkt, arterial hipertoniya İİİ mərhələ, ÜÇ İİ mərhələ, şəkərli diabet İİ tip ağır forma, diabetik angiopatiya” diaqnozu ilə qeydiyyatdadır. Xəstə mütəmadi olaraq müayinə və müalicə olunur. (cild 9, iş vərəqə 185) İş materiallarında olan fəxri fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs3 əhalinin sağlamlığının qorunmasında və tibb xidmətinin təşkilində fərqləndiyinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə Saatlı Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgər və zabitlərə göstərdiyi xidmətlərinə və fədakarlığına görə, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə görə təltif edilmişdir. (cild 9, iş vərəqə 186-189) İş materiallarında olan Saatlı Rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Saatlı RMX PHŞ-in poliklinika şöbəsində “Şəkərli diabet İİ tip ağır forma, ÜİX gərginlik stenokardiyası İİ f/s, Hipertoniya xəstəliyi İİ dərəcə, Klaustrofobija panik ataklarla” diaqnozu ilə dispanser qeydiyyatdadır. (cild 10, iş vərəqə 2) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 dəymiş ziyandan 10000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 3) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 dəymiş ziyandan 5000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 3) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 dəymiş ziyandan 10000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 26) İş materiallarında olan Saatlı Rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı RMX PHŞ-in poliklinika şöbəsində “Şəkərli diabet İİ tip. Haşimoto xəstəliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. (cild 10, iş vərəqə 28) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 Mirqalib oğlu dəymiş ziyandan 5000 manat məbləğində pul vəsaitini X1 "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 29-30) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 Mirqalib oğlu dəymiş ziyandan 10000 manat məbləğində pul vəsaitini X1 "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 64-65) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 dəymiş ziyandan 5000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 66) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 dəymiş ziyandan 10000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 67) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 dəymiş ziyandan 14000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 68) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 dəymiş ziyandan 18000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 69-70) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs5 dəymiş ziyandan 5000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 71-72) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs3 dəymiş ziyandan 5000 manat məbləğində pul vəsaitini Bakı Şəhəri Maliyyə İdarəsinin "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. (cild 10, iş vərəqə 73) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı hər biri ayrı-ayrılıqda qismən və bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini, yəni özgə əmlakını mənimsəməmələri, belə bir göstəriş almamaları və təhrik edənin olmamasını, kiminləsə əlbir olmayıb, kimdənsə qanunsuz pul almayıb və ya tələb etməmələri, Təqsirləndirilən şəxs1 hər hansı səbəbdən və miqdarda pul almamaları, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işçilərdən Şahid1, Şahid3 onun özü işlədiyi dövrlər istisna olmaqla, Şahid4, Şahid8, Şahid10 istisna olmaqla Şahid2, Şahid5, Şahid6, Şahid7 və Şahid9 münasibətdə heçnədən məlumatının olmaması, tabel əsasında onlara əmək haqqı yazması, əmək haqqılarının isə kim tərəfindən alınmasını bilməməsi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Şahid3 (işləmədiyi müddətlərdə), Şahid1 və Şahid4 başqa digər şəxslərin əmək haqqlarının kim tərəfindən çıxarılmasından məlumatsız olması, Təqsirləndirilən şəxs3 isə məhkəmə istintaqı zamanı Şahid5 işə gəlibgetməsi, əmək haqqısının da özü tərəfindən alınması, onun həmin işdən əmək haqqının kimsə tərəfindən mənimsənilməsindən isə qətiyyən xəbərinin olmaması barədə ifadələrini inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri xüsusatlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2in, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə üzləşdirmə zamanı verdikləri ifadələri, habelə məhkəmədə iş üzrə dindirilmiş şəxslər- Şahid6, Şahid8, Şahid9, Şahid16, Şahid3, Şahid5, Şahid13, Şahid15 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, Şahid1, Şahid2, Şahid4, Şahid10, Şahid11, Şahid12, Şahid14 ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqı zamanı elan edilməklə tətqiq edilmiş ifadələri, "xxxx" ASCdən daxil olmuş bankomat görüntüləri, həm də məhkəmədə tədqiq olunmuş yuxarıda göstərilən digər sübutlarla tam təkzib edilir. Bununla yanaşı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət təqibi başlanan andan, barələrində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən ifadələri ilə bağlı fikir bildirməmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamışlar. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət işinin ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, çıxarışlar və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin əməllərində onlara ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə şahidlər Şahid7, Şahid9, Şahid6 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatları; yəni Şahid7 ifadəsində Saatlı RMX-da xadimə vəzifəsinə işə qəbul olunaraq, hər gün səhər saat 09:00-dan axşam saat 17:00-dək işdə olması, əmək haqqı kartının isə qayınatasında olması, əmək haqqının həmişə qayınatası Mikayıl Seyfullayev tərəfindən alınması, ailənin birgə xərclərinə xərclənməsi, Şahid6 ifadəsində əmək haqqı kartının kimdə olmasından məlumatının olmaması, Şahid9 ifadəsində əmək haqqının kim tərəfindən alınmasından xəbərinin olmamasına dair göstərdiyi hallar məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib edildiyindən onların məhkəmə iclasında verdikləri ifadələrini yuxarıda göstərilən hissəsində sübut kimi qəbul etmir və onların bu ifadələrini təqsirləndirilən şəxslərin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Əksinə ibtidai istintaq zamanı şahid qismində vermiş olduqları ifadələri işin faktiki hallarına uyğun olduğundan, məhkəmə məhz həmin ifadələri sübut kimi qəbul edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində və Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməlləri CM-in 179.3.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri isə CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Göstərilən maddənin (CM-nin 41.2-ci maddəsi) məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, “Şəkərli diabet İİ tip ağır forma, ÜİX gərginlik stenokardiyası İİ f/s, Hipertoniya xəstəliyi İİ dərəcə, Klaustrofobija panik ataklarla” diaqnozu ilə həmin xəstəlikdən əziyyət çəkməsi, ali təhsilli və ahıl yaşda olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, kifayət qədər uzun müddət ərzində həkim fəaliyyəti ilə məşğul olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs5 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, “XBT-10 kodu-adı: C20 düz bağırsağın bədxassəli yenitörəməsi cT3N1M1 mərhələ İV diaqnozu” diaqnozu ilə həmin xəstəlikdən əziyyət çəkməsi, ali təhsilli və ahıl yaşda olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, “Vətən Müharibəsi” zamanı Naftalan MRX-na ezam olunaraq, yaralı əsgər və zabitlərimizə tibbi yardımlar göstərməklə xidmətlər etməsi, kifayət qədər uzun müddət ərzində və hal-hazırda da həkim fəaliyyəti ilə məşğul olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, “ÜİX gərginlik stenokardiyası İİİ f/s, post infarkt, arterial hipertoniya İİİ mərhələ, ÜÇ İİ mərhələ, şəkərli diabet İİ tip ağır forma, diabetik angiopatiya” diaqnozu ilə həmin xəstəlikdən əziyyət çəkməsi, ali təhsilli və ahıl yaşda olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əhalinin sağlamlığının qorunmasında və tibb xidmətinin təşkilində fərqləndiyinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə Saatlı Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgər və zabitlərə göstərdiyi xidmətlərinə və fədakarlığına görə, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə görə təltiflər edilməsi, kifayət qədər uzun müddət ərzində və hal-hazırda da həkim fəaliyyəti ilə məşğul olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, “Şəkərli diabet İİ tip. Haşimoto xəstəliyi” diaqnozu ilə həmin xəstəlikdən əziyyət çəkməsi, ali təhsilli olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, kifayət qədər uzun müddət ərzində və halhazırda da Saatlı RMX-da müxtəlif vəzifələrdə işləməsi isə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, “Şəkərli diabet İİ tip ağır forma (E11.7)” diaqnozu ilə həmin xəstəlikdən əziyyət çəkməklə mütamadi müayinə və müalicə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, kifayət qədər uzun müddət ərzində və hal-hazırda da Saatlı RMX-da xəzinədar vəzifəsində işləməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 313-cü maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran haldır. Məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, ittiham olunduqları əməllər qulluq mövqeyindən istifadə etmək ilə əlaqədar olduğundan onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrinin, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 2018-ci ilin iyun ayınadək, Təqsirləndirilən şəxs5 2020-ci ilin iyun ayınadək, Təqsirləndirilən şəxs3 isə 2020-ci ilin oktyabr ayınadək vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə törətdiyi vəzifə saxtakarlığı cinayəti üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə onlara cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 2018-ci ilin iyun ayınadək, Təqsirləndirilən şəxs5 2020-ci ilin iyun ayınadək, Təqsirləndirilən şəxs3 isə 2020-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət epizodlarını törətdikləri tarixdən iki ildən artıq müddət keçmişdir. Bu əsasa görə də o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən qeyd olunan həmin epizodlar üzrə bu məqamı nəzərdə saxlayır. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilmədiklərindən, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 CM-in 313cü maddəsi ilə təqsirli bilinsələr də onlara bu maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Lakin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda sadalanan və onların cəzasını yüngülləşdirən halların məcmusunu, yaşlarını, müxtəlif xəstəliklərdən əziyyət çəkmələrini, uzun müddətli xidməti fəaliyyətlərini, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 “Vətən Müharibəsi” zamanı yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərməklə xidmət etmələrini, eyni zamanda onların cinayət nəticəsində dəymiş ziyandan-206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pulun, ibtidai istintaq zamanı 85597 (səksən beş min beş yüz doxsan yeddi) manat məbləğində və məhkəmə istintaqı zamanı isə 104000 (bir yüz dörd min) manat məbləğində, ümumilikdə isə 189597 (bir yüz səksən doqquz min beş yüz doxsan yeddi manat), təxminən dəymiş ziyanın 92% hissəsini ödəmələrini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onların islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilməsi onlara mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsləri ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, onlara öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onların davranışı üzərində nəzarət Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətin bankomat görüntüləri əks olunan 1 ədəd CD disk, həmin və "xxxx" Açıq Səhmdar Cəmiyyətin Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6, Şahid7, Şahid3, Şahid8 və Şahid10 adına olan ödəniş kartları üzrə çıxarışları, Saatlı Rayon X15 Hüquqi şəxsi tərəfindən təqdim olunan həmin şəxslərə dair əmək müqaviləsi bildirişləri, 2016-2022-ci illər üzrə maliyyə sənədləri (işə davamiyyət tabelləri, əməkhaqqı cədvəlləri və sair), xəzinədar Təqsirləndirilən şəxs2 adına verilmiş etibarnamələr cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınmalıdır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. İttiham aktına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə xüsusi müsadirə olunması üçün təklif edilən əmlak müəyyən edilməmiş, lakin vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilməsi üçün təklif olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ümumilikdə 501965 (beş yüz bir min doqquz yüz altmış beş) manat dəyərindəki təqsirləndirilən şəxslərə məxsus daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur. Lakin hazırda cinayət nəticəsində dəymiş ziyandan-206316,38 (iki yüz altı min üç yüz on altı manat otuz səkkiz qəpik) manat məbləğində pulun, ibtidai istintaq zamanı 85597 (səksən beş min beş yüz doxsan yeddi) manat məbləğində və məhkəmə istintaqı zamanı isə 104000 (bir yüz dörd min) manat məbləğində, ümumilikdə isə 189597 (bir yüz səksən doqquz min beş yüz doxsan yeddi) manat, təxminən dəymiş ziyanın 92% hissəsi təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, dəymiş ziyan məbləğindən isə 16719,38 (on altı min yeddi yüz on doqquz manat otuz səkkiz qəpik) manat ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən hansı əmlakın xüsusi müsadirə edilməli olduğu məsələsi məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən əmlaklarla barəsində xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, üzərinə həbs qoyulmuş daşınar və daşınmaz əmlakların təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilməsini sübut edən hər hansı dəlil nə ibtidai istintaq, nə də ki, məhkəmə zamanı müəyyən edilməmişdir. CPM-nin 254-cü maddəsinə əsasən məhkəmə icraatı zamanı və cinayət mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsi üçün göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Üzərinə həbs qoyulmuş həmin əmlaklarla bağlı məhkəmə qeyd edir ki, həmin əmlakların dəyəri ümumilikdə 501965 (beş yüz bir min doqquz yüz altmış beş) manat olmaqla, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan məbləğinin ödənilməmiş hissəsinə 16719,38 (on altı min yeddi yüz on doqquz manat otuz səkkiz qəpik) manata münasibətdə mütənasib deyil. Məhkəmə tərkibi hesab edir ki, həmin daşınar və daşınmaz əmlaklara müsadirə tətbiq edilməməli və Təqsirləndirilən şəxs4 adına ünvan 9 ünvanında yerləşən 38 nömrəli mənzil, ümumi birgə mülkiyyət hüququ ilə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi, “QAZ 310290” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs1 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Seyidoba kəndində yerləşən fərdi yaşayış evi və Qaraçalar kəndində yerləşən 3.65 ha torpaq sahəsi; Təqsirləndirilən şəxs3 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Nabatkənd kəndində yerləşən 2.1583 ha torpaq sahəsi və “MOSKVİÇ 2140” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs2 adına “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə əvvəllər Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınsa da, sonradan yaxın qohumu X3 adına özgəninkiləşdirilmiş ünvan 12 ünvanında yerləşən 10 nömrəli mənzil və əvvəllər Təqsirləndirilən şəxs5 adına qeydiyyata alınsa da, sonradan qızı X4 adına özgəninkiləşdirilmiş ünvan 13 ünvanında yerləşən 100 nömrəli mənzilin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməlidir. Bundan başqa məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs5 adına (onun payına düşən hissəsi) ümumi birgə mülkiyyət hüququ ilə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmalı, fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 61550 (altmış bir min beş yüz əlli) manat müəyyən edilməli, fərdi yaşayış evi satılmalı, ondan əldə ediləcək vəsait qalıq 16 719,38 (on altı min yeddi yüz on doqquz manat otuz səkkiz qəpik) manat maddi zərərin ödənilməsinə yönəldilməli, qalıq maddi zərər ödənildikdən sonra fərdi yaşayış evinin satışından qalan məbləğ Təqsirləndirilən şəxs5 qaytarılmalıdır. Məhkəmə tərkibi bu qənaətə gələrkən Təqsirləndirilən şəxs5 işlədiyi dövrdə ümumilikdə dövlətə məxsus olmaqla onlara etibar olunmuş cəmi 105.822,65 (yüz beş min səkkiz yüz iyirmi iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin mənimsənilməsini, lakin Təqsirləndirilən şəxs5 tərəfindən vurulmuş zərərdən ibtidai istintaq və məhkəmə istintaqı zamanı ümumilikdə 35000 (otuz beş min) manat məbləğində ödəniş etməsi, məhkəmə araşdırması zamanı təsdiq edilən yuxarıda göstərilən zərərə mütənasib olmadığından məhz Təqsirləndirilən şəxs5 məxsus əmlakın açıq hərracdan satılaraq, ondan əldə ediləcək vəsaitin qalıq 16 719,38 (on altı min yeddi yüz on doqquz manat otuz səkkiz qəpik) manat maddi zərərin ödənilməsinə yönəldilməsini ədalətli və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Mirqalib oğlu Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mirqalib oğluna təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 Mirqalib oğluna qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Mirqalib oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Mirqalib oğlunun üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Mirqalib oğlunun davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Mirqalib oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətin bankomat görüntüləri əks olunan 1 ədəd CD disk, həmin və "xxxx" Açıq Səhmdar Cəmiyyətin Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid9, Şahid6, Şahid7, Şahid3, Şahid8 və Şahid10 adına olan ödəniş kartları üzrə çıxarışları, Saatlı Rayon X15 Hüquqi şəxsi tərəfindən təqdim olunan həmin şəxslərə dair əmək müqaviləsi bildirişləri, 2016- 2022-ci illər üzrə maliyyə sənədləri (işə davamiyyət tabelləri, əməkhaqqı cədvəlləri və sair), xəzinədar Təqsirləndirilən şəxs2 adına verilmiş etibarnamələr cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs4 adına ünvan 9 ünvanında yerləşən 38 nömrəli mənzil, ümumi birgə mülkiyyət hüququ ilə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi, “QAZ 310290” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs1 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Seyidoba kəndində yerləşən fərdi yaşayış evi və Qaraçalar kəndində yerləşən 3.65 ha torpaq sahəsi; Təqsirləndirilən şəxs3 adına ümumi birgə mülkiyyət hüququ ilə Saatlı rayonu Nabatkənd kəndində yerləşən 2.1583 ha torpaq sahəsi və “MOSKVİÇ 2140” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; Təqsirləndirilən şəxs2 adına “HYUNDAİ SONATA” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə əvvəllər Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınsa da, sonradan yaxın qohumu X3 adına özgəninkiləşdirilmiş ünvan 12 ünvanında yerləşən 10 nömrəli mənzil və əvvəllər Təqsirləndirilən şəxs5 adına qeydiyyata alınsa da, sonradan qızı X4 adına özgəninkiləşdirilmiş ünvan 13 ünvanında yerləşən 100 nömrəli mənzilə müsadirə tətbiq edilməsin və həmin əmlakların üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 5(001)-1227/2023 saylı qərarı ilə qoyulmuş həbs ləğv edilsin. Təqsirləndirilən şəxs5 adına (onun payına düşən hissəsi) ümumi birgə mülkiyyət hüququ ilə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılsın, fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 61550 (altmış bir min beş yüz əlli) manat müəyyən edilsin, fərdi yaşayış evi satılsın, ondan əldə ediləcək vəsait qalıq 16 719,38 (on altı min yeddi yüz on doqquz manat otuz səkkiz qəpik) manat maddi zərərin ödənilməsinə yönəldilsin, qalıq maddi zərər ödənildikdən sonra fərdi yaşayış evinin satışından qalan məbləğ Təqsirləndirilən şəxs5 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar