Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-69/2025 13.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçi - X14 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Paranoid şizofreniya fasiləsiz gedişli” diaqnozu ilə İİ qrup əlil, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “şizofreniya paranoid” ruhi-əsəb xəstəliyindən əziyyət çəkməklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayan, sosial təhlükə mənbəyi olan şəxs olmaqla cəmiyyətdə və ailədə mütəmadi olaraq qeyri-adekvat hərəkətlər etdiyindən, eləcə də, birgə yaşadığı atası X4 qeyri-adekvat hərəkətləri, qeyri-düzgün həyat tərzi ilə narahat etdiyindən, narkomaniya xəstəliyindən əziyyət çəkməklə mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyindən atası Mirtahir Səmədovla aralarında tez-tez münaqişə baş vermiş, sonuncu dəfə, 23 fevral 2024-cü il tarixdə saat 01-02 radələrində yaşadığı, atası Mirtahir Səmədova məxsus ünvan 3 ünvanında yerləşən evdə spirtli içki qəbul edərkən yenidən atası Mirtair Səmədovla aralarında mübahisə baş vermiş, ailə münasibətləri zəminindəki həmin mübahisə zamanı o, əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atası Mirtahir Səmədovun baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub, sonuncuya qarnın yumşaq toxumasında qansızmalar, sağ və sol təpə nahiyəsində, sol gözün üst qapağında səthi yaralar, sol gözün alt və üst qapaqlarında qançırlar, alın nahiyəsində, burnun belində, burnun sol qanadı proyeksiyasında, sağ gözaltı nahiyədə, sağ gözün tış hissəsində, sol yanaq proyeksiyasında, boynun ön sol yan səthində,sol körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında, sağ diz oynağının ön aşağı hissəsində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan və nazik bağırsaqların, müsariqəsinin cırılması, nazik bağırsaqların, müsariqələinin qansızması, daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travmasından ibarət həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, sonuncu almış olduğu həmin xəsarətlərdən xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər Mərkəzi xəstəxanasında öldüyündən, o, atası Mirtahir Səmədovun ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, Bakı şəhərində olmuşdur. Bakı şəhərindən gəldikdən sonra, həyətə daxil olanda atasının yıxıldığını ona demişlər. Yıxıldıqdan bir gün sonra atası dünyasını dəyişmişdir. Atasnın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq olmuşdur. Həmin gün onun Bakı şəhərində olduğunu sübut edən dəlillər var. O, atasını öldürməmişdir, psixoloji problemləri yoxdur, özünü yaxşı hiss edir. O, NATO beynəlxalq təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmiş, tədbirə gedən adamlardan biri olduğu üçün onu şərləmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü Bakı şəhərinə Xalid adlı dostunun yanına getmişdir, Bakıda bir gecə qalıb qayıtmışdır, o, atasını, atası da onu çox istəmişdir, o, Bakı şəhərinə gedəndə atası sağ olmuşdur, Bakıda otelə getmiş, otelin sahibi olmadığından, divanda uzanmışdır, evdəki viskini o içmişdir, o, viskini içəndə atası sağ olmuşdur, atası ilə eyni evdə, ayrı otaqlarda yaşamışlar, Bakı şəhərinə gedərkən əynində rəngini xatırlamadığı nazik gödəkcə olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 22 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü ilə keçən gecə, saat 00:00 radələrində "xxxx" ASC-nin Sabirabad rayon filialının yanında yerləşən həmin banka məxsus bankomatdan 168 pensiyasını çıxarmışdır. Pulu çıxardıqdan sonra poçtla üzbəüz 24 saat işləyən mağazadan qutuda viski, çörək, kolpasa, şor və mayonez almış və ağ rəngli VAZ2107 markalı taksi ilə atası Mirtahir Səmədovla birgə yaşadığı evə getmiş, lakin atasını evdə görməmişdir. Təxminən 5 dəqiqə sonra atası Mirtahir Səmədov haradansa evə gəldikdə, sonuncuya onunla birgə yeyib-içməyi təklif etmişdir. Lakin atası Mirtahir Səmədov nədənsə əsəbi görünmüş, onunla birgə yemək yeməkdən imtina etmişdir. O isə öz növbəsində qonaq otağında tək özü ilə alıb gətirdiyi azuqələri yemiş və viski qəbul etmişdir, lakin atası Mirtahir Səmədov isə bilmədiyi səbəbdən qonaq otağında olan kresloda əsəbi halda oturmuşdur. O, yemək yeyib iki-üç qədəh viski içdikdən sonra öz evinə, yəni Seyidağa Səmədovun evinin birinci mərtəbəsində yerləşən otağına getmiş, viskini də özü ilə aparmış və otağında yatmışdır. Səhər saat 08 radələrində Bakı-Sabirabad marşutu ilə işləyən taksilərin biri ilə Bakı şəhərinə getmiş, bir gün orada qaldıqdan sonra xx.xx.2024cü il tarixdə Sabirabad rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs həmin gecə atası Mirtahir Səmədovla aralarında heç bir münaqişə olmadığını, atasının xəstəlikdən öldüyünü, həmin gün əynində ağ rəngli balonka kurtqa olduğunu, bədənində olan xəsarətlərin hansı şəraitdə əmələ gəldiyini bilmədiyini göstərmiş, eləcə də, Bakı şəhərinə getməsini NATO təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almağa çalışması ilə izah edərək qeyri-adekvat ifadə vermişdir. (İ cild, i/v 87-90; 96-98, 145-150) Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə istintaqında verdiyi ifadəsində bildimiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əmisidir. Hadisə günü babasının yıxıldığını, xəstəxanaya aparıldığını babasının qardaşı və anası ona bildirmişdir. Mirabbas həkim ona babasının zəng edib yıxıldığını və təcili yardım göndərməsini xahiş etdiyini ona demişdir, özü hadisənin şahidi olmamış, hadisə haqqında yaxınlarından eşitmişdir, babası içki içən olmuşdur, hazırda əmisi ilə barışmışdır. Dindirilmiş şahid X15 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, hadisə günü Mirtahirin Xəyyam tərəfindən vurulması barədə Mirabbas adlı qohumu ona zəng etmiş, həmin gün Salyan rayonunda olduğundan, bir nəfər yaxın adama zəng edərək təcili yardım çağırmasını bildirmişdir. Rəhmətlik Mirtahirin qardaşı X27 xəstəxanasına əməliyyata aparmışdır. Mirtahir əməliyyatdan sağ çıxmamış, səhərə yaxın rəhmətə getmişdir. Xəyyam Mirtahiri öldürdükdən sonra Bakı şəhərinə getmiş, bir gün sonra qayıtmışdır. Xəyyamı gördükdən sonra polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Hadisə baş verən otağa baxışda işitrak etmişdir. Belə ki, otaqda içki içilmişdir, iki butulka sınığı var olmuş, Mirtahirin balışı qan içində olmuşdur. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, mərhum birbaşa ona zəng etməmiş, Xəyyamın onu vurması barədə Mirabbasa zəng etmişdir, Xəyyamla atası eyni evdə yaşamışdır, X7 vurduğunu, daxili orqanların doğrandığını demişdir, hadisə axşam, yəni 22 fevraldan 23 fevrala keçən gecə olmuş, Mirtahir Mirabbasa səhəri gün zəng etmişdir. Dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, hadisə günü evdə olarkən atası zəng edərək X20 döydüyünü, X33 gəlib Mirtahiri xəstəxanaya aparacağını bildirmiş, işi ilə əlaqədar dərsdən sonra məşqi olduğundan məşqə getmiş, səhəri günü Mirtahir Səmədovun xəstəxanada vəfat etdiyini eşitmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, atası ona hadisənin səhəri günü, saat 12 radələrində zəng etmişdir. Xəyyamla Mirtahirin tez-tez davaları olmuşdur, onların evi arasında 2 ev olmuşdur, polislər gələndə Mirtahirin evində olmuşdur, evdə sınıq butulkalar, qan izləri olmuşdur, Mirtahir sərxoş olanda da düz yeriyən adam olmuşdur, yıxılaraq ölməsi inandırıcı deyil, onda olan ilkin məlumat Xəyyamın Mirtahiri vurması olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Cinayət işinin başlanması haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə başlanılmış, cinayət işinin başlanmasına səbəb və əsas almış olduğu ağır travmatik xəsarətlərlə xx.xx.2024-cü il tarixdə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilmiş X1 xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. (İ cild, i/v 1-58) - 25 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 126.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild, i/v 71-86, 138-139) - Sabirabad Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 4(056)-35/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i/v 216-220) - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, 28 fevral 2024-cü il tarixdə X11 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (İ cild, i/v 187-191) - Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-92/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (İİ cild, i/v 136-139) - Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-103/2-5072/24 nömrəli məktubdan görünür ki, vətəndaş X12 xx.xx.2024-cü il tarixdə saat 17:08-də Azərbaycan Respublikası DİN-nin “102” zəng mərkəzinə müraciət edərək Sabirabad şəhərində yaşayan əmisi oğlu X1 öz oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək ölümünə səbəb olması barədə məlumat vermişdir. (İ cild, iş vərəqə 196-197) - X1 meyitinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, meyit kişi cinsinə mənsub düzgün bədən quruluşlu, kafi köklükdə olub boyu 180 sm-dir. Dəri örtüyü soyuqdur. Meyit ləkələri göyümtül bənövşəyi rəngdə rəngdə olmaqla gövdəsinin və ətraflarının arxa səthində yerləşməklə intensivdirlər. Əllə təzyiq etdikdə yox olur, 3-4 dəqiqə sonra bərpa olur. Meyit qacıması yoxlanılan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Başı adi konfiqurasiyada olub başında tüklər ağ rəngdə olmaqla 4-5 sm uzunluqdadır. Başında xəsarət vardır. Kəllə qapağı sümükləri əlləndikdə tamdır. Sifətin dərisi solğun bozumtul sianotikdir. Sifətində xəsarət vardır. Üz skleti sümükləri əlləndikdə tamdır. Gözləri göz qapaqları ilə örtülüdür.Göz qapaqlarını açdıqda bəbəklər bərabər ölçüdə olub qansızma yoxdur. Burun və qulaqlar əlləndikdə tamdır. Burun və qulaq dəlikləri sərbəst olub sol qulaq dəliyinin girəcəyində qurumuş qan izləri vardır. Boyunu bədəninə mütənasibdir, az hərəkətli olub patoloji hərəkət yoxdur. Boyununda xəsarət vardır. Döş qəfəsi simmetrikdir. Qabırğalar əlləndikdə tamdır.Qarını qabırğaların qövsü səyiyyəsindən bir qədər aşağıdır. Ətraflar bədəninə mütənasibdir, əlləndikdə sümükləri tamdır. Kürək, çanaq və fəqərə sümükləri əlləndikdə tamdırlar. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, dəlik ətrafı dəri təmizdir. Büzdüm və sarğı nahiyələrində dəyişikliklər yoxdur. Müayinə zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Sol təpə nahiyəsində, sağ təpə nahiyəsində boylama , bir qədər mçəp istiqamətdə yerləşən, ölçüləri 3smx0,3sm, 5smx0,3sm kənarları nahamar, bucaqları küt, üzəri qurumuş qana örtülü səthi yaralar vardır. Alın nahiyəsində,solda ölçüləri 1x0,2 sm, 0,8x0,3sm, 1,2x0,2sm, boylama və köndələn çəp istiqamətdə yerləşən qırmızımtıl rəngli sıyrıqlar vardır. Sol gözün üst qapağında köndələn istiqamətdə yerləşən ölçüləri 1x0,2sm, kənarları nahamar, bucaqları küt, üzəri qurumuş qanlı örtülü səthi yara vardır. Sol gözün alt və üst qapağı göyümtül rəngli qançırlıdır. Burunun belində, burunun sol qanadı proyeksiyasında müvafiq olaraq boylama və köndələn istiqamətdə yerləşən, ölçüləri 0,8x0,2sm, 0,5x0,2sm, 0,3x0,2sm qırmızımtıl rəngli sıyrıqlar, sağ göz altı nahiyədə, sağ gözün tış hissəsində boylama istiqamətində yerləşən, ölçüləri 0,5x0,1sm, 0,3x0,1sm, 0,7x0,1sm rəngli qırmızımtıl rəngli sıyrıqlar, sol yanaq proyeksiyasında, boylama, bir-birinə paralel istiqamətdə yerləşən , ölçüləri 5x0,1sm, 7x0,2sm, 5x0,1 sm, üzəri qırmızımtıl rəngli qartmaqla örtülü sıyrıqlar vardır. Boyunun sol yan səthində, bir qədər öndə, köndələn istiqamətdə yerləşən, ölçüsü 1x0,2sm, 0,7x0,2sm qırmızımtıl rəngli sıyrıqlar, sol körpücük sümüyü proyeksiyasında boylama istiqamətdə yerləşən, ölçüsü 1,2x0,2 sm, qırmızımtıl rəngli sıyrıq, döş sümüyü cismi proyeksiyasında, sol ön qoltuqaltı xətti üzrə, çevrə şəkilli göyümtül-bənövşəyi rəngli çoxsaylı qançırlar vardır, hansı ki, göstərilən reanimasyon tədbirin nəticəsidir. Sol əlin üst səthində, İİ əl darağı sümüyü proyeksiyasında, ölçüləri 0,4x0,2sm, 0,3x0,2sm qırmızımtıl rəngli sıyrıq, qarının üst səthində ağ xətt boyunca ölçüsü 17x0,2sm cərrahi tikilmiş yara, sol və sağ qalça çuxurunda köndələn istiqamətdə yerləşən ölçüləri 1,3x0,2sm kəsilmiş yaralar vardır, hansı ki, drenaj qovlarının izləri vardır. Sağ diz oynağının ön aşağı hissəsində, sağ baldırın orta 1/3-də ön səthdə ölçüləri müvafiq olaraq 0,6x0,3 sm, 0,4x0,2 sm, 0,3x0,2 sm qırmızımtıl rəngdə sıyrıqlar, sağ və sol əlin dirsək büküşündə çoxsaylı inyeksiya izləri vardır. Meyit üzərində başqa xəsarət və xəsarət izləri aşkar edilmədi. (İ cild,i/v 4-19) - Hadisə yerinə baxış keçirilməsi haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən X5 məxsus evdir. Baxış zamanı X1 yaşamış olduğu fərdi yaşayış evinin pilləkanlarında, evin giriş qapısı üzərində, dəhlizdə yerləşən soyuducu üzərində, qonaq otağının giriş qapısının ağzında və qonaq otağında döşəmə üzərində , qonaq otağında olan qəzet üzərində, qonaq otağında divanda olan döşək, balış və yorğan üzərində qanabənzər ləkələr , eləcə də qonaq otağında döşəmə üzərində olan xalçanın sürüşülməsi, kresloların yerinin dəyişməsi, servantda şüşənin sınması müəyyən edilmiş, servantın qarşısında döşəmədə araq şüşəsi qırıntıları aşkar edilmiş və şüşə qırıntıların yanında qana bənzər ləkələr olduğu, qanabənzər maddələrin şüşə qırıntıları üzərinə, eləcə də, orada olan etil spirti butulkasına bulaşması müəyyən edilmiş, eləcə də qonaq otağında stul üzərində olan boz rəngli mayka üzərində qana bənzər ləkələr olduğu müəyyən edilmişdir. Qeyd olunan qanabənzər ləkələr hadisə yerində müvafiq olaraq 1, 2, 3, 4, 5 , 6, 11, 12, 13, 15, 16, 17, 19 rəqəmləri ilə nömrələnmişdir. Həmçinin evin yataq otağında çarpayı üzərində üzərində qanabənzər ləkələr olan ağımtıl rəngli balonka kurtqa və onun yanında olan yaşıl rəngli üzlüyü olan yorğan üzərində qanabənzər ləkələr, qonaq otağında divan üzərində üç ədəd əl dəsmalı aşkar edilmişdir. Bundan əlavə evin qonaq otağında stol üzərində viski şüşəsi, içərisində siqaret kötükləri olan siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmçinin evin dəhlizində olan asılqanda üzərində qanabənzər ləkələr olan əl-üz dəsmalı aşkar edilmişdir. Bundan başqa, həmin evlə eyni həyətdə yerləşən X6 məxsus iki mərtəbəli evin birinci mərtəbəsində olan Təqsirləndirilən şəxs məxsus otağın giriş qapısının ağzında yerdə iki ədəd qana bənzər ləkə ( müvafiq olaraq 21 və 22 rəqəmləri ilə nömrələnmiş), giriş qapısının cəftəsi ətrafında bir ədəd qana bənzər ləkə (şərti olaraq 23 nömrəsi ilə nömrələnmiş) aşkar edilmiş, eləcə də, otaqda üzərində qanabənzər ləkələr olan damadama naxışları olan uzunqol köynək, stol üzərində viski şüşəsi (butulkası) aşkar edilmişdir. Qeyd olunan qanabənzər ləkələr tənzifə hopdurma vasitəsilə götürülmüş, eyni zamanda qeyd olunan digər predmetlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (İ cild, i/v 23-58) - xx.xx.2024-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, üzərində X5 və Təqsirləndirilən şəxs məxsus qan ləkələri olan ağ rəngli (gödəkçə) Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilərkən, sonuncu həmin gödəkçəni tanıyaraq ona məxsus olduğunu təsdiq etmişdir. (İ cild, i/v 120-121) - xx.xx.2024-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, istintaq zamanı hadisə yerindən götürülmüş, üzərində mərhum X5 və Təqsirləndirilən şəxs məxsus qan ləkələri olan ağ rəngli kurtqa (gödəkçə) X5 tanınma üçün təqdim edilərkən, sonuncu həmin kurtqanı (gödəkçəni) tanıyaraq, onun əmisi Təqsirləndirilən şəxs məxsus olduğunu təsdiq etmişdir. (İ cild, i/v182-183) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, X1 müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: 1.Qarnın qapalı küt travması, nazik bağırsaqların, müsariqəsinin tikilmiş yaraları, nazik bağırsaq və müsariqələrində geniş ölçülü qansızmalar, selikli qişalarında qansızmalar, qarnın yumşaq toxumasında qansızmalar, nazik bağırsaq divarında zəif nekrotik dəyişikliklər, peritonit. Nazik bağırsaqda və bağırsaqətrafı toxumada ocaqlı qansızmalar. Baş beyin maddəsinin ödemi. Daxili orqanlarda azqanlılıq. Qaraciyərin ocaqlı piy distrofiyası. Qarnın ön səthində cərrahi kəsik, Sağ və sol təpə nahiyəsində, sol gözün üst qapağında səthi yaralar, sol gözün alt və üst qapaqlarında qançırlar, alın nahiyəsində, burnun belində, burnun sol qanadı proyeksiyasında, sağ gözaltı nahiyədə, sağ gözün tış hissəsində, sol yanaq proyeksiyasında, boynun ön sol yan səthində, sol körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında, sağ diz oynağının ön aşağı hissəsində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar. Sağ və sol dirsək büküşlərində inyeksiya izləri. 2.Müayinə zamanı aşkar edilmiş xəsarətlər-qarnın qapalı küt travması, nazik bağırsaqların,müsariqəsinin cırılmış yaraları, nazik bağırsaq və müsariqələrində geniş ölçülü qansızmalar,selikli qişalarında qansızmalar, qarnın yumşaq toxumasında qansızmalar, sağ və sol təpə nahiyəsində, sol gözün üst qapağında səthi yaralar, sol gözün alt və üst qapaqlarında qançırlar, alın nahiyəsində, burnun belində, burnun sol qanadı proyeksiyasında, sağ gözaltı nahiyədə, sağ gözün tış hissəsində, sol yanaq proyeksiyasında, boynun ön sol yan səthində,sol körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında, sağ diz oynağının ön aşağı hissəsində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın/əşyaların/, ola bilsin yumruq, təpik, küt travma təsirinə malik şüşə butulkanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur. Ayrıayrılıqda dərəcəsinə görə nazik bağırsaqların, müsariqəsinin cırılması, nazik bağırsaqların, müsariqələinin qansızması, daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travması həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Aşkar edilmiş bədən səthindəki səthi yara və sıyıqlar isə ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan xəsarətlər kimi qiymətləndirilir, ölümlə səbəbli əlaqəsi yoxdur. 3.X1 bədəni üzərində, öz boyun hündürlüyündən, həmçinin hündürlükdən yıxılma üçün xaraktertik heç bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. 4.X11 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir, belə ki, kimyəvi tədqiqata göndərilmiş qan, tibbi müdaxilələrdən sonra götürülmüş, həmçinin adına tərtib edilmiş tibbi sənəddə spirtli içki içib içməməsi haqqında məlumat qeyd olunmamışdır. 5.X1 ölümünə səbəb, qarnın qapalı küt travmasından nazik bağırsaqların, müsariqəsinin cırılması nəticəsində baş vermiş peritonit, intoksikasiya olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. (İİ cild, i/v 83-90) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 91 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlərboynun ön sağ və sol hissəsində, sağ körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 2-4-cü əldarağı sümüyü proyeksiyasında, sol əlin 2-ci barmağının üst səthində əsas falanga proyeksiyasında, sağ əlin 2-ci barmağının üst səthində əsas falanga proyeksiyasında, sağ diz oynağının iç səthində, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyıqlar küt əşyanın/əşyaların/ ola bilsin əl barmaq dırnaqlarının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. b/Xəsarətlərin lokalizasiyasını, xarakterini nəzərə alsaq, xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi. (İ cild, i/v 117- 119) - Məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/740 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1.“X5 məxsus evin girişinin pilləkanlarında aşkar edilmiş qanabənzər ləkələrdən ("1", "2", "3" rəqəmləri ilə), evin dəhlizində yerləşən soyuducu üzərində aşkar edilmiş qanabənzər ləkələrdən ("6" rəqəmləri ilə), qonaq otağında döşəmə üzərində aşkar edilən qanabənzər ləkələrdən ("12", "13", "17", "19" rəqəmləri ilə), Təqsirləndirilən şəxs məxsus otağın giriş qapısının ağzında yerdə iki ədəd qana bənzər ləkələrdən ("21" və "22" rəqəmləri ilə nömrələnmiş), giriş qapısının cəftəsi ətrafında bir ədəd qana bənzər ləkədən ("23" nömrəsi ilə nömrələnmiş) tənzif tampon vasitəsilə götürülmüş nümunələr üzərində mövcud olan, 01 (bir) ədəd qırılmış etil spirti şüşəsi üzərində, sınmış içki şüşəsi hissələri üzərində, 01 (bir) ədəd qəzet üzərində, 01 (bir) ədəd gül naxışlı qəhvəyi rəngli yastıq üzü üzərində, 01 (bir) ədəd yaşıl-ağ rəngli yastıq üzü üzərində, 01 (bir) ədəd yaşıl-ağ rəngli yorğan üzü üzərində, 04 (dörd) ədəd parça kəsiyi (yorğan üzü-yorğan) üzərində, 01 (bir) ədəd tünd göy rəngli cib dəsmalı üzərində, 01 (bir) ədəd qəhvəyi rəngli cib dəsmalı üzərində, 01 (bir) ədəd açıq göy rəngli cib dəsmalı üzərində, evin yataq otağında çarpayı üzərindən götürülmüş 01 (bir) ədəd ağımtıl rəngli gödəkçənin sağ ön, sol ön, sağ qolu və sol qolu üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd ağ-göy damalı uzunqol köynəyin iç tərəfində, qonaq otağından götürülmüş 01 (bir) ədəd qara rəngli şalvarın sağ və sol ayağında, qonaq otağından götürülmüş 01 (bir) ədəd boz rəngli maykanın üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) ədəd tünd göy rəngli pamazı köynəyin sağ qolunun dirsək və bilək hissəsi üzərində, sol qolunun dirsəyinin kəsilmiş hissəsinin astarı üzərində, sol qolunun bilək hissəsi üzərində, 01 (bir) ədəd idman şalvarının belinin arxa rezin hissəsi üzərində, 01 (bir) ədəd qara rəngli qolsuz jiletin üzərində, 01 (bir) cüt qara rəngli və 01 (bir) cüt boz rəngli corab üzərində, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarın sag diz hissəsi üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Evin giriş qapısında aşkar edilmiş qanabənzər ləkələrdən ("4", "5" rəqəmləri ilə) tənzif tampon vasitəsilə götürülmüş nümunələr üzərində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmədi. Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri altında, evin dəhlizində olan asılqandan götürülmüş 01 (bir) ədəd yaşıl rəngli əl-üz dəsmalı üzərində, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli gödəkçə üzərində, 01 (bir) ədəd qara rəngli sviter üzərində, 01 (bir) ədəd qara rəngli qısaqol köynək üzərində qanabənzər ləkə aşkar edilmədi.
2. Evin dəhlizində yerləşən soyuducu üzərində aşkar edilmiş "6" rəqəmi ilə işarələnmiş qan nümunəsi, qonaq otağında döşəmə üzərində aşkar edilmiş "12" rəqəmi ilə işarələnmiş qan nümunəsi, qonaq otağında döşəmə üzərində aşkar edilmiş "17", "19" rəqəmləri ilə işarələnmiş qan nümunələri, Təqsirləndirilən şəxs məxsus otağın giriş qapısının önündə və qarşısında yerdə aşkar edilmiş "21" rəqəmi ilə işarələnmiş qan nümunələri, hadisə yerində aşkar edilmiş "22" rəqəmi ilə işarələnmiş qan nümunəsi, giriş qapısının cəftəsi ətrafında aşkar edilmiş "23" rəqəmi ilə işarələnmiş qan nümunəsi, 01 (bir) ədəd tünd göy rəngli cib dəsmalı üzərində, 01 (bir) ədəd qəhvəyi rəngli cib dəsmalı üzərində, 01 (bir) ədəd açıq göy rəngli cib dəsmalı üzərində, hadisə yerindən götürülmüş 01 (bir) ədəd ağ-göy damalı uzunqol köynəyin iç tərəfində, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarın sag diz hissəsi üzərində aşkar edilmiş qan ləkələri, eləcə də Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri altında, evin yataq otağında çarpayı üzərindən götürülmüş 01 (bir) ədəd ağımtıl rəngli gödəkçənin yaxalığında mövcud olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. 3.01 (bir) ədəd qırılmış etil spirti şüşəsi üzərində, sınmış içki şüşəsi hissələri üzərində, 01 (bir) ədəd qəzet üzərində, 04 (dörd) ədəd parça kəsiyi (yorğan üzü-yorğan) üzərində, qonaq otağından götürülmüş 01 (bir) ədəd qara rəngli şalvarın sağ və sol ayağında, qonaq otağından götürülmüş 01 (bir) ədəd boz rəngli maykanın üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) ədəd tünd göy rəngli pamazı köynəyin sağ qolunun dirsək və bilək hissəsi üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) ədəd idman şalvarının belinin arxa rezin hissəsi üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) ədəd qara rəngli qolsuz jilet üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) cüt boz rəngli və 01 (bir) cüt qara rəngli corab üzərində aşkar edilmiş qan ləkələri X5 məxsusdur; 4.01 (bir) ədəd gül naxışlı qəhvəyi rəngli yastıq üzü üzərində, 01 (bir) ədəd yaşıl-ağ rəngli yastıq üzü üzərində, 01 (bir) ədəd yaşıl-ağ rəngli yorğan üzü üzərində, evin yataq otağında çarpayı üzərindən götürülmüş 01 (bir) ədəd ağımtıl rəngli gödəkçənin (üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur) sağ ön hissəsi, sol ön hissəsi, sağ qolu və sol qolu üzərində, Mirtahir Səmədova məxsus 01 (bir) ədəd tünd göy rəngli pamazı köynəyin sol qolunun dirsəyinin kəsilmiş hissəsinin astarı və sol qolunun bilək hissəsi üzərində həm X5 və həm də Təqsirləndirilən şəxs məxsus qan ləkələri mövcuddur,
5. X5 məxsus evin girişinin pilləkanlarında aşkar edilmiş qan nümunəsinin götürüldüyü "1", "2", "3" rəqəmləri ilə işarələnmiş tənzif tamponlar, evin giriş qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü "4", "5" rəqəmi ilə işarələnmiş tənzif tamponlar, qonaq otağında döşəmə üzərində aşkar edilmiş qan nümunəsinin götürüldüyü "13" rəqəmi ilə işarələnmiş tənzif tampon və evin dəhlizində olan asılqandan götürülmüş 01 (bir) ədəd yaşıl rəngli əl-üz dəsmalı üzərindən götürülmüş tədqiqat nümunələrində molekulyar- genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş X5 məxsus evin girişinin pilləkanlarında aşkar edilmiş qan nümunəsinin götürüldüyü "1", "2", "3" rəqəmləri ilə işarələnmiş tənzif tamponlar, evin giriş qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü "4", "5" rəqəmi ilə işarələnmiş tənzif tamponlar, qonaq otağında döşəmə üzərində aşkar edilmiş qan nümunəsinin götürüldüyü "13" rəqəmi ilə işarələnmiş tənzif tampon və evin dəhlizində olan asılqandan götürülmüş 01 (bir) ədəd yaşıl rəngli əl-üz dəsmalı üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. (İİ cild, i/v 99-116) - Məhkəmə-trasoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 3/466 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı otaqda stol üzərindən götürülmüş kolpasa qabığı qabıqları ilə (tədqiqata təqdim edilmiş üzərində "Hadisə yerindən götürülmüş kolpasa qabığı Servalat sözləri...... yazı qeydləri olan zərfdən aşkar edilmiş kolbasa qabıqlarının) , X1 yaşadığı evdə , qonaq otağında stol üzərindən götürülmüş kolpasa qabığının (üzərində "kolbasa qabığı Mirtahirin evi......" yazıları olan zərfdən aşkar edilmiş kolpasa qabığının) son kənarları öz ilkin formasını itirdiyi üçün onların əvvəl vahid bütövlük təşkil edibetməməsini dəqiq müəyyən etmək mümkün olmadı. Lakin təqdim edilən üzərində "Hadisə yerindən götürülmüş kolpasa qabığı Servalat sözləri......" yazı qeydləri olan zərfdən aşkar edilmiş kolbasa qabıqları ilə, üzərində "kolbasa qabığı Mirtahirin evi...." yazıları olan zərfdən aşkar edilmiş kolpasa qabığı ümumi əlamətlərinə formasına, rənginə, materialın xüsusiyyətlərinə və s. görə bir-birlərinə və onların əvvəl vahid bütövlük təşkil etməsi istisna edilmir. (İİ cild, i/v 91-94) - Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 72 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ŞİZOFRENİYA, PARANOİD FORMA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (Sabirabad Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin əsəb-ruhi kabinetində «F20.0 Şizofreniya paranoid forma, fasiləsiz gedişli diaqnozu ilə xx.xx.2008-ci il tarixdən dispanser qeydiyyatda olması, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2009-xx.xx.2009 xx.xx.2010-xx.xx.2010, xx.xx.2018-xx.xx.2018, xx.xx.2011-xx.xx.2011: xx.xx.2014-xx.xx.2018: xx.xx.2019xx.xx.2019; xx.xx.2020-xx.xx.2021 xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə «Şizofreniya paranoid forma>> diaqnozu ilə müalicədə olması, həmçinin xx.xx.2014-xx.xx.2018-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olması. Saylan Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2021xx.xx.2021; xx.xx.2021- xx.xx.2022-ci il tarixlərdə «Şizofreniya paranoid forma, fasiləsiz gedişli diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 24 sentyabr 2018-ci il tarixdə <<Paranoid şizofreniya fasiləsiz gedişli» diaqnozu qoyulmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən narahat aparması, şöbədaxili rejimə bir qədər çətin tabe olması, ümumi və şəxsi gigiyena qaydalarına riayət etməməsi, xarici görkəminə diqqət yetirməməsi, eşitmə hallüsinasiyalann təsiri altında olduğunun müşahidə edilməsi, öz-özünə danışıb gülməsi, gözünü bir nöqtəyə zilləyərək bir müddət tərpənmədən dayanması, öz-özünə danışaraq əsəbiləşib gərginləşməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında apanlan müayinə gedişində zamana və məkana görə bələdliyinin zəiflədiyinin müəyyən edilməsi, zahin görünüşünə görə səliqəsiz olması, bəzən suallardan yayınaraq özünü maraqlandıran mövzulardan danışması, təfəkküründə rezonyorluğun olması, rabitəsiz olmaqla paraloji xarakter daşıması, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, intellektual imkanlarının qeyri-müstəqil olması, maraq dairəsinin məhdud olması, emosiyalarında kasadlıq müşahidə edilməsi, əhvali-ruhiyyə fonunun dəyişkən olması, iradi aktivliyinin enməsi, müayinə zamanı təqib, münasibət sayıqlama fikirləninin və eşitmə hallüsinasiyalann təsiri altında olduğunun aşkar edilməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə laqeyd yanaşması, yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs təfəkküründə paralogiklik, bir mövzudan digərinə sürətli keçid alma, tənqidi münasibətinin tam həcmdə olmaması, maraq dairəsinin məhdudluğu, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi mücərrəd anlayışları dərk edə bilməməsi, zaman bələdliyinin tam həcmdə olmaması, cümlələrində rabitəsizlik, mahiyyət və məzmundan kənarlaşmaqla, əlaqəsi olmayan mövzulardan danışmaq, əyri və ya doloayı məntiqlə çıxış etmək, psixiemosional vəziyyətində ətrafında barva a dola mentida biganəlik, emosional solğunluq, davranışında qeyri-adekvatlıq və s. kimi əlamətlər aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Şizofreniya, paranoid forma» psixi xəstəliyindən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi <«Şizofreniya, paranoid forma» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən düçar olduğu «Şizofreniya, paranoid forma xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı müayinə zamanı aşkar edilən «Şizofreniya, paranoid forma>> xroniki ruhi xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyəti normaya uyğun olmamış, keçirdiyi vəziyyət psixi xəstəliyi ilə əlaqədar olmuşdur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar özündən uydurması, hadisələri təhrif edib danışması müəyyən edilir. (İİ cild, iş vərəqə 120-127) - Məhkəmə narkoloji ekspertizasının 31 may 2024-cü il tarixli 3885 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i/v 117-119) - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə mərhum X1 istifadəsində olan ***-***-**-** X2 istifadəsində olan ***-***-**-**, X16 istifadəsində olan ***-***-**-**, mərhumun nəvəsi X11 istifadəsində ***-***-**-** və X8 istifadəsində olan ***-***-**-** nömrələri ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri intervalında aparılmış telefon danışıqları, antenn və sms məlumatları qeyd olunub. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair məlumatar qeyd olunmamışdır. X1 istifadəsində olan ***-***-**-** nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 13:58-də tanışı X13 istifadəsində ***-***-**-** nörməsinə zəng edilərək 27 saniyə, saat 14:20-də əmisi oğlu, X3 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edilərək 81 saniyə, saat 15:19-da X33 xidməti əməkdaşı, feldşer X9 istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edilərək 17 saniyə, saat:18:40-da ***-***-**-** nömrəsinə zəng edilərək 159 saniyə, saat 21:24-də həmin nömrədən zəng edilərək 259 saniyə, saat 23:08-də zəng edilərək 149 saniyə, saat 00:05-də ***-***-**-** nömrəsinə zəng edilərək 246 saniyə danışıq olmuşdur. X2 istifadəsində olan ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixdə saat 14:22-də ***-***-**-** nömrəsindən zəng daxil olaraq 75 saniyə, saat 14:24-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng edilərək 107 saniyə danışıq olmuşdur. ***-***-**- ** nömrəsinin antenn dairəsi Salyan rayonu olmuşdur. (İİ cild, i/v 7-9) - "xxxx" ASC-dən rayon prokurorluğuna daxil olmuş 23 may 2024-cü il tarixli 2024/111/13999 nömrəli məktuba əlavə edilmiş bank hesablarından çıxarış və mövcud görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə saat 00:38-də 510307******1272 nömrəli DSMF debit master bank kartından bankomatdan 167 manat pul məxaric etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan pul vəsaitini bankomatdan məxaric etməsinin görüntüsünün fotoşəkilinə baxış zamanı sonuncunun ağımtıl rəngli balonka kurtqada olması müəyyən edilmişdir. (İİ cild, i/v 42-52) - Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 179-25456-1221 nömrəli və xx.xx.2021-cü il tarixli 179-303049-1221 nömrəli Sabirabad RPŞ-dən vətəndaş X5 və Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına göndərilmiş məktublardan görünür ki, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 7/18-də yaşayan 1953-cü il təvəllüdlü X11 rayon polis şöbəsinə yazdığı ərizə əsasında, 1982-ci təvəllüdlü ruhi-əsəb xəstəsi olan oğlu Təqsirləndirilən şəxs müayinə və müalicə olunması məqsədilə polisin müşayəti altında Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına göndərilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 179-19855-1221 nömrəli Sabirabad RPŞ-dən vətəndaş X5 və Səhiyyə Nazirliyi 1 saylı ruhi əsəb dispanserinə göndərilmiş məktublardan görünür ki, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 7/18-də yaşayan 1953-cü il təvəllüdlü X11 rayon polis şöbəsinə yazdığı ərizə əsasında, 1982-ci təvəllüdlü ruhi-əsəb xəstəsi olan oğlu Təqsirləndirilən şəxs müayinə və müalicə olunması məqsədilə polisin müşayəti altında 1 saylı ruhi əsəb dispanserinə göndərilmişdir. (İİ cild, i/v 69-72) - Sabirabad Rayon Mərkəzi Xəstəxanasından rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-70/2-191/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Şizefroniya paranoid forma” diaqnozu ilə dəfələrlə stasionar müailcədə olmuş, həmin diaqnozla dispanser qeydiyyatındadır. (İ cild, i/v 168) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3415 nömrəli məktubdan görünü ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2009- xx.xx.2009; xx.xx.2010-xx.xx.2010; xx.xx.2011-xx.xx.2011; xx.xx.2014-xx.xx.2018; xx.xx.2018-xx.xx.2018;xx.xx.2019-xx.xx.2019; xx.xx.2020xx.xx.2021; xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. (İİ cild, i/v 1, 27) - Salyan Rayonlarası Psixiatriya Xəstəxanasından rayon prokurorluğuna daxil olmuş 13 mart 2024-cü il tarixli 74 nömrəli məktubdan görünür ki, Sabirabad şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü Səmədov X10 RMX-nın xx.xx.2021-ci il tarixli 2997 saylı göndərişi və Sabirabad RPŞ-nın xx.xx.2021-ci il tarixli 179-25456-1221 nömrəli məktubu əsasında polis əməkdaşlarının müşayəti altında xəstəxanaya daxil olmuş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi, növbəti dəfə isə Sabirabad RMX-nın xx.xx.2021-ci il tarixli 2267 saylı göndərişi və Sabirabad RPŞ-nın xx.xx.2021-ci il tarixli № 179-30349- 1221 saylı məktubu əsasında polis əməkdaşlarının müşayəti altında xəstəxanaya daxil olmuş xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi " Şizofreniya paranoid forma fasiləsiz gedişli diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. (İİ cild, i/v 2) - Sabirabad rayon Mərkəzi Xəstəxanasından rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-70/2-197/2024 nömrəli məktubdan görünür ki, X11 xx.xx.2024cü il tarixdə Sabirabad Rayon Mərkəzi X18 Bölməsinə müraciət etmişdir. Xəstə Rentgen, US müayinəsindən keçmiş və qarın boşluğundan qan aşkar olunmuş, həmin tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasına göndərilmişdir. İ cild, i/v 192) - Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-dən rayon prokurorluğuna daxil olmuş 01 mart 2024-cü il tarixli 18-1-35/2-376/2024 nömrəli məktubdan görünür ki, Sabirabad rayon, H.Həmidov küç 7/18 ünvanında yaşayan xx.xx.1953-cü il təvəllüdlü X11 23 fevral 2024-cü il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in X33 Bölməsinə "kəskin qarın diaqnozu ilə daxil olmuşdur. Vətəndaşın deməsinə görə 1 gün əvvəl yıxılıb.X11 xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in cərrahiyyə şöbəsində "qarının küt travması.qapalı kəllə beyin travması. Başın və bütün bədən səthinin sıyrıqları və dəri ləkələri. Gövdənin dəqiqləşdirilməmiş səviyyədə səthi travmaları" diaqnozu ilə stasionar müalicə olunub. (İ cild, i/v 221-237 ) - Məhkəmədə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qanuni nümayəndə3 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, “şizofreniya paranoid” ruhi-əsəb xəstəliyindən əziyyət çəkən və cinayəti anlaqsız vəziyyətdə törədən Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə saat 01-02 radələrində yaşadığı, atası Mirtahir Səmədova məxsus ünvan 3 ünvanında yerləşən evdə spirtli içki qəbul edərkən atası ilə aralarında mübahisə baş vermiş, ailə münasibətləri zəminindəki həmin mübahisə zamanı o, əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atası Mirtahir Səmədovun baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətələri, o cümlədən ağır xəsarət yetirməklə, sonuncunun almış olduğu həmin xəsarətlərdən xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər Mərkəzi xəstəxanasında ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı sağlamlığa qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs hadisə günü atası Mirtahir Səmədovla aralarında heç bir münaqişə baş verməməsi, onun NATO-nun Azərbaycan Respublikasında hərbi baza yaratmasının qarşısını almaq məqsədilə Bakı şəhərinə getməsi ilə bağlı qeyri-adekvat ifadələrinə onun psixi xəstəliyi də nəzərə alınmaqla məhkəmə tənqidi yanaşaraq, bu ifadələri iş materiallarına uyğun olmayan, özünümüdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin tələblərinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən həmin Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən Məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə və ya ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Sabirabad Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan müvafiq maddi sübutlar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, müsadirə edilməli olan əmlak yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməli törədilmişdir, həmin əməldə cinayət tərkibi vardır; bu əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1, 93.2, 95.0.4 və 97.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Cinayət- Prosessual Məcəlləsinin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, ixtisaslaşdırılmış psixiatriya stasionarına təhvil verilənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına təhvil verilənədək dəyişdirilmədən saxlanılsın. Qərar qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixatriya Xəstəxanasına təhvil verilməsi Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Sabirabad Rayon Prokurorluğunda saxlanılan maddi sübutlar- hadisə yerinə baxış zamanı götürülmüş predmetlər-evin dəhlizində yerləşən soyuducu üzərində aşkar edilərək götürülmüş "6" rəqəmi ilə işarələnmiş Təqsirləndirilən şəxs aid qan nümunəsi, qonaq otağında döşəmə üzərində aşkar edilərək götürülmüş "12" rəqəmi ilə işarələnmiş Təqsirləndirilən şəxs məxsus qan nümunəsi, qonaq otağında döşəmə üzərində aşkar edilərək götürülmüş, "17", "19" rəqəmləri ilə işarələnmiş Təqsirləndirilən şəxs məxsus qan nümunələri, Təqsirləndirilən şəxs məxsus otağın giriş qapısının önündə və qarşısında yerdə aşkar edilərək götürülmüş, ona məxsus "21" rəqəmi ilə işarələnmiş qan nümunəsi, hadisə yerində aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus "22" rəqəmi ilə işarələnmiş qan nümunəsi, giriş qapısının cəftəsi ətrafında aşkar edilərək götürülmüş "23" rəqəmi ilə işarələnmiş Təqsirləndirilən şəxs məxsus qan nümunəsi, üzərində Təqsirləndirilən şəxs məxsus qan olan 01 (bir) ədəd tünd göy rəngli cib dəsmalı, 01 (bir) ədəd qəhvəyi rəngli cib dəsmalı, 01 (bir) ədəd açıq göy rəngli cib dəsmalı,01 (bir) ədəd ağgöy damalı uzunqol köynək, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd qara rəngli cins şalvar, evin yataq otağında çarpayı üzərindən götürülmüş üzərində Təqsirləndirilən şəxs məxsus bioloji materiallar, eləcə də, həm ona , həm də Mirtahir Səmədova məxsus qan olan 01 (bir) ədəd ağımtıl rəngli gödəkçə, hadisə yerindən götürülmüş üzərində Mirtahir Səmədova məxsus qan olan 01 ədəd qırılmış etil spirti şüşəsi, sınmış içki şüşəsi hissələri, 01 (bir) ədəd qəzet, 04 (dörd) ədəd parça kəsiyi (yorğan üzü-yorğan), qonaq otağından götürülmüş 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd boz rəngli mayka, istintaq zamanı götürülmüş Mirtahir Səmədova məxsus və üzərində həm ona , həm də Təqsirləndirilən şəxs məxsus olmuş 01 (bir) ədəd tünd göy rəngli pamazı köynək, Mirtahir Səmədova məxsus olmuş və üzərində ona məxsus qan olan 01 (bir) ədəd idman şalvarı, 01 (bir) ədəd qara rəngli qolsuz jilet , Mirtahir Səmədova məxsus 01 (bir) cüt boz rəngli və 01 (bir) cüt qara rəngli corab, hadisə yerindən götürülmüş üzərində həm Təqsirləndirilən şəxs, həm də Mirtahir Səmədova məxsus qan olan 01 ədəd gül naxışlı qəhvəyi rəngli yastıq üzü, 01 (bir) ədəd yaşıl-ağ rəngli yastıq üzü , 01 (bir) ədəd yaşıl-ağ rəngli yorğan üzü , Mirtahir Səmədova məxsus 01 (bir) ədəd tünd göy rəngli pamazı köynək , hadisə yerindən götürülmüş, üzərində “Maestro” sözləri yazılmış araq butulkası hissəsi və araq butulkasının baş hissəsi , X5 məxsus evin girişinin pilləkanlarında aşkar edilmiş "1", "2", "3" rəqəmləri ilə işarələnmiş qan ləkələrindən götürülmüş tənzif tamponlar, evin giriş qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü "4", "5" rəqəmi ilə işarələnmiş tənzif tamponlar, qonaq otağında döşəmə üzərində aşkar edilmiş, "13" rəqəmi ilə işarələnmiş qan nümunəsinin götürüldüyü tənzif tampon, hadisə yerindən götürülmüş viski butulkası, viski qədəhi, kolpasa qabıqlarıqərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov