Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-691/2023 26.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Qazıməmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 13 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən “Loğman” aptekin yaxınlığında əvvəllər tanıdığı və aralarında düşmənçilik və ya ədavətin olmadığı Zərərçəkmiş şəxs Xanbaba oğlu ilə söhbət edən zaman Zərərçəkmiş şəxs verdiyi əl fənərinin təmir edilərək ona vaxtında verilməməsini bəhanə edib xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı əl tutacağı sarı rəngli lentlə sarılmış soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə və üz nahiyyəsinə qəsdən bir dəfə olmaqla, ümumilikdə iki dəfə qəsdən zərbə vuraraq sonuncuya müvafiq olaraq qarının ön divarının daxilə nüfuz edən (daxilə keçən) kəsilmiş-deşilmiş yarası, üz nahiyyəsində hər iki yanağını əhatə edən kəsilmiş yarası xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə aralarında heç bir ədavət olmayıb, onunla dost, yoldaş olmuşdur. Əlini usta kimi tanıyır, o hərdən usta kimi fəaliyyət göstərir. Əliyə təmir üçün fənər vermiş, lakin nə vaxt verdiyi dəqiq yadında deyil. Tarixi dəqiq yadında deyil hadisə günü Hacıqabul rayonunda olan Loğman aptekə yaxın yerdən qardaşıgilə gedirmiş. Həmin vaxt qardaşına göyərti yığmış, göyərtini yığdığı bıçağı da göyərtinin üzərinə qoymuşdur. Yolda isə Zərərçəkmiş şəxsla rastlaşmışdır. Hadisə necə olub bilmir, bu günədək də özüözüylə bu barədə danışır. Yaxşı yadında deyil onu görəndə niyə mübahisə etdikləri, lakin fənərlə bağlı heçnə danışmamışdır. Onu bilir ki, ona qarşı söz olmuş, mübahisə yaranmış, yaxalaşmışlar. O da demişdir ki, “bəlkə dayanıb özümüzü ələ alaq”. Onda eşitmiş ki, Əli deyir sən məni vurdun. Özü isə xatırlaya bilmir ki, hadisə necə baş verib. Bundan sonra qorxmuş, ordan çıxıb getmişdir. Özü aralanmış ki, polisə getməlidir. Lakin görmüş ki, əliayağı əsir, gedib əl-üzünü yumuş, gəlmiş polisin yaxınlığına orda demişlər ki, adam vurmusan, gətirmişlər polisə. Artıq neçə aydır ki, yadına sala bilmir ki, hadisə necə olub. Əməlindən çox peşmandır. Zərərçəkmişlə mübahisəsi olmamış, həmişə yaxşı olmuşlar, çox həyacan və peşmançılıq keçirir, özü cəzasını alıb, sonra ömür boyu zərərçəkmişin qulluğunda olacaqdır, həkim də ona bildirmişdir ki, psixologiyası yerində deyil, bu səbəbdən də elə bu iş baş verib, cəzasın tez çəkib çıxıb zərərçəkmişə kömək etmək istəyir, məhkəmədən ona köməklik etməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onların münasibəti vardır. 4-5 ay bundan öncə (dəqiq vaxt yadıda deyil) qardaşı Səfaya məxsus 1 ədəd fənəri düzəltmək üçün Zərərçəkmiş şəxs vermiş, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Əli ona məxsus fənəri düzəltməmişdir. Hadisədən bir neçə gün öncə Hacıqabul şəhəri, H.Həmidov küçəsində qardaşı X11 Məmmədovun söhbət etdiyini görmüş və onlara yaxınlaşıb görüşmüşdür. Qardaşı ondan fənəri düzəltmək üçün kimə verdiyini soruşmuş, o, fənəri Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Lakin Əli fənəri ona vermədiyini israrla bildirmiş, o, isə Zərərçəkmiş şəxsla mübahisə etmək istəmədiyi üçün oranı tərk edib getmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində o, yaşadığı evin həyətində əkdiyi göyərtiləri çıxarıb sellofan torbaya yığmış və bacısı X2 yaşadığı evə getmək qərarına gəlmişdir. O, yığdığı göyərtiləri sellofan torbaya qoyub bacısının yaşadığı evə gedən zaman Hacıqabul şəhərində H.Həmidov küçəsində “Loğman” adlanan aptekin yaxınlığında yolda Zərərçəkmiş şəxs özünə məxsus “Opel” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin yanında dayandığını görmüşdür. O, Əliyə yaxınlaşaraq görüşmüş və onlar söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs onun əl fənərini nə vaxt verəcəyini soruşmuş, Əli bu məsələyə bir neçə gün bundan öncə qardaşı Səfa Tağıyevin yanında aydınlıq gətirdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs fənarı düzətmək üçün ona verdiyini bildirmiş, Zərərçəkmiş şəxs isə ona yalan danışmamasını bildirəndə o, əsəblərini cilovlaya bilməyib əlində olan sellofan torbadakı yaşadığı evdə göyərtiləri kəsdiyi və sonradan torbaya qoyduğu əl tutacağı sarı rəngli lentlə sarılmış bıçağı çıxarıb Zərərçəkmiş şəxs üzünə bıçaqla zərbə vurmuşdur. Zərərçəkmiş şəxs onun zərbəsindən üzünü tutub onu sinəsindən itələmiş, o, isə əsəbi halda olduğu üçün Zərərçəkmiş şəxs bu dəfə qarın nahiyyəsinə zərbə vurmuşdur. O, Əlini bıçaqla vurandan sonra Əlidən aralanmış və həmin yeri tərk edib yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini qismən təsdiq etdiyini, orada yalnışlıqların olduğunu, müstəntiqin sözləri ilə həmin ifadəni verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 aprel 2023-cü ildə saat 12:00 radələrində hazırlaşıb ki, evinə getsin. Görmüş ki, tindən Sahəddin çıxdı, onunla salam-əleyküm olmuşdur. Aralarında söhbət nəyin üstə düşmüş. Belə ki, onun qardaşı Rusiya Federasiyasında olur, o gedəndə Sahəddinə fənər vermiş ki, bunu təmir etdirərsən. Özü isə həmin fənəri görməmişdir. Amma özünün əlindən təmir işləri gəlir. Hadisədən də on beş gün qabaq Səfa adlı qardaşı gəlib onunla görüşmüş ki, Əli Sahəddin sənə fənər verib, o isə demişdir ki, yox. Qardaşı isə deyib ki, bəs deyir Əliyə vermişəm. Bu zaman yüngül and da içmişdir. Səfa isə demiş ki, ondan ötəri niyə and içirsən ki, yüz elə fənər qurban olsun sənə. Söhbət zamanı görmüşlər ki, Sahəddin gəlir, xoş-beş etmişlər. Səfa qardaşı Sahəddinə demiş ki, bəs deyirdin fənəri Əliyə vermisən. Sahəddin də ona demiş ki, Əli sənə verməmişəm. Özü isə demiş ki, yox verməmisən. Bu zaman Sahəddin demiş ki, bəlkə başqa ustaya vermişəm. Söbhət eləcə xətm olunmuşdur. Hadisə günü isə rastlaşdıqda, Sahəddin demişdir ki, fənər nə oldu. O isə demişdir ki, fənər söhbət quurtarmadı bəs. Bu zaman başlamış ki, düzəlmirsə onda fənəri qaytar. Demişdir ki, axı fənər yoxdu. Söbhət belə olmuşdur. Bundan sonra Sahəddin əl atmış qoltuq cibinə daha sonra bıçaqla üzünə və qarnına vurmuşdur. Qarnın 20 sm cırmışdır. Görmüş qan aparır onu, ətrafdan Emini mağazadan çağırmış, onu yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə aparmasını xahiş etmişdir. Emin isə onu yaxınlıqda olan təcili tibb məntəqəsinə aparmış, oradan dərhal mərkəzi xəstəxanay aparmışlar. Orda da vəziyyəti ağır olduğundan onu X1 aparmışlar. Hazırda Sahəddinlə barışmış, istəmir ki düşmənçilik davam etsin. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cəza məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şəhər sakinləri kimi tanıyır, ayın tarixi dəqiq yadında qalmayıb, hadisə günü mağazasında olan zaman küçədən səs gəldiyini eşidib mağazadan çölə çıxmış və Əli əminin əlini üzünə tutub kömək istədiyini görmüşdür. O, yaxınlaşdıqda, görmüş ki, üz nahiyyəsi qanayır. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, Əli Sahəddin adlı şəxsin onu bıçaqla vurduğunu bildirib onu xəstəxanaya aparmağını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs özünə məxsus avtomobilə əyləşdirib Təcili tibbi yardım stansiyasına tibbi yardım alması üçün aparmış və ora təhvil vermişdir. İşdə olan, həkim cərrah Namizəd Xankişiyev tərəfindən Hacıqabul RPŞ İB-nə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası, üz nahiyyəsinin hər iki yanağını əhatə edən bir ədəd kəsilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya daxil olmuşdur. Xəstədə üz nahiyyəsinin yarasının tikilməsi, Laporotomiya böyük piylik yarasının tikilməsi əməliyyatı icra olunmuşdur. Hal-hazırda sonuncunun ifadəsinin alınması mümkün deyildir. (c İ, i.v 5) İşdə olan, xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd əl tutacaq yeri sarı lentlə sarılmış bıçağı götürülmüşdür. (c İ, i.v 19-22) İşdə olan, xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 25) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, azadlığı faktiki olaraq 30 aprel 2023-cü il tarixdə saat 22:45-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 42) İşdə olan, ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi xüsusatları əyani surətdə təqdim etməklə bir daha təsdiq etmişdir. (c İ, i.v 49-52) İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(071)-40/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 30 aprel 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 74-77) İşdə olan, hadisə yerinin baxışının aprılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin baş verdiyi yer Hacıqabul şəhəri, H.Həmidov küçəsində avtomobil yolunun kənarında yerləşir, ətrafda yaşayış və iaşə obyektləri vardır. (c İ, i.v 104-106) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 109-110) İşdə olan, Məhkəmə tibbi ekspertizasının 27 iyul 2023-cü il tarixli, 228 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən (daxilə keçən) kəsilmiş-deşilmiş yarası, üz nahiyyəsində hər iki yanağını əhatə edən kəsilmiş yarası kimi xəsarətlər müəyyən olundu, müəyyən olunan xəsarətlər iti kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan hadisə gününə, 30 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (c İ, i.v 119-121) İşdə olan, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 may 2023-cü il tarixli 1488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ÜZVİ EMOSİONAL-LABİL (ASTENİK) POZUNTU (F06.6) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri anamnezində insult keçirtdiyini qeyd etməsi, bundan sonra əsəbilik, qıcıqlara qarşı həssaslıq, tez yorulma kimi əlamətlərin meydana çıxması, həmçinin hazırki müayinə zamanı ocaqlı nevroloji əlamətlərin müəyyən edilməsi, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, astenizasiya əlamətləri biruzə verməsi və.s təsdiq edir. Bununla yanaşı Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil (astenik) pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir. X6 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranma səbəbləri situsasiyası ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır. (c İ, i.v 123-126) İşdə olan, Maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 302/2023-MTBŞ saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/. Ekspertizaya təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şalvar, pencək, köynək, alt mayka və cib dəsmalı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus papaq və 01 cüt corab üzərində üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (c İ, i.v 129-133) İşdə olan, Hacıqabul RİHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. Barəsində nümayəndəliyə heş bir mənfi rəy daxil olmamışdır. (c İ, i.v 136-137) İşdə olan, Hacıqabul Rayon X5 Hüquqi Şəxsindən verilmiş 28 iyul 2023-cü il tarixli, PHŞ-6-41/2-361/2023 N-li məktubundan görünür ki, Məmmədov X4 rayon X5 Hüquqi Şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. (c İ, i.v 142) İşdə olan, Maddi sübutların məhkəmə-kriminalistik ekspertizasının 07 iyul 2023-cü il tarixli 297/2023-MTKŞ saylı rəyindən görünür ki: Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı dəyişiklik edilməmişdir. (c İ, i.v 149-150) İşdə olan, Maddi sübutların məhkəmə tibbi-kriminalistik ekspertizasının 13 iyul 2023-cü il tarixli 298/2023-MTKŞ saylı rəyindən görünür ki: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ və sol nahiyəsində bir ədəd və maykanın ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar edildi. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa sağ cib üzərində düymənin olmaması aşkar olundu. Bu da şalvarın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus pencək, papaq, dəsmal və corab üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. (c İ, i.v 153-156) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ön səthinin sol və sağ nahiyəsində bir ədəd delib-keçən zədə olan bir ədəd köynək və ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə olan bir ədəd mayka, maddi sübut kimi tanınmışdır. (c İ, i.v 158-159) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs məlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdıraraq onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadənin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Odur ki, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə və üz nahiyyəsinə soyuq silah hesab edilməyən bıçaqla qəsdən ümumilikdə iki dəfə zərbə vurmuş, nəticədə zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən (daxilə keçən) kəsilmiş-deşilmiş yarası, üz nahiyyəsində hər iki yanağını əhatə edən kəsilmiş yarası kimi xəsarətlər yetirmişdir. Onun aldığı xəsarətlər isə canlı şəxsin ekspertizası ilə əlaqədar keçirilmiş tədqiqatın nəticəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər kimi qiymətləndirilmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun Zərərçəkmiş şəxs qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə cinayət törətməsi həm də onunla təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə nəyinki əsaslı səbəb mövcud olmuş, əksinə ümumiyyətlə heç bir səbəb olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər, yəni qarının ön divarının daxilə nüfuz edən (daxilə keçən) kəsilmiş-deşilmiş yarası, üz nahiyyəsində hər iki yanağını əhatə edən kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün qismən etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.12-ci maddəsinə, ilk dəfə məhkum olunmasını, səmimi peşmançılıq çəkməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-nin 59.1.12-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və bir ədəd mayka məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-691/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-691/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver