Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-693/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, baş ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(032)-147/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 7(032)-55/2022 nömrəli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddəti 1 (bir) il azaldılmış, Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 3 (üç) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 10 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, işsiz, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, faktiki olaraq azadlığı 04 iyun 2024-cü il tarixdə məhdudlaşdırılmış, 05 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 4(032)-139/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-20,080 qram çəkidə narkotik vasitə heroini, 503 ədəd 20,12 qram çəkidə narkotik vasitə olan metadon tabletlərini və 0,369 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, 20,080 qram çəkidə narkotik vasitə heroini və 5 ədəd blisterdə 50 ədəd, 1 ədəd blister kəsiyində 4 ədəd narkotik vasitə metadon tabletlərini etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı, **-KB-*** dövlət qeydiyyatlı avtomobilində, 0,369 qram çəkidə psixotrop maddə metamfetamini 03 ədəd bükümə ayırmaqla və 44 ədəd blisterdə 440 ədəd, 1 ədəd blisterdə 9 ədəd narkotik vasitə metadon tabletlərini isə yaşadığı ünvan 1 ünvanda daşımaqla saxlamış, 04 iyun 2024-cü il tarixdə saat 23:15-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Heydər Əliyev prospektində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı **-KB-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq, avtomobillə birlikdə polis şöbəsinə gətirilib, 05 iyun 2024-cü il tarixdə saat 03:35-dən saat 03:57-dək olan müddət ərzində videoçəkiliş vasitəsi ilə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 220 CDİ minik” markalı **-KB-*** dövlət qeydiyyatlı avtomobilə baxış keçirilən zaman 01 ədəd bükümdə təmiz çəkisi-20,080 qram qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin həmin avtomobilin arxa oturacaq hissəsinin üst tərəfində yerləşən hissədən və üzərində “F/M 40” göstəricili 05 ədəd blisterin içərisində 50 ədəd və üzərində “F/M 40” göstəricili 01 ədəd blisterin içərisində 04 ədəd olmaqla, ümumi çəkisi-2,16 qram bozumtul-qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə metadon dərman tabletləri avtomobilin qabaq sol oturacağının sağ tərəfdən içəri hissəsindən, həmin tarixdə saat 05:27-dən saat 05:54-dək olan müddət ərzində sonuncunun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,205 qr, 0.061 qr, 0,103 qr, ümumi çəkisi-0,369 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd sellofan torbanın içərisindən 44 ədəd blisterdə 440 ədəd və üzərində “F/M 40” göstəricili 1 ədəd blisterdə 9 ədəd, ümumi təmiz çəkisi- 17,96 qram bozumtul-qəhvəyi rəngli xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə metadon dərman tabletləri yataq otağında sol tərəfdə yerləşən dolabın üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək demişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə özünə məxsus olmuşdur. Verilmiş ittihamda bircə onunla razı olmamışdır kı, onun satış niyyəti olmamış, narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək üçün əldə edib, saxlayıb və daşımışdır. Belə ki, “Tik Tok” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı bildiyi Həsən adlı şəxslə tanış olmuş, Həsəndən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri istəmişdir. Həsən ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” proqramı vasitəsi ilə danışmış, sonuncu dəfə saxlanılmamışdan təxminən 1 ay əvvəl Həsən ilə qeyd etdiyi proqram vasitəsi ilə danışmış və Bakı şəhəri, Lökbatan dairəsinə gedib oradan Həsənin ona mobil telefonda konum atdığı yerdən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həblərini götürmüşdür. Bundan sonra isə həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həblərini özü istifadə etmək üçün Şirvan şəhərinə gətirmişdir. Psixotrop maddə metamfetamini falqaya qoyub çəkmiş, narkotik vasitə heroindən isə arada istifadə etmişdir. Metadon həblərindən də, 4 gündən bir dördə bir hissəsini qəbul edirmiş, metadon həblərini və psixotrop maddə metamfetamini yaşadığı evdə dolabın yuxarı hissəsində gizlətmişdir. 04 iyun 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilində salonun arxa oturacağında aptek ləvazimatları olan yerin altında 5 listdə 50 ədəd, 1 listdə 4 ədəd metadon həblərini özü istifadə etmək məqsədi ilə gizlətmiş, qeyd etdiyi Həsən adlı şəxsdən aldığı 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini isə avtomobilində qabaq sol oturacaqda sağ tərəfdə aşağıda gizlətmiş, təxminən saat 23:15 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən mülki geyimdə olan şəxslər onu saxlatdırıb özlərini təqdim etmişlər, Şirvan ŞPŞ-nin işçiləri olduğunu bildirmişlər və ondan üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamağında, narkotik vasitədən istifadə etməyində və satışında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan ŞPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobil ilə YPX əməkdaşının avtomobilinin müşayiəti ilə Şirvan ŞPŞ-nə getmişdir. Vəkil gəldikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, əynində olan əşyaları təqdim etmiş, “Samsung” markalı mobil telefonu götürülmüş, digər əşyaları özünə qaytarılmışdır. İdarə etdiyi “Mercedes Benz” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyinə etiraz etməmiş, avtomobilin qapılarını özü açmış və avtomobilin salonunun arxa oturacaq hissəsindən yuxarıda 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini, avtomobilin qabaq sol oturacağının sağ tərəfdən içəri hissəsində 5 listdə 50 ədəd, 1 listdə 4 ədəd metadonları təqdim etmişdir. Aşkar olunmuş maddələr götürülmüşdür. Həmçinin polis əməkdaşına yaşadığı evdə avtomobilindən aşkar edilib götürülmüş dərman həblərindən olduğunu, yataq otağında şkafın üzərində saxladığını bildirmişdir. Bundan sonra yaşadığı evə getmişlər. Qapı döyülərkən atası qapını açmış, onun evdə dərman həbləri saxladığı bildirilmişdir. Atası da evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə təqdim etmişdir. Bundan sonra evə baxış keçirilmiş, özü evin ikinci mərtəbəsinə qalxıb yaşadığı evdə yataq otağına keçib dolabın üstündə olan 1 ədəd sellofan torbanı götürüb polis əməkdaşına təqdim etmiş və həmin sellofan torbanın içərisinə polis əməkdaşı tərəfindən baxıldıqda 44 listdə 440 ədəd, 1 listdə 9 ədəd metadon həblərini aşkar edib götürmüşlər. Polis əməkdaşlarına həmin həbləri Bakı şəhəri, Lökbatan dairəsi adlanan ərazidən İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsdən pulsuz aldığını demiş, Həsənlə “Tik Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğunu, “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığını və öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Yenidən yataq otağına keçib dolabın üstünə baxılmasını bildirmiş, yataq otağına yenidən keçib dolabın yuxarı hissəsində saxladığı 3 ədəd kağız bükümdə metamfetamini təqdim etmişdir. 3 ədəd kağız bükümlər ayrı-ayrılıqda açılmış, elektron tərəzidə çəkilərkən çəkilərinin müvafiq olaraq 0,33 qram, 0,59 qram və 0,35 qram olması müəyyən edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri və psixotrop maddələri satmaq niyyəti olmamış, ibtidai istintaq zamanı səhvən narkotik vasitələri satmaq niyyətinin olmasını demişdir. Faktiki olaraq hər hansı şəxsə narkotik vasitələr və psixotrop maddə satmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 04 iyun 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində və idarəetdiyi avtomobilində narkotik vasitələrin və psixotrop maddələrin saxlanılması və satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 04 iyun 2024cü il tarixdə saat 23 radələrində o, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Şahid3 və MSY-nin polis nəfəri Şahid4 ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektinə getmişlər. Həmin prospektdə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs “Mercedes Benz C 220 CDİ minik” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğunu görmüşlər və DYPB-nin YPX-nin baş inspektoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan ŞPŞ-nə dəvət etsinlər, Təqsirləndirilən şəxs da onların təkliflərini qəbul etmiş və onlarla birlikdə avtomobil ilə Şirvan ŞPŞ-nə getmişdir. Vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 220 CDİ minik” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olmasını bildirmiş və könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 220 CDİ minik” markalı 90-KB 525 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin arxa oturacaq hissəsinin üst tərəfində yerləşən hissədən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, avtomobilin qabaq sol oturacağının sağ tərəfdən içəri hissəsindən üzərində “F/M 40” göstəricili 05 ədəd blisterin içərisində 50 ədəd və 01 ədəd blisterin içərisində 04 ədəd metadon tabletləri aşkar edilmiş və elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə və dərman tabletləri qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı Şirvan şəhəri, Təbriz küçəsində yerləşən fərdi yaşayış evində yataq otağında narkotik vasitə və psixotrop maddə vardır, könüllü olaraq təqdim edə bilər. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 fərdi yaşayış evində videoçəkiliş vasitəsi ilə baxış keçirilən zamanı fərdi yaşayış evinin yataq otağında sol tərəfdə yerləşən dolabın üzərindən 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd sellofan torbanın içərisindən 44 ədəd blisterdə 440 ədəd və üzərində “F/M 40” göstəricili 1 ədəd blisterdə 9 ədəd metadon dərman tabletləri aşkar olunmuş, sonra elektron tərəzi vasitə ilə çəkilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, ancaq realizə edə bilməmişlər. Dindirilmş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrində Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onlarla birlikdə yaşayır. Vüsalın narkotik vasitələrdən və psixotrop maddədən istifadə etməsini bilməmişdir. 05 iyun 2024-cü il tarixdə saat 05 radələrində yaşadığı ünvan 1 fərdi yaşayış evində olarkən evlərinin qapısı döyülmüş, həmin vaxtı yerindən durub evin çöl qapısını açdıqda gələn şəxslərin polis əməkdaşları olduqlarını görmüşdür. Həmin vaxtı polis əməkdaşlarının yanında oğlu Vüsal da olmuşdur. Vusalın evlərində narkotik vasitə və psixotrop maddə gizlətməsindən məlumatı olmamışdır. Yaşadıqları evə baxış keçirmələri üçün etirazının olmadığını bildirmiş və polis əməkdaşlarına ərizə yazaraq təqdim etmişdir. Vüsal evlərində qaldığı otaqda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və təqdim edəcəyini demişdir. Vüsalın otağına getmişlər, aşkar olunmuş dərman həbləri və bükümlər qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid5 ifadəsində bildirmişdir ki, polis əməkdaşları evlərinə bir dəfə gəlmişlər, həmin vaxtı video çəkliş aparılmışdır. Evlərindən metamfetamin və narkotik vasitə metadon dərman həbləri aşkar olunaraq götürülmüşdür. Vüsalın narkotik vasitə istifadə etməsi və ya satmasından, həmçinin Vüsalın evlərində psixotrop maddə və narkotik vasitə saxlamasından məlumatları olmamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Şirvan ŞPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli “Raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Mercedes-Benz” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.(i.v.4) -Şirvan ŞPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli “Raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, üzərində və idarə etdiyi “Mercedes-Benz” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan 04 iyun 2024-cü il tarixdə saat 23:15 radələrində Şirvan şəhəri, H.Əliyev prospekində hərəkət edərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmişdir.(i.v.10) -“cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:55-də şübhəli şəxs qismində tutulmuş, faktiki olaraq azadlığı 04 iyun 2024-cü il tarixdə məhdudlaşdırılmışdır.(i.v.37-38) -“nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan və 01 ədəd DVD diskdən görünür ki, “Mercedes Benz C 220 CDİ minik” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saat 03:35-dən saat 03:57dək olan müddət ərzində videoçəkiliş vasitəsi ilə keçirilmiş baxış zamanı avtomobilin salonunun arxa oturacaq hissəsindən yuxarıda 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və avtomobilin qabaq sol oturacağının sağ tərəfdən içəri hissəsində 05 listdə 50 ədəd, 01 listdə 04 ədəd metadon həbləri aşkar olunaraq götürülmüşdür.(i.v.48-50) -“baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan və 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 fərdi yaşayış evində videoçəkiliş vasitəsi ilə saat 05:27-dən saat 05:54-dək olan müddət ərzində baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağında sol tərəfdə yerləşən dolabın üzərindən 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd sellofan torbanın içərisindən 44 ədəd blisterdə 440 ədəd və üzərində “F/M 40” göstəricili 01 ədəd blisterdə 09 ədəd metadon dərman tabletləri aşkar olunmuşdur.(i.v.53- 56) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 05 iyun 2024-cü il tarixli 3-16-16/2-18/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs idarə etdiyi..” sözləri yazılmış və kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 20,080 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı...ünvandan...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,205 qr, 0,061 qr, 0,103 qr, ümumi çəkisi-0,369 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi-20,080 qram, tədqiqata sərf edildi-0.10 qram, qalıq-19,980 qram. Metamfetaminin ümumi çəkisi-0,369 qr, cəmi tədqiqata sərf edildi-0,09 qr (hər obyektdən-0,03 qr), qalıq-0,279 qram.(i.v.66- 70) -“təsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024cü il tarixli, 4(032)-139/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 (dörd) ay həddində müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittihamla qismən təqsirli bilir. Metamfetamindən istifadə etmək üçün onu avtomobilində saxlamış, heroini isə Lökbatan dairəsi adlanan yerdən tapmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyil. O, həmçinin bildirdi ki, Şirvan ŞPŞ-də ona qarşı fiziki və psixi zorakılıq olmamışdır.(i.v.76- 77, 94-98) -Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 5(032)-175/2024 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən 04 iyun 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Şirvan şəhəri, Təbriz küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. (i.v.99- 100) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X15 12 iyun 2024-cü il tarixli, 18-1-35/2- 911/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur.(i.v.127) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 22 iyun 2024-cü il tarixli, 4331 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür.(i.v.154-155) -“ambulator məhkəmə psixiatrik ekspertizası”nın 29 iyun 2024-cü il tarixli, 1900 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondrma fikirlər söyləməyə patoloji meyl səbəb ola bilən hər hansı psixi xəstəlik müəyyən olunmamışdır.(i.v. 156-158) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 03 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən baxış zamanı aşkar edilib götürülmüş 54 ədəd həblər...” və “Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından baxış zamanı aşkar edilib götürülmüş dərman həbləri..” yazıları olan iki paketdə qablaşdırılmış blisterlərdə üzərində “F/M 40” göstəricisi olan ümumilikdə 503 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletləri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitəmetadondur, 503 ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı-20,12 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Metadon tabletlərinin ümumi sayı- 503 tablet, cəmi tədqiqata sərf edildi- 8 tablet, qalıq ümumi-495 tablet.(i.v. 159-164) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.175-176) -“sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəyə dair Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalan 19,980 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq qalan 0,279 qram qalığı, narkotik vasitə metadonun ekspertizadan sonra qalıq qalan 495 ədəd tableti, 2 ədəd DVD diskdə olan baxış keçirilməsi haqqında videogörüntülər maddi sübut kimi tanınmış və narkotik vasitələrin və psixotrop maddənin qalıqları saxlanılması üçün Şirvan ŞPŞ-nin saxlanc anbarına verilmişdir. (i.v.185-195) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni əldə edib, saxlaması və daşımasına münasibətdə məqsədinin satış olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-20,080 qram çəkidə narkotik vasitə heroini, 503 ədəd 20,12 qram çəkidə narkotik vasitə olan metadon tabletlərini və 0,369 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, 20,080 qram çəkidə narkotik vasitə heroini və 5 ədəd blisterdə 50 ədəd, 1 ədəd blister kəsiyində 4 ədəd narkotik vasitə metadon tabletlərini etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220 CDİ minik” markalı, **-KB-*** dövlət qeydiyyatlı avtomobilində, 0,369 qram çəkidə psixotrop maddə metamfetamini 03 ədəd bükümə ayırmaqla və 44 ədəd blisterdə 440 ədəd, 1 ədəd blisterdə 9 ədəd narkotik vasitə metadon tabletlərini isə yaşadığı ünvan 1 ünvanda daşımaqla saxlaması, həmin kütlələrin aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, “baxış keçirilməsi və götürmə haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, izahatı, şübhəli və təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələrin və psixotrop maddənin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və digər sənədlərdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(032)-147/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 7(032)-55/2022 nömrəli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddəti 1 (bir) il azaldılmış, Şirvan Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 3 (üç) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 10 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v.137-138) -Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 iyun 2024-cü il tarixli arayış və xasiyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Təbriz küçəsi ev 24-də yaşayır, himayəsində 2015-ci il təvəllüdlü Mətanət Muradova və 2018-ci il təvəllüdlü Nəzrin Muradlı adlı azyaşlı qızları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v 122-123) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X11rşı və Hacianastassion Yunanıstana qarşı”» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 4(032)-139/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 05 iyun 2024-cü il tarixdən hesablanması göstərilmişdir. Lakin cinayət işinin materiallarında olan-Şirvan ŞPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, üzərində və idarə etdiyi “Mercedes-Benz” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan 04 iyun 2024-cü il tarixdə saat 23:15 radələrində Şirvan şəhəri, H.Əliyev prospekində hərəkət edərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmişdir, həmçinin “cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:55-də şübhəli şəxs qismində tutulsa da faktiki olaraq onun azadlığı, 04 iyun 2024-cü il tarixdə məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 4(032)-139/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş ekspertizadan sonra qalıq qalan 19,980 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 0,279 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 495 ədəd narkotik vasitə metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməli, maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD diskdə cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 111 (bir yüz on bir) manat 95 qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 111 (bir yüz on bir) manat 95 qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə faktiki olaraq azadlığı məhdudlaşdırıldığı vaxtdan, 04 iyun 2024-cü il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 4(032)-139/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 111 (bir yüz on bir) manat 95 qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş ekspertizadan sonra qalıq qalan 19,980 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 0,279 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 495 ədəd narkotik vasitə metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD diskdə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-693/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-693/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver