Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-695/2023 25.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gəlmiş, digər şəxs tərəfindən 08 may 2023-cü il tarixdə 1 (bir) ədəd qara rəngli polietilin torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış bükülünün içində ayrı-ayrılıqda cəmi üç ədəd qara rəngli polietilin torbaya yığılaraq üzəri yapışqan letlə sarılmış bükülü halda külli miqdarda, yəni ümümi təmiz çəkisi 3520,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və bir ədəd qara rəngli polietilin torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halda 30 ədəd komvalyutda ümumilikdə cəmi 300 (üç yüz) ədəd dərman tabletlərinin tərkibində külli miqdarda, yəni ümumi təmiz çəkisi 12 qram olan narkotik vasitə hesab edilən metadonu Biləsuvar- Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrə dönən yolun üzərində sağ tərəfdə quraşdırılan və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanından əkin sahəsinin dərinliyinə doğru 23 (iyirmi üç) metr getdikdən sonra olan kiçik dərədə gizlədilmiş və həmin tarixdə saat 19 radələrində bu barədə ona məlumat verildikdən sonra o, qəsdən satış məqsədi tamah niyyəti ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq 08 may 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisindən qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 etibarnamə ilə idarə etdiyi “Mercedes BENZ C220 CDİ” markalı 99FJ841 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşməklə həmin tarixdə saat 23:30 radələrində Biləsuvar-Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrə dönən yolun üzərində sağ tərəfdə quraşdırılan və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanından əkin sahəsinin dərinliyinə doğru 23 (iyirmi üç) metr getdikdən sonra olan kiçik dərədə gizlədilmiş qeyd olunan narkotik vasitələri qanunsuz olaraq əldə etmək istəyərkən 08 may 2023-cü il tarixdə saat 23:45 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat müşahidəsinə götürülmüş və 09 may 2023-cü il tarixdə saat 00:15 radələrində saxlanılmış, o, taksi sürücüsü Şahid1 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığı üçün cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq qeyd olunan cinayətləri törətməyə cəhd etmişdir. Daha sonra, 09 may 2023-cü il tarixdə saat 05:15 radələrində saxladığı yerdə, yəni Biləsuvar-Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrə dönən yolun üzərində sağ tərəfdə quraşdırılan və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin sağ tərəfində yerləşən əkin sahəsinə Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman həmin əkin sahəsinin dərinliyinə doğru 23 (iyirmi üç) metr gedəndən sonra olan kiçik dərədə gizlədilən və sonuncunun təqdim etdiyi bir ədəd qara rəngli polietilin torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış bükülünün içində olan ayrıayrılıqda təmiz çəkiləri 1020,0 qram, 1060,0 qram və 1440,0 qram olmaqla ümumi çəkisi 3520,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və bir ədəd qara rəngli polietilin torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülü halda 30 ədəd komvalyutda ümumilikdə cəmi 300 (üç yüz) ədəd dərman tabletlərinin tərkibində külli miqdarda, yəni ümumi təmiz çəkisi 12 qram olan narkotik vasitə hesab edilən metadon aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bu ilin mayın 8-dən 9-na keçən gecə gecə tanışı taksi sürücüsü Ceyhunla birlikdə Bakıda Yasamal rayonundan İmişli-Bəhrəmtəpə ərazisinə gəlmişdir. Taksi sürücüsü Ceyhuna ora əsgər yoldaşının yanına getdiyini bildirmişdir. Reallıqda isə həmin ərazidən 300 qram marixuana götürmək məqsədilə getmişdir. Belə ki, İİR vətəndaşı gah adın “Həkim”, gah da “Araz” kimi qeyd edən şəxslə sosial şəbəkədə danışmış, həmin şəxs onun üçün təmannasız narkotik vasitə marixuana göndərəcəyini vəd etmişdir. O, demişdir ki, Azərbaycanda adamı var, həmin adamına deyəcək, həmin adamda narkotiki bir yerə qoyduqdan sonra, həmin yerin konumunu göndərəcək, özü də konum vasitəsilə gedib götürəcək. Həmin gündə iranlı ilə telefonda whatsapp vasitəsilə danışıb, yazışmışdır. Hətta iranlı ona 300 qram narkotik qoyacağını da yazmış, lakin polisə sərf etmədiyindən həmin mesajları telefondan silinmişdir. İranlı şəxs narkotiki qoyduğu yerin şəklin ona göndərmiş, ox ilə işərə də qoymuşdur ki, gedib götürə bilsin. Lakin şəkildə ancaq ərazi görsənib, bağlamanın isə şəkili olmamışdır. Beləliklə, iranlının göndərdiyi konumla gəlmiş Bəhrəmtəpə yoluna, maşından sürücü Ceyhuna ayaqyoluna getmək adı ilə deyib düşmüşdür. Ətraf qaranlıq olduğundan əlindəki fənəri yandırmışdır. Həmin vaxt narkotikin təsiri altında olmuşdur. Ətrafı qaranlıq görüb, qorxmuşdur. Maşından düşüb bir siqaret çəkmiş, narkotiki axtarmamışdır. Onu da qeyd edir ki, əvvəllər Rusiya Federasiyasında el adəti ilə qız qaçırdığından məhkum olunmuş, Azərbaycana gəldikdən sonra da başına oyun açıb onu tutublar, lakin apelyasiya məhkəməsi əməlini 234.1-ə tövsif edibdir. Özünün isə sentyabr ayı xeyir işi olacaqmış, toya hazırlaşırmış. Bütün bunları həmin an nəzərə alıb, narkotiki götürmək fikrindən yayınıb, maşına oturmuş ki, geri qayıtsınlar. Sürücü maşını işə salmaq istəyəndə isə polislər tökülüşüb gəlib onları saxlamışlar. Birlikdə onları bölməyə aparmışlar. Bölmədə də hər şeyi olduğu kimi danışmış, üzərinə və avtomobilə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmiş, təmiz çıxmışlar. Üstündən beş saat keçdikdən sonra isə həmin əraziyə polislər ilə birlikdə getmişlər. Polislər ordan bağlamanı çıxartmışlar, demişlər ki, bunlar sənindir. Lakin o, həmin əraziyə gedib çatanda, özünə gəlmiş, düşünmüş ki cinayət edir, qorxmuş qayıtmışdır. Haqqsız yerə onu polislər saxlayıblar. İranlı ilə birinci dəfə imiş danışırmış, onun üçün təmannasız marixuana göndərəcəkmiş, marixuananın çəkisi isə 300-400 qram olacaqmış. İranlının göndərdiyi konum olan əraziyə çatanda maşından düşsədə şəkildə olan yerə getməyə qorxmuş, orada heçnə axtarmamışdır, bunu taksi sürücüsü də təsdiq edə bilər. Polis əməkdaşları isə narkotiki şəkildə göstərilən yer üzrə gedib oradan çıxartmışlar. Polis əməkdaşları tərəfindən döyülməmiş, ona qarşı heç bir təzyiq göstərilməmişdir. İşinə düzgün baxılmasını, onu bu çarəsizlikdən qurtarmağı, yaşlı anasının onun hesabına kirayədə qaldığını, özünün xeyir işinin olacağını, qarşı tərəfin hələ də onun tutulmasından məlumatlı olmadığını, ora getməkdə bir səhv etdiyini, ailə həyatı qurmaq istəməsini, ona bir şans verilməsini, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, Bakı şəhərində olan zaman İİR vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə ona Biləsuvar rayonunun İmişli rayonuna yaxın ərazisində narkotik vasitə hesab olunan qurudulmuş marixuana gizlətdiyini bildirdiyini və həmin narkotik vasitəni götürmək üçün getmək istəyib-isəmədiyini soruşduğunu, gedəcəyi halda da ona həmin narkotik vasitənin yeri barədə “konum” göndərəcəyini bildirmişdir. O da dərhal taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng etmiş və sonuncuya əsgər yoldaşı ilə görmək üçün təcili onu Biləsuvar rayonu ərazisinə aparmasını xahiş etmişdir. Şahid1 onu Biləsuvar rayonu ərazisinə 200 (iki yüz) manata aparıb-gətirməsi barədə razılığa gəlmişdir. Daha sonra “Whatsapp” proqramı vasitəsi ilə İİR vətəndaşı olan Araz adlı şəxslə danışmış və ona xx.xx.2023-cü il tarixdə saat 03-04 radələrində Biləsuvar rayonu ərazisində olacağını demişdir. xx.xx.2023cü il tarixdə saat 20 radələrində o, Şahid1 ilə Bakı şəhərində görüşmüş və onun idarə etdiyi “Mercedes C” markalı avtomobilə əyləşərək, Biləsuvar rayonuna yola düşmüşdür. Bu barədə də İİR vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” programı vasitəsi ilə məlumat vermişdir. Bu zaman İİR vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” programı vasitəsi ilə ona narkotik vasitənin gizlədildiyi yerin “konum”unu göndərmiş, o da taksi sürücüsü Şahid1 idarə etdiyi “Mercedes C” markalı avtomobil ilə göndərilmiş “konum” ilə hərəkət etməyə başlamışdır. Bundan sonra İran İslam Respublikası vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə ona “konum”da qeyd olunan yerə qoyulmuş narkotik vasitənin fotoşəklini və həmin ərazidə yol kənarında quraşdırılmış lövhənin fotoşəklini göndərmişdir. Həmin fotoşəkildə narkotik vasitənin qoyduğu yer ox işarəsi ilə göstərmişdir. Onlar xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şahid1 idarə etdiyi avtomobili ilə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə dönən yola çatmışlar. Şahid1 idarə etdiyi avtomobil ilə Cəbrayıl qəsəbəsinə gedən yola dönmüş və “konum”da qeyd olunan yerə, yəni gəldikləri istiqamətdə yolun sağ tərəfində olan ağ rəngli lövhənin yanına çatmışlar. Lakin Şahid1 idarə etdiyi avtomobil ilə həmin yerin yanından keçmiş və təxminən 50 (əlli) metr irəli getmişdir. Bu zaman o, sonuncuya geri qayıtmasını demiş və Şahid1 idarə etdiyi avtomobili geri döndərərək, gəldikləri istiqamətdə yolun sağ tərəfində yerləşən ağ rəngli lövhənin yanına çatmışdır. Bu vaxt o, sonuncuya ayaqyoluna getmək üçün avtomobili saxlamasını demiş və Şahid1 idarə etdiyi avtomobili yolun sağ tərəfində ağ rəngli lövhənin bərabərində saxlamışdır. O, ayaqyoluna çıxmaq adı ilə avtomobildən yerə düşmüş, lakin Şahid1 avtomobilin sükanında əyləşərək, onu gözləmişdir. O, avtomobildən düşən kimi yolun sağ tərəfində quraşdırılmış ağ rəngli lövhənin yanından əkin sahəsinə girmiş və əlində olan alışqanın arxasında olan işıqla İİR vətəndaşı olan Araz adlı şəxsin orada gizlətdiyi narkotik vasitəni axtarmağa başlamış, lakin həmin narkotik vasitəni qeyd olunan əkin sahəsində təxminən 25-30 dəqiqə axtarsa da, tapa bilməmişdir. Buna görə də geri qayıdaraq avtomobilə əyləşmişdir. Elə bu zaman polis əməkdaşları onlara yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Ona heç vaxt İİR-dən və ya digər ölkədən narkotik vasitə göndərməmişlər və gətirməmişlər. Həmçinin, o, İİR vətəndaşı olan Araz adlı şəxsdən narkotik vasitə istəməmiş, sonuncu özü 08 may 2023-cü il tarixdə saat 19 radələrində ona zəng edərək “Biləsuvar rayonunun İmişli rayonuna tərəf hissəsində narkotik vasitə hesab olunan qurudulmuş marixuana gizlətmişəm, istəyirsən götür” sözləri demişdir. O da tamahından həmin narkotik vasitəni gedib götürmək və satıb pul qazanmaq qərarına gəlmişdir. Verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini, maşından düşüb narkotik vasitəni 20-25 dəqiqə axtarması, telefonundan narkotik vasitənin fotoşəkilinin aşkar edilməsi, eləcədə narkotiki satmaq məqsədinin olması hissəsində təsdiq etmir, narkotikin fotoşəkili telefonuna sonradan göndərilib nədi bunu bilmir, özü həmin ərazidə narkotik axtarmamış, bunu sürücüdə təsdiq edir, ora getməkdə məqsədi isə şəxsi istifadəsi üçün 300-400 qram marixuana götürmək olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs və Şahid1 Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 08 may 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar raportla Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yola dönən Şirvan post adlanan dairədən bir az içəridə gözləməklə müşahidəyə başlamışlar. Saat 23:30-da sonra “Mercedes BENZ C220 CDİ” markalı avtomobilin həmin ərazidə şübhəli hərəkət etdiyin, daha sonra avtomobilin saxladığını və sərnişin oturacağından bir nəfər şəxsin aşağı düşərək, yoldan təxminən 20-30 metr torpaq sahəsinə əlində fənərlə hərəkət edib nəsə axtarmasını, ora-bura baxmasını müşahidə etmişlər. Təxminən 10-15 dəqiqə həmin şəxs orada nəsə axtardıqdan sonra gəlib həmin avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başlayarkən isə tərəflərindən saxlanılıb, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli olması bildirilmiş və şöbəyə dəvət edilmişdir. Şöbədə isə onların üzərinə və avtomobilə videoçəkilişlə, müdafiəçilərin iştirakları ilə şəxsi axtarış və baxış keçirilmiş, lakin heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefonda olan məlumatlardan isə onun Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə gəlməsinin məqsədi aydın olmuş, belə ki, İİR-də olan şəxsin Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinin ərazisində narkotik vasitə gizlətdiyini, sonra da narkotik vasitəni gizlətdiyi yerin “konumu”nu ona göndərdiyini, o da həmin “konum” ilə gizlədilmiş narkotik vasitəni götürmək üçün Cəbrayıl qəsəbəsinə gəlmişdir. Həmin “konum” birlikdə narkotik vasitənin olduğu yerə getmişlər. Orada üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanından əkin sahəsinin ortasına doğru 23 (ikirmi üç) metr gedəndən sonra kiçik dərəyə çatmışlar. Həmin dərədən bir ədəd qara rəngli polietilen torba aşkar olunmuşdur. Kiçik dərədən tapılan qara rəngli polietilen torba ilk olaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 3938 qram olduğu müəyyən olunmuşdur. Daha sonra kiçik dərədən tapılan qara rəngli polietilen torba onlar tərəfindən açılmış və həmin qara rəngli polietilen torbada üzəri yapışqan lentlə sarılmış 3 (üç) ədəd böyük və 1 (bir) ədəd kiçik olmaqla cəmi 4 (dörd) ədəd bağlama olduğu müəyyən olunmuşdur. Həmin bağlamaların bir tərəfi onlar tərəfindən bıçaqla kəsildikdən sonra üzəri yapışqan lentlə sarılmış 3 (üç) ədəd böyük ölçülü bağlamanın içərisində narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlə və üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd kiçik ölçülü bağlamanın içində üzərində “Methadone-40” sözləri yazılan dərman həbləri olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs də həmin kütlənin narkotik vasitə hesab edilən marixuana, dərman həblərinin isə narkotik vasitə hesab edilən metadon olduğunu və İİR vətəndaşı olan Araz adlı tanışı tərəfindən orada gizlədildiyini bildirmişdir. Həmin narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırmışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cəbrayıl RPŞ-nin CAB-nin rəisi Şahid2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Samir və Ceyhun adlı şəxslərin Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə narkotik vasitələrin qəbulu və üzərində daşımaları barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onların ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 08 may 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ətrafında zəruri əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Cəbrayıl RPŞ-nin CAB-nin rəisi Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) «şübhəli şəxsin tutulması haqqında» 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:05-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 22-23) 09 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd Samsung markalı, “Kapital Bank”a aid “Cashback” adlı və üzərində olan hesab nömrəsi silinmiş plastik kart, sonuncuya məxsus BB242802 nömrəli sürücülük və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamış və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (c İ, i.v 31-33) 09 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və video-çəkilişdən görünür ki, baxış zamanı Şahid1 idarə etdiyi “Mercedes C220 CDİ” markalı 99FJ841 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağının qarşısında yerləşən “ciblik”dən içərisində sonuncuya məxsus “Leobank”a aid 4098 5844 9139 7772 saylı plastik kart, “Kapital Bank”a aid “Birbank Cashback” adlı 4169 7388 7913 4694 saylı plastik kart, AA******* nömrəli şəxsiyyət və AE 049897 nömrəli sürücülük vəsiqələri, bir ədəd mənzil açarı, **********018 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsini, “Bakıkart” adlı plastik kart, “Mercedes C220 CDİ” markalı 99FJ841 dövlət nömrə nişanlı avtomobilə aid “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”, “Mercedes C220 CDİ” markalı 99FJ841 dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün ƏN-Vİ№455484 nömrəli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə olan qara rəngli pulqabı aşkar olunaraq götürülmüş, lakin baxış zamanı həmin avtomobildən narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamış və baxış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (c İ, i.v 56-58) 09 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və video-çəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs və Şahid1 saxlanıldıqları yerdən, yəni Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunun 54-cü kilometrliyindən sola dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” kimi tanınan dairəvi yol istiqamətində 52 metr gedən zaman yolun sağ tərəfində quraşdırılmış və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanından 23 (iyirmi üç) metr əkin sahəsinə gedəndən sonra olan kiçik dərədən 1 (bir) ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış bükülünün içində olan 3 (üç) ədəd torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış bükülüdə ayrı-ayrılıqda çəkisi 1070, 1520 və 1102 qram olmaqla cəmi 3692 (üç min altı yüz doxsan iki) qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar kütlə və 1 (bir) ədəd torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış kiçik bükülüdə olan 30 ədəd listdə olmaqla üzərində “Methadone-40” sözü və rəqəmi yazılan cəmi 300 (üç yüz) ədəd narkotik vasitə hesab edilən metadona oxşar dərman həbləri aşkar olunaraq götürülmüş və baxış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (c İ, i.v 59-61) Məhkəmə bioloji ekspertizasının 09 may 2023-cü il tarixli 18/484 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Hadisə yerinə baxış zamanı...” sözləri yazılmış və imzalar olan polietilen bağlamada 3 ədəd üzəri yapışqan letlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 1020,0 qram, 1060,0 qram və 1440,0 qram, ümumi çəkisi-3520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 3520 qram, tədqiqata sərf edildi 0,3 qram (hər ob-0,1 qr), qalıq 3519,7 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat təşkil edir. (c İ, i.v 79-81) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli 6/2675 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №147” dairəvi möhür əksi olan, “...Hadisə yerinə baxış zamanı götürülmüş metadon 40 həblərinə bənzər...” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd selofan bağlamada üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə üç yüz ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzrərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 12 qram təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Metadon həbi 300 ədəd, tədqiqata sərf edildi 20 ədəd, qalıq 280 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş manat) manat təşkil edir. (c İ, i.v 83-86) Cəbrayıl Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(072)-004/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 may 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 145- 147) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Sverdlov vilayəti N.Taqil şəhəri, Lenin Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 126-cı maddəsinin, 2-ci hissəsinin, A bəndi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 (dörd) ay 03 (üç) gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (c İ, i.v 165- 167) 30 may 2023-cü il tarixli qəbzdən görünür ki, 09 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolu ilə oğlu Təqsirləndirilən şəxs üzərindən götürülmüş ona məxsus Kapital Banka aid Cashback adlı və üzərində olan hesab nömrəsi silinmiş plastik kartı, BB242802 nömrəli sürücülük vəsiqəsi, bir ədəd qara rəngli dəri qolbağısı olan qol saatı, bir ədəd alışqanı və bir ədəd qapı açarını X4 təhvil almışdır. (c İ, i.v 176) Siyəzən MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Siyəzən şəhəri, H.Əliyev küçəsi 33, 36 nömrəli mənzildə qeydiyyatda olmaqla anası ilə birlikdə yaşamış, haqqında şikayət daxil olmamışdır. (c İ, i.v 178-179) 12 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd mobil telefonun “Samsung Galaxy A10” markalı (Android tipli) olmaqla üzərində "xxxx" operatoruna məxsus 055 *** ** ** saylı mobil telefon nömrəsi olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun yaddaş kitabçasında Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri qeyd olunduğu, lakin həmin telefonun zənglər siyahısına baxış keçirlən zaman “Samsung Galaxy A10” (Android tipli) markalı mobil telefon ilə Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri arasında danışıq olmadığı müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxsi A10” (Android tipli) markalı mobil telefonun “WhatsApp” proqramında istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi və profil açdığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus Samsung Galaxsi A10” (Android tipli) markalı mobil telefonda “WhatsApp” proqramının zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman sonuncunun qeyd olunan proqram vasitəsilə İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş profil ilə əlaqə saxladığı, lakin Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş profil ilə heç bir əlaqə saxlamadığı müəyyən edilmişdir. Belə ki, həmin mobil telefonun “WhatsApp” proqramında zənglər siyahısına baxış keçirlən zaman İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 01:03-də 3 (üç) dəfə, 01:04-də 2 (iki) dəfə, 01:05-də 1 (bir) dəfə, 01:06-da 2 (iki) dəfə, 01:07-də 1 (bir) dəfə və xx.xx.2023-cü il tarixdə saat 12:00-da 1 (bir) dəfə olmaqa cəmi 10 (on) dəfə cavabsız zəng olunduğu, lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsinə zəng olunmadığı müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun “WhatsApp” proqramında mesajlar bölməsinə baxış keçirilən zaman İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona 09 may 2023-cü il tarixdə saat 01:03-də “?”, saat 01:05də “cavab ver”, saat 01:06-da “aç zəngi”, saat 01:18-də “??”, 10 may 2023-cü il tarixdə saat 11:59-da “??”, saat 12:04-də “alo”, 12 may 2023-cü il tarixdə saat 01:14-də “s” (iki dəfə), saat 11:55-də “fikirləşmək” smaliki və saat 12:31-də “??” yazılı mesaj gəldiyi, lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefondan İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsinə heç bir yazılı mesaj göndərilmədiyi müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxsi A10” (Android tipli) markalı mobil telefonun “Galareya” bölməsinə baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun “Galareya” bölməsində 08 may 2023-cü il tarixdə saat 10:50-də, saat 10:53-də və saat 10:57-də olmaqla 3 (üç) ədəd fotoşəklin “WhatsApp” proqramı vasitəsilə göndərildiyi, birinci, yəni 08 may 2023-cü il tarixdə saat 10:50-də göndərilən fotoşəkildə şəxiyyəti istintaqa məlum olmayan şəxsin içərisində narkotik vasitə və psixotrop maddə olmasında şübhəli olan üzəri yapışqan letlə sarılmış 1 (bir) ədəd qara rəngli polietilen torbanın torpağın üzərində olması, həmin qara rəngli politilen torbanın hadisə yerindən aşkar olunaraq götürülən bağlamaya oxşayır, ikinci, yəni 08 may 2023-cü il tarixdə saat 10:53-də göndərilən fotoşəkildə Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunun 54-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” kimi tanınan dairəvi yol ayrıcına gedən yolun peyk görüntüsü olunduğu və həmin peyk görüntüsündə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” kimi tanınan dairəvi yol ayrıcı istiqamətində yolun sağ tərəfində İran İslam Respublikasının vətəndaşı olduğunu və özünü “Araz” kimi təqdim edən şəxsin ümumi təmiz çəkisi 3520,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın və tərkibində təmiz çəkisi 12 qram olan narkotik vasitə hesab edilən metadon olan üzərində “Methadone-40” göstəricili 300 (üç yüz) ədəd dərman həbin aşkar olunaraq götürüldüyü yer qırmızı rəngli işarə, yəni “konum” ilə göstərildiyi 08 may 2023-cü il tarixdə saat 10:57-də göndərilən fotoşəkildə İran İslam Respublikasının vətəndaşı olduğunu və özünü “Araz” kimi təqdim edən şəxsin ümumi təmiz çəkisi 3520,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın və tərkibində təmiz çəkisi 12 qram olan narkotik vasitə hesab edilən metadon olan üzərində “Methadone-40” göstəricili 300 (üç yüz) ədəd dərman həbinin aşkar olunaraq götürüldüyü yeri, yəni Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunun 54-cü kilometrliyindən dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” kimi tanınan dairəvi yol ayrıcı istiqamətində gedən zaman yolun sağ tərəfdə quraşdırılan və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhədən qırmızı rəngli xətlə, yəni “ox işarəsi” ilə göstərdiyi müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” (Android tipli) markalı mobil telefonun mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, lakin mesajlar (SMS-lər) bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək daxil olmuş və ya göndərilmiş mesaj (SMS) mətinləri aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasında, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə, həmçinin həmin mobil telefonda olan “WhatsApp” proqramı vasitəsilə edilən zənglər bölməsinə və mesajlar bölməsində baxış keçirilən zaman sonuncunun istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı mobil telefon nömrəsi arasında heç bir əlaqənin olmadığı müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasında, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə, həmçinin həmin mobil telefonda olan “WhatsApp” proqramı vasitəsilə edilən zənglər bölməsinə və mesajlar bölməsində baxış keçirilən zaman sonuncunun istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının operatoruna məxsus və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi ilə sözügedən cinayətin icra olunması ərəfəsində telefon (“WhatsApp” proqramı vasitəsilə) əlaqələrinin olması müəyyən edilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı mobil telefon nömrəsi arasında heç bir əlaqənin olmadığı müəyyən olunmuşdur. Buna görə də, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun yaddaş kitabçasından Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri qeyd olunduğu səhifələr, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi arasında “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladıqları səhifələr, eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun “Galareya” bölməsində “WhatsApp” proqramı vasitəsilə göndərilən narkotik vasitələr olan bükülünün, həmin narkotik vasitələrin gizlədildiyi yeri göstərən “konum”un və qeyd olunan narkotik vasitələrin ağ rəngli lövhənin yanında gizlədildiyi yerin oxla dəqiq nişanlanaraq göstərməsinin fotoşəkilləri iş üçün əhəmiyyət kəsb etdiyi üçün 3 (üç) ədəd A4 formatlı vərəqə köçürülərək götürülmüşdür. (c İ, i.v 195-200) 27 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınma və həlli barədə qərardan görünür ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı 3519,7 qram çəkidə qalığı və tərkibində külli miqdarda, yəni 12 qram narkotik vasitə hesab edilən metadon olan üzərində “Methadone-40” göstəricisi olan 30 ədəd konvalyutda ümumilikdə 300 (üç yüz) ədəd dərman həbinin tədqiqatdan sonrakı 280 (iki yüz səksən) ədəd sayda qalığı maddi sübut kimi tanınmış və 11 may 2023-cü il tarixli 3-13-70/1-1389/2023 nömrəli məktubla Cəbrayıl RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. (c İ, i.v 224-225) Cəbrayıl Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsindən daxil olmuş 12 iyul 2023-cü il tarixli, 3-13-70/2-2751/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, istintaq olunan ********* saylı cinayət işi ilə bağlı yaranmış istintaq zərurəti ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhərində olan zaman istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna “Whatsapp” proqramı vasitəsi ilə əvvəllər sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Araz” adlı şəxs zəng edərək, Biləsuvar rayonunun İmişli rayonuna yaxın ərzisində gizlətdiyi narkotik vasitəni götürməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də “Araz” adlı tanışı ilə razılaşmış və dərhal taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng edərək, sonuncuya əsgər yoldaşı ilə görmək üçün onu 200 (iki yüz) manat məbləğində pul müqabilində Biləsuvar rayonu ərazisinə aparıbgətirməsini xahiş etmişdir. Şahid1 onunla razılışmış və sonuncuya onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən 77 nömrəli marşurutun axırıncı dayanacağında gözləməsini demişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qeyd olunan yerə getmiş və orada Şahid1 idarə etdiyi “Mercedes C220” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Şahid1 də avtomobili idarə edərək, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə istiqamətində hərəkət etməyə başlamışdır. Onlar yol ilə gələn zaman “Araz” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, həmçinin sonuncuya göndərdiyi narkotik vasitələrin, eyni zamanda həmin narkotik vasitələri tapması üçün ona narkotik vasitələri gizlətdiyi yerin “konum”unu və Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbəyə gedən yolun sağ kənarında quraşdırılmış və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin fotoşəklini də çəkib göndərmişdir. 08 may 2023-cü il tarixdə saat 23:40 radələrində onlar Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbəyə çatmışlar, Şahid1 idarə etdiyi avtomobil ilə qeyd olunan yerin yanından keçib getmiş və bu zaman Təqsirləndirilən şəxs ondan avtomobili döndərərək, geri qayıtmasını xahiş etmişdir. Şahid1 idarə etdiyi avtomobil ilə qeyd olunan yeri keçəndən təxminən 50 metr sonra geri dönmüş və “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanına qayıdan zaman Təqsirləndirilən şəxs ondan ayaqyoluna getmək üçün avtomobili saxlamasını xahiş etmişdir. Şahid1 idarə etdiyi avtomobili qeyd olunan lövhənin yanında saxlamış, Təqsirləndirilən şəxs avtomobildən düşmüş və həmin ağ rəngli lövhənin yanından keçərək əlində olan alışqanın işığı ilə əkin sahəsinə gizlədilmiş narkotik vasitələri axtarmış, lakin bu zaman Şahid1 idarə etdiyi avtomobilin sükanında əyləşərək, onu gözləmişdir. Təxmin 25- 30 dəqiqə Təqsirləndirilən şəxs narkotik vasitə axtarsa da, tapa bilməmiş və avtomobilin yanına qayıtmışdır. Bu zaman, yəni 09 may 2023-cü il tarixdə saat 00:15-də Cəbrayıl RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşaraq onları RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də Şahid1 idarə etdiyi “Mercedes C220” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə axtardığı Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr istiqamətində gələn zaman yolun sol kənarında quraşdırılmış və üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılan ağ rəngli lövhənin yanında, əkin əkin sahəsinə keçirilən baxış zamanı orada olan kiçik dərədən bir ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri yapışqan letlə sarılmış bükülünün içində olan 3 (üç) ədəd rəngli polietilin torbaya yığılaraq üzəri yapışqan letlə sarılmış bükülüdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1020,0 qram, 1060,0 qram və 1440,0 qram olmaqla ümumi çəkisi 3520,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 1 (bir) ədəd qara rəngli polietilin torbaya yığılaraq üzəri yapışqan letlə sarılmış bükülüdə 30 ədəd listdə ümumilikdə cəmi 300 (üç yüz) ədəd dərman tabletlərinin tərkibində külli miqdarda, yəni ümumi təmiz çəkisi 12 qram olan narkotik vasitə hesab edilən metadon aşkar olunaraq götürülmüşdür. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 taksi kimi fəaliyyət göstərdiyi və həmin vaxt idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs müştəri kimi Biləsuvar rayonuna 100 (yüz) manat pul müqabilində gətirdiyi, lakin Şahid1 qeyd olunan cinayətdə heç bir iştirakının olmadığı müəyyən olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr istiqamətində gələn zaman yolun sol tərəfində olan əkin sahəsində axtardığı, lakin tapa bilmədiyi və sonradan həmin əkin sahəsinə baxış keçirilən zaman orada olan kiçik dərədən tapılmış külli miqrda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə hesab edilən metadonu satış məqsədilə əldə etmək üçün həmin əraziyə gəldiyi müəyyən olunmuşdur. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq aşkar olunaraq götürülən külli miqrda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə hesab edilən metadonu Təqsirləndirilən şəxs göndərən şəxsin (İran İslam Respublikasının vətəndaşının) şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə əlavə olaraq bildiriləcəkdir. (c İ, i.v 227-228) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubunda «əldə olunmuş mümkün məlumatları CD şəklində təqdim edilmiş diskə baxış keçirilməsi haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərilmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadə olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikası ərazisində olan və özünü Araz kimi təqdim edən şəxsin istifadəsində olan həmin ölkənin mobil operatoruna aid 0098 902 *** **** saylı mobil telefon nömrəsinə yalnız xx.xx.2023-cü il tarixdə saat 22:00:01-də zəng olunduğu, lakin onlar (0 (sıfır) saniyə) danışmadıqları, həmçinin, Təqsirləndirilən şəxs istifadə olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqla məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna aid 0098 903 *** **** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 01:25:45, saat 01:30:46, saat 01:30:47 və saat 01:30:56-də olmaqla cəmi 4 (dörd) dəfə zəng olunduğu, lakin onlar (0 (sıfır) saniyə) danışmadıqları müəyyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs istifadə olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikası ərazisində olan və özünü Araz kimi təqdim edən şəxsin istifadəsində olan həmin ölkənin mobil operatoruna aid 0098 902 *** **** saylı mobil telefon nömrəsinə yalnız 1 (bir) dəfə xx.xx.2023-cü il tarixdə, eyni zamanda şəxsiyyəti istintaqla məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna aid 0098 903 *** **** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə cəmi 4 (dörd) dəfə zəng olunmaqla telefon əlaqələrinin olması müəyyən olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar əks olunan diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikası ərazisində olan və özünü Araz kimi təqdim edən şəxsin istifadəsində olan həmin ölkənin mobil operatoruna aid 0098 902 *** **** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə yalnız 1 (bir) dəfə, eyni zamanda, şəxsiyyəti istintaqla məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna aid 0098 903 *** **** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə cəmi 4 (dörd) dəfə aşağıdakı ardıcıllığa uyğun olaraq zəng olunaraq telefon əlaqəsi saxladıqları bir daha təsdiq olunmuşdur. Müddət № A nömrəsi B nömrəsi Zəngin tarixi Anten (saniyə) LBBK3197O4/LBBK3197 İ.Qutqashinli_kuc3/"Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 0098 902 xx.xx.2023 1 552424382 0 saylı ev, 2 saylı mənzilin 115 1375 22:00:01 damı"/Sabail/40.36393/49. 82283 **********82 GPRS xx.xx.2023 22:00:19 88 UBBK3197D/UB LBBK3933O2/LBBK3933 Dadash 0098 903 xx.xx.2023 Bunyatzadeh street/"Dadaş 2 552424382 0 793 1700 01:25:45 Bünyadzadə 202/1"/Yasamal/40. 401xx/xx.7974 LBBK3933O2/LBBK3933 Dadash 0098 903 xx.xx.2023 Bunyatzadeh street/"Dadaş 3 552424382 0 793 1700 01:30:46 Bünyadzadə 202/1"/Yasamal/40. 401xx/xx.7974 LBBK3933O2/LBBK3933 Dadash 0098 903 xx.xx.2023 Bunyatzadeh street/"Dadaş 4 552424382 0 793 1700 01:30:47 Bünyadzadə 202/1"/Yasamal/40. 401xx/xx.7974 LBBK3933O2/LBBK3933 Dadash 0098 903 xx.xx.2023 Bunyatzadeh street/"Dadaş 5 552424382 0 793 1700 01:30:56 Bünyadzadə 202/1"/Yasamal/40. 401xx/xx.7974 Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar əks olunan diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən ilk dəfə Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 12:58:00-də zəng olunduğu və onlar 17 (on yeddi) saniyə danışdıqları, eyni zamanda Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsinə ilk dəfə xx.xx.2023-cü il tarixdə saat 13:11:56-da zəng olunduğu və onlar 61 (altımış bir) saniyə danışdıqları müəyyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə yalnız 1 (bir) dəfə və Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsinə 05-08 may 2023-cü il tarixlərində 4 (dörd) dəfə olmaqla cəmi 5 (beş) dəfə bir-birləri ilə telefon əlaqələrinin olması müəyyən olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar əks olunan diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cəmi 5 (beş) dəfə aşağıdakı ardıcıllığa uyğun olaraq telefon əlaqəsinin olması təsdiq olunmuşdur. Müddət № A nömrəsi B nömrəsi Zəngin tarixi Anten (saniyə) LBBK3218O2/LBBK3218 F.Qasimzade xx.xx.2023 47F/"Bakı şəhəri, Nəsimi rayonu, 1 552424382 507037353 17 12:58:00 Abbas Səhhət 14 və Xan Şuşinski küçəsi ev 62"/Nasimi/40.39648/49.837 LBBK4819O3/LBBK4819 Mireli Qashqay str/"Bakı şəhəri, Bakıxanov xx.xx.2023 2 507037353 552424382 61 və M. Qaşqay küçələrinin kəsişməsi, 13:11:56 649-cu məhəllə" /Narimanov/ 40.39052/49. 84424 LBBK3275O3/LBBK3275 Kaktus/"Bakı xx.xx.2023 şəhəri, Yasamal rayonu, Şərifzadə 3 507037353 552424382 35 19:21:50 küçəsi 33"/Yasamal/40. 373xx/xx.80525 LBBK3259O2/LBBK3259 Sherifzadeh xx.xx.2023 shop 44/"Bakı şəhəri, Yasamal rayonu, 4 507037353 552424382 60 19:28:32 X7 küçəsi 48, 4 saylı mağaza "/Yasamal/40. 376xx/xx.80511 LBBK6201O6/LBBK6201 X9/"Bakı xx.xx.2023 şəhəri, Yasamal rayonu, Yeni Yasamal 5 507037353 552424382 27 19:37:16 yaşayış massivi" /Yasamal/40.387xx/xx.78725 Bundan əlavə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi göndərilən və dixil olan SMS siyahısına dair məlumatlara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadə olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikası ərazisində olan və özünü Araz kimi təqdim edən şəxsin istifadəsində olan həmin ölkənin mobil operatoruna aid 0098 902 *** **** saylı mobil telefon nömrəsinə yalnız bir dəfə xx-xx-2023-cü il tarixdə saat 22:00:00-də “Qaqaş vatcapa girde birdene” sözləri, eyni zamanda, Təqsirləndirilən şəxs istifadə olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən şəxsiyyəti istintaqla məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna aid 0098 903 *** **** saylı mobil telefon nömrəsinə xx-xx-2023-cü il tarixdə saat 01:25:44-də “Qaqaş vatcapa girde birdene” sözləri, xx-xx-2023-cü il tarixdə saat 01:30:46-də “Ay qerdeş dayanib maqazinde seni gözləyirəm. Svyazdan niye çixdin vatcapa girde birdene” sözləri yazıb göndərdiyi müəyyən olunmuşdur. Beləliklə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd diskə baxış keçirilən zaman hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikası ərazisində olan və özünü Araz kimi təqdim edən şəxsin istifadəsində olan həmin ölkənin mobil operatoruna aid 0098 902 *** **** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə yalnız 1 (bir) dəfə, eyni zamanda, şəxsiyyəti istintaqla məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikasının mobil operatoruna aid 0098 903 *** **** saylı mobil telefon nömrəsinə arasında yuxarıda qeyd olunan ardıcıllıqda xx.xx.2023-cü il tarixdə cəmi 4 (dörd) dəfə mobil telefon zəngi və SMS mətni göndərməklə, eyni zamanda, onların mütəmadi olaraq “WhatsApp” proqramı vasitəsilə mütəmadi əlaqə saxlamaları təsdiq olunsa da, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid1 istifadə etdiyi 050 703 73 53 saylı mobil telefon nömrəsi arasında mütəmadi və davamlı telefon əlaqəsinin olmadığı müəyyən olunmuşdur. (c İ, i.v 229-234) Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 4442 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNABİNOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 235- 236) 05 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarının başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun yaddaş kitabçasından Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri qeyd olunduğu səhifələr, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi arasında “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladıqları səhifələr, eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun “Galareya” bölməsində “WhatsApp” proqramı vasitəsilə göndərilən narkotik vasitələr olan bükülünün, həmin narkotik vasitələrin gizlədildiyi yeri göstərən “konum”un və qeyd olunan narkotik vasitələrin ağ rəngli lövhənin yanında gizlədildiyi yerin oxla dəqiq nişanlanaraq göstərməsinin fotoşəkilləri köçürülərək götürülən 3 (üç) ədəd A4 formatlı vərəqin iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi subut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, həmin mobil telefonun isə 12 iyun 2023-cü il tarixli 3-13-70/1-1581/2023 nömrəli məktubla Cəbrayıl rayon polis şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmış, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil nömrə ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk maddi subut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə, həmçinin həmin məcəllənin 307.2-ci maddəsində nəzərdə tutulan “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 206-cı maddəsində nəzərdə tutulan “qaçaqmalçılıq” cinayətinin tərkibi olmaması əsası ilə həmin xüsusat üzrə cinayət tərkibinə xitam verilmiş, aşkar edilmiş narkotik vasitələrin mənbəyini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs çatdıracağı şəxs və ya şəxslərin şəxsiyyətini və cinayətin digər iştirakçılarını müəyyən etməklə onların əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hazırkı cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. (c İİ, i.v 1-31) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: İİR vətəndaşı gah adın “Həkim”, gah da “Araz” kimi qeyd edən şəxslə sosial şəbəkədə danışmış, həmin şəxs onun üçün təmannasız narkotik vasitə marixuana göndərəcəyini vəd etmiş və hadisə yerinə də məhz 300-400 qram çəkidə öz istifadəsi üçün marixuana götürmək məqsədi ilə getmiş, iranlı şəxs narkotiki qoyduğu yerin şəklin ona göndərmiş, ox ilə işərə də qoymuşdur ki, gedib götürə bilsin, lakin həmin əraziyə çatıb, avtomobildən yerə düşmüş, ətraf qaranlıq olduğundan əlindəki fənəri yandırmış, həmin vaxt narkotikin təsiri altında olmuş, ətrafı qaranlıq görüb, qorxmuş, maşından düşüb bir siqaret çəkmiş, narkotiki axtarmamış, narkotiki götürmək fikrindən yayınıb, maşına oturmuş ki, geri qayıtsın, sürücü maşını işə salmaq istəyəndə isə polislər tökülüşüb gəlib onları saxlamışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 99-102), xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 126-130, cild İİ – i.v 51-57) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs İİR vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə danışaraq sonuncunun Biləsuvar rayonunun İmişli rayonuna yaxın ərazisində gizlətdiyi narkotik vasitə hesab olunan qurudulmuş marixuananı götürmək üçün xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhərindən Biləsuvar rayonuna yola düşdüyünü, bu zaman İİR vətəndaşı olan Araz adlı şəxs “Whatsapp” programı vasitəsi ilə ona narkotik vasitənin gizlədildiyi yerin “konum”unu göndərmiş, o da göndərilmiş “konum” ilə hərəkət etməyə başlamış, bundan sonra “konum”da qeyd olunan yerə yolun sağ tərəfində olan ağ rəngli lövhənin yanına çatmış, avtomobildən düşən kimi yolun sağ tərəfində quraşdırılmış ağ rəngli lövhənin yanından əkin sahəsinə girmiş və əlində olan alışqanın arxasında olan işıqla İİR vətəndaşı olan Araz adlı şəxsin orada gizlətdiyi narkotik vasitəni axtarmağa başlamış, lakin həmin narkotik vasitəni qeyd olunan əkin sahəsində təxminən 25-30 dəqiqə axtarsa da, tapa bilməmiş, buna görə də geri qayıdaraq avtomobilə əyləşdiyini, tamahından həmin narkotik vasitəni gedib götürmək və satıb pul qazanmaq qərarına gəldiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində narkotik vasitə olan bağlamanın fotoşəkilinin onda olmadığını bildirməsi də, üzərinə şəxsi axtarış keçirilərkən özü tərəfindən təhqiqatçıya istifadəsində olan mobil telefondakı fotoşəkillər nümayiş etdirilərkən, həmin fotoşəkillərin birində aşkar edilmiş narkotik vasitələr olan bağlamanın yeri barədə məlumatlarla yanaşı, həmin bağlamanın da fotoşəkilinin olması ilə tam təkzib edilir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən yuxarıda qeyd edilən ifadələrindən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu yuxarıda qeyd edilən ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə aşkar edilmiş narkotik vasitələri Araz adlı iranlının gizlətdiyi yerdən götürmək və satıb pul qazanmaq məqsədilə həmin yerə getdiyini, lakin narkotik vasitəni gizlədildiyi ərazidə axtarmağına baxmayaraq tapa bilmədiyini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs külli miqdarda – 3520 qram olan qurudulmuş marixuananı və 300 ədəd metadon həbini digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış niyyətilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq qeyd olunan cinayətləri törətməyə cəhd etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 234.4.1, 29, 234.4.3 və 29, 228.2.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində vahid cəza təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətməsini, yəni əməlində cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin (cinayətə cəhdə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmaqla) tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3519,7 qram olan narkotik vasitə qurudulmuş marixuana və 280 ədəd metadon həbi məhv edilməli, iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun yaddaş kitabçasından Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri qeyd olunduğu səhifələr, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi arasında “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladıqları səhifələr, eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun “Galareya” bölməsində “WhatsApp” proqramı vasitəsilə göndərilən narkotik vasitələr olan bükülünün, həmin narkotik vasitələrin gizlədildiyi yeri göstərən “konum”un və qeyd olunan narkotik vasitələrin ağ rəngli lövhənin yanında gizlədildiyi yerin oxla dəqiq nişanlanaraq göstərməsinin fotoşəkilləri köçürülərək götürülən 3 (üç) ədəd A4 formatlı vərəq və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon anası X3 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114,74 (bir yüz on dörd manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3519,7 qram narkotik vasitə marixuana və 280 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun yaddaş kitabçasından Şahid1 istifadə etdiyi “Ceyhun taksi Siy 050 703 73 53” saylı və İran İslam Respublikasının operatoruna məxsus “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrələri qeyd olunduğu səhifələr, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü Araz kimi təqdim edən İİR-nın vətəndaşının istifadə etdiyi “Həkim Baba +98 902 115 1375” saylı mobil telefon nömrəsi arasında “WhatsApp” proqramı vasitəsilə əlaqə saxladıqları səhifələr, eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun “Galareya” bölməsində “WhatsApp” proqramı vasitəsilə göndərilən narkotik vasitələr olan bükülünün, həmin narkotik vasitələrin gizlədildiyi yeri göstərən “konum”un və qeyd olunan narkotik vasitələrin ağ rəngli lövhənin yanında gizlədildiyi yerin oxla dəqiq nişanlanaraq göstərməsinin fotoşəkilləri köçürülərək götürülən 3 (üç) ədəd A4 formatlı vərəq və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-9989/23 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə götürülmüş və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon anası X3 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114,74 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-695/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-695/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver