Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-697/2022 21.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bəhram oğlunun iştirakları ilə xx.xx.1974-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Abbasov X4 rayonu, Suqovuşan kənd sakini Zərərçəkmiş şəxs1 əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra mətndə-SHXÇDX) Sabirabad rayon şöbəsində olan tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs1 oğlu Bəybala Qubadovu müddətli həqiqi hərbi xidmətdən saxladacağını vəd edərək, Zərərçəkmiş şəxs1 özünün vasitəçiliyi ilə bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs həmin məsələnin müsbət həlli üçün vahid niyyətlə 2021-ci ilin sentyabr ayında rayonun Suqovuşan kəndi ərazisində özünəməxsus yaşayış evinin həyətyanı sahəsində 1500 (min beş yüz) manat, bundan beş-altı gün sonra yaşayış evinin həyətyanı sahəsində 1000 (min) manat, təxminən beş gün sonra isə Zərərçəkmiş şəxs1 rayonun Suqovuşan kəndi ərazisində yerləşən evinin qarşısında 700 (yeddi yüz) manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat məbləğində maddi nemət qismində olan pulunu əlbəəl götürüb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığı şikayət ərizəsində, eləcə də həmin ərizə üzrə Sabirabad rayon prokurorluğunda verdiyi 26 iyul 2022-ci il tarixli izahatında və 19 avqust 2022-ci il tarixli ifadəsində həmkəndlisi Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Bəybala Qubadovu müddətli həqiqi hərbi xidmətdən saxlatdıracağı adı ilə aldadıb dələduzluq yolu ilə ələ keçirdiyi 3200 manat məbləğində pul vəsaitinə, guya ki, öz şəxsi vəsaiti hesabına 800 manat pul da əlavə etməklə, ümumilikdə 4000 manat məbləğində pulu 2021-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin inzibati binasında şöbənin sabiq müfəttişi Zərərçəkmiş şəxs2 verdiyini bildirərək, İqar Əliyevi ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında qonşusu Zərərçəkmiş şəxs1 onunla görüşmək istədiyini, söhbət əsnasında İlqar ona oğlu Bəybalanın belində skalioz xəstəliyi olduğundan hərbi xidmətdən «saxlatmaq» istədiyini bildirmişdir. İlqara SHXÇDX-nın Sabirabad rayon şöbəsində bu işi həll edə biləcək tanışının olduğunu demişdir. SHXÇDX-nın Sabirabad rayon şöbəsində işləmiş Zərərçəkmiş şəxs2 tanıdığından, 16 sentyabr 2021-ci ilin tarixdə xidmətin Sabirabad rayon şöbəsinə gəlmiş, həmin gün Zərərçəkmiş şəxs2 otağına X6 ilə gedərək onu xidmətdən «saxlamaq»da köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 X3 hərbi-həkim komissiyasından keçdikdən sonra sənədlərinə baxıb bir söz deyə biləcəyini bildirmişdir. Bu görüşdən bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona, X3 belində skalioz xəstəliyi olduğundan, bu işin həll olunması üçün ondan 4000 manat pul istəmişdir. Bundan sonra o, Bəybalanın atası İlqara bu barədə məlumat vermiş, oğlunu xidmətdən «saxlatmaq» üçün 4000 manat məbləğində pula ehtiyac olduğunu demiş və pulu aparıb xidmətin əməkdaşı Zərərçəkmiş şəxs2 verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onun dedikləri ilə razılaşmış və o, hissə-hissə ümumilikdə Zərərçəkmiş şəxs1 3200 manat məbləğində pul almış, bundan 3-4 gün sonra həmin pula özünün 800 manatını da əlavə eptməklə ümumilikdə 4000 manatı xidmətin əməkdaşı Zərərçəkmiş şəxs2 vermişdir. Həmin vaxt şöbənin çağırış bölməsinin rəisi Şahid da İlqarın otağında olmuş və baş verənlərin şahidi olmuşdur. 2021-ci ilin dekabr ayında Bəybala Qubadova skalioz xəstəsi kimi diaqnoz qoyulmuş, lakin Bəybala Qubadov 4 ay sonra yenidən Bakıya yoxlanışa getmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Bir müddət sonra İlqara zəng etmiş, işin gedişi ilə maraqlanmış, İlqar ona işi həll edə bilməyəcəyini bildirmişdir. Bundan sonra X3 atası Zərərçəkmiş şəxs1 ona zəng edərək ondan aldığı 3200 manat məbləğində pulu geri istəmişdir. 24 iyul 2022-ci il tarixdə öz həyətində Zərərçəkmiş şəxs1 3000 manatı, sentyabr ayında isə 200 manatı pulu geri qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə barışmışdır. Törətdiyi əməldən peşmandır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2lə aralarında olan mobil telefonla səs yazısı ona məxsusdur. işin həll olunmadığını başa düşüb öz mobil telefonunda Zərərçəkmiş şəxs1 adına «ilqar.qubadov.76 bk.qu» mail ünvanı açmış və həmin ünvandan Zərərçəkmiş şəxs1 adından müxtəlif dövlət orqanlara SHXÇDX-nın Sabirabad rayon şöbəsinin vəzifəli şəxslərinin rüşvət almaları barədə şikayət ərizələri göndərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında oğlu Bəybalanı hərbi xidmətdən «saxlatmaq» üçün rayonun Suqovuşan kənd sakini Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu ona bu məsələni həll etmək üçün ona söz verərək SHXÇDX-nin Sabirabad rayon şöbəsində tanışının olduğunu bildirmişdir. Bu işi həll etmək üçün Təqsirləndirilən şəxs ondan hissə hissə cəmi 3200 (üç min iki yüz) manat məbləğində pul almış, lakin işini həll etməmiş, oğlu Bəybala 2022-ci ilin iyul ayında hərbi xidmətə göndərilmişdir. Sonradan isə Əhmədin onu aldatdığını başa düşüb, şikayət ərizəsi yazmışdır. Sabirabad rayon prokurorluğunda aparılan istintaq müddətində Əhməd ondan aldığı puldan qalmış 200 manatı da 27 sentyabr 2022-ci il tarixdə öz həyətində ona qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs onun pulunu tam qaytarmışdır. Təqsirləndirilən şəxs SHXÇDX-nin Sabirabad rayon şöbəsində işləyən hər hansı bir vəzifəli şəxsə pul verməsinin şahidi olmamış, bu barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun adından SHXÇDX-nın Sabirabad rayon şöbəsinin əməkdaşları haqqında müxtəlif orqanlara yazdığı şikyət ərizələrindən məlumatı yoxdur, həmin şəxsləri tanımır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində SHXÇDX-nin Sabirabad rayon şöbəsində müfəttiş vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Onunla hər hansı bir yaxın münasibəti olmamışdır. 2021-ci ilin sentyabr ayında iş yerində çağırışçıların qeydiyyatını apardıqları zaman Təqsirləndirilən şəxs ona müraciət edərək komisyadan keçmək üçün Bəybala adında çağırışçını gətirdiyini, həmin uşağın xəstəliyinin olduğunu bildirmişdir. Həmin şəxs həkim komissiyasından keçirilmiş, lakin nəticəsindən məlumatı olmamışdır. Bundan başqa Əhmədlə aralarında başqa bir danışıq olmamışdır. 2021-ci il oktyabr ayında o, öz ərizəsi ilə işdən çıxmışdır. Təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək, uşağa çağırış gəldiyini bildirmiş, söhbətin hansı «uşaq»dan (çağırışçı) getdiyini soruşmuş, Təqsirləndirilən şəxs bir dəfə xidmətin rayon şöbəsinə gəldiyi zaman Bəybala adında çağırışçı barədə ona məlumat verdiyini, onun xəstə olduğunu bildirdiyini demiş, uşağın ailəsindən 3000 manat aldığını, həmin pulu xərclədiyini bildirmiş, ona 1000 manat pul təklif edərək həmin çağırışçının müddətli həqiqi hərbi xidmətdən saxlanılmasına köməklik etməsini istəmişdir. Onunla razılşmadıqda Əhməd ona hədə qorxu gələrək yalandan guya ondan bu məsələni həll etmək üçün pul istədiyini demişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq ifadəsində göstərmişdir ki, nə Zərərçəkmiş şəxs1, nə də ki, onun oğlu Bəybala Qubadovu tanımamış, Bəybala Qubadovun müddətli həqiqi hərbi xidmətdən saxlanılması üçün Təqsirləndirilən şəxsla hər hansı bir danışıq aparmamış, sonuncudan bu məqsədlə hər hansı bir məbləğdə pul istəməmiş və almamışdır. Əhmədin ona şər atdığını başa düşüb aralarında olan telefon danışığı zamanı sonuncunun səsini yazmış və həmin danışıq zamanı Əhməd ona, Zərərçəkmiş şəxs1 3200 manat məbləğində pul alıb, öz şəxsi məqsədləri üçün xərcəldiyini etiraf etmiş və ondan bu işə köməklik etməsini xahiş etmiş, cavabında Əhmədə aldığı pulu çağırışçının valideyininə qaytarmasını demişdir. Təqsirləndirilən şəxsla aralarında olan səs yazısını istintaqa təqdim etmişdir. Hazırda Əhmədlə barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş SHXÇDX-nın Sabirabad rayon şöbəsinin Çağırış Bölməsinin rəisi Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamışdır. 2021-ci ilin sentyabr ayında iş yerində olarkən çağırışçıların komisyası zamanı adını sonradan bildiyi Əhməd adlı bir nəfər şəxsin otağa daxil olaraq həkim komisiyasından keçirmək üçün Bəybala adında çağırışçını gətirdiyini, çağırışçının xəstəliyinin olduğunu demiş, həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs2 də onun yanında olmuşdur. Orada aralarında başqa bir söhbət olmamışdır. Məlum olmuşdur ki, X6 müvfiq həkim aktına əsasən xx.xx.2021-ci il tarixdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yaralı hesab edilmişdir. Xidmət rəisinin müvafiq göstərişinə əsasən X3 adı siyahı ilə xx.xx.2022-ci il tarixdə yekun qərar qəbul edilməsi üçün Xidmətin Aparatına təqdim olunmuşdur. Xidmət aparatından daxil olmuş göstərişə əsasən Bəybala Qubadov xx.xx.2022-ci il tarixdə ET Travmatologiya və Ortepediya İnstitutu tərəfindən müayinə olunmuş, daxil olmuş ikinci akta əsasən o, hərbi xidmətə yararlı hesab edilmiş və 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Şahid əlavə olaraq ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında Bəybala Qubadova ikinci dəfə müayinədən keçməsi üçün göndəriş vermiş, həmin vaxt Əhməd də onun yanında olmuşdur. Əhməd onun otağına gələrək Bəybalanın ikinci dəfə müayinəyə göndərilməsinin səbəbini soruşmuş, cavabında xidmətdən gələn tapşırıq olduğunu demişdir. Bundan sonra o, otaqdan çıxıb getmişdir. Təqsirləndirilən şəxsla onun arasında Bəybala Qubadovun müddətli həqiqi hərbi xidmətdən saxlatmaq barədə hər hansı bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onun barəsində göstərdiklərinin hamısının şər və böhtandır, Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs2 hər hansı bir məbləğdə pul verməmiş, eləcə də hansısa məbləğdə pul müqabilində X3 həqiqi hərbi xidmətdən “saxlanılması” üçün söhbət etməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşmə zamanı Təqsirləndirilən şəxs Bəybala Qubadovun həqiqi hərbi xidmətdən saxlanlması üçün Zərərçəkmiş şəxs2 ondan 4000 manat məbləğində pul aldığını, həmin vaxt Şahid da İlqarın iş otağında olduğunu onların üzünə qarşı desə də, o, bunu konkret faktlarla əsaslandıra bilməmiş, qarşı tərəfin bu barədə onların üzünə qarşı dediklərinin həqiqət olmamasına dair sözləri qarşısında acizliyini nümayiş etdirməklə, yalan olan sözlərinə bəraət qazanmağa çalışmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 4/1243-4/1248 N-li məhkəməfonoskopik ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. 1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hisədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs2, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur.1 ədəd “Kodak” markalı CD-R diskdə olan mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə səslənməyən dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmamışdır. İş materiallarında olan SHXÇDX-nin Sabirabad rayon şöbəsinin 3 avqust 2022-ci il tarixli 782 nömrəli məktubdan görünür ki, X1 əlavə müayinəyə zərurət yarandığı üçün Xidmətin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutuna (Diaqnoz: skalyoz) göndərilmişdir. X6 barəsində xx.xx.2021-ci il tarixdə Elmi-tədqiqat Travmotologiya və ortopediya institutu tərəfindən SHXÇDX-nin Sabirabad rayon şöbəsinə “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” (Diaqnoz: Onurğanın soltərəfli aşağı döş-bel tipli ikinci dərəcəli skaliozu. Funksiyanın cüzi pozulması) daxil olmuş, rayon çağırış komisyası tərəfindən daxil olan akta əsasən, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə “Xəstəliklər Cədvəli”-nin 66cı maddəsinin “c” bəndinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı” hesab edilmişdir. Xidmət rəisinin müvafiq göstərişinə əsasən, çağırışçı Zərərçəkmiş şəxs1 adı siyahı ilə xx.xx.2022-ci il tarixdə yekun qərar qəbul edilməsi üçün Xidmətin Aparatına təqdim edilmiş, daxil olmuş göstərişə əsasən, çağırışçı xx.xx.2022-ci il tarixdə ET Travmatologiya və ortopediya institutu tərəfindən müayinə olunmuşdur. Ortopediya İnstitutu tərəfindən SHXÇDX-nin Sabirabad rayon şöbəsinə “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”-ı (Diaqnoz:Sol tərəfli aşağı döş-bel tipli birinci dərəcəli skalioz. Funksiya pozulması təyin olunmur) daxil olmuş və çağırışçının şəxsi işi yekun qərar qəbul edilməsi üçün SHXÇDX-nin Mərkəzi hərbi-həkim komisyasına təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə X5 tibbi şəhadətləndirilərək X2 xx.xx.2022-ci il tarixli 1/13 nömrəli protokolu ilə rayon çağırış komisyasının xx.xx.2022-ci il tarixli 8-28/358nömrəli protokolu ləğv edilmiş və “Xəstəliklər Cədvəli”-nə əsasən 66ç-A3 hərbi xidmətə yararlı hesab edilmişdir. X1 şəxsi işi ilə birlikdə tibbi şəhadətləndirilmə üçün Xidmətin Mərkəzi hərbi-həkim komisyasına təqdim edilmiş və “Xəstəliklər Cədvəli”-nin 66ç maddəsinə əsasən “hərbi xidmətə yararlı” hesab edilmişdir. X3 adı 18 iyul 2022-ci il tarixdə dəqiqləşdirilmiş və tam şəhadətləndirilmiş adı siyahıya daxil edilərək, Xidmət rəisinin sərəncamına əsasən müddətli həqiqi hərbi xidmət keçməsi üçün Dövlət Sərhəd Xidmətinə təyin edilmişdir. X6 27 iyul 2022-ci il tarixdə Xidmətin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğu Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə göndərilmişdir. İş materiallarında olan 3 oktyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında keçən telefon danışığı olan səs yazısının əks olunduğu 01 ədəd CD disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 vurulmuş 3200 manat məbləğində maddi ziyanı tam ödənildiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən (zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə) hissəvi xitam verilərək o, dələduzluq cinayət əməlinə münasibətdə cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs SHXÇDX-nın Sabirabad rayon şöbəsinin sabiq əməkdaşı Zərərçəkmiş şəxs2 4000 manat pul verməsinə dair ifadəsində göstərdiyi xüsusat məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri, məhkəmə fonoskopik ekspertizasının rəyi və tədqiq olunmuş digər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatı işin obyektiv hallarına uyğun olmayan özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq üçün gətirdiyi dəlil kimi qiymətləndirir, ittihamın qanuni və əsaslı həlli üçün sübut kimi qəbul etmir. Belə ki, məhkəmə-fonoskopik ekspertizasının rəyinin «Xaricibaxış və ilkin tədqiqat» hissəsi ilə təqsirləndirilən şəxs Əhməd Abbasoun həmkəndlisi Zərərçəkmiş şəxs1 sonuncunu oğlunu hərbi xidmətə göndərilməməsi üçün 3000 manat pulu alması, «bir səhvdi etmişəm, ortalıqda qalmışam, pulum yoxdur qaytarmağa» Zərərçəkmiş şəxs2 deməsi, bu məsələni həll etmək üçün SHXÇDX-nın Sabirabad rayon şöbəsinin sabiq əməkdaşı Zərərçəkmiş şəxs2lə israrla görüşmək istəməsi, lakin sonuncu onunla görüşməyərək aparıb vətəndaşın pulunu özünə qaytarmasını deməsi təsdiq olunur. Həmin səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul verməmişdir. Eyni zamanda, iş materiallarında olan 3 oktyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 barəsində CM-nin 311-ci maddəsilə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar dələduzluq cinayət əməli istisna olunmaqla təqsirləndirilən şəxsə CM-nin 296.2 və 324,312.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Sabirabad rayonu İcra Hakimiyyəti Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 avqust 2022-ci il tarixli 473 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı Sənubər Abbasovadan, övladları - xx.xx.2000-ci il təvəllüdlü 2 yaşyında İ qrup əlil olan Vəfa Abbasovadan və xx.xx.2013-cü il təvəllüdlü 9 yaşında oğlu Məhəmməd Abbasovdan ibarətdir. Lakin, məhkəməyə təqdim olunmuş 14 fevral 2000-ci il tarixli İ-AZ 106854 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızının adı Vəfa deyil, Laladır və o,10 oktyabr 1997-ci il tarixdə doğulmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, ailə tərkibi haqqında arayışda Təqsirləndirilən şəxs qızının adı “Vəfa” və doğum tarixi “xx.xx.2000-ci il” kimi göstərilməsi səhvdir. İş üzrə Vəfa adı Lala kimi və onun doğum tarixi 10 oktyabr 1997-ci il kimi oxunmalıdır. Məhkəməyə təqdim olunmuş 022082 №-li vəsiqədən görünür ki, X8 2017-ci ildən müddətsiz İ qrup əlildir. Sabirabad rayonu İcra Hakimiyyəti Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi ərizə və yaxud şikayət daxil olmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində İ qrup əlil övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 296.2 və 32.4, 312.2 -ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, qeyd olunan maddələrlə təqsirli bilinib ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 296.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir, həmin maddədə alternativ cəzalarla yanaşı beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4,312.2-ci maddəsi ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddədə alternativ cəza ilə yanaşı dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs bilə-bilə yalan xəbərçilik etməklə və böhtan atmaqla dövlət orqanların vəzifəli şəxslərini ağır cinayət törətməkdə ittiham etməsi cəmiyyətdə və əhali arasında dövlət orqanların xidməti fəaliyyətinə xələl gətirir, insanların həmin orqanlara inamını azaldır və nüfuzdan salır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2 və 32.4, 312.2-ci maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlərlə barışıq əldə etməsi ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın müddəti CM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən- 3 il 7 aydan artıq, CM-nin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 8 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 ildən artıq olmamalıdır. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.2-ci və 296.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Sabirabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu vaxtdan – 4 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında keçən telefon danışığını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 250 (iki yüz əlli ) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 296.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 296.2-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.2ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs olunduğu vaxtdan 4 oktyabr 2022-ci il tarixdən hesablansın, hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığını əks etdirən 01 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə xərci - məhkəmə fonoskopik ekspertizasında aparılmış tədqiqatın dəyəri – 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən- Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-697/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-697/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver