Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-697/2023 23.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 2002-ci il tarixdə Salyan rayonu Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və Aşağı Kürkənd kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 5 may 2023-cü il tarixdə saat 16:30 radələrində Salyan şəhəri T.Xəlilbəyli küçəsində yerləşən Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın ərazisində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona baş zərbəsi ilə bir dəfə vurub burnunu yumuşaq toxumalarının qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi və aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişənin və dalaşmanın davamı olaraq həmin tarixdə və saat 17 radələrində parkın giriş-çıxış qapısında Zərərçəkmiş şəxs çəkdiyi siqaretin kötüyünü ona tərəf ataraq, təhqiredici ifadələr işlətməklə üzərinə yenidən hücum edərkən üstündə gəzdirdiyi deşicikəsici alətlə Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona döş qəfəsinin sol ön qoltuqaltı nahiyəsindən bir ədəd daxilə keçən, sol ağ ciyərin aşa payını zədələyən deşilmiş-kəsilmiş yarası və hemopnevmotoraks ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Vətən müharibəsinin iştirakçısıdır. Müharibədə iştirak etməsi nəticəsində əsəbləri pozulmuşdur. Əməlindən peşimandır, zərərçəkmişə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Məhkəmədən müharibədə döyüş əməliyyatlarında iştirak etməsi səbəbindən əsəblərinin pozulmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Salyan rayonu Arbatan kəndində yaşayır, Vətən müharibəsinin iştirakçısıdır. Salyan şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 5 may 2023-cü il tarixdə saat 16:30 radələrində yoldaşları Şahid3 və Rəşad İbrahimovla birlikdə Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən «Zeus» çayxanasından çıxaraq icra hakimiyyəti binasının qarşısında yerləşən parka getmişlər. Parkda telefonla danışmaq üçün yoldaşlarından kənara ayrılmış, fəvvarələr olan yerə getmişdir. Orada bir qızla oğlanın söhbət etdiklərini, bir-birlərini qucaqlayıb ucadan deyib güldüklərini görmüşdür. Oğlanı yanına çağırıb ona mədəni şəkildə öz iradını bildirmiş, hərəkətlərinə fikir verməsini demişdir. Bu zaman adını sonradan bildiyi Keran onlara yaxınlaşaraq burada nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Keranın adını sonradan bildiyi əmisi oğlu Tural da onunla birlikdə olmuşdur. Keran ona oğlanın istədiyi qızla parkda istədiyi hərəkəti edə biləcəyini demiş, o isə razılaşmayaraq etirazını bildirmişdir. Keran onun yaxasından tutub söhbət etmək istədiyini demiş və onu kənara, ağaclar olan yerə aparmışdır. Keran orada yenə də oğlanın istədiyi qızla parkda istədiyi hərəkəti edə biləcəyini demişdir. O isə həmin oğlana irad tutula biləcəyini demişdir. Keranla aralarında mübahisə yaranmış və Kran gözləmədiyi halda başı ilə onun sifət və burun nahiyəsinə zərbə vurmuş və onun burnundan qan açılmışdır. O, əli ilə üzünü tutub fəvvarələr tərəfə gedərək üzünün qanını yumuş, bu zaman Rüfət və Rəşad onun yanına gəlmişlər. Tural lisə Keranı parkın çıxışına tərəf aparmışdır. Əli-üzünü yuduqdan sonra yoldaşları ilə parkın çıxışına tərəf getmişdir. Parkın çıxışına çatdıqda Keranın əmisi oğlu Turalla birlikdə dayanıb siqaret çəkdiyini görmüşdür. O, əks istiqamətdə getmək istədikdə Keranın ona tərəf gəldiyini görmüşdür. Ona görə də getməyi özünə sığışdırmayaraq dayınmışdır. Keran ona çatmış, barmaqları arasında tutduğu siqareti onun sifətinə çırpmış, yekəxana tərzdə uca səslə «budur sənin yaşayışın, hamı baxıb görsün sənin yaşayışını»-demişdir. O isə Kerana «get öz yaşayışına bax, gör özün nə gündəsən»-deyə cavab vermiş, sonra isə Kerana danışığına fikir verməsini, artıq başının xarab olmasını, əlindən xata çıxa biləcəyini demişdir. Bu anda Keran onu vurmaq üçün üzərinə hücum etmişdir. O, Keranı qorxutmaq üçün şalvar cibində gəzdirdiyi qatlanan bıçağı çıxırmış, düyməsini basıb tiyəsini açmışdır. Lakin Geran onun əlində bıçağı görsə də, dayanmamış və ona hücum erərək yumruq atmışdır. O, Kerana gücü çatmayacağını görüb bıçaqla ona bir zərbə vurmuşdur. Keran əyilmiş və sol böyrünü tütmuşdur. Bundan sonra oradan qaçaraq uzaqlaşmış və piyada yaşadığı kəndə getmiş, evlərinin yaxınlığındakı su kollektorundan keçərkən bıçağı su kanalına atmışdır. Evə getmiş, sonra isə Bakı şəhərinə getmişdir. 6 may 2023-cü il tarixdə Bakı şəhərindən qayıtmışdır. 7 may 2023-cü il tarixdə isə Salyan rayon polis şöbəsinin işçiləri ilə telefon əlaqəsi saxdamaqla Arbatan kəndində yerləşən «Elçin» şadlıq sarayının yanında polis əməkdaşların təslim olmuşdur. Təqsirləndirilən şəxs Əfşan Cəfərovun cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Əfşan cəfərovu əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışhdır. 5 may 2023-cü il tarixdə saat 17 radələrində əmisi oğlu Şahid1lə birlikdə Salyan Rayon İcra Hakimiyyətinin binasının qarşısında yerləşən parkda olduqları zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs bir nəfər cavan oğlunı tənbeh etdiyini, onların mübahisə etmələrini, iki nəfər cavan qızın isə kənarda durub gözləmələrini görmüşdür. Ərşana yaxınlaşaraq nə hadisə baş verdiyini soruşmuşdur. Ərşan isə məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Ərşanın cavabı onun xoşuna gəlmədiyindən onun qolundan tutub kənara çəkmiş və ikilikdə söhbət etmələrini demişdir. Onlar fəvvarələrdən aralanaraq kimsənin olmadığı ağaclıq yerə getmişlər. Ərşandan nə buş verdiyini solruşmuşdur. Ərşan isə ona cavab verərək oğlanın parkda qızla ədəbsiz hərəkətlər etməsinə görə ona iradını bildirdiyini demişdir. O isə Ərşana düz etmədiyini, istənilən oğlanın istədiyi qızlı parka gəlib əylənə biləcəyini demişdir. Sonra isə başı ilə Ərşanın sifət nahiyəsindən zərbə vurmuşdur. Kəllə zərbəsindən sonra Ərşanın burnundan qan açılmışdır. Ərşan əli ilə üzünü tutmış, üznün qanını yumaq üçün fəvvarələr tərəfə getmişdir. Onu isə əmisi oğlu Tural parkın girişinə tərəf aparmışdır. O, parkın girişində durub siqaret çəkmişdir. Az sonra Ərşanın yoldaşlarından ayrılıb parkın çıxışına tərəf gəldiyini görmüşdür. Ərşan parkdan çıxmaq istəyərkən qəzəbli olduğuna görə yenidən ona yaxınlaşmış, əsəbi olduğuna görə Ərşana ağıllı olmasını, bir daha belə hərəkətlərə yol verməməsini demişdir. Bu anda Ərşanın cibindən bıçaq çıxardığını görmüş, daha da acıqlanmış, əlində olan, çəkdiyi siqaretin kötüyünü Ərşanın üzərinə atmış və Ərşanın üzərinə cumaraq onu döymək üçün tutmuşdur. Bu anda Ərşan əlindəki bıçaqla onun döş nahiyəsinə bir zərbə vurmuş və cəld olaraq parkdan qaçıb getmişdir. Əmisi oğlu Tural isə onu taksiyə qoyub xəstəxanaya aparmışdır. Ərşan onun bütün müalicə xərcləfrini, ona dəymiş ziyanı tam ödəmişdir. Onun üzə də Vətən müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs da Vətən müharibəsinin iştirakçısıdır. Onun əsəbləri pozulmuşdur. Ərşana qarşı düz hərəkət etməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, 5 may 2023-cü il tarixdə saat 17 radələrində əmsi oğlu Zərərçəkmiş şəxslə birlikdə Salyan Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən parkda olduqları zaman adını sonradan bilddiyi Ərşanın bir nəfər cavan oğlanı tənbeh etdiyini görmüşlər. Keran həmin oğlanlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Ərşan isə söhbətin ona aidiyyəti olmadığını, gedib işi ilə məşğul olmasını demişdir. Keran yenidən sual verdikdə Ərşan cavan oğlanın parkda qızla yaraşmayan hərəkətlər etdiyinə görə onu tənbeh etdiyini demişdir. Keran müharibədə iştirak etdiyindən əsəbləri pozulduğuna görə Ərşanın cavabının onun xoşuna gəlmədiyini hiss etmişdir. Keran Ərşanın qolundan tutub kənara çəkmiş və onunla söhbət etmək istədiyini demiş, onlar hər ikisi kənara ağıclıq olan yerə çəkilmişlər. O da onlarla getmək istəmiş, lakin Keran icazə vermədiyindən olduqları yerdə qalmışdır. Təxminən 2-3 dəqiqə sonra Keranın əsəbi halda, deyinə-deyinə parkın çıxışına tərəf getdiyini, Ərşanın isə üzünü tutaraq ona tərəf gəldiyini görmüşdür. Ərşanın burnundan qan axmışdır. Ərşan yaxınlıqdakı fəvvarələrə tərəf gedərək üz-başının qanını yumuşdur. Bu zaman iki nəfər yoldaşları da Ərşana yaxınlaşmaqla ona nə olduğunu soruşmuşlar. O isə Keranın qolundan tutub parkın çıxışına tərəf aparmış, parkın çıxışında dayanıb siqaret çəkmişlər. Ərşan parkdan çıxıb getmək istədikdə Keran ona yaxınlaşaraq ağıllı olmasını, bir də belə işlərə yol verməməsini demişdir. Bu zaman Ərşan cibindən bıçaq çıxarmış və tiyəsini açmışdır. Bu zaman Keran daha da əsəbiləşmiş, Ərşana kimin üstünə bıçaq çıxardığını demiş, yaxınlaşmış, çəkidiyi siqkretin kötüyünü Ərşana tərəf atmış və onun üzərinə cümmuşdur. O, Keranı tutub saxlamaq istəmiş, lakin bacarmamışdır. Keran Ərşana yaxınlaşan kimi onun yaxasından yapışdıqda Ərşan əlindəki bıçaqla Keranın sol döş nahiyəsinə bir zərbə vurmuş və dərhal da qaçaraq parkın ərazisindən getmişdir. O, Keranın vəziyyətinin pisləşdiyini görərək taksi saxlatmaqla onu rayon mərkəzi xəstəxanasına aparmışdır. 08 may 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti, həmçinin hadisədən sonra cinayətin aləti olan bıçağı atdığı yeri göstərmişdir. Məhkəmə-tibb ekspertinin 20 may 2023-cü il tarixli, 197 A №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol ön qoltuqaltı nahiyəsində bir ədəd daxilə keçən, sol ağ ciyərin aşağı payının zədələyən deşilmiş-kəsilmiş yarası və hemopnevmotoraks deşici-kəsci alətin təsirindən törəqnmiş, xx.xx.2023-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli, 198 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində burnunun yumuşaq toxumalarının qançırı xəsarəti müəyyən edilmişdir. Həmin xəsarət küt əşya təsirindən törənmiş xx.xx.2023-cü il tarixdə baş zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-trasoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli, 3/1134 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində kəsici-deşici xassəyə malik predmetin təsirindən yaranmış zədələr aşkar olunmuşdur. Həmin zədələr həmin xassəyə malik bıçağın təsiridən əmələ gələ bilərdi. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştiraçısı», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilmişdir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 2-ci dərəcəli əlildir. Salyan rayonu Arbatan inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 may tarixli 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayır və subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxs tərəfindən verilmiş 8 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada qeydiyyatdadır, o, xx.xx.2022-ci il tarixdən «Müharibədən sonrakı stress pozuntusu» ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs isə qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs həm ibtidai istintaqda verdiyi, notarial qaydada təsdiq olunmuş ərizəsində, həm də məhkəmə baxışı zamanı verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbinin olmadığı, ona dəymiş ziyanın tam ödənilməsini göstərmiş və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Əfşan Cəfərov iş üzrə 07 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə və onun tərəfindən başlanılmış qarşılıqı mübahisə zamanı, Zərərçəkmiş şəxs baş zərbəsi ilə vuraraq ona burun nahiyəsindən sağlamlığına zərər vurmayan xəsarət yetirməsindən sonra, yenidən əlində olan siqaret kötüyünü ona tərəf ataraq, təhqiredici ifadələr işlətməklə üzərinə hücum etməsi zamanı üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol qoltuqaltı nahiyəsindən bir dəfə zərbə vuraraq ona daxilə keçən, ağ ciyərinin zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Resapublikası CMnin 126.1-c maddəsi ilə düzgün töfsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təzhlükəlilik dərəcəyini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü maddəsinə, Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunmasında iştirak etməsini, bununla bağlı olaraq Azərbaycan Respublikasının qeyd olunan medalları ilə təltif edilməsini və atası Canpolad Cəfərovun 2-ci dərəcəli əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini-yəni Təqsirləndirilən şəxs tctimai yer hesab olunan parkda naməlum oğlanın yanındakı qızla xoşagəlməz hərəkətlər etməsinə görə ona öz iradını bildirdiyi halda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı çıxmaqla qanunsuz hərəkətlər etməsi, baş ilə zərbə vuraraq ona burun nahiyəsindən qanaxma ilə nəticələnən xəsarət yetirməsi, sonra isə Təqsirləndirilən şəxs hadisə yerindən getmək istədiyi halda onun qabağını kəsərək əlindəki siqaret götüyünü ona tərəf ataraq yenidən şəxsiyyətini alçaldan ifadələr işlətməklə üzərinə hücum etməsi şəratində, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsri altında Təqsirləndirilən şəxs üzərində olan bıçaqla bir dəfə vuraraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran xəsarət yetirməsini, şəxsiyyətini-yəni ilk məhkumluğunu, Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında fəal iştirak etməklə müvafiq medallarla təltif olunmasını, habelə cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq və cəza çəkmədən islah olunmasını mümkün sayaraq, sınaq müddəti müəyyən olunmaqla onun cəzasının şərti olaraq tədbiq olunmasını ədalətli və məqsədəmüvafiq hesab edir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və davranışına nəzarətin həyata keçirilməsi Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri ilə əvəz olunmalı və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və mayka məhv edilməlidir. Ekspertiza xərci 110 (yüz on) manat məbəlğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 350-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzazı şərti olaraq tədbiq olunsun, onun barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində X2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bu hissədə qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və mayka məhv edilsin. Ekspertiza xərci 110 (bir yüz on) manat məbəlğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-697/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-697/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver