Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-698/2024 04.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Saatlı rayonu Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu, 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan özünə məxsus, dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi olmayan "Dnepr-11, M" markalı motosikleti 04 mart 2024-cü il tarixdə saat 05:06:49 dəqiqədə Hacıqabul- Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən 53,3 km-də Saatlı rayonu Qırağlı kəndi istiqamətindən Mustafabəyli kəndi istiqamətində 60 km/saat sürətlə idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində uzanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, bunları etmədən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsininin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi motosikletlə həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində yolun hərəkət hissəsində asfaltda uzanmış, 1974-cü il təvəllüdlü piyada X2 baş nahiyəsinin üzərindən keçmiş, nəticədə o, ehtiyyatsızlıqdan sonuncunun təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, sağ ön qoltuqaltı xətt üzrə 4-5-6-7-ci qabırğalarda az yerini dəyşən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, təpə-alın nahiyəsində yaralar, sağ bazu oynağının üst səthində qançır, sol və sağ körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 1-2-ci barmaq arası proyeksiyada, sağ və sol diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3də ön səthdə sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmağa aid bədən xəsarətlərialaraq hadisə yerində ölümünə səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, xəsarət alan Ədalət Əliyevə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus "Dnepr-11, M" markalı, sağ yedəkli, 3 təkərli motosikleti vardır. Həmin motoskleti sürücülük hüququ olmadan idarə edir. Motoskletin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi yoxdur. 03 mart 2024-cü il tarixdə saat 18 radələrində motosiklet ilə Saatlı rayonu ərazisində "Şaqay" kimi tanınan kollektordan qarmaqla balıq tutmağa getmişdir. Bir müddət balıq tutduqdan sonra 04 mart 2024-cü il tarixdə gecə saat 04 radələrində motoskleti idarə etməklə çöl sahədən çıxıb rayon istiqamətində yola düşmüş, Saatlı rayonu Mustafabəyli kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Saatlı rayonu Mustafabəyli kəndinə gedən yol Bəhrəmtəpə-Hacıqabul avtomobil yolundan keçirdi. Həmin gün saat təxminən 05 radələrində Hacıqabul- Bəhrəmtəpə-Mincivavn avtomobil younun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən hissəsində Qırağlı kənd tam orta məktəbinə çatmağa təxminən 300 metr məsafə qalmış qarşıda nömrəsini xatırlamadığım xarici avtomobil hərəkətdə olmuşdur. Məktəbin qarşısında olan körpünü keçəndən sonra həmin avtomobilin yolda «ziqzaqvari» hərəkət etdiyini gördmüş və yolun hərəkət hissəsində maneə olduğunu düşünmüşdür. Həmin vaxt motosikleti təxminən 60 km/saat sürətlə idarə etmişdir. Qarşıdakı avtomobilin «ziqzaqvari» hərəkət etməsi səbəbindən yolda maneə olduğunu düşünmüş və motosikletin alt hissəsi hündür olduğu üçün yolda olan maneəni yedək hissə ilə motosikletin arasına alıb sürüb geçəcəyini düşünmüşdür. Qeyd etdiyi körpünü keçdikdən sonra hava şəraiti qaranlıq olduğundan və motoskletin alın şüşəsi olmadığından gözünə hava dolduğundan yerdə olan maneənin insan olduğunu görməmiş, maneənin uzun formalı baş hissəsi sola meyilli olduğunu görmüş və həmin maneəni motosikletin arasına ala bilməyəcəyimi düşünüb yanından keçmək istəsə də, baş hissəsi sola meyilli olduğu üçün motosikletin əsas gövdə hissəsinin qabaq təkəri ilə maneənin üstündən keçmiş və yoluna davam edib yaşadığı evə getmişdir. Həmin yerdə üzərindən keçdiyi maneənin adam olduğunu və motoskletlə adam vurduğunu bilməmişdir. Yaşadığı evdə yenidən motosikletə baxmış, təkər hissədə qan ləkəsi olmadığından və yolda hərəkətdə olan avtomobillər saxlamayıb yollarına davam etdikləri üçün yolda motosikleti üstündən keçdiyi maneyənin insan ola biləcəyini düşünməmişdir. Təxminən 3-4 saat sonra saat 09 radələrində evdə olduğu zaman polis əməkdaşları yaşadığı evə gələrək ona yolda adam vurulduğunu bildirmişlər. Həmin vaxt yolda maneə üzərindən idarə etdiyi motosiklet ilə keçdiyini, lakin üstündən keçdiyi maneənin insan olduğunu bilmədiyini demişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə motosikleti götürüb Saatlı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində onu sərxoşluq müayinəsindən keçirmişlər. Daha sonra idarə etdiyi motosikletlə üzərindən keçdiyi şəxs Saatlı şəhər sakini X4 olduğunu və onun aldığı xəsarətlərdən öldüyünü bilmişdir. X6 dəfn xərclərini ödəmiş və onun hüquqi varisi ilə barışıq əldə etmişdir. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, hadisənin yolda quraşdırılmış müşahidə kamerası ilə çəkilmiş videogörüntüsü və digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs oğl göstərdi ki, mərhum X4 onun qardaşıdır. X11 rayonu Mustafabəyli kəndində yerləşən evində təklikdə yaşamış, mütəmadi olaraq alkoqollu içkilər qəbul etmiş və sərxoş həyat tərzi keçirmişdir. Onun ayağının kürülük hissəsində xəstəliyi olmuş, bir müddət getdikdən sonra yerə yıxılıb qalmış, bir müddət ayağa dura bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Saatlı şəhərində yaşadığı evdə olduğu zaman polis əməkdaşları ona zəng edərək qardaşı Ədalətin yol-nəqliyyat hadisəsi nəticəsində ödməsini bildirmişlər. X7 Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi "Dnepr-11, M" markalı motosikletlə Saatlı rayonu Qırağlı kəndi ərazisində hərəkətdə olan zaman vurması məlum olmuşdur. Hadisə zamanı X9 yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qardaşının yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar onlara dəymiş ziyanı ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, mərhum X4 onun qardaşıdır. 04 mart 2024-cü il tarixdə saat 09 radələrində ona zəng etməklə X7n yolnəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişlər. X9 sərxoşluqla məşğul olmuşdur. Ona məlum olmuşdur ki, qardaşı yolda uzunmış, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi motosklet onu vurmuşdur. Təqsirləndirilən şəxsla barışmışlar, ondan şikayət və tələbləri yoxdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə M6 Hacıqabul-Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən 53,3 km hissəsində baş vermişdir. Həmin yol asfaltbeton örtüklü, hamar və qurudur. Həmin yolda yolun hərəkət hissəsinin sonları ilə bütöv sarı xətt, ortası ilə bütöv ağ xətt çəkilmişdir. Yol üzərində başqa nişanlanma xətti yoxdur. Hadisə baş verən yolun sağ tərəfində ehtiyat hissə, sonra sağdan sağa ayrılan yol və yolun ətrafında olan müxtəlif obyektlər vardır. Hadisə baş verən yolun sol tərəfində isə ehtiyat hissə, sonra sola ayrılan yol və fərdi yaşayış evləri, məktəb vardır. Hadisənin baş verdiyi ərazi işıqlandırılmamışdır. Hadisə yerində yol örtüyünün eni 8.4 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2-dir. YNH-nin iştirakçısı Təqsirləndirilən şəxs göstərdiyinə və yol üzərində olan izlərdən müəyyən olundu ki, piyadanı vurma yol nəqliyyat hadisəsi avtomobil yolunun hərəkət hissəsinin ortası ilə çəkilmiş ağ xəttdən 10 sm sağa doğru hərəkət zolağında baş vermişdir. Avtomobil yolunun sol çiyninin eni 3.5 metr, sağ çiyninin eni isə 3.5 metrdir. Piyadanın vurulduğu yerdən avtomobil yolunun sol kənarında yerləşən müşahidə kamerasının dirəyinə qədər olan məsafə 7.63 metr, yerüstü piyada keçidinə qədər olan məsafə isə 29 metrdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “6 nömrəli X3” MMC-nin xx.xx.2024-cü il tarixli, 11-1/2-xx-xx/2024 nömrəli məktubundan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi Hacıqabul-Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən 53,3 km hissəsidir və avtomobil yolunda maksimal sürət həddi 60 km/saatdır. Müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Dnepr-11, M" markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 15 avqust 2024-cü il tarixli raportan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi olmamışdır. “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin videogörüntü 38 (otuz səkkiz) saniyə müddətindədir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin videogörüntüdəki “Dnepr-11, M” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olan şəxs özüdür. Videogörüntünün 4-cü saniyəsində piyada Ədalət Əliyevin avtomobil yolunda hərəkət etdiyi görünür. Videogörüntünün 16-cı saniyəsində istintaqa məlum olmayan avtomobilin sürücüsü Ədalət Əliyevi vurmamaq üçün avtomobili hərəkət yolunun sağ çiyni ilə hərəkət etdirir. Videogörüntünün 23-cü saniyəsindən etibarən Ədalət Əliyevin hərəkət yolunun üzərində uzandığı görünür. Videogörüntünün 31-ci saniyəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə öz hərəkət yolunda asfaltda uzanmış piyada Ədalət Əliyevin baş nahiyəsinin üzərindən keçmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1084 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Dnepr-11, M” markalı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmadan motosikleti idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosiklet ilə piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 03 saylı rəyindən görünür ki X2 meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: Kəllənin açıq küt travması, təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, baş beyin maddəsivə ağ çiyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ ön qoltuqaltı xətt üzrə 4-5-6-7-ci qabırğalarda az yerini dəyişən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, təpə-alın nahiyəsində yaralar, sağ bazu oynağının üst səthində qançır, sol və sağ körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 1-2-ci barmaq arası proyeksiyada, sağ və sol diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar. Aşkar edilmiş xəsarətlər - təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyyəsində baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beynin əzilməsi, sağ ön qoltuqaltı xətt üzrə 4-5-6-7-ci qabırğalarda az yerini dəyişən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, təpə-alın nahiyəsində yaralar, sağ bazu oynağının üst səthində qançır, sol və sağ körpücük sümüyü proyeksiyasında, sol əlin üst səthində 1-2-ci barmaq arası proyeksiyada, sağ və sol diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar- həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. X4 ölümündən az əvvəl spirtli içki qəbul etmişdir, qanda etil spirtinin qatılığı 1,7 promilli olmuşdur. X2 ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxsin həquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, notarial qaydada təsdiq olunmuş ərizəsində və məhkəmə baxışı zamanı verdiyi ərizəsində qardaşının ölümü ilə bağlı ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini, Təqsirləndirilən şəxsla barışmasını, ondan şikayət və tələbinin olmamasını göstərmiş və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələnmaədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Saatlı Rayon İHB-nin Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2018-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə məsbət səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Niyəməddin İsgəndərovun nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “Dnepr-11, M” markalı motoskleti idarə etməsi, motoskleti idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması səbəbindən eyhtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsinin baş verməsinə və bir şəxsin ölümünə səbəb olması, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, həmçinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddi səkkiz il, CMnin 264-cü maddəsində isə iki il müəyyən edildiyindən, ona CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilən cəzanın müddəti altı ildən, CM-nin 264-cü maddəsi ilə isə bir il altı aydın çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk məhkumluğunu, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşimançılıq hissiləri keçirməsini, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə, yəni beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.3-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalıdır. Bundan əlavə Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair 18 iyun 2013cü il tarixli qəraına əsasən, Niyəməddin İsgəndərova CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqla törədilmiş cinayətə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə və CM-nin 264-cü maddəsində nəzərdən tutulmuş qəsdən törədilən cinayətə görə isə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin edildiyindən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-698/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-698/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver