Məhkəmə qərarları › İş №1(099)-699/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-699/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-699/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Lənkəran rayonunda digər şəxsdən 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,774 qram, 0,809 qram və 0,886 qramümumi təmiz çəkisi 2,469 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 may 2023-cü il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Nəsimi küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən 93A saylı evdə yaşayır. Narkotik vasitə heroindən istifadə edir. 06 may 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olduğu zaman polis işçiləri evinin həyətyanı sahəsinə gələrək onu saxlamış və polis şöbəsinə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis işçiləri tərəfindən üzərinə üç ədəd bükümdə narkotik vasitə heroin qoyulmuşdur. Polis işçiləri tərəfindən döyülməmişdir. Lakin səhv edərək həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Onun üzərində videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılan zaman məcbur olub narkotik vasitəni boynuna götürmüşdür. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi məməhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, CM-nın 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. Narkotik vasitələri adətən Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən əldə edir. 05 may 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, “Ləvəngi” dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul qarşılığında 03 ədəd bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. 06 may 2023-cü il tarixdə o, Lənkəran şəhəri Nəsimi küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, narkotik vasitələrlə məşğul olması bildirilməklə rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Müdafiəçi iştirakı il əvə videoçəkilişdən istifadə olunaraq üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O əynindəki şalvarın sol yan cibində olan 03 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Heroini 05 may 2023-cü il tarixdə Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul qarşılığında almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli onun özünün ziddiyyətli ifadələrindən əlavə, məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran şəhəri, Nəsimi küçəsi ev 93 A-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Müvafiq əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 19:30 dəqiqədə Lənkəran şəhəri, Nəsimi küçəsində piyada hərəkət etdiyini görüb onu saxlamış, qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinədə şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 3 ədəd sellofan kəsiyi bükümlərini çıxarıb təqdim edərək, həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlər açıldıqda içərilərində qəhvəym rəngli, toz şəkilli, heroinəbənzər maddələrin olması müəyyən olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini 05 may 2023-cü il tarixdə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 06 may 2023-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-ci il tarixdə saat 18:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Nəsimi küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən şəffaf sellofan kəsiklərində üç ədəd bükümdə narkotik vasitə heroin bükümləri aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş heroin bükümləri elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona verilən şifahi suala cavab olaraq aşkar olunmuş heroin bükümlərini 5 may 2023-cü il tarixdə Lənkəran şəhəri, “Ləvəngi dairəsi” ərazisində tanımadığı şəxsdən 20 manata pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 07 may 2023-cü il tarixli, 19/521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,774 qram, 0,809 qram və 0,886 qram-ümumi təmiz çəkisi 2,469 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyndirlər. 08 may 2023-cü il tarixli, 520 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 08 may 2023-cü il tarixli, 449 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Lənkəran Şəhər Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olan zaman tibbi müayinədən keçirilərkən onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,469 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, polis əməkdaşları tərəfindən saxlanılması zamanı üzərində narkotik vasitə olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması, polis işçiləri tərəfindən ona hər hansı təzyiq göstərilməməsi şəraitində səhv edərək heroinin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etğməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, o, müdafiəçinin iştirakı ilə narkotik vasitənin özünə məxsus olduğunu, həmin maddəni 05 may 2023-cü il tarixdə Lənkəran şəhəri Ləvəngi dairəsi adlanın yerdə tanımadığı şəxsdən 20 manat pula aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2,319 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə barədə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1 maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,319 qram narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və göütrmə barədə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar