Məhkəmə qərarları › İş №1(099)-699/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-699/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-699/2024 21.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 11 iyul 1995-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, İmişli şəhəri, H.Aslanov küçəsi, dalan 1, ev 13-də qeydiyyatda olmaqla faktiki olaraq İmişli şəhəri, Xiyabani küçəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 1769,76 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 1755,0 qram hissəsini bir ədəd sellofan torbada İmişli şəhəri, Xiyabani küçəsində, “Lokomotiv deposu” adlanan ərazidə yerləşən mişar daşından hörülmüş köhnə yarımtikilinin içərisində gizlədib saxlamış, qalan 14,76 qram hissəsini üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 25 iyun 2024-cü il tarixdə, saat 13 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarın qarşısından keçən su arxının kənarında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 14,76 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin gün saat 14 radələrində İmişli şəhəri, Xiyabani küçəsində “Lokomotiv deposu” adlanan ərazidə mişar daşlarından hörülmüş köhnə yarımtikilinin içərisinə baxış zamanı bir ədəd sellofan torba və həmin torbanın içərisindən 1755,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, cəmi külli miqdarda-1769,76 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, İmişli şəhəri, H.Aslanov küçəsi, dalan 1, ev 13-də qeydiyyatda olmaqla faktiki olaraq İmişli şəhəri, Xiyabani küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, tutulan vaxtadək heç bir yerdə işləməmişdir. Təxminən 2-3 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən “nəşə”dən (marixuanadan) istifadə etmişdir. Əvvəllər bir dəfə, 2022-ci ilin avqust ayında narkotiklə bağlı (CM-nin 234.1-ci maddəsi ilə) bir il müddətə məhkum olunmuş, 2022-ci ilin dekabr ayında cəza çəkdiyi yerdən buraxılmışdır (əfv olunaraq cəzadan azad edilmişdir). Həbsdən çıxdıqdan sonra da narkotik maddələrdən istifadə etmişdir. 2024-cü ilin iyun ayının ortalarında Araz çayının İmişli rayonun Otuziki kəndindən keçən hissəsinə balıq tutmağa getmiş, həmin vaxt çayın kənarında olan yulğun kollarının dibində sellofan torbada marixuana tapmışdır. Marixuana istifadəçisi olduğundan qərara almışdır ki, tapdığı torbanın içərisində olan marixuananı bir yerdə gizlətsin və sonradan özü istifadə etsin. Sonra o, tapdığı torbanı zibillikdə olan sintetik meşoka qoyub əlində daşımaqla yaşadığı binanın arxa tərəfində (İmişli şəhəri, Xiyabani küçəsində) yerləşən istifadəsiz yerə gətirib həmin yerdə olan yarımtikilinin içərisində divarın dibində sellofan torbanı gizlətmiş, meşoku isə kənara atmışdır. Sonra gizlətdiyi sellofan torbadan olan marixuanadan bir az götürüb üzərində saxlamış və bir neçə gün həmin marixuananı siqaret dənələrinin içərisinə doldurub siqaret əvəzinə çəkməklə istifadə etmişdir. Götürdüyü marixuana qurtardığı üçün 25 iyun 2024-cü il tarixdə, səhər saatlarında həmin yerə gedib sellofan torbadan bir az marixuana götürüb “Sobranie” markalı siqaret qutusunun içərisinə doldurub qutunu cibinə qoymuşdur ki, sonra həmin qutudan marixuananı götürüb istifadə etsin. 25 iyun 2024-cü il tarixdə, günorta saatlarında İmişli şəhərində, bazarının yaxınlığından keçən su arxının kənarı ilə piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində “Sobranie” markalı siqaret qutusunun içərisində marixuana kütləsi olmuşdur. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və axtarış zamanı özü cibində olan “Sobranie” markalı siqaret qutusunu və iki ədəd mobil telefonları çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi “Sobranie” markalı siqaret qutusunun içərisində marixuana kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin marixuananı çayın kənarında tapdığı torbanın içərisindən istifadəsi üçün götürdüyünü, torbanı isə yaşadığı yerin yaxınlığında gizlətdiyini bildirmişdir. Sonra polis əməkdaşları onu sellofan torbanı gizlətdiyi yerə (İmişli şəhəri, Xiyabani küçəsində, “Lokomotiv deposu” adlanan ərazidə yerləşən mişar daşından hörülmüş köhnə yarımtikilinin yanına) gətirmiş, orada özünün və vəkilin (müdafiəçinin) iştirakları ilə, həm də videoçəkilişlə həmin yerə baxış keçirilmiş və baxış zamanı özü yarımtikilinin içərisində divarın dibində gizlətdiyi yerdən sellofan torbanı götürüb polislərə təqdim etmişdir. Həmin torbanın içərisində marixuana kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin torbanı çayın kənarında tapdığını və gətirib daşların arasında gizlətdiyini, tapdığı marixuanadan yalnız özü istifadə etdiyini, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Sonra da sənədləşmə aparılmışdır. Telefon danışıqlarına dair məlumatlarda göstərilən nömrələrin istifadəçilərin kimlər olmasını və həmin şəxslərlə hansı mövzuda danışıqlar aparması yadında deyil. Üzərində və gizlətdiyi yerdən götürülmüş torbanın içrisində aşkar olunmuş marixuana kütlələri özünə məxsusdur və o, həmin marixananı şəxsi istifadəsi üçün saxlamış və buna görə də əməlindən peşimandır. Tutularkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 Gülhüseyin oğlu ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin əməkdaşıdır. 25 iyun 2024-cü il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və İmişli şəhərində, kolxoz bazarının yaxınlığında olması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 13 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon kolxoz bazarının qarşısından keçən su arxının kənarında piyada hərəkətdə olarkən saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib İmişli RPŞnə aparılmışdır. Polis bölməsində təhqiqatçı Elgün Həsənov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu və iki ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim olunan siqaret qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş marixuananı çayın kənarında sellofan torbanın içrisində tapdığını və içərisində marixuana olan torbanı yaşadıqları evin yaxınlığında gizlətdiyini bildirmişdir. Aşkar olunmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə, yəni İmişli şəhəri, Xiyabani küçəsində yerləşən, qeyri-yaşayış sahəsi olmaqla köhnə dəmir yol nəqliyyat vasitələri və dəmir yol xətləri keçən əraziyə (İmişli şəhəri, Xiyabani küçəsində, “Lokomotiv deposu” adlanan ərazidə yerləşən mişar daşından hörülmüş köhnə yarımtikilinin içərisinə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazidə olan mişar daşından hörülmüş, köhnə yarımtikilinin içərisində divarın dibindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs içərisində marixuana olan torbanı çayın kənarında tapdığını, sonra gətirib burada gizlətdiyini, həmçinin üzərində aşkar olunmuş marixuananı da bu torbada olan marixuanadan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş marixuana kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, İmişli RPŞ-nin əməkdaşının 25 iyun 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 iyun 2023-ci il tarixdə (saat 13 radələrində) İmişli şəhərində kolxoz bazarının ətrafından keçən su kanalının yaxınlığında saxlanılıb İmişli RPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 iyun 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyun 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı Elgün Həsənov tərəfindən müdafiəçi Məmməd Süleymanovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin qurudulmuş marixuana olduğunu və bir müddət əvvəl çay kənarından tapdığını, bundan başqa yaşadığı evin yaxınlığında olan bir yerdə torbada narkotik vasitə gizlədib saxlamasını, həmin yeri göstərə biləcəyini bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı Elgün Həsənov tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi Məmməd Süleymanovun iştirakları ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə-İmişli şəhəri, Xiyabani küçəsində, “Lokomotiv deposu” adlanan ərazidə yerləşən mişar daşından hörülmüş köhnə yarımtikilinin içərisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan ərazidə yerləşən yarımtikilidə narkotik vasitə olan qurudulmuş marixuana saxladığı bildirmiş, sonra yarımtikilinin içərisində divarın künc tərəfindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 26 iyun 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd ağ rəngli siqaret qutusunda təmiz çəkisi 14,76 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd tünd yaşıl rəngli polietilen torbada təmiz çəkisi-1755,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi 1769,76 qramdır. Tədqiqata təqdim edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 1769,56 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İşdə olan, “"xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlarına baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına 051/559-89-49 və 051/521-67-12 saylı mobil telefon nömrələri olmuşdur. 051/559-89-49 saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 20:38:05-də 051/390-96-15 saylı mobil nömrədən “Sabaha qədər vaxtin var 70 manati qaytarmasan selə başqa söhbet olacaq”, həmin gün saat 20:39:57-də “Ne qədər söndürürsen söndür telfonu. Seni hesret qoyacam rayona bil”, xx.xx.2023-cü il tarixdə, saat 16:34:09-da “Qorxmaz bir kəlmə telfonu aç söz deyirem. Belə ne vaxta qədər olacaqki”, xx.xx.2023-cü il tarixdə saat 12:03:54-də “Telfonu aç elçindir” məzmununda sms mətnləri daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 21:22:14-də 051/559-89-49 saylı mobil nömrəsindən ***-***- **-** saylı nömrəyə “Das duzub qosmaq olar”, xx.xx.2023-cü il tarixdə, saat 14:53:38-də “Salam qaqa mana das lazımdı” məzmununda sms mətnləri göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:22:16-da 051/559-89-49 saylı mobil nömrəsinə 051/478-89-96 saylı mobil nömrədən “Salam adını bilmirəm dedesen nesen sene bir xəbərdarlıq edim sen. Birde musuye o pox pusurden versen senin başına ele bela olaram ki dberi olsa vallah ölümüne qol çekmiş olarsan oncunda uzaqdır ondandır deşiy axdararsan girmeye bu bir ikide bu yazdiqimdan musunun xeır deşiy axdararsan girmeye bu bir ikide bu yazdiqimdan musunun xeberi olsa vallah ölümüne qol çekmiş olarsan oncunda uzaqdır ondan” məzmununda sms mətni göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:22:40-da 051/559-89-49 saylı mobil nömrəsinə 051/454-76-02 saylı mobil nömrədən “Qoqu sen allahh 1 qaram tewkil et goturey dawi bu bilmesin menimle tekliyde daniw”, “Temiz qiram olsun 80 manat var sen allahh bilmesin bu” məzmununda sms mətni göndərilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 05:46:01-də 051/559-89-49 saylı mobil nömrəsinə 050/329- 75-03 saylı mobil nömrədən “Qaqa pati tapdaydin cekerdik ata var toxun s***m pis sixilm” məzmununda sms mətni göndərilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrı qablaşdırılmış qalıq 1769,56 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis” (o cümlədən qurudulmuş marixuana) olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan 500 qramadək hissəsi xeyli miqdar, 500 qramdan artıq 50000 qramadək külli miqdar və 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 1769,76 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Azərbaycan İşdə olan, İmişli Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 23 avqust 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, İmişli şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsi dalan 1, ev 13-də qeydiyyatda olmaqla faktiki olaraq İmişli şəhəri Xiyabani küçəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (səkkiz ilin) yarısından (dörd ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 1769,56 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 1769,56 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar