Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-7/2022 02.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1990-cı ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ali təhsilli, işləməyən, Beyləqan şəhəri, Əlibala Şirinov küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində “X29” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin gözqamaşma şəraitində qəza işıq siqnalını qoşmalı, avtomobilin hərəkətini davam etdirməməli, sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olmasına dair tələblərini pozaraq, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Renault Megane minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul-Bəhrəmtəpə- Horadiz-Mincivan avtomobil yolunun Beyləqan rayonunun İkinci Şahsevən kəndi ərazisindən keçən 130-cu kilometrliyində Beyləqan rayonu, “Daşburun dairəsi” istiqamətində hərəkətdə olarkən yuxarıda göstərilənlərə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq hərəkətini davam etdirib onunla eyni hərəkət istiqamətində yolun sağ tərəfində yanacağı qurtardığı üçün dayanmış “MAZ” markalı, K-679-QQ dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsində dayanmış həmin maşının sürücüsü, “N” saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu X4, onun yaxınlığında dayanmış “N” saylı hərbi hissənin giziri və həmin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs, həmçinin həmin hərbiçilərə kömək etmək məqsədilə idarə etdiyi “Qazel” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük maşınını “MAZ” markalı, K-679-QQ dövlət qeydiyyat nişanlı avtomobildən 14,70 metr irəlidə saxlayaraq yerə düşmüş sürücü X8 və onun avtomobilində sərnişin olmuş və onunla birlikdə avtomobildən düşərək öz avtomobillərinin yanında dayanmış X13 ehtiyatsızlıqdan avtomobilinin qabaq sağ tərəfi ilə vuraraq X1 təpə və gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən xətti və qəlpəli sınığı, baş beyin qişalarına, toxumasına və mədəciklərinə qansızma, baş beyin toxumasının əzilməsi, sol bud nahiyəsinin əzilmiş yarası, X3 bazu sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, hər iki baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, qəlpəli açıq sınıqları, qarın nahiyəsinin sıyrığı, sol bazu oynağı nahiyəsinin əzilmiş yarası, X9 təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən xətti sınığı, beyin qişalarına və toxumasına qansızma, baş beyin toxumasının əzilməsi, sol baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, Zərərçəkmiş şəxs sağ qamış sümüyünün proksimal metafizinin açıq, qəlpəli, oynaqdaxili fraqmentləri yerinidəyişmiş sınığı, sol bud və xaya nahiyələrinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, nəticədə ehtiyatsızlıqdan X2 baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızmadan, X12 ətraf sklet sümüklərinin sınıqları nəticəsində törəmiş ağır travmatik şokdan və X7 baş-beyin toxumasının əzilməsi, ağır travmatik şokdan ölmələrinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs, mərhumlar-X4, X8 və X13 tanımamışdır. “Renaut Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. O, 06 noyabr 2020-ci il tarixdə, axşam saatlarında idarə etdiyi “Renaut Megane” markalı avtomobillə Beyləqan rayonunun İkinci Şahsevən kəndi ərazisindən keçməklə Beyləqan rayonunun “Daşburun dairəsi” istiqamətində hərəkətdə olmuş, avtomobili saatda 70-80 km/saat surətlə idarə etmiş və avtomobildə iş yoldaşı Gülnar adlı qadın və onun üç azyaşlı uşağı olmuş, onlar avtomobilin arxa oturacığında oturmuşlar. Həmin vaxt hava yağışlı olmaqla yol yaş vəziyyətdə olmuşdur. O, avtomobili idarə edib magistral yolun Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisindən keçərkən yolun əks istiqamətdən, təxminən 40 metr məsafədən bir avtomobilin uzaqvuran işıqları yandırıb gəlməsini görüb öz avtomobilinin yaxın və uzaqvuran işıqları yandırıb söndürməklə qarşıdan gələn avtomobilə işarə etmiş, lakin həmin avtomobil heç bir reaksiya vermədən uzaqvuran işıqla hərəkətini davam etdirmiş və bu avtomobilin uzaqvuran işıqları onun gözünə düşdüyündən o, avtomobili yolun sağ kənarında çəkib dayandırmaq istəmiş, elə həmin vaxt avtomobilin qabaq tərəfinə zərbə ilə nəyinsə dəyməyini hiss etmiş, avtomobilin şarları açılmış və qəza baş vermişdir. Avtomobilin şarları açılandan sonra avtomobilə tormoz vermiş, lakin avtomobilin tormoz sistəmi işləmədiyi üçün birtəhər əl tormozundan istifadə edib avtomobili dayandırmışdır. Maşından yerə düşəndə maşının damında bir nəfər şəxsin olduğunu görmüş, tez onu silkələyib nə olduğunu soruşmuş, lakin həmin şəxs cavab verməmiş, sonra kömək üçün təcili tibbi yardıma, “103”-ə zəng etmiş, oradan isə çağırış olduğunu və maşının artıq çıxdığı bildirilmişdir. Sonra yolun kənarında dayanmış maşınlara tərəf getmiş, orada yerdə uzanmış iki şəxsi görüb onları da silkələmiş, lakin onlar da cavab verməmiş və onların artıq ölmələrini bilmişdir. Həmin vaxt yerdə uzanmış yüngül yaralı olan bir nəfər şəxs ondan orada olan uşağın vəziyyətini soruşmuş, o da orada uşağı görmədiyini bildirmişdir. Sonra yoldan keçən tanımadığı şəxslər avtomobilləri saxlayıb ondan nə baş verdiyini soruşmuş, o da avtomobillə qəza törətdiyini yaralıların olduğunu bildirmişdir. Sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşınları gəlmiş, yaralı şəxsləri xəstəxanaya aparmışlar. Hadisə zamanı özü və maşınında olan şəxslər heç bir xəsarət almamışlar. Sonra hadisə yerinə gələn tanışı Vüsal maşınında olan Gülnarı və azyaşlı uşaqları aparıb getmişdir. Hadisədən əvvəl yolun kənarında hər hansı bir avtomobilin və piyadaların dayanmasını görməmiş, ani olaraq bu hadisə baş vermiş, yəni avtomobilinin qabaq hissəsinə zərbə ilə nə isə dəymiş və avtomobilin şarları açılmış, avtomobili əl tormozu ilə dayandırdıqdan sonra bilmişdir ki, yolda olan, lakin görmədiyi şəxsləri maşınla vurmuşdur. İdarə etdiyi avtomobildə hadisədən əvvəl texniki cəhətində heç bir nasazlıq olmamış, o cümlədən tormoz sistemi işlək vəziyyətdə olmuşdur. Lakin hadisə baş verən vaxt maşının tormoz sisetmi işləməmiş, ona görə də avtomobil hadisə yerindən 100 metrdən çox məsafə irəli hərəkət etmiş, sonra o, çətinliklə əl tormozundan istifadə etməklə maşını dayandıra bilmişdir. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində üç nəfər şəxs ölmüş, bir nəfər şəxs xəsarət almışdır. İstintaq orqanı tərəfindən ona məxsus “Renaut Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ailə üzvlərinə qaytarılmışdır. Daha sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, hadisədən əvvəl “Renaut Megane” markalı minik avtolmobili yaxınvuran işıqları yandırmaqla idarə etmiş, hava yağmurlu və yol yaş olduğundan görünüş məsafəsi təxminən 30-35 metr olmuşdur. Hadisə yerində olan, yolun sağ tərəfində dayanmış “MAZ” markalı hərbi maşının arxa işıqları yanmamış, dayanması ilə bağlı maşının arxasında yola hər hansı xəbərdaredici işarə qoyulmamış, bu maşının bir hissəsi yolun hərəkət zolağında, digər hissəsi isə yolun kənar hissəsində olmaqla dayanmış vəziyyətdə olmuşdur. Hadisədən sonra o, bilmişdir ki, hadisə vaxtı yolun kənarında “MAZ” markalı hərbi maşın, onun qabağında isə “Qazel” markalı maşın dayanmış vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən əvvəl, yəni bir hissəsi yolun hərəkət zolağında olmaqla dayanmış vəziyyətdə olan “MAZ” markalı maşına çatmamışdan əvvəl, təxminən 20 metrlik məsafədən o, ani olaraq 2-3 nəfər şəxsin “MAZ” markalı maşının qarşısından yola çıxıb yolun hərəkət hissəsindən yolun sağından soluna keçmək istədiklərini görmüş, bu zaman ani olaraq çaşqınlıq yaranmış, həm də qarşıdan gələn maşının işıqları gözünə düşmüş və o, yolu keçmək istəyən şəxslərə çatmağa 2-3 metr qalmış idarə etdiyi avtomobilin qabaq hissəsi “MAZ” markalı maşının arxa sol təkəri ilə toqquşmuş və avtomobili idarəedilməz vəziyyətə düşmüş, özü də idarəetməni itirmişdir. Bu vəziyyətdə o, avtomobili idarə edə bilməmiş və avtomobili idarəedilməz vəziyyətdə irəliyə doğru hərəkət etmiş, bu zaman “MAZ” markalı maşının qarşısından çıxıb yolu qaçaraq sağdan sola keçməyə cəhd edən şəxsləri (piyadaları) avtomobillə vurmuşdur. Piyadalar “MAZ” markalı avtomaşının qabaq tininə yaxın, yəni həmin tindən 0,5-1 metr məsafədən qaçıb onun yoluna daxil olduğu anda onun idarə etdiyi avtomobilin qarşı hissəsi ilə “MAZ” markalı avtomaşının toqquşduğu sol arxa təkəri arasında təxminən 20-25 metr məsafə olmuşdur. Baş vermiş hadisədən sonra o, hadisə yerinin müayinəsində iştirak etməmiş, hadisədən sonra təhlükəsizliyinin təmin edilməsi üçün DYP-nin əməkdaşları onu polisin Post-Patrul avtomobilinə əyləşdirmişlər. Sonradan işi araşdıran müstəntiq ona bəzi sənədləri imzalatmış, o cümlədən hadisə yerinin müayinəsinə dair protokolda olan bəzi imzalar və hadisə yerinin sxemində olan imza ona məxsus deyildir. Qeyd etdiklərinə əsasən o, baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilmir, lakin hər bir halda bu hadisənin özünün idarə etdiyi avtomobilin iştirakı ilə olması və avtomobili ilə üç nəfər şəxsin vurularaq ölməsinə görə peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində hərbiçi yoldaşı X10 ilə birlikdə sonuncunun idarə etdiyi “MAZ” markalı yük maşını ilə Bəhrəmtəpə-Horadiz avtomobil yolu ilə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən maşının yanacağı qurtardığı üçün Rasim maşını yolun sağ kənarına sürüb yolun ehtiyyat hissəsində maşını saxlamışdır. Sonra onlar maşından düşmüşlər ki, maşının ikinci yanacaq çənini açsınlar. Elə həmin vaxt qarşı tərəfdə “Qazel” markalı yük maşını dayanmış, həmin maşından düşən biri cavan oğlan, biri isə uşaq olan şəxslər onlara köməklik etmək istəmişlər. Həmin şəxslərə maşının yanacağı qurtardığını, 2-ci çəndən yanacağı qoşub gedəcəklərini, köməyə ehtiyaclarının olmadığını bildirmişlər. Həmin vaxt bu şəxslər maşınlarında ərzaq məhsulları olduğunu və onlara meyvə vermək istədiklərini bildirib öz maşınlarına (“Qazel” markalı maşına) tərəf getmiş, Rasim də onlarla birlikdə getmiş, özü isə “MAZ” markalı maşının altına girmişdir ki, 2-ci çəndən yanacağı açsın. Həmin vaxt o, uzanmış vəziyyətdə bədəninin bir hissəsi maşının altında, ayaq hissəsi isə yola tərəf olmaqla maşının 2-ci çənini açmaqla məşğul olmuş, Rasim və iki nəfər mülki şəxslər (X15 və X19) “MAZ” markalı maşının sol tərəfində olmaqla, qarşı tərəfdə dayanmış “Qazel” markalı maşına tərəf getmişlər. Elə həmin vaxt Daşburun istiqamətində surətlə gələn avtomobil “MAZ” markalı maşının arxa yan hissəsinə çırpılmış, sonra onun ayaqlarının üzərində keçməklə irəli gedib “MAZ” markalı maşının sürücü kabinəsinin yananda olan bir az yaşlı mülki şəxsi (X8) vurmasını görmüşdür. Onları vuran həmin avtomobil xeyli irəli gedib dayanmış, sonra bu avtomobildən düşən sürücü (Təqsirləndirilən şəxs) ona tərəf gəlib kömək etmək istəmiş, o da uşağa kömək etməsini demiş, sürücü də burada heç bir uşağın olmadığını bildirmişdir. Baş vermiş bu hadisə nəticəsində ayaqlarından ağır xəsarətlər aldığından özündə olmamış, xəstəxanada özünə gəlmişdir.Sonradan ona məlum olmuşdur ki, onları maşınla vuran sürücü Xətai adlı şəxs olmuş, həmin yolla hərkətdə olarkən hansısa səbəbdən Xətai idarə etdiyi maşının idarəetməni itirmiş, əvvəl onu, sonra digər şəxsləri maşınla vurmuş, nəticədə özü ağır xəsarət almış, hərbiçi yoldaşı Rasim və digər iki nəfər mülki şəxslər (X15 və X19) isə aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. O, uzun müddət hospitalda müalicə olunmuş, hazırda tam sağalmamış, müalicəsini davam etdirir. Baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 02 iyun 2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum X10 qardaşıdır. Qardaşı Rasim hərbiçi olmuş, hərbiyə aid yük maşının sürücüsü olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 noyabr 2020-ci il tarixdə, saat 23 radələrində ona məlumat verilmişdir ki, qardaşı Rasim Beyləqan rayonu ərazisində yol qəzasına düşmüş və yaralı vəziyyətdə Beyləqan rayon xəstəxanasındadır. Xəstəxanada ona məlum olmuşdur ki, qardaşı Rasim yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür.Həmçinin sonradan adını bildiyi Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobillə Beyləqan şəhəri istiqamətində hərəkətdə olarkən Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində, asfalt yolun sağ kənarında avtomobillərin (“MAZ” və “Qazel” markalı) yanında dayanmış qardaşı Rasim Rufullayevi və digər iki nəfər şəxsi vurmuş, nəticədə qardaşı Rasim və digər iki nəfər şəxslər aldıqları xəsarətlərindən hadisə yerində ölmüş, qardaşının hərbçi yoldaşı Zərərçəkmiş şəxs isə yaralanmışdır. Bundan sonra qardaşı Rasimin meyiti yaşadıqları evə gətirilmiş və səhəri günü onu dəfn etmişlər. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Həsən Rufullayevin məhkəməyə ünvanladığı 13 iyul 2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, mərhum X15 qardaşı və mərhum X19 isə qardaşı oğludur. Onlar Füzuli rayonunun Ələsgərli kəndində yaşamışlar. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 noyabr 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən qardaşı Qismətlə, qardaşı oğlu Hikmətin evə gec gəlməyindən narahat olub qardaşı Qismətin mobil telefonuna zəng etmiş, lakin telefonu sönülü olduğu üçün zəng çatmamışdır. Sonra qardaşı oğlu Hikmətin mobil telefonuna bir neçə dəfə zəng etmiş, sonuncu dəfə telefona tanımadığı bir nəfər şəxs cavab verib polis əməkdaşı olduğunu, telefon sahibinin Beyləqan rayonunun ərazisində yol qəzasına düşdüyünü və hazırda yaralı vəziyyətdə Beyləqan rayon xəstəxanasında olduğunu bildirmişdir. Bundan sonra Beyləqan rayon mərkəzi xəstəxanasına getmiş və orada ona məlum olmuşdur ki, qardaşı Qismətlə qardaşı oğlu Hikmət almış olduqları bədən xəsarətlərindən hadisə yerində ölmüşlər. Həmçinin sonradan adını bildiyi Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi minik avtomobillə Beyləqan şəhəri istiqamətində hərəkətdə olarkən Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonunun ərazisindən keçən hissəsində, asfalt yolun sağ kənarında avtomobillərin (“MAZ” və “Qazel” markalı) yanında dayanmış şəxslər-piyadalar, qardaşı Qismət Əliyevi, qardaşı oğlu Hikmət Əliyevi və iki nəfər hərbçini vurmuş, nəticədə qardaşı ilə qardaşı oğlu və hərbiçinin biri almış olduqları xəsarətlərindən hadisə yerində ölmüş, hərbçinin biri isə yaralanmışdır. Bundan sonra qardaşı Qismətlə qardaşı oğlu Hikmətin meyitləri yaşadıqları evə gətirilmiş və səhəri gün onları dəfn etmişlər. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Seymur Əliyevin məhkəməyə ünvanladığı 25 sentyabr 2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, onunla təqsirləndirilən şəxsin arasında barışıq olmamış və o, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X23 ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Seymur Əliyevin ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Şahnaz Əliyevanın məhkəməyə ünvanladığı 03 noyabr 2021-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, onunla təqsirləndirilən şəxsin arasında barışıq olmamış və o, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Beyləqan RPŞ-nin DYB-nin əməkdaşıdır.Təqsirləndirilən şəxs rayon sakini kimi tanısa da, yaxın münasibətləri olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxslər-X8, X13 və X4, habelə hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs tanımamışdır. 06 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonunun “Daşburun dairəsi” ərazisində xidmətdə olarkən məlumat daxil olmuşdur ki, “Beyləqan bulağı”nın yaxınlığında avtomobil piyadaları vurmuş, ölənlər vardır. Məlumata əsasən onlar hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda yolun kənarında “MAZ” markalı hərbi nömrəli (K-679-QQ dövlət qeydiyyat nişanlı) və “Qazel” markalı mülki nömrəli (**-BG-*** dövlət qeydiyyat nişanlı) yük maşınların Daşburun qəsəbəsi istiqamətində olmaqla həmin maşınların bir hissəsi yolun ehtiyyat hissəsində, digər hissəsi yolun hərəkətə aid hissədə dayanmalarını görmüşdür.“Qazel” markalı avtomobilin qəza işıqlarının yanmış vəziyyətdə olmuş, hərbi maşının isə qəza işıqları yanmasa da, arxasında iki ədəd işıqqaytaran işıqlar olmuşur. Həmin avtomobillərdən təxminən 120-130 metr aralı məsafədə, Daşburun qəsəbəsi istiqamətində xatırlamadığı dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomaşının qəza işıqları yanmaqla dayanmış vəziyyətdə olmasını, avtomobilin banında bir nəfər şəxsin (X7) meyitinin olmasını, həmçinin “Qazel” markalı yük maşınından bir neçə metr aralıda yolun sağ hərəkət hissəsində daha bir nəfər şəxsin (X12), həmin avtomobilin arxa tərəfində dayanmış hərbi maşının qabaq tərəfində isə bir hərbçin (X2) meyitlərinin olmasını görmüşdür.Həmin vaxt “MAZ” markalı hərbi yük maşının arxa tərəfində də bir nəfər hərbiçinin (Zərərçəkmiş şəxs) yaralı vəziyyətdə olmasını görmüşdür. Sonra hadisə barədə rayon polis şöbəsinə məlumat verilməklə hadisə yerinə təcili tibbi yardım çağırılmış, yaralı hərbiçi rayon xəstəxanasına göndərilmişdir. Piyadaları vurmuş “Renault Megane” markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmuş, sonra təhlükəsizliyini təmin etmək üçün onu polisin post-patrul xidməti avtomobilinə əyləşdirmişlər. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş, onların və digər şəxslərin iştirakı ilə müstəntiq hadisə yerinin baxışını aparmışdır. Hadisə yerinə baxış zamanı piyadaları vurmuş avtomobilə aid tormoz izi asfalt örtüyün üzərində aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, lakin onunla yaxın münasibətləri olmamışdır. 06 noyabr 2020-ci il tarixdə, axşam saatlarında Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerində olmudur. Hadisə yerində ona məlum olmuşdur ki, hadisə yerində olan “Renault” markalı minik avtomaşını yolda piyadaları vurmuşdur. Həmin vaxt hadisə yerində yolun kənarında “MAZ” markalı hərbi nömrəli və “Qazel” markalı yük maşınlarının dayandığını görmüşdür. Orada olarkən tanımadığı polis əməkdaşı onun mobil telefon nömrəsini götürmüş və zəng edəndə polis şöbəsinə gəlməsini tapşırmışdır. Ona zəng olunub polis şöbəsinə çağırılarkən ondan telefon nömrəsini götürən şəxsin müstəntiq Mehman Musayev olduğunu bilmiş, sonra müstəntiq həmin hadisə ilə bağlı ona bir neçə boş kağız blanklara imza etdirmiş, ona təqdim olunmuş sənədlərdə olan onun imzasına oxşasa da, həmin imzalar ona məxsus deyil. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində göstərmişdir ki, o, hadisə yerində olsa da, hadisə yerinə baxışda hal şahidi kimi iştirak etməmiş, sonradan müstəntiq tərəfindən polis şöbəsinə çağırılıb boş kağız blanklara imza etdirilmişdir. Həmçinin ona təqdim olunmuş sənədlərdə olan imzalar onun imzasına oxşasa da, həmin imzalar ona məxsus deyil. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, o, Beyləqar RPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyərkən 06 noyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin ibtidai istintaqını aparmışdır. Hadisə baş verən gün onun tərəfindən hadisə yerinə baxış yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs, yol-patrul xidmətinin iki nəfər polis əməkdaşı, hal şahidləri Şahid4 və Şahid3 iştirakları ilə keçirilmişdir. Hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi iş yerində onun tərəfindən tərtib olunmuş, sonra baxışda iştirak etmiş şəxslər polis şöbəsinə dəvət edilmiş və onlar həmin protokolu və sxemi imzalamışlar. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 noyabr 2020ci il tarixli, protokol, protokola əlavə edilmiş “baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu asfalt-beton olmaqla düz, az nəmli vəziyyətdədir, yolun ümumi eni 8 metrdir. Yolun mərkəzində, yolun hərəkət hissələrini bir-birindən ayıran ağ rəngli qırıq-qırıq xətlər vardır. Hər bir hərəkət hissənin ayrı-ayrılıqda eni 4 metrdir. Sürücü yerindən faraların işığında görünüş məsafəsi-üzaq işıqda 120 metr, yaxın işıqda 45 metrdir. Hadisə yerində piyadaları vurmuş avtomobilə məxsus heç bir tormoz izi yoxdur. Beyləqan rayonunun Daşburun qəsəbəsi istiqamətində yolun sağ ehtiyat hissəsində “MAZ” markalı, K-679-QQ dövlət qeydiyyat nişanlı hərbi avtomaşın dayanmışdır. Onun sol tərəfi 01 metr məsafədə yolun hərəkət zolağındadır. Avtomaşının mühərriki işlək vəziyyətdə olmamaqla, işıqları sönmüş vəziyyətdə olmuşdur. İşıq sistemində nasazlıq yoxdur. Arxa hissəsində iki ədəd işıq əksetdirici (işıqaytaran) vardır.Avtomaşının təkərləri saz vəziyyətdədir. Avtomaşının sol yan üç ədəd təkərin ortada olan təkərinin üzərində sürtünmə izləri vardır. Həmin avtomaşının arxa sol təkərindən 28 sm arxaya doğru “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan güzgüsü vardır. “MAZ” markalı avtomaşından Daşburun qəsəbəsi istiqamətində 4,2 metr məsafədə hərəkət zolağında sağ ehtiyat hissədən mərkəzi xəttə doğru 2,10 metr məsafədə X2 meyiti vardır. “MAZ” markalı avtomaşından Daşburun qəsəbəsi istiqamətində 14,70 metr məsafədə yolun sağ ehtiyat hissəsində “Qazel” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük maşını dayanmışdır. Onun sol tərəfi 01 metr məsafədə yolun hərəkət zolağındadır və mühərrik işlək vəziyyətdə deyildir. İşıq sistemi saz vəziyyətdə olmaqla ön işıqları sönmüşdür. Qəza işıq siqnalları işləyir və arxa işıqları yanılı vəziyyətdədir. Təkərləri, yük və kabinada heç bir iz, əzik yoxdur. Rasim Rufullayevin meyitindən 30,20 metr irəlidə, “Qazel” markalı avtomaşından 19,70 metr məsafədə piyada X12 meyiti vardır. Meyit hərəkət zolağında ehtiyat hissədən mərkəzi xəttə doğru 2 metr məsafədə asfaltın üzərindədir. “Maz” markalı avtomaşından 131,20 metr məsafədə irəlidə yolun sağ hərəkət zolağında mərkəzi xəttə doğru 3 metr məsafədə “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanmış və mühərriki işlək vəziyyətdə deyildir. Avtomobilin qabaq tərəfi əzilmiş vəziyyətdədir, təkərləri partlamamışdır, lakin qabaq sağ təkəri sağa tərəf əyilmiş, lakin yerindən qopmamışdır. Şahidlərin deməsinə görə X7 meyiti həmin avtomaşının ban hissəsində olmuşdur. İşdə olan, Milli Hidrometerologiya Xidmətinin 14 dekabr 2020-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 06 noyabr 2020-ci il tarixində Beyləqan hidrometeroloji stansiyasında saat 1600, 1900, 2200 müşahidə müddətlərində hava şəraiti haqqında məlumata əsasən saat 1600-da hava tutqun, buludlu, görünüş 4 km, havanın temperaturu 18,60-18,80C, külək şimal-şərq istiqamətli, maksimum sürəti 2m/san (2 bal) olmuş, yağıntı qeydə alınmamışdır. Saat 1900-da hava tutqun, buludlu, görünüş 2 km, havanın temperaturu 16,80-18,60C, hava sakit, küləksiz olmuş və yağıntı qeydə alınmamışdır. Saat 2200-da hava tutqun, buludlu, görünüş 2 km, havanın temperaturu 17,20-17,40C, külək cənub istiqamətli, maksimum sürəti 2m/san (2 bal) olmuş, yağıntı qeydə alınmamışdır. İşdə olan, “Sərxoşluq vəziyyətinin təyini haqqında 06 noyabr 2020-ci il tarixli protokol”la müəyyən edilir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasın 25 noyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X2 meyitinin müayinəsi zamanı aşkar olundu; sağ təpə və gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən xətti və qəlpəli sınığı, baş beyin qişalarına, toxumasına və mədəciklərinə qansızma, baş beyin toxumasının əzilməsi, sağ bud nahiyəsinin əzilmiş yarası, X18 meyitində aşkar olunmuş xəsarətlər; ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 noyabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X18 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X18 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasın 27 noyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X7 meyitinin müayinəsi zamanı aşkar olundu; təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən xətti sınığı, beyin qişalarına və toxumasına qansızma, baş beyin toxumasının əzilməsi, sol baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, X27 meyitində aşkar olunmuş xəsarətlər; ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 noyabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X27 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X27 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasın 27 noyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, mərhum X12 meyitinin müayinəsi zamanı aşkar olundu; sol bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, hər iki baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, qəlpəli açıq sınıqları, qarın nahiyəsinin sıyrığı, sol bazu oynağı nahiyəsinin əzilmiş yarası, X28 meyitində aşkar olunmuş xəsarətlər; ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 noyabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X28 ölümünə səbəb ətraf sklet sümüklərinin sınıqları nəticəsində törənmiş ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X28 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasın 01 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ qamış sümüyünün proksimal metafizinin açıq, qəlpəli, oynaqdaxili fraqmentləri yerinidəyişmiş sınığı, sol bud və xaya nahiyələrinin əzilmiş-cırılmış yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 noyabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 05 yanvar 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, “Renault Megane minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə (hadisə baş verən sahədə 45 metr yolun görünüş məsafəsinə uyğun Renault Megane” avtomobilin maksimum hərəkət sürəti 72 km/saatdır) “Renault Megane” markalı avtomobilin faktiki 80 km/saat sürəti onun görnüş məsafəsinə uyğun deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. “X29” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. İşdə olan, DİN-nin BDYPİ-nin Ağcabədi RQİTBŞ-dən 22 iyul 2016-ı il tarixdə verilmiş AE 913085 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” dərəcə olmaqla 22 iyul 2026-ı il tarixədək sürücülük hüquqi vardır. İşdə olan, BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin 05 dekabr 2020-ci il tarixli arayışı ilə müəyyən edilir ki, DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat yoxdur. İşdə olan, AD N 369502 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyən edilir ki, “RENAULT MEGANE MİNİK” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan şəhəri, Ə.Şirinov küçəsi, ev 22-də qeydiyyatda olan Təqsirləndirilən şəxs sahibliyindədir. İşdə olan, “Avtomobilə baxış keçirilməsi barədə” 07 noyabr 2020-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən “Sərxan avtomotoservis və ticarət firması”nın direktoru X20 mütəxəssis qismində olmaqla, həm də hal şahidlərinin iştirakı ilə “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sağ tərəfi əzilmiş, ön külək şüşəsi çatlamış, qabaq sağ təkəri əyilmiş vəziyyətdə olmuş, habelə avtomobilin tormoz sisteminin pedal hissəsi bərk vəziyyətdə olmaqla nasaz olmamış, tormoz sisteminin maye borusu zədə almamış, heç bir maye axmamış və tormoz sistemi saz vəziyyətdə olmuşdur. Həmçinin avtomobilin əl tormozu tormozlanmış (çəkilmiş) vəziyyətdə deyil, adi vəziyyətdə-aşağı sıxılmış vəziyyətdə olmuşdur. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 12 dekabr 2020-ci il tarixli qərarla müəyyən edilir ki, “Renault Megane” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 04 fevral 2021-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən 06 noyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı X10, Zərərçəkmiş şəxs, X19 və X7 hərəkətlərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (hadisə baş verən vaxt havanın yağmurlu olmaqla görünüş məsafəsinin təxminən 30-35 metr olması, hadisə baş verən vaxt avtomobilə tormoz versə də, avtomobilin tormoz sisteminin işləməməsi, avtomobili əl tormozundan istifadə etməklə dayandırması, hadisədən əvvəl yolun kənarında hər hansı bir avtomobilin və piyadaların dayanmasını görməməsi, yolun hərəkət zolağında dayanmış vəziyyətdə olan “MAZ” markalı maşına çatmamışdan, təxminən 20 metrlik məsafədən ani olaraq 2-3 nəfər şəxsin “MAZ” markalı maşının qarşısından yola çıxıb yolun hərəkət hissəsindən yolun sağından soluna keçmək istədiklərini görməsi, yolu keçmək istəyən şəxslərə çatmağa 2-3 metr qalmış hadisənin baş verməsi, “MAZ” markalı maşının qarşısından çıxıb qaçaraq yolu sağdan sola keçməyə cəhd edən şəxsləri (piyadaları) avtomobillə vurması, hadisə yerinə baxışda iştirak etməməsi, hadisə yerinə baxış protokolda olan bəzi imzaların və hadisə yerinin sxemində olan imzanın ona məxsus olmamasına aid istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni hadisə baş verən vaxt havanın yağmurlu olmaqla görünüş məsafəsinin təxminən 30-35 metr olması, avtomobili 70 km/saat sürətlə idarə etməsi, hadisə baş verən vaxt avtomobilə tormoz versə də, avtomobilin tormoz sisteminin işləməməsi, avtomobili əl tormozundan istifadə etməklə dayandırması, hadisədən əvvəl yolun kənarında hər hansı bir avtomobilin və piyadaların dayanmasını görməməsi, yolun hərəkət zolağında dayanmış vəziyyətdə olan “MAZ” markalı maşına çatmamışdan, təxminən 20 metrlik məsafədən ani olaraq 2-3 nəfər şəxsin “MAZ” markalı maşının qarşısından yola çıxıb yolun hərəkət hissəsindən yolun sağından soluna keçmək istədiklərini görməsi, yolu keçmək istəyən şəxslərə çatmağa 2-3 metr qalmış hadisənin baş verməsi, “MAZ” markalı maşının qarşısından çıxıb qaçaraq yolu sağdan sola keçməyə cəhd edən şəxsləri (piyadaları) avtomobillə vurması, piyadaların “MAZ” markalı avtomaşının qabaq tininə yaxın, yəni həmin tindən 0,5-1 metr məsafədən qaçıb onun yoluna daxil olduğu anda onun idarə etdiyi avtomobilin qarşı hissəsi ilə “MAZ” markalı avtomaşının toqquşduğu sol arxa təkəri arasında təxminən 20-25 metr məsafənin olması, hadisə yerinə baxışda iştirak etməməsi, hadisə yerinə baxış protokolda olan bəzi imzaların və hadisə yerinin sxemində olan imzanın ona məxsus olmaması, yol-nəqliyyat hadisəsində özünün təqsirli olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxsun, şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, o cümlədən məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi (həmin rəyə əsasən Təqsirləndirilən şəxs “X29” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozması göstərilir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Avtomobilə baxış keçirilməsi barədə” protokol ilə (baxış zamanı avtomobilin tormoz sisteminin pedalı bərk halda olmamaqla nasaz olmamış, tormoz sisteminin maye borusu zədə almamış, heç bir maye axmamış və tormoz sistemi saz vəziyyətdə olmuşdur. Həmçinin avtomobilin əl tormozu tormozlanmış (çəkilmiş) vəziyyətdə deyil, adi vəziyyətdə-aşağı sıxılmış vəziyyətdə olmuşdur), həmçinin MHX-nin arayışı (həmin arayışa əsasən 06 noyabr 2020-ci il tarixlə, saat 1900-da hava tutqun, buludlu, görünüş 2 km, havanın temperaturu 16,80-18,60C, hava sakit, küləksiz olmuş və yağıntı qeydə alınmamışdır), habelə Təqsirləndirilən şəxs biribirinə ziddiyyətli ifadələri (ibtidai istintaq və məhkəmə iclasında verdiyi ilkin ifadələri ilə, sonradan məhkəmədə verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətin, yəni əvvəl verdiyi ifadələrindən tam fərli olaraq sonrakı ifadəsində piyadaların “MAZ” markalı maşının qarşısından yola çıxıb yolun sağından soluna keçmək istədiklərini görməsi, yolu keçmək istəyən şəxslərə çatmağa 2-3 metr qalmış hadisənin baş verməsi, “MAZ” markalı maşının qarşısından çıxıb yolu qaçaraq sağdan sola keçməyə cəhd edən şəxsləri (piyadaları) avtomobillə vurmasını, habelə piyadaların “MAZ” markalı avtomaşının qabaq tininə yaxın, yəni həmin tindən 0,5-1 metr məsafədən qaçıb onun yoluna daxil olduğu anda onun idarə etdiyi avtomobilin qarşı hissəsi ilə “MAZ” markalı avtomaşının toqquşduğu sol arxa təkəri arasında təxminən 20-25 metr məsafənin olmasını göstərməsi) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid4 və Şahid3 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni hadisə yerində olsalar da, hadisə yerinə baxışda hal şahidi kimi iştirak etməmələri, sonradan müstəntiq tərəfindən polis şöbəsinə çağırılıb boş kağız blanklara imza etdirməsinə dair hallar məhkəmə tədqiq olunmuş sübutlarla, o cümələdən şahidlər Ələmin Zalov və Mehman Musayevin ifadələri, hadisə yerinə baxış keçirilməsinə dair protokolla tam təkzib olunduğundan məhkəmə şahidlər Şahid4 və Şahid3 məhkəmə istintaq zamanı verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri mülahizə xarkterli olmaqla tanışları olan Təqsirləndirilən şəxs xeyrinə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə heyəti məhkəmə istintaqı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasi kifayət qədər sübuta yetirilmişdir. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 08 noyabr 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Beyləqan şəhər İƏD üzrə Nümayəndəliyidən verilmiş 11 dekabr 2020-ci il tarixli arayış və xasiyyətnamə (habelə YAP Beyləqan rayon təşkilatından verilmiş xasiyyətnamə) ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət (Nümayəndəliyə barəsində şikayət daxil olmamış, eləcə də ictimai işdə nizam-intizamlı olmaqla üzərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “Renault Megane minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2020-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “Renault Megane mirnik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-7/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-7/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver