Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-70/2022 18.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə,
1. xx xxxxxxx 1997-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş,məhkumluğu olmayan,ünvan 1 ünvanda yaşamış, barəsində 24 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və
2 xx xxxxxx 1995-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində 24 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdə, saat 13 radələrində Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi -1,271 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində salanılaraq RPŞ-yə gətirilmiş və RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,033 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin psixotrop maddə metamfetaminin bir hissəsini, yəni 1,271 qramını 22 iyul 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq verməklə satmış, həmin tarixdə, saat 20 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Azərbaycan küçəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi atarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,311 qram;-1,451 qram; ümumi təmiz çəkisi -2,762 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu ərazisində olarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmış, onun üzərinə videoçəkilşlə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman üzərində olapn bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş metamfetamini xatırlamadığı tarixdə yoldan tapmış, polis əməkdaşlarının təzyiqi nəticəsində həmin psixotrop maddə metfmfetamini Təqsirləndirilən şəxs2 aldığını öildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ona heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ilkin ifadəsində üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 22 iyul 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 pulsuz əldə etdiyni göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs1la onu eyni gündə saxlamış, üzərindən heç bir qanunsuz əşya, o, cümlədən narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşlarının təzyiqi nəticəsində üzərində iki bükümdə psixotrop maddə metamfetamin aşkar edilməsi ilə bağlı ifadəsinə imza etmişdir. Üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, polis əməkdaşlarının təzyiqi nəticəsində üzərindən iki bükümdə psixotrop maddə metametamin olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə, Cəlilabad rayonu ərazisində olarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmış, onun üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən üzərindən iki bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə psixotrop maddə metamfetamini 22 iyul 2021-ci il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkət edən zaman yerdən tapdığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, Cəlilabad RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmədə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində nakotik vasitə dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 22 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə sonuncunun üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni 22 iyul 2021-ci il tarixdə, günorta saatlarında tanışı Cəlilabad şəhər sakini Əli adlı şəxsdən pulsuz əldə etdiyini və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokola imza edilmişdir. 22 iyul 2021-ci il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığında Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 şəxsiyyəti müyyən edilmiş, Cəlilabad şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirlmişdir. Polis şöbəsində hal şahidlərinin və müdafiəçini iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə vermədiyini, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni 21 iyul 2021-ci il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkət edən zaman yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğundan tapmış olduğu həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə istintaqı zamanı şahid qismində şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman o və Şahid3 adlı şəxs hal şahidi qismində iştirak etmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər həmin kütlələr qablaşadırılaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 22 iyul 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında digər protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli, 19/674 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... X5 üzərindən....” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkiləri -1,271 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Qeyd: - metamfetaminin təmiz çəkisi 1,271 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,221 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli, 19/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən.” sözləri və imzalar olan kağız paketi açdıqda 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -1,311 qram;-1,451 qram; ümumi təmiz çəkisi -2,762 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə kütlələr” və “Təqsirləndirilən şəxs1 məxsus 1 büküm metamfetamin Rəy № 19/674”vsözlər və imzalar olan 2 ədəd zərflərdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - metamfetaminin təmiz çəkisi 2,762 qram, tədqiqata sərf edildi 0,1 qram (hər ob. 0,05 qr), qalıq – 2,662 qram. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 781 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 782 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 11 avqust 2021-ci il tarixli, 2484 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs2 Əlibab oğlu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsindən daxil olmuş 08 avqust 2021ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə aludəçisi olması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər münasibətinin olması və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satması müəyyən edilsə də, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa bu barədə RPŞ-yə rəsmi məlumat veriləcəkdir. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,221 qram psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,662 qram olan psixotrop maddə metamfetamin Cəlilabad rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs1 ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar, təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdikləri ifadələrini obyektiv ifadə kimi qəbul etmir və hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlundan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin özünün istifadəsi üçün əldə edib saxlaması, digər Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, qənaətinə gəlir, eyni zamanda onların ifadəsində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətinin azaltmağa, başqa sözlə, cinayət məsulliyyətini yüngülləşdirməyə yönələn cəhdləri kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi psixotrop maddə olan metafetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifini məsələsini müzakirə edərək Səbuhi Qasmıovun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs2 hərəkətini isə CM-in 234.4.3-cü maddəsinin dispozisiyası şərtlərinə uyğun gəldiyni nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olmadığından onların əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, X6, Cəlilabad rayon məhkəməsinin 20 may 2020-ci il tarixli 1(073)-79\2020 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon icra və probasiya şöbəsinin 16 fevral 2022-ci il tarixli 47\2020-30-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 22 iyul 2021-ci il tarixə kimi 11 (on bir) ay 23 (iyirmi üç) gün çəkmiş, 06 (altı) ay 01 (bir) gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 18 fevral 2022-ci il tarixli 7 (073)-57\2022 nömrəli qərarından görünür ki, «8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin 20 may 2020-ci il tarixli 1(073)-79\2020 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (altı) ay 01 (bir) gününü çəkməkdən azad edilmiş və «8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, ,Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Masallı rayon məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyul 2020-ci ildə cəzasının sonu ilə azad edilimşdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 22 iyul 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Cəlilabad rayon məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarları ilə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 22 iyul 2021-ci ildən hesablanmaqla onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qasımov X4 şəhəri, Xətai küçəsi, 04 saylı evdə qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 13 noyabr 2019-cu ildə X2 doğlumuş X3 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2021-ci il tarixli 01-389 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası, həyat yoldaqı və iki azyaşlı uşaqları ilə birgə ünvan 3 ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının və anasının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,221 qram psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,662 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat – hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliababa oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,221 qram psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,662 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz ) manat hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov M.Y. Əsli ilə düzdür: Hakim Cəlil NƏBİYEV