Məhkəmə qərarları › İş №1(099)-700/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-700/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-700/2022 28.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxx 1980-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində kargüzar vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Goranboy şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 5-də qeydiyyatda olmaqla, Goranboy şəhəri, N.Hikmət küçəsi ev 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq, eləcə də vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə və təkrar rüşvət verməyə başqa şəxsi təkrar təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Goranboy rayonunun Meşəli kənd sakini Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinə görə aldığı pensiyanın dayandırılması və növbəti müddətə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul edilməməsi barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, habelə Respublikanın ayrı-ayrı rayonlarında yerləşən xəstəxanalarda rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib sonuncunun razılığını alıb sövdələşməklə, özünə qarşı inam və etibar yaradaraq bu məsələnin həll üçün ümumilikdə 2750 manat verməsini razılaşdırıb, həmin məbləğin 50 manatını elə həmin gün yəni, 01 mart 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin Goranboy rayonunun Meşəli kəndində yerləşən inzibati binasındakı xidməti otağında, 1700 manatını həmin ilin martın 03-də, 1000 manatını isə martın 18-də sonuncunun yaşadığı Meşəli kəndindəki fərdi yaşayış evində alıb onun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən geci 3 ay müddətində sonuncuya yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini yalandan vəd edib, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 2750 (iki min yeddi yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxsin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə ona müraciət edən Ağcabədi rayonu, Taxtakörpü qəsəbə sakini Zərərçəkmiş şəxs2 əlillik dərəcəsinə görə aldığı pensiyanın dayandırılması və növbəti 5 illik müddətdə pensiya təyinatı ilə bağlı sənədlərinin qəbul edilməməsi barədə məlumat alıb Azərbaycan Respublikası ƏƏSM Nazirliyində, habelə Respublikanın ayrı-ayrı rayonlarında yerləşən xəstəxanalarda rəhbər vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələri olduğunu və bu əlaqələrin sayəsində müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməklə pensiya alması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri həmin dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxsin razılığını alaraq sövdələşməklə, özünə qarşı inam və etibar yaradaraq bu məsələnin həll üçün ilkin olaraq 2000 manat, iş həll edildikdən sona isə 1500 manat olmaqla, ümumilikdə 3500 manat verməsini razılaşdırıb, həmin məbləğin 2000 manatını bir neçə gündən sonra, yəni 07 aprel 2021-ci ildə Zərərçəkmiş şəxs1 Goranboy rayonunun Meşəli kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 almış, qalan 1500 manatını isə xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs2 tərəfindən Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçıb obaları yaşayış massivində yerləşən “Elcan” marketdəki “e-manat” ödəniş terminalı vasitəsi ilə tanışı, cinayətdən xəbərsiz Şahid4 5103 0714 1054 5582 saylı bank kart hesabına köçürülmsinə nail olub, həmin vəsaiti sonuncu vasitəsi ilə "xxxx" ASC-nin Goranboy şəhərində yerləşən bankomatdan nağdlaşdırıb, sonuncunun sənədlərini müvafiq qurumlarda qeydiyyata aldırmaqla ən geci 3 ay müddətində ona yenidən əlillik dərəcəsi təyin etdirib pensiya ayrılmasını həll edəcəyini yalandan vəd edib, həmin şəxsin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxsin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, həqiqətən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində kargüzar işləmişdir. 2021-ci ilin fevral ayının sonu, mart ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən onun əvvəllər aldığı pensiyanın kəsilməsini eşidib növbəti müddətə pensiya təyinatı ilə bağlı məsələləri həll etmək üçün ondan ayrı-ayrı vaxtlarda 2750 manat, eləcə də Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 pensiya almasına da köməklik göstərəcəyinə vəd verib ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 3500 manat pul almış, həmin pulların bir hissəsini anasının müalicəsinə, digər hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, anasının xəstə olmasını, zərər çəkmiş şəxslərə dəyən ziyanı tam şəkildə ödəməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət tələblərinin olmamasını, tək qadın-ana olmaqla himayəsində 21 yaşında xəstə uşağının olmasını və ilk məhkumluğunu nəzərə alıb məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Fəxrruz qızı məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, səhhəti ilə əlaqədar ona əlillik dərəcəsi təyin edilmiş, buna uyğun adına pensiya hesablanmış, son beş il ərzində pensiyasını vaxtlı-vaxtında almış, 2021-ci ildə pensiyasının vaxtı bitdiyindən pensiyası kəsilmiş, yenidən pensiya almaq üçün xəstəliyinə dair sənədlərini təqdim edib təkrarən müvafiq komissiyadan keçməli olmuş, bununla bağlı sənədlərini müvafiq qaydada təqdim etsə də, sənədləri komissiyadan keçməmiş, əlilliyin təyini ilə bağlı ona imtina cavabı verilmiş, 2021-ci ilin mart ayının əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində kargüzar vəzifədə işləmiş, tanışı Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən sonuncu onu təkrar tibbi komissiyadan keçirərək pensiya alacağını vəd verib ondan 2750 manat pul almış, bir müddətdən sonra heç bir nəticə olmadığını görüb İlhamədən pulunu istəmiş, lakin o, müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Hazırda ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını, məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, xəstəliyi ilə əlaqədar əvvəllər ona əlillik dərəcəsi təyin edilməklə pensiya ayrılmış, pensiya ona 5 illik müəddətə təyin edildiyindən 2021-ci ilin əvvəllərində müddət bitdiyindən pensiyası kəsilmişdir. 2021-ci ilin aprel ayının ortalarında Goranboy rayonunun Meşəli kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən sonuncu ona pensiya düzəltmək üçün İlhamə adlı tanışının olduğunu demiş, o da İlhaməyə 3500 manat pul vermiş, lakin heç bir nəticə olmadığını görüb İlhamədən pulunu istəyərkən İlhamə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Hazırda ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını, məhkəmədən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 arvadı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs kəsilmiş pensiya təminatının bərpa elətdirə bildiyini eşitmiş, 2021-ci ilin mart ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs1 pensiya təminatının bərpası ilə bağlı İlhamə ilə görüşmüş, sonuncu bu işi həll etməsi müqabilində Zərərçəkmiş şəxs1 2750 manat pul almış, sonradan dəfələrlə İlhamədən pensiya təminatının bərpa edib-etmədyini soruşmuş, sonuncu müxtəlif yalanlar danışaraq qohumunun pulunu verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Fərrux qızı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ona pensiya düzəldəcəyinə vəd edib onu aldadan Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları istifadəsində olan mobil telefonundakı səsyazma proqramı vasitəsi ilə yazaraq (audio) həmin audio yazıların əks olunduğu 1 ədəd “CD” diski istintaqa təqdim etmişdir. Həmin “CD” disqə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir. «AUD-20221014-WA0003» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Şahid4 zəng edib ödəniş terminalı vasitəsi ilə pulu onun bank kart hesabına köçürdüyünü, əgər ehtiyacdırsa bunu təsdiq edən qəbzin şəklini ona göndərə biləcəyini deyir. Şahid4 isə cavabında “qəbzə ehtiyac yoxdur, əgər göndərmisənsə problem yoxdur, hər ehtimala qarşı qəbzi özünüzdə saxlayın” deyə bildirir. «AUD-20221014-WA0004» adlı audio yazıdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la danışarkən törətdiyi əməllərin qarşısında Zərərçəkmiş şəxs2 onunla pis rəftar etmədiyini bildirərək “sizin kişiliyiniz, mərdliyiniz qarşısında baş əyirəm, qarşınızda boynum qıldan incədir, siz mənə hörmət qoydunuz, mənə qarşı kişilik etdiniz, mən sizdən razıyam” deyə razılıq edir. Bundan sonra Zərərçəkmiş şəxs2 “bunları bildik, son fikrin nədir” deyə soruşanda İlhamə “sabah polis şöbəsində izahat verəndən sonra Bakıdan sizin pulunuzu götürüb gətirəcəm” deyə cavab verir. Zərərçəkmiş şəxs2 isə “ayın 30-u Goranboya gələcəm, 30-na qədər neyniyirsən elə qutar” deyərək pulunun qaytarılmasını tələb edir. İlhamə da təkrar-təkrar ona minnətdarlığını bildirib sağollaşır. «AUD-20221014-WA0005» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edib, salamlaşaraq hal-əhval tutduqdan sonra Zərərçəkmiş şəxs2 “neyniyə bildiz, nə iş gördüz” deyə soruşanda İlhamə “narahat olmayın, nəzərimdəsiniz, çalşırıram” deyə cavab verir. Mais maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ayın 30-na qədər pulun qaytarılmasını deyir. İlhamə isə cavabında “bilirəmbilirəm, yaxşı həll edəcəm” deyib sağollaşır. «AUD-20221014-WA0006» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edib salamlaşdıqdan sonra Zərərçəkmiş şəxs2 «bilirsən də 4 gün qalıb» deyə soruşanda İlhamə “bilirəm, bilirəm” deyə cavab verir. Bundan sonra Mias “nəsə bir iş görə bilmisən” deyə soruşur. İlhamə cavabında “qoy görüm qardaş, kreditə çalışıram ki, 4 gün ərzində həll edəcəm, kredit üçün Rabitəbanka müraciət etmişəm” bildirir. Mais “ayın 30-u axşama kimi olmasa gedəcəm prokurorluğa” deyə bildirir. Daha sonra pulun qaytarılması barədə qarşılıqlı danışıb sağollaşırlar. «AUD-20221014-WA0007» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edib salamlaşdıqdan sonra İlhamə “indi mənə zəng gedəcək, nömrə deyəcək, kartınızı atarsız votapla həll edəcək” deyib sanki başqa şəxsin Maisə pul qaytaracağı kimi danışır. Mais “bu gün” deyə soruşanda, İlhamə “ya bu gün, ya sabah həll edəcək” deyə bildirir. «AUD-20221014-WA0008» adlı audio yazıdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müraciət edərək kredit götürməsinə çalışdığını, bununla əlaqədar əlavə möhlət verməsini xahiş edir. “Sən nə desən haqlısan, indiyənə qədər, gözləmisən, bir azda gözlə, mənə möhlət ver, krediti götürüm, sənin pulunu qaytarım” deyir. Bundan sonra Mais “nə vaxt kredit götürəcəksən” deyə soruşanda İlhamə müxtəlif sözlərlə Maisi inandırmağa çalışır ki, kredit məsələsi həll olunmaq üzrədir, götürən kimi bu barədə ona məlumat verəcəkdir. Mais bu dəfə “martın 25-nə kimi gözləyəcəm” deyib sağollaşır. «AUD-20221014-WA0009» adlı audio yazıdan görünür ki, – Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edərək, “nə oldu, niyə məni incidirsən, biz belə danışmamışıq” deyə bildirəndə İlhamə “yox, yox qardaş, bax bayaq Könülün də yoldaşı gəlmişdi həll edə bilmədim. O, da dedi ki, ayın axırına kimi.. dedim qardaş arxayın ol gedib özüm alıb gətirib verəcəm.. Oğlumu tutublar, içəridədi, başım ona qarışıb” deyə bildirir. Bundan sonra Mais buna etiraz edəndə İlhamə təkrarən yalvarıb bir qədərdə gözləməsini deyir. Daha sonra İlhamə “oğlumun ölmüşünə and içirəm ayın axrına kimi həll edəcəm, biraz da gözlə”. Bundan sonra Mais “yaxşı bunu da gözləyəcəm, sənə atdığım pulların da çekləri məndədi, sənə demirəm ki, verdiyim pulun faizini ver, verdiyim 3500 manatı qaytar. Oğlumun canı üçün ayın 30-dan sonra keçməyəcəm sənə” deyib barəsində şikayət edəcəyini bildirir. «AUD-20221014-WA0010» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edərək “neylədiz siz danışmısız müdirnən” deyə soruşanda İlhamə pul göndərilən kimi xəbər edəcəyini bildirir. Daha sonra İlhamə pulun göndərilməsi ilə bağlı hansısa digər şəxslə danışıb həll edəcəyini deyir. Sanki pul başqasına çatıb, buna görə həmin şəxs Maisə geri qaytaracaqdır. Bu barədə məlumat verəcəyini deyib sağollaşır. «AUD-20221014-WA0011» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 İlhaməyə zəng edib salamlaşdıqdan sonra İlhamə onu tanımadığını bildirir. Zərərçəkmiş şəxs2 “mənəm Ağacabədidən, Könülün yeznəsi” deyəndə İlhamə “hə, hə buyur tanıdım” deyə cavab verir. Daha sonra Mais “İlhamə xanım biz belə danışmamışdıq axı” deyəndə İlhamə “Qardaş bilirəm, sənin məndə sənədin var, birinci gün poçt günüdür, onu 1-ci gün verəcəm” deyir. Bundan sonra Mais “bəri baxe, xahiş edirəm, ehtiyac olmadı mənim pulumu qaytar gəlim birinci gün götürüm” deyəndə İlhamə “yaxşı onda qoydanışım, göndərən kimi gəlib götürərsən” deyə cavab verir. Mais “xahiş edirəm mənim pulumu 1-ci gün qaytar” deyə təkrarən xahiş edir. İlhamə “qoy müəllimlə danışım gəlim götürərsən” deyə bildirir. «AUD-20221014-WA0012» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng edəndə İlhamə “bağışlayın o gündən konturum da yoxdur ki, sizə də zəng edim. Müəllimlə də danışa bilməmişəm. idarəsinə yığdım, dedilər ki, Türkiyəyə gedib. Təzdən sonradan danışmışam, dedi ki, gələn aya hazırlayıb verəcəm” deyəndə Zərərçəkmiş şəxs2 narazılıq edib gələn ayı gözləyə bilməyəcəyini deyir. X8 “bilirsən qardaş gələn ayın 5-də həll edəcək, bilirsən niyə dedi ki, nazirdəndə alım həll edəcəm, vallah elə dedi” bildirəndə Mais buna etiraz edərək şikayət edəcəyini deyir. Daha sonra İlhamə ayın 5də bu məsələnin dəqiq həll olunacağını bildirərək Maisi həmin tarixədək gözləməsini razılaşdırır. AUD-20221014- WA0013» adlı audio yazıdan görünür ki, Zərərçəkmiş şəxs2 Şahid4 zəng edib özünü təqdim etdikdən sonra İlhamənin onu aldadıb pulunu ələ keçirdiyini, hazırda isə telefonunu söndürdüyünü, ulunu qaytarmaqdan yayındığını belə olan vəziyyətdə İlhamədən və ondan şikayət edəcəyini bildirir. Vüsal bu məsələdə onun nə günahı olduğunu soruşanda Mais pulun 1500 manatını onun kartına göndərdiyini bildirir. Bundan sonra Vüsal “sənə mən demişdim mənə pul göndər? kiminlə problemin var get ondan şikayət elə” deyir. Mais mən polisə veridkdən sonra polis özü aydınlaşdırar. Bundan sonra Vüsal “mən sənin bu sözlərini İlhaməyə çatdıraram” deyir. Əlavə olaraq İlhamənin törətdiyi əməllərin ona heç bir aidiyyəti olmadığını bildirir. İş materiallarında olan 20 may 2021-ci tarixli qəbzdən görünür ki, Ağcabədi, Taxtakörpü qəsəbəsi, “Elcan” marketdə yerləşən “e-manat” ödəniş terminalı vasitəsi ilə 20 may 2021ci ildə, saat 16:23-də “KapitalBank” bank kart hesabına 1500 manat pul ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 rayon prokurorluğuna təqdim etdiyi 10 oktyabr 2022-ci il tarixli tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs, ona vurduğu 3500 manat məbləğində zərərdən 1000 manatını ödəmişdir. Qalan 2500 manatı ödəmədiyindən sonuncudan şikayət və tələbinin olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair səslərin yazıldığı bir ədəd CD disk və 1500 manat pulun bank kart hesabına göndərilməsini təsdiq edən 20 may 2021-ci il tarixli qəbz 07 oktyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə ilə düzgün tövsif edilmiş, onun əməlləri qeyd edilən maddələrin dispozisiyası şərtlərinə uyğun gəldiyindən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətlərini ona istinad edilən CM-in maddələrinin dispozisiyasına şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2022-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyan məhkəmə istintaqı zamanı tam ödənildiyindən həmin şəxslər onunla barışdıqlarını, onu bağışladıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadıdığını bildirmiş və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5-də qeydiyyatda olmaqla, himayəsində bir övladı ilə birgə Goranboy şəhəri, N.Hikmət küçəsi ev 3-də yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci, zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla qadın olmasını, himayəsində heç bir yerdə işləməyən anasının və xəstə övladının olmasını, əməlindən səmimi peşmançılıq keçirməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun qadın olmasını, o cümlədən, hadisədən sonra onun davranışını, zərər çəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən, xəstə anası və övladının olmasını, eləcə də ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, onu cəmiyyətdən təcrid etmədən də onun islah olunmasını mümkün saymasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və anasının və xəstə uşağının qayğısına qalmaq vəzifələri qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs İsmayılova Əliş qızına azadlıqdan məhrum etmə növündə cəza təyin edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair səslərin yazıldığı bir ədəd CD disk və 1500 manat pulun bank kart hesabına göndərilməsini təsdiq edən 20 may 2021-ci il tarixli qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və övladının qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair səslərin yazıldığı bir ədəd CD disk və 1500 manat pulun bank kart hesabına göndərilməsini təsdiq edən 20 may 2021-ci il tarixli qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar