Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-700/2024 16.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 5,510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, 2024-cü il iyulun 8-də saat 19:30 radələrində Salyan şəhəri Ə.Hüseynov küçəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaxınlığında Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin əməkdaşı, poli serijantı Uveys adlı şəxs onun avtombilini saxlatdıraraq cəriməsi olduğu üçün cərimə meydançasına gedəcəyini deyib avtombilini ondan alaraq polis şöbəsinə aparmış, bu səbəbdən aralarında mübahisə olmuşdur. O, Uveysə zəng vuraraq avtombilinin cərimə meydançasına aparmasının səbəbini araşdırmasından ötrü onu söhbətə çağırmışdır. Həmin günü təxminən 17-18 radələrində təhsil şöbəsinin yanında Uveyslə görüşən zaman oraya bir neçə əməliyyatçı gələrək, onu, yanında olan Ağahüseyni, Cabbarı və taksi sürücüsünü götürüb polis şöbəsinə aparmışlar. Onunla birlikdə şöbəyə apardıqları şəxsləri buraxmışlar, onu isə şöbədə saxlamışlar. Polis şöbəsində onu Etibar adlı polis əməkdaşının yanına aparmışlar və üzərinə bir bükümdə narkotik vasitə heroin qoyaraq ona məxsus olmasını demişlər. O, buna etiraz etdikdə təxminən 30-40 nəfər polis əməkdaşları onu döyərək xəsarətlər yetirərək, ailə üzvləri ilə hədələyərək, evinə də narkotik vasitə qoyacaqlarını deyərək boynuna almasını demişlər, o da məcbur qalıb videoçəkiliş zamanı aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını demişdir. Əslində onun narkotik vasitələrinə heç bir aidiyyəti yoxdur, sadəcə polis əməkdaşlı Uveys adlı şəxslə mübahisə etdiyinə görə Uveys onu tutdurmuşdur. Günahı olmadığı üçü barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğuna görə onun ibtidai istintaq zamanı 10 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, əvvəllər CM-nin 234.1-ci maddəsilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2024-cü il iyulun 7-də saat 19 radələrində Salyan rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı köhnə “Kür” şadlıq sarayının arxasından axan Kür çayının sahili ilə piyada gedərkən yerdəki selofan büküm diqqətini cəlb etmişdir. Həmin bükümü qaldırıb içərisinə baxdıqda bükümdəki kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bilib həmin bükümü cibinə qoyub üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Səhəri gün, iyulun 8-də saat 20 radələrində Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən Regional Təhsil İdarəsinin yaxınlığında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə əldə etmə və saxlamaqda şübhəli olduğumu bildirib rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində aparılan şəxsi axtarış zamanı müstəntiq tərəfindən ona təklif edilmiş ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etsin. O bildirmişdir ki, üzərində “kokos” kimi tanıdığı narkotik vasitə heroin vardır və əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən içərisində 1 ədəd selofan bükümdə narkotik vasitə heroin olan “Sobranie” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxıldıqda orada qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, selofan bükümdə olan kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsudur, həmin heroini iyulun 07-də axşam saatlarında Salyan rayon İcra Hakimiyyəti binasının yaxınlığında köhnə “Kür” şadlıq sarayının arxasından keçən Kür çayının kənarında yerdən tapmışdır, narkotik vasitə heroin olduğunu bilib sonradan özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində “avtombilinin cərimə meydançasına aparılmasına görə polis əməkdaşı, polis serijantı Üveys adlı şəxslə mübahisə etməsi, bu səbəbdən həmin polis əməkdaşının onu şərləyərək tutdurması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 8 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq Salyan şəhəri ərazisində narkotik vasitələri əldə etməklə üzərində saxlayıb daşımaqda şübhəli olduğu barədə məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin gün saat 19:30 radələrində Salyan şəhəri Ə.Hüseynov küçəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaxınlığında Təqsirləndirilən şəxs müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunusz dövriyyəsində şübhəli olduğuni bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirib əynindəki tünd boz rəngli şalvarın cibindən “Sobranie” siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxıldıqda orada qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi selofan bükümdə olan kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, həmin kütləni“Kür” şadlıq sarayının arxasında Kür çayının sahilində yerdən tapmışdır. Həmin kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir təziq-təsir olmamış, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılarkən orada PPX-nin əməkdaşı Uveys adlı şəxs əməliyyatda iştirak etməmişdir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq taksi sürücüsü işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:30 radələrində «Ay İşığı» marketin yanında dayandığı vaxtı Şirinin onun yanına gəldiyini, həmin vaxtı Şirin orada bir polis əməkdaşı Uveys adlı şəxslə söhbət etdiyini, sonra həmin polis əməkdaşının oradan getdikdən sonra Şirinin onun avtombilinə oturduğunu, avtombilində olarkən həmin polis əməkdaşına zəng vuraraq «gəl söhbət edək» dediyini, Şirini təhsil şöbəsinin qabağına apardığını həmin vaxtı oraya tanılşarı Cabbar və Ağahüseynin gəldiyini, daha sonra oraya Uveys və 7-8 nəfər polis əməkdaşının gələrək onları polis şöbəsinə apardıqlarını, polis şöbəsində onlara nə səbəbə polis əməkdaşı ilə söhbətə gəldiklərini deyib onları döydüklərini, səhərisi gün isə onu və Ağahüseyni buraxdıqlarını, Şirinin heç kəslə dava etmədiyini, üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, xx.xx.2024-cü il tarixdə təhsil şöbəsinin qabağında dayandığını, Şirin və Asifin orada oğluduğunu, onlara yaxınlaşan vaxtı bir neçə polis əməkdaşının oraya gəlib onları polis şöbəsinə apardıqlarını, polis şöbəsində onlara polis əməkdaşını söhbətə çağırdıqlarını deyib onları döydüklərini, səhərisi gün onları buraxaraq Şirini saxladıqlarını, Şirinin narkotik vasitələrindən istifadə etməsini bilmədiyini, Şirnin Uveys adlı polis serijantı ilə avtombllə bağlı mübahisəsinin olmasını bilsədə də tutulan vaxtı təhsil şöbəsinin yanında heç bir bir polis əməkdaşı ilə mübahisə etmədiyini bildirmişdir. Məhkəmə şahidlər Asif Babayev və Cabbar Məmmədov məhkəmə baxışında verdiyi ifadələrinə tənqidi yanaşaraq “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Uvey adlı polis əməkdaşına zəng vuraraq «gəl söhbət edək» dediyini, bundan sonra təhsil şöbəsinin qabağına tanılşarı Cabbar və Ağahüseynlə getdiklərini, daha sonra oraya Uveys və 7-8 nəfər polis əməkdaşının gələrək onları polis şöbəsinə apardıqlarını, polis şöbəsində onları döydüklərini, səhərisi gün isə onu və Ağahüseyni buraxdıqlarını, Şirinin üzərində heç bir narkotik vasitə olmadığı” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və aralarında dostluq münasibətləri olan Təqsirləndirilən şəxs münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki kimyəvi ekspertizasının 09 iyul 2024-cü il tarixli 3-16-16/2-18/6465 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitəsi 5,410 qram.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli 582 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata durur. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli 321 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin, sağ gözaltı, sol gözün üst qapağının qançırları küt əşya (əşyalar) təsirindən törənmiş qərarda göstərilən müttəd və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yıxılma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, 2024-cü il iyulun 08-də Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 2 ədəd alışqan, 01 ədəd “Rotmans” markalı siqaret qutusu, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Sobranie” markalı siqaret qutusu, içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm, 55 manat pul aşkar edilib götürülmüşdür. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmlərin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarının surətlərindən görünür ki, İsayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsində azad olunmuş, bundan başqa İsayev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 15 gün müddəti çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 5,410 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmışdır. İş materiallarında olan 12 mart 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrıca icraata ayrılması haqqında» qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin narkotik vasitəsinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin materialarından ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Salyan şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki İsayev X6 şəhəri, Ə.Hüseynov küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası və anasından ibarətdir, yaşadığı müddət nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, xx.xx.2022-ci il tarixli hökmlə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş 05 ay 15 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 05 ay 15 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur.Onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,410 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 08 iyul 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 (beş) ay 15 (on beş) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 (beş) ay 15 (on beş) gün müddət yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatada olması nəzərə alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5,410 qram narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-700/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-700/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver