Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-703/2024 01.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Lənkəran rayonu Prot-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə Lənkəran şəhəri Kiçik Bazar adlanan ərazidə satışı məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə 2,007 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 08 iyun 2024-cü il tarixdə saat 16:45 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu Göyşaban kəndi ərazisində saxlanılaraq polis şöbəsininə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən sellofana bükülmüş həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, 08 iyun 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Göyşaban kəndində yolun qırağında durub avtomaşın gözlədiyi zaman yanında bir avtomaşın dayanmışdır. Həmin avtomaşından polis işçiləri düşərək üzərində axtarış aparmış, lakin üzərində heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis işçiləri onu polis şöbəsinə aparmışlar, polis işçisi Ruhid üzərinə bir ədəd bükümdə psixotrop maddə metamfetamin qoymuşdur. Onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etmişlər. Ona görə də həmin metamfetaminin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Polis işçiləri tərəfindən döyülməmiş və ona başqa təzyiq göstərilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 08 iyun 2024-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri Kiçik Bazar adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən 120 manat pula bir ədəd bükümdə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat 16 radələrində Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evin küçəsində piyada gedən zaman polis əməkdaşları onu saxlamış, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibinə qoyduğu psixotrop maddə olan 1 ədəd selofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsusdur. Həmin psixotrop maddə metamfetamini öz istifadəm üçün almışdır. Psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2024-cü il tarixdə ona Lənkəran rayonu Göyşaban kəndində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə o, 08 iyun 2024-cü il tarixdə saat 16:45 radələrində Lənkəran rayonu Göyşaban kəndində yaşadığı evinin küçəsində yolla piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən bir bükümdə ağ rəngli, kristial formalı, psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metamfetamini 08 iyun 2024-cü il tarixdə Lənkəran şəhər Kiçik Bazar adlanın ərazidə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 120 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə metamfetamin qoymamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 Baləddin oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsustları təsdiq etdi. Cinayət işinin materiallarında olan 08 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş, 2,10 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, Lənkəran şəhəri, Kiçik Bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Materialların məhkəmə ekspertizasının 09 iyun 2024-cü il tarixli, 19/480 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 2,007 qram olan ağ rəngli kristiallardan ibarət psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 501 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs həmin gün tibbi müayinə olunarkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2001, 2005 və 2008-ci illərdə doğulmuş uşaqları vardır. Təqsirləndirilən şəxs yaşayış yernindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən 01 ay vaxtından əvvəl azad olunmuş və cəza müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Hazırkı cinayəti törədərkən məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,007 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması, metamfetaminin üzərinə polis əməkdaşı Şahid1 tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsəl Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübüt kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1,907 qram psixotrop maddə metamfetamin məhv edilməli, istintaq hərəkətlərinin videgörüntüləri yazılmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindən çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübüt kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1,907 qram psixotrop maddə metamfetamin məhv edilsin, istintaq hərəkətlərinin videgörüntüləri yazılmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-703/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-703/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver