Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-704/2022 30.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Kürdəmir şəhəri, M.Gəncəvi küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda - 24 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkərək onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin iyul ayının əvvəllərində isə həmin bitkilərin yarpaqlarının bir hissəsini qanunsuz olaraq toplayaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-300 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həyətyanı sahədə saxlamışdır. 22 iyul 2022-ci il tarixdə saat 18.40-da Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən yaşadığı evin həyətyanı torpaq sahəsində 23 (iyirmi üç) ədəd yaş vəziyyətdə yaşıl, kök üstə, həmin yerin yanında torpaqdan çıxararaq qurutmaq üçün qoyduğu 01 (bir) ədəd yaş vəziyyətdə-ümumilikdə 24 ədəd çətənə (kannabis) bitikiləri və həmin bitkilərdən toplamaqla qurudub həyətyanı sahədə saxladığı 300 (üç yüz) qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Bununla əlaqədar çətənə bitkilərini əkib becərmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində özündə olan 24 ədəd çətənə bitkisi toxumlarını yaşadığı evin həyətyanı sahəsində, evin arxasında olan torpaq sahədə əkmiş, onlara mütəmadi olaraq qullu etmiş, su vermiş, aqrotexniki qaydada qulluq etmişdir. 2022ci ilin iyul ayının əvəllərində həmin bitkilərin bir hissəsinin yarpaqlarını toplayaraq qurutmuş, marixuana düzəltmiş və bitkinin 01 ədəd balaca olanını, yəni inkişafdan qalanını çıxararaq qurudub çəkməq məqəsdi ilə əkdiyi bitkilərin yanında yerə sərmişdir. 22 iyul 2022-ci il tarixdə saat 18.40 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Onun razılığı ilə videoçəkiliş aparılmaqla evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 23 ədəd torpaqda köküstə olan yaşıl çətənə bitkiləri, bir ədəd isə torpaqdan çıxardığı çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Bundan başqa kənarda toplayaraq qurutduğu kütləyə də baxış keçirilmişdir. Həmin kütlənin qurudulmuş marixuana olmasını və öz istifadəsi üçün hazırlamasını etiraf etmişdir. Həmin kütlə də götürülmüşdür. O, həyətində olan çətənə bitkilərini 2022-ci ilin aprel ayında əkdiyini və onların bir hissəsini qurutmaqla marixuana düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkilli vəzifəsində işləyir. 22 iyul 2022-ci il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması, habelə narkotik vasitə saxlaması, qəbul etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs Kürdəmir şəhəri M.Gəncəvi keçəsi 18 ünvanında yerləşən yaşadığı evə gedərək həyətyanı sahəyə onun razılığı və iştirakı ilə, həmçinin videoçəkiliş aparılmaqla, baxış keçirilərkən torpaqda köküstə olan 23 ədəd, 1 ədəd isə kökyndən çıxarılmış çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər yaşıl və yaş vəziyyətdə olmuşlar. Bundan başqa qurudulmuş marixuana da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün 2022-ci ilin aprelində əkib becərdiyini və onların bir hissəsini qurutduğunu etiraf etmişdir. Aşkar olunmuş bitkilər və qurudulmuş hissələri qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən torpağa əkdiyi 23 ədəd, həmin yerin yanında torpaqdan çıxararaq qurutmaq üçün qoyduğu 01 ədəd-ümumilikdə 24 ədəd əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə oxşar bitkilər və həmin bitkilərdən toplamaqla qurudub saxladığı, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən götürülmüş 24 ədəd yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabıs) bitkiləridir. Bir ədəd polietilen torbanın içərisində təmiz çəkisi-300 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabıs) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli, 605 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatında durur. Məhkəmə-narkoloji ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 1346 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinməklə 02 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etməsi və həmin bitkilərin hitssələrini toplayıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdardla qurudulmuş marixuananı əldə edərək 22 iyul 2022-ci il tarixədək saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq olunmaqla cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 24 ədəd çətənə (kannabis) bitkiləri və 299.90 qram qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş, istintaq hərəkətləri barədə iki ədəd video disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzə çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 24 ədəd çətənə (kannabis) bitkiləri və 299.90 qram qurudulmuş marixuana məhv edilsin, iş materiallarında əlavə edilmiş, istintaq hərəkətləri barədə iki ədəd video disklər cinayəft işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-704/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-704/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver