Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-704/2023 14.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1968-ci ildə Lənkəran rayonunun Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri, 18-ci məhəllədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında sosial şəbəkdə tanış olduğu “Taleh” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbanın içərisində, ayrıayrı qablaşdırılmaqla cəmi, külli miqdarda-3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada külli miqdarda-415,0 qram narkotik vasitə olan tiryəkin Lənkəran şəhəri, “Dəmir yol stansiyası”nın yaxınlığında körpünün altında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 05 may 2023-cü il tarixdə, saat 23 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində ayrı-ayrı qablaşdırılmaqla cəmi, külli miqdarda-3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bağlamada külli miqdarda-415,0 qram tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq olaraq əldə edib, saxlayıb daşımış, daha sonra cinayətkar qrup üzvləri arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik maddələrin Lənkəran şəhəri ərzazisindən keçən magistarl yolun kənarında gizlətməklə cinayətkar qrupun digər üzvlərinə çatdırılması məqsədi ilə üzərində daşıyarkən daxil olmuş əməliyyat məlumatına əsasən 07 may 2023-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin (bundan sonra BNMİ-nin CBRŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonun Şilavar kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki köynəyin cibindən 7,598 qram, əlindəki bir ədəd sellofan torbanın içərisindən iki ədəd bağlamada 1570,0 qram və 1555,0 qram olmaqla cəmi külli miqdarda-3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada külli miqdarda-415,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri, 18-ci məhəllədə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, hərbi xidmətdə olarkən Çernobıl AES-da baş vermiş qəzanın aradar qaldırılmasının iştirakçısı olmuş, sonradan xəstələnmiş və hazırda 2-ci qrup əlil kimi təqaüd alır. Təxminən 30-40 ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də marixunadan istifadə etmişdir. Narkotik maddəni tanımadığı şəxslərdən alıb istifpdə etmişdir. Bir müddət əvvəl tanışı olan “Çingiz” adlı iranlı ona zəng edib bildirmişdir ki, o, bir nəfər şəxsə olan 800 manat borc pulu Astara rayonundan olan “Əlixeybər” adlı şəxsə vermişdir və ondan xahiş etmişdir ki, o, həmin şəxslə görüşüb pulu ondan götürüb borcu olan şəxsə çatdırsın. Ona görə də o, “Əlixeybər” adlı şəxslə danışdıqdan sonra 07 may 2023-cü il tarixdə, gecə saatlarında Şiləvar kəndinə gedən yolda “Dördyol” adlanan yerdə onunla görüşmək üçün həmin yerə getmişdir. “Əlixeybər” adlı şəxslə görüşmək üçün “Dördyol” adlanan yerə gedib orada olan işıqforun yaxınlığında (Şilavar kəndinin ərazisində) olarkən bir neçə polis əməkdaşı onu tutub regional polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində narkotik maddələr olmamışdır. Polis şöbəsində olarkən onu tutmuş polis əməkdaşları onu döymüş, həmçinin Tural adlı polis əməkdaşı onu döyməsə də, içərisində marixuana olan bir ədəd kibrit qutusunu üzərinə-cibinə qoymuş, sonra içərisində narkotik maddələr olan bir ədəd sellofan torbanı ona verib həmin narkotik maddələri də üzərinə götürməsini tələb etmiş, o da narkotik vasitələrdən istifadə etdiyindən məcbur olub razılaşmışdır. Bundan sonra vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, sonra əlində saxladığı sellofan torbaya baxış keçirilmiş və həmin torbanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş marixuananın və torbanın içərisində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunan marixuana və torbanın içərisində aşkar olunmuş marixuana və tiryək ona məxsus deyil, həmin maddələrn üzərinə götürməsini Tural adlı polis əməkdaşı ona məcbur etmişdir. Ona görə də o, aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 40 ilə yaxındır ki, marixuanadan istifadə etdiyindən narkotik vasitələrə aslılığı yaranmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Təxminən bir ay əvvəl istifadə etdiyi 070/222-27-47 saylı mobil nömrəsinə vatsapla adını “Taleh” kimi təqdim edən şəxs onunla əlaqə saxlayıb İran ərazisində yaşadığını bildirmiş, sonra o, həmin şəxslə danışarkən ondan istifadəsi üçün marixuana göndərməsini demiş, o da göndərəcəyi təqdirdə xəbər verəcəyini bildirmişdir. 05 may 2023-cü il tarixdə “Taleh” adlı şəxs vatsapla zəng edib ona bir qutu kibrit qutusunda qurudulmuş marixuana, göy rəngli sellofan torbada isə bir bağlama tiryək və 2 bağlama qurudulmuş marixauana göndərdiyini, həmin maddələri Lənkəran şəhəri, “Dəmir yol stansiyası”nın yanında olan körpünün altında gizlətdirdiyini, kibrit qutusunda olan marixuananı ona istifadəsi üçün, sellofan torbada olan narkotik vasitələri isə ona deyəcəyi yerə qoymağını və buna görə ona 500 manat pul verəcəyini bildirmişdir. Təklifi əlverişli olduğundan o, “Taleh” adlı iranlı ilə razılaşmışdır. Sonra 05 may 2023-cü il tarixdə, saat 23 radələrində o, “Dəmir yol stansiyası”nın yanına gedib körpünün altından göy rəngli sellofan torbanı götürmüşdür. Göy rəngli sellofan torbanın içərisində üç ədəd bağlama və bir ədəd kibrit qutusu olmuşdur. Kibrit qutusunu cibinə qoymuş, torbada olan digər maddələri götürüb yaşadığı ünvana gəlmiş, evdə ondan şübhələnməsinlər deyə sellofan torbanı küçədə kolluqda gizlətmişdir. Bir dəfə həmin marixuandan istifadə etmişdir. 06 may 2023-ü il tarixdə, “Taleh” adlı iranlı ona zəng edib ona göndərdiyi bağlamaları Lənkəran şəhərindən keçən magistral yolun hər hansı bir hissəsində gizlədib həmin yer haqqında ona məlumat verməsini bildirmiş, o da həmin narkotik bağlamaları dediyi yerdə gizlətdikdən sonra ona zəng edib bildiricəyini demişdir. 07 may 2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı Lənkəran rayonun Şilavar kəndində yerləşən evindən çıxıb gizlətdiyi yerdən içərisində narkotik maddələr olan sellofan torba götürüb kəndin çıxışında yerləşən magistral yola doğru piyada hərəkət edib kəndin çıxışında yerləşən işıqfora yaxınlaşdığı zaman mülki geyimdə olan bir neçə nəfər ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirib ona narkotik maddələr əldə edib saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilib onu regoinal polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki köynəyinin cibində olan şalvarının cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim etmiş, sonra əlindəki göy rəngli sellofan torbaya baxış keçirilmiş və həmin torbanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin narkotik maddələri “Taleh” adı ilə tanıdığı iranlının ona göndərdiyini, narkotik maddələrin Lənkəran şəhərində “Dəmir yol stansiyası”nın yaxınlığında körpünün altına qoyulduğunu və iki gün əvvəl gedib oradan narkotikləri götürdüyünü, sellofan torbada olan narkotik maddələri magistral yolda bir yerə qoyub bu barədə “Taleh” adı iranlıya məlumat verdikdən sonra ona 500 manat pul göndərəcəyini, kibrit qutusunda olan marixunanı isə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra aşkar olunmuş narkotik maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunan marixuana və torbanın içərisində aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin maddələrin üzərinə götürməsini Tural adlı polis əməkdaşı ona məcbur etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb isə polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. Həmçinin o, “Taleh” adlı İran vətəndaşını tanımamış, telefon əlaqəsi olmamış və belə bir şəxs ona heç bir narkotik maddə göndərməmişdir. O, “Çingiz” adlı İran vətəndaşını tanımış və həmin şəxs də “Əlixeybər” adlı şəxsin vasitəsilə ona 800 manat pul göndərmiş və o, həmin pulu götürməyə gedərkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 06 may 2023-cü il tarixdə ona, Lənkəran rayonun Şiləvar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 06 may 2023-cü il tarixdə, gecə saat 01 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs əlində sellofan torba ilə Lənkəran rayonun Şilavar kəndində yerləşən işıqforun yaxınlığında hərəkət edərkən saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib regional polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Famil Həsənov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyinin cibindən bir ədəd kibrit qutusunu və əlində tutduğu sellofan torbanı təqdim edib kibrit qutusunun və sellofan torbanın içərisində narkotik maddələr olduğunu, həmin narkotik maddələri ona sosial şəbəkədə tanış olduğu “Taleh” adlı İran vətəndaşının göndərdiyini bildirmişdir. Təqdim olunmuş kibrit qutusunun və sellofan torbanın içərisində marixuanaya və tiryək oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanış olduğu iranlı “Taleh” adlı şəxsin sellofan torbada olan narkotik maddələri Lənkəran şəhərində “Dəmir yolu vağzalı”nın ərazisinə qoydurduğunu, sonra ona zəng edib həmin yeri ona dediyini, onun da gedib bu maddələri götürdüyünü və bu maddələri “Taleh” adlı şəxsin sonradan deyəcəyi yerə, yəni magistral yolun kənarında bir yerə qoyduqdan sonra kiminsə gəlib narkotikləri götürdükdən sonra iranlının ona 500 manat dəyərində marixuana verməli olduğunu, həmçinin kibrit qutusunda olan marixuananı da bir neçə gün əvvəl “Taleh” adlı şəxsdən aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Cinayət törətməklə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində CBRŞ-nin əməkdaşı polis nəfəri Şahid4 iştirak etməmiş, həmçinin əməliyyat qrupu tərfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 şahid Mehdi Səfiyarovun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, CBRŞ-nin əməkdaşıdır, polis nəfəridir. Təqsirləndirilən şəxs Lənkəran şəhər sakini kimi tanısa da, onunla hər hansı formada münasibəti olmamışdır. 07 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Həmin gün Təqsirləndirilən şəxs regional polis şöbəsinə gətirilməsini eşitsə də, onunla görüşməmiş, söhbəti olmamış, həmçinin Təqsirləndirilən şəxs tutulmasında və üzərində şəxsi axtarışın aparılmasında iştirak etməmişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin (bundan sonra regional polis şöbəsinin) əməkdaşının 06 və 07 may 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonun Şiləvar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında 07 may 2023-cü il tarixdə, saat 01:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlində olan torba ilə Lənkəran rayonunun Şiləvar kəndinin ərazisində, işıqforun yaxınlığında küçədə saxlanılıb regional polis şöbəsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 07 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 may 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə regional polis şöbəsinin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyin cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və əlindəki sellofan torbanın içərisində iki ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri sosial şəbəkədə tanış olduğu “Taleh” adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekpertizasının 07 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş və üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd heroinə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd bükülüdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd kibrit qutusunda və 2 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,598 qr, 1570,0 qr, 1555,0 qr olmaqla, ümumi təmiz çəkisi -3132,598 qram olan bitki mənşəli kütələlər tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi 415,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 3132,298 qram və qalıq tiryək 414,85 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 07 oktyabr 2021-ci il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur0 ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yarananan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin ƏƏSMN-nın DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İşdə olan, CBRŞ-nin 21 iyul 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, qəbulu və satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir. İşdə olan, “Maddi sübut hesab edilməsi barədə” 16 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3132,298 qram narkotik vasitə olan qurudulmuş marixuana və 414,85 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 01 iyun 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 mart 2018-ci il tarixdən “Depressiv epizod ağır psixotik simtomlarla” diaqnozu ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Yoxlanılan şəxsin 2018-ci ildə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında müalicədə olduğu zaman onda müəyyən edilmiş “Depressiv epizod ağır psixotik simtomlarla” diaqnozu ilə xəstəlik hal-hazırda onda aşkar edilmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə, o öz hərəkələrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müaliyəcə ehtiyacı yoxdur. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən “Taleh” adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Mehdi Səfiyarov, Şahid2 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddələrin olmaması, polis şöbəsində Tural adlı polis əməkdaşının içərisində marixuana olan bir ədəd kibrit qutusunu üzərinə (cibinə) qoyması, sonra içərisində narkotik maddələr olan bir ədəd sellofan torbanı da ona verib həmin narkotik maddələri də üzərinə götürməsini tələb etməsi, o da narkotik vasitələrdən istifadə etdiyindən, həm də polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmasına görə məcbur olub razılaşması, üzərində aşkar olunmuş marixuana və tiryəkin ona məxsus olmaması, həmin narkotik maddələr polis əməkdaşı tərəfindən ona verilməsi (üzərinə qoyulması), tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Mehdi Səfiyarov, Şahid2 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni (polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddələrin olmaması, polis şöbəsində Tural adlı polis əməkdaşının içərisində marixuana olan bir ədəd kibrit qutusunu üzərinə (cibinə) qoyması, sonra içərisində narkotik maddələr olan bir ədəd sellofan torbanı da ona verib həmin narkotik maddələri də üzərinə götürməsini tələb etməsi, o da narkotik vasitələrdən istifadə etdiyindən, həm də polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmasına görə məcbur olub razılaşması, üzərində aşkar olunmuş marixuana və tiryəkin ona məxsus olmaması, həmin narkotik maddələr polis əməkdaşı tərəfindən ona verilməsi (üzərinə qoyulması), tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Mehdi Səfiyarov, Şahid2 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş (həmin vaxt o, üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, habelə ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmiş, həm də ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tiryək və marixuananın özünə məxsus olmasını və həmin narkotik maddələri iranlı “Taleh” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuana və 415,0 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda ayrı-ayrı növlərdən ibarət olan narkotik vasitələri əldə etməsi və həmin narkotik maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədilə (qazanc əldə etmək üçün) üzərində saxlayıb daşıması onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran Şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Lənkəran şəhəri, 18-ci məhəllə adlanan ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət (məhəllə xeyir, şər məclislərin keçirilməsində köməklik etmiş, məhəllə sakinlərin hörmətini qazanmış və məhəllədə aparılan abadlıq işlərinə köməklik etmişdir) xarakterizə olunur. İşdə olan tibbi sənədlərlə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 03 avqust 2016-cı il tarixli Qərarının surəti və Lənkəran Şəhər Poliklinikasının 07 iyun 2023-cü il tarixli tibbi arayışı ilə müəyyən edilir ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Postradiosion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” diaqnozu ilə xəstədir (xəstəlik Çernobıl AES-da qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır) və həmin diaqnozla Lənkəran Şəhər Poliklinikasında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələr əldə etməklə satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola biləcəyi və s. halları), təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nın maddi sübutlar otağında saxlanılan 3132,298 qram (3 kq 132,298 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 414,85 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3132,298 qram (3 kq 132,298 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 414,85 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-704/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-704/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver