Məhkəmə qərarları › İş №1(099)-704/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-704/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-704/2024 29.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.2.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 2/10-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-39,081 qram narkotik vasitə olan heroini və 0,909 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşıyaraq yaşadığı evə aparmış, bundan sonra həmin narkotik və psixotrop maddələrin satışını realizə etmək üçün heroini iki ədəd bükümlərdə və metamfetamini iki ədəd bükümlərdə qablaşdırmış, daha sonra içərisində heroin və metamfetamin olan bükümləri və bir ədəd elektron tərəzini əynindəki gödəkcəsinin ciblərində olmaqla üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə, saat 11:40-da Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin ciblərindən iki ədəd bükümlərdə, ayrı-ayrılıqda 29,622 qram və 9,459 qram olmaqla cəmi, külli miqdarda-39,081 qram narkotik vasitə olan heroin və iki ədəd bükümlərdə, ayrıayrılıqda 0,795 qram və 0,114 qram olmaqla cəmi 0,909 qram psixotrop maddə olan metamfetamin, habelə üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 2/10-da qeydiyyatda olmaqla tək yaşamış, heç bir yerdə işləməmişdir. Əvvəllər narkotik maddələrdən istifadə etmiş və iki dəfə narkotik maddələrdən istifadə etdiyinə görə məhkum olunmuş, həbsdən çıxdıqdan sonra narkotiklərdən istifadə etməmişdir. 28 fevral 2024-cü il tarixdə, səhər saat 10 radələrində evində olmuş, həmin vaxt təmir işləri aparan usta Zeyqəm adlı şəxs də evində olmuşdur. Elə həmin saatlarında evinə bir qrup polis əməkdaşı gəlib onu heç bir səbəb olmadan tutub “rəis çağırır” deyib polis şöbəsinə aparmışlar. Tutulub polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları onu döyməsələr də, ona qarşı təzyiqlər edərək 1 kq heroini üzərinə götürməsi tələb edilmiş, etiraz etdiyi üçün Əlvan adlı polis əməkdaşı ona qarşı qeyri-etik hərəkətlər edəcəyini bildirib təqdim etdiyi 30 qram heroin və 1 qram metamfetamini üzərinə götürməsini demiş, o da razılaşmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynindəki gödəkcəsinin cibindən içərisində heroin və metamfetamin olan bükümlər və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş heroin və metamfetamin kütlələri, elektron tərəzi, iki ədəd “Samsung” markalı və bir ədəd “Nokia” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, üzərindən aşkar olunmuş heroini və metamfetamini Bakı şəhərində, Binəqədi rayonunun ərazisində iranlı bir nəfərdən aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzi ona məxsus deyil, həmin maddələri və elektron tərəzini üzərinə Əlvan adlı polis əməkdaşı qoymuşdr. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəblərini bilməmişdir. O, narkotiklərdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində (29 fevral 2024-cü il tarixli) göstərmişdir ki, o, narkotik vasitələrdən istifadəsi etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. Təxminən 15 ilə yaxındır ki, heroindən və metamfetamindən istifadə etməyə başlamış və əvvəllər narkotiklə bağlı iki dəfə məhkum olunmuşdur. O, həbsdən çıxandan sonra da narkotik və psixotrop maddələrdən istifadə etməyə başlamış, ayağında tromb olduğundan ağrıları olmuş və buna görə də hər gün iki-üç dəfə narkotikdən istifadə etmişdir. Narkotik və psixotrop maddələri tanımadığı şəxslərdən allmışdır. Həmçinin həbsdə olduğu dövrdə İran vətəndaşı “Səccad” adlı şəxslə tanış olmuş, “Səccad” ona qardaşı Sübhanın mobil telefon nömrəsini vermişdir ki, həbsdən çıxandan sonra onunla əlaqə saxlasın. Sonra iranlı Səccad cəzaçəkmə müəssisəsində vəfat etmişdir. O həbsdən çıxandan sonra İran vətəndaşı Sübhanla əlaqə saxlayıb ondan narkotik və psixotrop maddələr istəmiş, Sübhan da təşkil edə biləcəyini bildirmişdir. 2024cü ilin yanvar ayında sosial yardım almış və həmin pulla özünə narkotik vasitə almağı fikirləşib İran vətəndaşı Sübhanla danışıb ondan narkotik vasitə istəmiş, Sübhan da Bakı şəhərinə gəlib orada ona verəcəyini bildirmişdir. O, 25 fevral 2024-cü il tarixdə Bakı şəhərinə gedib Sübhanla əlaqə saxlamış, Sübhan da kod verib demişdir ki, həmin kodla ona pul göndərsin ki, o da narkotik vasitə versin. O, Sübhan adlı şəxsdən 40 qram heroin və 10 qram metamfetamin istəmiş, Sübhan da həmin maddələrə görə dediyi koda 600 manat göndərməsini demiş, o da həmin koda 600 manat göndərmişdir. Həmin gün Sübhan ona Bakı şəhəri, Binəqədi rayonun ərazisində olan çörək zavodun yaxınlığında divarın dibinə narkotik vasitəni qoyduracağını, gedib oradan narkotik maddəni götürməsini demiş, sonra o da həmin yerə gedib divarın dibində bir ədəd sellofan bükümü görüb götürmüşdür. Həmin bükümün içərisində bir bükümdə heroin və bir bükümdə metamfetamin olmuş, sonra özündə olan elektron tərəzi ilə onları çəkmiş, heroin 40 qram, metamfetamin isə 10 qram olmuşdur. Tərəzini 2023-cü ilin dekabr ayında Bakı şəhərində almışdır ki, gündəlik doza qəbul etmək üçün narkotik vasitənin çəkisini yoxlasın. Sonra Bakı şəhərindən Lənkərana evinə gəlmiş və evdə heroini və metamfetamini istifadə etməsi üçün ayrı-ayrı bükümlərə bölmüş, sonra həmin bükümlərdən azca istifadə etmiş və 28 fevral 2024-cü il tarixə iki büküm heroin və iki büküm metamfetamin qalmışdır. Bir büküm heroin sellofanda, bir büküm heroin və iki büküm metamfetamin isə balaca plastik qabda olmaqla, tərəzini cibində saxlamaqla gəzdirirmişdir ki, lazım olanda onlardan istifadə etsin. 28 fevral 2024-cü il tarixdə, saat 12 radələrində, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki gödəkcənin cibindən bir büküm heroin və bir ədəd plastik qabda olan bir büküm heroin, bir büküm metamfetamin, zər kağızında olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində aşkar edilmiş narkotik maddələri (heroin və metamfetamini) istifadəsi üçün Bakı şəhərində İran vətəndaşından aldığını, həmçinin elektron tərəzinin özünə məxsus olmasını və istifadəsi zamanı narkotikin miqdarını müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin, metamfetamin və elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 iyun və 19 avqust 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, 27 fevral 2024-cü il tarixdə Lənkəran şəhər sakini tanışı Zeyqəm adlı şəxs gəlib evində təmir işləri aparmışdır. Zeyqəm adlı şəxsi tanısa da, bu şəxsin mobil telefonu olmamış, həm də onun yaşadığı ünvanı bilməmişdir. Həmin gecəni Zeyqəm evdə aparılan təmirlə bağlı onun evində qalmışdır. 28 fevral 2024-cü il tarixdə, səhər saat 08:30 radələrində evdə yatdığı zaman bir neçə polis əməkdaşı evinə daxil olub onu və usta Zeyqəmı tutmuş, sonra polislər evində axtarış aparımş, lakin heç nə tapmamış, daha sonra polislər onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində Əlvan adlı polis əməkdaşı ona iki büküm heroin və iki büküm metamfetamin göstərib onları üzərinə götürməsini, razılaşmasa bir kiloqram narkotik vasitə ilə sənədləşmə aparılacağını bildirmiş, o da qorxusundan razılaşmışdır. Sonra Əlvan adlı polis əməkdaşı bir büküm sellofanda heroini, bir ədəd plastik qabda olan bir büküm heroini, bir büküm metamfetamini və bir büküm zər kağızında olan metamfetamini və bir ədəd elektron tərəzini əynindəki gödəkcənin ciblərinə qoyub çəkiliş zamanı bunları təqdim etməsini demiş, o da razılaşmışdır. Həmin gün saat 12 radələrində videoçəkiliş zamanı o, ciblərinə qoyulmuş narkotik və psixotrop maddələri təqdim edib həmin maddələrin özünə məxsus olmasını demişdir. Əslində üzərindən aşkar olunmuş metamfetamin, heroin və elektron tərəzi ona məxsus deyil. O, videoçəkiliş zamanı və verdiyi izahatında polis əməkdaşlarının ona dediyi kimi bildirmişdir ki, narkotik və psixotrop maddələri Bakı şəhərində İran vətəndaşından almışdır. Əslində isə o, İran vətəndaşını tanımamışdır. Polis əməkdaşları onu evdə saxlayıb şöbəyə gətirəndə döyməsələr də, polis əməkdaşları cibinə elektron tərəzini, narkotik və psixotrop maddələri qoymuşlar. Polislər ona demişlər ki, güya o desin ki, həmin narkotik və psixotrop maddələri 25 fevral 2024-cü il tarixdə Bakı şəhərində İran vətəndaşına 600 manat ödəməklə almışdır. Ona görə də, o ilkin ifadəsində polislərin dedikləri kimi ifadə vermişdir. O, 20 və 21 fevral 2024-cü il tarixlərdə Bakı şəhərində olsa da, kimdənsə narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini (29 fevral 2024-cü il tarixli) təsdiq etməyib, sonrakı ifadələrini (12 iyun və 19 avqust 2024-cü il tarixli) təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddələr (heroin və metamfetamin) və elektron tərəzi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin, metamfetaminin və tərəzinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadələr vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin, metamfetaminin və elektron tərəzi ona məxsus deyil, həmin heroini, metamfetaminini və elektron tərəzini üzərinə Əlvan adlı polis əməkdaşı qoymuşdur. Həmçinin heç bir iranlını tanımamış və 600 manat verib iranlı deyilən şəxsdən heç bir narkotik maddə almamışdır. Üzərində aşkar olunmuş heroin və metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 28 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 11 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Baxşəli Rufullayev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir neçə bükümlərdə heroinə, metamfetaminə oxşar kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metamfetamini bir neçə gün əvvəl Bakı şəhəri, Binəqədi rayonun ərazisində İran vətəndaşından pulla aldığını və istifadəsi üçün üstündə saxladığını, həmçinin elektron tərəzini də narkotikdən istifadə edən vaxt çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evə getməmiş və onun yaşadığı evdə axtarış aparmamışdır. Təqsirləndirilən şəxs küçədə saxlanılıb birbaşa polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 28 fevral 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 fevral 2024-ci il tarixdə, saat 11:40-da Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 29 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarışın keçirilməsi haqqında” 28 fevral 2024-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Baxşəli Rufullayev tərəfindən Müdafiəçi iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin ciblərindən bir ədəd elektron tərəzi, bir ədəd sellofan bükümdə heroinə, bir ədəd plastik qabın içərisində bir ədəd sellofan bükümdə heroinə, bir ədəd gümüşü rəngli kağız bükümdə metamfetaminə, bir ədəd sellofan bükümdə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik və psixotrop maddələri istifadəsi üçün Bakı şəhərində İran vətəndaşından aldığını, həmçinin elektron tərəzi özünə məxsus olmqla narkotikdən istifadəsi zamanı narkotikin çəkisini bilməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 29,622 qram və 9,459 qram olmaqla ümumi təmiz çəkisi 39,081 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram və 0,114 qram olmaqla ümumi təmiz çəkisi 0,909 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə və metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 38,881 qram və qalıq metamfetamin 0,809 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulunundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 04 iyun 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin narkotik və psixotrop maddələr əldə etdiyi mənbə barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 38,881 qram heroin, qalıq 0,8409 qram metamfetamin, üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (evində olarkən tutulub polis şöbəsinə aparılması, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddələrin və elektron tərəzinin olmaması, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla 30 qram heroinin və 1 qram metamfetaminin üzərinə götürməsinin tələb edilməsi, üzərində aşkar olunmuş heroinin, metamfetamin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroin, metamfetamin və tərəzinin üzərinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş heroin, metamfetamin və tərəzinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni evində olarkən tutulub polis şöbəsinə aparılması, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddələrin və elektron tərəzinin olmaması, polis şöbəsində ona qarşı təzyiqlər olmaqla 30 qram heroinin və 1 qram metamfetaminin üzərinə götürməsinin tələb edilməsi, üzərində aşkar olunmuş heroinin, metamfetamin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroin, metamfetamin və tərəzinin üzərinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş heroin, metamfetamin və tərəzinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin və metamfetamin üzlərinin aşkar edilməsi), ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və 29 fevral 2024-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin, metamfetaminin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik və psixotop maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin və elektron tərəzinin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələrin, elektron tərəzinin ona məxsus olduğunu, çəkisini müəyyən etmək üçün elektron tərəzidən istifadə etdiyini, hər gün heroin və metamfetamin qəbul etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə və “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək və metamfetaminin 2 qramdan 400 qramadək hissəsi külli miqdar, heroinin 800 qramı və metamfetaminin 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 16-ci bəndində izah verilir ki, ... aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd bükümlərdə, ayrı-ayrılıqda 29,622 qram və 9,459 qram olmaqla cəmi 39,081 qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir, habelə iki ədəd bükümlərdə, ayrı-ayrılıqda 0,795 qram və 0,114 qram olmaqla cəmi 0,909 qram psixotrop maddə olan metamfeatmin xeyli miqdardan azdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin və metamfetamin əldə edib həmin maddələri çoxsaylı bükümlərə qablaşdırıb elektron tərəzi ilə (tərəzinin üzərində heroin və metamfetamin izlərinin aşkar olunması da nəzərə alınmaqla) birlikdə üzərində saxlamaqla Lənkəran şəhəri ərazisində küçədə daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarının surətləri ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2010-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2012ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 238.2.2-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-in 83.3.3-cü maddəsinə əsasən 01 noyabr 2010-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin CM-in 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 24 iyul 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-in ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Eyni zamanda Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 24 iyul 2017-ci il tarixli hökmlə ona təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çəkilməmiş 08 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, CM-in 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasından 08 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan, Lənkəran şəhər 1 nömrəli İƏD üzrə Nümayəndəliyindən verilmiş 04 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 2/10-da qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu maddə (CM-in 234.4.3-cü maddəsi) üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Habelə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 27 gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 iyul 2017-ci il tarixli hökmlə təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 27 gün yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-in 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 38,881 qram heroin, 0,809 qram metamfetamin, üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan (ayrı-ayrı qablaşdırılmış) 38,881 qram narkotik vasitə olan heroin, 0,809 qram psixotrop maddə olan metamfetamin, üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs oğlu hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar