Məhkəmə qərarları › İş №1(099)-705/2021

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-705/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-705/2021 02.12.2021 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Calal oğunun iştirakı ilə, xx xxx 1969-cu ildə Astara rayonunun Səncərədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, M.F.Axundov küçəsi, ev 9-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 19 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və xx xxxx 1970-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, N.Nərimanov küçəsi, ev 126-da qeydiyyatda olmaqla Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 179-da yaşamış, barəsində 19 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi - 2,148 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,703 qram psixotrop maddə olan metamfetamini əldə edib satışını realizə etmək üçün külli miqdarda heroini 11 ədəd ayrı-ayrı sellofan bükümlərə ayırmış, psixotrop maddə olan metamfetamini isə 7 ədəd ayrı-ayrı sellofan kəsiklərinə bükməklə üzərində saxlayaraq daşımış, 17 iyul 2021-ci ildə qeyd olunan narkotik vasitə heroinin iki bükümdə ayrı-ayrılıqda çəkisi 0,489 qram, 0,478 qram ümumi təmiz çəkisi 0,967 qram çəkidə olan hissəsini, psixotrop maddə metamfetminin isə 2 bükümdə ayrıayrılıqda çəkiləri 0,292 qram, 0,215 qram ümümi təmiz 0,507 qram hissəsini qonşusu və dostu Təqsirləndirilən şəxs2 Zülfü oğluna 10 manata satmış, qalan bükümləri isə üzərində saxlamış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 20:35 də Təqsirləndirilən şəxs2 Lənkəran şəhərində Vaqif küçəsi ilə piyada gedərkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsiaxtarış keçirilərkən ondan aldığı ümumi çəkisi 0,967 qram olan iki bükümdə narktoik vasitə heroin, ümumi çəkisi 0,507 qram olan psixotrop maddə metamfetamin sonuncunun əynində olmuş şalvarının sol cibindən 4 ədəd sellofan bükümlərinin içərisindən aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 də həmin gün saat 22:25-də Lənkənran şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əldə etdiyi külli miqdarda heroinin 9 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,181 qram olan hissəsi, əldə etdiyi psixotrop maddə olan metamfetaminin isə 5 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,196 qram olan hissəsi və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi əynindəki şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci ildə saat 15-16 radələrində qonşusu Təqsirləndirilən şəxs1lə birgə çayxanaya gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərinə baxış keçirilmiş, üzərlərində heç bir qanunsuz əşya o, cümlədən narkotik vasitə aşkar edilməsə də, müstəntiq tərəfindən izahatı alınarkən guya üzərində narkotik vasitə və psixotrop maddə aşkar edildiyi qeyd edilmiş, polis əməkdaşlarının təzyiqi nəticəsində ittihamda qeyd olunan narkotik vasitə və psixotrop maddəni qonşusu Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyindən narkotik xəstəsi olmuş, 2014-cu ildən narkoloji xəstəxanada “Opium narkomaniya” diaqnozu ilə qeydiyyata alınmışdır. Məhkəmədən işə ədalətli baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 17 iyul 2021-ci ildə tanışı Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün 10 manat pulun müqabilində iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və iki ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin almış, həmin gün saat 17 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı, qonşusu Vaqifdən 10 manata aldığı və əynində olan şalvarın sağ cibində saxladığı narkotik vasitə heroin və psixotrop maddə 4 ədəd sellofan bükümlərində üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci ildə saat 15-16 radələrində qonşusu və dostu olan Təqsirləndirilən şəxs2lə birlikdə çayxanaya getmək istəmiş, yolda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb üzərinə baxış keçirilmiş, üzərində heç bir qanunsuz əşya o, cümlədən narkotik vasitə aşkar edilməmiş, polis əməkdaşları onu evinə apararaq heç bir icazə sənədi olmadan evinə baxış keçirilmiş, baxış zamanı şəxsi istifadəsi üçün evində saxladıdığı 0,5 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, polis şöbəsində polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham aktında göstərilən tərəzi və narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, dostu Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış, narkotik xəstəsi olduğundan narkotikdən istifadə etmişdir. Məhkəmədən işə ədalətli baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 17 iyul 2021-ci ildə səhər saatlarında Lənkəran şəhərində Kiçik-Bazarda olarkən tanımadığı şəxsdən 11 ədəd bükümdə narkotik heroini və 7 ədəd bükümdə isə psixotorp maddə metamfetamini 25 manata alaraq onları yaşadığı evə gətirmiş, həmin gün saat 17 radələrində məhəllədə olarkən tanışı Rakiflə rastlaşmış, sonuncu ondan narkotik vasitə istəmiş, ona özü üçün aldığı heroin və metamfetamindən 2 büküm vermiş, Rakif isə bunun əvəzində ona 10 manat pul vermişdir. Həmin gün saat 22 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarının sağ cibində saxladığı 9 ədəd bükümdə narkotik vasitə heroini, 5 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və bir ədəd də elektron tərəzini polis əməkdaşına təqdim etmiş, heroin bükümləri elektron tərəzidə çəkildikdə çəkisi 1,42 qram, metamfetaminin çəkisi isə 1,63 qram olmuş, elektron tərəzini nakotik vasitə alarkən çəkisini bilmək üçün istifadə etmişdir. Aşkar olunmuş heroin və metamfetamin zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyul 2021-ci ildə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin ədlə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs2 həmin gün saat 20:35-də Lənkəran şəhəri, Vaqif küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 4 ədəd sellofan bükümü çıxarıb onlara təqdim etmiş, həmin bükümlərə baxış keçirildikdə bükümlərdən ikisinin içərisində heroinə bənzər kütlə, digər iki bükümdə isə metamfetaminə bənzər maddə aşkar edilmiş, aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 1,06 qram, metamfetaminə bənzər kütlə isə 0,725 qram olmuş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, həmin bükümləri qonşusu Vaqif adlı şəxsdən aldığını göstərmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etdiyi şəxsin Təqsirləndirilən şəxs1 olması və onun narkotik vasitələrinə satışı ilə məşqul olma barədə məlumat əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 həmin gün yaşdığı evin qarşısında yerləşən küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxs axtraış zamanı üzərindən ümumi çəkisi 1,42 qram 9 ədəd bükümdə heroin və 1,63 qram çəkidə 5 ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşakr edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1lə aparılan şifahı sorğu zamanı o Təqsirləndirilən şəxs2 narktoik vasitə satdığını təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da analoji ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «şəxsi axtarışın keçirilməsi və götürmə haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən 2 ədəd bükümdə heroin və iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroinlə metamfetaminin özünə məxsus olduğunu və onları tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. İş materiallarında olan şəxsi axtarışın keçirilməsi və götürmə haqqında 17 iyul 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 9 ədəd bükümdə heroin, 5 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2021-ci il tarixli 19/638 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,489 qr: -0,478 qram ümumi təmiz çəkisi - 0,967 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,292 qr: -0,215 qram ümumi təmiz çəkisi - 0,507 qram olan ağ rəngli kristal formada olan maddalər metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. İş materialarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2021-ci il tarixli 19/639 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi 9 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,143 qr: 0,149 qr: 0,121 qr: 0,136 qr: 0,122 qr: 0,116 qr: 0,146 qr: 0,109 qr: 0,139 qram ümumi təmiz çəkisi - 1,181 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,245 qr: -0,201 qr: -0,288 qr: -0,233 qr: - 0,239 qram ümumi təmiz çəkisi -1,196 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 təqdim ediyi 2 ədəd zərfdəki heroinlər və metamfetaminlər, Təqsirləndirilən şəxs2 məxsus heroinlər və metamfetaminlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1 təqdim ediyi 1 ədəd elektron tərəzi...” sözlər və imlzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlər ilə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli, 702 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında 2014-cu ildən “Opium narkomaniya” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli, 703 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığın cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrdən Təqsirləndirilən şəxs2 narkotik vasitə satması faktı təsdiqini tapmış, eləcə də Təqsirləndirilən şəxs1 narktoik vasitələrin satışı ilə məşqul olması barədə CBRŞ-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşqul olması və həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə qabaqcadan cinayətkar əlbirliklərinin olması barədə CBRŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,778 qram 11 ədəd bükümdə narkotik vasitə heroin, eləcə də psixotrop maddə olan metafetaminin tədqiqatdan sonrakı təmiz çəkisi 7 bükümdə 1,453 qram qalıq qalmış hissəsi, bir ədəd elektron tərəzi və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 2 ədəd DVD disk Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır. Məhkəmə, bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 2 (iki) qram və ondan artıq miqdarda «heroin» isə “külli miqdar” narkotik vasitə kimi qiymətləndirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatı zamanı verdikləri etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinin “Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir qnaunsuz əşya, o, cümlədən narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilməmişdir hissəsini, eləcə də digər Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinin “tanışı Təqsirləndirilən şəxs2lə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən heç bir narkotik vasitə aşkar olunmamış, tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə olan metamfetamin satmamışdır” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, onların cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs1 əməli isə CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X2 Ağır Cinayətlər məhkəməsinin 13 yanvar 2014-cü il tarixli höküm ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı 07 oktyabr 2020-ci il tarixli qərarı ilə 06 ay 09 gün vaztından əvvəl şərti olaraq cəzadan azad edilmiş, 16 aprel 2021-ci ildə cəza müddəti başa çatmış - hazırda həmin məhkumluq qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2014-cü il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti xx.xx.2021-ci ildə başa çatsa da, onun törətdiyi əməl ağır cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan digər “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş - hazırda həmin məhkumluq qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Belə ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini 17 iyul 2021-ci ildə törədərkən məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni – 17 iyul 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Lənkəran rayon məhkəməsinin 19 iyul 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 17 iyul 2021-ci ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 12-16\14496 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində heç bir yerdə işləməyən arvadı və uşaqları ilə birlikdə Lənkəran şəhəri, M.M.Axund küçəsi, 174 saylı evdə yaşamış və yaşayış yerindən isə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 12-16\4521 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, M.F.Axundov küçəsi, ev 9-da yaşamış və yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yungülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 11 bükümdə 1,778 qram narkotik vasitə heroin, eləcə də psixotrop maddə olan metafetaminin tədqiqatdan sonrakı təmiz çəkisi 7 bükümdə 1,453 qram qalıq qalmış hissəsi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 ( bir yüz) manat - hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə ödənilməlidir İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 17 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında 2014-cu ildən “Opium narkomaniya” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 17 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 11 bükümdə 1,778 qram narkotik vasitə olan heroin 11 bükümdə narkotik vasitə heroin, eləcə də psixotrop maddə olan metafetaminin tədqiqatdan sonrakı təmiz çəkisi 7 bükümdə 1,453 qram qalıq qalmış hissəsi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntüləri olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 ( bir yüz) manat - hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. Müşfiq Məmmədov

3. İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar