Məhkəmə qərarları › İş №1(099)-705/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-705/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-705/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Çağırğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda və külli miqdarda narkotik vasitələri əldə edib, satıb qazanc əldə etmək məqsədi ilə “WhatsApp” proqramında tanış olduğu İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 26 may 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək orada cinayət qrupunun digər üzvü tərəfindən gizlədilmiş Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən Quş gölü adlanan su hövzəsinin üzərində olan körpünün yanından satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: 640,0 qram və 600,0 qram olmaqla ümumilikdə xüsusi ilə külli miqdarda 1240,0 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan büküldə 10 ədəd hissələrdən ibarət ayrı-ayrılıqda təmiz çəkisi: 1230,0 qram, 980,0 qram, 330,0 qram, 515,0 qram, 540,0 qram, 260,0 qram, 245,0 qram, 225,0 qram, 275,0 qram və 280,0 qram olmaqla ümumilikdə külli miqdarda 4880,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 02 ədəd büküldə ayrı-ayrılıqda təmiz çəkisi 340,0 və 320,0 qram olmaqla ümumilikdə külli miqdarda 660,0 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən narkotik tərkibli çətənə bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranı, 01 ədəd bükülüdə külli miqdarda təmiz çəkisi 515,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 4,72 qram olan 118 (bir yüz on səkkiz) ədəd qəhvəyi rəngli dairəvi formalı bütöv və təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 7 (yeddi) ədəd qəhvəyi rəngli dairəvi formalı həb qırıntıları olmaqla ümumilikdə külli miqdarda 4,84 qram çəkidə olan narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 05:50 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində o Biləsuvar rayonu Xırmandalı kəndində Acıqışlaq adlanan ərazidə çöllük sahədə qaz ayrıcı qurğusunun yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sol əlindəki üzərində “Aidin” yazılmış sellofan torbadan 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: 640,0 qram və 600,0 qram olmaqla ümumilikdə xüsusi ilə külli miqdarda 1240,0 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükülüdə 10 ədəd hissələrdən ibarət ayrı-ayrılıqda təmiz çəkisi: 1230,0 qram, 980,0 qram, 330,0 qram, 515,0 qram, 540,0 qram, 260,0 qram, 245,0 qram, 225,0 qram, 275,0 qram və 280,0 qram olmaqla ümumilikdə külli miqdarda 4880,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 02 ədəd büküldə ayrı-ayrılıqda təmiz çəkisi 340,0 və 320,0 qram olmaqla ümumilikdə külli miqdarda 660,0 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən narkotik tərkibli çətənə bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranı, 01 ədəd bükülüdə, külli miqdarda təmiz çəkisi 515,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 4,72 qram olan 118 (bir yüz on səkkiz) ədəd qəhvəyi rəngli dairəvi formalı bütöv və təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan 7 (yeddi) ədəd qəhvəyi rəngli dairəvi formalı həb qırıntıları olmaqla ümumilikdə külli miqdarda 4,84 qram çəkidə olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü iranlı ilə telefonda danışmışdır. Onun adı yadında qalmayıb, telefonuna yazmışdır. Whatsapp vasitəsilə iranlı onu bir ay yığmışdır. Lakin ona cavab verməmişdir. Sonra isə iranlı ona 30 qram “patı” (metamfetamin), 20 qram “daş” (heroin) göndərəcəyin demişdir. Narkotiklərin isə olduğu yerin konumunu atacaqmış. Bundan sonra iranlı ilə razılaşmışdır. Axşam saat on ikiyə qalmış Şamaxinkadan dostu ilə birlikdə yola çıxmışdır. Əvvəlcə Lökbatana gəlib, oradan taksi ilə Salyana, ordan isə Biləsuvar, Şorsuluya gəlmişlər. Şorsuludan isə konum olan yerə qədər 35 km məsafəni piyada getmişdir. Gəlmiş konum göstərən yerə çatmış, orda görmüş ki, narkotiklər çoxdu. İstəmiş ki, həmin iranlıya zəng etsin, telefonu əlinə götürəndə polislər çıxmışdır. Həmin vaxt özünü itirmiş, bağlamanı götürüb qaçmağa başlamışdır. 150-200 metr qaçdıqdan sonra isə polislər onu saxlamışlar. Daha sonra onu polis şöbəsinə aparıb bir saat sonra çəkiliş etmişlər. Şöbədə isə “sudurqası” tutmuş, daha sonra onu 50 qramla çəkiliş edib, sənədlərə qol çəkdirmişlər. Sənədləri savadı olmadığından oxuya bilməmişdir. Əməlindən peşmandır, anası xəstədir, evi dolandıran özü olmuşdur, özü də ürək xəstəsdir, qıcolmaları tez-tez tutur. Konum olan yerə çatanda iranlıya zəng vurmaq istəmiş ki, bağlama böyükdü, polislər gəlmiş, elə həmin vaxtda bağlama qucağında qaçmışdır. İranlı ilə söhbəti isə 50 qrama görə olub. Əgər polislər onu saxlamasaymış, yalnız 50 qram narkotiki götürüb gedəcəkmiş, bağlamanı götürməyəcəkmiş. Saxlanılarkən və şöbədə olarkən ona qarşı heç bir təsir təzyiq edilməyib. Çəkiliş zamanı da elə qucağında götürüb qaçdığı bağlama ilə çəkilişi etmişlər. Məhkəmədən körpə uşağının olmasını nəzərə alıb, ona az cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydırki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən bir ay bundan qabaq istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin “WhatsApp” proqramına +98 ********** saylı İran İslam Respublikasının (bundan sonra İİR) mobil operatoruna məxsus nömrədəən zəng gəlmiş, telefonu açanda həmin şəxs ona özünü «Farhan Eslami» kimi təqdim eləmiş və İİR-də yaşadığını bildirmişdir. O, Farhan Eslamidən telefon nömrəsini haradan və kimdən əldə etdiyini bir neçə dəfə soruşmuş, lakin o, bu barədə konkret olaraq bir söz deməmişdir. Onlar bir müddət əlaqə saxlamışlar. Telefonun vatsap proqramında danışan zaman Farhana demişdir ki, narkotik vasitədən istifadə edir. 25 may 2024-cü il tarixdə saat 23 radələrində Farhanla telefonun vatspa proqramında danışan zaman ona bildirmişdir ki, Salyan rayonunda içərisində narkotik vasitələr olan bir ədəd bağlama olmasını, gedib həmin bağlamanı oradan götürməsini təklif etmişdir. O, Farhanın təklifi ilə razılaşmış və ona pulunun olmadığını, həmin narkotik vasitələri qısa müddətdə sataraq sonuncu qəpiyinə kimi pulu tam şəkildə göndərəcəyini vəd etmişdir. Farhan ona narkotik vasitələrin gizələdiyi yerin şəklini telefonunun vatsap proqramına göndərmiş və bildirmişdir ki, içərisində narkotik vasitələr olan bağlama həmin yerdədir. Həmin günü evdən çıxmazdan əvvəl iş yoldaşı X15 onun yanına gəlmişdir. Elşada bildirmişdir ki, Salyan rayonunda tanışı ona bağlamada hədiyyə qoymuş, fikri var ki, gedib həmin hədiyyəni oradan götürüb geri qayıtsın, tək olduğu üçün Elşada təklif etmişdir ki, onunla birlikdə Salyan rayonuna gedib və qayıtsınlar. Elşad onunla razılaşdığı üçün 26 may 2024-cü il tarixdə saat 00:30 radələrində tanımadıqları yol maşını ilə Salyan rayonuna gəlməyə başlamışlar. Elşada bir söz demədiyi üçün Salyan rayonuna narkotik vasitələr üçün gəlməyindən heç bir xəbəri və məlumatı olmamışdır. Salyan şəhərinə çatdıqdan sonra Elşaddan bir qədər aralanaraq Farhanla telefonunun vatsap proqramında əlaqə saxlamışlar. Farhan ona bildirmişdir ki, içərisində narkotik vasitələr olan bağlamanı Biləsuvar rayonunda gizlətmişlər. O, Farhana ora çataraq həmin bağlamanı götürəcəyini demişdir. Təxminən saat 03 radələrində Salyan şəhərində olan taksilərdən biri ilə onları Şorsulu kəndinə aparmaq üçün razılaşmışdır. Onlar Şorsulu kəndinə çatmışlar. Elşada orada taksinin olmamasını, qalan yolu piyada getməyi təklif etmişdir. Elşad daha oraya qədər gəldiklərini deyərək qalan yolu da piyada getməyə razılıq vermişdir. Onlar Salyan rayonu Şorsulu kəndindən Biləsuvar rayonuna piyada getməyə başlamışlar. Yol boyu o, Elaşddan təxminən 5-6 metr aralanaraq Farhanla mobil telefonda “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Elşad ondan kiminlə danışdığını soruşduqda o da yalandan ailəsində problem olmasını və ailə üzvləri ilə danışdığını demişdir. İranlı tanışı Farhanın göndərdiyi məkana təxminən saat 05:50 radələrində çatmışdır. Həmin vaxt Elşad ondan təxminən 40-50 metr aralıda olmuşdur. Yolun kənarında gizlədilmiş sellofan bağlamanı götürərək, oradan çöllük ərazidə görəsənən fermalara tərəf getməyə başlamışlar. Elşad Əkbərova tərəf dönüb qışqıraraq ardınca gəlməsini demişdir. O sellofan bağlamanı gizlədiyi yerdən götürərkən Elşad ondan aralı olduğu üçün bunu görməmişdir. Bağlamanı götürdüyü yerdən təxminən 100-150 metr uzaqlaşdıqdan sonra avtomobillərin onlara tərəf gəlməsini görmüşdür. Elşada qışqıraraq qaçmasını demişdir. Elşad niyə qaçdığını soruşmuşdur. O, əlindəki bağlama ilə birlikdə qaçmağa başlamışdır. Elşada tərəf baxdıqda isə onun qaçmadığını görmüşdür. Təxminən 50-60 metr qaçıb yorularaq dayanmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etdikdən sonra onu və onunla bilikdə gələn X12 Rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əlində olan ağ və qırmızı rəngli sellofan torbanı təqdim edərək həmin sellofan torbanın içərisində iranlı tanışı Farhanın ona göndərmiş olduğu narkotik vasitələrin olmasını demişdir. Təqdim etdiyi sellofan torba açıldıqda içərisində bir ədəd qırmızı rəngli yapışqanlı lentə sarılmış və bir ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış göy rəngli sellofana bükülümüş bağlamalar aşkar olunmuşdur. Üzəri şəffaf rəngli yapışqanla sarılmış göy rəngli sellofan bağlama açıldıqda onun içərisində sarı rəngli yapışqan lentlə sarılmış bir ədəd bağlama olması müəyyən edilmişdir. Həmin sarı rəngli yapışqanlı lentlə sarılmış bağlama açıldıqda onun içərisində üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış bir ədəd göy rəngli bağlama, üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış 04 ədəd qara rəngli sellofana bükülmüş bağlama və ümumilikdə 10 ədəd çaylaq daşına oxşar tiryəkə bənzər maddələr aşkar edilmişdir. Daha sonra bir ədəd qırmızı rəngli yapışqanlı lentə sarılmış bağlama açılıb baxıldıqda onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya banzər ot kütləsi olması müəyyən olunmuşdur. Üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış bir ədəd göy rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda içərisində 131 ədəd üzərində F/M-40 yazılmış narkotik vasitə metadona bənzər həblər olması müəyyən edilmişdir. Sarı rəngli yapışqanlı lentlə sarılmış bağlamanın içərisindən aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli sellofan bağlamalar açıldıqda birincisi və ikincisi açıldıqda içərisində narkotik vasitə həşiş qətranına bənzər maddələr olması, həmin bağlamalar şöbənin elekton tərəzisində çəkildikdə bağlamalarla birlikdə ümumi çəkilərinin 625 qram olması müəyyən olunmuş, üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış qara rəngli sellofana bükülümüş dördüncü və beşinci bağlamalar açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddələr olması, həmin bağlamalar şöbənin elektron tərəzisində çəkildikdə ümumi çəkilərinin 1280 qram olması müəyyən olunmuşdur. Daha sonra ümumilikdə 10 ədəd çaylaq daşı formasında narkotik vasitə tiryəkə bənzər maddələr şöbənin elektron tərəzisində çəkildikdə ümumilikdə çəkilərinin 4885 qram olması müəyyən olunmuşdur. Əlindəki sellofan torbadan aşkar edilmiş narkotik vasitələr bir ədəd bağlamaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqdim etdiyi bir ədəd sellofan torbadan aşkar edilmiş narkotik vasitələr ona məxsusdur, həmin narkotik vasitələri Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yolun Ələt-Astara yolunun üzərində Quş gölünün üzərində olan körpünün kənarında otluqdan götürmüşdür, həmin narkotik vasitələri özü ilə Bakı şəhərinə aparacaq, həmin narkotik vasitələri sataraq gəlir əldə edəcəkmiş. Həmin narkotik vasitələrin iranlı tanışı Farhanın bacısı tərəfindən ora nə vaxt və kimin vasitəsi ilə qoyulmasından heç bir xəbəri və məlumatı yoxdur. Bu barədə qabaqcadan İİR vətəndaşı Farhan adlı ilə tanıdığı şəxslə və onun adını bilmədiyi bacısı ilə razılığı olmayıbdır. Farhan ona 25 may 2024-cü il tarixdə 23 radələrində telefonunun WhatsApp proqramı vasitəsi ilə əlaqə saxlayaraq içərisində narkotik vasitələr olan bağlamanı Biləsuvar rayonu ərazisində gizlətdiyini və gedib həmin narkotik vaistələri oradan götürməyi təklif etmiş və o da həmin şəxsin təklifi ilə razılaşmışdır. Tanışı X1 rayonuna içərisində narkotik vasitələr olan bağlamanı götürmək üçün gəlməyindən xəbəri olmamışdır. O Elşada yalandan demişdir ki, dostu ona hədiyyə qoymuş, həmin hədiyyə hazırda Salyan rayonundadır, ona görə də Elşaddan xahiş etmişdir ki, yol yoldaşı olub onunla birlikdə Biləsuvar rayonuna gəlsin və birlikdə geri qayıtsınlar. Elşad da onun təklifi ilə razılaşmış və gəlmişdir. Biləsuvar rayonuna narkotik vaistələr əldə etmək üçün gəlməyindən Elşadın heç bir xəbəri və məlumatı olmamış, ona bir söz deməmiş, həmçinin aralarında bu barədə ümumiyyətlə heç bir razılaşma olmamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, iranlı ilə aralarında razılıq yalnız dediyi qədər narkotiki götürüb beş-on günə də pulunu ödəmək olduğunu, müstəntiqə ifadə verdiyini, lakin oxuya bilmədiyindən oxumadan imza etdiyini, ona qarşı heç bir təsir və ya təzyiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün tərəfindən 26 may 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X14 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 26 may 2024-cü il tarixdə saat 05:50 radələrində Əhmədov X5 rayonu Acıqışlaq adlanan ərazidə “Qaz ayrıcı” qurğusunun yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşmağa başlamışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda o əlindəki sellofan torba ilə birlikdə qaçmağa başlamışlar, ondan təxminən 50 metr aralıda olan Masallı rayonu Birinci Yeddioymaq kənd sakini X10 Şahid2 yaxınlaşmışdır. Araz Rzayevlə o, Təqsirləndirilən şəxs bir qədər təqib etmişlər. Təqsirləndirilən şəxs dayandıqda ona yaxınlaşaraq özülərini təqdim edib gəlişilərinin səbəbini izah etdikdən sonra sonuncunu və X11 rayon polis şöbəsinə gətirmişlər və müdafiəçilərin iştirakı ilə videoçəkilişlə onların üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək həmin sellofan torbanın içərisində iranlı tanışının ona göndərmiş olduğu narkotik vasitələrin olmasını bildirmişdir. Sellofan torba açıldıqda içərisində müxtəlif növlərdə narkotik vasitələrin olması müəyyən olunmuşdur. Həmin narkotik vasitələr ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İş materiallarında olan şəxsi axtarış və götürmə protokolundan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu sol əlində saxladığı sellofan torbanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanı ona İİR vətəndaşı göndərmişdir, içərisində narkotik vasitələr vardır. Bundan sonra həmin sellofan torba onun iştirakı ilə açılaraq baxış keçirilmiş və sellofan torba açıldıqda içərisində bir ədəd qırmızı rəngli yapışqanlı lentə sarılmış və bir ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış göy rəngli sellofana bükülümüş bağlamalar aşkar olundu. Üzəri şəffaf rəngli yapışqanla sarılmış göy rəngli sellofan bağlama açıldıqda onun içərisində sarı rəngli yapışqan lentlə sarılmış bir ədəd bağlama olması müəyyən edilmişdi. Həmin sarı rəngli yapışqanlı lentlə sarılmış bağlama açıldıqda onun içərisində üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış bir ədəd göy rəngli bağlama, üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış 04 ədəd qara rəngli sellofana bükülmüş bağlama və ümumilikdə 10 ədəd çaylaq daşına oxşar tiryəkə bənzər maddələr aşkar edilmişdi. Daha sonra bir ədəd qırmızı rəngli yapışqanlı lentə sarılmış bağlama açılıb baxıldıqda onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya banzər ot kütləsi olması müəyyən olundu. Üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış bir ədəd göy rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda içərisində 131 ədəd üzərində F/M-40 yazılmış narkotik vasitə metadona bənzər həblər olması müəyyən edilmişdi. Sarı rəngli yapışqanlı lentlə sarılmış bağlamanın içərisindən aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli sellofan bağlamalar açıldıqda birincisi və ikincisi açıldıqda içərisində narkotik vasitə həşiş qətranına bənzər maddələr olması, həmin bağlamalar şöbənin elekton tərəzisində çəkildikdə bağlamalarla birlikdə ümumi çəkilərinin 625 qram olması müəyyən olundu, üzəri şəffaf rəngli yapışqanlı lentlə sarılmış qara rəngli sellofana bükülümüş dördüncü və beşinci bağlamalar açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddələr olması, həmin bağlamalar şöbənin elektron tərəzisində çəkildikdə ümumi çəkilərinin 1280 qram olması müəyyən olunmuşdu. Daha sonra ümumilikdə 10 ədəd çaylaq daşı formasında narkotik vasitə tiryəkə bənzər maddələr şöbənin elektron tərəzisində çəkildikdə ümumilikdə çəkilərinin 4885 qram olması müəyyən olunmuşdu. Həmin narkotik vasitələr ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. (c İ, i.v 35-38) İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 26 may 2024-cü il tarixli 19/451 №-li rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik maddələrə bənzər maddə.... " sözlər və imzalar olan bir ədəd bağlamadakı 01 ədəd sellofan büküldə 10 ədəd hissələrdən ibarət ayrı-ayrılıqda təmiz çəkisi: 1230,0 qram, 980,0 qram, 330,0 qram, 515,0 qram, 540,0 qram, 260,0 qram, 245,0 qram, 225,0 qram, 275,0 qram və 280,0 qram olmaqla ümumilikdə 4880,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 02 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkisi 640,0 qram və 600,0 qram olmaqla ümumi təmiz çəkisi 1240,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 340,0 və 320,0 qram olmaqla ümumilikdə 660,0 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 01 ədəd bükülüdə təmiz çəkisi 515,0 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 118 ədəd qəhvəyi rəngli, dairəvi formalı,bütöv həblər və 07 ədəd həb qırıntıları metadon həbləridir, 118 ədəd bütöv həblərin təsiredici maddəsinin ümumi miqdarı-4,72 qramdır (bir həbdə 0,04 qr), 07 ədəd həb qırıntılarının təsiredici maddəsinin ümumi miqdarı-0,12 qramdır. Beləliklə, tədqiqata təqdim olunmuş həb və həb qırıntılarında təsir edici maddəsinin ümumi miqdarı 4,84 qramdır. Heroinin ümumi təmiz çəkisi 1240,0 qram, cəmi təhqiqata sərf edildi 0,2 qram (hər ob- 0,1qr), qalıq 1239,8 qram, tiryəkin ümumi təmiz çəkisi 4880,0 qram, cəmi təhqiqata sərf edildi 0,1 qram (hər ob-0,1qr), qalıq 4879,0 qram, həşiş qətranının ümumi təmiz çəkisi 660,0 qram, cəmi təhqiqata sərf edildi 0,2 qram (hər ob-0,1qr), qalıq 659,8 qram, marixuananın təmiz çəkisi 515 qram, təhqiqata sərf edildi 0,1 qram, qalıq 514,9 qram, metadonun bütöv həblərinin ümumi sayı 118 ədəd, cəmi tədqiqata sərf edildi 11 ədəd, qalıq 107 ədəd, metadonun qırıntılarının ümumi sayı 7 ədəd, cəmi tədqiqata sərf edildi 2 ədəd, qalıq 5 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır. (c 1, i.v 69-72) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(022)-43/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 may 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 136-138) İş materiallarında olan 28 may 2024-cü il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbadan aşakar edilərək götürülmüş 4880,0 qram çəkidə narkotik vasitə tiryəkin təqdqiqatdan sonrakı 4879,0 qram qalığı, 1240,0 qram çəkidə narkotik vasitə heroinin təqdqiqatdan sonrakı 1239,8 qram qalığı, 660,0 qram çəkidə narkotik vasitə həşiş qətranının təqdqiqatdan sonrakı 659,8 qram qalığı, 515,0 qram qurudulmuş marixuananın təqdqiqatdan sonrakı 514,9 qram qalığı, 118 ədəd metadonun bütöv həblərinin təqdqiqatdan sonrakı 107 ədəd qalığı, 7 ədəd metadonun qırıq həblərinin tədqiqatdan sonrakı 5 ədəd qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. (c İ, i.v 144-145) İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, istintaq hərəkətinin iştirakçılarını Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən “Quş gölü” adlanan su hövzəsinin üzərindəki körpünün yerləşdiyi əraziyə apararaq üzərindən aşkar olunmuş narkotik vasitələri körpünün yanındakı yulğun kollarının arasından götürdüyünü bildirərək həmin yeri əyani olaraq göstərib təqdim etmişdir. (c İ, i.v 153-158) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(022)-182/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 26 may 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 161) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əhmədov X6 Rayon Məhkəməsinin 30 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri və 150 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını ödədiyi və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013cü il tarixli amnsitiya qərarının 1.4-cü bəndinə əsasən təyin olunmiş islah işləri cəzasından azad edilmiş, məhkumluğu ödənilmişdir. (c İ, i.v 172-173) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2015-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. (c İ, i.v 187-188) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 225 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (c İ, i.v 190-191) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X13 Hüquqi şəxsinin Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 192) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 may 2024-cü il tarixli 1571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlidən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və yapsixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 194-197) İş materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun “WhatsApp Business” proqramına baxış zamanı orada – Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına operatoruna məxsus olan kontaklarında “Farhaneslami” adı ilə qeydiyyata alınmış +98********** saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə həmin nömrənin “WhatsApp” hesabına 26 may 2024-cü il tarixdə saat 03:43-də Ələt-Astara yolu ilə hərəkətdə olması barədə iki şəkil atmışdır. Kontaktlarında “Raşad.sim” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi tərəfindən “WhatsApp Business” proqramında Təqsirləndirilən şəxs mesajlar göndərərək narkotik vasitə istəməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni pul qarşılığında həmin mobil nömrənin sahibinə satması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin şəxsə özünə məxsus 5411 2498 1282 0517 nömrəli üzərində “Leo Bank” yazılmış plastik kart hesabının şəkilini göndərməsi müəyyən olundu. Kontaktlarında “feruz.talıs” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəsinin sahibi tərəfindən “WhatsApp Business” proqramında Təqsirləndirilən şəxs mesajlar göndərərək narkotik vasitə istəməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni pul qarşılığında həmin mobil nömrənin sahibinə satması müəyyən edilmişdir. Kontaktlarında “baba 1” adı ilə qeyd edilmiş +**********22 saylı mobil nömrəsinin sahibinə Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə, 24 may 2024-cü il tarixdə, 25 may 2024-cü il tarixdə yazılı və səsli mesajlar yazaraq narkotik vasitə istəməsi müəyyən edilmişdir. Mobil telefonun “WhatsApp” proqramına baxış zamanı orada – Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına operatoruna məxsus olan kontaklarında “Farhaneslami” adı ilə qeydiyyata alınmış +98********** saylı mobil nömrə ilə vatsap sosial şəbəkəsi vasitəsi ilə həmin nömrənin “WhatsApp” hesabın ilə 19 may 2024cü il tarixdən 27 may 2024-cü il tarixədək çoxlu sayda mesajlaşmaları, 26 may 2024-cü il tarixdə saat 01:42-də narkotik vasitənin gizlənildiyi yerin məkanını, şəkilini atmasını, Təqsirləndirilən şəxs həmin “quş gölü” adlanan əraziyə 05:18-də çatması və oranın şəkilini çəkərək İranlı tanışına göndərməsi müəyyən olundu. Kontaktlarında “Baba NRAN” adı ilə qeyd edilmiş +**********23 saylı mobil nömrəsinin sahibinə Təqsirləndirilən şəxs 01 may 2024-cü il və 09 may 2024-cü il tarixlərdə səsli mesajlar göndərərk narkotik vasitə qurudulmuş marixuana əldə etmək istəməsi müəyyən edilmişdir. Kontaktlarında “Shagan Turk1371” adı ilə qeyd edilmiş +**********99 saylı mobil nömrəsinin sahibinə Təqsirləndirilən şəxs 23 may 2024-cü il və 24 may 2024-cü il tarixlərdə səsli mesajlar göndərərk narkotik vasitə istəməsi müəyyən edilmişdir. (c İ, i.v 203-239) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:07 dəqiqədə +**********97 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa salam menem vuqar qaqa evde atam gil bildi ne elediyimi telefonu yadi aliblar menden sabah pulu atacam sene evden cixa bilmirem bu atamin nomresidi” sms-i qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:09 dəqiqədə + **********97 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Narahat olma qaqam sabah atacam pulu yuz fayiz” sms-i qəbul edilmişdir. Bu barədə protokol tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (c İ, i.v 241-242) İş materiallarında olan 28 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Realme RMX3269” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videoçəkiliş olan disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş disk iş üzrə maddi sübut kimi tanınmış, mobil telefon məhkəmə baxışına kimi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, disklər cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 259-272) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan şəxsin ona şəxsi istifadəsi üçün ümumilikdə əlli qram narkotik vasitə və psixotrop maddə göndərdiyini, həmin narkotik vasitəni götürmək məqsədilə göndərilmiş konuma getdiyini, lakin orada sellofan torbanın böyük həcmdə olduğunu, bu barədə həmin şəxsə zəng vurmaq istəyərkən polis əməkdaşlarının yaxınlaşdığını görüb, özünü itirib torbanı götürüb qaçmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, telefon danışıqları məlumatları, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 84-92), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 115-119) qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 136-138) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə saat 23 radələrində Farhanla telefonun whatsapp proqramında danışan zaman sonuncunun ona Salyan rayonunda içərisində narkotik vasitələr olan bir ədəd bağlama olmasını, gedib həmin bağlamanı oradan götürməsini təklif etdiyini, özünün də Farhanın təklifi ilə razılaşıb lakin, pulunun olmadığını, həmin narkotik vasitələri qısa müddətdə sataraq sonuncu qəpiyinə kimi pulu tam şəkildə göndərəcəyini vəd etdiyini, Farhanın ona narkotik vasitələrin gizələdiyi yerin şəklini telefonunun whatsapp proqramına göndərdiyini, özünün isə gedib həmin bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa və ya məsuliyyətini yüngülləşdirməyə çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Farhan Eslami adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Farhan Eslami adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən Quş gölü adlanan su hövzəsinin üzərində olan körpünün yanında narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin xüsusilə külli miqdarda və külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83, 86, 109.1, 111 və 182-cü sətrlərinə əsasən heroin, həşiş qətranı, qurudulmuş marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcılığı ilə şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 0,4 qram, 5 qram, 0,02 qram, 0,5 külli miqdarının aşağı həddi 2 qram, 40 qram, 500 qram, 1,6 qram, 50 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram, 4000 qram, 50000 qram, 160 qram və 5000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 26 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4879,0 qram tiryək, 1239,8 qram heroin, 659,8 qram həşiş qətranı, 514,9 qram qurudulmuş marixuana, 107 ədəd metadon həbi və 5 ədəd metadonun qırıntıları məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Realme RMX3269” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4879,0 qram tiryək, 1239,8 qram heroin, 659,8 qram həşiş qətranı, 514,9 qram qurudulmuş marixuana, 107 ədəd metadon həbi və 5 ədəd metadonun qırıntıları məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Realme RMX3269” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Düzdür: Hakim Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar