Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-707/2022 12.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, baş ədliyyə muşaviri Dövlət ittihamçısı2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbdaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında, günü istintaqa məlum olmayan tarixdə faktiki olaraq yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisi toxumlarından qəsdən qanunsuz olaraq həyətyanı torpaq sahəsinin sol tərəfində 1 ədəd, həyətyanı torpaq sahəsinin sağ tərəfində 1 ədəd, həyətyanı torpaq sahəsinin aşağı hissəsində 3 ədəd, həyətyanı torpaq sahəsində yerləşən yeni yarımtikilinin zirzəmisin giriş otağında 4 ədəd və həmin yarımtikilinin zirzəmisinin girişdən 4-cü otağında 12 ədəd olmaqla ümumlikdə külli miqdar hesab edilən cəmi 21 ədəd olan çətənə (kannabis) bitkilərini əkib mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş, 11 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsindən və yeni yarımtikilinin zirzəmisindən qəsdən qanunsuz olaraq ayrı-ayrılıqda əkilib yetişdirilməklə kultivasiya edilmiş, külli miqdar hesab edilən ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2-3 ildir ki, qurudulmuş marixuanadan istifadə edir. 11 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək, həyətində çətənə bitkisi kolları olması barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirəcəklərini demişlər. O da həyətə baxış keçirilməsinə razılıq verdikdən sonra videoçəkilişlə onun həyətinə baxış keçirmişlər. Baxış zaman həyətin müxtəlif yerlərindən 21 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, həyətində olan çətənə bitkilərini o əkməmişdir. Onlar yabanı bitmişlər. Həmin kolların başqa bir şəxs tərəfindən əkilməsini deyə bilməz. Lakin o həyətindəki kolları görüb onları bəzi hallarda sulamaqla yetişdirmişdir. Məqsədi isə həmin bitkilərdən istifadə etmək olmuşdur. Ona baxış zamanı və ya sonra heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində təxminən 2-3 ildir qurudulmuş marixuanadan istifadə etdiyini, 2022-ci ilin aprel ayında tapdığı çətənə bitkisi toxumlarını əkdiyini, 16 ədəd çətənə kolu yarım tikilinin içərisində, bir ədədi həyətin sol tərəfində, bir ədədi həyətin sağ tərəfində, üç ədədi isə həyətin aşağı tərəfində bitdiyini, bitkilərə qulluq etdiyini, gündəlik olaraq həmin çətənə bitkilərinə su verib, diblərinin torpağını boşaltdığını, son günlərdə həmin çətənə bitkiləri tam böyüdüyünü, “qalovka” adlanan hissəsinin tam inkişaf etməsini gördüyünü, 11 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində polis əməkdaşlarıonun həyətinə gələrək, barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin kultivasiyasında şübhəli olduğumu bildirib, yaşadığı ünvana baxış keçirilməsi zərurətinin olduğunu söylədiklərini, onun razılığı ilə aqronom mütəxəssisin iştirakı ilə həyətinə baxış keçirdiklərini, baxış zamanı evin həyətyanı torpaq sahəsinin sağ hissəsində bir ədəd, sol hissəsində bir ədəd, həyətin aşağı hissəsində üç ədəd və yeni tikilinin zirzəmisindəki otaqların birində dörd ədəd, digərindən isə 12 ədəd çətənə kollarını göstərib təqdim etdiyini, bitkilər kökündən çıxarılmaqla sintetik torbalara yığılaraq torbaların ağzı bağlanmaqla, möhürlənərək, protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə verdiyi qismən etirafedici ifadəsindən başqa, məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi səmimi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 göstərmişdir ki, o Ağcabədi Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi Rayon Polis Şöbəsinə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 11 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində rayon polis şöbəsinin əməkdaşlarının və mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsindən və yarımtikilidən cəmi 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Çətənə bitkilərinə aqrotexniki qayadada qulluq edilmişdir. Baxışda iştirak edən aqronom bitkilərə baxıb aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bundan sonra 21 ədəd çətənə bitkiləri sintetik torbada qablaşdırılıb üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş çətənə bitkilərini özü istifadə etmək məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Dindirilmiş şahidlər Şahid5 və Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan 11 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 5 ədəd və həyətyanı sahədə yeni inşa edilmiş yarımtikilinin zirzəmisindən 16 ədəd olmaqla ümumilikdə 21 ədəd aqrotexniki qaydada qulluq edilmiş, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan mütəxəsıs-aqranom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar olunmuş əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar 21 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli, 18/1010 saylı məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs həyətindən...” sözləri və imzaları olan 09 ədəd sintetik torbada ümumi sayı 21 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 25000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) birkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 21 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan ibtidai istintaq orqanının 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsHəsən oğluna məxsus 21 ədəd çətənə bitkisi kolları maddi sübut kimi tanınmaqla saxlanılması üçün Ağcabədi Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli, 1424 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 16 sentyabr 2022-ci il tarixli, 572 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İşdə olan Ağcabədi Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə etmiş, onun yaşadığı evin həyətyanı sahəsindən və yeni inşa edilən yarımtikilinin zirzəmisindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri onun özünə məxsus olmuş, həmin çətənə bitkilərini əkib becərməkdə ona kənar şəxslərin köməklik etməsi müəyyən olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış və ya digər formalarda kimlərəsə verməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı diskdə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 05 ədəd və həyətyanı sahədə yeni inşa edilmiş yarımtikilinin zirzəmisindən 16 ədəd olmaqla ümumilikdə 21 ədəd aqrotexniki qaydada qulluq edilmiş, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Məhkəmədə qeyd edilən diskə baxış keçirilmiş və baxış zamanı da diskdə olan videogörüntülərin protokolda qeyd edilənlərlə üst-üstə düşməsi təsdiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək həyətindən aşkar edilərək götürülmüş 21 ədəd çətənə bitkilərinin yabanı bitdiyini, lakin sonradan onları suvararaq özü istifadə etmək üçün yetişdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin özünü müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi 21 ədəd çətənə bitkisi toxumlarını əkərək, onlara aqrotexniki qaydada qulluq etməsi barədə işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə aparılmış baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, cinayət işinin materiallarında olan aqronom-mütəxəsis və məhkəmə bioloji ekspertizasının rəyləri, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına və həqiqətə uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidirlər. Ona görə də Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1967-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur.ünvan 1 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən həbs müddətinin başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqinə əsas görmür. CM-in 56.1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 21 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 21 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alnaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-707/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-707/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver